Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1950/2023 07.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kompensasiya ödənilməklə istifadə hüquqlarına xitam verilmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2( 103)-1005/2023 nömrəli, 26 yanvar 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 07 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Səbail rayonu, Maqomayev küçəsində yerləşən 87 saylı ev (bundan sonra – 87 saylı ev) paylı mülkiyyət hüququ üzrə İddiaçı3, İddiaçı2, İddiaçı4 və İddiaçı1 (bundan sonra – iddiaçılar) mülkiyyətindədir (hər birinin payı ¼ hissə olmaqla).
2. Cavabdeh2 və Cavabdeh1 (bundan sonra – cavabdehlər) 87 saylı evdə pasport qeydiyyatındadırlar.
3. Həmin 87 saylı evin 2 yaşayış otağından ibarət “A” tikilisinin ümumi sahəsi 32,6 kv.m., yaşayış sahəsi 22,4 kv.m., köməkçi sahəsi 10,2 kv.m., açıq eyvan 5,0 kv.m., tikinti altı sahəsi 31,2 kv.m., 3 yaşa yış otağından ibarət “B” tikilisinin ümumi sahəsi 67,3 kv.m., yaşayış sahəsi 32,8 kv.m., köməkçi sahəsi 29,5 kv.m., tikinti altı sahəsi 35,4 kv.m. təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçılar cavabdehlərə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçılar cavabdehlərin 87 saylı evdə yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına onların hər birinə 8500 manat olmaqla, ümumilikdə 17.000 manat kompensasiya ödənilməsi şərti ilə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, 87 saylı ev paylı mülkiyyət olmaqla onların ümumi paylı mülkiyyətindədir və t arixi abidə statusunu daşıyır. Cavabdehlər həmin evdə qeydiyyatda olmaqla həmin yaşayış sahəsindən istifadə hüququna sahibdirlər. Lakin uzun müddətdir ki, cavabdehlər (ana və övlad) məlum fərdi yaşayış evinin satışına, satışdan əldə edilən gəlirin həm mülkiyyətçilər, həm də yaşayış sahəsindən istifadə hüququ olan digər şəxslər arasında ədalətli şəkildə bölünməsinə qərəzli maneçilik göstərirlər. Bu məqsədlə hətta tarixi abidə statusu daşıyan sözügedən yaşayış sahəsinin xarici estetik görünüşün qanunsuz olaraq dəyişdirilməsini, bununla əlaqədar olaraq mülkiyyətçilərin icazəsi olmadan yaşayış sahəsində satış prosesinə əngəl yaradacaq cari təmir işlərinin aparılmasını belə təşkil ediblər. Faktla əlaqədar olaraq tarixi abidənin mühafizəsinə mükəlləf olan “İçərişəhər Dövlət Tarixi-Memarlıq Qoruğ u İdarəsi” tərəfindən onlara məlum olan Cavabdeh1 2 dəfə olmaqla akt tərtib edilib və ona qanunsuz təmir işlərinin dayandırılması haqqında xəbərdarlıq olunub. Lakin müvafiq xəbərdarlıqlara məhəl qoymayan Cavabdeh1 qızı Cavabdeh2 ilə birgə təmir işlərini davam etdirib və yaşayış sahəsinin xarici estetik görünüşünü əhəmiyyətli sürətdə dəyişərək daxili eyvanın taxta materialdan olan pəncərələrini plastik pəncərələrlə əvəz edib. Müvafiq icra qurumunun təkrar xəbərdarlığına, qeyd olunan faktla bağlı fiziki tədbirlər görmək təşəbbüsünə baxmayaraq hər iki cavabdeh qadın olmaqlarından sui-istifadə edərək qanuni tədbirlərin icrasına, yəni plastik pəncərələrin sökülməsinə ciddi cəhdlə maneçilik törədiblər. Hər iki şəxs birmənalı olaraq yaşayış sahəsindən birgə istifadə qaydalarını kobud surətdə pozm aqdadırlar. Qeyd edilənləri həmin yaşayış sahəsində yaşayan və istifadə hüququ olan digər şəxslər də şahid qismində təsdiq edə bilərlər. Cavabdehlər mülkiyyət üzərində sərəncam vermək, ondan sərbəst və səmərəli istifadə etmək hüquqlarını ciddi cəhdlə pozurlar. Buna görə də hesab edirlər ki, cavabdehlərin sözügedən yaşayış sahəsindən istifadə hüququna ərazi üzrə daşınmaz əmlakların kirayə bazar qiymətinə uyğun olaraq məhkəmənin müəyyən edəcəyi kompensasiya miqdarının ödənilməsi şərti ilə xitam verilməlidir.
6. Bakı şəhər Səbail Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 01 noyabr 2022-ci il tarixli, 2(009)-2120/2022 nömrəli qətnaməsi ilə (hakim Şahin Abdullayev) iddia təmin edilmiş, 87 saylı ev üzrə cavabdehlərin istifadə hüquqlarına 28000 manat kompensasiya ödənilmə klə xitam verilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 87 saylı ev iddiaçıların mülkiyyətindədir və cavabdehlər həmin ünvanda xx.xx.2000-ci il tarixdən əvvəl qeydiyyatda olmaqla yaşayırlar. İddiaçılar təqdim etdikləri kirayə dəyərinin müəyyən edilməsi barədə arayışa əsasən, 87 saylı evin yerləşdiyi ərazidə aylıq kirayə haqqı məbləğinin 450-500 manat həddində olduğu bildirmişlər, ona görə də 17000 manat kompensasiya təklif etmişdirlər. Məhkəmə isə internet resursları vasitəsi ilə araşdırma apararaq, həmin evin yerləşdiyi ərazidə aylıq kirayə haqqı məbləğinin 1000-1700 manat həddində olduğu müəyyən etmişdir.
8. Məhkəmə iddiaçılara cavabdehlərə ödəniləcək kompensasiya məbləğinin bazar qiymətinə uyğun olaraq 28.000 manat həddində müəyyən edilməsi barədə razılıqlarının olub-olmamasına dair fikirlərini öyrənərkən iddiaçılar həm məbləğlə razılaşmışlar.
9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 28000 manat məbləğ cavabdehlərə 2 il 4 ay müddət ərzində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verəcəkdir. Ona görə də bu məbləğ ədalətlidir və hər iki tərəfin mənafeyinə uyğundur.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 228.2, 228.5-ci maddələri, xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60, 87, 123-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 217.2-ci maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenu munun hazırki mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq normalarının şərh edilməsinə dair qərarlarındakı hüquqi mövqelərə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdehlər apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
12. Apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, məhkəmə maddi hüquq normalarının tələblərini pozmuşdur, gəldiyi nəticən işin hallarına uyğun olmamışdır. Təklif olunan kompensasiya məbləği yetərsizdir. İddiaçılar mənzili qanunsuz yolla mülkiyyətlərinə keçirmişlər, 120000 manat kompensasiya müqabilində evdən istifadə hüquqlarına xitam verilmələrinə razıdırlar.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1005/2023 nömrəli iş üzrə 26 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Elnur Həsənov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Sabit Bəhrəmzadə) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmiş, cavabdehlərə 54000 manat kompensasiya (hər birinə 27000 manat olmaqla) ödənilməklə onların 87 saylı evdən istifadə hüquqlarına xitam verilməsi, iddiaçılardan müştərək qaydada 54000 manat kompensasiya məbləğinin alınıb cavabdehlərə verilməsi (hər birinə 27000 manat olmaqla) ilə onların mübahisəli evdən istifadə hüquqlarına xitam verilməsinin eyni vaxtda icra olunması qət edilmişdir.
14. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin təklif olunan 28000 m anat kompensasiya məbləğinin cavabdehlərə davamlı surətdə və müəyyən müddət ərzində başqa yerdə istifadə hüququ olan mənzilə xas olan şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verdiyinə dair gəldiyi nəticə əsaslı deyildir. Əksinə, iş üzrə müəyyən olunan hallar təklif edilən kompensasiya məbləğinin yetərli olmadığı qənaətinə gəlməyə əsas verir. Nəzərə alınmalıdır ki, cavabdehlər 2 nəfər yetişkin şəxs olmaqla başqa yaşayış sahəsinə malik deyillər və bu hal veriləcək kompensasiya məbləğinə təsir edən amil kimi nəzərə alınmalıdır. Digər tərəfdən nəzərə almaq lazımdır ki, iddiaçılar özləri sözügedən evdə yaşamırlar və orada uzun illərdir məhz cavabdehlər yaşamaqla bu müddət ərzində evdə təmir işləri həyata keçirmiş, onu abadlaşdıraraq yaşamaq üçün yararlı hala gətirmişlər.
15. Apellyasiya baxı şı zamanı iddiaçılar cavabdehlərə təklif etdikləri kompensasiyanın məbləğini artıraraq onların istifadə hüququna 54 000 manat müqabilində xitam verilməsini istəmişlər.
16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin əsas götürdüyü, internet resurslarından əldə olunmuş məlumatlarda mübahisəsi gedən evin yerləşdiyi ərazidə 1-2 otaqlı evlərin aylıq kirayə haqqlarının 1000 -1700 manat həddində olduğu göstərilmişdir – hansı ki, bu hal həm iddiaçılar, həm də cavabdehlər tərəfindən qəbul olunmuşdur. Bu isə o deməkdir ki, hətta orta rəqəm olaraq 1500 manat əsas götürülərsə, cavabdehlərin ikisinə birlikdə təxminən 54 000 manat (3 illik müddət üçün) kompensasiya təklif olunsa idi, iddia tələbinin təmin olunması ağlabatan hesab edilə bilərdi.
17. İddiaçıların apellyasiya bax ışı zamanı təklif etdikləri kompensasiya ilə birlikdə yaşayan cavabdehlər (ana və qızı) təqribən 3 il, həmin məbləğ onlara mütənasib bölünməklə verilərsə ayrı-ayrılıqda təxminən 1,5 il müddətində oxşar yaşayış sahəsi ilə təmin edilmiş olurlar, bu isə ağlabatan dövr kimi qəbul edilə bilər. Digər tərəfdən nəzərə alınmalıdır ki, cavabdehlər hər ikisi əmək qabiliyyətlidirlər və göstərilən müddət ərzində özlərinə məxsus yaşayış sahəsi əldə edə bilərlər. Kompensasiyanın məbləği evin dəyəri nəzərə alınmaqla müəyyənləşdirilmədiyinə görə təklif olunan məbləğə ev almağın mümkün olub-olmadığı məsələnin həlli baxımından əhəmiyyətli deyildir.
18. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri, Mülki Məcəllənin 152.1, 152.4, 152.5, 228.2-ci maddələri v ə MPM-in 14.2, 77.1, 80, 81, 88, 217.3, 220.6, 385-ci maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh1 (vəkili Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.
20. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdirş. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
22. Maddə
13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
23. Maddə
29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Mülki Məcəllə
24. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
25. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
26. Maddə 22 8.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. MPM
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüq uq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
32. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
33. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi fa ktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Hazırkı kassasiya şikayətində qətnamə Cavabdeh1 tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır.
38. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
39. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1005/2023 nömrəli, 26 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.