Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1953/2023 15.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Departamentinə qarşı iş üzrə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğvi, işə bərpa, iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), X7 və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə qarşı “əmrin ləğvi, işə bərpa və əmək haqqı” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2( 103)-532/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 15 may 2023cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra “iddiaçı”) Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Xidmətinin (bundan sonra “cavabdeh” və ya “Departament”) əmrinə əsasən 27 sentyabr 2018-ci ildən Lerik Meşəbəyliyinin 23a saylı meşə dolayısında meşə gözətçisi vəzifəsinə təyin olunmuşdur.
2. X13 Təsərrüfatı Mərkəzinin direktorunun 02 aprel 2019-cu il tarixli, 60 saylı əmri ilə iddiaçı işdən azad edilmiş, lakin Lənkəran rayon Məhkəməsinin 2(049)-1844/2019 nömrəli iş üzrə 31 iyul 2019-cu il tarixli qətnaməsi ilə həmin əmr ləğv edilərək, iddiaçı əvvəlki vəzifəs inə bərpa edilmişdir.
3. İddiaçı 03 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin X13 Təsərrüfatı Mərkəzinin direktoru 34 saylı əmri ilə Gürdəsər meşəbəyliyinin 23a saylı meşə dolay gözətçisi vəzifəsindən azad edilərək, Razvandobad meşəbəyliyinə meşəbəyi (14-cü dərəcə ilə) vəzifəsinə təyin edilmişdir.
4. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin xx.xx.2021-ci il tarixli, 332/Ü saylı əmrinə əsasən, Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-648/2021 nömrəli qətnaməsinin icrası məqsədi ilə X1 Regional Meşə X2 meşəbəyilinin meşəbəyisi vəzifəsinə xx.xx.2021-ci il tarixdən bərpa edilmiş, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə isə Əmək Məcəllə sinin 74-cü maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir.
5. Sözügedən əmr iddiaçıya xx.xx.2021-ci il tarixdə təqdim edilmiş və bundan sonra iddiaçı xx.xx.2022-ci il tarixdə X6 Bakı şəhər İdarəsinə ərizə ilə müraciət etmiş, müvafiq idarədən ona məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı 28 aprel 2022-ci il tarixdə iddia ərizəsi ilə Yasamal rayon Məhkəməsinə müraciət edərək, cavabdehin 28 dekabr 2021-ci il tarixli əmrini ləğv edilməsi, meşə gözətçisi vəzifəsinə bərpa edilməsi, işə bərpa olunduğu tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçının meşəbəyi olduğu əmək müqaviləsinə əsassız və qanunsuz olaraq xitam vermişdir. İddiaçı əmək mübahisəsi ilə bağlı Mediasiya Şurasına müraciət etmişdir. Cavabdehin ilkin mediasiya sessiyasında iştirak etməməsi barədə Mediasiya Şurası 08 aprel 2022-ci il tarixli arayış vermişdir.
8. Cavabdehin nümayəndəsi iddiaya yazılı etiraz vermişdir. Etirazda göstərilib ki, Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-648/2021 nömrəli qətnaməsinin icrasını təmin etmək üçün Meşələrin İnkişafı Xidmətinin 28 dekabr 2021-ci il tarixli, 332/Ü nömrəli əmri ilə X1 Regional Meşə X2 meşəbəyilinin meşəbəyisi vəzifəsinə bərpa olunmuş və həmin vəzifədə işləyən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 74-cü maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Bundan əlavə, iddiaçı tələbində əmrin ləğv edilməsi və digər vəzifəyə bərpa edilməsini xahiş etmişdir. Lakin nəzərə alınmalıdır ki, iddiaçı mübahisələndirdiyi əmrlə “meşəbəyi” vəzifəsindən azad edilmişdir. Buna görə də iddiaçının digər vəzifə üzrə işə bərpa olunması barədə iddiası qanunsuz və əsassızdır.
9. Cavabdehin nümayəndəsi həmçinin mübahisəyə iddia müddətinin tətbiqi barədə ərizə vermiş və ərizəni onunla əsaslandırmışdır ki, əmrin surəti iddiaçıya 30 dekabr 2021-ci il tarixdə təqdim edilmiş, lakin iddiaçı 1 aylıq iddia müddəti ötürməklə məhkəməyə müraciət etmişdir.
10. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi iddiaya etiraz kimi əlavə olaraq göstərmişdir ki, iddiaçı ilk öncə meşə gözətçisi vəzifəsində işləmiş, daha sonra isə meşəbəyi vəzifəsinə təyin edilmişdir. Bir müddət sonra iddiaçıdan meşəbəy i vəzifəsində işləməsi üçün diplom tələb edilmiş, lakin sonuncu tərəfindən müvafiq diplom onlara təqdim edilməmişdir. Bundan sonra onlar Təhsil Nazirliyinə müraciət etmiş və iddiaçının, ümumiyyətlə, ali təhsili barədə diplomunun olmaması müəyyən edilmişdir. Daha sonra 28 dekabr tarixində o, iddiaçını qəbul etmiş və iddiaçıya müvafiq olaraq əvvəlki işi üzrə, meşə gözətçisi vəzifəsində iş təklifi etmiş, lakin iddiaçı bundan imtina etmişdir. İddiaçının azad edilmiş olduğu meşəbəyi vəzifəsinə məhkəmə qətnaməsi ilə başqa şəxs təyin edilmişdir. Göründüyü kimi, iddiaçının iddiasının heç bir hüquqi əsası yoxdur. Bundan başqa, iddiaçı etiraf edir ki, əmri aldıqdan iki aydan çox müddət sonra Mediasiya Şurasına müraciət etmişdir. Bununla da iddiaçı məhkəməyə qanunvericiliklə müəyyən edilmiş müddət ke çdikdən sonra hazırkı iddianı vermişdir.
11. İddiaçı iddia müddətinin buraxmasının səbəbini müxtəlif qurumlara müraciət etməsi ilə əsaslandırmışdır.
12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2833/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir. (hakim Toğrul Axundov)
13. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsasən müəyyən etmişdir ki, cavabdehin xx.xx.2021-ci il tarixli, 332/Ü saylı əmrinə əsasən Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-648/2021 nömrəli qətnaməsinin icrası məqsədi ilə X5 xx.xx.2021-ci il tarixdən X13 X2 meşəbəyilinin meşəbəyisi vəzifəsinə bərpa edilmiş, iddiaçı ilə isə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 74-cü maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Sözü g edən əmr iş üzrə iddiaçıya xx.xx.2021-ci il tarixdə təqdim edilmiş və bundan sonra iddiaçı xx.xx.2022-ci il tarixdə X6 Bakı şəhər İdarəsinə ərizə ilə müraciət etmiş, müvafiq idarədən ona məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir.
14. Birinci instansiya məhkəməsi qeyd edib ki, iddia müddəti anlayışı iddia və iddia hüququ anlayışları ilə çıx surətdə bağlıdır. Vətəndaşlar öz şəxsi və əmlak hüquqlarının, habelə, qanunla qorunan mənafelərinin məhkəmə müdafiəsini iddia vermək yolu ilə həyata keçirirlər. Əgər şəxsin hər hansı mülki hüququ başa şəxs tərəfindən pozularsa, maraqlı tərəf müdafiə üçün məhkəmə orqanlarına müraciət edə bilər. Bu cür müraciət iddia adlanır. İddia hüququ isə pozulmuş və ya mübahisə edilən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanıdır. Bu hüq uqa bütün ölkə vətəndaşları və hüquqi şəxsləri, eləcə də, xarici ölkə vətəndaşları, vətəndaşlığı olmayan şəxslər və əcnəbi hüquqi şəxslər malikdirlər. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydad a müdafiə etmək imkanına malik olur.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsi, 74-cü maddəsinin “b” bəndi, 296-cı maddəsinin 2-ci və 3-cü hissələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli, “R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 oktaybr 2007-ci il tarixli, “E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlan ılmasına dair” 03 noyabr 2008-ci il tarixli Qərarları ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.
17. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə mübahisəsi həll edilərkən maddi hüquq normalarını ciddi şəkildə pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Məhkəmə nəzərə almamışdır ki, tərəflər arasında Lənkəran rayon Məhkəməsinin qətnaməsi mövcuddur. İddiaçı əmək və icra intizamını pozmamışdır. Bu səbəbdən əmr qanunsuzdur. İddiaçı bu işin hallarını bilən şahidlərin dindirilməsini məhkəmədən xahiş etsə də, məhkəmə həmin şahidləri dinləmədən qərar qəbul etmişdir.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-532/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Anar Tanrıverdiyev (sədrlik edən və məruzəçi), Elşən Kazımov, İkram Şirinov)
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, əmək müqaviləsinə xitam verilməsi barədə cavabdehin xx.xx.2021-ci il tarixli, 332/Ü nömrəli əmrinin surəti xx.xx.2021-ci il tarixində iddiaçıya təqdim edilmişdir. İddiaçı birinci instansiya məhkəməsində verdiyi izahatında əmrin surəti ona həmin gün, əmək kitabçasının isə yanvar ayının 5-i təqdim edildiyini bildirmişdir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixində müraciət edərək, müddəti təxminən 3 ay ötürmüş, müddəti ötürməsinin səbəblərini də izah edə bilməmişdir.
20. Sadalanan xüsusatlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia müddətinin ötürülməsi səbəbindən iddia tələbinin rədd edilməsindən barədə birinci instansiya məhkəməsinin mövqeyi işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur.
21. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsi, 74-cü maddəsinin “b” bəndi, 296-cı maddəsinin 2-ci və 3-cü hissələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv, iddia müddətini bərpa etməklə işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmə sini xahiş etmişdir.
23. Kassasiya şikayəti belə əsaslandırılıb: - apellyasiya instansiyası məhkəməsi tərəfindən İnsan Hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsi, Əmək Məcəlləsinin 296-cı maddəsinin 1, 4, 6-cı hissələri, Mülki Məcəllənin 382-ci maddəsi, habelə məhkəmə təcrübəsinin vahidliyi (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296- cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli qərarı) pozulmaqla qətnamə qəbul edilmişdir. Belə ki, iddia ərizəsində iddiaçının əmək haqqı tələbi də olmuş və məhkəmə bu tələbə münasibətdə də 1 aylıq iddia müddətini tətbiq edərək bu normanın tələblərini pozmuşdur; - qanunverici iddia müddətinin ötürülməsinin obyektiv hallarınd an biri kimi savadsızlığı da müəyyən etmişdir. İş materiallarından da məlum olur ki, xx.xx.2021-ci il tarixində iddiaçının işdən azad olunması barədə əmr çıxmış, xx.xx.2022-ci il tarixində isə iddiaçı bununla əlaqədar X11 Xidmətinin Bakı şəhər idarəsinə müraciət etmişdir. Lakin hüquqi savadı olmadığından iddiaçı 1 ay müddətində məhkəməyə müraciət etməli olduğunu bilməmiş (əslində isə həmin müddət 1 ay yox, 3 ay olmuşdur) və bu hüququ ona izah edilməmişdir. İddiaçı bu barədə məlumat əldə etdikdən sonra, yəni 2022-ci ilin mart ayının əvvəlində Mediasiya Şurasına müraciət etmişdir; - apellyasiya instansiyası məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamışdır. Məhkəmənin tərəflərin tələb və etirazları üzrə dəlilləri araşdırmadan yalnız iddia müddətinin keçməsinə əsaslanaraq tələbin təmin edilməməsi barədə qətnamə qəbul etməsi təcrübəsini düzgün hesab etmək olmaz. Məhkəməyə müraciət etmək hüququnun məzmununa, mənasına görə iddia müddətinin tətbiq edilməsi barədə ərizənin verilib-verilməməsindən asılı olmayaraq məhkəmə iddiaya mahiyyəti üzrə baxmalıdır; - hazirkı iş üzrə 1 aylıq müddətin tətbiq etməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. Belə ki, iddiaçı ilə işəgötürən arasında kollektiv müqavilə olmuş və həmin müqavilədə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutulmuşdur. Lakin qanunsuz olaraq həmkarlar ittifaqları təşkilatının iclası keçirilmədən, müvafiq protokol və qərar qəbul edilmədən iddiaçının işdən azad olunması barədə əmr çıxarılmışdır. Bu səbəbdən hazırkı işə 1 aylıq müddət deyil, Əmək Məcəlləsinin 296.1-ci maddəsinə əsasən 3 aylıq müddət tətbiq edilməlidir; - əmək müqaviləsinə xitam verilməsi barədə cavabdehin xx.xx.2021-ci il tarixli 332/Ü nömrəli əmrinin surəti xx.xx.2021-ci il tarixdə iddiaçıya təqdim edildikdən sonra iddiaçı xx.xx.2022-ci il tarixində X6 Bakı şəhər idarəsinə ərizə ilə müraciət etmişdir və müvafiq idarədən iddiaçıya məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir, lakin məhkəməyə müraciət üçün 1 (bir) ay müddətinin olması izah edilməmişdir; - bundan əlavə əmək mübahisələri ilə bağlı işlərin təhlili göstərir ki, işə bərpa, əmək haqqı və sair bu qəbildən olan mübahisələrlə bağlı iddiaçılar (işçilər) məhkəməyə müraciət etməzdən öncə, bir qayda olaraq, X11 Xidmətinə müraciət edirlər. Bu isə fərdi əmək mübahisələri zama nı qeyd edilən X11 Xidmətinin mübahisələrə məhkəməyə qədər baxan orqan kimi qəbul olunmasını şərtləndirir; - eyni zamanda Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsinə görə bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 74 “b” bəndi. əvvəllər müvafiq işdə (vəzifədə) çalışan işçinin işinə (vəzifəsinə) bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvə yə minmiş qətnaməsi (qərarı) olduqda tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə xitam verilir. Maddə
296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri
1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.
2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) ve rildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutl ara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfin dən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
25. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
26. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün kollegiya qətnaməni tam yoxlayır.
27. Məhkəmə kollegiyası hüququn i nkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Apellyasiya instansiyası məhkəməsi iddianı rədd edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla qanuni nəticəyə gəlmişdir.
30. İddia tələbi işə bərpa barədədir. İddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanunsuz olmasını bildirmişdir.
31. İşdən görünür ki, işə mahiyyəti üzrə baxan məhkəmələr iddia müddətinin keçməsini müəyyən edərək iddianı təmin etməmişlər.
32. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddia müddətini ötürməsi müəyyən edildiyindən, iddianın rədd edilməsi düzgün olmuşdur. Nəzərə alınsa ki, cavabdeh də müddətin tətbiqi barədə ərizə verib, belə olan halda, həm Əmək Məcəlləsinin 296-cı, həm də Mülki Məcəllənin 375.2-ci maddələrinin tələbləri baxımından iddianın təmin edilməsi istisna edilir.
33. Məhkəmə kollegiyası iddia müddətinin ötürülməməsi barədə iddiaçının dəlilləri ilə bağlı qeyd edir ki, Əmək Məcəlləsinin 294-cü maddəsinin 1-ci hissəsinə görə bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Məcəllənin 294-cü maddəsinin 2ci hissəsinə görə kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır. Məcəllənin 294-cü maddəsinin 4-cü hissəsinə görə məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələri nə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır.
34. Göründüyü kimi, Əmək Məcəlləsi fərdi əmək mübahisəsini həll edən orqan kimi bir qayda olaraq məhkəmələri nəzərdə tutur. Bundan istisna o vaxt ola bilər ki, kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan yaradılmış olsun. Başqa sözlə, Qanun məhkəmədən kənar (məhkəməyə qədər) fərdi əmək mübahisəsini həll edən orqan olaraq yalnız bir istisnanı nəzərdə tutur. Bu istisna odur ki, fərdi əmək mübahisələrini həll edən orqan yalnız kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində yaradılmış olsun.
35. Əmək münasibətlərini nizama salan, sahəvi Qanun olan Əmək Məcəl ləsi hər hansı digər orqanı fərdi əmək mübahisələrini nizama salan orqan kimi qəbul etmir. Bu baxımdan, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X11 Əmək Məcəlləsinin 294-cü maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrini həll edən orqan kimi qəbul edilə bilməz. Bu baxımdan, iddia müddətinin axımının həmin orqanın qərarının alındığı vaxtdan hesablanması ilə və ya həmin orqanın qərarının nəticəsini gözləməklə şərtləndirmək əsassızdır. 36. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli Qərarında da eyni hüquqi mövqe göstərilib. X8 məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olub ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti haqqında” Əsasnamənin 1.1-ci bəndinə əsasən, X11 Xidməti mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və fiziki şəxslər tərəfindən Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimi yyəti orqanıdır. X11 Xidməti əmək qanunvericiliyində fərdi əmək mübahisələrinə baxan orqanların dairəsinə daxil edilmədiyindən, həmçinin yuxarıda qeyd olunan Əsasnaməyə görə təyinatı əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək olduğundan, o, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilməz.
37. Məhkəmə kollegiyası iddiaçının Mediasiya Şurasına (mediatora) müraciət etməsi ilə bağlı iddia müddətinin dayandırılması ilə bağlı işin halına münasibətdə isə qeyd edir ki, həqiqətən də “Mediasiya haqqında” Qanunun 35.1-ci maddəsinə görə mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Lakin işin müəyyən edilən halına görə iddiaçı Mediasiya Şurasına (mediatora) müraciət edənə qədər də iddia müddətini ötürmüşdü. Kassasiya şikayətini dəlillərindən görünür ki, iddia müddətini ötürməsini iddiaçı özü də etiraf edir.
38. İddia ərizəsində iddiaçının əmək haqqı tələbinin də olması və məhkəmənin bu tələbə münasibətdə də 1 aylıq iddia müddətini tətbiq etməsinin qanunsuz olması barədə dəlil də əsaslı sayıla bilməz. Çünki iddia ərizəsindən görünür ki, iddiaçı işə bərpa edilməsinin və həmin tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqını ödənilməsini xahiş etmişdir. Başqa sözlə, iddiaçının əmək haqqı tələbi məcburi iş buraxma müddəti üçündür və bu tələb işə bərpa olunma tələbinin tərkib hissəsidir. İddiaçının müstəqil olaraq hər hansı başqa növdə əmək haqqı tələbi isə iddia ərizəsində qe yd edilməyib.
39. İddiaçı ilə işəgötürən arasında kollektiv müqavilə olması və həmin müqavilədə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılmasının nəzərdə tutulması barədə dəlilə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, Əmək Məcəlləsinin 29-cu maddəsinə görə kollektiv müqavilənin bir tərəfi işəgötürən, digər tərəfi həmkarlar ittifaqları təşkilatıdır. Müəssisədə həmkarlar ittifaqları təşkilatı olmadıqda isə kollektiv müqavilənin ikinci tərəfi əmək kollektividir.
40. Qanunun normasından da görünür ki, kollektiv müqavilənin tərəfi heç bir halda işçi özü ola bilməz. Buna görə də iddiaçı (işçi) ilə cavabdeh (işəgötürən) arasında kollektiv müqavilənin olması, həmin müqavilədə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılmasının nəzərdə tutulması və bundan çıxış edərək iddia müddətinin 3 ay olması barədə dəlil əsassızdır.
41. Ötürülmüş müddətin bərpası barədə dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, bu barədə iddiaçının ərizəsi olmamışdır, halbuki bunu üçün ərizə verilməsi tələb edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda adı gedən 30 iyul 2021-ci il tarixli Qərarında da hüquqi mövqe belə olub ki, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddəti nin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir.
42. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-532/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.