Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1958/2025 31.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh (üçüncü şəxs İsmayıllı rayon İstehsal-İstehlak Kooperativi cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ İş № 2(102)- 1958/2025 (Açar sözlər: qeyri-yaşayış sahəsindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh və üçüncü şəxs İsmayıllı rayon İstehsal-İstehlak Kooperativinə qarşı qeyri-yaşayış sahəsindən çıxarılma və istifadə hüququna edilən maneçiliklərə qadağa qoyulması tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi nin Mülki kollegiyasının 2(107)-333/2025 nömrəli 5 mart 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 31 iyul 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı İsmayıllı rayon İstehsal-İstehlak Kooperativi ilə İddiaçı 23 aprel 2010-cu il tarixdə notarial qaydada təsdiq edilmədən İsmayıllı rayonu Basqal kəndində yerləşən qarışıq mallar mağazasının alğı-satqısı barədə müqaviləyə istinad edərək cavabdehin qeyri-yaşayış sahəsindən çıxarılmasını tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh və üçüncü şəxs İsmayıllı rayon İstehsal-İstehlak Kooperativinə qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehin İsmayıllı ra yon İstehsal-İstehlak Kooperativindən aralarında 23 aprel 2010-cu ildə bağlanmış alğı-satqı müqaviləsinə əsasən satın aldığı, İsmayıllı rayon Basqal qəsəbəsində yerləşən, 1970-ci ildə inşa edilmiş, ümumi sahəsi 22 kv.metr olan qarışıq mallar mağazasından çıxarılması və onun həmin qeyri-yaşayış sahəsinə dair sahiblik və istifadə hüququna edilən manelərə qadağa qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İsmayıllı rayon İstehsal-İstehlak Kooperativinin balansında olan, İsmayıllı rayon Basqal qəsəbəsində yerləşən, 1970-ci ildə inşa edilmiş, balans dəyəri 3200 manat olan, qalıq dəyəri olmayan ümumi sahəsi 22 kv.metr olan qarışıq mallar mağazasının binasını mövcud dəyərini ödəməklə 23 aprel 2010-cu il tarixdə satın almışdır. Cavabdeh isə mağaza binasının giriş qapısını qıfıllayaraq açarı özündə saxlamaqla ona vermir və onun istifadə hüququna maneçilik törədir. Dəfələrlə, cavabdehdən məsələnin öz aralarında sülh yolu ilə həll olunmasını təklif etsə də, cavabdeh heç bir razılığa gəlmir və onun qanuni sahiblik və istifadə hüququnu pozmaqda davam edir. Cavabdehin İsmayıllı rayon İstehsal-İstehlak Kooperativindən aralarında 23 aprel 2010-cu ildə bağlanmış alğı-satqı müqaviləsinə əsasən satın aldığı, İsmayıllı rayon Basqal qəsəbəsində yerləşən, 1970-ci ildə inşa edilmiş, ümumi sahəsi 22 kv.metr olan qarışıq mallar mağazasından çıxarılması və onun həmin qeyri- yaşayış sahəsinə dair sahiblik və istifadə hüququna edilən maneçiliklərə qadağa qoyulması barədə qətnamə qəbul edilməsini xahiş edir.
4. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirərək izahatında qeyd etmişdir ki, 2006-cı ildə mübahisəli qarışıq mallar mağazasının binasının qapısını və pilləkənini düzəltdirmişdir. Onun həmin mağazaya çəkdiyi xərclər var. İddiaçı həmin xərcləri qarşılayarsa öz aralarında bu məsələni həll edə bilərlər. Hal-hazırda sözügedən qarışıq mallar mağazasının binası heç kimin balansında deyil. Onun həmin yerə heç bir sənədi yoxdur.
5. Üçüncü şəxsin nümayəndəsi Marifə Ağayeva izahat verərək bildirmişdir ki, İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən, bazar meydanı adlanan ərazidə 8 mağaza tikilmişdir. Keçmiş zamanda işləyən şəxslərin varisləri həmin mağazaların özəlləşdirilməsi üçün müraciət edirlər. İş üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir.
6. İsmayıllı Rayon Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli, 2(037) -1169/2024 saylı qətnaməsi ilə (hakim İlqar Hüseynov) iddia rədd olunmuşdur.
7. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, 23 aprel 2010-cu il tarixli müəssisənin (obyektin) alğı-satqı müqaviləsinə əsasən İsmayıllı rayon İstehsal-İstehlak Kooperativi tərəfindən İsmayıllı rayonu Basqal kəndində yerləşən qarışıq mallar mağazası İddiaçı satılmışdır. 8. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin İddiaçı ünvanladığı 25 iyul 2023-cü il tarixli, 3-21-3-42/2-Ö-00058/2023 nömrəli məktubda qeyd edilir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanuna əsasən İsmayıllı rayon İstehsal-İstehlak Kooperativi mağaza binasını öz adına qeydiyyata aldıqdan sonra alğı-satqı müqaviləsi bağlana bilər. Bu səbəbdən İsmay ıllı rayon Basqal qəsəbəsində yerləşən mağaza binasını qeydiyyata almaq mümkün olmamışdır. 9. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi 21 oktyabr 2024-cü il tarixli, 3-21-3-42/2-5734/2024 nömrəli sorğuya cavab məktubunda qeyd edir ki, İddiaçı tərəfindən İsmayıllı rayon İstehsal-İstehlak Kooperativi mağaza binasınının özgəninkiləşdirilməsi, eyni zamanda həmin qeyri-yaşayış binasında hər hansı araşdırma işlərinin aparılıb-aparılmaması barədə məlumat aşkar edilməmişdir. 10. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi 03 dekabr 2024-cü il tarixli, 3-21-3-42/26579/2024 nömrəli sorğuya cavab məktubunda qeyd edir ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 say lı Qəbələ Ərazi İdarəsinin arxivində qeyd olunan Basqal qəsəbəsində yerləşən “Qarışıq mallar mağazası” adı ilə mülkiyyət hüququ qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Bu səbəblə həmin əmlakın kimin balansında olması barədə məlumat yoxdur.
11. Məhkəmə işin faktiki hallarına əsasən qeyd etmişdir ki, iddianın hazırkı vəziyyətdə qanuni həll edilməsini, yəni iddianın predmeti olan, İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən qarışıq mallar mağazasının kimin balansında olub-olmaması məsələsi təqdim edilmiş sübutlar əsasında araşdırılmalıdır.
12. İşin müəyyən olunmuş hallarından görünür ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin 03 dekabr 2024-cü il tarixli, 3-21-3-42/2-6579/2024 nömrəli sorğuya cavab məktubu ilə müəyyən edilir ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin arxivində qeyd olunan Basqal qəsəbəsində yerləşən “Qarışıq mallar mağazası” adı ilə mülkiyyət hüququ qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Bu səbəblə həmin əmlakın kimin balansında olması barədə məlumat yoxdur.
13. Mübahisə predmeti olan mağazaya dair hüquqmüəyyənedici sənəd və həmin mağazanın özəlləşdirilməsi ilə bağlı mülkiyyətçi ilə alıcı arasında notarial qaydada alğısatqı müqaviləsi olmalıdır. Hazırda sözügedən mağazanın mülkiyyət mənsubiyyəti müəyyən edilmədiyindən, həmin daşınmaz əmlakla bağlı hüquqların pozulmasını tələb etməkdə hazırkı iddia tələbi üzrə iddiaçının subyektiv hüququ müəyyən edilmir.
14. Məhkəmə mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respub likası Mülki Məcəlləsinin 144, 146, 152 və 178-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, İsmayıllı rayon İstehsalİstehlak Kooperativinin balansında olan, İsmayıllı rayon Basqal qəsəbəsində yerləşən, 1970-ci ildə inşa edilmiş, balans dəyəri 3200 manat olan, qalıq dəyəri olmayan ümumi sahəsi 22 kv.metr olan qarışıq mallar mağazasının binasını mövcud dəyərini ödəməklə 23 aprel 2010-cu ildə satın almışdır. Beləliklə, həmin obyektə dair sahiblik və istifadə hüququ yaranmışdır. Lakin məhkəmə bu alqı-satqı ilə bağlı tərtib olunmuş ilkin sənədləri və həmin sənədlər əsasında yaranmış sahiblik və istifadə hüququnun olmasını nəzərə almamışdır.
17. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-333/2025 nömrəli 5 mart 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər X1 Elçin Məhəmməd oğlu və X5) apellyasiya şikayəti təmin edilməmiş, İsmayıllı Rayon Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli, 2(037)-1169/2024 saylı qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının cavabdehə qarşı hazırkı tələbi İsmayıllı rayon İstehsal-İstehlak Kooperativi ilə iddiaçı arasında bağlanmış 23 aprel 2010-cu il tarixli müəssisənin (obyektin) alğı-satqısı müqaviləsinə əsaslanır. Birinci instansiya məhkəməsi iddiaçının hazırkı iddia tələbini irəli sürməyə subyektiv hüququnun olmadığına istinad etm əklə iddianı rədd etmişdir. İddiaçı apellyasiya şikayətində İsmayıllı rayon İstehsal-İstehlak Kooperativi ilə iddiaçı arasında bağlanmış 23 aprel 2010-cu il tarixli müəssisənin (obyektin) alğı-satqısı müqaviləsinə əsasən mübahisəli əmlaka sahiblik və istifadə hüququ əldə etdiyinə istinad edir. Belə olan halda, məhkəmə tərəfindən araşdırılmalı olan məsələ həmin müqavilənin etibarlı olmaqla iddiaçıya mübahisəli əmlak üzərində hüquqlar verib-verməməsindən ibarətdir.
19. Məhkəmə təcrübəsində çoxlu sayda işlər mübahisəli halın təsbitinə dair qərarlar verilməklə həll olunur. Məsələn, “əqdin əhəmiyyətsiz sayılması və əşyanın qaytarılması”, “payın müəyyən olunması və ayrılması” kimi iddialara baxılarkən məhkəmə, əvvəlcə tələbin birinci hissəsinə münasibətdə məhz təsbit mahiyyətində qərar verir, ar dınca nəticənin tətbiqinə dair ikinci tələbi həll edir. Bu kimi hallarda birinci tələbin mütləq qaydada iddia ərizəsində müstəqil bir tələb kimi göstərilməsi məcburi deyil. Yəni, məhkəmə nəticəyə yönəlik (məsələn, icarə obyektinin boşaldılması, əşyanın qaytarılması və s.) tələbi düzgün həll etmək üçün ilk növbədə bunun əsasında duran hüquqi faktı (məsələn, müqavilənin ləğv və ya etibarsız olub-olmamasını) tərəflər irəli sürməsələr də təsbit etməlidir.
20. Məhkəmə təcrübəsindən məlum olduğu kimi, iddia ərizələrində mübahisəli hüquqi hadisənin təsbiti və onun nəticəsinin tətbiqi barədə tələblərin həm birlikdə (məsələn, müqavilənin etibarsız sayılması və əşyanın qaytarılması), həm də onlardan yalnız biri (misal üçün, müqavilənin etibarsız sayılması və ya əşyanın qaytarılması) göstərilməklə ir əli sürülməsi hallarına rast gəlinir. Belə hallarda məhkəmə məsələyə formal yanaşmamalı, təsbit və nəticə xarakterli tələblərin vahid bir mübahisənin tərkib hissələri olduğunu diqqətdən kənarda saxlamamalı, tərəflərin çatmaq istədikləri hüquqi nəticəni müəyyənləşdirməli, onlar arasındakı ixtilafı tam və hərtərəfli araşdırmaqla həll etməlidir.
21. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi, mübahisəli qeyri-yaşayış obyektinin (mağaza binası) kimin balansında olması müəyyən edilmir. Belə ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin İddiaçı ünvanladığı 25 iyul 2023-cü il tarixli, 3-21-3-42/2-Ö0005-8/2023 nömrəli məktu bda qeyd edilir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanuna əsasən İsmayıllı rayon İstehsal-İstehlak Kooperativi mağaza binasını öz adına qeydiyyata aldıqdan sonra alğı-satqı müqaviləsi bağlana bilər. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi 03 dekabr 2024-cü il tarixli, 3-21-3-42/2-6579/2024 nömrəli sorğuya cavab məktubunda qeyd edir ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin arxivində qeyd olunan Basqal qəsəbəsində yerləşən “Qarışıq mallar mağazası” adı ilə mülkiyyət hüququ qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Bu səbəblə həmin əmlakın kimin balansında olması barədə məlumat yoxdur. Bu o deməkdir ki, mübahisəli obyekt haqqında alqı-satqı müqaviləs i bağlayarkən həmin binanın satıcı İsmayıllı rayon İstehsal-İstehlak Kooperativinə məxsus olması təsdiq edilmir.
22. Mülki Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələrin təsdiqlənməsi zamanı əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququ yoxlanılmalıdır. Mülki Məcəllənin 146.3-cü maddəsinə görə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır.
23. Göründüyü kimi, mübahisəli müqavilə notarial qaydada təsdiq edilməməklə birlikdə, müqavilənin predmeti olan əmlaka satıcının sərəncam hüququnun olması da sübut edilmir. Belə olan halda, həmin müqavil ə etibarlı olmaqla iddiaçıya mübahisəli əmlak üzərində sahiblik və istifadə hüquqları verməsi hesab edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının qeyriyaşayış sahəsinə gözlənilən mülkiyyət hüququnun olmasını, iddiaçının qeyri-yaşayış sahəsinin vicdanlı əldə edəni və istifadə edəni olmasını nəzərə almamışdır.
26. İsmayıllı rayon İstehsal-İstehlak Kooperativinin balansında olan İsmayıllı rayon Basqal qəsəbəsində yerləşən, 1970-ci ildə inşa edilmiş, balans dəyəri 3200 manat olan, qalıq dəyəri o lmayan ümumi sahəsi 22 kv.metr olan qarışıq mallar mağazasının binasını mövcud dəyərini İddiaçı ödəməklə 23 aprel 2010-cu il tarixdə satın almışdır.
27. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin olunmaması qənaətinə gələrkən hesab etmişdir ki, mübahisəli qeyri-yaşayış obyektinin (mağaza binası) kimin balansında olması müəyyən edilmir. Apellyasiya şikayətində göstərmişdirlər ki, hazırda iddiaçı İsmayıllı rayon İstehsal-İstehlak Kooperativi ilə iddiaçı arasında bağlanmış 23 aprel 2010-cu il tarixli müəssisənin (obyektin) alqı-satqısı müqaviləsinə əsasən mübahisəli əmlaka sahiblik və istifadə hüququ əldə etdiyinə istinad etmişdir. Mülkiyyətə müdaxilə kimi təqdim edilən hərəkətin qanuni və ya qanunsuz olmasını müəyyən etmək üçün mühüm meyarlardan biri-mülkiyyətçinin iradəsidir.
28. Ha zırkı vəziyyətdə işin mübahisəsiz halı İsmayıllı rayon İstehsal-İstehlak Kooperativi ilə iddiaçı arasında bağlanmış 23 aprel 2010-cu il tarixli müəssisənin (obyektin) alqı-satqısı müqaviləsinə əsasən mübahisəli əmlaka sahiblik və istifadə hüququ əldə etdiyindən ibarətdir. Başqa sözlə, mülkiyyətin qorunmasına dair normalar nəzərə alınarkən, mülkiyyətçinin razılığına və rəftarına güvənərək müvafiq vəsait qoymuş şəxsin əmlak mənafeləri gözardı edilməməlidir. Beləliklə, göstərilən mövqelərdən bu nəticə hasil olur ki, vicdanlı sahibin çəkdiyi xərclər ödənilmədən mülkiyyətçinin öz hüquqlarını birtərəfli qaydada həyata keçirməsi müvafiq hüquq normaların mahiyyəti və məqsədi ilə uzlaşmır. Məlum olduğu kimi, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydas ıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
30. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
31. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
32. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiq liyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
33. Maddə 144.1. daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsu liyyət daşıyır.
34. Maddə 144.2. sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir.
35. Maddə 146.1. daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).
36. Maddə 146.2. daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 146.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır.
37. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
38. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) fakt ik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
39. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
40. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
41. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə i stənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
42. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.
43. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.
44. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
45. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həm in hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
46. Maddə 178.1.Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
49. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıq dan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
50. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
51. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
52. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası mə hkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
54. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
55. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
56. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
57. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq n ormalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
59. İş üzrə kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni olmaqla, eyni dəlillərlə əsaslandırılmışdır. Apellyasiya məhkəməsi həmin dəlilləri tam qiymətləndirmişdir
60. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
61. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir.Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
62. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
63. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
64. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 5 mart tarixli, 2(107)333/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.