Məhkəmə qərarları › İş №2(102)-1961/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1961/2020

08.06.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1961/2020 08.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh İddia tələbi: əmlakların qaytarılması (Açar sözlər: cehiz əmlaklar, ər-arvadın birgə əmlakı, uşaqlara aid əşyalar, fərdi istifadə əşyaları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehin və onun vəkili x2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-13308/2019 nömrəli iş üzrə 28 noyabr 2019-cu il tarixli qə tnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 08 iyun 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları: İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında 11 avqust 2000-ci il tarixdə rəsmi nikah bağlanmışdır. Birgə nikahdan 28 mart 2002-ci il təvəllüdlü Süleyman və 21 noyabr 2003-cü il təvəllüdlü Əli adlı övladları anadan olmuşdur. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1032/2019 nömrəli iş üzrə 24 aprel 2019-cu il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, uşaqlar ananın yanında saxlanılmış, onların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay, hər uşağa 160 manat sabit pul məbləğində alimentin tutularaq iddi açıya verilməsi qət edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3591/2019 nömrəli iş üzrə 21 may 2019-cu il tarixli qətnaməsi ilə tərəflərin birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsi 21, məhəllə 955-də yerləşən binanın 1-ci blokunda yerləşən 62 saylı mənzilin 1/2 hissəsinə iddiaçının, 1/2 hissəsinə cavabdehin pay hüquqları müəyyən edilmiş, tərəflərin ümumi birgə əmlakı olan “Range Rover” markalı, **OS-*** dövlət qeydiyyat nişanlı avtomobil və “Mercedes Benz ML 350” markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəflər arasında bölünərək, həmin avtomobillərə onların 1/2 payları müəyyən olunmuşdur. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabd eh tərəfindən ünvan 1 ünvanda yerləşən 62 nömrəli mənzildə qalan ona məxsus əşyalarının qaytarılması və ya dəyərinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, nikahda olarkən sonuncu dəfə Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, ev 21-də yerləşən 62 saylı mənzildə yaşayıblar. Mənzildən elə bir şəraitdə çıxıb ki, sonradan ora qayıtmaq imkanı olmayıb. Çünki cavabdeh mənzilin açarlarını dəyişərək ona və övladlarına ora daxil olmağa imkan verməyib. 23 oktyabr 2018-ci il tarixdə evdə baş vermiş növbəti qalmaqal zamanı cavabdeh oğlu Əlini vurmuş, uşağı həkimə aparmağa məcbur qalmışdır. Həmin tarixdən sonra özü və övladları mənzilə daxil ola bilməmişlər. Hal-hazırda anasına məxsus mənzildə yaşayır. Mübahisəli mənzil dən hətta gündəlik təlabat əşyalarını da (pal-paltar, uşaqların dərs vəsaitləri və s.) götürə bilmir. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, nikaha daxil olduqdan sonra uzun müddət kirayə yaşayıb, sonradan evə alıblar. 2017-ci ildə mənzildə hər şeyi yeniləyiblər. Övladları evə mütəmadi olaraq gəlib, iddiaçı evi normal şəraitdə tərk edib. İşə baxılarkən iddianı təmin tədbiri barədə ərizə əsasında məhkəmənin 13 iyun 2019-cu il tarixli qərardadı ilə iddia ərizəsində sadalanan əşyaların siyahıya alınaraq üzərinə həbs qoyulmuş və cavabdehin onlardan istifadə etməsinə qadağan qoyulmuşdur. Qərardadın icrası ilə bağlı olaraq icra məmuru tərəfindən əşyaların olduğu ünvan 2 mənzil 62 ünvanında qeyd olunan əşyalara baxış keçirilmiş və 10 iyul 2019-cu il tarixli protokol tərtib olunmuşdur. Pr otokolda göstərilmişdir ki, cavabdeh əmlakların bir hissəsinin olduğu otağın açarının iddiaçıda olduğunu, sonuncu açarı özü ilə gətirdiyini bildirmişdir. Uşaqların yaşadığı həmin otağın qapısı tələbkarın gətirdiyi açarla açılmış və icra sənədində göstərilən siyahıdakı əmlakların mənzildə mövcudluğuna baxış keçirilməsinə başlanmışdır. İddiaçının iddia etdiyi əşyaların bir qismi siyahıya alınmış və üzərinə həbs qoyulmuşdur. İcra sənədində göstərilən siyahıdakı digər əmlaklar, həmçinin qızıl-zinət əşyaları mənzildə aşkar edilməmişdir. Cavabdeh bildirmişdir ki, qızıl-zinət əşyalarını və digər əmlakları tələbkar özü ilə evdən köçərkən aparmışdır. Protokol tərtib olunarkən, iddiaçı mənzildə olan bəzi əşyaları özü ilə götürmüş, protokol icra məmuru, iddiaçı, cavabdeh və digər şəxslər tərəfindən imzalanmışdır. Sonradan iddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, əmlaklar siyahıya alınarkən mənzildən “Canon” markalı iki ədəd fotoaparatı, 2 ədəd “PSP”, 10 ədəd eynəyi, həmçinin kimono, 5 ədəd “kubik-rubik”, “Flik Flak” saatı, o cümlədən özünə məxsus 10 ədəd paltarı apardığından qeyd olunan əmlakları tələb etmədiyini, digər əmlaklara münasibətdə isə iddia tələbini müdafiə etdiyini və həmin əşyaların qaytarılması və ya onların dəyərinin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-4025/2019 nömrəli iş üzrə 08 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakim N.Tağıyeva) iddia qismən təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bun dan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(103)-13308/2019 nömrəli iş üzrə 28 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Məmmədova (sədrlik edən və məruzəçi), M.Məmmədov və X.Sarıyev) birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin edilməmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı iddia ərizəsində qızılzinət əşyalarının nikaha daxil olarkən onun qohumları və anası tərəfindən nişan zamanı hədiyyə edildiyini, həmçinin ona anasından və nənəsindən yadigar qaldığını qeyd etsə də, bununla bağlı məhkəməyə hər hansı bir subut təqdim etməmişdir. Həmçinin iddiaçı birinci instansiyada məhkəmə iclası zamanı izahatında ona hədiyyə edilən qızıl-zinət əşyalarının hamısının cavabdeh tərəfindən satıldığını etiraf etmişdir. 10 iyul 2019-cu il tar ixli protokolda da həmin qızıl-zinət əşyalarının mənzildə olmadığı qeyd olunur. Ona görə də birinci instansiya məhkəməsinin həmin qızıl-zinət əşyalarını iddiaçıya verilməsi barədə mövqeyi əsassızdır. Məhkəmə, həmçinin qeyd etmişdir ki, iddia ərizəsində məişət əşyalarının iddiaçı və onun anası tərəfindən alındığı qeyd olunsa da, bununla bağlı hər hansı bir sübut təqdim edilməmişdir. Cavabdehin məhkəməyə təqdim etdiyi sübutlara əsasən bəzi əşyalar birgə nikah dövründə alındığı üçün yalnız iddiaçıya verilə bilməz, onlar tərəflərin birgə əmlakıdır. Digər məişət əşyalarının da nikahdan əvvəldən yalnız iddiaçıya məxsus olması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etmədiyindən, onların da birgə nikah dövründə alındığı güman edilir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı həmin əşyaların birgə nikah dövründə alınmış əmlak olması və ½ pay haqqının müəyyən olunması ilə bağlı iddia verə bilər. İddia ərizəsində qeyd olunan tərəflərin övladlarının şəxsi əşyalarına, o cümlədən idman əşyalarına münasibətdə məhkəmə qeyd etmişdir ki, cavabdeh həmin əşyaların nikah dövründə onun tərəfindən uşaqlara alındığını, bu əşyaları uşaqların istifadə etdiyini, bunlarla mübahisənin olmadığını bildirmişdir. Məhkəmə nəzərə almışdır ki, 10 iyul 2019-cu il tarixli protokolda, iddiaçı tərəfindən ona məxsus 10 ədəd paltar aparıldığı qeyd olunmuşdur. Odur ki, iddiaçının hansı paltrarı tələb etdiyi iddia ərizəsindən və dəqiqləşmədən aydın olmur. Cavabdeh apelyasiya şikayətində əşyaların yarı bölünməsini tələb etsə də, iddiaçı iddia tələbində və iddia ərizəsinə dəqiqləşmədə belə tələb irəli sürməmişdir. Nəha yət apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, həmin əşyaların ərarvadın birgə nikah dövründə əldə etdiyi əmlak kimi mübahisənin həll edilməsi, iddianın əsasını dəyişdirilməsi olmaqla, tələbdən kənar çıxma hesab olunur. Halbuki mülki prosessual qanunvericiliyə əsasən hakim qanunda göstərilən müstəsna hallardan başqa iddia tələblərindən kənara çıxa bilməz. Məhkəmə öz mövqeyini əsaslandırmaq üçün, həmçinin iddiaçı tərəfindən məhkəməyə ünvanlanmış 17.05.2019-cu il tarixli yazılı izahatda birgə nikah dövründə bütün qızılların və evdəki mebelin cavabdeh tərəfindən satılması barədə verdiyi məlumata istinad etmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları: İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsini n qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qanunsuz və qərəzlidir, qanunvericiliyin tələbləri baxımından əsaslandırılmayıb və iş materiallarında olan sənədlərə, işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun gəlmir, maddi hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmə ev əşya və avadanlıqlarına, qızıl-zinət əşyalarına münasibətdə gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırmamış, qətnamədə ifadə olunan nəticələr işin faktiki hallarına uyğun olmamışdır. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi iddia tələbində sadalanan uşaqlara məxsus şəxsi əşyalara münasibətdə Ailə Məcəlləsinin 36.6-cı maddəsini, iddiaçıya məxsus şəxsi istifadə əşyalarına münasibətdə həmin Məcəllənin 34.2-ci maddəsini tətbiq etməmişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kassasiya şikayətinin əsaslı olduğunu bildirdi və apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh və onun vəkili x1 şikayətinin əsassız olduğunu bildirərək, onun təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Kassasiya baxışının hədləri: MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməs i işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə yeganə iddiaçı olan kassator apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını ge ri tələb edə bilər. Maddə 225 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 225.3. Daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Ailə Məcəlləsi Maddə 34 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əld ə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 34.2. Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Maddə 36 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir... 36.6. Yetkinlik yaşına çatmayan uşaqların tələbatını ödəmək üçün əldə olunan şeylər (geyim, paltar, ayaqqabı, məktəbli və idman ləvazimatları, musiqi alətləri, uşaq kitabxanası və s.) bölünmür və ə vəzi ödənilmədən uşaqları ilə birgə yaşayan valideynə verilir. MPM Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən qızıl-zinət əşyaları tələbinin təmin olunmaması hissəsində mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmin hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hi ssədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin qızıl-zinət əşyaları ilə bağlı dəlilləri işin hallarının sübut olunmamasına və məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına yönəldiyi üçün hazırkı icraat çərçivəsində bu dəlillər üzrə araşdırma aparılmır və onlara qiymət verilmir. İddiaçının tələb etdiyi digər əşyalara münasibətdə isə qeyd olunmalıdır ki, iddia ərizəsində iddiaçı digər əşyalarla yanaşı, özünə və uşaqlara məxsus gündəlik təlabat əşyalarını da əvvəllər yaşadıqları mənzildən götürə bilmədiyini xüsusi qeyd etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən tələb olunan əşyaları ümumi əşyalara, uşaqların paltarlarına, iddiaçıya məxsus paltarlara və qızıl-zinət əşyalarına bölmüşdür. Apellyasi ya instansiya məhkəməsi də öz qətnaməsində tələb edilən əşyaların bir hissəsinin tərəflərin övladlarının şəxsi əşyalarına, o cümlədən idman əşyaları, bir hissəsinin isə iddiaçının özünə məxsus fərdi istifadə əşyaları olduğunu təsdiq etsə də, həmin tələblərə münasibətdə maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, Aİlə Məcəlləsinin 34.2-ci maddəsi zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeylərinin (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsus olduğunu; 36.6-cı maddəsi isə yetkinlik yaşına çatmayan uşaqların tələbatını ödəmək üçün əldə olunan şeylərin (geyim, paltar, ayaqqabı, məktəbli və idman ləvazimatları, musiqi alətləri, uşaq kitabxanası və s.) bölünmədiyini və əvəzi ödənilmədən uşaqları ilə birgə yaşayan valideynə verildiyini müəyyən etmişdir. Baxılan iş üzrə tərəflərin artıq ayrı yaşadıqları işin mübahisə olunmayan halıdır. Eyni zamanda tərəflər arasında nikah məhkəmə qaydasında pozulmuş, uşaqlar iddiaçının himayəsində saxlanılmışdır. İddianı təmin tədbiri barədə qərardadın icrası qaydasında iddia ərizəsində qeyd olunan və tərəflərin əvvəllər yaşadıqları ünvanda aşkar edilən əşyalar siyahıya alınaraq aktlaşdırılmışdır. Buna baxmayaraq apelyasiya instansiyası məhkəməsi tərəflərin övladlarının şəxsi əşyaları barədə mübahisə olmadığı, iddiaçının özünə məxsus hansı əşyaları tələb etdiyinin iddia ərizəsindən və dəqiqləşmədən aydın olmadığı barədə qənaətə gəlmişdir. Bununla məhkəmə MPM-in 88-ci maddəsinin tələbini pozmuş, işdə olan sübutlara hərtərəf li və tam baxaraq həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verməmişdir. Ona görə də qətnamə həmin hissədə ləğv edilərək, yeni apelyasiya baxışına göndərilməli, işə yenidən baxılarkən MPM-in 88-ci, Ailə Məcəlləsinin 34.2 və 36.6-cı maddələri tələblərinə cavab verən məhkəmə aktı qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-13308/2019 nömrəli iş üzrə 28 noyabr 2019-cu il tarixli qətnaməsi qızıl-zinət əşyaları tələbinin təmin olunmaması hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamə qalan hissədə ləğv edilərək, yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar