Məhkəmə qərarları › İş №2(102)-1963/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1963/2022

05.05.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1963/2022 05.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Xəlilov İsmayıl Kamil oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kreditin tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5729/2021 nömrəli 15 dekabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 5 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 03.07.2014-cü il tarixli, 175/14 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 60 ay müddətinə illik 7 faiz olmaqla, 200000 manat məbləğində kredit verilmişdir. 2. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 04.07.2014-cü il tarixli, 176/14/1 nömrəli ipoteka müqaviləsinə əsasən kredit müqaviləsinin öhdəliklərinin icrasını təmin etmək məqsədilə C avabdeh2 tərəfindən kreditin təminatı kimi Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küçəsində yerləşən 16 nömrəli binada, 12-ci mərtəbədə 151.3 kv.m ümumi, 97.3 kv.m yaşayış, 54.0 yardımçı sahədən ibarət 4 otaqlı, 42 nömrəli mənzili banka ipotekaya qoymuşdur. 3. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış 04.07.2014-cü il tarixli, 175/14/1 nömrəli zaminlik müqaviləsinə əsasən sonuncu Cavabdeh1 bank tərəfindən verilmiş 200000 manat kredit üzrə öhdəliklərinin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli çıxarışına əsasən Cavabdeh2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küçəsində yerləşən 16 nömrəli binada, 42 n ömrəli mənzil "xxxx" ASC-nin adına 08.077.2014-cü il tarixdə yüklü edilmişdir.

5. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19.10.2020-ci il tarixli 9/4290 saylı rəyinin nəticə hissəsinə və iş materiallarında olan bank tərəfindən tərtib olunmuş hesabdan çıxarış məlumatlarına əsasən 03.07.2014cü il tarixli, 175/14 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 "xxxx" ASC-nə olan borcu aşağıdaki kimi müəyyən olunur, o cümlədən; əsas borc üzrə 197283,44 manat, faiz borcu üzrə 41260,02 manat. 6. "xxxx" MMC-nin28.01.2021-ci il tarixli QXM 348/M saylı ekspert rəyindən əsasən ünvan 1 ünvanda yerləşən mənzilin real bazar qiyməti 250000 manat təşkil etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı LPO İddiaçı Əmanətlərinn Sığortalanması Fondu cavabde hlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kreditin tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 197283.44 (yüz doxsan yeddi min iki yüz səksən üç manat, 44 qəpik) manat əsas, 44865.89 (qırx dörd min səkkiz yüz altmış beş manat 89 qəpik) manat müddət sonuna hesablanan faiz, 1764.59 (min yeddi yüz altmış dörd manat 59 qəpik) manat məbləğində cərimə və 3890,87 (üç min səkkiz yüz doxsan manat 87 qəpik) manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 247 804,79 (iki yüz qırx yeddi min səkkiz yü z dörd manat 79 qəpik) manat kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq Ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ödənilməsi, ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan, Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küçəsində yerləşən 16 nömrəli binada, 12- ci mərtəbədə 151.3 kv.m ümumi, 97.3 kv.m yaşayış, 54.0 yardımçı sahədən ibarət 4 otaqlı, 42 nömrəli mənzilə tutmanın yönəldilməsi, həmin evin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh1 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh1 tutularaq Ləğv prosesində olan "Zaminbank” ASC-nin xeyrinə ödənilmə si barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 03.07.2014-cü il tarixli, 175/14 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 60 ay müddətinə, illik 7% ödənilmək şərtilə, 200.000 (iki yüz min) manat məbləğində kredit vəsaiti verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh2 ilə həmin tarixdə 176/14/1 saylı ipoteka müqaviləsi bağlanmış və həmin ipoteka müqaviləsinə əsasən, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan, Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küçəsində yerləşən 16 nömrəli binada, 12-ci mərtəbədə 151.3 kv.m ümumi, 97.3 kv.m yaşayış, 54.0 yardımçı sahədən ibarət 4 otaqlı, 42 nömrəli mənzil "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Eyni zaman da həmin kredit müqaviləsinin təminatı olaraq digər Cavabdeh3 ilə həmin tarixdə 175/14/1 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.3-cü maddəsinə müvafiq olaraq zamin Cavabdeh3 borclunun bank qarşısında öhdəliklərini tamamilə icra etməsi üçün borclu ilə birlikdə birgə məsuliyyət daşıyırlar. Lakin buna baxmayaraq Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Kredit müqaviləsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Müqaviləyə əsasən borclu öhdəliyin icra edilməməsi və ya lazımın ca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri Banka ödəməlidir. Hazırda cavabdehlərin Banka ödənilməmiş 197283.44 (yüz doxsan yeddi min iki yüz səksən üç manat, 44 qəpik) manat əsas, 44865.89 (qırx dörd min səkkiz yüz altmış beş manat 89 qəpik) manat müddət sonuna hesablanan faiz, 1764.59 (min yeddi yüz altmış dörd manat 59 qəpik) manat məbləğində cərimə və 3690,87 (üç min səkkiz yüz doxsan manat 87 qəpik) manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM- in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 247804,79 manat borcu mövcuddur.

9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim K.Əmirxanova, iş № 2(005)-178/2021) iddia qismən təmin edilərək, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 03.07.2014-cü il tarixli, 175/14 nömrəli kredit müqaviləsinə əsasən ödənilməmiş 197283,44 manat əsas, 41260,02 manat faiz, 1000 manat cərimə borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanan 3890,87 manat, cəmi 243434,33 (iki yüz qırx üç min dörd yüz otuz dörd manat 33 qəpik) manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddiaçı LPO "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın ilkin satış qiyməti 240000 manat müəyyən edilməklə Cavabdeh2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küçəsində yerlə şən 16 nömrəli binada, 12-ci mərtəbədə 151.3 kv.m ümumi, 97.3 kv.m yaşayış, 54.0 yardımçı sahədən ibarət 4 otaqlı, 42 nömrəli mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və əldə olunan vəsait hesabına borc "xxxx" ASC-ə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehlər kredit və zaminlik müqavilələri üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşlar.

11. Məhkəmə 03.07.2014-cü il tarixli, 175/14 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən hesablanmış borcu ekspert rəyi ilə birgə nəzərdən keçirib, hesab etmişdir ki, iddia tələbi əsas və gecikdirilmiş günə görə hesablanmış faiz borc unun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Faiz borcu ekspert rəyindəki məbləğ əsas götürülməklə 41260,02 manat məbləğində müəyyən edilməlidir. Cərimə borcuna gəldikdə isə məhkəmə 197283,44 manat əsas borca nisbətdə 1764,59 manat cərimə borcunu tənasübsüz dərəcədə yüksək hesab etmiş və 1000 manat məbləğində tutulması qənaətinə gəlmişdir.

12. Məhkəmə eyni zamanda iddianın tələbin girov predmeti olan əmlaka yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab etmişdir ki, iddia tələbi bu hissədə əsaslıdır. Bu səbəbdən iddianın həmin hissəsi də təmin edilməlidir.

13. İddia tələbini ipoteka predmetinin satışından əldə olunan vəsaitin Cavabdeh1 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh1 tutularaq Ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ödənilməsi hissəsində məhkəmə qeyri-müəyyən hesab etmiş və bu səbəbdən rədd edilməsi qənaətinə gəlmişdir.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 279, 295, 385.1, 427.3, 442, 443.1, 448.1, 467, 472.1, 472.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat

15. İddiaçı LPO İddiaçı Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-178/2021 nömrəli, 12 mart 2021-ci il tarixli qətnaməsi ilə faiz borcu və cərimə məbləğinin və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 tutulması barədə təmin edilməyən və əmlakın ilkin satiş qiymətinin müəyyən edilməsi hissəsində ləğv ed ilərək, Bankın iddia tələbinin tam təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Cavabdeh1 (Vəkil) apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-178/2021 saylı, 12.03.2021-ci il tarixli qətaməsinin qismən, yəni iddianın təmin edilən hissədə ləğv edilməsi və iddia tələbinin tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 15 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Məmmədova (sədrlik edən və məruzəçi), F.Talışinski və R.Eyvazov, iş № 2(103)-5729/2021) iddiaçı LPO İddiaçı Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2(005)178/2021 nömrəli qətnaməsinin mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılması, apellyasiya baxışı zamanı iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat iddiaçı və cavabdehlərdən müştərək qaydada tutulması qət edilmişdir.

18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 iyun 2021-ci il tarixli qərardadı ilə iş üzrə təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizası ilə bağlı 26 avqust 2021-ci il tarixdə məhkəməyə daxil olmuş 11 avqust 2021-ci il tarixli 9/5055 saylı Ekspertiza Rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında mövcud olan hesabdan çıxarış məlumatlarına əsasən 03.07.2014-cü il tarixli, 175/14 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 03.07.2019cu il (müqavilə müddətinin bitdiyi tarixə) v ə 27.11.2019-cu il tarixlərə (iddia tərtib edilən tarixə) "xxxx" ASC-nə olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: 03.07.2019-cu il tarixə əsas borc üzrə 197.283,44 manat, faiz borcu üzrə 41.260,02 manat; 27.11.2019-cu il tarixə əsas borc üzrə 197.283,44 manat, faiz borcu üzrə 45.205,69 manat. Qeyd edilir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən "xxxx" ASC-ilə Cavabdeh1 arasında 03.07.2014-cü il tarixli, 175/14 saylı kredit müqaviləsi üzrə hesablanmış faiz borcu müqavilə müddəti bitdikdən sonra illik 5 faiz dərəcəsi ilə hesablanıldı və müqavilə bitdikdən sonra (03.07.2019-cu il tarixdən 27.11.2019-cu il tarixədək olan) hesablanan faiz borcunun miqdarı 3945,67 manat məbləğində müəyyən edilir.

19. Bakı Apellyasiya M əhkəməsi Mülki kollegiyasının 17 iyun 2021-ci il tarixli qərardadı ilə iş üzrə təyin olunmuş qiymətləndirmə ekspertizası ilə bağlı X1 12 noyabr 2021-ci il tarixdə məhkəməyə daxil olmuş 11 noyabr 2021-ci il tarixli 262 saylı Qiymətləndirmə Rəyindən görünür ki, rəyin tədqiqat nəticəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küçəsində yerləşən 16 saylı binanın 42 saylı mənzilinin hazırkı bazar qiyməti ilə təqribi dəyərinin 423.000,00 manat olduğunu nəzərə alaraq, hazırkı şəraitdə likvid dəyərinin təqribən 380700,00 manat təşkil etdiyi müəyyən olunur. Qeyd: Respublika əmlak bazarlarında mövcud olan tələb və təklifdən asılı olaraq müəyyən edilmiş orta bazar qiymətində qismən dəyişiklik olması istisna edilmir.

20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, borcun müəyyən edilmə si, mənzilin açıq hərracdan satılması, satışdan əldə edilən vəsait hesabına borcun ödənilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. İddia tələbini ipoteka predmetinin satışından əldə olunan vəsaitin Cavabdeh1 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh1 tutularaq Ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ödənilməsi hissəsində məhkəmə kollegiyası hesab edir ki, bu icra mərhələsinə aiddir.

21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 279, 295, 385.1, 427.3, 442, 443.1, 448.1, 467, 472.1, 472.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mü lki kollegiyasının 2(103)-5729/2021 nömrəli iş üzrə 15 dekabr 2021-ci il tarixli qətnaməsinin qismən, yəni iddianın təmin edilən hissəsində ləğv edilməsi və iddia tələbinin tam rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının adıçəkilən qətnaməsi əsassız olduğundan qismən, yəni iddianın təmin edilən hissədə ləğv edilməsi və iddia tələbinin tam rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

25. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində gırov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.

26. Maddə

279. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir.

27. Maddə

295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra elmədikdə yönəldilə bilər.

28. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

29. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

30. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

31. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

32. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmə diyi bütün hallar üçün cavabdehdir.

33. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

34. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan is tifadə etməlidir.

36. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

37. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qi ymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

41. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər.

42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

43. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

44. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.

45. Hazırda apellyasiya instansiya məhkəməsini n qətnaməsindən Cavabdeh1 kassasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini qismən, yəni iddianın təmin edilmiş hissəsində mübahisələndirmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi həmin hissədə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Məhkəmə kollegiyası hesab edir ki, kass asiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

49. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5729/2021 nömrəli 15 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar