Məhkəmə qərarları › İş №2(102)-342/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-342/2024

24.01.2024 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-342/2024 24.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “X1 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “hərracın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: icra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydasının pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 aprel 2023-cü il tarixli, 2(103)- 1333/2023 nömrəli qətnaməsindən iddiaçının kassasiya şikayətinə Az ərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 dekabr 2019-cu il tarixli icra vərəqəsi ilə Nümayəndə1 9500 ABŞ dolları məbləğində pul vəsaitinin alınaraq iddiaçı X7 xeyrinə, İddiaçı isə 2000 manat pul vəsaitinin alınaraq iddiaçı X2 xeyrinə ödənilməsi qət edilmişdir.

2. İcra sənədi 25 avqust 2020-ci il tarixdə Suraxanı rayon İcra şöbəsinin icraatına daxil olmaqla, icraata başlanılmış və borcluya könüllü icra barədə bildiriş təqdim olunmuşdur.

3. İcra sənədinin icrasını təmin etmək məqsədilə İddiaçı mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrdə qeydə alınmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin üzərinə həbs qoyulması ilə bağlı icra məm uru tərəfindən məhkəməyə təqdimatla müraciət edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 dekabr 2020-ci il tarixli qərardadı ilə təqdimat təmin edilməklə, həmin fərdi yaşayış evinin üzərinə həbs qoyulması qərara alınmışdır.

4. İcra məmurunun sifarişinə əsasən "xxxx" MMC-nin 26 fevral 2021-ci il tarixli hesabatı ilə mübahisə predmeti olan fərdi yaşayış evi 62000 manata qiymətləndirilmiş və Suraxanı rayon İcra və probasiya şöbəsi tərəfindən “X1 Mərkəzi” MMC-yə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin həmin qiymətə hərracdan satılmasına dair 04 mart 2021-ci il tarixdə sifariş verilmişdir.

5. Evin satışı ilə bağlı açıq hərrac 2 dəfə keçirilmiş və 3-cü hərracın nəticəsi olaraq, hərracın nəticələri haqqında Y-139 nömrəli, 04 avqust 2021-ci il tarixli protokola əsasən, İddiaçı məxs us ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi 37200 manata X5 satılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdeh “X1 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 37200 manata qalib alıcı X5 satan “X1 Mərkəzi” MMC-nin 04 avqust 2021ci il tarixli “hərracın nəticələri haqqında” YP seriyalı 139 nömrəli protokolun ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra məmuru tərəfindən iddiaçının və Nümayəndə1 birgə nikahda olmalarına əsaslanaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi elektron icra sisteminin çıxarışından o nun adına aşkar edilmiş, atası X6 bacılarının razılığı ilə iddiaçının adına rəsmiləşdirilmiş ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin üzərinə həbs qoyulmasına dair təqdimatla Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli qərardadı ilə həmin fərdi yaşayış evinin üzərinə həbs qoyulmuşdur. Bakı şəhəri Suraxanı rayonu icra şöbəsi 23 noyabr 2020-ci il tarixdə fərdi yaşayış evinin qiymətləndirilməsi üçün qiymətləndirmə fəaliyyətini həyata keçirən "xxxx" MMC-dən mütəxəssisin dəvət edilməsi haqqında qərar qəbul etmiş, MMC-nin 26 fevral 2021-ci il tarixli hesabatı ilə fərdi yaşayış evi 62000 manata qiymətləndirilmişdir. Əmlakına verilən qiymətdən sonra Suraxanı rayon İcra şöbəsinin icra məmuru hərracın keçirilmə si haqqında sifarişi qəbul edərək 2000 manat borca görə iddiaçıya məxsus 62000 manata qiymətləndirilən fərdi yaşayış evinin hərracını həyata keçirməsini “X1 Mərkəzi” MMC-yə həvalə etmiş, həmin MMC-nin 04 avqust 2021-ci il tarixli, YP seriyalı, 139 nömrəli “hərracın nəticələri haqqında protokolu ilə ev 37200 manata X5 satılır. İddiaçı hesab etmişdir ki, 2000 manat borca görə ona məxsus evin 37200 manata satılması qanunsuz olmuşdur.

8. Birinci instansiya məhkəməsi tərəfindən Suraxanı rayon İcra şöbəsinin icra məmuru X9 və X10 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər.

9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli, 2(004)577/2022 nömrəli qətnaməsi illə (hakim G.B.Əkbərli) iddia təmin olunmuş, ünvan 2 ünvanında y erləşən fərdi yaşayış evinə dair “X1 Mərkəzi” MMC tərəfindən tərtib edilmiş “hərracın nəticələri haqqında” 04 avqust 2021-ci il tarixli, YP seriyalı 139 nömrəli protokolun ləğv edilməsi qət edilmişdir.

10. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, üzərinə həbs qoyulmuş və açıq hərracdan satılması sifariş edilmiş, hazırki mübahisə predmetini təşkil edən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi, hazırki iş üzrə İddiaçı digər borclu olan əri Nümayəndə1 ilə birgə mülkiyyətində olmamaqla, tam mülkiyyət hüququ ilə ona məxsus olmuşdur. Buna baxmayaraq, Suraxanı rayon İcra şöbəsi tərəfindən fərdi yaşayış evinin borclu İddiaçı mülkiyyətinə əvəzsiz olaraq vərəsəlik qaydasında keçməsi xüsusatı araşdırılmamış və həmin fərdi yaşayış evi səhvən borcluların birgə mülkiyyəti kimi qiymətləndir ilərək üzərinə həbs qoyulmasına dair təqdimat verilmiş, daha sonra isə icra sənədi üzrə hər iki borcluya münasibətdə tələbin təmin edilməsi üçün açıq hərracdan satılmasına dair sifariş verilmişdir. Hazırda isə İddiaçı Bakı Apellyasiya Məhkəməsinin 16 dekabr 2019-cu il tarixli icra sənədi əsasən 2000 manat borcunu tam şəkildə ödəmişdir. Belə olan halda isə ona qarşı icra sənədi üzrə tələb aradan qalxmışdır.

11. Eyni zamanda, məhkəmə müəyyən etmişdir ki, “X1 Mərkəzi” MMC tərəfindən hərracın nəticəsinə dair tərtib edilmiş 04 avqust 2021-ci il tarixli YP seriyalı 139 nömrəli protokol sifarişi vermiş icra şöbəsinin səlahiyyətli vəzifəli şəxsi tərəfindən imzalanmamışdır. Bundan başqa, hazırki işin faktiki hallarından göründüyü kimi, həmin hərracın keçirilməsinə əsas olmuş Suraxanı rayon İcra şöb əsinin 04 mart 2021-ci il tarixli sifarişi hüquqazidd olmuşdur. Bu hal isə özü-özlüyündə 04 avqust 2021-ci il tarixli YP seriyalı 139 nömrəli protokolun etibarsızlığına dəlalət edir.

12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mülki iş üzrə iddiaçı tərəfindən icra məmurunun hərəkətləri və icra işi üzrə qəbul etdiyi aktlar mübahisləndirilməsə də, 04 avqust 2021-ci il tarixli YP seriyalı 139 nömrəli protokol və onun nəticələri özü-özlüyündə etibarsız olduğundan, iddia tələbi təmin edilərək “X1 Mərkəzi” MMC tərəfindən hərracın nəticəsinə dair tərtib edilmiş 04 avqust 2021-ci il tarixli YP seriyalı 139 nömrəli protokol ləğv edilməlidir.

13. Məhkəmə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 nümayəndəsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 16 dekabr 2019-cu il tarixli qətnaməsinə əsasən 9500 ABŞ dolları pulun İddiaçı mərhum atasının digər qanun üzrə vərəsələrinə verilməsi üçün Nümayəndə1 tərəfindən alınması və bu səbəbdən, qeyd olunan məbləğin onların birgə borcu kimi qiymətləndirilərək İddiaçı mülkiyyətində olan əmlaka yönəldilməsinə dair iddiası üzrə isə vurğulamışdır ki, müvafiq məhkəmə qətnaməsində bu hal qeyd edilməsinə baxmayaraq 9500 ABŞ dolları pul vəsaiti onların birgə borcu kimi qiymətləndirilməmiş və müştərək qaydada ödənilməsi müəyyən edilməmişdir. Ona görə də X3 nümayəndəsinin bu iddiası rədd edilməlidir.

14. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1, 337.4, 415.1, 415.2, 415.3, 415.5, 416.1, 416.2-ci, “İcra haqqında” Qanunun 53.2, 61.1, 61.2, 61.3, 62-ci, “İpoteka haqqında” Qanunun 43, 44-cü, Mülki Prosessual Məcəllənin 77.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 dekabr 2008-ci il tarixli və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.443.8 və 48-ci maddələrinin şərh edilməsinə dair 28 oktyabr 2014-cü il tarixli qərarları ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

15. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli, 2(004)-577/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 aprel 2023-cü il tarixli, 2(103)-1333/2023 nömrəli qətnaməsi ilə (hakim C.C.Musayevanın sədrliyi və məruzəsi ilə, hakimlər M.Ə.Rüstəmlidən və M.A.Məmmədovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli, 2(004)577/2022 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia rədd edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmayaraq qeyd etmişdir ki, məhkəmə cavabdeh “X1 Mərkəzi” MMC-yə qarşı verilən iddia üzrə işin hallarını araşdırarkən icra məmurunun hərəkətlərinin qanunsuz olduğunu müə yyən etmiş, 04 avqust 2021-ci il tarixli YP seriyalı 139 nömrəli protokolun sifarişi vermiş icra şöbəsinin səlahiyyətli vəzifəli şəxsi tərəfindən imzalanmadığından hərracın nəticələrini etibarsız hesab etmişdir.

18. Halbuki, iddia ərizəsində icra məmurunun hərəkətlərindən narazı olduğunu bildirən iddiaçı hərracın nəticələrinin etibarsız olmasının müəyyən edilməsinə və protokolun ləğv edilməsinə əsas ola biləcək hər hansı hərəkətə cavabdeh “X1 Mərkəzi” MMC tərəfindən yol verildiyini göstərməmiş, əmlakın onun mülkiyyətinə vərəsəlik qaydasında keçdiyini, əmlakın qiymətinin yüksək olmasına baxmayaraq ucuz qiymətə satıldığını və s. kimi icra məmurunun səlahiyyətlərinə aid hərəkətləri sadalamaqla kifayətlənmişdir.

19. Hazırki işin hallarından isə müəyyən edilir ki, borclu (iddiaçı) icra məmuru t ərəfindən verilən müddət ərzində tələbi könüllü surətdə icra etmədiyindən məcburi icra tədbirlərinin tətbiqi ilə əlaqədar “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslar yaranmış, bu səbəbdən icra məmuru tərəfindən məhkəməyə təqdimatla müraciət edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 dekabr 2020-ci il tarixli qərardadı ilə təqdimatın təmin edilməsi, mübahisəli əmlakın üzərinə həbs qoyulması qərara alınmışdır. İcra məmuru tərəfindən icra sənədinin icra edilməsi məqsədi ilə borclunun icra qaydasında üzərinə həbs qoyulmuş əmlakının hərracda satılmasına dair sifariş məktubu hərrac təşkilatına göndərilmişdir. Hərrac təşkilatı qeyd edilən sifariş əsasında hərracı icra qanunvericiliyi ilə müəyyən edilmiş qaydada keçirmişdir. Belə ki, 31 mart 2021-ci, 21 aprel 2021-ci, 19 may 2021-ci və 09 iyun 2021-ci il tarixlərinə təyin olunmuş hərraclar baş tutmamış, təkrar hərraclar da baş tutmadığından ilkin satış qiymətinə əlavə faiz endirimi tətbiq edilməklə əmlak X8 tərəfindən müvafiq qiymətə 04 avqust 2021-ci il tarixdə əldə edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin hərəkətlərində keçirilmiş hərracın nəticələrinin etibarsız olmasına dəlalət edən və bunun nəticəsində bağlanmış protokolun ləğv edilməsini şərtləndirən hər hansı pozuntuya yol verilməsi halı öz təsdiqini tapmamışdır. Belə ki, borclunun əmlakının satılması üzrə hərraclar “İcra haqqında” Qanunun 53.2, 61.1 və 61.2-ci maddələrinə əsasən keçirilmiş, yəni əmlakın üzərinə həbs qoyulduqdan və bu əmlak qiymətləndirildikdən sonra icra məmu ru tərəfindən hərrac təşkilatına sifariş verilmiş, sifarişdə hərraca qoyulan əmlakın bazar dəyəri ilə müəyyən edilmiş ilkin satış qiyməti göstərilmiş, hərrac (icra məmurundan müvafiq sifarişin alındığı gündən 1 ay müddətində) 3 aylıq müddət çərçivəsində, hərracın keçirilməsi qaydasını pozmadan keçirməyə imkan verən sayda, hər dəfə satış qiymətinə əlavə faiz endirimi tətbiq edilməklə və bu barədə maraqlı şəxslərə məlumat və kütləvi informasiya vasitələrində elan verilməklə keçirilmişdir.

21. Məhkəmə, hərracın nəticələrinə dair yekun protokolun icra məmuru tərəfindən imzalanmamasına münasibət bildirərək qeyd etmişdir ki, qanunverici hərracın nəticələrinə dair yekun protokolun icra məmuru tərəfindən imzalanmalı olması ilə bağlı imperativ şərt müəyyən etməmişdir. Həmçinin, Mülki Məcəllənin 4 15.5-ci maddəsində açıq-aşkar qeyd edilmişdir ki, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. Göründüyü kimi, göstərilən normada nəticələri haqqında protokolu imzalamalı olan şəxslərin dairəsində icra məmuru qeyd olunmamışdır.

22. Apellyasiya məhkəməsinin qənaətinə görə cavabdeh “X1 Mərkəzi” MMC tərəfindən mübahisə predmeti olan hərracın etibarsızlığına dəlalət edən və bunun nəticəsində bağlanmı ş protokolun ləğv edilməsini şərtləndirən hər hansı qanunsuz hərəkətə yol verildiyi müəyyən edilməmiş, hərracın özü-özlüyündə etibarsız olması halı isə öz təsdiqini tapmamışdır. İddiaçının icra məmurunun hərəkətlərinin qanunsuz olmasına dair şikayətə baxılması qaydası fərqlidir, bu əsasla keçirilmiş hərracın nəticəsində tərtib olunmuş protokolun ləğv edilməsini tələb etmək üçün iddia hərracı keçirmiş ixtisaslaşdırılmış müəssisəyə qarşı deyil, qanunsuz olması ehtimal edilən hərəkətlərə yol vermiş şəxsə yönəldilməlidir.

23. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 415.1, 415.2, 415.3, 415.4, 415.5, 416.1, 416.2-ci, “İcra haqqında” Qanunun 43.1, 44.1.1-44.1.3, 44.2, 44.3, 45.1, 45.6, 45.7, 53.1, 53.2, 61.1, 61.2, 61.3, 62.1, 62.2-ci, Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 77.1, 88-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

24. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 aprel 2023-cü il tarixli, 2(103)-1333/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmasına dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 13, 26, 60, 71, 125, 29cu, İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 1, 6 və 13-cü, Mülki Məcəllənin 1, 6, 14, 16, 17, 21, 152, 319, 415, 416, 425, 560-cı, “İcra haqqında” Qanunun 45, 49, 51, 53, 61, 62-ci, Mülki Prosessual Məcəllənin 9, 14, 50.3, 76, 77, 88, 97, 102, 217.1-ci maddələrinin tələ bləri pozulmuşdur. Belə ki, cavabdeh tərəfindən həyata keçirildiyi hərraclar tamamilə əsassız və qanunsuz olmuşdur. Hərrac barədə internet və dövlət qəzetində əmlakın parametrləri, təmiri barədə məlumat verilmədən 5 yalançı (icra məmurunun göndərdiyi sənədə görə yalnız bir dəfə keçirilə bilər) hərrac keçirilmiş, əvvəlcə qiymət barədə tələbkarla borclunun razılığı alınmamış, əmlakın qiyməti əsassız olaraq aşağı salınmışdır. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini qanuna və sübutlara uyğun əsaslandırmamış, işin hallarını təhrif etmişdir. Əvvəla, iddia tələbində mübahisəli evin qanunsuz, ucuz qiymətə satılmasının bildirilməsi heç də icra məmurunun səlahiyyətlərinə aid edilən hərəkətlər kimi qəbul edilə bilməz, hərracı icra məmuru deyil, hazırkı iş üzrə cavabdeh həyata keçirmişdir. Cav abdeh kimi də, hərracı həyata keçirmiş şəxs qoyulmalıdır. İcra məmurunun hərəkətlərindən şikayət icra sənədini vermiş məhkəməyə edilə bilərdi ki, hazırkı halda iddia tələbi konkret hərracın ləğvi barədədir. Nəzərə alınmalıdır ki, işə birinci instansiya məhkəməsində baxılarkən mübahisə ilə bağlı Suraxanı icra şöbəsi 3-cü şəxs kimi icraata cəlb olunmuş, öz hüquqlarını müdafiə etmək imkanından məhrum edilməmişdir. İcra məmuru icra işi ilə bağlı ətraflı izahat da vermişdir. Ona görə də apellyasiya məhkəməsinin icra şöbəsini icraata cəlb edilməməsi, cavabdeh kimi məhz Şöbənin qoyulmamasını pozuntu kimi qiymətləndirməsi qanunsuz və məntiqsizdir.

26. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

27. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

28. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması h üququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

29. İddiaçı kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin kassasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 414.1-ci maddəsinə əsasən əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. 414.4-cü maddəsinə əsasən hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komiss iyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır. 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəti cələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. 31. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinə əsasən üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaş dırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. 53.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi borcuna görə siyahıya alınmış əmlakı istisna olmaqla, borclunun əmlakı qanunla nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. 53.3-cü maddəsinə əsasən əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. 61.1-ci maddəsinə əsasən vergi borcuna görə siyahıya alınmış əmlak istisna olmaqla, borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. 61.2-ci maddəsinə əsasən ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. 62.1-ci maddəsinə əsasən icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. 62.2-ci maddəsinə əsasən hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tu tduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 392.1.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hü quq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 33. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən m əhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyas iya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi hüquq normaları pozulmuş, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır.

35. Belə ki, yuxarıda qeyd olunduğu kimi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası ilə əlaqədar tutma borclu olan hazırki iddia üzrə iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə yönəldilmiş, icra məmurunun sifarişi əsasında həmin ev qiymətləndirilərək cavabdeh MMC tərəfindən hərraclar keçirilmiş və son nəticədə ev hazırki iş üzrə üçüncü şəxsə satılmışdır.

36. İddiaçı bir neçə əsasla hərracın qanunsuz keçirilməsini iddia etməklə, onun nəticələrini mübahisələndirmişdir.

37. İddianı rədd edən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iş üzrə yeganə cavabdeh qismində c əlb olunmuş “X1 Mərkəzi” MMC tərəfindən sifariş olunmuş hərracın etibarsızlığına səbəb ola biləcək qanun pozuntularına yol verilməmişdir.

38. Bu mövqeyini əsaslandırarkən apellyasiya məhkəməsi qeyd etmişdir ki, borclunun əmlakının satılması üzrə hərraclar “İcra haqqında” Qanunun 53.2, 61.1 və 61.2ci maddələrinə əsasən keçirilmiş, yəni əmlakın üzərinə həbs qoyulduqdan və bu əmlak qiymətləndirildikdən sonra icra məmuru tərəfindən hərrac təşkilatına sifariş verilmiş, sifarişdə hərraca qoyulan əmlakın bazar dəyəri ilə müəyyən edilmiş ilkin satış qiyməti göstərilmiş, hərrac (icra məmurundan müvafiq sifarişin alındığı gündən 1 ay müddətində) 3 aylıq müddət çərçivəsində, hərracın keçirilməsi qaydası pozulmadan keçirməyə imkan verən sayda, hər dəfə satış qiymətinə əlavə faiz endirimi tətbiq edilmə klə və bu barədə maraqlı şəxslərə məlumat və kütləvi informasiya vasitələrində elan verilməklə keçirilmişdir.

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını tam araşdırmamış və mübahisəyə tətbiq etməli olan maddi hüquq normalarına istinad etsə də, onları düzgün təfsir etməmişdir.

40. Belə ki, apellyasiya instansiyası məhkəməsi “İcra haqqında” Qanunun müvafiq müddəalarına istinad etsə də, hərrac təşkilatı tərəfindən hərracdan satılmalı olan əmlakın müəyyən olunan ilkin satış qiymətinin hər bir növbəti hərrac keçirilərkən aşağı salmasının bu Qanunun tələblərinə uyğun olub-olmamasına hüquqi qiymət verməmişdir.

41. İzah olunmalıdır ki, “İpoteka haqqında” Qanunun 42, 43-cü maddələrində ipoteka predmeti olan əmlakın likvid qiymətlə satışa çıxarılması, ümumilikdə 2 hərracın keçirilməsi imkanı, birinci və təkrar hərrac baş tutmadığı halda ilkin satış qiymətinin ardıcıl olaraq 15 və 25 faiz azaldılması və ən nəhayət təkrar hərracın baş tutmadığı halda ipoteka saxlayanın əmlakı 30 gün müddətində əldə etməsi imkanı nəzərdə tutulsa da, “İcra haqqında” Qanunda hərracın başqa qaydada keçirilməsi müəyyən olunmuşdur. 42. “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 24 noyabr 2021-ci il tarixli qərardadında izah olunmuşdur ki, icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə, vergi ödəyicisi kimi siyahıya alınmış əmlaka və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlaklarına tələbin yö nəldilməsi və hərracdan satılması qaydaları Mülki Məcəllənin 415-ci və “İcra haqqında” Qanunun 45.6, 45.7, 51, 53, 61, 62-ci maddələri ilə tənzimlənir və bu münasibətlərə qanunun analogiyası üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hərrac qaydaları tətbiq edilməməlidir.

43. Digər tərəfdən məhkəmə kollegiyası diqqətə çatdırır ki, cavabdeh təşkilat tərəfindən hərracın keçirilmə müddətlərinə riayət edilməsi məsələsinə də apellyasiya instansiyası məhkəməsi tərəfindən “İcra haqqında” Qanunun 53.1 və 62.1-ci maddələrinə uyğun hüquqi qiymət verilməmişdir.

44. Belə ki, apellyasiya məhkəməsi tərəfindən tədqiq olunmuş sübutlara əsasən icra məmuru iddiaçının mülkiyyətində olan əmlakın hərracdan satılması ilə bağlı sifarişi 04 mart 2021-ci il tarixdə verilmiş, hərracın nəticələri haqqında mübahisələndirilən protokol isə 04 avqust 2021-ci il tarixdə, yəni 5 ay sonra tərtib olunmuşdur. Məhkəmə sifarişin hərrac təşkilatına hansı tarixdə daxil olmasını və buna uyğun olaraq qanunvericiliklə müəyyən olunmuş müddətlərin həmin təşkilat tərəfindən riayət olunub-olunmamasını müəyyən etməmişdir.

45. Məhkəmə kollegiyası hesab edir ki, hərracın keçirilməsinin qaydalarına (hər bir növbəti hərrac keçirilərkən satışa çıxarılmış əmlakın qiymətinin müəyyən edilməsi və əmlakın hərracdan satılması müddətləri) riayət edilməsi vəzifəsi hərrac təşkilatının üzərində düşdüyündən, hazırki iddia da hərrac təşkilatı olan “X1 Mərkəzi” MMC-yə qarşı irəli sürüldüyündən, iddianın əsl olmayan cavabdehə qarşı qaldırıldığına görə iddianın rədd olunması əsassız olmuşdur.

46. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya məhkəməsi qətnamə qəbul edərkən Mülki Prosessual Məcəlləsinin 217.3, 218.1 və 392.1.5-ci maddələrinin tələblərini pozaraq, işin bu faktiki hallarına hüquqi qiymət verməmiş, qətnaməsini iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır.

47. Halbuki, prosessual qanunvericilikdə “Jura novit curia”, yəni “Məhkəmə qanunları bilir” prinsipi tətbiq olunur ki, iddiaya baxan məhkəmə iddia tələbinin əsaslandırılmasından asılı olmayaraq təqdim olunmuş sübutlara əsasən tərəflər arasında yaranmış hüquq münasibətlərini müəyyən etmək və Azərbaycan Respublikası MPM-in 220.4-cü maddəsinə əsasən həmin münasibətlərə uyğun olaraq maddi hüquq normanı tətbiq etməklə, mübahisəni həll etməlidir.

48. Məhkəmə kollegiyası izah edir ki, hüquqi m üəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

49. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...

50. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.

51. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

52. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməklə, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir.

53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 aprel 2023-cü il tarixli, 2(103)-1333/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya inst ansiya məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar