Məhkəmə qərarları › İş №2(102)-1968/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1968/2024

21.06.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1968/2024 21.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə (X, X10, X1, X, X11 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi, mənzil sahəsinin verilməsi, mənəvi zərər Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə (X, X10, X1, X, X11 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı əmlak tələbinə dair iddia üzrə Bakı Apellya siya Məhkəməsinin Mülki Kollegiyasının 06 mart 2024-cü il tarixli 2(103)935/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. AR Bakı şəhəri Nərimanov rayonu İcra hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli 281 nömrəli sərəncamına əsasən Nərimanov rayon İcra hakimiyyətinin mənzil məsələləri üzrə sahəsi komissiyasının Ə.Əlizadə 17 küçəsindəki 13 nömrəli fərdi yaşayış evinə dair xx.xx.2006-cı il tarixli aktın təsdiq edilməsi, Ə.Əlizadə 17 küçəsindəki 13 nömrəli fərdi yaşayış evinin ümumi sahəsi 199.5 kv.m yaşayış sahəsi 143,4 kv.m köməkçi sahəsi isə 56.1 kv.m olmaqla 8 otaqlı hesab edilməsi, sərəncamın 2-ci bənd inə uyğun olaraq fərdi yaşayış evinin şəxsi maliyyə hesabında müvafiq dəyişiklərin aparılması 37 saylı MKİS-nə tapşırılması, sərəncamın 2-ci bəndinə uyğun olaraq vət. V.F.İbadovun adına olan mülkiyyət sənədlərində müvafiq dəyişikliklərin aparılması Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin Bakı şəhər Ərazi İdarəsinə tövsiyə olunması qərara alınmışdır. 2. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-622/2016 nömrəli qərarına əsasən iddiaçı X12 cavabdeh AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı fərdi yaşayış evinə və torpaq sahəsinə dövlət reyestrindən çıxarışın və həmin torpaq sahəsinə dair planölçünün verilməsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiasının qismən təmin edilməsi, Bakı şəhəri N ərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli 281 saylı sərəncamına əsasən qəbul komissiyasının aktı ilə təsdiq edilmiş, Bakı şəhəri Ə.Əlizadə küçəsi, 17 saylı evdə yerləşən ümumi sahəsi 199.5 kv.m yaşayış sahəsi, 143.4 kv.m köməkçi sahəsi 56.1 kv.m dən ibarət olan 8 otaqlı 13 saylı fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının X12 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirməklə bu barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır.

3. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1661/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən cavabdeh AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanın da Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır.

4. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1996/2016 saylı qərarına əsasən AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilən kassasiya şikayəti təmin edilməmişdir.

5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ******* nömrəli çıxarışa əsasən ünvan 2, ev 17K fərdi yaşayış evinin paylı mülkiyyət üzrə A tikilisinin 1-ci mərtəbəsindən 2 otaq y/s 28.2 kv.m, k/s 4.4 kv.m olan mənzil X13 xüsusi mülkiyyətində olmaqla ********** qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci il tarixində qeydiyyata alınmışdır.

6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ******* nömrəli çıxarışa əsasən ünvan 2, ev 17K fərdi yaşayış evinin paylı mülkiyyət üzrə A tikilisindən qalan hissə X12 xüsusi mülkiyyətindədir. Bu ********** qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci il tarixində qeydiyyata alınmışdır.

7. AR Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ******* nömrəli çıxarışa əsasən ünvan 2, ev 17K fərdi yaşayış evinin paylı mülkiyyət üzrə A tikilisindən qalan hissəsi QX xüsusi mülkiyyət indədir. Bu ******* qeydiyyat nömrəsi ilə xx.xx.2018-ci il tarixində qeydiyyata alınmışdır.

8. AR Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ******* nömrəli çıxarışa əsasən ünvan 2, ev 17K fərdi yaşayış evinin paylı mülkiyyət üzrə A tikilisinin 2-ci mərtəbəsi X5 xüsusi mülkiyyətindədir. Bu ********** qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci il tarixində qeydiyyata alınmışdır. 9. 20.05.2021-ci il tarixli 148 nömrəli müqaviləsinə əsasən Cavabdeh ilə X14 arasında müqavilə bağlanmış və sonuncu ünvan 1 ünvanında yerləşən mənzili sökülmək üçün Cavabdehnə təhvil verməyi, bu müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada tikinti şirkəti tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzi lli hündürmərtəbəli yaşayış binasında onun üçün nəzərdə tutulmuş yaşayış sahəsini qəbul etməyi öhdəsinə götürür. Tikinti şirkəti F.Məmmədov, Ə. Vahid, Təbriz və Ə.Əlizdə küçələrinin kəsişməsi ünvanında yerləşən əmlak mülkiyyətçisinin mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada 3-cü mərtəbə, 53.92 kv.m, təmirli mənzili əmlak mülkiyyətçisinə geri qaytarmağı öhdəsinə götürür. 10. 03.12.2021-ci il tarixli 222 nömrəli müqaviləsinə əsasən Cavabdeh ilə Gahramanov Fuad arasında müqavilə bağlanmış və sonuncu ünvan 1 ünvanında yerləşən mənzili sökülmək üçün Cavabdehnə təhvil verməyi, bu müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada tikinti şirkəti tərəfindən həmin ərazidə yen i inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış binasında onun üçün nəzərdə tutulmuş yaşayış sahəsini qəbul etməyi öhdəsinə götürür. Tikinti şirkəti F.Məmmədov, Ə. Vahid, Təbriz və Ə.Əlizdə küçələrinin kəsişməsi ünvanında yerləşən əmlak mülkiyyətçisinin mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada D blok, 6-cı mərtəbə, 74.73 kv.m təmirsiz mənzili əmlak mülkiyyətçisinə geri qaytarmağı öhdəsinə götürür. 11. 14.09.2021-ci il tarixli 203 nömrəli müqaviləsinə əsasən Cavabdeh ilə X11 arasında müqavilə bağlanmış və sonuncu ünvan 1 ünvanında yerləşən mənzili sökülmək üçün Cavabdehnə təhvil verməyi, bu müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada tikinti şirkəti tərəfind ən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış binasında onun üçün nəzərdə tutulmuş yaşayış sahəsini qəbul etməyi öhdəsinə götürür. Tikinti şirkəti F.Məmmədov, Ə. Vahid, Təbriz və Ə.Əlizdə küçələrinin kəsişməsi ünvanında yerləşən əmlak mülkiyyətçisinin mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada 5-ci mərtəbə, 74.73 kv.m, təmirsiz mənzili əmlak mülkiyyətçisinə geri qaytarmağı öhdəsinə götürür. 12. 20.05.2021-ci il tarixli 149 nömrəli müqavilədən görünür ki, Cavabdeh ilə X1 arasında müqavilə bağlanmış və sonuncu ünvan 1 ünvanında yerləşən mənzili sökülmək üçün Cavabdehnə təhvil verməyi, bu müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada tikint i şirkəti tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış binasında onun üçün nəzərdə tutulmuş yaşayış sahəsini qəbul etməyi öhdəsinə götürür. Tikinti şirkəti F.Məmmədov, Ə. Vahid, Təbriz və Ə.Əlizdə küçələrinin kəsişməsi ünvanında yerləşən əmlak mülkiyyətçisinin mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada 3 mərtəbə, 90.32 kv.m, təmirsiz mənzili əmlak mülkiyyətçisinə geri qaytarmağı öhdəsinə götürür.

13. İddiaçı adından AFR Duisburq şəhəri tərəfindən xx.xx.2021- ci il tarixdə verilmiş 747/2021 reyestr nömrəli etibarnamə əsasında nümayəndəsi X2 14 saylı notariat ofisində xx.xx.2022-ci il tarixli imzası təsdiq edilmiş ərizədə göstərilmişdi r ki, «Mən, İddiaçı ünvan 2 ünvanında yerləşən 17k saylı fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə mənə məxsus olan «A» tikilinin İ mərtəbəsində 2 otaq y/s 28.2 kv.m, k/s 4.4 kv.m olan hissə payının sökülməsinə, sökülüb yerində çoxmərtəbəli binanın inşasına heç bir etirazım yoxdur. Gələcəkdə heç bir iddiam olmayacaq və bu tikili ilə bağlı bütün iddiaların məsuliyyətini öz üzərimə götürürəm.”

14. İddiaçı tərəfindən nümayəndəsi təyin etdiyi X3 AFR Duisburq şəhəri tərəfindən xx.xx.2021-ci il tarixdə 3 il müddətinə verilmiş 747/2021 reyestr nömrəli etibarnamə ilə verdiyi səlahiyyətlərə bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, ƏMDK yanında DƏDRX-də Dövlət Miqrasiya Xidmətində, Vergilər Nazirliyində, ƏSM-də, ASAN x/m-də, Xarici ölkələrin səfirlik və konsulluq bölmələ rində, Gömrük İdarəsində, Qeydiyyat şöbələrində, Qaz, İşıq, Su idarələrində, Sığorta şirkətlərində, Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı idarəsində onun adından ərizə verməyi, işlər aparmağı, DİN-də polis idarə və şöbələrində, prokurorluqda o cümlədən bütün bankların mərkəzi və ya filiallarında nümayəndəsi olmağı, sənədlərdə düzəlişlərlə əlaqədar bütün zəruri hərəkətləri etməyi, poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, qiymətli kağızları, eləcə də sənədləri almağı, bütün idarə və təşkilatlarda adından ərizə verməyi, imza etməyi və digər hərəkətləri etibar etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat

15. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçının fərdi yaşayış evinin məhv edilməsinin iddiaçının mənzil və mülkiyyət hüquqlarının pozulması hesab edilməsi, maddi zərərə görə, cavabdehin üzərinə iddiaçının evi olmuş ərazidə inşa edilmiş yeni binada iddiaçını şəhərsalma norma və qaydalarına uyğun olan tam təmirli üç otaqlı mənzil ilə təmin etmə vəzifəsi qoyulması, mənəvi zərərə görə, cavabdehdən iddiaçının xeyrinə 10000 (on min) manat məbləğində kompensasiya tutulması, iddiaçının ödədiyi dövlət rüsumu, habelə vəkil xərcləri cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. İddia tələbləri onunla əsaslandırılmışdır ki, ünvan 2ndəki 17K nömrəli fərdi yaşayış evinin A tikilisinin İ mərtəbəsində ikiotaqlı mənzil (yaşayış sahəsi – 28,2 kvadratmetr, köməkçi sahə 4,4 kv.m) xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. On un mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2017-ci il tarixində verdiyi Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış (seriya RX, nömrə 1196006) ilə təsdiq olunub. İddiaçının, onun yaxın qohumlarının və başqalarının daşınmaz əmlakı olan ərazidə Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti Başçısının icazəsi ilə cavabdeh mənzil və ev mülkiyyətçiləri ilə müqavilələr bağlayıb. Həmin müqavilələr əsasında o, yaşayış sahələrini sökülmək üçün təhvil alıb, öhdəsinə götürüb ki, yeni inşa etdiyi çoxmənzilli hündürmərtəbəli yaşayış binasında mülkiyyətçiləri yeni yaşayış sahəsi ilə təmin edəcək. Yeni binanın inşası müddətində cavabdeh mülkiyyətçilərə kirayə haqları ödəməsi ö hdəliyi götürüb. Lakin başqalarından fərqli olaraq, iddiaçı ilə belə müqavilə bağlanılmayıb, onun qarşısında nə kirayə haqqı ödənilməsi, nə də mənzil verilməsi öhdəlikləri götürülməyib. Buna baxmayaraq, iddiaçının evi tam olaraq sökülüb, yerində artıq yeni bina inşa edilib. Bina hazır olduqdan sonrakı müddətdə də iddiaçıya nəinki mənzil verilməyib, ona rəsmən heç bir mənzil təklif də olunmayıb.

17. Cavabdeh nümayəndəsi və vəkili etiraz ərizəsi təqdim edərək, bildirmişdir ki, iddia ərizəsi formal mülahizələrə əsaslanmış və orada qeyd olunan faktlar həqiqətə uyğun gəlmir. İddia ərizəsində əsas olaraq ünvan 2ndəki 17 K nömrəli fərdi yaşayış evinin A tikilisinin İ mərtəbəsində iki otaqlı mənzil (yaşayış sahəsi – 28,2 kvadratmetr, köməkçi sahə 4,4 kv.m) xüsusi mülkiyyət hüququ əsasında ərizəç iyə məxsus olması və iddiaçının mülkiyyət hüququnun Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2017-ci il tarixində verdiyi Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış (seriya RX, nömrə 1196006) ilə təsdiq olunması göstərilir. Bildirilir ki, İddiaçı sözügedən əmlakın paylı mülkiyyətçilərindən biridir və digər payçılarla yaxın qohumdur. Belə ki, digər payçılar onun anası və qardaşlarıdır. İddianın qəbul edilməməsinin əsası kimi İddiaçı adından verilmiş etibarnamə əsasında çıxış etmiş X6 tərəfindən 16 avqust 2022-ci il tarixdə verilmiş ərizədir. Həmin ərizədə indiki iş üzrə İddiaçı mülkiyyətində olan əmlakın sökülməsinə, yerində çoxmərtəbəli binanın tikintisinə etiraz etmədiyini və gələcəkdə heç bir iddiasının olmayacağını qeyd edir. Etibar edilən şəxs – X İddiaçı doğma xalasıdır. Əvvəlki məhkəmə iclasında şahid kimi ifadə verərək həqiqətən etibarnamənin ona verildiyini və İddiaçı anası X tərəfindən notariat ofisinə aparıldığını və yuxarıda qeyd olunan ərizənin yazılmasına ehtiyac olduğunu bildirmişdir. Burdan belə bir nəticəyə gəlmək olur ki, yaxın qohum olan İddiaçı və anası X öz aralarında paylı mülkiyyətlə bağlı razılığa gəlmişlər. Belə hal olmasaydı X bacısı olan Şücəhət Məmmədliyə belə bir məzmunda ərizənin yazılmasını xahiş etməzdi. Göründüyü kimi, "xxxx" MMC bina sakinlərinə qarşı qanuna uyğun davranmış və onların qanunla qorunan hüquqlarını lazımı qaydada təmin etmişdir. Çox güman yaxın qohum olan paylı mülkiyyətçilər arasında sonradan yaranan narazılıq belə bir iddianın yaranmasına gətirib çıxarmışdır. Cavabdeh tərəf olaraq İddiaçı və digər sakinlərə qarşı heç bir qərəzli mövqe olmamışdır. Belə olduğu halda İddiaçı yaxın qohumları olan anası və qardaşları ilə Cəmiyyət arasında müqavilələr bağlanmazdı.

18. Şahid qismində ifadə vermiş iddiaçının xalası X ifadəsində qeyd etmişdir ki, iddiaçı Almaniya Federativ Respublikasında yaşadığı üçün Azərbaycan Respublikası ərazisində müxtəlif xarakterli işlərini həll etmək üçün etibarnamə vermişdir. Əsasən kommunal ödənişlərlə bağlı və ya bank xidmətlərindən həmin etibarnamədən istifadə etmişdir. Hazırda mübahisə predmeti olan ərizənin yazılma səbəbi iddiaçının anası tərəfindən ona zəng edilib və bildirilib ki, əmlak məsələsi ilə bağlı imza atılmasına ehtiyac yaranıb. Şahid də oxumadan ərizəni imzalayıb. Məzmunundan xəbəri olmayıb.

19. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2845/2023 nömrəli 03 noyabr 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi təmin edilməmiş, ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. (hakim Mehriban Əfəndizadə)

20. Məhkəmə müəyyən etmişdir ki, ünvan 2ndəki 17 K nömrəli fərdi yaşayış evinin paylı mülkiyyət hüququ əsasında iddiaçıya (A tikilisinin İ mərtəbəsində iki otaqlı mənzil, yaşayış sahəsi – 28,2 kvadratmetr, köməkçi sahə 4,4 kv.m) və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslərə məxsus olması işin mübahisəsiz halıdır.

21. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya qohumları olan digər paylı mülkiyyətçilərə də eyni hüq uq əsasında məxsus olan fərdi yaşayış evinin yerində çoxmərtəbəli binanın inşası ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq qarşılıqlı razılaşma əsasında mənzillərini sökülmək üçün Cavabdehnə təhvil verilmişdir. İddiaçı istisna olaraq, digər paylı mülkiyyətçilər ilə bağlanmış müqavilələrdə şərtləndirilmiş müddətdə və qaydada tikinti şirkəti tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış binasında onun üçün nəzərdə tutulmuş yaşayış sahəsini qəbul etməyi öhdəsinə götürülmüşdür. Lakin qeyd edildiyi kimi iddiaçı ilə onun payına münasibətdə müqavilə bağlanmamışdır. Buna baxmayaraq evin ona məxsus pay hissəsinin sökülməsinə dair nümayəndəsi olan xalasına verdiyi notarial qaydada təsdiq edilmiş və qüvvədə olan etibarnaməsi əsasında cavabdeh həmin pay hi ssəsini sökmüşdür. Cavabdeh tərəfin izahatlarına əsasən iddiaçıya məxsus pay hissəsinin sökülməsinə dair etibarnamə verildiyi üçün və paylı mülkiyyətçilərin də yaxın qohum olmaları nəzərə alınmaqla iddiaçının pay hissəsinin əvəzinə düşən sahələr digər qohumlarına vericilək pay hissələrinə düşən paylara artırılmışdır. Buna görə də iddiaçının nümayəndəsi ilə müqavilə bağlanmamışdır.

22. Məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçının xalasına verdiyi etibarnaməsində onun adından ərizə vermək səlahiyyəti göstərilsə də, konkret olaraq mülkiyyəti üzərində sərəncam vermək səlahiyyətini göstərmədiyi üçün xalasının onun adından Bakı şəhəri 14 saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş ərizəni verməyə səlahiyyəti də olmamışdır. Lakin yuxarıda göstərildiyi kimi həmin ərizənin qanuniliyi mübahisələndirməməklə, hazırki iddianın predmeti olmamasına baxmayaraq qeyd edilən ərizəni imzalamış şahid - iddiaçının xalası ifadəsində bu ərizəni iddiaçının anası olan bacısının xahişi ilə verməsini göstərməsi qohumlar, yəni paylı mülkiyyətçilər arasında hər hansı mübahisəli vəziyyətin olmamasına dəlalət edir və məhkəmənin qənaətinə görə iddiaçının anasının öz bacısından belə bir məzmunda xahiş etməklə, sonuncunun da cavabdeh MMC-yə həmin ərizəni verməsindən məlumatsız olması qətiyyən inandırıcı deyildir.

23. İddia ərizəsindən və iddiaçı tərəfin izahatlarından aydın görünür ki, iddiaçı evi olmuş ərazidə inşa edilmiş yeni binada iddiaçını şəhərsalma norma və qaydalarına uyğun olan tam təmirli üçotaqlı mənzil ilə təmin olunduğu təqdirdə cavabdeh maddi ziyana görə onun qarşısındakı vəzifə sini icra etmiş olmasını iddia edir. Lakin məhkəmə baxışı zamanı cavabdeh MMC-nin iddiaçı qarşısında hər hansı öhdəlik və ya vəzifə daşıyıcısı olması və ya ziyan vurması halları müəyyən edilməmişdir. Bu baxımdan məhkəmənin qənaətinə görə, iddiaçı öz yaxın qohumları tərəfindən hüquqlarının pozulması ilə bağlı məruz qaldığı zərərin əvəzinin ödəmək yükünü özünün etibar etdiyi şəxslər daşımalı, onun mülkiyyət payını qanuni əsaslarla sökərək yerində bina inşa etmiş cavabdeh MMC-nin hüquqları xələl görməməlidir.

24. Buna görə də məhkəmə hesab etmişdir ki, iddiaçıya paylı mülkiyyət payının sökülməsi ilə vurulmuş ziyanı ona məxsus əmlakın hüquqi müqəddəratını həll edən mülkiyyətçinin mülkiyyət hüquqlarının relizəsi baxımından sərbəstlik sferasına müdaxilə etmiş şəxslərdən (yaxın qohumlarından) təl əb etmək kimi hüquqlarının olması izah edilməlidir.

25. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı öz hüquqi mövqeyini sübut edilə bilməmiş və cavabdehin onun qarşısında öhdəlik və ya vəzifə daşıyıcısı olmasına dair hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir.

26. Məhkəmə hesab etmişdir ki, tələbin cavabdeh tərəfindən iddiaçının fərdi yaşayış evinin məhv edilməsi ilə onun mənzil və mülkiyyət hüquqularının pozulması hissəsi əsassız olduğundan digər törəmə tələbləri (maddi zərərə görə, cavabdehin üzərinə iddiaçının evi olmuş ərazidə inşa edilmiş yeni binada iddiaçını şəhərsalma norma və qaydalarına uyğun olan tam təmirli üç otaqlı mənzil ilə təmin etmə vəzifəsi qoyulması, mənəvi zərərə görə, cavabdehdən Ərizəçinin xeyrinə 10000 (on min) manat məbləğində kompensasiya tu tulması, iddiaçının ödədiyi dövlət rüsumu, habelə vəkil xərcləri cavabdehdən tutulması) üzrə əlavə araşdırılmasına lüzum görmür və özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab etmişdir.

27. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, 60, 71, 127-ci maddəsinin İİ hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1, 6.2, 8.2, 21.1, 152.1-152.4, 1096, 1097-ci maddələrinə, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə, «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 17-ci maddəsinə, «İnsan hüquqları haqqında Ümumi Bəyənnamə»nin 8-ci maddəsinə, "Broniovski Polşaya qarşı", «Mançini İtaliyaya qarşı», «Sporroq və Lonnrotun İsveçrəyə qarşı», “Zvierzinski Polşaya qarşı” iş üzrə 19 iyun 2001-ci il tarixli, “Depalle Fransaya qarşı” iş üzrə 29 mart 2010-cu il tarixli, “Avşar Türkiyəyə qarşı”, “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına, Ə.M.Həsənovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarına, X.İ.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2005-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 440.4-cü və «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 74.1-ci maddələrinə dair» xx.xx.2002-ci il tarixli qərarına, Azərba ycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarına, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 107, 119.1, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

28. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

29. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun deyil. Belə ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlib. Cavabdehin özbaşına sökdüyü daşınmaz əmlakın ərizəçinin mülkiyyətində olması heç bir şübhə olmadan sübuta yetirilib – belə ki, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış bunu birmənalı təsbit edir. Cavabdeh isə bunun əvəzində ərizəçinin başqa şəxsə başqa məqsədlərlə (əsasən əmlak, pul və s. alınması ilə bağlı hərəkətlər üçün) verdiyi etibarnamə əsasında həmin şəxsin imzaladığı ərizəni alqı-satqı müqaviləsinə bərabər tutub, ona da diqqət yetirməyib ki, ərizənin özündə belə yalnız və yalnız imzanın həqiqiliyi təsdiqlənib. Ərizəçinin adından ərizə verənin buna səlahiyyəti olmamasını qeyd edən məhkəmə öz arqumenti ilə ziddiyyət təşkil edən nəticə çıxarıb. Ərizəç i, cəmiyyətin maraqlarına zidd şəkildə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə bir araya sığmayan tərzdə öz mülkiyyətindən məhrum edilib. Belə ki, birincisi, o gördüyü işlərdə öz mal-materialından, texnikasından istifadə edib, subpodratçılarla hesablaşıb. İkincisi, onun tələb etdiyi vəsaiti almağa qanuni gözlənti hüququ olub və var. Cavabdeh təşkilat ərizəçinin daşınmaz əmlakını özbaşına tamamilə məhv etdiyindən, ona dəymiş zərəri ödəməyə borcludur. Məhkəmə bu maddəyə istinad etsə də, o nəticəyə gəlmişdir ki, cavabdeh təşkilat daşınmaz əmlakı sökməkdə haqlı olub. Fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın özgəninkiləşdirilməsinə yalnız və yalnız dövlət ehtiyacları üçün, qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Hazırki iş üzrə dövlət ehtiy acının mövcudluğu birmənalı istisna olunsa da – bu barədə Nazirlər Kabinetinin qərarı yoxdur, məhkəmə özəl hüquqi şəxsə sonuncunun mülahizəsi ilə istənilən daşınmaz əmlak barəsində sərəncam vermək səlahiyyəti tanıyıb.

30. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 mart 2024-cü il tarixli 2(103)-935/2024 nömrəli qətnaməsi ilə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətini təmin etməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2845/2023 nömrəli iş üzrə 03 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər X22 (sədrlik edən və məruzəçi), X4 və X7)

31. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etməmişdir. Tərəflə r arasında yaranmış mübahisənin əsasını təşkil edən hal məhz iddiaçının nümayəndəsi X2 14 saylı notariat ofisində xx.xx.2022-ci il tarixli imzası ilə təsdiq edilmiş ərizəsi ilə bağlıdır. Notarial qaydada təsdiqlənmiş ərizənin etibarlılığı ilə mübahisələndirilməmişdir.

32. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, 60, 71-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1, 6.2, 8.2, 21.1, 152.1-152.4, 1096, 1097-ci maddələrinə, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə, «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 17-ci maddəsinə, «İnsan hüquqları haqqında Ümumi Bəyənnamə»nin 8-ci maddəsinə, "Broniovski Polşaya qarşı", «Mançini İtaliyaya qarşı», «S porroq və Lonnrotun İsveçrəyə qarşı», Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

33. İddiaçı (nümayəndəsi və vəkili Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya və birinci instansiya məhkəmələrinin qətnamələrinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

34. Şikayət onunla əsaslandırılmışdır ki, kollegiya bir tərəfdən, etiraf etmişdir ki, ərizəçinin xalasının ərizəçinin daşınmaz əmlakını özgəninkiləşdirməsi və bu barədə ərizə verməyə səlahiyyəti olmayıb, başqa tərəfdən, yazmışdır ki, ərizəçinin anası öz bacısından xahiş etmişdir ki, belə ərizə versin, ərizəçinin də belə ərizənin veri lməsindən xəbərsiz olması inandırıcı deyil.

35. Bundan əlavə, kollegiya özü müəyyən etmişdir ki, əmlakı özgəninkiləşdirməyə heç bir səlahiyyəti olmayan adamın cavabdeh MMC-yə ərizəsi hansı səbəbdən ərizəçi tərəfindən mübahisələndirilməli idi.

36. Beləliklə, birinci və apellyasiya instansiyaları məhkəmələri prosessual hüquq normalarını o dərəcədə kobud pozub və düzgün tətbiq etmişdir ki, bu, düzgün olmayan qətnamələrin qəbul ediməsinə səbəb olmuşdu.

37. Kassasiya instansiya məhkəməsi öz mövqeyini Konstitusiyanın 29-cu maddəsinin İV hissəsinə, Mülki Məcəllənin 21, 139.1, 144 152.1 203.5, 1096, 1097.1, 1115-ci, İnsan Hüquqları və X9 Haqqında Konvensiyanın 8, 13-cü və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinə istinad etmişdir. b)K assasiya şikayətinə qarşı etirazın dəlilləri

38. Cavabdehin vəkili kassasiya şikayətinə qarşı yazılı etiraz göndərək göstərmişdir kii, iddiaçını müvafiq etibarnamə əsasında təmsil edən şəxs notarial qaydada verdiyi ərizədə mənzilinin sökülməsinə etiraz etmədiyini və yarana biləcək iddiaların məsuliyyətini öz üzərinə götürmüşdür.Cavabdeh də həmin etibarnamə əsasında iddiaçının qohumları ilə müqavilələr bağlamışdır. Buna görə də, iddiaçının etibar etdiyi şəxslərin daşımalı olduğu yükün cavabdehin üzərinə qoyulması əsassızdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

39. Maddə

13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

40. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəm ənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

41. Maddə

60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi

42. Maddə 6.1.2. Mülki qanunvericiliyin prinsiplərindən biri də mülki hüquq subyektlərinin iradə sərbəstliyidir.

43. Maddə 6.1.4. Mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır.

44. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

45. Maddə 8.2. Mülki qanunvericilikdə nəzərdə tutulan hüquqlar Azərbaycan Respublikasının bütün ərazisində m aneəsiz həyata keçirilə bilər və hökmən mühafizə edilməlidir.

46. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

47. Maddə 152.1 Mülkiyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

48. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

49. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

50. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

51. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir);

52. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxs in öhdəsinə qoyula bilər.

53. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz».

54. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. 55. "Broniovski Polşaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hiss əsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da "mülkiyyət" hüquqları sayıla bilər.

56. Avropa İnsan Hüquqları Məhkəməsi «Sporroq və Lonnrotun İsveçrəyə qarşı» məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir.

57. «Mançini İtaliyaya qarşı» işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etmə sinə müdaxilədir.

58. Avropa Məhkəməsinin Zvierzinski Polşaya qarşı iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında müəyyən edilmişdir ki, mülkiyyət hüququnun qanuni məhdudlaşdırılmasında proporsionallıq prinsipinin tələblərinə uyğun olaraq fərdin üzərinə qanunun məqsədlərindən kənar olan artıq yük düşməməlidir (§ 71). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

59. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

60. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

61. Maddə 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun m əhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

62. Maddə 217.4-cü məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

63. Maddə 416.1 kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

64. Maddə 416.2 apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

65. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətb iqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

66. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

67. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən hazırkı kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

68. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.

69. Belə ki, iddiaçının mülkiyyə tində olan əmlak hissəsinin cavabdeh tərəfindən sökülməsi və sökülmüş əmlak hissəsinin əvəzində iddiaçı ilə hər hansı müqavilənin bağlanmaması işin mübahisəsiz halıdır.

70. Apellyasiya məhkəməsi iddiaçının xalasına verdiyi etibarnamədə konkret olaraq mülkiyyəti üzərində sərəncam vermək səlahiyyətini göstərmədiyi üçün xalasının onun adından Bakı şəhəri 14 saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş ərizəni verməyə səlahiyyətinin olmaması qənaətinə gəlsə də, həmin ərizənin qanuniliyinin mübahisələndirilməməsinə, iddiaçının xalasının ifadəsində bu ərizəni iddiaçının anası olan bacısının xahişi ilə verməsini göstərməsinə istinad edərək qohumlar, yəni paylı mülkiyyətçilər arasında hər hansı mübahisəli vəziyyətin olmaması, cavabdeh tərəfin izahatlarına əsasən iddiaçıya məxsus pay hissəsinin əvəzinə düşən sahələrin digər qohumlarına veriləcək pay hissələrinə düşən paylara artırılması qənaətinə gəlmişdir.

71. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda göstərilən hüquqi mövqe ziddiyyətli olmaqla, işin araşdırılmı faktlarına və işdə olan sübutlara uyğun deyil.

72. Belə ki, iddiaçı belə bir razılığın olmadığını iddia edir, 3-cü şəxslər isə məhkəmə iclasında iştirak etməmişdirlər və onların iddiaya münasibəti, onlarla iddiaçı arasında hər hansı razılaşmanın olması və həqiqətən də iddiaçının payının onlara verilən mənzillərin sahələrinə əlavə edilməsi məsələsinə münasibəti məlum deyildir.

73. Həmçinin 3-cü şəxslərlə bağlanmış müqavilələrdə onlara verilən mənzil sahəsinin hansı meyarlar əsasında müəyyən edilməsi, bu mənzillərin onların pay hissəsinin müqabilində, yoxsa iddiaçıya dü şən paya görə daha artıq hissədə müəyyən edilməsi barədə heç bir qeyd-şərt də göstərilməmişdir.

74. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən iddiaçının mülkiyyətdə olan payının müqabilində onun qohumlarına mənzil sahəsinin artıq verilməsi və iddiaçının məhz 3-cü şəxslərə qarşı vurulmuş ziyanla bağlı tələb hüququnun olması, cavabdehin iddiaçı qarşısında hər hansı öhdəliyinin olamması barədə mövqeyi kifayət qədər əsaslandırılmamışdır.

75. Kollegiya qeyd edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan süb utlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir.

76. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.

77. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilənfakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.

78. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağ ıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

79. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

80. MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

81. İş üzrə tərəflərin izahatlarını n xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır.

82. Kollegiya qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılm alıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

83. Konstitusiya Məhkəməsi Plenumunun İ.Ağayevin şikayəti üzrə 22 yanvar 2013-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmələr səlahiyyətləri çərçivəsində qanuna uyğun, dəqiq, hər hansı üstünlüyə, ayrı-seçkiliyə və ya qərəzliliyə yol vermədən, tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinə əməl etməklə, işlərə hərtərəfli baxaraq hər kəsin ədalətli məhkəmə araşdırılması hüququnu təmin etməlidirlər.

84. İşin yuxarıda qeyd olunan f aktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.

85. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

86. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün bu qərarın 72 və 73-ci bəndlərində göstərilən məsələləri ətraflı araşdırmalı, bunun üçün lazım olan bütün tədbirləri görməli, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, mübahisəli hüquq münasibətinə mad di və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir.

87. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 mart 2024-cü il tarixli 2(103)-935/2024 nömrəli qətnaməsi ləğv edilsin, iş yeni apelyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar