Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1971/2025 02.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa (Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən), məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X2 ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməs inin Mülki kollegiyasının 2(103)-2366/2025 nömrəli, 21 aprel 2025- ci il tarixli qətnaməsindən İddiaçı (Vəkil1) tərəfindən verilmiş kassasiya şikayətinə 2 iyul 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı ilə cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə bağlanmış 2247 saylı əmək müqaviləsinə əsasən İddiaçı Dövlət Neft Şirkətinin Cavabdeh 4 saylı Tikinti Quraşdırma bölümünün 1 saylı tikinti quraşdırma sahəsinə (Neft Daşları) əməyin ödənilməsi dərəcəsi-5 (ƏÖD) olmaqla, bənna vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı ilə əmək müqaviləsi müddətli olaraq 1 il müddətinə xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixinədək bağlanılmış, sonrakı mü ddətlərdə əmək münasibətləri davam etdirildiyindən müqavilənin müddəti uzadılmış və müddətsiz olmuşdur. Əmək müqaviləsinə görə İddiaçı əsas iş yeri 4 saylı Tikinti Quraşdırma bölümünün 1 saylı tikinti quraşdırma sahəsi (Neft Daşları) müəyyən edilmişdir.
2. Əmək müqaviləsinə görə İddiaçı əmək funksiyası daş konstruksiyalı bina, sənaye qurğuları, körpü və hidrotexniki qurğuların daş konstruksiyalarının hörgü və təmirində mürəkkəb işlərin yerinə yetirilməsi, tağlı körpülərin, suüstü tikililərin təbii daşdan hörgüsü, boru, növ və başlıqların təbii daşdan hörgüsü, düzxətli kontur boyunca körpü dayağının xarici hörgü cərgələrinin yonulmuş daşdan hazırlanması, yuvaqaltı və divarlarda hörgü aparılan vaxt tikişləri bağlamaqla mürəkkəb divarların hörgüsü, düzbucaq kəsikli sütunların hörgüsü, karnizl ərin hörgüsü, kərpicin fiqurlu yonulması, orta mürəkkəbli və mürəkkəb divarların eyni vaxtda üzlənməsi ilə hörgüsü, orta mürəkkəbli və mürəkkəb yüngülləşdirilmiş konstruksiyalı divar hörgüsü, pazlı atmaların hörgüsündən ibarət olmuşdur. Həmçinin, əmək müqaviləsinə görə İddiaçı iş rejimi növbəli (15 gün olmaqla) iş rejimindən ibarət olmuş, iş saatı İ-İİ rüb üzrə 06:30-dan 18:30-dək, İİİ-İV rüb üzrə 06:30dan 19:00-dək müəyyən edilmişdir.
3. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh 4 saylı Tikinti Quraşdırma bölümünün “işçilərlə keçirilən giriş təlimatının qeydiyyatı” Jurnalından müəyyən edilir ki, 1 saylı tikinti quraşdırma sahəsində (Neft Daşları) bənna işləyən İddiaçı xx.xx.2015, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il tarixlərdə işlədiyi sahə üzrə və baş vermiş bədbəxt hadisələrlə bağlı təlimatlandırılmışdır.
4. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh xx.xx.2024-cü il tarixli 14-214/3-1K-615/2024 saylı əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, iş yerində alkoqollu içki qəbul edərək sərxoş vəziyyətdə olduğuna görə xitam verilmiş və İddiaçı tutduğu vəzifədən azad edilmişdir. Əmrin verilməsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə İddiaçı, digər iş yoldaşı Elşən Əliyevlə birlikdə xx.xx.2024-cü il tarixdə iş yeri olan “Neft daşları” NQÇİ-nin ərazisində spirtli içki qəbul etmələri şübhəsi ilə müvafiq komissiya tərəfindən alkotesterdən istifadə etməklə müayinəsi aparılmış və müayinənin nəticə si olaraq hər iki işçidə alkoqolun konsentrasiyasının 0,8 promilli olması müəyyən edilmişdir. Həmçinin, 2005-ci il tarixdə təsdiq edilmiş “Neftqazçıxarma sənayesində təhlükəsizlik Qaydaları”nın 1.19.9-cu bəndində qeyd edilir ki, DNQT-də olarkən dənizdə çimmək, balıq tutmaq, quş ovlamaq və spirtli içkilər qəbul etmək qadağandır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili Vəkil1 cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə (bundan sonra cavabdeh, yaxud Trest) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2024cü il tarixli, 14-2-14/3-1K-615/2024 saylı əmrin ləğv edilməsi, onun işlədiyi vəzifəyə bərpa olunması və məcburi iş buraxmaya görə əmək h aqqının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2006-cı ildən “SOKAR” Neftqaztikinti Trestində bənna, betonçu vəzifəsində işləyir. İşlədiyi müddətdə üzərinə düşən vəzifəni layiqincə yerinə yetirmiş və bir dəfə də olsa rəhbərlik tərəfindən ona irad tutulmamışdır. xx.xx.2024-cü il tarixdə iş prosesində soyuq dəyməsi olduğundan, iddiaçının boğazı ağrımış və bunun qarşısını almaq üçün müalicə məqsədilə özündə olan 100 qramlıq tibbi spirtdən təxminən 30-40 qram su ilə qarışdıraraq içmiş və öz otağında istirahət edərkən otağının qapısı döyülmüş və qapını açarkən bir neçə şəxs otağına daxil olaraq komissiyanın üzvü olduqlarını bildirmişlər və iddiaçıdan spirtli içki içib-içməməyini soruşmuşlar. Bu na baxmayaraq, onlar iddiaçının spirtli içki içməyini dəqiqləşdirmək üçün, heç bir həkimin iştirakı olmadan alkotesterdən istifadə edərək spirtli içki qəbul edibetməməyini yoxlamışlar. İddiaçı alkotesterin göstəricisi barədə ona məlumat vermələrini və bu barədə protokol tərtib olunmağını tələb etsə də, iddiaçıya bildirmişlər ki, bu suallara o, sonra cavab tapacaq. Bu hadisədən sonra iddiaçını X3 dəvət edərək baş vermiş hadisə barədə soruşulanda o, hadisənin necə baş verdiyini bildirmişdir. Buna baxmayaraq, həmkarlar təşkilatı iddiaçının hüquqlarının müdafiə etmək əvəzinə onun işdən azad olunmağına razılığını bildirmiş və müdiriyyət tərəfindən xx.xx.2024-cü il tarixli iddiaçının işdən çıxarılmağı barədə 14-2-14/3-1k-615/2024 saylı əmr verilmişdir. Əmr poçt vasitəsilə iddiaçıya çatdırılmışdı r. İddiaçı əmrlə razılaşmamış və xx.xx.2024-cü il tarixdə cavabdeh təşkilata qanunvericiliyə müvafiq olaraq təklif göndərmiş və cavab almadığından xx.xx.2024-cü il tarixdə 6 saylı Mediasiya təşkilatına müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş mediasiya iclasında cavabdeh təşkilat mübahisənin sülh yolu ilə həllinə razılıq vermədiyindən məcbur olub hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
7. Cavabdehin nümayəndəsi tərəfindən iddiaya qarşı verilmiş yazılı etirazında qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 21:10 radələrində “Neft Daşları” NQÇİ-nin yaşayış məntəqəsinin “A” korpusunun 51 saylı yaşayış otağında yaşayan 46 nəfər işçidən cihaz vasitəsilə alkoqol testi götürülmüş, alkoqol testinin götürülməsi zamanı “A” korpusunun 536 saylı otağında qalan iddiaç ı otağın qapısını uzun müddət açmamış, çox təkiddən sonra qapını açaraq səs-küy salmış, digər sakinlərin istirahətini pozmuşdur. Həmin vaxt iddiaçı kobud və nalayiq ifadələr işlətməklə test verməkdən imtina etdiyini bildirmişdir. “Neft daşları”nda xidmət göstərən polis işçisinin və digər maarifləndirmə işləri aparmaq istəyən işçilərin səylərinə baxmayaraq iddiaçı öz hərəkətlərinə davam etmişdir. Bundan sonra hadisə yerinə Trestin digər vəzifəli şəxsləri gələrək, iddiaçı ilə yenidən söhbətlər aparmış, məsələnin ciddiyyətini bir daha onun nəzərinə çatdırmışlar. Bundan sonra iddiaçı alkoqol testi verməyi qəbul etmiş, test götürülən zaman iddiaçı və onunla birlikdə olan 510 saylı otağın sakini X5 alkotest nəticələri müsbət çıxmış, onların “neft daşları” ərazisində spirtli içki qəbul etdikləri müəyyən olunmuşdur. Yoxlama zamanı iddiaçının alkotesterinin nəticəsi 0,8 promil olaraq aşkarlanmışdır. İddiaçı yuxarıda qeyd olunan hərəkətlərlə əmək vəzifələrini kobud şəkildə pozduğundan, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi məsələsinə münasibət bildirilməsi üçün işəgötürən tərəfindən Əmək Məcəlləsinin 80-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli 14-2-14/3-11-8626/2024 nömrəli təqdimatla X4 Komitəsinə müraciət olunmuş və həmin Komitə təqdimatı əsaslı sayaraq iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə razılıq vermişdir. Bundan sonra cavabdehin 16 avqust 2024-cü il tarixli 14-2-14/31K615/2024 nömrəli əmri ilə iddiaçı ilə bağlanmış xx.xx.2015-ci il tarixi əmək müqav iləsinə iş yerində alkoqollu içki qəbul edərək sərxoş vəziyyətdə olduğuna görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. İddiaçı həmin gün göstərilən əmrlə tanış olmuş və əmrin surəti ona təqdim olunmuşdur. Hadisə ilə əlaqədar iddiaçı öz izahatında “...mən etiraf elədim ki, işdən gələndə yataqxanada su olmaması və çimə bilməməyim məni özümdən çıxardı. Mən Qarabağ müharibəsi veteranıyam və məndə əsəblər tez qalxır. Özümü sakitləşdirmək üçün otağımda olan...spirt içmişəm. Sonra sakitləşdirici çay dəmləmişəm və oturub çay içmişəm... öz əməlimdən çox peşmanam və söz verirəm ki, bir dəfə də olsa belə hal təkrarlanmayacaq” göstərmişdir ki, bununla da o, etdiyi pozuntunu etiraf etmişdir.
8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəmə si) 2(011)-7909/24 nömrəli, 23 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Pərviz Zamanlı) iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh xx.xx.2024-cü il tarixli, 14-2-14/3-1K-615/2024 saylı əmrinin ləğv edilməsi, iddiaçının Dövlət Neft Şirkətinin Cavabdeh 4 saylı Tikinti Quraşdırma bölümünün 1 saylı tikinti quraşdırma sahəsinə (Neft Daşları) 5-ci dərəcəli bənna vəzifəsinə bərpa olunması, xx.xx.2024-cü il tarixdən işə bərpa olan günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının Dövlət Neft Şirkətinin Cavabdeh tərəfindən hesablanaraq iddiaçıya ödənilməsi, 00 manat dövlət rüsumu AR Dövlət Neft Şirkətinin “Neftqaztikinti”ndən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi toplanmış sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlmişdir ki, iş yeri təkcə hərfi mənada müəyyən ərazini deyil, konkret olaraq əmək funksiyasının müəyyən zaman çərçivəsində yerinə yetirildiyi yeri (məkanı) nəzərdə tutur. Məhkəmə araşdırması zamanı isə müəyyən edilmişdir ki, iddiaçı əmək funksiyasının yerinə yetirilməsi məqsədilə 15 gün müddətində ardıcıl olaraq 4 saylı Tikinti Quraşdırma bölümünün 1 saylı tikinti quraşdırma sahəsində (Neft Daşları) olur. Onun iş saatı isə, İ-İİ rüb üzrə 06:30-dan 18:30-dək, İİİ-İV rüb üzrə 06:30-dan 19:00-dəkdir. Yəni, iddia göstərilən saatlarda əmək funksiyasının yerinə yetirilməsi ilə məşğul olur, həmin saatlardan sonra isə Neft Daşlarının ərazisi daxilində yerləşən yataqxanada qalır. İddiaçının spirtli içki qəbul etməsi isə, məhz onun iş saatından sonra yataqxanada olduğu vaxt, y əni xx.xx.2024-cü il, saat 21:10 radələrində baş vermişdir. Neft Daşlarının ərazisi daxilində yerləşməsinə baxmayaraq yataqxana işçinin iş yeri sayıla bilməz, çünki həmin yer iddiaçının əmək funksiyasını yerinə yetirdiyi yox, müəyyən edilmiş iş saatından sonra növbəti iş vaxtına başlaması üçün istirahətini təmin etmək məqsədilə təşkil olunmuş yerdir.
10. Məhkəmə qeyd etmişdir ki, iddiaçı yataqxanada əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasının icrası üçün deyil, istirahətini təmin etməsi üçün qalmışdır. Bu halda, iddiaçının istirahət etməsi üçün ayrılmış yer onun, əvvəldə şərh edildiyi anlamda iş yeri hesab edilə bilməz.
11. İddiaçının sərxoş olması məsələsinə gəldikdə isə, məhkəmə qeyd etmişdir ki, sərxoşluq yalnız xüsusi yoxlamanın aparılması nəticəsində müəyyən edilən bir vəzi yyətdir.
12. Məhkəmə həmçinin qeyd etmişdir ki, Əmək Məcəlləsinin 186-cı maddəsində yol verilmiş intizam xətasına görə tətbiq edilməli olan tənbeh növləri ağırlıq dərəcəsinə görə azdan çoxa doğru sıralanmışdır. Lakin cavabdeh iddiaçının spirtli içki qəbul etməsi nəticəsində iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi ilə bağlı sübutları məhkəməyə təqdim edə bilməmişdir.
13. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.8, 3.9, 68.1, 70-ci maddəsinin “ç” bəndinə, 71.2, 71.3, 72-ci maddəsinin b bəndinə, 186.3, 300.1-ci maddələrinə və Azərbaycan Respubli kası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
14. Qətnamədən cavabdeh Dövlət Trestin nümayəndəsi apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh şirkət kifayət qədər ciddi Dövlət şirkətidir, məhkəmədə də bildirilmişdir ki, həmin testlər xüsusi Komissiya tərəfindən aparılır. Komissiyanın təşkili və fəaliyyəti şübhə altına belə alına bilməz. Əgər məhkəmə iddianın mahiyyətini, iddiaçının özünün əslində etirazlarının əsaslarını etiraf etməsini bir kənara qoyub, alkoqol testini aparan cihaza şübhəsi var idisə, onda ekspertiza t əyin edə və bu halı araşdıra bilərdi. Digər tərəfdən, iddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Gigiyena və X1-kimyəvi müayinələr üzrə “Referans” laboratoriyasında iddiaçıdan qanda etanolun miqdarını təyin etmək üçün qan nümunəsi götürülmüş və həmin vaxt iddiaçının qanında etanolun miqdarı 0,34 promil müəyyən olunmuşdur. Məlumdur ki, 0,3 promil artıq sərxoşluq vəziyyəti deməkdir. Bununla bağlı məhkəməyə təqdim edilmiş sübutlarda nə üçün iddiaçının qanında etanolun miqdarının 0,8 promildən az olduğu da mütəxəssis tərəfindən əsaslandırılmış, orta hesabla spirtin insan orqanizmindən saatda 0,15 promil sürəti ilə xaric edildiyi, kişilərdə bu prosesin daha tez baş verdiyi göstərilmişdir. Məhkəmə iclasında hətta “nə üçün iddiaçı 2 gün sonra müayin ədən keçirilmişdir?” sualına onların tərəfindən ətraflı cavab verilməsi ilə eyni zamanda iddiaçı özü də etiraf etmişdir ki, “Neft daşları”ndan vertolyotla aparılması zərurəti olduğundan, bu isə müəyyən vaxt tələb edildiyindən ancaq 2-ci günü iddiaçını müayinəyə çatdırmaq mümkün olmuşdur. Halbuki, 2 gün sonra belə qanında müəyyən olunan spirtin miqdarı 0,34, yəni sərxoşluq dərəcəsində olmuşdur. Məhkəmə öz qətnaməsini əsaslandırarkən bu sübutlara ümumiyyətlə toxunmamış, qiymətləndirməmiş, iki gün sonra belə sərxoş vəziyyətdə olan bir işçinin strateji əhəmiyyətli, xüsusi qaydalar nəzərə alınmaqla iş fəaliyyəti təşkil olunan, iş yeri hər hansı bir bölünmə qoyulmadan “Neft Daşları” hesab edilən təhlükəli obyektdə (əmək müqaviləsi məhkəməyə təqdim edilmişdir) işləməli olan işçinin hərəkətlərində Əmək Məcəlləsinin 71ci maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş nəticələrin baş verməməsi, işçinin bilavasitə növbəti iş günü fəaliyyətinə hazırlaşmaq üçün istirahət vaxtında Neft daşlarında yerləşən yataqxanada spirtli içki qəbul etməsinə əsaslanaraq əsassız və qanunsuz qətnamə çıxarmaqla təkcə cavabdehin qanunla qorunan hüquqlarını pozmamış, eyni zamanda cavabdehin bu qətnamə qüvvədə saxlanacağı və sərxoş vəziyyətdə işdə olmuş bir işçinin yenidən işinə qayıtması ilə bundan sonrakı fəaliyyətini çox ağır vəziyyətə salacaqdır. “Neft Daşları” NQÇİ-nin ərazisi dövlət əhəmiyyətli, strateji, təhlükə potensiallı obyektdir. Buna görə də, həmin iş yerində riayət edilməli olan xüsusi qaydalar müəyyən edilmişdir. Həmin qaydalardan biri də “Neftqazçıxarma sənayesində təhlükəsizlik qaydaları”dır ki, bütün işçilər qeyd edilən qaydalarla tanış edilir və bu barədə müvafiq kitaba imza etməklə, qaydalarla tanış olmalarını təsdiq edirlər. Həmin qaydaların 1.19.9-cu bəndinə əsasən dəniz neftqazmədən tikililərində olarkən, dənizdə çimmək, balıq tutmaq və quş ovlamaq, spirtli içkilər qəbul etmək qadağandır. İşçilər tərəfindən bu qaydalara əməl edilibedilməməsi, həmçinin qadağan edilmiş hərəkətlərin edilməsinin qarşısını almaq məqsədilə mütəmadi yoxlamalar aparılır, zəruri tədbirlər görülür.
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-2366/2025 nömrəli, 21 aprel 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər: Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Səadət Səlimova və Məhəmməd Rüstəmli) cavabdehin apellyasiya şikayəti təmin edi lərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddiaçının cavabdeh Trestə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.
17. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə, birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən həmin hissədə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun olmamışdır. Belə ki, iddiaçı bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə iş prosesində soyuq dəyməsi olduğundan, boğazı ağrımış və bunun qarşısını almaq üçün müalicə məqsədilə özündə olan 100 qramlıq tibbi spirtdən təxminən 30-40 qram su ilə qarışdıraraq öz otağında istirahət edərkən içmişdir. İddiaçının sözlərinə görə hadisə iş v axtından və iş yerindən kənarda baş vermişdir.
18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh isə “Neft Daşları” ”NQÇİ-nin ərazisinin dövlət əhəmiyyətli, strateji, təhlükə potensiallı obyekt olduğunu və həmin iş yerində riayət edilməli olan xüsusi qaydalar müəyyən edildiyini, spirtli içki qəbul etmədiyin qadağan edildiyini, iddiaçının həmin qaydalarla tanış edildiyini, lakin buna əməl etmədiyini bildirmişdir. Cavabdeh eyni zamanda işçi ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi zamanı əmək qanunvericiliyinin bütün tələblərinə işəgötürən tərəfindən tam şəkildə riayət olunduğunu bildirmişdir.
19. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi Neft Daşlarının ərazisinin daxilində yerləşməsinə baxmayaraq, yataqxananın işçinin iş yeri sayılmadığı, iddiaçı nın yataqxanada əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasının icrası üçün deyil, istirahətini təmin etməsi üçün qaldığını, alkotesterin hansı avadanlıqla aparılması, həmin avadanlığın dövlət standartlarına uyğun olması və s. kimi əhəmiyyət kəsb edən məsələlərlə bağlı cavabdehin məhkəməyə heç bir sübut təqdim etməməsi, tətbiq edilmiş intizam tənbehinin əməlin ağırlıq dərəcəsinə uyğun olmadığı qənaətinə gəlmişdir.
20. Məhkəmə kollegiyası ilk növbədə iddiaçının spiritli içki qəbul etməsi faktının iş yerində və ya iş yerindən kənarda olmasına münasibətdə qeyd etmişdir ki, iddiaçı spirtli içki qəbul etdiyini və hadisənin baş verdiyi şəraiti mübahisələndirmir. İddiaçı iddia edir ki, iş vaxtından və iş yerindən kənarda spirtli içki qəbul etmişdir.
21. Məhkəmə kollegiyası onu da qeyd et mişdir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsi ilə müəyyən edilmişdir ki, iddiaçının iş yeri 4 saylı Tikinti Quraşdırma bölümünün 1 saylı tikinti quraşdırma sahəsidir (Neft Daşları). İş vaxtı isə İ-İİ rüb üzrə 06:30-dan 18:30-dək, İİİ-İV rüb üzrə 06:30-dan 19:00-dək müəyyən edilmişdir.
22. Məhkəmə kollegiyası nəzərə almışdır ki, Neft Daşlarının ərazisi dövlət əhəmiyyətli, strateji, təhlükəli infrastrukturdur. Buna görə də, orada işləyən işçilər üçün xüsusi qaydalar müəyyən edilmişdir. “Neftqazçıxarma sənayesində təhlükəsizlik qaydaları”nın 1.19.9-cu bəndinə əsasən dəniz neft-qaz mədən tikililərində olarkən, dənizdə çimmək, balıq tutmaq və quş ovlamaq, spirtli içkilər qəbul etmək qadağandır. İddiaçı həmin qaydalarla tanış olduğunu və imzaladığını mübahisələndirməmişdir.
23. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, yoxlama zamanı İddiaçı alkotesterinin nəticəsi 0,8 promil olaraq aşkarlanmışdır. 0,3 promil artıq sərxoşluğa dəlalət edir. Həmçinin, xx.xx.2024-cü il tarixdə qanın analizi aparılarkən artıq hadisədən 2 gün keçmiş, ona görə də hadisədən iki gün sonra yoxlamanın nəticəsinin 0,32 olması hadisə vaxtı iddiaçıda alkoqolun təsirinin olmaması və ya yüngül olması kimi qiymətlədirilə bilməz. 0,3 promil artıq şəxsin “sərxoş” olduğunu göstərir, deməli 2 gün öncə (iddiaçının alkoqol qəbul etdiyi gün) sərxoşluq daha yüksək olmuşdur.
24. Məhkəmə kollegiyası hesab etmişdir ki, Neft Daşları bütövlükdə iddiaçının iş yeri sayılır, spirtli içki qəbul edərkən iddiaçının bilavasitə iş başında, yaxud istirahət otağında olmasının heç bir fərqi yoxdur. İddiaçının bu hərəkət i iş yerində əmək intizamının normal ahənginin pozulmasına səbəb olmaqla işəgötürənin, habelə əmək kollektivinin (onun ayrıayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan vurmuşdur. İddiaçının bu əməlinə görə intizam tənbehinin tətbiq edilməməsi gələcəkdə əmək kollektivində cəzasızlıq mühiti yaratmaqla daha pis sonluqla nəticələnə bilən hadisələrə rəvac vermiş olar.
25. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndi ilə xitam verilməsini onun törətdiyi əmələ mütənasib saymışdır.
26. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Əmək Məcəllənin 3.8, 3.9, 68.1, 70-ci maddənin “ç” bəndinə, 71.2, 71.3, 72-ci maddənin b bəndinə, 186.3, 300.1-ci maddələrinə və Mülki Prosessual Məcəlləsini n 14.2, 77.1, 217.4, 384.0.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
27. Qətnamədən iddiaçı (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
28. Kassasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı spirtli içkini iş vaxtından sonra, iş yerindən kənarda yataqxanada, istirahət saatlarında qəbul etmiş və spirtli içki qəbul edərək iş yerinə gəlməmiş və ya iş yerində spirtli içki qəbul etməmişdir. Onun hərəkətləri nəticəsində qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmə k funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmamış və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməmişdir.
29. İddiaçı bundan başqa qeyd etmişdir ki, məhkəmə qətnaməsi ancaq və ancaq cavabdeh təşkilat tərəfindən verilmiş apellyasiya şikayətində qeyd olunan tələblərə və istinad olunan qanun normalarına əsaslanmışdır. Qətnamə çıxarılarkən tətbiq olunmalı və iş üçün mühüm əhəmiyyət kəsb edən qanun normaları tətbiq olunmamışdır. Məhkəmə qətnaməsində göstərilən tətbiq olunan hüquq normaları sırasında məhkəmə tərəfindən Əmək Məcəlləsinin 186.3-cü maddəsinin tələbləri qeyd o lunsa da, məhkəmə qətnamə çıxararkən həmin məcəllənin 186.2-ci maddəsini tətbiq etməli olduğu halda bunu etməmiş və nəticədə qeyri qanuni qətnamə çıxarılmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi.
30. Maddə 2 (1-ci hissə). Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.
31. Maddə 2 (3-cü hissə). Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi i lə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.
32. Maddə 3 (8-ci hissə). İş yeri - işçinin haqqı ödənilməklə vəzifəsi (peşəsi) üzrə əmək müqaviləsi ilə müəyyən edilmiş işləri (xidmətləri) yerinə yetirdiyi yer.
33. Maddə 3 (9-cu hissə). Əmək funksiyası – əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusu.
34. Maddə
10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək inti zamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək.
35. Maddə 35.2 (3-cü hissə). Həmin Məcəllə əmək münasibətlərində olan tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun əliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır.
36. Maddə 68 (1-ci hissə). Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
37. Maddə 70 (“ç” bəndi). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
38. Maddə 71 (2-ci hissə). Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qor unan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
39. Maddə 71 (3-cü hissə). İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
40. Maddə 72 (bənd b). Alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.
41. Maddə 80 (1-ci hissə). Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı tə şkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
42. Maddə
83. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
43. Maddə 186 (1-ci hissə). İşçi bu Məcəllə ilə və digər normatvi hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui istifadə etdikdə, yaxud, əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətnə cəlb edilir.
44. Maddə 186.2 (“ç” bəndi). İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxil i intizam qaydalarını pozduqda işəgötürən onunla bağlanmış əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edə bilər.
45. Maddə 186 (3-cü hissə). İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.
46. Maddə
287. Fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərə flərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır.
47. Maddə 288 (“a” bəndi). Bu Məcəllə ilə əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi ilə bağlı məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır.
48. Maddə 292.1. İşçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər.
49. Maddə 300 (1-ci hissə). Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozar aq və ya 71, 76cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Azərbaycan Respublikasi Dövlət Neft Şirkəti “Neftqazçıxarma sənayesində təhlükəsizlik qaydaları”. “Azneft” İstehsalat Birliyi
50. Bənd 1.2.3. İşçilər yerinə yetirdikləri işin təhlükəsizlik tələblərinə əməl etmədiklərinə görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun məsu liyyət daşıyırlar.
51. Bənd 1.14.5.1. Yanar (tezalışan) yüklər – benzin, kerosin, liqroin, metanol, texniki spirt, dixloretan və s. avtosisternlərdə və ya metal çəlləklərdə nəql edilir. Başqa qablarda (şüşə qablarda, vedrələrdə və s.) yanar yükləri nəql etmək qadağandır.
52. Bənd 1.19.1. Dəniz neft-qaz mədən tikililərində (DNQT – DDÖ, EYM, ÜQQ, ÖQQ) görünən yerlərdə həyəcan cədvəlləri asılmalı və həmin cədvəllərlə obyektlərin bütün işçiləri müvafiq jurnalda imza atmaqla tanış olmalıdır.
53. Bənd 1.19.4. DNQT rəisi iş üçün obyektə gəlmiş işçiləri, müvafiq jurnalda qeyd aparmaqla (onların imzası ilə) daxili nizam – intizam əmək qaydaları, həyəcan siqnalları və bununla əlaqədar vəzifə borcları ilə tanış edir və həmçinin xilasetmə qayığının nömrəsini göstərir.
54. Bənd 1.19.9. DNQT-də olarkən dənizdə çimmək, balıq tutmaq və quş ovlamaq, spirtli içkilər qəbul etmək qadağandır.
55. Bənd 12.11.4. İşlərinin xüsusiyyətinə görə DNQT-də gecə-gündüz (vaxta üsulu ilə) işləyən işçilərin dincəlməsi və qızınması üçün radiotelefonla, siqnal vasitələri, yataq ləvazimatı və içməli su ilə təchiz olunmuş xüsusi otaq olmalıdır.
56. Qaydalara Əlavə 1- görə, DNQT –dəniz neftqazmədən tikilisidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
57. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
58. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qay dada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
59. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
60. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
61. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
62. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
63. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin g əldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
64. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
65. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
66. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətna mə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
67. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
68. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
69. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
70. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
71. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan a pellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.
72. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər - işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir.
73. Həmçinin qeyd olunmalıdır ki, iddiaçının kassasiya şikayətində göstərdiy i dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesinin ilk addımı kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Ona görə də, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Həmçinin irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
74. Hazır kı iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticəsi düzgün olmuşdur. Ona görə ki, işdə olan sübutlarla iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələblərini pozması açıq-aşkar təsdiq olunur.
75. Belə ki, Əmək Məcəlləsinin 70-ci maddənin “ç” bəndində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi üçün iki əsas nəzərdə tutulmuşdur. 1) işçi ya özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməlidir; 2) yaxud da 72-ci maddədə sadalanan hallarda əmək vəziflərini kobud şəkildə pozmalıdır.
76. Hazırkı iş üzrə cavabdeh əmək müqaviləsini iddiaçının konkret olaraq Əmək Məcə lləsinin 70-ci maddəsinin “ç” bəndinin tələblərini pozması əsası ilə ləğv etmişdir. İddiaçı ilə bu əsasa görə əmək müqaviləsinin ləğv edilməsi üçün onun ilk növbədə əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi müəyyənləşməli, həmin halların kobud pozuntu olması aydınlaşdırılmalıdır.
77. Apellyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsi barədə gəldiyi nəticəni hazırkı qərarın 16-24-cü paraqraflarında əsaslandırmışdır.
78. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə bağlı hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçü n həmin dəlilləri araşdırmağa lüzum yoxdur.
79. Məhkəmə kollegiyası kassasiya şikayətinin iddiaçının spirtli içkini iş vaxtından sonra, iş yerindən kənarda yataqxanada, istirahət saatlarında qəbul etməsi və spirtli içki qəbul edərək iş yerinə gəlməməsi və ya iş yerində spirtli içki qəbul etməməsi barədə dəlilinə münasibətdə qeyd edir ki, həmin dəlil əsassızdır. Belə ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə əsasən iddiaçının iş rejimi növbəli (15 gün olmaqla) iş rejimindən ibarət olduğundan, iddiaçının işlədiyi trestinin 4 saylı Tikinti Quraşdırma bölümünün 1 saylı tikinti quraşdırma sahəsi (Neft Daşları), dincəlmək üçün konkret vaxtın və yerin müəyyənləşdirilməsindən asılı olmayaraq Əmək Məcəlləsinin 3-cü maddəsinin 8, 9-cu hissələr baxımından onun əmək funksiyalarını yerinə yetir diyi və buna görə əmək haqqı aldığı iş yeri olmuşdur. İddiaçı isə müvafiq qaydada təlimatlandırılmasına, Azərbaycan Respublikasi Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi “Neftqazçıxarma sənayesində təhlükəsizlik qaydaları”na görə işlədiyi sahədə olarkən spirtli içkilər qəbul etməyin qadağan olunduğunu bildiyi halda, iş yerində spirtli içki qəbul etməklə işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozmuş, nəticədə dövlət əhəmiyyətli, strateji, təhlükə potensiallı obyekt olan “Neft Daşları” NQÇİ-nin ərazisisində bədbəxt hadisənin baş verməsi ehtimalına şərait yaratmış, bununla da işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan vurmuşdur.
80. Əmək Məcəlləsinin 3-cü maddəsinin 8-ci hissəsinə əsasən iş yeri – işçinin haqqı ödənilməklə vəzifəsi (peşəsi) üzrə əmək müqaviləsi ilə müəyyən edilmiş işləri (xidmətləri) yerinə yetirdiyi yeridir.
81. Həmin Məcəllənin 3-cü maddəsinin 9-cu hissəsinə əsasən əmək funksiyası – əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusudur.
82. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən isə Bu Məcəllənin 70ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquql arına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
83. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. 84. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş o lsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
85. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
86. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
87. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2366/2025 nömrəli, 21 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.