Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1972/2022 11.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin ləğvi, müqavilədən imtina və onların hüquqi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Xələfov İlqar Rəhim oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı ("xxxx" MTK mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “alqı-satqı müqaviləsinin ləğv edilməsi, mənzilin qaytarılması” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(105)-2596/2021 nömrəli, 12 oktyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 11 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış 18.03.2014-cü il tarixli müqavilənin surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 240 ünvanında tikintisi aparılan çoxmərtəbəli yaşayış kompleksində müştərilərə satılmış mənzillərin dəyərinin 85 (səksən beş) faizindən artıq olmayan hissəsinin illik 14 (on dörd) faizlə 120 (bir yüz iyirmi) ay müddətə qədər kreditləşdirilməsi ilə əlaqədar tərəflərin qarşılıqlı öhdəlikləri təşkil edir.
2. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 27 yanvar 2015-ci il tarixli, İH/B-A-(b)/0017 saylı “Mənzilin alqı-satqısı haqqında” müqaviləyə görə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti-240 ünvanda yerləşən “AAAF-Park 3” Yaşayış massivində 240C saylı evin 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 61 kv metr olan 2 otaqlı, 99 saylı mənzili "xxxx" ASC-nin alıcıya ayırdığı kredit xətti üzrə ödənilməsi şərti ilə satılmışdır.
3. Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 27 yanvar 2015-ci il tarixli, 15/022 saylı Kredit müqaviləsindən görünür ki, 27 yanvar 2015-ci il tarixli, İH/B-A-(b)/0017 saylı “Mənzilin alqı-satqısı haqqında” müqaviləyə əsasən Xırdalan şəhəri, “AAAF-Park 3” Yaşayış Massivi, 240C saylı evin 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 61 kv metr mənzilin alınması məqsədilə 120 ay müddətinə illik 14 faiz dər əcəsi ilə ödəmək şərti ilə 36200 manat məbləğində kredit vəsaiti ayrılmışdır.
4. İsmayıllı Rayon Məhkəməsinin 2(037)-251/2018 saylı, 10.05.2018-ci il tarixli qətnaməsi ilə "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 27 yanvar 2015-ci il tarixli, 15/022 saylı təminatlı kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh və "xxxx" MMC-dən müştərək qaydada cəmi 44843,2 manat kredit borcunun alınaraq "xxxx" ASC-nin xeyrinə tutulması, iddia tələbinin tutmanın Xırdalan şəhəri, “AAAF-Park 3” yaşayış massivi, 240C saylı evin, ümumi sahəsi 61 kv metr olan 99 saylı mənzilinə yönəldilməsi, ilkin satış qiymətinin müəyyən edilməsi, həmin əmlakın hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsinə dair hissəsinin təmin edilməməsi qət edilmişdir.
5. Şəki Apellyasiya Məhkəməs inin mülki kollegiyasının 2(107)-1939/2018 saylı, 08.10.2018-ci il tarixli tarixli qərardadı ilə iddiaçı "xxxx" ASC ləğvedicisi Əmanətldərin Sİğortalanması fondunun nümayəndəsinin apellyasiya şikayəti qismən təmin edilmiş, İsmayıllı Rayon Məhkəməsinin 2(037)251/2018 saylı, 10.05.2018-ci il tarixli qətnaməsi qismən, iddia tələbinin tutmanın Xırdalan şəhəri, “AAAF-Park 3” yaşayış massivi, 240C saylı evin, ümumi sahəsi 61 kv metr olan 99 saylı mənzilinə yönəldilməsi, ilkin satış qiymətinin müəyyən edilməsi, həmin əmlakın hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi hissədə ləğv edilmiş və iddia ərizəsi həmin hissədə baxılmamış saxlanılmışdır.
6. Apellyasiya instansiyası məhkəməsinin həmin tarixli qətnaməsi ilə cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X1 ap ellyasiya şikayəti təmin olunmamış, İsmayıllı Rayon Məhkəməsinin 2(037)251/2018 saylı, 10.05.2018-ci il tarixli qətnaməsi "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 27 yanvar 2015-ci il tarixli 15/022 saylı təminatlı kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh və "xxxx" MMC-dən müştərək qaydada cəmi 44843,2 manat kredit borcunun alınaraq "xxxx" ASC-nin xeyrinə tutulması hissəsində dəyişdirilmədən saxlanılmışdır.
7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 26.02.2019cu il tarixli Qərarı ilə "xxxx" MMC-nin kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(107)-1939/2018 saylı, 08.10.2018-ci il tarixli qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına qaytarılmışdır.
8. Şəki Apellyasiya Məhkəməsinin mülki koll egiyasının 2(107)-1478/2019 saylı, 14.06.2019-cu il tarixli qətnaməsi ilə cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, İsmayıllı Rayon Məhkəməsinin 2(037)251/2018 nömrəli 10.05.2018-ci il tarixli qətnaməsi "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 27 yanvar 2015-ci il tarixli 15/022 saylı təminatlı kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh və "xxxx" MMC-dən müştərək qaydada cəmi 44843,2 manat kredit borcunun alınaraq "xxxx" ASC-yə verilməsi hissəsi dəyişdirilmədən saxlanılmış,
9. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12.12.2019cu il tarixli, 2(102)7697/19 saylı Qərarı ilə "xxxx" MMC-nin kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin iş üzrə 14.06.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
10. Araları nda bağlanmış “Mənzilin alqı-satqısı barədə” 27 yanvar 2015-ci il tarixli müqavilədən irəli gələn öhdəliklərin icrasının cavabdeh tərəfindən pozulmasına istinad edən iddiaçı hazırkı tələbləri irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı cavabdehə qarşı ("xxxx" MTK müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış 27 yanvar 2015-ci il tarixli, İH/B-A-(b)/0017 saylı “Mənzilin alqısatqısı barədə” müqavilənin ləğv edilməsi, mübahisə predmeti olan mənzilin boşaldılaraq ona təhvil verilməsi və ödənilmiş 20,40 manat məbləğində dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddiaçı işin y uxarıda sadalanan faktiki hallarından çıxış etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh aralarında bağlanmış “Mənzilin alqı-satqısı barədə” müqavilə üzrə mənzilin alınmasına görə bankla arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliklərini pozmuş və qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə kredit borcunun həm ondan, həm də iddiaçıdan müştərək qaydada tutulması qət edilmişdir. Göründüyü kimi, cavabdehin hərəkətləri nəticəsində MMC-yə ziyan dəymişdir.
13. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddiaya etiraz edərək, bildirmişdir ki, çıxarılan qətnamə üzrə aylıq ödənişləri ödəyir və kredit borcunun ödənilməsi ilə bağlı Bankla aralarında hər hansı mübahisə yoxdur.
14. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(012)-1014/2021 nöm rəli iş üzrə 22 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim H.Əhmədov) iddia təmin olunmuşdur.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öhdəliyini tam və lazımi qaydada icra etməmişdir. Belə ki, iddiaçı aralarında bağlanmış alqı-satqı müqaviləsinə əsasən iddiaçı MMC müqavilənin predmeti olan mənzili müəyyən edilmiş müddətlərdə və məbləğlərdə dəyərini ödəmək şərti ilə cavabdehə vermiş, lakin cavabbeh müqavilə üzrə öhdəllikləri lazımınca icra etməmiş, müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməmişdir.
16. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 389.1, 390.1, 390.5 425, 442, 443. 1, 445.1 və 448.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 82.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd olunmasını, yaxud mübahisə predmeti olan mənzilin yaxşılaşdırılmasına və təmirinə çəkilən xərcə görə 18000 manatın, mənzilə görə banka ödənilmiş 16500 manatın iddiaçıdan alınaraq ona ödənilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Şikayət belə əsaslandırılmışdır ki, sözügedən mənzilə görə banka ilkin ödəniş kimi 6500 manat, aylıq ödənişlər kimi cəmi 10000 manat pul ödəmişdir. Bundan başqa, mənzil cavabdehə təmirsiz vəziyyətdə verilmiş və onun tərəfindən təmir olunmuşdur. Belə olan halda, mənzi lin yaxşılaşdırmalarla və təmirli vəziyyyətdə geri qaytarılması iddiaçının əsassız varlanması demək olardı, ona görə də mənzilin təmirinə çəkilən xərcə görə 18000 manat və banka ödənilmiş 16500 manat iddiaçıdan alınaraq ona verilməlidir.
19. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-2596/2021 nömrəli iş üzrə 12 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – L.Məmmədova (sədrlik edən və məruzəçi), T.Quliyev və G.Tağızadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya instansiyası məhkəməsi rayon məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq şikayətin dəlillərinə münasibtdə qeyd etmişdir ki, cavabdeh qətnamənin ləğv edilməsini xahiş etsə də, dəlillərini əsaslandıra bilməmiş və həmin dəlillər birinci instansiya məhkəməsi tərəfindən araşdırılaraq onlara hüquqi qiymət verilmişdir. Cavabdehin mənzilə görə ödənilmiş 16500 manatın iddiaçıdan alınaraq ona verilməsi barədə xahişi isə iddia tələbidir. Cavabdeh isə məhkəmədə iddia qaldırmamışdır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən həmin tələb üzrə məhkəmənin qərar çıxarması istisna olunur. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh (vəkili X2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
22. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. İddiaç ı "xxxx" MMC-nin nümayəndəsi kassasiya şikayətinə qarşı etiraz göndərərək şikayətin təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:
24. Maddə
324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (1, 2 və 4-cü bəndlər).
25. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
26. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır:
27. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər.
28. Maddə 509.1. Birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
29. Maddə 14.2. M əhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 32. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayı r. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
33. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zəru rətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməklə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsi nə göndərilməlidir.
37. Belə ki, iddanı təmin edərkən işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəflər arasında bağlanmış 27 yanvar 2015-ci il tarixli, İH/B-A(b)/0017 saylı Mənzilin alqı-satqısı haqqında müqaviləyə, "xxxx" ASC ilə iddiaçı "xxxx" MMC arasında bağlanmış 18.03.2014-cü il tarixli müqaviləyə və “İsmayıllı Rayon Məhkəməsinin 2(037)-251/2018 saylı, 10.05.2018-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsində müəyyən edilmiş hallara əsaslanmaqla hesab etmişdir ki, Cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam və lazımı qaydada icra etməmiş, ona görə də tərəflər arasındakı müqavilə ləğv edilməli, mübahisənin predmeti olan Xırdalan şəhəri, “AAAF-Park 3” Yaşayış Massivi-240C ünvanda yerləşən 99 saylı mənzil iddiaçı "xxxx" MMC-yə qaytarılmalıdır.
38. Lakin tərəflər arasında bağlanması qeyd edilmiş 27 yanvar 2015-ci il tarixli, İH/BA-(b)/0017 saylı Mənzilin alqı-satqısı haqqında müqavilərnin nə əsli, nə də surəti iş materiallarında mövcud deyildir, iddiaçı tərəfindən sübut növü kimi təqdim olunmamışdır, məhkəmələr işdə olmayan sübuta əsaslanaraq nəticəyə gəlmişdir. 39. "xxxx" ASC ilə iddiaçı "xxxx" MMC arasında bağlanmış 18.03.2014-cü il tarixli müqaviləyə gəldikdə isə cavabdeh bu müqavilədə tərəf olmamış, müvafiq olaraq iddiaçı "xxxx" MMC qarşısında hər hansı öhdəlik daşımamışdır.
40. Qanuni qüvvəyə minmiş İsmayıllı Rayon Məhkəməsinin 10.05.2018-ci il tarixli qətnaməsi "xxxx" ASC-nin Sumqayıt filialı ilə Cavabdeh arasında bağlanmış 27 yanvar 2015-ci il tarixli, 15/022 saylı təminatlı kredit müqaviləsinə əsasən Cavabdeh və "xxxx" MM C-dən müştərək qaydada kredit borcunun tutulması barədədir. Həmin qətnamədə Cavabdeh aldığı mənzili satıcıya qaytarmalı olmasına dair hər hansı bir müddəa öz əksini tapmamışdır. Mövcud vəziyyətdə məhkəmə qətnaməsinə əsasən Cavabdeh aldığı kreditə görə "xxxx" MMC-nin də borcalan Cavabdehla birlikdə müştərək qaydada məsuliyyət daşıması tərəflər arasında bağlanmış mənzilin alqı-satqısı barədə müqavilənin ləğvi üçün deyil, bank qarşısında olan birgə öhdəlik icra olunduğu təqdirdə "xxxx" MMC-nin digər birgə borclu olan Cavabdeh qarşı dəymiş zərər həcmində reqres qaydasında iddia qaldırmaq hüququnun əmələ gəlməsinə əsas ola bilərdi.
41. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara laz ımi hüquqi qiymət vermədən, xüsusilə tərəflər arasında olan Mənzilin alqı-satqısı barədə müqaviləni tədqiq edilmədən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1 və 417.1.3-cü maddələrinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
43. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
44. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(105)-2596/2021 nömrəli, 12 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə gödərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.