Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1978/2025 22.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Cavabdehnə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa, əmrin ləğvi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Cavabdehnə qarşı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)2023/2025 nömrəli, 21 aprel 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikay ətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 2009-cu ildən bəri “SOCAR” Neft Qaz Tikinti Trestində bənna vəzifəsində işləmişdir.
2. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə cavabdehin xx.xx.2024-cü il tarixli 14- 214/3-1K-614/2024 saylı əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, iş yerində alkoqollu içki qəbul edərək sərxoş vəziyyətdə olduğuna görə xitam verilmiş və iddiaçı tutduğu vəzifədən azad edilmişdir. Əmrin verilməsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə iddiaçı, digər iş yoldaşı Faiq Cəfərovla birlikdə xx.xx.2024-cü il tarixdə iş yeri olan “Neft daşları” NQÇİ-nin ərazisində spirtli içki qəbul etmələri şübhəsi ilə müvafiq komissiya tərəfindən alkotesterdən istifadə etməklə m üayinəsi aparılmış və müayinənin nəticəsi olaraq hər iki işçidə alkoqolun konsentrasiyasının 0,8 promilli olması müəyyən edilmişdir.
3. Həmçinin, 2005-ci il tarixdə təsdiq edilmiş “Neftqazçıxarma sənayesində təhlükəsiz Qaydaları”nın 1.19.9-cu bəndində qeyd edilir ki, DNQT-də olarkən dənizdə çimmək, balıq tutmaq, quş ovlamaq və spirtli içkilər qəbul etmək qadağandır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı xx.xx.2024-cü il tarixli, 14-2-14/3-1K-614/2024 saylı əmrin ləğv edilməsi, onun işlədiyi vəzifəyə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2009-cu ildən “SOKAR” Neftqaztikinti Trestində bənna, be tonçu vəzifəsində işləyir. İşlədiyi müddətdə üzərinə düşən vəzifəni layiqıncə yerinə yetirmiş və bir dəfə də olsa rəhbərlik tərəfindən ona irad tutulmamışdır. xx.xx.2024 il tarixdə iş prosesində soyuq dəyməsi olduğundan, boğazı ağrımış və bunun qarşısını almaq üçün müalicə məqsədilə özündə olan 100 qramlıq tibbi spirtdən təxminən 30-40 qram su ilə qarışdıraraq içmiş və öz otağında istirahət edərkən otağının qapısı döyülmüş və qapını açarkən bir neçə şəxs otağına daxil olaraq komissiyanın üzvü olduqlarını bildirmişlər və ondan spirtli içki içib-içməməyini soruşmuşlar. Buna baxmayaraq onlar onun spirtli içki içməyini dəqiqləşdirmək üçün, heç bir həkimin iştirakı olmadan alkotesterdən istifadə edərək spirtli içki qəbul edib-etməməyini yoxlamışlar. Komissiyanın üzvləri bununla işlərini bitirmi ş oldular. O, alkotesterin göstəricisi barədə ona məlumat vermələrini və bu barədə protokol tərtib olunmağını tələb etsə də, ona bildirmişlər ki, bu suallara o, sonra cavab tapacaq. Bu hadisədən sonra onu idarənin Həmkarlar Təşkilatına dəvət edərək baş vermiş hadisə barədə soruşulanda, o, hadisənin necə baş verdiyini bildirmişdir. Buna baxmayaraq, həmkarlar təşkilatı onun hüquqlarını müdafiə etmək əvəzinə, onun işdən azad olunmağına razılığını bildirmiş və müdiriyyət tərəfindən müvafiq əmr verilmişdir.
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7917/24 saylı iş üzrə 29 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim S.Eyvazova) iddia təmin edilmişdir.
7. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlmişdir ki, iddiaçı barəsində görülmüş intizam tənbehi işçinin əməlin ə mütənasib deyil. Belə ki, məhkəmə araşdırması zamanı xx.xx.20024-cü il tarixdə işçidə alkoqolun konsentrasiyasının 0,8 promilli olması, xx.xx.2024-cü il tarixdə isə 0,32 (qanda) (§16) olması müəyyən edilmişdir, bu isə alkoqolun təsirinin olmaması və ya yüngül olması kimi xarakterizə olunmuşdur. Eyni zamanda cavabdeh tərəf spirtli içki qəbul etdikdən sonra işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə, müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olması ilə bağlı hər hansı mötəbər halı və ya sübutu m əhkəməyə təqdim etməmişdir. Eyni zamanda işçi tərəfindən oxşar halların daha əvvəl təkrarlanması, digər tənbeh tədbirlərinin olması da məhkəmə araşdırması zamanı aşkarlanmamışdır.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.2, 2.3, 3.3, 3.9, 68.1, 70-ci maddəsinin “ç” bəndi, 71.2, 71.3, 72-ci maddəsinin b bəndi, 186.3, 300.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Neft Daşları” NQÇİ-nin ərazisi dövlət əhəmiyyətli, strateji, təhlükə potensiallı obyektdir. Buna görə də, həmin iş yerində riayət edilməli olan xüsusi qay dalar müəyyən edilmişdir. Həmin qaydalardan biri də “Neftqazçıxarma sənayesində təhlükəsizlik qaydaları”dır ki, bütün işçilər qeyd edilən qaydalarla tanış edilir və bu barədə müvafiq kitaba imza etməklə, qaydalarla tanış olmalarını təsdiq edirlər. Həmin qaydaların 1.19.9-cu bəndinə əsasən dəniz neftqazmədən tikililərində olarkən, dənizdə çimmək, balıq tutmaq və quş ovlamaq, spirtli içkilər qəbul etmək qadağandır. İşçilər tərəfindən bu qaydalara əməl edilib-edilməməsi, həmçinin qadağan edilmiş hərəkətlərin edilməsinin qarşısını almaq məqsədilə mütəmadi yoxlamalar aparılır, zəruri tədbirlər görülür.
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)-2023/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnamə si ləğv edilmiş, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmışdır (hakimlər: Akif İsgəndərov – sədrlik edən və məruzəçi, Səadət Səlimova, Məhəmməd Rüstəmli).
12. Məhkəmə kollegiyası hesab etmişdir ki, Neft Daşları bütövlükdə iddiaçının iş yeri sayılır, spirtli içki qəbul edərkən iddiaçının bilavasitə iş başında, yaxud istirahət otağında olmasının heç bir fərqi yoxdur. İddiaçının bu hərəkəti iş yerində əmək intizamının normal ahənginin pozulmasına səbəb olmaqla, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrıayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan vurmuşdur.
13. İddiaçının bu əməlinə görə intizam tənbehinin tətbiq edilməməsi gələcəkdə əmək kollektivində cəzasızlıq mühiti yaratmaqla, daha pis sonluqla nəticələnə bilən hadisələrə rəvac vermiş ol ar. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsini onun törətdiyi əmələ mütənasib saymışdır.
14. Məhkəmə kollegiyası mövqeyini Əmək Məcəlləsinin 2.2, 2.3, 3.3, 3.9, 70(ç), 71.2, 72, 186.3, 300.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. Kassator şikayətini belə əsaslandırmışdır ki, komissiya üzvləri onun otağına saat daxil olaraq onun spirtli içki qəbul etmiş olduğunu aşkarlasa da, bu hadisə qeyri iş saatlarında baş vermişdir ki, işin bu halına apellyasiya məhkəməsi tərəfindən Əmək Məcəlləsinin 72-ci maddəsinin b) bəndinə uyğun düzgün hüquqi qiymət verilməmişdir. Həmin normaya o halda istinad etmək olardı ki, ya o işə içkili gəlmiş olaydı, yaxud iş vaxtı spirtli içkilərdən istifadə etsəydi.
17. Kassasiya şikayətinin digər dəlilinə görə, işəgötürən əmək müqaviləsinə xitam verməmişdən qabaq digər intizam tənbehi tədbirlərindən birini tətbiq etməli olduğu halda, ən ağır tədbir olan əmək müqaviləsinə xitamı seçmişdir ki, işin bu halına apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz daxil o lmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
19. Maddə 2.2. Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir.
20. Maddə 2.3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır.
21. Maddə 3.3. İşəgötürən — tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxs.
22. Maddə 3.9. Əmək funksi yası — əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusu.
23. Maddə 70 ç). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
24. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
25. Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
26. Maddə 72 b). Alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.
27. Maddə 186.3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə a lmalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.
28. Maddə 300.1. Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq o laraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
33. Madd ə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
35. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Hazırkı kassasiya şikayəti əsasında apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
40. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətlərində irəli sürülən ma hiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
41. Məhkəmə aktlarının qanuniliyi, ənənəvi olaraq, məhkəmə aktının maddi və prosessual hüquq normalarına uyğunluğu kimi qəbul olunur. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenum unun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edil ən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli qərarı).
42. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
44. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2023/2025 nömrəli iş üzrə 21 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.