Məhkəmə qərarları › İş №2(102)-198/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-198/2021

25.02.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-198/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh oğluna qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmlak tələbi 25.02.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və X1 ibarət tərkibdə, Əliyeva Günel İnqilab qızının katibliyi, İddiaçı iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-250/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş in halları

1. İsmayıllı rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı ilə cavabdehin arasında bağlanmış xx xxxx 2018-ci il tarixli nikahın pozulması qət olunmuşdur.

2. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının cavabdehdən tələb etdiyi cehiz əmlaklar iddiaçının valideynləri tərəfindən alınmış, qızıl ziynət əşyaları isə cavabdeh və digər şəxslər tərəfindən iddiaçıya hədiyyə kimi verilmişdir, həmin əmlaklar və qızıl zinyət əşyaları cavabdehin yaşadığı evdə olmuşdur. İddiaçı 2019-cu ilin yanvar ayında cavabdehin yaşadığı evi tərk edib atası evinə getmiş, gedərkən özü ilə heç bir əmlak götürməmişdir. İddiaçıya məxsus əmlakların bir hissəsi hazırki iddia ilə məhkəməyə müraciət edildikdən sonra cavabdeh və ailə üzvləri tərəfindən iddiaçıya qaytarılmışdır.

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən istifadədə olmuş 7 adda qızıl-zinət əşyasının hazırki orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 3620,0 manat müəyyən edilir. Zərgərlik məlumatlarının üzərində olan brilyant qaşların qiymətini müəyyən etmək üçün həmin brilyant qaşlara baxış keçirmədən onların keyfiyyətini, sayını və işlənmə dərəcəsini müəyyən etmək mümkün deyildir. Bu səbəbdəndə brilyant qaşlar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. 01 ədəd 750 əyarlı ağ qızıl nişan üzüyü, çəkisi 560 manat, 01 ədəd 750 əyarlı ağ qızıl zəncir, çəkisi 10 qr. - 800 manat, 01 ədəd 750 əyarlı ağ qızıl sırğa, çəkisi 8 qram 640 manat, 01 ədəd 750 əyarlı briliyant qaşlı ağ qızıl üzük, çəkisi 6 qram-480 manat, 01 ədəd 750 əyarlı b rliyant qaşlı ağ qızıl bilərzik, 6 qram- 480 manat, italiya istehsalı olan 750 əyarlı üzük, çəkisi 6 qram-480 manat, rusiya istehsalı olan 583 əyarlı tək qaşlı üzük, cəkisi 3 qram-180 manat, cəmi 3620 manat. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı (bundan sonra iddiaçı) məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 23769 manat dəyərində əmlakların və ya həmin əmlakların dəyəri olan 23769 manat məbləğinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək bildirmişdir ki, iddia ərizəsində qeyd etdiyi əmlaklardan bir hissəsi məhkəməyə müra ciət edildikdən sonra cavabdeh tərəfindən könüllü olaraq ona qaytarılmışdır. Ona görə də ilk iddia tələbinin həcmini azaldaraq cəmi 6374 manat məbləğində əmlaklar, həmin əmlaklar olmadıqda isə onların dəyərinin və məhkəməyə müraciət etmək üçün ödədiyi 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə xx xxxx 2018-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş və gəlin köçdüyü evə cehiz əmlakları və özünə məxsus şəxsi geyim əşyaları aparmışdır. Cavabdehlə aralarında olan nikah xx xxxx 2019-cu il tarixdə məhkəmə qaydasında pozulmuşdur. Faktiki olaraq ayrılıb ata evinə qayıdarkən ona məxsus cehiz əmlakları, qızıl-zinyət əşyaları və geyim paltarları cavabdehə məxsus evdə qalmışdır. O, cavabdehdən bir neçə dəfə ona məxsus əmlakları qaytarmasını tələb etsə də cavabdeh əmlaklarını qaytarmamışdır. Məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. Məhkəməyə müraciət etdikdən sonra cavabdeh ona məxsus əmlakların bir hissəsini qaytarmış, qalan əmlaklarını və ya onların dəyərini tələb etsə də cavabdeh ona məxsus əmlakları qaytarmaqdan imtina etmişdir. O, cavabdehdən 800 manat dəyərində 1ədəd ağ qızıldan olan 7 qram çəkidə nişan üzüyü, 1160 manat dəyərində bir ədəd ağ qızıldan olan 10 qram çəkidə zəncir, 940 manat dəyərində bir cüt 8 qram çəkidə ağ qızıldan olan sırqa, 700 manat dəyərində bir ədəd 6 qram çəkidə ağ qızıldan olan brilyant qaşlı üzük və 700 manat dəyərində bir ədəd 6 qram çəkidə ağ qızıldan olan brilyant qaşlı bilərzikdən ibarət – cəmi dəyəri 3500 manat olan ağ qızıl dəsti, 400 manat dəyərində bir ədəd 6 qram çəkidə italyan qızılı olan üzük, 150 manat dəyərində bir ədəd 3 qram çəkidə 583 əyarlı rus qızılı olan tək qaşlı üzük, 150 manat dəyərində bir ədəd palto, 50 manat dəyərində bir cüt çəkmə, hər biri 50 manat olmaqla cəmi 150 manat dəyərində üç ədəd don, hər biri 25 manat olmaqla cəmi dəyəri 100 manat olan dörd ədəd çanta, hər biri 25 manat olmaqla cəmi 75 manat dəyərində üç ədəd idman ayaqqabıları, hər biri 6 manat olmaqla cəmi 150 manat dəyərində 25 ədəd kofta, hər biri 25 manat olmaqla cəmi 50 manat dəyərində iki ədəd pencək, hər biri 33 manat olmaqla cəmi 99 manat dəyərində üç ədəd bujiteriya, 30 manat dəyərində bir ədəd jilet, 100 manat dəyərində kosmetika dəsti, hər biri 20 manat olmaqla cəmi 60 manat dəy ərində üç ədəd şalvar, 40 manat dəyərində bir cüt tufli, 20 manat dəyərində bir cüt yay ayaqqabısı, 320 manat dəyərində bir ədəd “Evroluxs” markalı senserli dörd göz qaz peçi, 80 manat dəyərində bir ədəd “Evroluxs” markalı ütü feni, hər biri 25 manat olmaqla cəmi 50 manat dəyərində xrustal mürəbbə qabından ibarət əmlakları, həmin əmlaklar olmadıqda isə onların ümumi dəyəri 6374 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.

7. İsmayıllı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxxxxx 2019-cu il tarixli 2(037)-673/2019 saylı qətnaməsi ilə (hakim R.Şirinov) iddia tələbi təmin edilmiş, Cavabdeh 800 manat dəyərində 1 ədəd ağ qızıldan olan 7 qram çəkidə nişan üzüyü, 1160 manat dəyərində bir ədəd a ğ qızıldan olan 10 qram çəkidə zəncir, 940 manat dəyərində bir cüt 8 qram çəkidə ağ qızıldan olan sırqa, 700 manat dəyərində bir ədəd 6 qram çəkidə ağ qızıldan olan brilyant qaşlı üzük və 700 manat dəyərində bir ədəd 6 qram çəkidə ağ qızıldan olan brilyant qaşlı bilərzikdən ibarət – cəmi dəyəri 3500 manat olan ağ qızıl dəsti, 400 manat dəyərində bir ədəd 6 qram çəkidə italyan qızılı olan üzük, 150 manat dəyərində bir ədəd 3 qram çəkidə 583 əyarlı rus qızılı olan tək qaşlı üzük, 150 manat dəyərində bir ədəd palto, 50 manat dəyərində bir cüt çəkmə, hər biri 50 manat olmaqla cəmi 150 manat dəyərində üç ədəd don, hər biri 25 manat olmaqla cəmi dəyəri 100 manat olan dörd ədəd çanta, hər biri 25 manat olmaqla cəmi 75 manat dəyərində üç ədəd idman ayaqqabıları, hər biri 6 manat olmaqla cəmi 150 m anat dəyərində 25 ədəd kofta, hər biri 25 manat olmaqla cəmi 50 manat dəyərində iki ədəd pencək, hər biri 33 manat olmaqla cəmi 99 manat dəyərində üç ədəd bujiteriya, 30 manat dəyərində bir ədəd jilet, 100 manat dəyərində kosmetika dəsti, hər biri 20 manat olmaqla cəmi 60 manat dəyərində üç ədəd şalvar, 40 manat dəyərində bir cüt tufli, 20 manat dəyərində bir cüt yay ayaqqabısı, 320 manat dəyərində bir ədəd “Evroluxs” markalı senserli dörd göz qaz peçi, 80 manat dəyərində bir ədəd “Evroluxs” markalı ütü feni, hər biri 25 manat olmaqla cəmi 50 manat dəyərində xrustal mürəbbə qabından ibarət əmlakların, həmin əmlaklar olmadıqda isə onların dəyəri olan cəmi 6374 (altı min üç yüz yetmiş dörd) manat pulun alınaraq İddiaçı verilməsi, Cavabdeh 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulara q iddiaçı ödənilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddiaçının cavabdehdən tələb etdiyi əmlaklar iddiaçının valideynləri tərəfindən alınmış, qızıl ziynət əşyaları isə cavabdeh və digər şəxslər tərəfindən iddiaçıya hədiyyə kimi verilmiş, həmin əmlaklar və qızıl zinyət əşyaları cavabdehin yaşadığı evdə olmuşdur. İddiaçı 2019-cu ilin yanvar ayında cavabdehin yaşadığı evi tərk edib atası evinə getmiş, gedərkən özü ilə heç bir əmlak götürməmişdir. İddiaçıya məxsus əmlakların bir hissəsi hazırki iddia ilə məhkəməyə müraciət edildikdən sonra cavabdeh və ailə üzvləri tərəfindən iddiaçıya qaytarılmışdır. Cavabdeh iddiaçının valideynlərinin onlara pul borcu olduğunu əsas gətirərək iddiaçıya məxsus qızıl-zinyət əşyalarını qaytarmaqdan imtina edir. İddiaçı ona məxsus əmlakların bir hissəsinin cavabdeh tərəfindən ona qaytarılmadığını bildirərək cəmi 6374 (altı min üç yüz yetmiş dörd) manat məbləğində əmlaklar, həmin əmlaklar olmadıqda isə onların dəyərinin və məhkəməyə müraciət etmək üçün ödədiyi dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh onlarda olan qaz peçini və ya dəyərini, iddiaçının valideynlərinin onlara olan borcu qaytaracağı təqdirdə isə iddiaçıya məxsus qızıl-zinyət əşyalarını qaytaracağını bildirir. Digər tələbləri isə əsassız hesab edərək rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçının tələb etdiyi 150 manat dəyərində bir ədəd palto, 50 manat dəyərində bir cüt çəkmə, hər bi ri 50 manat olmaqla cəmi 150 manat dəyərində üç ədəd don, hər biri 25 manat olmaqla cəmi dəyəri 100 manat olan dörd ədəd çanta, hər biri 25 manat olmaqla cəmi 75 manat dəyərində üç ədəd idman ayaqqabıları, hər biri 6 manat olmaqla cəmi 150 manat dəyərində 25 ədəd kofta, hər biri 25 manat olmaqla cəmi 50 manat dəyərində iki ədəd pencək, hər biri 33 manat olmaqla cəmi 99 manat dəyərində üç ədəd bujiteriya, 30 manat dəyərində bir ədəd jilet, 100 manat dəyərində kosmetika dəsti, hər biri 20 manat olmaqla cəmi 60 manat dəyərində üç ədəd şalvar, 40 manat dəyərində bir cüt tufli, 20 manat dəyərində bir cüt yay ayaqqabısı, 320 manat dəyərində bir ədəd “Evroluxs” markalı senserli dörd göz qaz peçi, 80 manat dəyərində bir ədəd “Evroluxs” markalı ütü feni, hər biri 25 manat olmaqla cəmi 50 manat dəyə rində xrustal mürəbbə qabından ibarət əmlaklar iddiaçıya məxsus olan əmlak olduğu, lakin iddiaçıya qaytarılmadığı məhkəmə iclasında tam sübuta yetirilmişdir. İddiaçının tələb etdiyi 800 manat dəyərində 1 ədəd ağ qızıldan olan 7 qram çəkidə nişan üzüyü, 1160 manat dəyərində bir ədəd ağ qızıldan olan 10 qram çəkidə zəncir, 940 manat dəyərində bir cüt 8 qram çəkidə ağ qızıldan olan sırqa, 700 manat dəyərində bir ədəd 6 qram çəkidə ağ qızıldan olan brilyant qaşlı üzük və 700 manat dəyərində bir ədəd 6 qram çəkidə ağ qızıldan olan brilyant qaşlı bilərzikdən ibarət – cəmi dəyəri 3500 manat olan ağ qızıl dəsti, 400 manat dəyərində bir ədəd 6 qram çəkidə italyan qızılı olan üzük, 150 manat dəyərində bir ədəd 3 qram çəkidə 583 əyarlı rus qızılı olan tək qaşlı üzükdən ibarət qızıl-ziynət əşyaları on a cavabdeh və onun ailə üzvləri tərəfindən hədiyyə şəklində verilmiş əmlaklardır və iddiaçı cavabdehlə birgə yaşadığı evi tərk edib öz valideynlərinin evinə gedən zaman həmin qızıl ziynət əşyaları cavabdehin evində qalmışdır. Göstərilən qızıl ziynət əşyaları sonradan da iddiaçıya qaytarılmamışdır.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1ci, Mülki Məcəllənin 157.2 və 225.2-ci, Mülki Prossesual Məcəlləsinin (bundan sonra – MPM) 119.1, 214.4, 216-220, 227.2 və 227.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

10. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir.

11. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-250/2020 nömrəli iş üzrə xx xxxx 2 020-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.Mahmudov (sədrlik edən və məruzəçi), Ə.Məcidov və M.Əsədli) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(037)-673/2019 nömrəli qətnaməsinin - 800 manat dəyərində 1 ədəd ağ qızıldan olan 7 qram çəkidə nişan üzük, 1160 manat dəyərində bir ədəd ağ qızıldan olan 10 qram çəkidə zəncir, 940 manat dəyərində bir cüt 8 qram çəkidə ağ qızıldan olan sırqa, 700 manat dəyərində bir ədəd 6 qram çəkidə ağ qızıldan olan brilyant qaşlı üzük və 700 manat dəyərində bir ədəd 6 qram çəkidə ağ qızıldan olan brilyant qaşlı bilərzikdən ibarət – cəmi dəyəri 3500 manat ağ qızıl dəsti və həmin əmlakların cəmi dəyəri 6574 manat,” (əmlakların dəyəri) hissəsində dəyişdirilməsi, 01 ədəd 750 əyarlı ağ qızıl nişan üzüyü, çəkisi -560 manat, 01 ədəd 750 əyarlı ağ qızıl zəncir, çəkisi 10 qr. - 800 manat, 01 ədəd 750 əyarlı ağ qızıl sırğa, çəkisi 8 qram -640 manat, 01 ədəd 750 əyarlı briliyant qaşlı ağ qızıl üzük, çəkisi 6 qram-480 manat, 01 ədəd 750 əyarlı brliyant qaşlı ağ qızıl bilərzik, 6 qram- 480 manat (cəmi dəyəri 2960 manat ağ qızıl dəsti və ümumi əmlakların dəyərinin 5834 (beş min səkkiz yüz otuz dörd) manat dəyərində müəyyən edilməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması, ekspertiza tədqiqatının dəyəri 100 manat pulun Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, cavabdehin apelyasiya şikayətində göstərilən dəlillər qət namənin ləğvi üçün əsas olmasa da, qızıl-zinət əşyalarınını dəyəri hissəsində dəyişdirilməsi üçün əsasdır. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdeh tərəf məhkəmə araşdırması zamanı mübahisəli qızıl-zinət əşyalarının toy günü iddiaçıya verilməsini və hazırda onda olmasını inkar etməmişdir. Cavabdehin mübahisələndirdiyi hal əsasən iddiaçı tərəfin qızıl-zinətin dəyərinin süni şəkildə şişirdilməsindən ibarət olmuşdur. Göründüyü kimi iddiaçı iddia tələbinin əsası kimi, cavabdeh isə iddia tələbinə etirazının əsası kimi istinad etdikləri hallara dair izahat vermiş, həmçinin mövcud olan və təqdim edilməsi mümkün olan sübutlar məhkəməyə təqdim edilmişdir. Tərəflərə təklif olunsa da, təqdim olunanlardan əlavə məhkəməyə hər hansı bir sübut təqdim etmək imkanlarının olmadığını bildi rdilər. Lakin, həm birinci, həm də apelyasiya instansiya məhkəməsində tərəflərin hər biri mübahisə üzrə izahatlarında məhz özünün haqlı tərəf olduğunu bəyan edir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının mübahisələndirdiyi qızıl-zinət əşyalarının dəyəri onun izahatı ilə yanaşı digər mötəbər sübutlarla birgə qiymətləndirilməlidir. Bu baxımdan kollegiya belə qənaətə gəlir ki, qeyd olunan qızıl-zinətin dəyərinə münasibətdə ekspert rəyi daha mötəbər sübut kimi qəbul edilməlidir. Bu səbəbdən də iş üzrə verilmiş ekspert rəyində göstərilən qiymətlər nəzərə alınmaqla iddiaçıya məxsus olan iddia ərizəsində göstərilən qızıl-zinət əşyaları,01 ədəd 750 əyarlı ağ qızıl nişan üzüyü, çəkisi 560 manat, 01 ədəd 750 əyarlı ağ qızıl zəncir, çəkisi 10 qr. - 800 manat, 01 əd əd 750 əyarlı ağ qızıl sırğa, çəkisi 8 qram -640 manat, 01 ədəd 750 əyarlı briliyant qaşlı ağ qızıl üzük, çəkisi 6 qram-480 manat, 01 ədəd 750 əyarlı brliyant qaşlı ağ qızıl bilərzik, 6 qram- 480 manat, italiya istehsalı olan 750 əyarlı üzük, çəkisi 6 qram-400 manat, rusiya istehsalı olan 583 əyarlı tək qaşlı üzük, cəkisi 3 qram-150 manat, həmin əşyalar olmadıqda onların dəyəri cavabdehlərdən alınaraq iddiaçıya verilməlidir.

13. Eyni zamanda məhkəmə kollegiyası italiya istehsalı olan 750 əyarlı üzüyə, çəkisi 6 qram-400 manat, rusiya istehsalı olan 583 əyarlı tək qaşlı üzüyə, cəkisi 3 qram150 manat münasibətdə iddia ərizəsində qeyd olunmuş qiymətləri ona görə əsas götürür ki, bu iddia tələbindən kənara çıxmaq kimi qiymətləndirilə bilər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkə mə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

14. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 67-ci maddəs inə əsasən onun izahatı dinlənilməmişdir.

18. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

19. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

20. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

21. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallar ında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

22. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə

23. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. (maddə 152.1)

24. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. (maddə 157.2)

25. Nikaha girənədək ər arvadda n hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir (maddə 225.2) Ailə Məcəlləsi

26. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər vəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. (maddə 34.1) Mülki Prossesual Məcəllə

27. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

28. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

29. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymə t verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

30. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

31. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

32. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

35. M əhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-250/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar