Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-198/2024 05.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: özbaşına tikiliyə köçürülmə, qanunun analogiyası, ər-arvadın əmlakının qanuni rejimi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3805/2023 nömrəli, 10 avqust 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 05 fevral 2024- cü il tarixdə Ali Məh kəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı (bundan sonra - iddiaçı) ilə Cavabdeh (bundan sonra - cavabdeh) 2009-ci ildə nikaha daxil olmuş, xx.xx.2012-ci il tarixdə bu nikahdan Güllübəyim adlı uşaqları doğulmuşdur. Sonradan ailə münasibətləri pozulması səbəbindən tərəflər ayrılmış və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə tərəflər arasındakı rəsmi nikah pozulmuşdur. 2. ünvan 1 ünvanında yerləşə, mübahisənin predmeti olan fərdi yaşayış evi özbaşına tikili olmaqla, yerləşdiyi torpaq sahəsi keçmiş Lenin rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 1/46 saylı qərarına əsasən fərdi yaşayış evinin tikintisi üçün X8 ayrılmış və sonuncu xx.xx.2010-cu il tarixli 30 il müddətinə iddiaçının adına (Bakı şəhəri, Zabrat qəsəbəsi, Tramvay küçəsi, ev 14, sahə 3-də fərdi yaşayış evinin tikintisi üçün ona ayrılmış 1200 kv metr torpaq sahəsinin 200 kv metr sahəsindən təyinatı üzrə istifadə etməiK, tikinti işləri aparmaq, özəlləşmə ehtimalı yaranarsa özəlləşdirmək, 200 kv metr torpaq sahəsinin və üzərində tikilmiş tikilinin özgəninkiləşdirilməsinə dair 1 nömrəli formada arayış alıb mülkiyyətə sərəncam vermək, satmaq, bağışlamaq, dəyişmək və sair hərəkətləri yerinə yetirmək səlahiyyətlərlə) etibarnamə vermişdir.
3. Mübahisəli fərdi yaşayış evi 2014-cü il tarixdə tərəflərin birgə nikahda olduğu dövrdə inşa edilmiş, lakin hal-hazıradək mülkiyyət kimi dövlət qeydiyyatına alınmamış, həmin əmlak üzərində hər hansı şəxsin mülkiyyət hüququ tanınmamışdır, əmlak hüquqi vəziyyətinə görə özbaşına tikintidir.
4. Ev inşa edildikdən sonra tərəflər bir müddət orada yaşamış, daha sonra iddiaçı cavabdehi həmin evdən iradəsinə zidd olaraq uşaqla birlikdə çıxarmış və evi X5 30000 manata satmışdır. Lakin cavabdeh evə olan hüquqlarını mübahisələndirmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4222/2015 nömrəli, 13 iyul 2015-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası təmin edilərək, onun qızı ilə birlikdə mübahisəli evə köçürülməsi qət edilmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4545/2019 nömrəli, 29 may 2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)116/2018 nömrəli, 29 avqust 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddiaçılar X3 və X9 cavabdehlər Cavabdeh, İddiaçı v ə X4 qarşı “fərdi yaşayış evinin satın alınması üçün ödənilmiş vəsaitin, təmir və tikinti işlərinə çəkilmiş xərclərin və dəymiş zərərin ödənilməsi” tələbinə dair iddiasının qismən təmin edilməsi, cavabdehlər İddiaçı və X2 30000 manat pulun müştərək qaydada tutularaq iddiaçılar X5 və X10 ödənilməsi, Cavabdeh 12940 manat pulun tutularaq iddiaçılar X5 və X10 ödənilməsi və iddianın qalan hissədə rədd olunması qət edilmişdir.
7. Hazırda cavabdeh azyaşlı qızı ilə birlikdə sözügedən evdə yaşayır. İddiaçı isə özünə başqa ailə quraraq, başqa ünvanda yaşayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli ünvana köçürülməyi və bununla əlaqədar yaranmış maneələrin aradan qaldırılması ba rədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, mübahisəli həmin ünvandakı torpaq sahəsin satın almış və orada fərdi yaşayış evin inşa etmişdir, 2010-cu ildən 2015-ci ilə kimi göstərilən evdə yaşamışdır. 2015-ci ildən cavabdeh iddiaçını həmin evinə buraxmır, yaşayış evi özünə məxsus olsa da, həmin evə gedə bilmir, evdə yaşamasına cavabdeh tərəfindən imkan verilmir. Halhazırda kirayə evdə ikinci ailəsi ilə birlikdə yaşayır.
10. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçı heç vaxt mübahisəli evdə yaşamamışdır. İddiaçı həmin evdən zorla çıxarılmamış və bu halı təsdiq edən hər hansı sübut təqdim etməmişdir. O, həmin evi öz iradəsi ilə satmış və əldə edilən gəl irdən Bakı Apellyasiya Məhkəməsinin 09 may 2019-cu il tarixli, 2(103)4545/2019 nömrəli qətnaməsinə əsasən X5 30000 manat ödəmişdir. İddiaçının mübahisəli evə köçməsi üçün yeganə əsası onun iradə ifadəsidir. Hər hansı digər hal isə mövcud deyildir.
11. Məhkəmə iclasında iştirak edən iddiaçı izahat verərək göstərmişdir ki, 2015ci ildə evi 30000 manata satmış, sonradan məhkəmə qətnaməsi əsasında həmin pulu qaytarmaq məcburiyyətində qalmışdır.
12. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(008)-1072/2023 nömrəli iş üzrə 06 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim T.Əsədova) iddia rədd edilmişdir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, mənzilə köçürülmə üçün üç əsas mövcud olmalıdır: şəxsin həmin mənzildə yaşam ası, onun mənzildən zorla çıxarılması və son olaraq mənzilə qayıtmaq istəməsi faktı.
14. İddiaçı həmin evdə yaşamamış, 2015-ci ildə evi satmış, həmin ildə evi tərk etmiş, özünə yeni həyat qurmuş, o həmin evdən zora çıxarılmamışdır. Göründüyü kimi, hazırki mübahisədə yalnız bir əsas mövcuddur – iddiaçının mənzilə qayıtmaq istəməsi faktı, bu hal da digər əsasların olmadığı təqdirdə yetərli hal deyildir, ona görə də iddia rədd edilməlidir.
15. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci, 77.1, 88 və 217.4-cü maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnam ə çıxarılmasını xahiş etmişdir.
17. Apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandıran iddiaçı əlavə olaraq göstərmişdir ki, həmin evi 2015-ci ilin iyun ayında X5 30000 manat məbləğində pula satmışlar. Sonradan Bakı Apellyasiya Məhkəməsinin 13 iyul 2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh X1 evə köçürülməsi barədə qətnamə çıxarılmış və o, həmin evə köçürülmüşdür. Bundan sonra X11 və qızı X15 ona və qardaşı X4 qarşı fərdi yaşayış evinin satın alınması üçün ödənilmiş vəsaitin, təmir - tikinti işlərinə çəkilmiş xərclərin və zərərin ödənilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası 2(103) 4545/2019 nömrəli, 29 may 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, 30000 manat ondan və qardaşı X2 tutularaq X5 ödə nilməsi qət olunmuşdur. Həmin qətnamə əsasında verilmiş icra vərəqəsi icra olunması üçün Sabunçu rayon İcra şöbəsinə göndərilmişdir. Onun tərəfindən bugünə kimi 20000 manat pul Sabunçu rayon İcra şöbəsinə qaytarılmışdır. Lakin birinci instansiya məhkəməsi MPM-nin 388-ci maddəsinin tələblərini pozaraq iş üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları araşdırmamış və qərəzli qətnamə qəbul etmişdir. 2015-ci ildən cavabdeh onu evə buraxmır. Hazırda kirayəçi kimi başqa bir evdə yaşamağa məcburdur. Cavabdeh həmin ünvanda yaşamır, o epilepsiya xəstəsidir. Buna görə tək qala bilmir və atasının yanında qalır. Hazırda onun əvvəlki nikahından olan övladı da keçmiş qayınatasının evinin yerləşdiyi Bakı şəhəri Xətai rayonunun ərazisində olan 59 saylı məktəbdə təhsil alır. Mübahisəli ev isə Zabrat qəs əbəsində yerləşir. Cavabdeh həmin evi kirayə verib, o, şəxsən özü həmin evə gedərkən kirayəçi ilə qarşılaşmışdır.
18. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında apellyasiya şikayətini müdafiə edərək, həmçinin bildirmişdir ki, iddiaçı mübahisəli fərdi yaşayış evini satmış və həmin evi könüllü olaraq tərk etmişdir. Onu həmin evdən heç kim zorla çıxarmamışdır. Bununla da iddiaçı evə olan bütün hüquqlarını itirmişdir. İddiaçı hazırda yeni ailəsi ilə birlikdə özünə məxsus özbaşına tikilidə yaşayır, hazırda həmin tikilini də satır. Bu hal həmin evin alqı-satqısına dair yerləşdirilmiş elanla da təsdiq olunur. Cavabdehin yaxınları həmin evin alqı-satqısı ilə bağlı alıcı kimi iddiaçı ilə əlaqə saxlamışdır. Bununla bağlı onlarda səs yazıları da mövcuddur. Cavabdeh isə hazırda müba hisəli evdə yaşayır. Kommunal xidmət müqavilələri ilk öncə iddiaçı ilə rəsmiləşdirilmiş, lakin sonradan cavabdehin adına rəsmiləşdirilmə aparılmışdır. Mübahisəli ev yalnız iddiaçının vəsaiti hesabına inşa edilməmiş, iddiaçı həmin evin tikintisində iştirak etmişdir. Belə ki, evin tikintisinə çəkilən xərclərin bir hissəsini cavabdehin atası qarşılamış, evin yerləşdiyi torpaq sahəsi də məhz cavabdehin atasının vəsaiti hesabına alınmışdır.
19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-3805/2023 nömrəli iş üzrə 10 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – F.Abdıyev (sədrlik edən və məruzəçi), X.Sarıyev və F.Qasımov) apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin olu nmuşdur.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçı evə köçürülməsini tələb edir və evin yerləşdiyi torpaq sahəsini onun sahibi X6 etibarnamə əsasında aldığını, bundan sonra 2014-cü il tarixdə həmin torpaq üzərində atası Rüstəmov Müzəffər ilə birlikdə evi inşa etdiyini, 2015-ci ilin əvvəllərinə kimi orada yaşadığını bildirir. Cavabdeh tərəf isə evin yalnız iddiaçının vəsaiti hesabına inşa edilmədiyini, evin tikintisinə çəkilən xərclərin bir hissəsinin cavabdehin atası tərəfindən qarşılandığını, evin yerləşdiyi torpaq sahəsinin də məhz cavabdehin atasının vəsaiti hesabına alındığını qeyd edir. Tərəflər arasında mənzilə köçürülmə tələbinə dair iddia üzrə işə baxılan zaman ifadəsi alınmış ş ahid X14 torpaq sahəsinə görə pulun ona cavabdehin atası tərəfindən verildiyini, torpaq sahəsinə dair aidiyyəti səlahiyyətlərin onun tərəfindən iddiaçıya etibar edildiyini, sonradan iddiaçının müraciətinə əsasən onun qardaşının adına da etibarnamə rəsmiləşdirildiyini bildirmişdir. Cavabdehin qohumu olan X12 da öz ifadəsində evin inşası ilə bağlı xərcin bir hissəsinin cavabdehin atası tərəfindən qarşılandığını göstərmişdir. Başqa sözlə, cavabdeh evin inşasına çəkilən xərcin bir hissəsinin onun atası tərəfindən çəkildiyini bildirsə də, digər hissəsinin iddiaçı tərəfindən qarşılandığını inkar etmir. Əksinə iddiaçının da bu işə vəsait sərf etdiyini etiraf edir.
21. Məhkəmə işin hallarını, o cümlədən evin yerləşdiyi torpaq sahəsi ilə bağlı aidiyyəti səlahiyyətlərin yerinə yetirilməsinin məhz id diaçıya etibar edilməsini, habelə cavabdehin mövqeyini nəzərə alıb, hesab etmişdir ki, evin inşasına iddiaçı tərəfindən də vəsait xərclənmiş, yaşayış evi tərəflərin ər-arvad kimi birgə yaşadıqları dövdə, birgə gəlirləri hesabına inşa olunmuşdur.
22. Digər tərəfdən cavabdeh iddiaçıya qarşı həmin evə köçürülmə tələbinə dair iddia qaldırmaqla da iddiaçının evə hüquqlarının olmasını təsdiq etmişdir (Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4222/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsində qeyd edilmişdir ki, iddiaçının da (hazırda cavabdeh) cavabdehlə (hazırda iddiaçı) bərabər həmin evdə yaşamasını təmin etmək məqsədi ilə onun evə köçürülməsi təmin edilməlidir). İddiaçı evin satışından əldə etdiyi 30000 manat pulun qaytarılmasını da təmin etmişdir. Belə olan halda iddiaçı həmin evə münasibətdə cavabdehlə eyni hüquqlar malikdir və onun 2015-ci il tarixdə evi tərk etməsi, habelə həmin evin hüquqi vəziyyətinə görə özbaşına tikinti olması iddiaçının da cavabdeh kimi bu evə sahiblik etmək və ondan istifadə etmək imkanına malik olmasını istisna etmir. Bu baxımdan cavabdeh əsassız olaraq iddiaçını həmin evdən istifadə və ona sahiblik etməkdən, o cümlədən evdə yaşamaqdan məhrum etmişdir. Bu da öz növbəsində iddianın əsaslı olmasına dəlalət edir və onun təmin edilməsini şərtləndirir.
23. Məhkəmə, iddia tələbinin “maneələrin aradan qaldırılması” hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı mübahisəli fərdi yaşayış evinə köçürülməklə bağlı yaradılmış maneənin aradan qaldırılmasını tələb edir. Bununla belə, onun bu tələbi hüquqi nəticə etibarı ilə evə köçürülmə tələbi ilə əhatə olunur və evə köçürülmə tələbinin təmin edilməsi ilə bu tələbdə göstərilən məsələ də öz həllini tapmış olur. Bu səbəbdən həmin tələbə ayrıca hüquqi qiymət verilməsinə hər hansı zərurət yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. Cavabdeh (vəkili Nümayəndə3) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı mübahisəli fərdi yaşayış evini satmış və həmin evi könüllü olaraq tərk etmişdir. Onu həmin evdən heç kim zorla çıxarmamışdır və bunun əksini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Əksinə, iddiaçı öz iddiasında etiraf etmişdir ki, o, mübahisəli evi öz istəyinə uyğun olaraq satmış, sonradan alıcı ilə aralarında münasibətlər korlandığına görə mənzilin satışından əldə etdiyi pul vəsaitini alıcıya qaytararaq evi geri almışdır. Bütün bu qeyd edilənlər iddiaçının həmin mənzildən zorla çıxarılmamasını sübut edir. Göründüyü kimi, iddiaçının mübahisəli evə köçməsi üçün yeganə əsası onun iradə ifadəsidir. Hər hansı digər hal isə mövcud deyildir. Bu səbəbdən iddia rədd olunmalıdır. Eyni zamanda, Bakı Apellyasiya Məhkəməsi 2(103)-3805/2023 saylı qətnaməsini onunla əsaslandırmışdır ki, mübahisəli mənzil tərəflərin birgə nikahda olduqları dövrdə və onların birgə gəlirləri hesabına inşa edilmişdir və bu baxımdan iddiaçının həmin evə hüquqları yaranmışdır. Lakin məhkəmə bu qənaətə gələrkən real mövcud olan halları nəzərə almadan, yaln ız tərəflərin şifahi izahatlarına əsaslanaraq mübahisəli mənzilin birgə nikah dövründə əldə edilməsi qənaətinə gələrək iddiaçının mübahisəli evə köçürülməsinə dair qərar qəbul etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbini pozmuşdur. Belə ki, cavabdeh tərəfindən müvafiq sübutlar təqdim edilsə də, məhkəmə həmin sübutları nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz daxil olmuşdur. Etirazda kassasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:
27. Maddə
25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət, irqindən, etni k mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz (İ-İV hissələr).
28. Maddə
43. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz (İ hissə). Azərbaycan Respublikasının Mülki Məcəlləsi
29. Maddə 11.1. Mülk i hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
30. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
31. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibl iyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
32. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
33. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
34. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onl ar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respubikasının Ailə Məcəlləsi:
35. Maddə 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur.
36. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
37. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daş ınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.
38. Maddə 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə 407.2. Kassasiya şikayətində iş in hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıra raq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. Cavabdehin kassasiya şikayətinin dəlilləri işə aşağı instansiya məhkəmələri tərəfindən baxılan zaman irəli sürülmüşqdür, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır.
48. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşd ırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
49. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qət namənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh X13 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3805/2023 nömrəli iş üzrə 10 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.