Məhkəmə qərarları › İş №2(102)-1980/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1980/2025

01.07.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1980/2025 01.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "X11" Şirkətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: özbaşına və qanunsuz tikililər ilə bağlı mübahisələr (torpaq sahəsinin boşaldılması (özbaşına tutulmuş torpaqların qaytarılması), özbaşına tikilinin sökülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı "X11" Şirkətinin Cavabdeh qarşı “cavabdehin 1 saylı mədənin 5-ci sahəsində şirkətin saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılması tələbi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-86/2025 nömrəli 4 mart 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 1 iyul 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (bundan sonra - ARDNŞ), “X12 Bi.Vi.” və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında 29 sentyabr 2004-cü il tarixdə “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” saziş imza lanmış, 29 aprel 2005-ci il tarixdə Azərbaycan Respublikasının Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən Saziş qanun statusunu almışdır.

2. Həmin Qanunun 4-cü maddəsinə görə, bu Qanun qüvvəyə mindikdən sonra Saziş Hökümət təminatı və Əlavələr qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökümət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökümət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstündür. Sazişin 2 və 8-ci maddələrinin və “X12 Bİ. Vİ.”, ARDNŞ-nin Ortaq Neft Şirkəti (Podratçı Tərəflər) və X11 Şirkətləri arasında imzalanmış X7 3-cü maddəsinin müddəalarına əsasən, Sazişin 2-ci Əlavəsində göstərilən koordinat perimetrləri daxilində ayrılmış Kontrakt sahəsində, Əməliyyat şirkəti qismində fəaliyyət göstərən Şirkətə neft-qaz əməliyyatlarının həyata keçirilməsi üçün müstəsna hüquq verilmişdir.

3. Azərbaycan Respublikası Hökuməti tərəfindən Saziş üzrə verilən Təminat və öhdəliklərin 1 (a) bəndinə görə, Hökumət Saziş üzrə ARDNŞ-nin verdiyi hüquqlara, o, cümlədən neft-qaz əməliyyatları üçün Podratçıya gərək olan torpaq sahələrindən istifadə etməsinə təminat verir. 1 (e) bəndinə görə isə Hökumət təminat verir ki, Podratçı tərəflərin heç bir hüququ, mənafeyi və ya əmlakı Azərbaycan Respublikasının hər hansı hakimiyyət orqanlarının hər hansı hərəkətləri nəticəsində qəsd edilə, milliləşdirilə və ya başqa şəkildə özgə tərəfindən mənimsənilə bilməz. 4. 15 may 2005-ci il tarixdən qüvvəyə minmiş Saziş üzrə Əməliyyat şirkəti qismində İddiaçı şirkəti fəaliyyət göstərir.

5. Bakı şəhəri X4nin 51 saylı xx.xx.2008-ci il tarixli sərəncamı ilə, Bakı şəhər sakinləri X1 və X2 razılıq ərizələri və müraciətləri nəzərə alınaraq X4nin ərazi hüdudlarında birincinin istifadəsinə ayrılmış 600 kv metr torpaq sahəsinə sahiblik və ondan istifadə hüquqlarının X2 adına keçirilməsi qərara alınmışdır.

6. X2 adından onun nümayəndəsi qismində X5 xx.xx.2017-ci il tarixli etibarnamə əsasında, Bakı şəhəri Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin 2008-ci il tarixli 51 nömrəli qərarına əsasən verilmiş fərdi yaşayış evinin tikintisi üçün X4 ərazisində yerləşən 500 kv metr torpaq sahəsindən 200 kv metr torpaq sahəsini və üzərindəki tikilini özəlləşd irməyi, kadastr planı, sənədləşdirmə işləri aparmağı, həbsdə və girovda olmaması barədə arayışı aldıqda sərəncam verməyi, bank əməliyyatları aparmağı, reyestrdən çıxarışı almağı, tikinti işləri aparmağı və s. səlahiyyətləri 79 il 11 ay 19 gün müddətinə Cavabdeh etibar etmişdir.

7. Muradov X6 rayonu, DYP-nin alt hissəsi, Vİİ məhəllə 0007, mənzil 0629 ünvanında elektrik enerjisinin istehlakçısı (abonent) kimi qeydiyyata alınmış, həmin ünvana elektrik sayğacı quraşdırılmışdır.. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı şirkəti Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin 1 saylı mədənin 5-ci sahəsində və şirkətin saziş ərazisi hüdudları daxilində, Binəqədi/DYP-nin a/h/Vİİ məhəllə 0007/mənzi l 0629 ünvanında inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılması, ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. İddiaçı işin hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən şirkətin saziş üzrə istifadəsinə verilmiş kontrakt sahəsinin ərazisində 1 saylı mədənin 5-ci sahəsində şirkətin saziş ərazisi hüdudları daxilində, Binəqədi/DYP-nin a/h/Vİİ məhəllə 0007/mənzil 0629 ünvanında lazımi icazələr almadan, şəhərsalma və tikinti normaları və qaydaları ciddi surətdə pozulmaqla özbaşına tikili inşa edilmişdir. Cavabdehin inşa etdiyi özbaşına tikili şirkətin həmin ərazidə neft-qaz əməliyyatlarını həyata keçirməsinə ciddi maneə yaratdığından, şirkətin qanunla qorunan hüquqları və dövlət tərəfindən verilmiş təminatları kobud surətdə pozulmuşdur. Məlum olduğu kimi xx.xx.2004-cü il tarixdə Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ("ARDNŞ”), X12 Bi.Vi. və ARDNŞ-in Ortaq Şirkəti ("Podratçılar”) arasında Saziş ("Saziş”) imzalanmış və 29 aprel 2005-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 nömrəli Qanuna əsasən saziş qanun statusunu almışdır. Həmin Qanunun 5-ci bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra sazişdə nəzərdə tutulan kontrakt sahəsinin is tənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verir. Azərbaycan Respublikası Hökuməti tərəfindən Saziş üzrə verilən Təminat və öhdəliklərin 1 (a) bəndində Hökumət Saziş üzrə ARDNŞ-nin verdiyi hüquqlara, o, cümlədən neft-qaz əməliyyatları üçün Podratçıya gərək olan torpaq sahələrindən istifadə etməsinə təminat verir. 1 (e) bəndində isə Hökumət təminat verir ki, Podratçı tərəflərin heç bir hüququ, mənafeyi və ya əmlakı Azərbaycan Respublikası nın hər hansı hakimiyyət orqanlarının hər hansı hərəkətləri nəticəsində qəsd edilə, milliləşdirilə və ya başqa şəkildə özgə tərəfindən mənimsənilə bilməz.

10. Cavabdeh iddia ərizəsinə qarşı etirazını belə əsaslandırmışdır ki, 2008-ci ildən həmin ünvanda yaşayır, torpağı barəsində müvafiq bələdiyyə qərarı mövcudur. Ümumiyyətlə iddia ərizəsinə əlavə edilmiş fotoşəkillərdəki ev ona məxsus deyildir. Torpaq sahəsi ümumi olaraq 600 kv metr olmuşdur. X4nin 2008-ci il tarixli sərəncamı ilə torpaq sahəsinin 200 kv metr hissəsini etibarnamə ilə almışdır.

11. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspert 07 mart 2023 saylı rəyinə əsasən ekspert qarşısında qoyulan suallardan yalnız birinin cavablandırılması mümkün olmuş və müəyyən edilmişdir ki, mülki iş materiallarında olan mübahisəli tikiliyə dair müvafiq orqanlar tərəfindən təsdiq edilməli olan layihə sənədlərinin olmadığı nəzərə alınaraq, həmin fərdi yaşayış evinin inşası zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin tələbləri pozulmuşdur.

12. Binəqə Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-73/2023 nömrəli 5 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim İlkin Əliyev) iddia tələbi rədd edilmişdir.

13. Məhkəmə qeyd etmişdir ki, Kontrakt sahəsinin coğrafi koordinatlarının xəritə üzərində düzgün göstərilməsini təsdiq edən” Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xəritəsindən və mübahisəli torpaq sahəsinin həmin ərazidə yerləşməsini təsdiq edən xəritədən çıxarışa əsasən sökülməsi tələb edilən mübahisəli tikili İddiaçı şirkətinin kontraktla istifadəsinə ayrılmış torpaq sahəsində, eləcə də tikinti aparılan torpaq sahəsinin Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901-İİQD saylı xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli, 296 saylı Sərəncamında göstərilən saziş blokunun kontrakt sahəsinin coğrafi koordinatları daxilində yerləşdiyi müəyyən olunmuşdur

14. Binəqədi Bələdiyyəsinin 2008-ci il tarixli 51 nömrəli sərəncamı ilə X3 verilmiş torpaq sahəsinin 200 kv metr hissəsi etibarnamə ilə Cavabdeh istifadəsinə verilmişdir. Cavabdeh faktiki olara q həmin torpaq sahəsində inşa edilmiş evdə yaşayır və kommunal xidmətlərlə (“Azərışıq” abonent kodu:**********70629) bağlı müqavilə onun adınadır. Həmin torpaq sahəsinin Şirkətin saziş ərazi hüdudları daxilində yerləşməsi mütəxəssislər tərəfindən müəyyən edilməsə də, cavabdehin faktiki yaşadığı və iddiaçının sökülməsini tələb etdiyi tikilinin bələdiyyənin müvafiq sərəncamı ilə nəzərdə tutulmuş torpaq sahəsində yerləşdiyi və həmin sahənin iddiaçının saziş ərazi hüdudları daxilində olduğu iddiaçı tərəfindən təqdim edilmiş xəritədən müəyyən edilir. Eyni zamanda həmin məsələ tərəflərin mübahisələndirmədiyi haldır. Bundan əlavə iddiaçı tərəf torpaq sahəsinin ayrılması ilə bağlı Bələdiyyənin sərəncamının qanunsuzluğuna itstinad etsə də, məhkəmə həmin sərəncamı qanunvericilikdə nəzərdə tutulmuş q aydada mübahisələndirilməsi üçün iddiaçıya kifayət qədər şərait yaratsa da,iddiaçı bunu etməmişdir. Belə ki, iddiaçının nümayəndəsinə analoji işlərlə bağlı Bələdiyyənin qərarının mübahisələndirildiyi halda iş üzrə icraatın dayandırılması və.s kimi prosessual imkanların olduğu xatırladılmış, lakin iddiaçı bu hüquqlarından istifadə etməmişdir.

15. Məhkəmə hesab etmişdir ki, torpaq sahəsi qanuni əsaslarla ayrılmışdır və həmin torpaq sahəsində tikili 2017-ci ildən sonra inşa edilmiş, 2017-ci ildən cavabdeh mübahisəli ərazidən sərbəst şəkildə və istədiyi kimi istifadə etmiş, bu müddət ərzində ona heç bir irad və etiraz bildirilməmişdir, şəxsin tikiliyə gözlənilən mülkiyyət hüququ vardır. Bu səbəbdən də mülkiyyət hüququnun məhdudlaşdırılması müəyyən meyarlara cavab verməlidir.

16. Məhkəmə onu da qeyd etmişdir ki, mübahisəli ev neft-qaz yataqlarının yerləşdiyi ərazinin hüdudları daxilində olduğundan, orada yaşamaq texniki təhlükəsizlik qaydaları baxımından təhlükəli olmaqla yanaşı insanların həyatı və sağlamlığı üçün zərərlidir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, mübahisə predmeti olan tikilinin sökülməsi və cavabdehin həmin evdən çıxarılması bununla bağlı müvafiq məbləğdə kompensasiya verilməklə təmin edilə bilər. Hazırda isə iddiaçının belə bir təklifi olmamışdır.

17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu, Mülki Məcəllənin 14, 139.1, 139.3 və 180-ci, Mülki Prosesual Məcəllənin 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə, Avropa Məhkəməsinin yuxarıda göstərilən qərarlarına istinad etmişdir. b) Apellyasiya instansi yası məhkəməsindəki icraat

18. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

19. İddiaçı apellyasiya şikayətini işin faktiki hallarına və iddia tələbinə uyğun eyni məzmunda əsaslandırmışdır.

20. Apellyasiya baxışı zamanı Binəqədi rayon İcra Hakimiyyəti və Binəqədi Bələdiyyəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb olunmuş, həmçinin əlavə tikinti-texniki ekspertizası təyin edilərək müvafiq rəy yalınmışdır

21. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli rəydə qeyd edilmişdir ki, “...torpaq sahəsi faktiki olaraq 270 kv metr təşkil edir. Torpaq sahəsinin üzərində bir ədəd birmərtəbəli yaşayış evi və köməkçi tikili mövcudd ur, sahəyə dair hüquqmüəyyənedici sənəd təqdim edilməyib. Vahid elektron kadastr baza məlumatlarına əsasən, göstərilən sahə Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidir (“Binəqədi Oyl”). Sahənin 64.0 və 130,0 metr məsafəsində ləğv edilmiş neft quyuları mövcuddur”.

22. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-86/2025 nömrəli 4 mart 2025-ci il ci il tarixli qətnaməsi ilə (hakimlər – Elnur Həsənov (sədrlik edən və məruzəçi), Ziya Şirinov və Leyla Əliyeva) apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddiaçı X11” şirkətinin Cavabdeh qarşı “cavabdehin Şirkətin saziş hüdudları daxilində inşa etdiyi özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və ərazinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması” tələbi təmin edilmişdir. Belə ki, Cavabdeh 1 saylı mədənin 5-ci sahəsində (1.397 445, 621 4478849,344; 2.397452,464 4478852,891; 3.397456,710 4478844,399; 4.397449,867 4478840,753 koordinatlar daxilində) Binəqədi/DYP-nin a/h/Vİİ məhəllə 0007/mənzil 0629 ünvanında inşa edilmiş özbaşına tikilidən çıxarılsın, özbaşına tikili Cavabdeh hesabına sökülsün və torpaq sahəsi boşaldılaraq İddiaçı şirkətinin istifadəsinə qaytarılsın. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün iddiaçının ödəmiş olduğu dövlət rüsumlarının əvəzi kimi 60 manat Cavabdeh alınaraq İddiaçı şirkətinə ödənilməsi qət edilmişdir.

23. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin inşa etdiyi tikilinin İd diaçı şirkətinin istifadəsinə verilmiş sahənin hüdudları daxilində yerləşdiyi işin müəyyən olunan halıdır.

24. Mübahisəli sahəyə dair cavabdehin məqbul və “qanuni gözlənti” hüququnun mövcudluğundan bəhs etmək mümkün deyildir. Onun həmin sahəyə sahiblənməsinin heç bir qanuni əsası olmamış, bu sahiblik hər hansı qanuni təminata və ya sözügedən əmlak maraqları ilə əlaqəsi olan qanuni hərəkətə əsaslanmamışdır.

25. Birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi və iddia tələbinin təmin olunması üçün əsas təşkil etmişdir. Bununla belə məhkəmə hesab etmişdir ki, qətnamənin icra qaydası və müddəti müəyyənləşdirilməlidir.

26. İddiaçı şirkət hazı rda müvafiq torpaq sahəsində neft-qaz hasilatı ilə bağlı işlərin həyata keçirilməsini təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişdir. Əksinə, verilən izahatlarla və ekspert rəyi müəyyən olunmuşdur ki, mübahisəli özbaşına tikilinin yerləşdiyi sahədə hal-hazırda neft-qaz hasilatı ilə bağlı işlər həyata keçirilmir (həmin sahədəki neft quyusu işlək vəziyyətdə deyil, neftin (təbii qazın) nəqli üçün boru xətti və sair qurğular yoxdur), orada çoxsaylı yaşayış evləri inşa olunmuşdur.

27. Apellyasiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 139.1, 139.3, 139.3, 139-1.1.1, 152, 157.8, 158.1, 158.4, 180.1, 180.3 və 180.4-cü, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci, Mənzil Məcəlləsinin 2.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şik ayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

28. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi haqqında qərar qəbul olunmasını xahiş etmişdir.

29. Kassasiya şikayəti onunla əsaslandırmışdır ki, iddiaçı tərəf torpaq sahəsinin ayrılması ilə bağlı Bələdiyyənin sərəncamının qanunsuzluğuna istinad etsə də, onu qanunvericilikdə nəzərdə tutulmuş qaydada mübahisələndirməmişdir və həmin sərəncam qüvvədədir. Mübahisəyə ilk növbədə mülkiyyət və ya gözlənilən mülkiyyət hüququ, daşınmaz əmlaka hüquqların əmələ gəlmə əsasları, mülkiyyət hüququnun məhdudlaşdırılmasının mümkünlüyü, özbaşına tikililərin aqibəti və.s baxımından qiymət verilməlidir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövl ət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır.

30. Şikayətçi onu da qeyd etmişdir ki, torpaq sahəsi qanuni əsaslarla ayrılmışdır və həmin torpaq sahəsində tikili illər öncə inşa edilmişdi, cavabdeh mübahisəli ərazidən illərdir sərbəst şəkildə və istədiyi kimi istifadə etmişdi, bu müddət ərzində ona heç bir irad və etiraz olmamışdı, tikiliyə gözlənilən mülkiyyət hüququ vardır. Bu səbəbdən də mülkiyyət hüququnun məhdudlaşdırılması müəyyən meyarlara cavab verməli idi.

31. Qonşuluqda, ərazidə yüzlərlə anoloji ev mövcuddur, iddiaçı niyə görəsə məhz ona qarşı iddia qaldırmışdır.

32. Apellyasiya məhkəməsi qətnaməsinin 62-ci bəndində qeyd etmişdir ki, cavabdehin həmin sahəyə sahiblənməsinin heç bir qanuni əsası yox idi. Bu mövqe səhvdir. Əvvəla bələdiyyənin sərəncamı vardır. La p şərti olaraq hesab etsək ki, bələdiyyə səhv etmişdi, bu cavabdehin təqsiri deyildi və həmin sərəncam hüquqi əsas olaraq qüvvədə idi. İkincisi isə, cavabdeh ev tikmişdi – iqtisadi dəyər yaratmışdı.

33. Apellyasiya məhkəməsi mübahisə ilə bağlı cavabdeh tərəfindən təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət vermədən səhvə yol vermişdir. Qətnamə qanunun tələbinə uyğun əsaslandırılmamışdrı. Qüvvədə olan bələdiyyə sərəncamı nəzərə alınmamış, qiymətləndirilməmiş, əksinə qətnamədə qeyd edilmişdir ki, güya cavabdehin həmin torpaqdan istifadəsinə heç bir hüquqi əsas yox idi. b)

34. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:

35. Maddə 13 (İ hissə). Azərbaycan Respublikasında mül kiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

36. Maddə

29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi

37. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

38. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, hab elə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

39. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

40. Maddə 139-1.1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar.

41. Maddə

152. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

42. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

43. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ;

44. Maddə 158.1.2. əmlakdan isti fadə hüququ;

45. Maddə 158.1.3. servitutlar.

46. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

47. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

48. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsi n özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

49. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun

50. Maddə

2. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Torpaq Məcəl ləsi

51. Maddə

111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi.

52. Maddə 2.1. Fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özl ərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

53. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

55. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmi ş qüvvəsi yoxdur.

56. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

57. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

58. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

59. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

60. Maddə 416.2. Apellyasiya instansiyası məhkəm əsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

61. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

62. Hazırkı kassasiya şikayətində qə tnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

63. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

64. Cavabdeh kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazda və apellyasiya məhkəməsində işə baxılan zaman da irəli sürülmüş, həmin dəlillə r sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

65. Apellyasiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, mübahisəli sahəyə dair cavabdehin məqbul və “qanuni gözlənti” hüququnun mövcudluğundan bəhs etmək mümkün deyildir. İddiaçı şirkətinin kontraktla istifadəsinə ayrılmış torpaq sahəsinə aiddir, həmin sahəyə X4 sərəncam vermək hüququna malik olmamışqdır, bu olmuş olsa belə sərəncam Cavabdeh deyil, digər şəxsin adına verilmi şdir. Cavabdeh həmin sahəyə sahiblənməsinin heç bir qanuni əsası olmamış, bu sahiblik hər hansı qanuni təminata və ya sözügedən əmlak maraqları ilə əlaqəsi olan qanuni hərəkətə əsaslanmamışdır.

66. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə gö rə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

67. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində s əhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-86/2025 nömrəli iş üzrə 4 mart 2025-ci tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar