Məhkəmə qərarları › İş №2(102)-1981/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1981/2025

07.08.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1981/2025 07.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “Futbol+Qəzeti Redaksiyası” MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X5 Xidməti və X3 cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək münasibətləri və tapşırıq müqaviləsi üzrə münasibətlərin fərqli cəhətləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh “Futbol+Qəzeti Redaksiyası” MMC-yə qarşı (müstəqil tələblər irəli sür məyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X5 Xidməti və X3 cəlb edilməklə) “əmrin ləğv edilməsi, işə bərpa olunması və əmək haqqı ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1196/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Sifarişçi “Football-plus.az” saytının rəhbəri X1 ilə icraçı İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 03 saylı xidmət müqaviləsinə əsasən, - icraçı sifarişçinin müəyyən etdiyi sosial media marketinqi sahəsində layihələr həyata keçirəcək, - sayt ilə auditoriya arasında interaktiv əlaqənin güclənməsinə imkan verəcək intellektual və əyləncəli layihələr aparacaq, - saytın kontentinin öyrənilməsi istiqamətində xidmətlər göstərəcək.

2. Müqavilədə qeyd olunmuşdur ki, bu müqavilə xx.xx.2023-cü il tarixədək qüvvədədir.

3. Müqavilənin 4.2-ci bəndində müəyyən olunan şərtə görə, tərəflərin yazılı razılıqları və bildirişləri ilə müqavilənin müddəti azaldıla və ya yeni müqavilə bağlana bilər. 4. xx.xx.2024-cü il tarixli “Futbol+Qəzeti Redaksiyası” MMC-nin kollektiv daxili iclasının protokolunda əksini tapmışdır ki, kollektiv üzvləri yekdilliklə İddiaçı ilə əməkdaşlığın davam etdirməyin mümkünsüz olduğu barədə qərara gəliblər.

5. Bundan sonra “Futbol+Qəzeti Redaksiyası” MMC-nin baş redaktoru, İddiaçı ilə 2023-cü il dekabrın 31-də bitən müqavilənin müddətinin uzadılmaması barədə 22 yanva r 2024-cü il tarixli qərar vermişdir.

6. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və qulluq” altsistemində "Futbol+Qəzeti Redaksiyası" MMC ilə iddiaçı arasında bağlanmış əmək müqaviləsi bildirişi mövcud deyildir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdeh “Futbol+Qəzeti Redaksiyası” MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X5 Xidməti və X3 cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun işdən azad olunması haqqında “Futbol+Qəzeti Redaksiyası” MMCnin baş redaktorunun xx.xx.2024-cü il tarixli əmrinin qanunsuz hesab olunaraq ləğv edilməsi, 18 ay müddətində məzuniyyətdə olmadığına görə kompensasiyanın ödənilmə si, həmin vəzifəyə işə bərpa və hər ay 500 manat hesablamaqla aylıq əmək haqqının ödənilməsi və əmək müqaviləsinə uyğun olaraq işə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 2022-ci il mayın 5-də “Futbol+Qəzeti Redaksiyası” MMC-də vakansiya müsabiqəsindən uğurla keçərək adı çəkilən mətbu orqanda işə qəbul olunmuşdur. İşə qəbul zamanı qəzetin baş redaktoru Mahir Rüstəmov onun savadından, jurnalist təcrübəsindən, bacarığından, işçi keyfiyyətlərindən razı qalaraq onu işə götürmüş və ştata salmamaqla yanaşı dövlətin təyin etdiyi minimum əmək haqqından (345 manat) daha az məbləğlə maaş verməyə başlamışdır. 2022-ci ilin maydekabr aylarında 200-320 manat arası əmək haqqı alırdı. Bu müddət ərzində baş redaktordan dəfələrlə işini rəsmil əşdirməsini xahiş edib, tələb etsə də, nəticəsi olmamışdır. İşinin öhdəsindən layiqincə gəlmiş, bacardığı qədər qəzet rəhbərliyinin tələblərini yerinə yetirmiş və alternativ təkliflər vermiş, kreativ yaradıcılıqla daha çox mətbuat orqanın nüfuzunu qaldırmaq üçün fəaliyyətlər göstərmişdir. Buna baxmayaraq, baş redaktor Mahir Rüstəmov dəfələrlə onun hüquqlarını pozmuş, onu istismar etmiş, onunla əmək müqaviləsi bağlamamış, bu azmış kimi siyasi, ictimai, sosial, tarixi mövqeyinə də dəfələrlə təzyiqlər göstərmişdir. Belə ki, o hər zaman elm, idman, incəsənətin və digər bu kimi sahələrin siyasətə, milliyətçilik, şovinistlik mətbəxinə salınmasının qəti əleyhdarı olmuşdur. 2023-cü ilin yanvar-may aylarında əmək haqqı 320-420 manat təşkil etsə də, baş redaktor onu bu müddət ərzində də rəsmi ştat a keçirməkdən boyun qaçırıb. 2023-cü il mayın 16-da Mahir Rüstəmov yenidən onun siyasi, ictimai mövqeyinə müdaxilə etməklə yanaşı, şərəf, ləyaqətini də aşağılayıb. İyunun axırında VÖEN-ini aktivləşdirib, asan imza əldə etdikdən sonra “Futbol+Qəzeti Redaksiyası” MMC-də müqavilə əsasında işə davam etsə də, nə ona müqavilə təqdim olunub, nə də bu kimi şərtlər bildirilib. 2023-cü ilin iyunundan 2024cü ilin yanvarına kimi qəzedə məhsuldar işləməyə başlayıb. Hətta yazılarını, reportajlarını, müsahibələrini, köşə yazılarını, təhlil, analizlərini 1 gün öncədən verir, redaksiyada olduğu müddətdə isə maksimum 3 saata işlərini yekunlaşdırıb gedirdi. Mahir Rüstəmli materialları hamıdan tez atıb, operativ işlədiyinə, çoxlu sayda təkliflər verdiyinə görə onu dəfələrlə də tərifləyib. İşi rəsmiləşdirildik dən sonra əmək haqqı rəsmi olaraq 500 manat oldu (400 manat bank hesabına köçürülür 100 manat isə əlbəəl alırdı). 2023-cü ilin noyabrına kimi daxili şöbənin veteran işçiləri əmək haqqı və şəraitsizlikdən dolayı işdən ayrılıb. Daxili şöbədə yeganə təcrübəli jurnalist kimi özü qalıb. Onun işçi yükü bir qədər artmasına rəğmən, yenə də yazıları, tapşırıqları hamıdan tez verir, son 3 ayda isə (2023 noyabr, dekabr, 2024 yanvar) hamıdan çox təkliflər verməklə əlavə mövzular işləyirdi. Bunu da baş redaktor görüb və qiymətləndirib. Dekabrın 31-dən yanvarın 2-si aralığında istirahət etdiyindən saytda gedən yazılardan xəbərsiz idi. Yanvarın 3-də redaksiyanın vatçap qrupundan öyrənib ki, feysbuk sosial şəbəkəsində “onside.az” futbol səhifəsində xx.xx.2023-cü il tarixdə saytda gedən “Neftçi”nin baş məş qçisi ermənini yaxşı sayır - belə olarmı?” adlı yazının getdiyindən xəbərdar olub. Həmin yazıyla tanış olduqdan sonra “Orxan” adlı müəllifin idman, futbol prinsiplərinə sığmayan, həmçinin idmanı siyasətə qarışdıran, savadsız, təşviqat xarakterli təşviqat olduğunu görüb. Bu barədə redaksiyanın vatçap qrupundan yazıyla bağlı mövqeyini bildirdiməklə yanaşı Mahir Rüstəmliyə oxucuların onları haqlı olaraq qınadığını, aşağıladığını vurğulayıb. Baş redaktor isə buna reaksiyası belə oldu: “O, yazını mən yazmışam, fikrimi də hər yerdə, hamının qarşısında müdafiə etməyə hazıram”. Bildirir ki, bir neçə uzun səs atmaqla baş redaktorun və onu təqlid edən “gənc həmkarlarının” yanlış mövqedə olduqlarını, belə ucuz populizm, psevdovətənpərvərliyin yaxşı hal olmadığını deməyinə rəğmən Mahir Rüstəmli əcəb e tdiyini və doğru yazdığını bildirib. Bundan sonra o da bu yazıya alternativ yazı yazıb, onunla eyni fikirdə olmadığını, söyüş və təhqirləri haqq etmədiyini vurğulayıb. Ayın 5-də “demotiya.com” saytında “Futbol+Qəzeti Redaksiyası” MMC-nin “psevdovətənpərvərliyi” başlıqlı yazısı dərc olunub. X4 futbolu siyasətə qarışdırmasını, yersiz həssas, məqamlıqdan danışmasını və s. bu kimi halları faktlarla tənqid etmişdir. Həmçinin incəsənəti, kinonu, ədəbiyyatı, habelə futbolu siyasətə qarışdırmağın zərərlərindən danışmış və buna faktlarla nümunələr gətirmişdir. Yanvarın 15-də səhər Mahir Rüstəmli “fövqəladə iclas” keçirib, onun yazdığı məqalənin hissələrindən nələrisə oxuyub, kontekstdən çıxararaq guya onu və qəzeti təhqir etməyini, baş redaktor və işçilərin işçi nüfuzunu aşağılamaq kimi təşviqat, t əbliğat kimi qələmə verib. O, yazısında təhqir, aşağılamanın olmadığını faktlarla sübut etdikdə isə Mahir Rüstəmli yazısına heç bir dəxli olmayan, aylarla, hətta bir il öncə səsləndirdiyi siyasi, ictimai, sosial, tarixi mövqelərini qabartmağa başlayıb, ona yazının saytdan çıxarmalı və üzr istəməli olduğunu, ya da işdən qovulacağını bildirib. Ona bir daha yazıda təhqir, aşağılamanın olmadığını, amma istəsə onunla birgə yenidən yazını gözdən keçirib redaktə etməyə hazır olduğunu bildirsə də, o buna məhəl qoymayıb və “səs verdirmək”lə onu işdən qovub. Bu cür “səsvermə” həm jurnalist etikasından uzaqdır, həm işdən çıxarılma haqqında qanunun müddəalarına ziddir. İşdən çıxma haqqında əmrdə nə vaxt işə qəbul edilməyi, hansı vəzifədə olmağı, əmək haqqı, ailə vəziyyəti, şəxsiyyət vəsiqənin inisiall arı, fəaliyyəti zamanı aldığı xəbərdarlıq, məzəmmət, töhmət, şiddətli töhmət və s. bu kimi cəzalar, eləcə də qanunda göstərilmiş digər müddəalar göstərilməyib. Həmin “Xidməti müqavilə”nin bir nüsxəsi işlədiyi müddətdə ona təqdim olunmayıb.

9. İddiaçı daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2022-ci il tarixdə cavabdehlə aralarında müqavilə bağlanması, “Futbol+Qəzeti Redaksiyası” MMC-nin baş redaktorunun xx.xx.2024-cü il tarixli onun işdən azad olması ilə bağlı natamam əmrin qanunsuz hesab olunaraq ləğv edilməsi, 18 ay müddətində məzuniyyətdə olmadığına görə kompensasiyanın ödənilməsi, xx.xx.2024-cü il tarixdən başlayaq məhkəmənin verəcəyi yekun qərara kimi olan müddətdə məcburi işburaxmaya görə hər ayı 500 (beş yüz ) manat hesablanmaqla əmək haqqını n ödənilməsi, X9 (PFL) tərəfindən təyin olunan və jurnalistlərə rayon oyunlarının getməsi üçün verilən ezamiyyət pullarının və Mahir Rüstəmli tərəfindən 2022-2023-cü illərdə kəsilən həmin ezamiyyət pullarının hissələrinin cəmi - 830 manat (səkkiz yüz otuz manat) ezamiyyət pullarının ona ödənilməsi, müxbir vəzifəsinə bərpa olunmaq, hazırkı qanunvericilikdə olan əmək müqaviləsinə əsasən onunla müddətsiz əmək müqaviləsinin bağlanması, qanunsuz işlədilmə, istismarçılıq, qanunsuz işdən çıxarma və digər bu kimi əməlləri görə rəsmi olaraq ondən üzr istənilməsi və bu barədə “Futbol+Qəzeti Redaksiyası” MMC qəzetində və saytında üzürxahlıq yazısının dərc olunması, həmçinin rəsmi qaydada, əmək müqaviləsinə uyğun olaraq işə bərpa olunduqdan sonra Mahir Rüstəmlinin ona qarşı qanunsuz əməllərə, istismar çılığa konstitusion hüquqlarının məhdudlaşdırılmaması və onu mənəvi repressiyalara məruz qoymayacağı barədə iltizam verməsi, qanunsuz işlədilmə, istismarçılıq, qanunsuz işdən çıxarma, vergidən yayınma, barəsində yalanlar yaymaq, böhtan atmaq, işçi nüfuzuna zərbə və digər bu kimi əməllərə görə Mahir Rüstəmliyə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Ərizə iddia ərizəsinin əvvəlki məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, Mahir Rüstəmli hüquqlarını bərpa üçün mübarizə aparmağının qarşısını almaq üçün ona qarşı qarayaxma kompaniyası aparır. Mahir Rüstəmli 3 dəfə onun barəsində Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında iddia ərizəsi ilə müraciət etsə də, hər dəfəsi ndə məhkəmə onun iddiasında dəlil-sübutların olmadığına əsasən icraata qəbul etməkdən imtina edib. xx.xx.2024-cü il tarixdəki məhkəmənin hazırlıq iclasında qarşı tərəf israrla qeyd edir ki, İddiaçı ilə xidməti müqavilə bitib və müqavilənin müddətinin uzadılmaması haqqında qərar qəbul edilib. Yəni guya onun işinə qanunlar çərçivəsində xitam verilib. O, 5 may 2022-ci ildən “Futbol+Qəzeti Redaksiyası” MMC-yə işə düzəlmiş, amma 1 il 2 ay qanunsuz əsaslarla işlədilmiş, istismar olunmuş, minimum əmək haqqından da az maaş almış və dəfələrlə X8 Məcəlləsinə uyğun olaraq işini leqallaşdırmasını, ştata salmasını xahiş və tələb etsə də, hər dəfəsində yola verilmişdir. Yalnız iyulda o, artıq leqal işlədiyini vurğulasa da, nə ona hansı şərtlərlə işləyəcəyini, nə müqavilə şərtləri, nə də müqavilə nüsxəsi təqdim olunmamışdır. Mahir Rüstəmli iyun ayının axırlarında ona VÖEN-in aktivliyi və istiqamətiylə bağlı “mühasib Yeganə xanıma sənin işinin gələcəkdə leqallaşdırılmasıyla əlaqədar imza atmalısan” deyib və qarşısına onun VÖEN-lərinin inisialı qeyd olunan vərəq qoyub və ona qol çəkdirib. Qol çəkdiyi sənəddə yalnız iki VÖEN ilə iki bank hesabları vardı və direktor M.Ə.Rüstəmov ilə fərdi sahibkar İddiaçı sözləri qeyd edilmişdir. Ona müqavilərin yer aldığı səhifələr göstərilməyib. Amma bilsəydi ki, Mahir Rüstəmli saxtakarlıq edərək ona müqaviləyə qol çəkdirir, həyatı boyu müqaviləylə tanış olmamış imza atmazdı.

11. Cavabdeh “Futbol+Qəzeti Redaksiyası” MMC-nin nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia tələbini qəbul etməyib bildirmişdir ki, iddiaçı ilə bağlanılan müqavilənin müddəti bitən zaman ona xitam verilmişdir. İddiaçı da xidməti müqavilə barədə xəbərdar olmuş və onu şəxsən imzalamışdır. Həmçinin, iddiaçı orta hesabla, hər ay 3-4 gün ərzində işə çıxmışdır. Bundan əlavə, iddiaçı cavabdeh müəssisənin kollektiv üzvləri ilə də uzlaşa bilməmişdir. İddiaçı xidməti müqavilə əsasında 3 ay müddətinə işə götürülmüşdür. xx.xx.2023-cü il tarixdə müqavilə müddəti bitdikdən sonra, iddiaçı işə gəlməsə də, ona dəvət olunaraq müddətin bitdiyi bildirilmişdir. xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər cavabdeh müəssisədə işləməmişdir. İddiaçının cavabdeh müəssisədə əmək fəaliyyəti yalnız 3 ay olmuşdur.

12. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3490/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddia tələbi rədd edilmişdir.

13. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı işdən azad olması ilə bağlı natamam əmrin qanunsuz hesab olunaraq ləğv edilməsi və sairəni tələb edərkən, iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmayan iddia ilə məhkəməyə müraciət etmişdir. İşin müəyyən edilmiş faktiki hallarından göründüyü kimi, iddiaçının hazırda cavabdeh "Futbol+Qəzeti Redaksiyası" MMC-dən iddia etdiyi kimi əmrin ləğv edilməsini, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqı, müddətsiz əmək müqaviləsinin bağlanmasını tələb etməsinin qanuni əsasının dispozisiya şərtləri mövcud deyildir. Belə ki, iddiaçı cavabdehə qarşı belə bir iddia irəli sürməkdə haqlı olmamışdır.

14. Məhkəmə qeyd etmişdir ki, irəli sürülmüş iddia iddia tələbinin qanuni əsası bağlanmış müqavilədən irəli gələn tələblərd ir. Belə ki, işin faktiki hallarına əsasən tərəflər arasında mülki hüquqlar və vəzifələr qanunvericilikdə nəzərdə tutulmuş müqavilələrdən və başqa əqdlərdən əmələ gəlmişdir. Tərəflər arasında formalaşmış mülki hüquq münasibətlərinin əsasını tapşırıq müqaviləsi təşkil edir. İddiaçı tələbinin faktiki əsası kimi onunla cavabdeh “Futbol+Qəzeti Redaksiyası” MMC arasında bağlanmış müqaviləyə istinad edərək həmin müqavilə üzrə əmək hüquqlarının pozulmasının qarşısını alınması və işə bərpa olunmasını tələb edir.

15. Məhkəmə bu iddia tələbinin hüquqi əsası ilə bağlı qeyd etmişdir ki, “Media haqqında” Qanunun 1.1.4-cü maddəsinə əsasən, jurnalist - əmək müqaviləsi ilə media subyektində və ya fərdi olaraq müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi ilə fəaliyyət göstərən, əsas fəaliyyət növü dav amlı şəkildə məlumat toplamaq, hazırlamaq, redaktə və istehsal etmək, ötürmək, habelə həmin məlumatlara dair fikir bildirmək (şərh vermək) olan və bu fəaliyyəti gəlir əldə etmək məqsədilə yerinə yetirən şəxsdir.

16. Həmin Qanunun 74.2.12-ci maddəsinə əsasən, fərdi olaraq müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi ilə işləyən jurnalist fərdi sahibkar kimi vergi uçotuna alınmış olmalıdır.

17. Göründüyü kimi jurnalist əmək müqaviləsi ilə media subyektində və ya fərdi olaraq müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi ilə fəaliyyət göstərə bilər. Hazırki mülki iş üzrə iş materiallarından da göründüyü kimi tərəflər arasında xidməti (mülkihüquqi) müqavilə bağlanmışdır.

18. Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirak çılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı prinsipləri mülki dövriyyənin təmin edilməsinə, sahibkarlıq fəaliyyətinin dəstəklənməsinə, sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmağa yönəldilmiş fundamental doktrina hesab olunur və mülki-hüquq münasibətləri iştirakçılarının maraqlarının tarazlaşdırılmış tənzimlənməsinə (qanunvericiliklə nəzərdə tutulan hədlərdə) xidmət edir.

19. Həmin Məcəllənin 390-cı maddəsində müəyyən edilmiş müqavilə azadlığı Konstitusiyanın 29-cu və MM-in 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Bununla fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləş dirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar.

20. Göründüyü kimi, sərbəst bazar iqtisadiyyatının, azad sahibkarlığın reallaşdırılması elementlərindən biri kimi çıxış edən müqavilə azadlığı prinsipi özündə müqavilə tərəfinə seçdiyi kontragentlə müqavilə bağlamaq, onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini müəyyən etmək sərbəstliyini ehtiva etməklə yanaşı, tərəfin həmin müqavilə şərtlərindən irəli gələn öhdəliklər üzrə də məsuliyyət daşımasını da nəzərdə tutur.

21. Məhkəmə işin müəyyən olunan hallarını tətbiq edilən hüquq normalarının d ispozisiya şərtləri əsasında təhlil etməklə bu nəticəyə gəlmişdir ki, cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış xx.xx.2023-cü il tarixli, 03 saylı xidmət müqaviləsinin ləğv edilməsinin qanunsuz olması müəyyən edilmədiyindən, iddia tələbi təmin edilməməlidir.

22. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 385.1, 386.1, 389.1, 390.1, 442, 445, 448.1, 777.1, 777.2, 778.1, 778.2-ci maddələri, “Media haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.4, 74.2.12-ci maddələri, “N.Məmmədovanın şikayəti üzrə” Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli Qərarı və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 88, 217.4, 220.5, 216-220-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəm əsindəki icraat

23. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

24. Apellyasiya şikayətində göstərilmişdir ki, əgər onunla əmək müqaviləsi bağlanmamışdırsa nə üçün onunla münasibətlərin davam etdirilməməsi barədə qərar qəbul edilməsi üçün iclas keçirilir? Yəni, əgər məhkəmə tərəflər arasında mülki hüquq münasibətlərinin yaranması qənaətinə gəlirsə, onda heç bir qanunla tapşırıq verən vəkalət alanla münasibətlərə son qoyulması üçün iclasın keçirilməsini nəzərə almamışdır. Bu da onu göstərir ki, cavabdeh məhz Əmək Məcəlləsinin müddəalarına istinadən münasibətlərə xitam verilməsi məsələsini həll etməyə çalışmışdır. Belə ki, Əmək Məcəlləsinin 80.1-ci maddəsi nə əsasən, işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. O, 1 il 2 ay cavabdeh qurumda fəaliyyət göstərmiş, müqavilə müddəti isə cəmi 6 aylıq bağlanmışdır. Necə ola bilər ki, onun orada 1 ildən çox müddət işləməyi mötəbər sübutlarla təsdiq olunduğu halda ortaya çıxan və məhkəməyə təqdim edilən müqavilə cəmi 6 aydır. Eyni zamanda birinci instansiya məhkəməsi mübahisələndirilən qərarın mahiyyətinə də varmamışdır. Belə ki, əmək müqaviləsi üzrə işləyən işçi müəssisədaxili intizam qaydalarına, əmək qanunvericiliyi ilə üzərinə qoyulan vəzifələrə əməl etməlidir, əks təqdirdə ona xəbərdarlıq edilir, intizam məsuliyyətinə cəlb olunur və ya işdən çıxarılır. Əmək müqaviləsindən fərqli olaraq, xidmət müqavilələrində müəssisədaxili intizam qaydaları yox, müqavilə üzrə tələblər var və bu tələblər pozulduğu halda icraçı hər hansı intizam tənbehinə məruz qalmır, sadəcə olaraq müqavilənin digər tərəfi olan sifarişçi tərəfindən müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirə bilmədiyi üçün müqaviləyə vaxtından öncə xitam verilə bilər. Göründüyü kimi, birinci instansiya məhkəməsi onunla işəgötürən arasında xidmət müqaviləsi bağlanmasına baxmayaraq faktiki olaraq aralarında olan münasibətlər və işdən azad olunmağı barədə qəbul edilmiş qərar məhz əmək münasibətlərinin tələb etdiyi tərzdə həyata keçirilmişdir. Eyni zamanda birinci instansiya məhkəməsi cavabdehin əməlində açıq-aşkar cinayət əməlinin də olmasına göz yummuş (Cinayət Məcəlləs inin 162-ci maddəsi), cavabdehin barəsində xüsusi qərardad çıxarıb müvafiq orqana göndərməmişdir. xx.xx.2023-cü il tarixli xidmət müqaviləsinin 4.1-ci bəndinə görə, bu müqavilə imzalandığı gündən qüvvəyə minir və xx.xx.2023-cü ilə qədər qüvvədədir. Ancaq onunla münasibətlərə xitam verilməsi barədə məsələyə hələ xx.xx.2024-cü ildə baxılmışdır. Göründüyü kimi, xx.xx.2024-cü il tarixli qərar qəbul edilərkən iclasın keçirilərək ona aid olan məsələnin müzakirəsinin zəruriliyi öz təsdiqini tapmır, onun barəsində həmin iclasda səslənən böhtan xarakterli və heç bir təsdiqini tapmayan dəlillər olmuşdur. Orada səslənən heç bir söz qanuni qüvvəsini almış məhkəmə aktı ilə təsdiqini tapmamışdır. X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında xüsusi ittiham qaydasında şikayətinə baxılaraq Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli qərarı ilə məhkəmə baxışı keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir. Buna görə də həmin iclasda qəbul edilən qərarın qanuniliyindən söhbət gedə bilməz. O, həmin qurumda müqavilə müddəti başa çatdıqdan sonra da yəni, qeyd etdiyi kimi xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi işləmişdir. Həmin əmr qanunsuz olduğu üçün onun da işini davam etdirilməsi barədə qərar qəbul edilməlidir. Birinci instansiya məhkəməsi onun əmək haqqı tələbinə göz yummuş və bununla bağlı sənədləri əldə etməmiş, onlara baxış keçirilməmişdir. Halbuki onun işlərə cəlb edilməyi və 2022-ci ildən 2024-cü ilə kimi həmin qurumda işləməyi təqdim etdiyi vəsiqələrlə təsdiq edilm işdir. Bu halda onun həmin dövrlərdə işlərə cəlb olunmağı, əmək haqqının verilməsi və məzuniyyət pulunun verilməsi aydınlaşdırılmalı idi ki, birinci instansiya məhkəməsi bu kimi hallara əhəmiyyət verməmiş, nəticədə maddi və prosessual hüquq normalarını pozaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

25. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1196/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Günay Axundova (sədrlik edən və məruzəçi), Xəyal Sarıyev və Fərrux Qasımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

26. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materialları ilə müəyyən edilir ki, tərəflər arasında 1 iyul 2023-cü il tarixli xidmət müqaviləsi imzalanmışdır.

27. T ərəflər arasında imzalanmış müqavilədən görünür ki, bu müqavilə imzalandığı gündən qüvvəyə minir və xx.xx.2013-cü il tarixə qədər qüvvədədir.

28. İş materiallarından o da müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə “Futbol+Qəzeti Redaksiyası” MMC-nin kollektivdaxili iclası keçirilib, iclasın protokolu ilə müəyyən edilib ki, kollektiv üzvləri yekdilliklə İddiaçı ilə əməkdaşlığı davam etdirməyin mümkünsüz olduğunu imzaları ilə təsdiq ediblər. Bunun nəticəsi olaraq “Futbol+Qəzeti Redaksiyası” MMC-nin baş direktoru Rüstəmli M.Ə. tərəfindən İddiaçı ilə müqavilə müddətinin uzadılmaması haqqında 22 yanvar 2024-cü il tarixli qərar qəbul edilmişdir. Qərara əsasən İddiaçı ilə 2023-cü ilin dekabrın 31-də bitən müqavilənin müddəti uzadılmamışdır.

29. İddiaçının iddia tələbinin əsası odur ki, tərəflər arasında əmək münasibətləri olmuş və “Futbol+Qəzeti Redaksiyası” MMC-nin baş direktoru Rüstəmli M.Ə. 22 yanvar 2024-cü il tarixli əmrinə əsasən o, işdən azad edilmişdir.

30. İddiaçı tərəflər arasında əmək münasibətlərinin mövcud olmasına, əmək müqaviləsi əsasında işçi kimi “Futbol+Qəzeti Redaksiyası” MMC-də fəaliyyət göstərdiyinə istinad etsə də, işin hallarından görünür ki, tərəflər arasında müəyyən müddət üçün xidmət müqaviləsi bağlanmışdır. Mülki Məcəllənin 6.2-ci maddəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

31. Məcəllənin 399.1-ci maddəsində qeyd edilir ki, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir.

32. Məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında əmək müqaviləsi deyil, mülki hüquqi müqavilə imzalanmış, müqavilənin şərtləri üzrə müddət bitdiyindən tərəflər arasında müqavilə münasibətlərinə xitam verilmişdir. Müqavilənin müddəti bitdikdən sonra tərəflər arasında müqavilə münasibətlərinin uzadılması barədə yeni müqavilə bağlanmamışdır. Əksinə cavabdeh tərəf müqavilə münasibətlərinə xitam verilməsini bir daha təsdiq etmək üçün 22 yanvar 2024-cü il tarixli əmr imzalamışdır.

33. İddiaçının şikayətinin digər dəlili odur ki, onunla bağlanmış müqavilə münasibətləri 31 dekabr 2023-cü il tarixdə bitsə də, bu məsələ ilə bağlı qərarın xx.xx.2024-cü il tarixdə qəbul edilməsi tərəflər arasında münasibətlərin davam etdiyini göstərir. Məhkəmə kollegiyası cavabdehin dəlilinə münasibətdə qeyd etmişdir, tərəflər arasında bağlanmış müqavilənin 4.1-ci maddəsində qeyd olunur ki, müqavilə xx.xx.2023cü il tarixədək qüvvədədir. Tərəflərin yazılı razılıqları və bildirişləri ilə müqavilənin müddəti azaldıla və ya yeni müqavilə bağlana bilər. Göründüyü kimi, tərəflər arasında münasibətlərin davam etdirilməsi razılaşdırılmamışdır.

34. Cavabdehin digər dəlili odur ki, Mülki Məcəllənin 786.2-ci maddəsinə əsasən müqavilənin ləğvi ilə bağlı ona hər hansı bildiriş göndərilməmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, müqavilə tərə findən biri müqavilə münasibətlərinə vaxtından əvvəl xitam vermək istədikdə bununla əlaqədar qarşı tərəfə məlumat verməlidir. Hazırkı halda isə tərəflər arasında olan müqavilə münasibətlərinə müddətin bitməsi ilə xitam verilmişdir.

35. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddia tələblərinin heç bir hüquqi əsası yoxdur.

36. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 389.1, 390.1, 777.1, 777.2, 778.1, 778.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

37. İddiaçı kassasiya şikayəti verərək (Vəkil2 Əhrəman oğlu) qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş e tmişdir.

38. Kassasiya şikayəti iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılaraq qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsi də tərəflər arasında əmək müqaviləsi yox, heç bir qanuna və normativ hüquqa əsaslanmadan, əsassız olaraq xidmət müqaviləsinin bağlanması qənaətinə gəlmişdir. Halbuki onunla formal olaraq xidmət müqaviləsi bağlansa da, onunla əmək müqaviləsinə xas olan münasibətlər qurulduğunu sübut etmişdir. Formal olaraq bağlanmış xidmət müqaviləsində tapşırıq müddəalarına istinad edilsə də, müqaviləyə həmin münasibətləri tənzimləyən normaların müddəalarına uyğun xitam verilməli idi. Bunun üçün də ona bildiriş göndərilməli idi, lakin bu tələblərə əməl edilməmişdir. Həmçinin apellyasiya məhkəməsinin istinad etdiyi tapşırıq münasibətlərini tənzimlə yən normalarında tərəflərin arasında aylıq maaş kimi müddəaların müəyyənləşdirilməsi qaydası mövcud deyildir. Bu ancaq əmək müqaviləsinə xas olan müddəalardır.

39. Müqavilə müddəti başa çatdıqdan sonra cavabdehlə münasibətlərə xitam verilməmiş və o, işə gəlib getmişdir. Belə ki, xx.xx.2023-cü il tarixli xidmət müqaviləsinin 4.1-ci bəndinə görə, bu müqavilə imzalandığı gündən qüvvəyə minir və xx.xx.2023-cü ilə qədər qüvvədədir. Ancaq cavabdehlə münasibətlərə xitam verilməsi barədə məsələyə hələ xx.xx.2024-cü ildə baxılmışdır.

40. Apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlara düzgün qiymət verilməmiş, habelə sübutların qiymətlərindilməsi barədə vəsatətlərə münasibət bildirilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

41. Kassasiya şikayətinə qarşı cavabdeh tərəfindən etiraz ərizəsi məhkəməyə elektron qaydada ünvanlanmışdır. Ərizədə kassasiya şikayətinin təmin olunmaması xahiş olunmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

42. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

43. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

44. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzə rdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

45. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

46. Maddə 399.3. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır.

47. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

48. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağla na bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.

49. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir.

50. Maddə 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

53. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

54. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

55. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

56. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

57. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassa siya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

58. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

59. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

60. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

61. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

62. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

63. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

64. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instans iyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apellyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

65. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

66. Yuxarıda qeyd olunduğu kimi yaranmış mübahisə, tərəflərin arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 3 saylı müqavilə münasibətlərindən irəli gəlir. Qeyd olunan müqavilənin özündə tərəflər bu razılaşmanı “Xidmət müqaviləsi” adlandırıblar. Lakin iddiaçı bu müqavilə əsasında cavabdehlə əmək münasibətlərinə daxil olduğunu bildirir və buna əsasən müqavilə üzrə cavabdehin hərəkət və öhdəliklərinin Əmək Məcəlləsində işəgötürən üçün müəyyən olunan vəzifələr baxımından təhlil olunmasını tələb edir.

67. Buna görə də kassasiya şikayətinin (həmçinin iddia tələbinin) düzgün həlli üçün iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 3 saylı müqavilə üzrə yaranan münasibətlərin hüquqi məzmununun (iddiaçının dediyi kimi əmək münasibəti və ya cavabdehin bildirdiyi kimi tapşırıq üzrə münasibət olmasının) müəyyən edilməsi zəruridir.

68. İlk növbədə qeyd edilməli dir ki, müqavilə dedikdə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması başa düşülür.

69. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir.

70. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir.

71. Müqavilə münasibətlərində t ərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Bu baxımdan xidmət müqaviləsi tərəflərinin hüquqi marağı qarşılıqlı mənafelərin təmin olunmasına yönəlir və onun iştirakçılarının balanslaşdırılmış məqsədə nail olmaları ilə xarakterizə olunur. Sifarişçinin marağı göstərilən xidmətin nəticəsində əldə olunan məhsuldan (məsələn, informasiya, təhlil hesabatı və ya digər intellektual məhsullar) istifadə etməklə iqtisadi fayda (mənfəət) əldə etməkdir. İcraçının marağı isə xidmətin təqdim olunması qarşılığında razılaşdırılmış pul vəsaitini əldə etməkdə ifadə olunur. Nəticə etibarilə, xidmət müqaviləsinin hüquqi mahiyyəti onun tərəflərinin mənafelərini qorumağa və balanslaşdırılmış münasibətlər qurmağa yönəlmiş olması ilə xarakterizə olunur. Bu isə xi dmət müqaviləsinin hüquqinormativ tənzimləməsinin əsasını təşkil edir və onu digər müqavilə tiplərindən fərqləndirən mühüm cəhətlərdən biridir.

72. Qeyd olunmalıdır ki, Mülki Məcəllədə "xidmət müqaviləsi" kimi ayrıca bir müqavilə tipi müəyyən olunmayıb. Bu münasibətlər tapşırıq müqaviləsinə (Mülki Məcəllənin 777-ci maddəsi) uyğundur və apellyasiya instansiyası məhkəməsi də mübahisəyə tətbiq edilən norma kimi məhz Mülki Məcəllənin tapşırıq müqaviləsini tənzimləyən normalarına istinad etmişdir.

73. Nəzərə alınmalıdır ki, xidmət (tapşırıq) müqaviləsinin əmək müqaviləsi ilə oxşarlığı olsa da bu müqavilələr bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir. Belə ki, əmək müqaviləsində işəgötürənin tabeliyində olma, iş vaxtı rejimi, əmək intizamı kimi elementlər var. Xidmət müqaviləsi (yəni tapşırıq v ə s.) isə daha çox müstəqil fəaliyyət əsasında qurulur.

74. Əmək Məcəlləsinin 43-cü maddəsində əmək müqaviləsinin məzmunu müəyyən edilmişdir. Həmin normaya görə əmək müqaviləsində mütləq olaraq başqa şərtlərlə yanaşı işçinin əmək şəraitinin şərtləri - iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunması göstərilir.

75. Əmək Məcəlləsinə həmçinin əmək müqaviləsinin nümunəvi forması əlavə edilmişdir.

76. Tərəflərin arasında bağlanmış müqavilənin məzmunu Əmək Məcəlləsinin 43-cü maddəsində və Məcəlləyə əlavə edilmiş əmək müqaviləsinin forması və məzmunu ilə müqayisə edildikdə görünür ki, həmin müqavilə əmək müqaviləsi deyil, məhz tapşırıq müqaviləsidir.

77. Media sahəsində media subyekti ilə jurnalistin arasında münasibətlərin xidmət müqaviləsi ilə rəsmiləşdirilməsinin hüquqi baxımdan mümkünlüyü ilə bağlı qeyd olunmalıdır ki, “Media haqqında” Qanunun 1.1.4-cü maddəsində deyilir ki, jurnalist – əmək müqaviləsi ilə media subyektində və ya fərdi olaraq müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi ilə fəaliyyət göstərən, əsas fəaliyyət növü davamlı şəkildə məlumat toplamaq, hazırlamaq, redaktə və istehsal etmək, ötürmək, habelə həmin məlumatlara dair fikir bildirmək (şərh vermək) olan və bu fəaliyyəti gəlir əldə etmək məqsədilə yerinə yetirən şəxsdir.

78. Göründüyü kimi media subyekti ilə jurnalistin arasında münasibətlərin xidmət müqaviləsi ilə rəsmiləşdirilməsinin hüquqi əsasları vardır. Bu halda tərəflər arasında bağlanan xx.xx.2023-cü il tarixli, 3 saylı xidmət müqav iləsinin əmək müqaviləsi kimi qiymətləndirilməsi üçün əsaslar yoxdur. Ümumiyyətlə, yazılı qaydada bağlanmış əqdlərə münasibətdə prezumpsiya ondan ibarətdir ki, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi məhz əqdin özündə yazılı formada göstərilən qaydada olmuşdur. Çünki tərəflər yazılı müqaviləni imzalamaqla orada göstərilən şərtlərin özlərinin iradə ifadələrini əks etdirdiyini qəbul edirlər.

79. Çünki yuxarıda qeyd olunduğu kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (Mülki Məcəllənin 389.1-ci maddəsi). Yəni müqavilə, təkcə iradə ifadəsinin mövcudluğunda deyil, həm də qarşılıqlı bəyan edilən iradənin əks tərəflə razılaşdırılması halında yaranır. Müqavilə, tərəflərin hüquq və vəzifələr m üəyyən etmək, dəyişmək və ya xitam vermək barədə tərəflərin qarşılıqlı olaraq razılığa gəldikləri şərtlərin toplusudur. Yazılı müqavilə isə, həmin şərtlərin (tərəflərin arzu etdikləri nəticəyə yönəlik iradə ifadəsini əks etdirən) kağız daşıyıcısıdır. Bu baxımdan, tərəflər arasında münasibətlərin tənzimlənməsində yazılı müqavilədə əksini tapmış şərtlərə etimad prinsipi gözlənilir. Etimad prinsipi birbaşa hüquqi müəyyənlik və son nəticədə ədalətlilik prinsipindən irəli gələn hüquqi zərurətdən yaranmışdır.

80. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəti cə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

81. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

82. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikay ətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

83. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1196/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar