Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1983/2019 28.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, kassator Cavabdeh və vəkili Vəkil1, İddiaçı4 və İddiaçı2 iştirakı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəki Rayon Məhkəməsinin 13 iyul 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(075)95/2018, hakim K.Ş.Süleymanov) iddiaçıla r İddiaçı4, İddiaçı2 və İddiaçı3Cavabdeh qarşı iddiası qismən təmin edilmiş, ünvan 1 ünvanında yerləşən 0,0204 hektar torpaq sahəsində yerləşən, ikimərtəbəli, ümumi sahəsi 588,4 kv.m, tikintialtı sahəsi 204 kv.m olan qeyriyaşayış sahəsində iddiaçılar İddiaçı2 və İddiaçı3 hər birinin payının ¼ hissədən ibarət olması müəyyən edilməsi qət edilmiş, iddia tələbi paylı mülkiyyətdə olan daşınmaz əmlakda payların naturada ayrılaraq verilməsi tələbinə dair hissəsi rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2018-ci il tarixli qərardadı ilə (iş № 2(107)-2281/2018, hakimlər R.Ə.Əliyev, M.M.Hüseynov və M.A.Əsədli) iddiaçılar İddiaçı2 və İddiaçı3 iddia tələbindən onlara aid hissədə imtina etmələrinə dair ərizələri təsdiq edilmiş, iddiaçılar İddiaçı4, İddiaçı2 və İddia çı3Cavabdeh qarşı paylı mülkiyyətində olan daşınmaz əmlakda payların müəyyən edilməsi və payların naturada ayrılaraq verilməsi tələbinə dair mülki iş üzrə iddiaçılar İddiaçı2 və İddiaçı3 aid hissədə iş üzrə icraata xitam verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(107)-2281/2018, hakimlər R.Ə.Əliyev, M.M.Hüseynov və M.A.Əsədli) İddiaçı4 apellyasiya şikayəti təmin edilmiş, Şəki Rayon Məhkəməsinin 13 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilərək iddia təmin edilmiş, ünvan 1 ünvanında yerləşən 0,0204 hektar torpaq sahəsində yerləşən, ikimərtəbəli, ümumi sahəsi 588,4 kv.m, tikintialtı sahəsi 204 kv.m olan qeyri-yaşayış sahəsinin ¼ hissəsi, yəni birinci mərtəbəsində yerləşən 2 saylı ticarət otağı, 3 saylı müdir otağı, 4 s aylı köməkçi otaq, 5 saylı ayaqyolu, 6 saylı əl-üz yuyan və 7 saylı qarderobun naturada ayrılaraq ¼ payın mülkiyyətçisi İddiaçı4 verilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: DƏDRX-nın Şəki Ərazi İdarəsini tərəfindən verilmiş 07.11.2012-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0,0204 hektar torpaq sahəsində yerləşən, ikimərtəbəli, ümumi sahəsi 588,4 kv.m, tikintialtı sahəsi 204 kv.m olan qeyriyaşayış sahəsi ¼ hissədə İddiaçı4, ¾ hissəsi isə İddiaçı2, İddiaçı3 vəCavabdeh ümumi birgə mülkiyyətindədi r. İddiaçılarİddiaçı4, İddiaçı2 və İddiaçı3 24.01.2017-ci il tarixdə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 0,0204 hektar torpaq sahəsində yerləşən, ikimərtəbəli, ümumi sahəsi 588,4 kv.m, tikintialtı sahəsi 204 kv.m olan qeyri-yaşayış sahəsində iddiaçılar İddiaçı2 və İddiaçı3 hər birinin payının ¼ hissədən ibarət olması müəyyən edilməsi, İddiaçı4, İddiaçı2 və İddiaçı3həmin qeyri-yaşayış sahəsindəki hər birinin ¼ hissədə paylarının naturada ayrılaraq onlara verilməsi barədəqətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassatorlar şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya məhkəməsi Mülki Məcəllən in 220-ci maddəsinin müddəalarını düzgün tətbiq etməmişdir. Onun iştirakı olmadan keçirilmiş ekspertiza rəyi ilə həmin qeyri-yaşayış sahəsinin ¼ və 3/4 hissələrlə bölünməsi texniki cəhətdən mümkün hesab edilmişdir. Digər payçılar ona qarşı iddia qaldırdıqları üçün ekspert tərəfindən müəyyən edilmiş ¼ hissənin ona, ¾ hissəsi isə iddiaçılara verilməsi ədalətli olardı. Bundan əlavə iddia ona qarşı qaldırıldığı üçün ekspert onun ¼ payını ayrıca müəyyən etməli idi. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında İddiaçı4 və İddiaçı2 vəkilsiz iştirak etmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını paylı mülkiyyətdə olan daşınmaz əmlakın naturada ayrılması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsi ilə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması əsasları müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçilər i ümumi əşyanın bölünməsi və ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. İddiaçı4 daşınmaz əmlakın ¼ payının mülkiyyətçisi olmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsinə istinad etməklə payının naturada ayrılması tələbini irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Apellyasiya məhkəməsi tərəfindən də istinad olunan iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə qeyri-yaşayış sahəsinin ¼ və ¾ hissələrlə bölünməsi nin (ayrılmasının) texniki cəhətdən mümkün olduğu müəyyən edilməklə həmin hissələrə düşən sahələrin konkret olaraq nədən ibarət olduğu və bölgü nəticəsində mülkiyyətçilərin hər birinə düşən tikililərin ayrı-ayrılıqda sahələrinin onların payına uyğun olduğu müəyyən edilmişdir. Apellyasiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, paylı mülkiyyətdə olan əmlakda iddiaçının payı dəqiq müəyyən edilmiş və bölgü mübahisə predmeti olan daşınmaz əşyaya tənasübsüz zərər vurmadan iddiaçının payının naturada ayrılmasına yol verir. Payların miqdar ilə bağlı tərəflər arasında hər hansı mübahisə yoxdur. Lakin iddiaçı ilə cavabdeh qeyd olunan əmlakda payların ayrılması ilə bağlı öz aralarında razılığa gələ bilməmişlər. Kassatorun kassasiya şikayətinin dəlillərinə gəldikdə isə yuxarıda qeyd edildiyi kimi apell yasiya instansiya məhkəməsi yalnız daşınmaz əmlakın ¼ hissəsinin paylı mülkiyyətçisi olan İddiaçı4 həmin əmlakda payının naturada ayrılması tələbinə dair işə mahiyyəti üzrə baxaraq qətnamə qəbul etmişdir. Digər tərəfdən kassator həmin əmlakın ¾ hissəsinin birgə mülkiyyətçisi olmaqla payının müəyyənləşdirilməsi və onun payının naturada ayrılması tələbi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikay ətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1983/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1983/2019
28.03.2019 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver