Məhkəmə qərarları › İş №2(102)-1989/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1989/2023

19.06.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1989/2023 19.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı; İddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı birləşdirilmiş iş üzrə QƏRARİ (Açar sözlər: mənzilin təhvil verilməsi, mənzilə istifadə hüququnun tanınması tələbləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1419/2022 nömrəli, 29 dekabr 2022-ci il tarixli qətnaməsindən Sadıqlı (Məmmədova) Aidə Loğman qızı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında bax araq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər. 2. 23.10.2014-cü il tarixli mənzil inşaatı müqaviləsinə əsasən, inşaatçı "xxxx" MTK ilə İddiaçı arasında mənzilin inşaatı barəsində müqavilə bağlanmışdır. Müqaviləyə əsasən inşaatçı Bakı şəhəri Nərimanov rayonu Kazımzadə küçəsindəki 802-803 saylı məhəllədə ayrılmış torpaq sahəsində inşa edilən yeni yaşayış massivinin B blokunun 6-cı mərtəbəsində sahibi mərtəbənin ümumi dəhlizin bir hissəsi, eyvan, sirkulyasiya boşluğu, çöl və daxili divarlar və kolonların tutduğu sahə də daxil olmaqla brüt 278 m2 tikinti sahəsi olan 4 otaqlı dubleks, 145 saylı mənzil ilə təmin etməyi öhdəsinə götürmüşdür. Müqavilənin məbləği 625.000 manat müəyyən olunmuş dur. Həmin məbləğdən 125.000 manat hissəsi avans olaraq, qalan 500.000 manat hissəsi isə inşaatçının zaminliyi ilə alacağı bank krediti hesabına icra olunmalıdır. 3. 2014-cü ilin 27 oktyabr tarixində "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış müqaviləyə əsasən, ünvan 1 ünvanında yerləşən “X4” yaşayış kompleksindəki B blokunda 145 nömrəli mənzil ona məxsusdur. Müqavilə bağlanan tarixdən etibarən 2021-ci ilin aprel ayı da daxil olmaqla bütünü kommunal xərclər İddiaçı tərəfindən tam ödənilmişdir. İddiaçı hal-hazırda "xxxx" MTK-ya heç bir borcu yoxdur.

4. İddiaçı oğlu X13 ilə X21 qızı 14 mart 2015-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarında 10 mart 2016-cı il təvəllüdlü X16 adlı uşaqları doğulmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli 2(006) -1546/2021-ci il tarixli qətnaməsi ilə X13 ilə X21 qızı arasında 14 mart 2015-ci il tarixdə bağlanmış və Bakı nikah evi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 225 nömrə ilə qeyd edilmiş nikahın pozulması, 10 mart 2016-cı il təvəllüdlü X11 anası Cavabdeh2 yanında qalmasının müəyyən edilməsi, X3 10 mart 2016-cı il təvəllüdlü X11 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay qazancının (başqa gəlirlərinin) ¼ (dörddə bir) hissəsi miqdarında alimentin tutularaq Cavabdeh2 ödənilməsi qət edilmişdir.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-101/2022 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdehlər X12 və İddiaçı qarşı ("xxxx" MTK və "xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələ b irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «pul» tələbinə dair iddiası qismən təmin edilmiş, təmir xərci olaraq 639.057,5 manat və bu məbləğə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış faiz borcu kimi 45.267 manat, borc olaraq 510.000 manat və bu məbləğə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış faiz borcu kimi 36.125 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 15 manatı, cəmi 1.230.464,5 manat məbləğində pulun cavabdehlər X5 və İddiaçı müştərək qaydada tutularaq Cavabdeh1 ödənilməsi qət edilmiş, iddia digər hissədə rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

6. Birinci iş üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Sadıqlı (Məmmədova) Aidə Loğman qızına qarşı “mənzilin təhvil verilməsi və dəymiş zərə rin ödənilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MTK-nın inşa etdiyi ona məxsus olan ünvan 2 ünvanında yerləşən “X4” yaşayış kompleksinin B blokunun 145 saylı mənzilindən cavabdehin çıxarılaraq mənzilin ona təhvil verilməsi, 2019-cu ilin avqust ayından hesablanmaqla mənzilin ona təhvil verildiyi gündəək hər ay üçün 5000 manat pul vəsaitinin cavabdehlərdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, 2014-cü ildə Cavabdeh1 qızı Aidə Məmmədova ilə oğlu Sadıqlı Ülvi nişanlanmışdır. Onlar nişanlandıqdan qısa zaman keçmişdir ki, Cavabdeh1 toy etməyi tələb etmişdir. Bildirdi ki, uzun müddət nişanlı qalmaq yaxşı əlam ət deyil. Həyat yoldaş ona təklif etmişdir ki, hazırda yaşadıqları ev ikimərtəbəli, normal təmirlidir. Toydan sonra bir müddət onlarla bir yerdə yaşayarlar ki, ailə kimi birbirilərinə uyğunlaşsınlar. Cavabdeh1 qəti şəkildə etiraz edərək bildirdi ki, onun qızı ailə ilə bir yerdə yaşaya bilməz. Bu səbəbdən iddiaçının həyat yoldaşı Loğmanın qardaşı Ramizlə görüşərək ondan Loğmanı razı salmasını xahiş etmişdir. Səhəri gün Ramiz həyat yoldaşına zəng vuraraq dedi ki, bir yerdə yaşamaq alınası şey deyildir. Bu zaman həyat yoldaşı Loğmana bildirmişdir ki, Prezident Administrasiyası tərəfindən ona Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 3 ünvanında 4 otaqlı mənzil verilib, hazırda binada təmir işləri gedir. Heç olmasa təmir işləri bitənə qədər toy ləngiməsin. Bu məqsədlə Loğmanı həmin binada yerləşə n mənzilə baxmağa aparmışlar. Mənzilə baxdıqdan sonra Loğman bildirmişdir ki, hələ burada təmir işlərinin yekunlaşmasına çox var, bu vaxta qədər toyu ləngitmək olmaz. Loğmana həmin binanın yaxınlığında inşa edilən binadan dah bir mənzil olduğunu, onun da hələ hazır olmadığını bildirmiş və ondan mənzillərdən birində təmirtikinti işləri başa çatanadək toyu təxirə salmalarını xahiş etmişlər. Cavabdeh1 həyat yoldaşı ilə birlikdə həmin mənzilə baxdıqdan sonra, Cavabdeh1 həmin mənzilin də tikinti işlərinin gec başa çatacağını bildirərək, başqa mənzil almaqlarını dolayısı ilə tələb etmişdir. Çarəsiz qalıb mənzil axtarmağa başlamışlar. Cavabdeh1 qızı, onun keçmiş gəlini Aidə Məmmədovanın oğluna təkidi ilə "xxxx" MTK-nın inşa etdiyi ünvan 4 ünvanında yerləşən “X4” yaşayış kompleksinin B blokunda 4 otaqlı 278 kv.m sahəsi olan 145 saylı mənzili 625.000 manata almışlar. Onun bir qızı və bir oğlu var. Həyat yoldaşı uşaqların yaxın yaşamasını istəmiş və Yasamal rayonunda qeyd olunan ünvanlardakı kooperativ mənzilləri ailənin gələcək planlarına uyğun olaraq almışlar. Artıq bu planın pozulduğunu, oğullarının onlara məxsus olan mənzillərdə yaşayası olmadığını görüb, qızları üçün də həmin binadan eyni sahəədn olan ibarət olan 140 nömrəli mənzili almışlar ki, qardaşbacı eyni binada yaşasınlar. Qızının həyat yoldaşı atasına məxsus ünvan 6 ünvanında olan mənzili 130000 manata sataraq onlar üçün aldıqları mənzili təmir etdirməyə başlamışlar. Cavabdeh1 da onun oğlu ilə qızının yaşayacağı mənzili öz təşəbbüsü ilə gənclərə hədiyyə kimi təmir etdirməyə başladı. 2015-ci il fevral ayının axırlarına ya xın Cavabdeh1 mənzili təmir etdirərək, cehiz əşyalarını yerləşdirməklə yaşayış üçün hazır vəziyyətə gətirmişdir. Hər iki mənzil onun adına sənədləşdirilməklə "xxxx" ASC-də girov qoyulmuşdur. Mənzillərin alışı üçün ilkin olaraq hər birinə görə 125000 manat pul ödənilməli, qalan məbləğ isə kredit kimi aylıq ödənilməli idi. Hər mənzilə görə binanın altında yerləşən dayanacaqdan hər biri 35000 manat dəyərində olan 2 dayanacaq yeri də almışlar. Həm mənzillər, həm də qarajlar üçün ümumilikdə 1.478.750 manat pul ödənilmişdir. Qeyd oluna 145 nömrəli mənzildə təmir yekunlaşdığı üçün toy hazırlığına başlanmışdır. xx.xx.2015-ci il tarixində toy oldu. Cavabdeh1 qızının təkidi ilə şadlıq sarayında əlavə bəzək işləri aparılmasına və müğənnilərin iştirakına əlavə olaraq 120000 manat civarında pul xərclən mişdir. Qız-oğlan toyu bir yerdə keçirildiyi üçün əlavə xərclərin yarıya bölünəcəyini düşünsələr də, lakin toyun sonunda Cavabdeh1 onun tərəfindən qonaqların az olduğunu bildirirək əlavə çəkilmiş xərclərin 30 faizini ödəyəcəyini bildirdi və toydan da külli miqdarda ziyan yarandı. Toydan bir müddət sonra oğlu atasına bildirmişdir ki, Cavabdeh1 onlara **UA-*** dövlət nömrə nişanı hədiyyə etmişdir. Həyat yoldaşı buna ehtiyac olmadığını, onun özünün idarə etdiyi maşının dövlət nömrə nişanı olduğunu bildirərək etiraz etmişdir. Cavabdeh1 yenidən onları borc qarşısında qoymuşdur. Belə ki, Loğmanın hədiyyə etdiyi yeni nömrəyə görə yeni maşın alası olmuşlar. Yenidən "xxxx"ASC-dən 108500 ABŞ dolları məbləğində kredit götürərək “Mercedes Benz G63 Class” markalı yeni maşın almışlar. Həmin avtomobil ba nk faizləri ilə birlikdə onlara 260000 ABŞ dollarına başa gəlmişdir. Bundan əlavə Cavabdeh1 və ailə üzvlərinin təkidi ilə toy üçün alış-veriş və gənclərin xarici ölkələrə istirahət səfərləri də xeyli xərc aparmışdır. Bunun nəticəsinə 2015-ci ilin sonlarına yaxın kreditlərin ödənilməsində problemlər yaranmışdır. Bundan sonra Cavabdeh1 təklifi əsasında ünvan 2 ünvanında yerləşən “X4” yaşayış kompleksinin B blokunun 140 saylı mənzilinin qiymətini 974000 ABŞ dolları qiymətləndirməklə borcun əvəzinə Cavabdeh1 verməyə razılaşmışlar. 2017-ci ilin oktyabr aynda qeyd edilən mənzili Cavabdeh1 təklifi ilə bacısı oğlu X6 adına rəsmiləşdirmişlər. Hazırda cavabdehlə aralarında hər hansı qohumluq münasibətləri qalmamışdır. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdehlə oğlu Ülvi Sadıqlı arasında olan nikah pozulmuşdur. 2019-cu ilin avqust ayında oğlu Ülvi Sadıqlı mübahisələndirilən mənildən çıxdıqdan sonra mənzilin giriş qapısının kilidləri cavabdeh tərəfindən dəyişdirilmiş və o evə daxil ola bilməmişdir. Həmin vaxtdan bu günədək ailə üzvlərindən heç kim, o cümlədən mülkiyyəçi kimi o, özünə məxsus mənzildən istifadə edə bilmir. 2019-cu ilin avqust ayında bu günədək mənzildən cavabdehlər istifadə etməklə bəhrələnirlər. Hətta oğlu Ülvi Sadıqlının əşyaları qeyd edilən mənzildə qalmışdır. Mənzildən mülkiyyətçi kimi sahiblik və istifadə hüququndan cavabdeh tərəfindən məhrum edilməsinə baxmayaraq mənzlin bütün kommunal xərcləri bu günədək onun tərəfindən ödənilmişdir.

8. Birinci instansiya məhkəməsində cavabdehlər iştirak etməmişlər.

9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3489/2021 nömrəli, 27 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim V.Ş.Quliyev) iddia qismən təmin edilmiş, cavabdehlər X8 və Cavabdeh1 ünvan 1 ünvanında yerləşən “X4” yaşayış kompleksindəki B blokunda yerləşən 145 nömrəli mənzildən çıxarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı ünvan 1 ünvanında yerləşən “X4” yaşayış kompleksindəki B blokunda yerləşən 145 nömrəli mənzilin mülkiyyətçisidir. Cavabdeh Sadıqlı (Məmmədova) Aidə Loğman qızının həmin mənzildən istifadə hüququ yoxdur. İddia ərizəsinin məzmunundan və məhkəmə iclasında iddiaçı tərəfin verdiyi izahatdan o da məlum olmuşdur ki, digər Cavabdeh1 da həmin mənzildən istifadə edir. Bununla belə həmin mənzildə yaşamasına dair hər hansı bir əsas yoxdur.

11. Məhkəmə hesab etmişdir ki, cavabdeh X8 ilə X7 nikah münasibətlərində olduğu dövrdə həmin evə mülkiyyətçinin razılığı ilə qeydiyyata düşməsinə dair cavabdeh tərəfindən sübut təqdim edilməmişdir.

12. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdehin həmin mənzilə istifadə hüququ ilə bağlı Daşınmaz əmlakın dövlət reyestrində hər hansı qeydiyyat da aparılmamışdır. İddia ərizəsinin məzmunundan və məhkəmə iclasında iddiaçı tərəfin verdiyi izahatdan o da məlum olur ki, digər Cavabdeh1 da həmin mənzildən istifadə edir. Bununla belə həmin mənzildə yaşamasına dair hər hansı bir əsas yoxdur.

13. Məhkəmə toplanmış sübutlar əsasında qeyd etmişdir ki, cavabdehlərin iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən “X4” yaşayış kompleksindəki B blokunda yerləşən 145 nömrəli mənzil də yaşaması mülkiyyətçi kimi İddiaçı öz hüquqlarını real surətdə hüquqi cəhətdən realizə etmək imkanını məhududlaşdırır.

14. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, X8 ünvan 1 ünvanında yerləşən “X4” yaşayış kompleksindəki B blokunda yerləşən 145 nömrəli mənzildən çıxarılmalıdır. Məhkəmə iddia tələbinin 2019-cu ilin avqust ayından hesablanmaqla mənzilin ona təhvil verildiyi günədək hər ay üçün 5000 manat pul vəsaitinin cavabdehlərdən tutularaq onun xeyrinə ödənilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı qeyd edilən məbləğin müəyyən edilməsinin əsasları və hesablanması qaydası ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etmədiyindən iddia tələbi qeyd edilən hissədə təmin edilməməlidir.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Mə cəllə) 152, 228.1, 228.2, 228.5, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 may 2008-ci il tarixli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli Qərarlarına, Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 77.1, 78.1, 80, 81, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

16. İkinci iş üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı «mənzilə istifadə hüququnun tanınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun "xxxx" MTK-nın inşa etdiyi ünvan 7 ünvanda yerləşən «X4» yaşayış kompleksinin B blokunda 4 otaqlı 278 m2 sahəsi olan 145 saylı mənzildən istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir..

17. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, xx.xx.2015-ci ildə Səadət sarayı Bakı nikah evində 225 saylı akt qeydi ilə rəsmiləşən nikahla İddiaçı oğlu X13 ilə ailə qurmuşdur. Həmin nikahdan xx.xx.2016-cı il təvəllüdlü Nail adlı oğulları dünyaya gəlmişdir. 2015-ci ildə "xxxx" MTK-dan İddiaçı adına alınmış ünvan 8 ünvanda yerləşən «X4» yaşayış kompleksinin B blokunda 4 otaqlı 278 m2 sahəsi olan 145 saylı mənzilə köçmüşdür və hazırda da həmin mənzildə oğlu xx.xx.2016-cı il təvəllüdlü Sadıqlı Nail ilə yaşayır. Bu barədə "xxxx" MTK arayışını əlavə edir. Həmin mənzilin tam təmirini və ev, məişət əşyalarının alınmasını atası Cavabdeh1 həyata keçirmişdir. Mənzildə olan bütün mebel, məişət, ev əşyaları ona və atası Cavabdeh1 məxsusdur. Mənzildə İddiaçı və oğlu X9 aid olan heç nə yoxdur. Atası Cavabdeh1 "xxxx" MTK-nın inşa etdiyi ünvan 7 ünvanda yerləşən «X4» yaşayış kompleksinin B blokunda 4 otaqlı 278 m2 sahəsi olan 145 saylı mənzilin təmir işlərinə 850.000 manat, mənzilin məişət əşyalarına görə 115.000 manat, cəmi 965.000 manat pul xərcləmişdir. İddiaçı və onun həyat yoldaşı X10 atası ilə razılaşmasına əsasən, o, həmin mənzilə köçdükdən bir müddətdən sonra mənzilə çəkilmiş xərcləri tam olaraq atasına ödəməli idilər. Lakin İddiaçı və onun həyat yoldaşı X14 həmin xərclərin ödənilməsini müxtəlif bəhanələrlə yubatmış, son olaraq isə söz vermişlər ki, mənzilin təmir xərclərini onunla X13 arasında olan nikah pozulduğu halda atası Cavabdeh1 ödəyəcəklər. Hazırda onu nla X13 arasında nikah pozulmuşdur, amma İddiaçı və onun həyat yoldaşı X14 mənzilin təmin xərclərini atam Cavabdeh1 ödəməkdən imtina edirlər. Bundan başqa, atası Cavabdeh1 "xxxx" MTK-nın inşa etdiyi ünvan 7 ünvanda yerləşən «X4» yaşayış kompleksinin B blokunda 4 otaqlı 278 m2 sahəsi olan 145 saylı mənzilin alınması üçün də pul ödəmişdir. Belə ki, X14 və İddiaçı "xxxx" MTK-nın inşa etdiyi ünvan 7 ünvanda yerləşən «X4» yaşayış kompleksinin B blokunda 4 otaqlı 278 m2 sahəsi olan 145 saylı mənzilin alınması üçün "xxxx" ASC ilə kredit müqaviləsi bağlamışdırlar. 2017-ci ildə isə onların mənzilə görə kredit borcları yaranmışdır. Həmin vaxt "xxxx" ASC hətta borcun tutulması tələbi ilə cavabdehləri məhkəməyə vermiş və məhkəmə borcun tutulması barədə qərar da çıxarmışdı. Buna görə də, X14 və İddiaçı atasından onların əvəzinə mənzilin kredit ödənişlərini "xxxx" ASC-yə həyata keçirməyi xahiş etmiş və mənzilə görə borc ödənildikdən sonra pulu 1 il ərzində geri qaytaracaqlarına söz vermişlər. Buna görə də, atası Cavabdeh1 onlara inanaraq, "xxxx" MTK-nın inşa etdiyi ünvan 7 ünvanda yerləşən X4 yaşayış kompleksinin B blokunda 4 otaqlı 278 m2 sahəsi olan 145 saylı mənzilə görə İddiaçı əvəzinə, qaytarılması şərti ilə, "xxxx" ASC-yə 510.000 manat pul ödəmişdir. Bu vəsaitləri atası Cavabdeh1 tərəfindən şəxsən və onun tapşırığı və vəsaiti hesabına işçiləri tərəfindən "xxxx" ASC-yə nağd ödənilmişdir. Bunları təsdiq edən ödəniş qəbzləri vardır. Həmin vəsaitləri də X14 və İddiaçı atası Cavabdeh1 indiyədək geri qaytarmamışlar. Yuxarıda qeyd edilmiş təmir xərcləri və mənzilə görə "xxxx" ASC-yə ödəni lmiş pul vəsaitlərinin X14 və İddiaçı tutulması üçün atası Cavabdeh1 məhkəməyə müraciət etmişdir, həmin iş hazırda Nəsimi rayon Məhkəməsinin icraatındadır (iş 2(006)101/2022, X19). Həmin iş üzrə keçirilmiş ekspert rəyi təmir üçün üçün atam Cavabdeh1 külli mirdarda vəsait xərclədiyini təsdiq edir. Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun 27 may 2008-ci il tarixli qərarında Azər baycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair hüquqi mövqeyinə görə, «MM-in 228.5-ci maddəsində təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Həmin müddəanın mənasına görə mülkiyyətçi ilə birgə yaşayan əri, arvadı, valideynləri və uşaqlarının onunla bərabər yaşayış sahəsindən istifadə hüququ onların mülkiyyətçinin, icazəsi ilə yaşayış binasının tərkib hissəsinə köçərək orada daimi yaşamaqdan asılıdır.» «Göstərilən normaların müddəaları ilə digər məsələrlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onların tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də bo rcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır.

18. Birinci instansiya məhkəməsində cavabdehin vəkili və nümayəndəsi iddianı qəbul etmədiyini bildirmişdir.

19. Bakı şəhəri Nəsimi Rayon Məhkəməs inin e-2(006)-1570/2022 nömrəli, 17 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim C.Ə.Tağıyev) iddia rədd edilmişdir.

20. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarından görünür ki, tərəflər arasında münasibətlər 2009-cu ilin oktyabrın 1-dən sonra yaranmışdır. Başqa sözlə, iddiaçı 2015-ci ildə "xxxx" MTK-dan cavabdeh, qaynanasının adına alınmış ünvan 9 ünvanda yerləşən X4 yaşayış kompleksinin B blokunda 4 otaqlı 278 kv m. Sahəsi olan 145 saylı mənzilə köçmüş, iddiaçı cavabdehlə birlikdə mübahisəli yaşayış evindən onun ailə üzvü kimi istifadə etmək və özünün saxlanılmasını tələb etmək hüquqları yaranmamışdır. Başqa sözlə, ailə qanunvericiliyinin müvafiq normalarında əmək qabiliyyəti olan gəlin “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxil edilməmişdir. İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallar sübuta yerilməmişdir.

21. Məhkəmə öz mövqeyin Mənzil Məcəlləsinin 30.4, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 may 2008-ci il tarixli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2 və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarlarına, MPM-in 9.1, 9.3, 14.2, 88, 217.1, 217.3, 217.4, 218.1, 218.3 və 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

22. Cavabdehlər Cavab deh1 və Cavabdeh2 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3489/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayətləri verərək və qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2014-cü ilin sentyabr ayında Cavabdeh1 qızı Aida Məmmədova ilə iddiaçının oğlu Sadıqlı Ülvi nişanlanmışlar. xx.xx.2015-ci ildə gənclərin toy mərasimi keçirildikdən sonra yaşamaq üçün, iddiaçıya məxsus, "xxxx" MTK-nın inşa etdiyi, ünvan 10 ünvanda yerləşən “X4” yaşayış kompleksinin B blokunda yerləşən 4 otaqlı, 278 kv.m sahəsi olan 145 saylı mənzilə köçmüşlər. İddia ərizəsində qeyd edildiyi kimi, Cavabdeh1 və ailəsinin, eləcə də qardaşı Ramiz Məmmədovun və bacısı oğlu, onların biznes şəriki Babək İsmayılovun və onun anası Həqiqət İsmayılovanın pul və sərvət hərisliyi, başqalarına, o cümlədən, iddiaçının ailəsinə alçaldıcı münasibət bəsləmələri, dəfələrlə onları təhqir və təhdid etmələri, evliliklərinin ilk vaxtlarından etibarən, daim gənclərin ailə münasibətlərinə yersiz müdaxilə və manipulyasiya etmələri, Ülvi Sadıqlı və Cavabdeh2 arasında ailə-məişət zəmnində baş verən narazılıqlara, münaqişələrə, ailə münasibətlərinin son dərəcə gərginləşməsinə və nəticədə 2019-cu ildə ailənin faktiki olaraq pozulmasına gətirib çıxarmışdır. Cavabdeh 2020-ci ilin dekabr ayında X9 qarşı nikahın pozulması tələbinə dair Nəsimi Rayon Məhkəməsində iddia qaldırmışdır. Nəsimi Rayon Məhkəməsinin 2(006)-1546/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ilə nikah pozulmuşdur. 2019-cu ilin avqust ayında Ülvi Sadqlı mübahisələndirilən evdən çıxdıqdan sonra mənzilin giriş qapısının kilidləri cavabdehlər tərəfindən dəyişdirilmiş, bu günədək nə Ülvi Sadıqlı, nə də iddiaçı o evə daxil ola bilmir. 2019- cu ilin avqust ayından bu günədək mənzildən cavabdehlər istifadə etməklə bəhrələnirlər. X18 bütün şəxsi əşyaları belə qeyd edilən mənzildə qalmışdır. Mənzildən mülkiyyətçi kimi sahiblik və istifadə hüququndan cavabdeh tərəfindən məhrum edilməyinə baxmayaraq, mənzil alındığı vaxtdan hal-hazıradək bütün kommunal xərclər də iddiaçı tərəfindən ödənilir. Məhkəmə qətnamə qəbul edərkən iddia tələbinin təmin edilmədiyi hissəsinə münasibətdə bildirir ki, iddia tələbinin 2019-cu ilin avqust ayından hesablanmaqla mənzilin iddiaçıya təhvil verildiyi gündək hər ay üçün 5000 (beş min) ma nat pul vəsaitinin cavabdehlərdən tutularaq onun xeyrinə ödənilməsi hissəsi ilə bağlı iddiaçı qeyd edilən məbləğin müəyyən edilməsinin əsasları və hesablanması qaydası ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etmədiyindən iddia tələbi qeyd edilmə hissədə təmin edilməməlidir. Cavabdeh tərəfindən mübahisələndirilən mənzilin aylıq kirayə haqqının daha aşağı olması barədə məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Həmçinin iş üzrə zəruri sübutların toplanması üçün məhkəmə şərait yaratmamışdır. İş materiallarına əlavə edilmiş müqavilənin surətindən göründüyü kimi, mənzil şəhərin mərkəzi ünvanında yerləşməklə 274 kv.m sahədən ibarətdir. Mənzilin faktiki olaraq cavabdehlərin istifadəsində və sahibliyində olmasına məhkəmə tərəfindən hüquqi qiymət verilsə də, cavabdehlərin hansı əsasla mənzildən istifadə etmələri məhkəmə tərəfindən aydınlaşdırılmamışdır.

24. İddiaçı Cavabdeh2 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1570/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X13 ilə "xxxx" MTK-nın inşa etdiyi ünvan 8 ünvanda yerləşən X4 yaşayış kompleksinin B blokunda 4 otaqlı 278 kv.m. sahəsi olan 145 saylı mənzilə köçmüşdür və hazırda da həmin mənzildə xx.xx.2016-cı il təvəllüdlü – Sadıqlı Nail ilə həmin mənzildə yaşayır. İş materiallarında iddiaçının mübahisəli mənzildə yaşaması barədə "xxxx" MTK-nın arayışı vardır. Mübahisəli - ünvan 8 ünvanda yerləşən X4 yaşayış kompleksinin B blokunda 4 otaqlı 278 kv.m. sahəsi olan 145 saylı mənzilin alınması üçün cavabdeh İddiaçı "xxxx" ASC ilə kredit müqaviləsi bağlamış və mənzilə görə kredit borcları yaranmışdı. Həmin vaxt "xxxx" ASC-in iddiası əsasında Nəsimi rayon məhkəməsi borcun tutulması barədə qərar da çıxarmışdı. Mənzilin dəyərini ödəmək üçün İddiaçı və həyat yoldaşı X14 atamdan onların əvəzinə mənzilin 500 min manatdan çox kredit ödənişlərini "xxxx" ASC-yə həyata keçirməyi xahiş etmiş və mənzilə görə borc ödənildikdən sonra pulu 1 il ərzində geri qaytaracaqlarına söz vermişlər. Həmçinin, həmin mənzilin tam təmirini və ev, məişət əşyalarının alınmasını da iddiaçının ailəsi, atası Cavabdeh1 həyata keçirmişdir. Mənzildə olan bütün mebel, məişət, ev əşyaları iddiaçıya məxsusdur. Mənzildə İddiaçı və oğlu X9 aid olan heç nə yoxdur. İ ddiaçının ailəsi tərəfindən mübahisəli mənzilin təmir işlərinə 850000 (səkkiz yüz əlli min) manat, mənzilin məişət əşyalarına görə 115000 züy) on beş min) manat, cəmi 965000 (doqquz yüz altmış beş min) manat pul xərclənmişdir. Qeyd edilmiş təmir xərcləri və mənzilə görə "xxxx" ASC-yə ödənilmiş pul vəsaitlərinin X14 və İddiaçı tutulub iddiaçının atası Cavabdeh1 ödənilməsi barədə Nəsimi rayon məhkəməsi (X19) 2(006)- 101/2022 saylı xx.xx.2022-ci il tarixli qətnamə çıxarmışdır. Cavabdeh İddiaçı və onun həyat yoldaşı X14 həmin xərcləri ödəməmişlər. Buna görə də, əslində, cavabdeh İddiaçı mənzilə mülkiyyət hüququ da mübahisəlidir, çünki mənzilin dəyərini faktiki olaraq iddiaçının atası Cavabdeh1 ödəmişdir. Məhkəmədə iddiaçının mübahisəli mənzilə istifadə hüququnun olması sübut olunmuşdur. Belə o lan halda, məhkəmə tamamilə əsassız olaraq iddia tələblərini təmin etməmişdir.

26. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5426/2022 saylı 29 sentyabr 2022-ci il tarixli qərardadı ilə mülki işlər bir icraatda birləşdirilmişdir.

27. Bakı Apellyasiya Məhkəməsinin (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1419/2022 nömrəli, 29 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.V.Tanrıvediyev (sədrlik edən və məruzəçi), İ.S.Şirinov və C.A.Yusifov) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)3489/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi yoxlanılan hissədə və Bakı şəhəri Nəsimi Rayon Məhkməməsinin e-2(006)-1570/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

28. Apellyasiya instansiyası məhkəməsi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3489/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə münasibət bildirərək qeyd etmişdir ki, İddiaçı ünvan 1 ünvanında yerləşən “X4” yaşayış kompleksindəki B blokunda yerləşən 145 nömrəli mənzilin mülkiyyətçisidir. Cavabdeh Sadıqlı (Məmmədova) Aidə Loğman qızının həmin mənzildən istifadə hüququ yoxdur. İddia ərizəsinin məzmunundan və tərəflərin izahatlarından o da məlum olmuşdur ki, digər Cavabdeh1 da həmin mənzildən istifadə edir. Bununla belə həmin mənzildə yaşamasına dair hər hansı bir əsas yoxdur.

29. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh X8 İddiaçı oğlu X13 ilə 14 mart 2015-ci il tarixdə rəsmi nikaha daxil olmuş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1546/2021 saylı, 03 may 2021-ci il tarixli qətnaməsi ilə n ikah pozulmuşdur.

53. Kollegiya hesab edir ki, cavabdeh X8 ilə X7 nikah münasibətlərində olduğu dövrdə həmin evə mülkiyyətçinin razılığı ilə qeydiyyata düşməsinə dair cavabdeh tərəfindən sübut təqdim edilməmişdir.

30. İş materiallarından görünür ki, cavabdehin həmin mənzilə istifadə hüququ ilə bağlı Daşınmaz əmlakın dövlət reyestrində hər hansı qeydiyyat da aparılmamışdır.

31. Kollegiya iş materiallarına və apellyasiya şikayətlərinin dəlillərinə qiymət verərək, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və qeyd etmişdir ki, cavabdehlərin iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən “X4” yaşayış kompleksindəki B blokunda yerləşən 145 nömrəli mənzildə yaşaması mülkiyyətçi kimi İddiaçı öz hüquqlarını real surətdə hüquqi cəhətdən realizə etmək imkanını məhududlaşdırır.

32. Kollegiya belə nəticəyə gəlmişdir ki, X8 ünvan 1 ünvanında yerləşən “X4” yaşayış kompleksindəki B blokunda yerləşən 145 nömrəli mənzildən çıxarılmasına dair birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.

33. Apellyasiya instansiyası məhkəməsi Bakı şəhəri Nəsimi Rayon Məhkməməsinin e2(006)-1570/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən verilən apellyasiya şikayətinə münasibət bildirərək qeyd etmişdir ki, iddiaçı tələbinin və apellyasiya şikayətinin maddi əsası kimi Mülki Məcəllənin 228.5-ci maddəsinə istinad etmişdir.

34. İş materiallarından görünür ki, tərəflər arasında münasibətlər 2009-cu il oktyabrın 1dən sonra yaranmışdır. Başqa sözlə, iddiaçı 2015-ci ildə "xxxx" MTK-dan cavabdeh, qayınanası İddiaçı adına alınmış ünvan 7 ünvanda yerləşən X4 yaşayış kompleksinin B bl okunda 4 otaqlı 278 m2 sahəsi olan 145 saylı mənzilə köçmüşdür.

35. Kollegiya qeyd etmişdir ki, göründüyü kimi iddiaçı ailə qanunvericiliyinin müvafiq normalarında əmək qabiliyyəti olan gəlin “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxil edilməmiş, həmçinin qaynananın gəlinini saxlamaq vəzifəsi müəyyən olunmamışdır. Belə olan halda iddiaçı cavabdehlə birlikdə mübahisəli yaşayış evindən onun ailə üzvü kimi istifadə etmək və özünün saxlanılmasını tələb etmək hüquqları yaranmamışdır. Başqa sözlə, ailə qanunvericiliyinin istinad edilən müvafiq normalarında əmək qabiliyyəti olan gəlin “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxil edilməmişdir.

36. Kollegiya həmçinin X2 ünvan 11 ünvanda yerləşən «X4» yaşayış kompleksindəki B blokunda yerləşən 145 nömrəli mənzildən çıxarılmalarına dair İddi açı iddiasının qismən təmin edilməsinə dair Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)- 3489/2021 saylı qətnaməsinin mövcudluğunu da nəzərə almış və qeyd etmişdir ki, iddia tələbinin məzmunundan da görünür ki, hazırkı tələb mahiyyəti üzrə əsaslandırılmasından daha çox iddiaçının atasının cavabdeh və onun həyat yoldaşı ilə aralarında mübahisəli mənzilin təmiri, alınmış əşyaların dəyəri, bank kredit ödənişləri ilə bağlı aralarında yaranmış pul mübahisələri ilə əlaqələndirmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: a) Kassasiya şikayətinin dəlilləri

37. X21 qızı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

38. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 228.5.-ci maddəsini pozmuşdur. İş materiallarına əsasən, iddiaçı Cavabdeh2 Loğman qızı cavabdeh İddiaçı oğlu X20 oğlu ilə xx.xx.2015-ci ildə Səadət sarayı Bakı nikah evində 225 N-li qeydi ilə rəsmiləşən nikahla ailə qurmuş və birlikdə "xxxx" MTK-nın inşa etdiyi Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsi ev 30 ünvanda yerləşən X4 yaşayış kompleksinin B blokunda 4 otaqlı 278 kv.m. sahəsi olan 145 saylı mənzilə köçmüşdür və hazırda da həmin mənzildə oğlu xx.xx.2016-cı il təvəllüdlü – Sadıqlı Nail ilə həmin mənzildə yaşayır. Məhkəmədə sübut olunmuşdur ki, mülkiyyətçinin oğlu ilə birgə yaşamış iddiaçının yaşayış binasının tərkib hissəsindən isti fadə hüququ mülkiyyətçi ilə etibarlı ailə əlaqələri əsasında yaranmışdır. Bundan başqa Mənzil Məcəlləsinin 30.4.-cü maddəsi düzgün tətbiq edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi nəzərə almamışdır ki, hazırki birləşdirilmiş iş üzrə hər 2 iddianın predmetlərini də məhz mənzilə istifadə hüququnun tanınması və mənzildən çıxarılma təşkil etmişdir, yəni bu işdə iddiaçı Cavabdeh2 Loğman qızının mübahisəli mənzildən ən azından müəyyən müddətə saxlanılması məsələsi həll edilməli idi. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh2 mübahisəli mənzilə istifadə hüququnun saxlanılması üçün əsasların olub-olmamasını, işin hüquqi əhəmiyyət kəsb edən bütün hallarını araşdırmamışdır. Məhkəmə kollegiyası Cavabdeh2 mübahisəli mənzilə istifadə hüququnun saxlanılması üçün əsasları yoxlasa idi, belə əsasların old uğunu müəyyən edə bilərdi. Belə ki, iddiaçı heç bir yerdə işləmir, xx.xx.2016-cı il təvəllüdlü – Sadıqlı Nail ilə mübahisəli mənzildə yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müda7iəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı DOST Mərkəzinin 28 aprel 2022-ci il tarixli **********5 saylı arayışından görünür ki, Cavabdeh2 Loğman qızı (Fİ9N: xxxxxxx) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müda7iəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin «Əmək müqaviləsi bildirişi» altsisteminə əsasən qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Bundan başqa, iddiaçı Cavabdeh2 Loğman qızının adına mülkiyyət hüququ ilə heç bir daşınmaz əmlak da yoxdur. Göründüyü kimi, maddi vəziyyəti ona kirayə ev tutmaq im kanı vermir. Bütün bunlar iddiaçının mübahisəli mənzilə istifadə hüququnun saxlanılması üçün əsasların olmasını göstərir. Beləliklə, Bakı Apellyasiya Məhkəməsi AR Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə istinad etsə də, əsassız olaraq həmin maddədə müəyyən edilmiş yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnu da tanımamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

39. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə:

40. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

41. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hə dlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

42. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

43. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mül kiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

44. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Mülki Prosessual Məcəllə:

45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri süb utları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irə li sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

50. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

51. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

53. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində əks olunan eyniməzmunlu dəlillərə qanunvericil iyə uyğun qaydada hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

54. Belə ki, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» 08 oktyabr 2013-cü il tarixli Qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

55. İşə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi Cavabdeh2 (Məmmədovanın) mübahisə predmeti olan mənzildən istifadə etmək hüququnun olmadığı qənaətinə gəlmiş və mövqeyini belə əsaslandırmışdır ki, yaşayış sahəsinə dair tərəflər arasındakı hüquq münasibətləri 2009-cu ildən sonra sonra yarandığı üçün həmin tələbə Mənzil Məcəlləsinin 30-cu maddəsi tətbiq olunmalıdır.

56. Həmin normaya əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər (§ 43-44).

57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüq uqun yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üz vləri” anlayışının əhatə dairəsinə daxildir.

58. Qeyd olunanlara əsasən, Cavabdeh2 (Məmmədovanın) mübahisəli mənzildən istifadə etmək hüququnun olmamasına dair qənaət qanuni və əsaslıdır.

59. Belə olan halda, Cavabdeh2 (Məmmədovanın) həmin yaşayış sahəsində mülkiyyətçinin iradəsinə zidd şəkildə yaşaması sonuncunun hüquqlarının əsassız şəkildə pozulması hesab edilir.

60. Mülki Məcəllənin 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

61. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin halları nın araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

62. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

63. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Sadıqlı (Məmmədova) Aidə Loğman qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1419/2022 nömrəli, 29 dekabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanıls

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar