Məhkəmə qərarları › İş №2(102)-1989/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1989/2024

05.08.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1989/2024 05.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Кollegiyasının İddiaçı Cavabdeh oğluna qarşı iddiası üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsindən məcburi çıxarılma və torpağın boşaldılaraq təhvil verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “cavabdehin torpaq sahəsindən məcburi qaydada çıxarılması və torpağın boşaldılaraq iddiaçıya təhvil verilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-671/2024 nömrəli, 29 fevral 2024-cü il tarixli qətnaməsin dən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında 5 avqust 2024-cü il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********03-10301 reyestr nömrəli çıxarışa əsasən ümumi sahəsi 119,6 kv metr olan, Gəncə şəhəri, Mərdan Musayev küçəsində yerləşən 3 nömrəli ev və həmin evin yerləşdiyi 0,04 ha torpaq sahəsi tam pay olmaqla İddiaçı (bundan sonra – iddiaçı) xüsusi mülkiyyətindədir.

2. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeyd iyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********66-10301 reyestr nömrəli çıxarışa əsasən ümumi sahəsi 169,3 kv metr olan, ünvan 1 ünvanı və həmin evin yerləşdiyi 0,04 ha torpaq sahəsi tam pay olmaqla Cavabdeh (bundan sonra – cavabdeh) xüsusi mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin ona məxsus ünvan 2 ünvanda yerləşən, zəbt edilmiş 86 kvadrat metr torpaq sahəsindən qaydada çıxarılması, torpağın boşaldılmaqla ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, mübahisəli torpağın yerləşdiyi 0,04 ha torpaq sahəsini 2020-ci ildə Yusif adlı şəxsdən almışdır. O, evi alan zaman Yusif Namiqi çağırıb bildirmişdir ki, “86 kv metr torpağı əlindən almır, indi torpağı satır, torpağı alan şəxs nə vaxt tələb etsə, torpağı qaytar”. Cavabdeh isə torpağı qaytarmaq istəmir. Ona görə də cavabdeh ona məxsus 85 kv metr torpaq sahəsindən çıxarılmalı və torpaq boşaldılmaqla ona təhvil verilməlidir. İddia ərizəsinə əlavə etdiyi texniki pasportdan da məlum olur ki, cavabdeh ona məxsus 85 kv metr torpaq sahəsindən gediş-gəliş yolu kimi istifadə edir.

5. Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçının ona məxsus olduğunu iddia etdiyi torpaq sahəsindən 10 ildən artıq müddətdir istifadə edir. Qonşusu olan iddiaçı torpaq sahəsinin bu yaxınlarda almış və və aldığı sahənin sərhədləri də ona məlum idi. İddi açıya məxsus torpaq sahəsinin əvvəlki mülkiyyətçisi həyətindən kəsib ona yol vermişdir. Mübahisəli ərazidən evinə gediş-gəliş yolu kimi istifadə edir, evinə gedib-gəlmək üçün alternativ yolu yoxdur. Ona görə də iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir.

6. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 oktyabr 2023-cü il tarixli, 316-16/2-10/6618 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli, **********03-10301 reyestr nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan ünvan 3 ünvanının yerləşdiyi 0,04 ha torpaq sahəsinin 74,0 kvadrat metr hissəsindən cavabdeh öz mülkiyyətində olan həyətyanı torpaq sahəsinə faktiki olaraq gediş-gəliş yolu kimi istifadə edir və iddiaçının adına qeydə alınmış **********03-1030 1 reyestr nömrəli texniki pasportun, torpaq sahəsinin planı səhifəsində bu barədə qeyd olunmuşdur.

7. Gəncə Şəhər Məhkəməsinin 2(125)-1966/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Z.İmanov) iddia tələbi qismən – İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 0,04 ha torpaq sahəsinin 74,0 kv metr hissəsindən cavabdehin çıxarılması və həmin torpaq sahəsinin iddiaçıya təhvil verilməsi hissəsində təmin edilmiş, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********03-10301 reyestr nömrəli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əml akın dövlət reyestrindən çıxarışa əsasən ümumi sahəsi 119,6 kv metr olan ünvan 3 və həmin evin yerləşdiyi 0,04 ha torpaq sahəsi tam pay olmaqla iddiaçının mülkiyyətindədir. Belə ki, iddiaçının mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət tərəfindən tanınmış və qeydiyyata alınmışdır,iddiaçıya məxsus mübahisəli torpaq sahəsinin qeyd olunan hissəsi faktiki olaraq cavabdehin qanunsuz istifadəsində və sahibliyindədir. Cavabdehin həmin torpaq sahəsinin göstərilən hissəsi üzərində heç bir hüquqları qeydiyyata alınmamışdır. Belə olduğu halda cavabdehin mübahisəli torpaq sahəsinin göstərilən hissəsi üzərində sahibliyi qanunsuzdur.

9. Məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********03-10301 reyestr nömrəli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əsasında iddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 0,04 ha torpaq sahəsinin 74,0 kv metr hissəsindən cavabdeh çıxarılmalı, həmin torpaq sahəsi iddiaçıya təhvil verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir.

10. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Mülki Məcəllənin (bundan sonra MM) 152.1, 152.2, 152.3, 157.1, 157.2, 157.4 və 164.1-ci, Torpaq Məcəlləsinin 84-cü və Mülki Prosessual Məcəllənin (bundan sonra MPM) 14.2, 77.1 və 88-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

11. Gəncə Şəhər Məhkəməsini n 13 dekabr 2023-cü il tarixli, 2(125)-1966/2023 saylı qətnaməsindən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsinin əvvəlki mülkiyyətçisi Asif ilə onun arasında razılıq əsasında hazırda mübahisələndirilən torpaq sahəsinin yol kimi istifadə edilməsi üçün onun istifadəsinə verilmişdir. Asif onun istifadəsinə verdiyi yol hissəsindən sonra özünə aid torpaq sahəsini mişar daşı ilə təcrid edərək ayırmışdır. Onun mülkiyyətində olan evə həmin yoldan başqa digər giriş-çıxış yolu yoxdur. Onun adına olan ev dövlət reyestrində qeydə alınarkən məhz qonşusu Asif tərəfindən onun yol kimi istifadəsinə verdiyi torpaq sahəsi gediş-gəliş yolu kimi nəzərdə tutulmuş və texniki pasportda da mülkün giriş-çıxış yolu olaraq əksini tapmışdır. Onun tərəfindən Asif adlı qonşusunun torpaq sahəsi onun özünün razılığı ilə servitut qaydasında yüklü edilmişdir. Belə olan halda məhkəmənin onun evinə giriş-çıxış yolunu kəsməsi barədə qərar çıxarması əsassız və qanunsuz olmuşdur.

13. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-671/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Loğman Süleymanov (sədrlik edən və məruzəçi), Şamil Rzaquliyev və Afiq Hüseynzadə) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhər Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, 2(125)-1966/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə mübahisələndirilən hissədə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, 2(125)-1966/2023 saylı qətnaməsi iddianın qismən təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

15. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

16. Kassasiya şikayətini apellyasiya şikayətinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikay ətinə qarşı etirazın dəlilləri

17. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

18. Maddə 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

19. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

20. Maddə Əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır.

21. Maddə 175.2. Sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər.

22. Maddə 175.3. Əgər torpaq sahəsi ilə artıq mövcud olmuş əlaqə xətləri mülkiyyətçinin özbaşına hərəkətləri nəticəsində ləğv edilərsə, zəruri yola və ya birləşdirici xəttə dözmək vəzifəsi əmələ gəlmir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

23. Maddə 84.Torpaq mülkiyyətçilərinin hüquqları qanunla qorunur. Azərba ycan Respublikasının Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

27. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddin də baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

29. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

30. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

31. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

32. Hazırkı kassasiya şikayətində cavabdeh qətnaməni tam mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğ v edilməklə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

34. İddianın qismən təmin olunması barədə birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşan apellyasiya məhkəməsi hesab etmişdir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Gəncə şəhəri, Mərdan Musayev küçəsi-3 ünvanda yerləşən yaşayış evi və həmin evin yerləşdiyi 0,04 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir, iş üzrə təyin edilmiş ekspertizanın rəyinə görə həmin torpaq sahəsinin 74 kv metr hissəsi cavabdehin qanunsuz sahibliyində və istifadəsindədir, cavabdeh 74 kv metr torpaq sahəsini boşaltmamaqla iddiaçının mülkiyyət hüququnu pozur, ona görə də cavabdehin bu qanunsuz hərəkətlərinin qarşısı alınmalı, iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququ bərpa olunmalıdır.

35. Mə hkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin göstərilən qənaəti mülki və mülki prosessual qanunvericiliyinin normalarının tələblərinə uyğun olmamışdır.

36. Belə ki, iddiaçının özü iddia ərizəsində və məhkəmə iclaaslarında verdiyi izahatlarında göstərmişdir ki, mülkiyyətində olan evi və evin yerləşdiyi 0,04 ha torpaq sahəsini 2020-ci ildə Yusif adlı şəxsdən satın almış, həmin vaxt evin 0,04 ha həyətyanı torpaq sahəsinin 86 kv metr hissəsi cavabdeh-qonşu Cavabdeh istifadəsində olmuş, sonuncu torpaq sahəsində gediş-gəliş yolu kimi istifadə etmiş və 86 kv metr torpaq sahəsində cavabdehin istifadəsi satıcı Yusif adlı şəxsin razılığı ilə olmuşdur.

37. İşə baxan apellyasiya məhkəməsi iddiaçının göstərdiyi bu xüsusatı diqqətdən qaçırmış, cavabdehin öz sahəsindən ictimai yola başqa keç idin olub-olmadığını müəyyən etməmiş, iş üzrə təyin edilmiş tikinti-texniki ekspertizasının rəyində də bu məsələ aydınlaşdırılmamışdır.

38. Məhkəmə nəzərə almamışdır ki, cavabdehin mülkiyyətində olan torpaq sahəsindən ictimai yola başqa keçidi yoxdursa, onun iddiaçı qonşudaqn əvəzi ödənilməklə zəruri keçid ayrılmasını tələb etmək, iddiaçının isə zəruri yola görə müvafiq kompensasiya tələb etmə hüququ vardır.

39. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadığından, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə iddianın təmin olunması barədə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz.

40. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunveri cilik aktları normalarının tələblərini nəzərə almadan, təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.

41. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kolleg iyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-671/2024 nömrəli iş üzrə 29 fevral 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılmasından ötrü apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar