Məhkəmə qərarları › İş №2(102)-1990/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-1990/2021

17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1990/2021 17.02.2021 ALİ MƏHKƏMƏ QƏRARDAD işin icraata qəbulundan imtina edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Xəlilov İsmayıl Kamil oğlu, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4830/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4830/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişdir. Şikayət olunan məhkəmə a ktı çıxarılarkən düzgün tətbiq edimədiyi iddia olunan hər bir maddi və prosessual hüquq norması sıralanmaqla göstərilməli və hər birinin qarşısında düzgün tətbiq ediməmənin nədən ibarət oduğuna dair mövqeni aydın şəkildə ifadə edən müvafiq izah verilməlidir. Belə ki, MPM-nin 408.1.5-ci maddəsinə əsasən kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə kassasiya şikayəti qaytarılır. Bu Məcəllənin 408.1.1. və 408.1.3-408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır (408.2). Ona görə də cavabdehin kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılma sı üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 404-1, 408.1.5 və 408.2-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4830/2020 nömrəli iş üzrə üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilsin və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar