Məhkəmə qərarları › İş №2(102)-1992/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1992/2023

12.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1992/2023 12.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı QƏRARİ Açar sözlər: əmlakın naturada ayrılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər X3 (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı, Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7346/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları

1. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-139/2019 s aylı qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilməklə, Cavabdeh ünvan 1 ünvanında yerləşən 701,4 kv.m.-dən ibarət qeyri-yaşayış sahəsinə mülkiyyət hüququna dair Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli RX seriyalı ******* saylı hüquqların X4 daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilmiş, Cavabdeh və X9 arasında həmin əmlaka dair bağlanmış xx.xx.2014-cü il alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş və Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqnda daşınmaz əmlakın dövlət reyestrin dən çıxarış ləğv edilmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ünvan 1 ünvanında yerləşən 701,4 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin bölünməsinə dair hissədə ləğv edilmiş, həmin hissədə Hüseynova (Vəliyeva) Humay Fərid qızının iddiası qismən təmin edilmiş, qeyri-yaşayış sahəsinə iddiaçının ½ hissədə mülkiyyət hüququ tanınmışdır.

2. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X4 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş Çıxarışın surətinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 19 A İddiaçı adına 1/2 hissə, Cavabdeh adına 1/2 hissə kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cav abdeh qarşı “əmlakın naturada ayrılması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən 701,4 kv.mdən ibarət qeyri-yaşayış sahəsi Vəliyev Hüseyn Vəli oğlu ilə birgə nikah dövründə əldə edilmiş əmlak olmuşdur. Tərəflər arasında olan nikah pozulduqdan sonra iddiaçı əmlak bölgüsü tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Nəsimi rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(006)-473/2014 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ünvan 2 (indiki ünvan 3 ünvanında yerləşən 701,4 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin yarı, ½ payına mülkiyyət hüququ tanınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cü il tarixli, 2(103)-139/2019 saylı qə tnaməsi və Ali Məhkəmənin MK-nın xx.xx.2020-ci il tarixli, 2(102)2942/2020 saylı qərarı ilə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(006)-473/2014 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş (********** Qeydiyyat nömrəli) Çıxarışa əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 19A ünvanında yerləşən 701,4 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin yarı, 1/2 payı mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. İddiaçının həmin Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 19A ünvanında yerləşən 701,4 kv.m-dən ibarət əmlak kompleksini cavabdehlə birlikdə istifadə etməsi mümkünsüzdür. Həmin əmlaka dair ümumilikdə 10 ilə yaxın bir müddətd ir ki, məhkəmə mübahisəsi gedir. Çünki iddiaçının keçmiş həyat yoldaşı illərdir ki, həmin əmlakın ona çatası hissəsini vermək istəmirdi. İddiaçı illərlə çəkən məhkəmə prosesinin nəticəsi olaraq həmin əmlaka dair payının müəyyən edilməsinə nail olmuşdur. Hazırda həmin əmlak keçmiş həyat yoldaşının faktiki nəzarətindədir. Həmin əmlakdan istifadə edə bilmir və birlikdə istifadə mümkünsüzdür. İllərdir ki, həmin əmlakdan gəlir əldə edilir və istismar edilir. Bu müddət ərzində də, hazırda da iddiaçının varlığı, mülkün yarı payının payçısı olduğu nəzərə belə alınmır. 2010-2020-ci illər üzrə ünvan 4 ünvanında yerləşən sahəsi 701,4 kv.m olan qeyri-yaşayış sahəsinin qazancı guya 7671,58 manat təşkil etmişdir. 2010- 2020-ci il tarixləri əhatə edən 10 illik dövr ərzində Bakı şəhərinin mərkəz yerləri ndən birində sənəd üzərində 701 kv-lik (həmin qeyri-yaşayış sahəsi hündür olduğundan müəyyən hissəsi iki mərtəbəli hala salınmışdır ki, bu da faktiki olaraq 1000-1500 kv.m- dən çox sahə edir) sahənin 7671,58 manat gəlir təşkil etməsi heç cür ağlabatan və reallığa uyğun deyil. Ona görə ki, 10 ili aylara bölsək (120 ay edir ki, 7671,58 manatı 120 aya bölsək (7671,58:120 =63,92 (altmış üç manat 92 qəpik)) sözügedən qeyri- yaşayış sahəsinin aylıq gəliri cəmi 64 manatdan az təşkil edir (bu da o deməkdir ki, iddiaçıya o böyüklükdə icarə sahəsindən hər ay üçün cəmi 32 manat qazanc düşür). Bu da tamamilə əsassız gəlir göstəricisidir. Belə bir rəqəm vergi və digər hallara görə edilmiş uydurma, həqiqəti ifadə etməyən rəqəmlərdir. Həmin əmlak kompleksi sənəd üzərində Cavabdeh adında olsa da, ona fak tiki nəzarəti keçmiş həyat yoldaşı etdiyindən, cavabdehlə birlikdə əmlakın istifadəsi mümkünsüzdür. Odur ki, əmlakının qeyri-qanuni sahiblikdən götürülməsi məqsədilə naturada bölünməsini istəyir. Göstərilənlərə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 19A ünvanında yerləşən 701,4 kv.mdən ibarət əmlak kompleksinin xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus 1/2 hissəsinin naturada ayrılıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

5. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə əlavə barədə ərizə təqdim edərək, Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 19A ünvanında yerləşən 701,4 kv.m-dən ibarət əmlak kompleksinin xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus ½ hissəsinin naturada ayrılıb iddiaçıya verilməsinə dair, mülkiyyətdə ol an əmlak kompleksi naturada bölündüyündən texniki sənədlər üzrə birgə ümumi istifadəsində olan sahələrin də naturada (ayrılması) bölünməsi və həmin ümumi istifadədə olan sahənin də 1/2 hissəsinin naturada ayrılıb iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Daha sonra, iddiaçı iddia ərizəsinə əlavə barədə ərizə təqdim edərək, Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 19A ünvanında yerləşən əmlak kompleksinin tikililərinə gedən asfalt örtüklü keçid yolunun “B” tikilisinə qədər olan hissəsinin ümumi istifadədə saxlanılmaqla, “A” tikilisi ilə “B” tikilisi arasındakı asfalt örtüklü sahədə sərhəd divarları hörülməklə və bölünmüş sahələrə ayrı-ayrılıqda giriş-çıxış qapıları qoyulmaqla, asfalt örtüklü 1-ci hissə, həmçinin “A”, “B” tikililəri və “A” tikilisi ilə “C” tikilisi arasındakı sahədə inşa olunmuş yeni tikilinin (602,1 kv.m tikili, 142,8 kv.m asfalt örtüklü sahə) İddiaçı verilməsi və cavabdehin həmin sahədən çıxarılması ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

8. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmiş və bildirmişdir ki, mübahisəli əmlak kompleksinə dair verilmiş çıxarış faktiki olaraq ləğv edilmişdir. Həmin əmlak İddiaçı ilə Hüseyn Vəliyevlə birgə nikah dövründə əldə olunmuş əmlak olmasına baxmayaraq, əmlakın ½ hissəsi Hüseyn Vəliyevin atası Cavabdeh adına rəsmiləşdirilmiş, sonradan məhkəmə qərarları ilə Cavabdeh adı na olan çıxarış ləğv edilmişdir.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 28 iyun 2022-ci il tarixli, 10/1304 №-li ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 19A ünvanında yerləşən əmlak kompleksinin tərəflər arasında ½ paylara münasib bölünməsinin texniki cəhətdən mümkün olduğu müəyyən edilir. Bunun üçün əmlak kompleksinin tikililərinə gedən asfalt örtüklü keçid yolunun “B” tikilisinə qədər olan hissəsi ümumi istifadədə saxlanılmaqla, “A” tikilisi ilə “B” tikilisi arasındakı asfalt örtüklü sahədə sərhəd divarları hörülməklə və bölünmüş sahələrə ayrıayrılıqda giriş-çıxış qapıları qoyulmaqla, asfalt örtüklü 1-ci hissə, həmçinin “A” və “B” tikililəri və “A” tikilisi ilə “C” tikilisi arasındakı sahədə inşa olunmuş yeni tikli tərəflərdən birinə (602,1 kv.m tikili, 142,8 kv.m asfalt örtüklü sahə), asfalt örtüklü 2-ci hissə, eləcə də “C” tikilisi (609,5 kv.m tikili, 142,8 kv.m asfalt örtüklü sahə) isə bütünlüklə 2-ci tərəfin sərəncamına verilə bilər. Ekspert tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil etmişdir.

10. Bakı şəhər Nəsimi rayon məhkəməsinin (X1) 2(006)-318/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, ünvan 5 ünvanda yerləşən, tərəflərin paylı mülkiyyətində olan sahəsi 701,4 kv.m.-dən ibarət əmlak kompleksinin “A” (370,7 kv.m) tikilisinin naturada ayrılaraq İddiaçı, “B” (124,3 kv.m) və “C” (206,4 kv.m) tikililərinin isə Cavabdeh verilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

11. Məhkəmə iş materiallarını araşdıraraq, habelə eksper t rəyini və tərəflərin izahatlarını nəzərə alaraq hesab etmişdir ki, ekspert tərəfindən tərtib olunmuş və mübahisəli qeyri-yaşayış sahəsinin hazırki faktiki vəziyyətini əks etdirən plan-sxemdə göstərilmiş 701,4 kv.m sahənin “A” tikilisi (370,7 kv.m) naturada ayrılaraq İddiaçı, “B” (124,3 kv.m) və “C” (206,4 kv.m) tikililəri isə Cavabdeh payı kimi müəyyənləşdirilməlidir.

12. Məhkəmə iddia tələbinin ““A” tikilisi ilə “B” tikilisi arasındakı asfalt örtüklü sahədə sərhəd divarları hörülməklə və bölünmüş sahələrə ayrı-ayrılıqda giriş-çıxış qapıları qoyulmaqla, asfalt örtüklü 1-ci hissə, həmçinin “A”, “B” tikililəri və “A” tikilisi ilə “C” tikilisi arasındakı sahədə inşa olunmuş yeni tikilinin (602,1 kv.m tikili, 142,8 kv.m asfalt örtüklü sahə) İddiaçı verilməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, işdən göründüyü kimi “A”, “B” və “C” tikililəri arasında olan sahələr paylı mülkiyyətçilərin ümumi istifadəsində olmaqla, iddiaçının tələb etdiyi yeni inşa olunmuş tikili tərəflərin mülkiyyət hüququnu təsdiq edən çıxarışda öz əksini tapmamışdır və belə olan halda isə ekspertiza rəyində göstərilməsinə baxmayaraq, bölgünün predmeti ola bilməzlər.

13. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1, 220.1, 220.2, 220.3, 227.1, 227.2, Azərbaycan Respublikası MPM-nin 14.2, 76.1,76.2, 77.1-ci maddələrinə istinad etmişdir. b)Apellyasiya instansiyası məhkəməsində icraat

14. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-318/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfində n apellyasiya şikayəti verilmişdir.

15. İddiaçı apelyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ilə eyni məzmunlu apelyasiya şikayətində göstərilmişdir ki, əmlak kompleksi ekspert rəyində və iddia tələbində qeyd edildiyi kimi bölünməli idi. Əmlak kompleksi mülkiyyətçiləri tərəfindən iki hissəyə bölündüyündən onun istifadəsində olan faktiki sahə də bölünməlidir. Əmlak kompleksinin istifadəsində ümumi sahə var, əmlak kompleksi bölündüyündən ümumi istifadədə olan sahənin də istifadə qaydaları müəyyən edilməlidir. 16..Cavabdeh apelyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, mübahisənin tənzimi ilə bağlı məhkəmə yaşayış sahəsinə tətbiq edilməl i maddi hüquq normasını tətbiq etmişdir. 10 il ərzində qeyri-yaşayış sahəsinin həqiqətən fasilə verilmədən gəlir əldə etmək üçün istifadə edildiyi və iri həcmli gəlir əldə edilməsinə dair heç bir sübut təqdim edilməmişdir. Uzun müddət əmlak istifadəyə yararlı olmadığından ondan gəlir əldə etmək üçün istifadə etmək mümkün olmayıb. Son illərdə həmin sahənin hündürlüyünün artırılması, fasadın yaxşılaşdırılması, içinin təmir edilməsi üçün xeyli miqdarda xərc çəkilib ki, bu xərclərin iddiaçı tərəfindən çəkilməsinə dair sübut təqdim edilməyib. Cavabdeh qismində əslində o, yox, Hüseyn Vəliyev cəlb edilməli idi. İddiaçının təqdim etdiyi çıxarış qanuni qüvvəyə minmiş qətnamə ilə ləğv edilmişdir.

17. Vəliyev Hüseyn Vəli oğlu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismi ndə cəlb edilmişdir.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili təmsil etdiyi şəxsin apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər X5 (sədrlik edən və məruzəçi), X7 və X2) 2(103)-7346/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilmiş, cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-318/2022 saylı iş üzrə 30 avqust 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilmiş, İddiaçı ünvan 5 ünvanında yerləşən əmlak kompleksindəki 1/2 hissədə payı naturada ayrılmış, naturada ayrılma Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə E kspertiza Mərkəzinin 28 iyun 2022-ci il tarixli, 10/1304 nömrəli ekspert rəyinə və həmin rəyə əlavə olunmuş bölgü sxeminə əsasən aşağıdakı qaydada həyata keçirilmiş: ünvan 5 ünvanda yerləşən əmlak kompleksinin tikililərinə gedən asfalt örtüklü keçid yolunun “B” tikilisinə qədər olan hissəsi ümumi istifadədə saxlanılmaqla, “A” tikilisi ilə “B” tikilisi arasındakı asfalt örtüklü sahədə sərhəd divarları hörülməklə və bölünmüş sahələrə ayrı-ayrılıqda giriş-çıxış qapıları qoyulmaqla, asfalt örtüklü 1-ci hissə, həmçinin “A” və “B” tikililəri və “A” tikilisi ilə “C” tikilisi arasındakı sahədə inşa olunmuş yeni tikili İddiaçı (602,1 kv.m tikili, 142,8 kv.m asfalt örtüklü sahə), asfalt örtüklü 2-ci hissə, eləcə də “C” tikilisinin (609,5 kv.m tikili, 142,8 kv.m asfalt örtüklü sahə) isə bütünlüklə Ca vabdeh verilməsi, Cavabdeh iddiaçıya aid hissədən çıxarılması qət edilmişdir.

20. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab etmişdir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməli, cavabdehin apelyasiya şikayəti təmin edilməməlidir.

21. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, göründüyü kimi mübahisəli qeyriyaşayış sahəsi (əmlak kompleksi) iddiaçı ilə cavabdehin paylı mülkiyyətindədir.

22. İddiaçı hazırki tələbində qeyri-yaşayış sahəsinin naturada bölgüsü aparılmaqla payına düşən 1/2 hissənin ayrılmasını tələb etmişdir.

23. Məhkəmə tərəfindən keçirilmiş ekspertiza nəticəsində müəyyən edilmişdir ki, əmlak kompleksinin tərəflər arasında paylara münas ib bölgüsü texniki cəhətdən mümkündür.

24. Eyni zamanda ekspert rəyi ilə bölgünün hansı qaydada aparıla bilməsi də müəyyən edilmişdir.

25. Kollegiya hesab edir ki, ekspert tərəfindən təklif olunmuş bölgü qaydası tərəflərin mənafeyinə və obyektdən bərabər istifadə şərtlərinə uyğundur, ona görə də tərəflər arasında bölgü ekspert rəyi ilə müəyyən edilmiş formaya uyğun aparılmalıdır.

26. Əmlak kompleksinin tikililərinə gedən asfalt örtüklü keçid yolunun “B” tikilisinə qədər olan hissəsi ümumi istifadədə saxlanılmaqla, “A” tikilisi ilə “B” tikilisi arasındakı asfalt örtüklü sahədə sərhəd divarları hörülməklə və bölünmüş sahələrə ayrıayrılıqda giriş-çıxış qapıları qoyulmaqla, asfalt örtüklü 1-ci hissə, həmçinin “A” və “B” tikililəri və “A” tikilisi ilə “C” tikilisi arasındakı sahədə inşa olunmuş yeni tikili iddiaçının (602,1 kv.m tikili, 142,8 kv.m asfalt örtüklü sahə), asfalt örtüklü 2-ci hissə, eləcə də “C” tikilisi (609,5 kv.m tikili, 142,8 kv.m asfalt örtüklü sahə) isə bütünlüklə cavabdehin sərəncamına verilməlidir.

27. Cavabdehin apelyasiya şikayətinin dəlillərini isə kollegiya əsassız hesab edərək qeyd edir ki, göründüyü kimi əmlak kompleksi üzərində hüquqlar iddiaçının və Cavabdeh adına qeydiyyata alınmışdır.

28. Vəliyev Hüseyn Vəli oğlu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilsə də, məhkəmə iclasında iştirak etməmiş və münasibətini bildirməmişdir.

29. Kollegiya qeyd edir ki, iddiaçının öz payının naturada ayrılmasını tələb etmək hüququ var və hazırda qeydə alınmış hüquqlar Cavabdeh ilə bağlı olduğundan iddiaçı hazırki tələbi ni ona qarşı yönəltmişdir.

30. Qeyd olunanlara əsasən iddiaçının tələbi haqlıdır.

31. Kollegiya onu da qeyd etmişdir ki, obyektin torpağı dövlət mülkiyyətində olsa da, bu torpaq sahəsi «Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar» kateqoriyasına aid olmaqla məhz həmin obyektə xidmət edir. Yəni həmin sahə tərəflərin qanuni istifadəsindədir və onu yalnız tərəflər öz mülkiyyətlərinə əldə edə bilərlər.

32. Bu baxımdan, torpaq sahəsindən istifadə qaydasının müyyən olunması nə onun təyinatını, nə də statusunu dəyişdirmir. Torpağın bir hissəsinin ümumi istifadədə saxlanılmaqla, digər hissəsinin eyni ölçüdə bölünərək ayrı-ayrılıqda tərəflərin istifadəsinə verilməsi məhz mübahisənin həllinə xidmət edir. Əks yanaşma onsuz da uzun müddət davam edən hazırki mübahisənin daha da uz anmasına gətirib çıxara bilər.

33. Eləcə də “A” tikilisi ilə “C” tikilisi arasındakı sahədə inşa olunmuş sahəsi 40,3 kv.m olan yeni tikili qanuni istifadədə olan torpaq sahəsində inşa olunduğundan və əmlak kompleksinin tərkibinə çevrildiyindən bölgü predmetini təşkil edə bilər. Nə qədər ki, torpaq sahəsi qanuni istifadədədir, yəni həmin sahə barəsində yalnız tərəflərin qanuni gözlənti hüquqları var, demək həmin tikiliyə də yalnız tərəflər iddialı ola bilərlər. Digər tərəfdən isə adıçəkilən tikilinin özbaşına tikili olması əsası ilə doğurduğu hüquqi nəticələrin riskini də tərəflər, hazırki bölgü nəticəsində isə həmin tikili istifadəsinə verilən iddiaçı daşıyır.

34. Beləliklə, Kollegiya ekspert rəyini əsas götürərək, iddia tələbinin tam təmin edilməli olması qənaətinə gəlir.

35. Kollegiya öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 215.1, 220.1, 220.2, 220.3, 241.3, 243.1, 243.2, 243.3, MPM-in 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin dəlilləri

36. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7346/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

37. Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, ədalətli araşdırma aparmaq, həqiqəti müəyyən etmək, qanuni və əsaslı məhkəmə aktı qəbul etmək, pozulmuş hüququ bərpa etmək məhkəmə hakimin vəzifəsidir.Lakin,vəzifə kobud şəkildə pozulub.

38. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Ədalətlilik sadəcə bir dəyər deyil, zərurətdir. Ədalətliliyin tərkib elementi vicdanlı olmaq prinsipi hakim etikasıdır. Buna əsasən insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq məhkəmələr təmin edirlər.

39. Hesab edilməlidir ki,məhkəmə tərəfindən qəbul edilmiş qətnamə ilə həqiqət təhrif edilib, həqiqi hallar tam göstərilməyib. Maddi hüquq normaları düz tətbiq edilməyib. Belə ki, qətnamədə yalnız AR Mülki Məcəllənin 220, 241,243- cü maddələrə istinad edilsə də, bu normaları və onların mübahisəyə necə tətbiq edilməsi barədə şərh edən məcburi qüvvəyə malik Plenum qərarları ümumiyyətlə tətbiq edilməyib. Həm də, İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi ilə bağlı formalaşdırdığı Avropa məhkəməsinin qərarlarından və təcrübəsindən istifadə etməyib.

40. İddiaçının təqdimetdiyi xx.xx.2021-ci il tarixli Çıxarışda daşınmaz əmlak növü kimi əmlak kompleksi qeyd edilib. Torpaq sahəsinin kateqoriyası sənaye, nəqliyyat, rabitə və digər təyinatlı qeyd edilib. Əmlak sahəsi heç bir vaxt yaşayış sahəsi olmayıb. Məhkəmə həqiqəti etiraf etsə də, onu təkzib edib.

41. Mübahisənin tənzimi ilə bağlı məhkəmə paylı mülkiyyətdə olan və ekspert rəyində qeyd edilən qeyri-yaşayış sahəsindən istifadə, sərəncam hüququnu və digər davranışı t ənzim edən maddi hüquq normlararını tətbiq etməli idi.

42. Belə ki, tətbiq edilən 241-ci, 243-cü məddələr Mülki Məcəllənin Torpağa mülkiyyət hüququnun xüsusiyyətləri hissəsinə aiddir! Bu normaları tətbiq edərkən məhkəmə səlahiyyət həddini aşaraq dövlətə məxsus olan torpaq sahəsini, hansı ki, ümumiyyətlə həmin hissədə heç bir iddia öncədən olmadığı halda, həmin hissəni iddiaçının xeyrinə naturada ayrılmasını qərara alıb. Bu hal tam qanunsuz hərəkətdir. İddiaçı həmin hissəyə subyektiv hüququnun olmasını heç bir halda sübut etməyib, həm də öncədən heç bir iddia irəli sürməyib. Ekspert rəyində də bu haqda heç bir araşdırma yoxdur, həmin hissənin bölünməsi ümumiyyətdə göstərilməyib. Hüquqi əsaslandırma belə yoxdur!

43. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi, dövlət qeydiyyatına al ınmış, nikah dövründə əldə olunmuş və bütün məhkəmə qərarlarında göstərilmiş 701 kv.m-dən kənara çıxaraq Dövlətin mülkiyyətində olan torpaq sahəsinin üzərində tərəflərin arasında bölgü aparmışdır.

44. Ona görə iş üzrə həqiqətin müəyyən edən, cavabdehin pozulmuş hüquqlarını bərpa edən, həqiqəti əks edən, qərəzsiz, qanuni, əsaslı, ədalətli qətnamə qəbul edilməsi üçün məhkəmə qətnaməsi tam ləğv edilməlidir.

45. Ziddiyyətli halları ifşa edən mötəbər dəlilləri məhkəmə dəqiq müəyyən etdiyi halda,kollegiya həmin məsələlərə qərəzli şəkildə düzgün hüquqi qiymət verməyib. Dəlillər təhrif edilib.

46. Sübutlar odur ki, 1) AR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X4 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 19 A İddiaçı adına 1/2 hissə, Cavabdeh adına 1/2 hissə kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb. 2) AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 28 iyun 2022-ci il tarixli, 10/1304 №-li ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 19A ünvanında yerləşən əmlak kompleksinin tərəflər arasında ½ paylara münasib bölünməsinin texniki cəhətdən mümkün olduğu müəyyən edilir. Bunun üçün əmlak kompleksinin tikililərinə gedən asfalt örtüklü keçid yolunun “B”tikilisinə qədər olan hissəsi ümumi istifadədə saxlanılmaqla, “A”tikilisi ilə “B” tikilisi arasındakı asfalt örtüklü sahədə sərhəd divarları hörülməklə və bölünmüş sahələrə ayrı-ayrılıqda giriş-çıxış qapıları qoyulmaqla, asfalt örtüklü 1-ci hissə, həmçinin “A” və “B” tiki liləri və “A”tikilisi ilə “C” tikilisi arasındakı sahədə inşa olunmuş yeni tikli tərəflərdən birinə (602,1 kv.m tikili, 142,8 kv.m asfalt örtüklü sahə), asfalt örtüklü 2-ci hissə, eləcə də “C” tikilisi (609,5 kv.m tikili, 142,8 kv.m asfalt örtüklü sahə) isə bütünlüklə 2-ci tərəfin sərəncamına verilə bilər.

47. Belə ki, qətnamədə apelyasiya şikayətinin dəlilləri hissəsində hansı dəlilərin olmasını, məhkəmənin hansı dəlilləri araşdırması müəyyən edilməyib. Qətnamədə tərəflərin izahatları hissəsində cavabdehin izahatının nədən ibarət olması ümumiyyətlə qeyd edilməyib, apellyasiya şikayətinin yazılı əsasları qeyd edilməyib. Şablon cümlələr yazılıb.

48. Birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş ekspertiza ilə alınmış ekspertiza rəyi əsaslı sübut qəbul edilsə də, bu rəydə qeyd edilməyən, həmçinin qanuna zidd olaraq dövlətə məxsus olan torpaq iddiaçının xeyrinə naturada mülkiyyətə verilib. İddiaçı iddia ərizəsində bildirdiyi halları təsdiq edəcək heç bir sübutu məhkəməyə təqdim etməyib. 10 il ərzində qeyri-yaşayış sahəsinin həqiqətən fasilə verilmədən, gəlir əldə etmək üçün istifadə edildiyi və iri həcmli gəlir əldə edilməsinə dair heç bir sübutu təqdim etməyib. Cavabdehin bildirdiyi kimi uzun müddət əmlak istifadəyə tam yararlı olmadığından ondan gəlir əldə etmək üçün istifadə etmək mümkün olmayıb.

49. Həm də son illərdə həmin sahənin hündürlüyünün artırılması, fasadın yaxşılaşdırılması, içinin təmir edilməsi üçün xeyli miqdarda xərc çəkilib ki, bu xərclərin iddiaçı tərəfindən çəkilməsinə dair heç bir sübut təqdim edilməyib.

50. Həmçinin, iddiaçı etiraf edir ki, qanuni q üvvəyə minmiş məhkəmə qərarının icrası sənədinə əsasən mövcud pul borcunun əvəzləşdirilməsi, yəni Vəliyev Hüseynin atası Cavabdeh aldığı külli miqdarda borcun qaytarılmasına dair iddiaçı sübutu təqdim etməyib. Belə ki, məhkəmə qətnaməsi ilə borcun tam icra edilməsinə dair sübut təqdim edilməyib. 51. 3) Belə ki, cavabdehin məhkəməyə təqdim etdiyi qanuni qüvvəyə minmiş və hər hansı mübahisə yaratmayan faktları təsdiq etmiş Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-2042/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı işin halları və hüquqi məsələlər hissəsində ümumi şəkildə müəyyən edilib ki, qanuni qüvvəyə minmiş Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 16 fevral 2011-ciil tarixli qətnaməsi ilə əmlakın İddiaçı və Vəliyev Hüseynin birgə nikahı dövründə əldə edildiyi müəyən edilib. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmurunun əmlakın borc əvəzinə tələbkar Cavabdeh verilməsinə dair 14 mart 2014-cü il tarixli qərarı ilə 13 fevral 2014-cü il tarixli məhkəmə qərardadı ilə qeyriyaşayış sahəsinin borc əvəzinə Vəlinin adına rəsmiləşdirilməsi Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinə həvaləedilib. Həm də qərardadda borclu Hüseyn Vəliyevin qeyriyaşayış sahəsinəçəkdiyi xərclərə görə 296.244.5 manat pulun tutulması qərara alınıb. Bu tarixdə Cavabdeh borcun əvəzinə həmin qeyri-yaşayış sahəsini qəbul edib. Lakin, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 10 iyul 2018-ci il tarixli qərarı ilə icra məmurunun əmlakın borcun əvəzinə tələbkara verilməsinə dair 14 mart 2014-cü il tarixli qərarı ləğv edilib. Bu qərar qanuni qüvvəyə minib.İnzibati İqtisadi Məhkəmənin icraatında olan işdə müə yən edilib ki,qeyri-yaşayış sahəsini İddiaçı və Hüseyn Vəliyev birgə nikah dövründə əldə edib. Cavabdeh oğlu Hüseynov Vəliyə iddia qaldırarkən İddiaçı prosesə cəlb etməyib. Əmlakın borcun əvəzinə verilməsi üçün mütləq onun razılığı alınmalı idi. Hüseynov Vəli tərəfindən təkbaşına əmlaka sərəncam verməsi pozuntu olduğundan qərarlar ləğv edilib. Qərarın müəyyən etdi hissəsində Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 noyabr 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş və iş üzrə yeni qətnamə qəbul edilib. Qətnaməyə əsasən Cavabdeh adına olan ünvan 6 ünvanda yerləşən sahəsi 701.4 kv.mert qeyri-yaşayıs sahəsinə dair mülkiyyət hüququ barədə Reyestr Xidmətindən verilmiş Çıxarış ləğv edilib. İddiaçıın əmlaka 1/2 hissədə pay hüququ tanınıb. Digər ½ h issədə Hüseyn Vəliyevə pay hüququ tanınıb.

52. Nəticə odur ki, 1) cavabdeh qismində əslində Cavabdeh deyil, Hüseyn Vəliyev iddia tələbinə cavab verməli idi. 2) İddiaçının təqdim etdiyi çıxarışda Cavabdeh pay hüququ rədd edilib, yəni pay hüququ yoxdur.3) İddiaçının təqdim etdiyi çıxarış isələğv prosesində olub. Yəni,çıxarış faktiki qanuni qüvvəyə minmiş qətnamə və qərar ilə ləğv edilib. Yəni,mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin və tələb irəli sürülən cavabdehin müvafiq subyektiv hüquqa və subyektiv vəzifəyə malik olubolmamasını araşdırmalıdır. İddia ərizəsini qəbul edən məhkəmə tələb hüququnun iddiaçıya məxsus olmasını və cavabdehin iddia üzrə cavab verməli şəxs olduğunu müəyyən edir. Əsl olmayan iddiaçı iddia qaldırarkən onun konkret ola raq maddi hüquq münasibəti üzrə tələb etmək hüququ olmayan şəxs olması məhkəmə tərəfindən aşkar olunsa, iddia tələblərinin təmin edilməməsi barədə məhkəmə qərardad qəbul etməlidir. Əsl olmayan iddiaçının əsl iddiaçı ilə əvəz edilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti əsasında, həm də məhkəmənin öz təşəbbüsü ilə ola bilər. Belə olan halda iddiaçının əvəz edilməsi, faktiki və hüquqi olaraq həmin şəxsin iddiadan imtina etməsi AR MPM-nin 52-ci maddəsində nəzərdə tutulmuş qaydada(iddiadan imtina etməklə) mümkündür. Yəni, iddia tələbi üzrə cavabdeh Hüseyn Vəliyev məhkəmə prosesinə cəlb edilməli idi.

53. Kollegiya isə ziddiyyətli, anlaşılmayan qərar qəbul edib. Bu qətnamədə qeyd edilib ki, iddiaçının öz payının naturada ayrılmasını tələb etmək hüququ var və hazırda qeydə alınmış hüquqlar C avabdeh ilə bağlı olduğundan iddiaçı hazırki tələbini ona qarşı yönəltməkdə haqlıdır.

54. Sonda qət edilib ki, Cavabdeh iddiaçıya aid hissədən çıxarılsın. Nə deməkdir heç aydın deyil!Hüquqi əsaslandırma yoxdur.

55. Əlaqəli digər məsələ odur ki, Cavabdeh pay hüququ ləğv edildiyindən onun adına olan Çıxarış faktiki ləğv prosesində olan və ya ləğv edilmiş hüquqi qüvvəsi olmayan, keçmiş hüquqi qüvvəsini itirmiş sənəd hesab edilir. Bu halda məhkəmə ləğv prosesində olan keçmiş hüquq qüvvəsini itirmiş sənədə görə pay hüququnun naturada bölünməsinə dair qətnamə qəbul edə bilməzdi. Bu ciddi qanun pozuntusudur!

56. İşin materiallarından görünür ki, məhkəmə cavabdehə münasibətdə qərəzli münasibət göstərərək onun təqdim etdiyi halları qanunvericiliyə əsasən dəqiq müəyyən etməyib, qeyd edilən halları a raşdırmaqdan əsassız imtina edib!

57. Ona görə məhkəmə qətnaməsi qeyd edilən normalara ziddir, tam qanunsuzdur. Maddi və prosessual normalarının pozulması ilə nəticədə qanunsuz qətnamənin qəbul edilməsi ilə nəticələnib! Ona görə məhkəməsi qətnaməsi ləğv edilməlidir. Yuxarıda təsdiq edilmiş həqiqi kobud pozuntular səbəblərindən məhkəmə qətnaməsi ləğv edilməli, iş materialları təkrar araşdırılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

58. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

59. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

60. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

61. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

62. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

63. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

64. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.

65. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.

66. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.

67. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

68. Maddə 241.3. Bu Məcəllənin 243-cü maddəsində nəzərdə tutulan hallarda torpaq sahəsindən istifadə hü ququnu binanın, qurğunun və digər daşınmaz əmlakın mülkiyyətçisi də əldə edə bilər.

69. Maddə 243.1. Başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir.

70. Maddə 243.2. Özgə torpaq sahəsində yerləşən daşınmaz əmlaka mülkiyyət hüququ başqa şəxsə keçərkən, o, torpaq sahəsinin müvafiq hissəsindən istifadə hüququnu daşınmaz əmlakın əvvəlki mülkiyyətçisi ilə eyni şərtlərlə və eyni həcmdə əldə edir. Torpaq sahəsinə mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisinin sahədən istifadə hüququnun xitamı və ya dəyişdirilməsi üçün əsas deyildir.

71. Maddə 243.3. Özgə torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlaka sahiblik, on dan istifadə və ona dair sərəncam hüququna, habelə müvafiq binaları və qurğuları uçurmaq hüququna malikdir “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarı 72. 6.8. Qətnamənin nəticə hissəsi imperativ formada yazılmalı, baxılan iş üzrə tərəflərin hüquq və vəzifələrini dəqiq müəyyən etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

73. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

74. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

75. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

76. Ma ddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

77. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

78. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 79. 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətna mə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər;

80. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

81. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və ( və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

82. Hazırkı kassasiya şikayətində cavabdeh qətnaməni tam mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

83. İşə məhkəmə iclasında baxılması üçün əsaslar olmadığından yazılı icraat qaydasında baxılması nəticəsinə gəlinmişdir.

84. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsində izahatının qeyd edilmədiyini bildirsə də apellyasiya instansiyası məhkəməsində keçirilmiş məhkəmə iclaslarının protokollarından məlum olur ki, cavabdeh ümumiyyətlə apellyasiya instansiyası məhkəməsində məhkəmə iclaslarında iştirak etməmişdir. Təbiidir ki, apellyasiya məhkəməsində izahat da verməmişdir.

85. Kassatorun cavabdeh olmaması ilə əlaqədar dəlili ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi bu barədə lazımi əsaslandırma aparmışdır.Ona görə də məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.

86. Kassatorun kassasiya şikayətində Mülki Məcəllənin 241-ci, 243-cü məddələrinin torpağa mülkiyyət hüququnun xüsusiyyətləri hissəsinə aid olduğu, bu normaları tətbiq edərkən məhkəmənin səlahiyyət həddini aşdığı ilə əlaqədar qeyd etdikləri barədə məhkəmə kollegiyası bildirir ki, göstərilənlərin əksinə olaraq həmin normalar torpaq sahəsindən istifadə hüququ ilə əlaqədar münasibətləri tənzimləyir və mübahisəli hüquq münasibətinin həlində istinad oluna bilən maddi hüquq normalarıdır.

87. Məhkə mə kollegiyası aşağıdakılara əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

88. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən də tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların X4 daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla (Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı ərazi idarəsi tərəfindən 11 08 2022-ci il tarixində arxivdə saxlanılan nüsxə ilə eyniliyi təsdiqlənmişdir) təsdiq olunur ki, ünvan 7 ünvanında yerləşən 701, 4 kvadratmetrdən ibarət əmlak kompleksi ½ hissə İddiaçı pay hüququ xx.xx.2021-ci il tarixin də qeydiyyata alınmışdır), ½ hissə isə Cavabdeh adına xüsusi mülkiyyət hüququ üzrə qeydə alınmışdır.Çıxarışdan o da məlum olur ki, əmlak kompleksinin yerləşdiyi 0,079540 ha torpaq sahəsi dövlət mülkiyyətində olmaqla “Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyasına aiddir.Torpaq sahəsi üzərindəki hüququn növü “istifadə” dir.

89. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 28 iyun 2022-ci il tarixli, 10/1304 №-li ekspert rəyindən görünür ki, baxış zamanı ekspert tərəfindən müəyyən olunmuşdur ki, tədqiq olunan əmlak kompleksi faktiki olaraq, "A", "B", "C" tikililərindən və həmin tikililərə kecid kimi nəzərdə tutulan asfalt örtüklü sahədə ibarət olmaqla, bir tərəfdən küçə ilə, digər tərəflərdən qonşu sahələrlə əhatə olunmuşdur. əml ak kompleksinə əsas giriş qapısı (darvazası) küçə tərəfdə quraşdırılmışdır.“A” tikilisində faktiki olaraq yenidənqurma işləri aparılmaqla, həmin tikilidə 2-ci mərtəbə inşa edilmişdir. 1-ci mərtəbədə 4 tikili, 2-ci mərtəbədə 3 tikili mövcuddur. "B" tikilisi faktiki oaraq 1 mərtəbədən ibarətdir."C" tikilisi faktiki olaraq, 2 mərtəbədən ibarətdir. 1-ci mərtəbədə 6 tikili, 2-ci mərtəbədə 10 tikili mövcuddur.

90. Eyni zamanda baxış zamanı, "B" və "C" tikililəri arasındakı açıq sahədə tikinti işləri aparılaraq əlavə tikili inşa edildiyi müəyyən olunmuşdur.

91. Baxış zamanı aparılmış ölçü işlərinə və eləcə də tədqiq olunan əmlak kompleksinə tərtib olunmuş xx.xx.2021-ci il tarixli texniki pasportun məlumatlarına əsasən, tədqiq lunan obyektin ayrı-ayrı tikililərinin sahəsi aşağıdakı kimi müəyyən ol unmuşdur: “A” tikilisi üzrə 1-ci mərtəbə-370,7 kv.metr “A” tikilisi üzrə 2-ci mərtəbə --66,8 kv.metr “B” tikilisi üzrə-124,3 kv.metr "C" tikilisi üzrə 1-ci mərtəbə-206,4 kv.metr "C" tikilisi üzrə 2-ci mərtəbə -403,1 kv.metr "B" və "C" tikililəri arasındakı tikili-40,3 kv.metr Cəmi (tikililər üzrə) -1211,6 kv.metr Asfalt örtüklü sahə -517,7 kv.metr

92. Daha sonra ekspert rəyində qeyd olunmuşdur ki, qeyri-yaşayış sahəsinin tərəflər arasında bölünməsi təcrid şəkildə, həmçinin ümumi istifadə qaydaları müəyyən olunmaqla aparılır. Yəni bölgü zamanı tərəflərdən hər birinin sərəncamında paylarına uyğun olaraq təyinatı üzrə istifadə üçün əsas və köməkçi sahələr, həmçinin həmin sahələrə giriş-çıxış qapıları (yolu) olmalıdır.

93. Yuxarıda göstərilənlərə əsasən, tədqiq olunan əmlak kompleksinin tikili lərinin planlı yerləşməsini, Əmlak kompleksinə küçə tərəfdən giriş-çıxış yolu olduğunu, tikililərin bir-birindən təcrid vəziyyətdə yerləşməsini nəzərə alaraq, həmin əmlak kompleksinin tərəflər arasında 1/2 paylara münasib bölünməsi texniki cəhətdən mümkündür.

94. Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 19A ünvanında yerləşən əmlak kompleksinin tərəflər arasında ½ paylara münasib bölünməsinin texniki cəhətdən mümkün olduğu müəyyən edilir. Bunun üçün əmlak kompleksinin tikililərinə gedən asfalt örtüklü keçid yolunun “B” tikilisinə qədər olan hissəsi ümumi istifadədə saxlanılmaqla, “A” tikilisi ilə “B” tikilisi arasındakı asfalt örtüklü sahədə sərhəd divarları hörülməklə və bölünmüş sahələrə ayrı-ayrılıqda giriş-çıxış qapıları qoyulmaqla, asfalt örtüklü 1-ci hissə, həmçinin “A” v ə “B” tikililəri və “A” tikilisi ilə “C” tikilisi arasındakı sahədə inşa olunmuş yeni tikli tərəflərdən birinə (602,1 kv.m tikili, 142,8 kv.m asfalt örtüklü sahə), asfalt örtüklü 2-ci hissə, eləcə də “C” tikilisi (609,5 kv.m tikili, 142,8 kv.m asfalt örtüklü sahə) isə bütünlüklə 2ci tərəfin sərəncamına verilə bilər.

95. Ekspert tikililərin faktiki ölçüləri nəzərə alınmaqla naturada bölgünün mümkünlüyü barədə rəy vermiş, apellyasiya instansiyası məhkəməsi də naturada bölünmə barədə iddianı ekspert rəyində göstərilmiş qaydada həyata keçirmişdir. Lakin bu halda nəzərə alınmamışdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.3-cü maddəsinin tələbinə müvafiq olaraq paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqq ında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər.

96. İş materiallarında olan və apellyasiya instansiyası məhkəməsi tərəfindən də tədqiq edilmiş sübutlarla təsdiq olunur ki, paylı mülkiyyət sahəsi 701, 4 kvadratmetrdən ibarət əmlak kompleksidir.Apellyasiya instansiyası məhkəməsi ki, 701,4 kvadratmetrlik əmlak kompleksinin tərkibini müəyyənləşdirərək naturada bölgüsünün mümkün olubolmadığına hüquqi qiymət verməli idi. Apellyasiya instansiyası məhkəməsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatı aparılmamış tikililərin də naturada bölgüsünü aparmaqla maddi hüquq normalarının pozuntusuna yol vermişdir.

97. Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış tikililər özbaşına tikili statusundadır.Bu halda nəzərə a lmaq lazımdır ki, özbaşına tikilinin doğurduğu nəticələr var (məsələn müvafiq şərtlərlə sökülə bilər).

98. Eləcə də, apellyasiya məhkəməsinin tədqiq etdiyi sübutlarla təsdiq olunur ki, mübahisəli paylı mülkiyyətdə olan əmlak kompleksinin istifadədə olan (mülkiyyətdə deyil) torpaq sahəsinin ölçüsü 0,079540 ha təşkil edir.Belə olan təqdirdə göstərilən ölçü daxilində torpaq sahəsinin hansı ölçülərdə tərəflərin ümumi istifadəsində saxlanılması və (və ya) hansı ölçülərdə naturada ayrılmaqla ayrı-ayrılıqda tərəflərin istifadəsində saxlanması məsələsinə hüquqi qiymət verilməli idi.

99. Halbuki apellyasiya məhkəməsi əmlak kompleksinin tikililərinə gedən asfalt örtüklü keçid yolunun “B” tikilisinə qədər olan hissəsi ümumi istifadədə saxlanılmaqla, “A” tikilisi ilə “B” tikilisi arasındakı asfalt ört üklü sahədə sərhəd divarları hörülməklə və bölünmüş sahələrə ayrı-ayrılıqda giriş-çıxış qapıları qoyulmaqla, asfalt örtüklü 1-ci hissə, həmçinin “A” və “B” tikililəri və “A” tikilisi ilə “C” tikilisi arasındakı sahədə inşa olunmuş yeni tikili İddiaçı (602,1 kv.m tikili, 142,8 kv.m asfalt örtüklü sahə), asfalt örtüklü 2-ci hissə, eləcə də “C” tikilisinin (609,5 kv.m tikili, 142,8 kv.m asfalt örtüklü sahə) isə bütünlüklə Cavabdeh verilməsini, Cavabdeh iddiaçıya aid hissədən çıxarılması qət edilmişdir. Halbuki apellyasiya instansiyası məhkəməsi qətnaməsinin əsaslandırıcı hissəsində torpaq sahəsindən istifadə qaydasının müyyən olunması nə onun təyinatını, nə də statusunu dəyişdirmədiyini,torpağın bir hissəsinin ümumi istifadədə saxlanılmaqla, digər hissəsinin eyni ölçüdə bölünərək ayrı-ayrılıq da tərəflərin istifadəsinə verilməsinin məhz mübahisənin həllinə xidmət etdiyini qeyd etmişdir.

100. Göründüyü kimi, apellyasiya məhkəməsi qətnamənin nəticə hissəsində tikililər üçün olduğu kimi, torpaq sahəsi üçün də “verilsin” sözündən istifadə etmiş, bununla gələcəkdə hüquqların dövlət qeydiyyatı aparılarkən torpaq sahəsinin hansı hüquq əsasında qeydiyyatının aparılmasında qeyri-müəyyənliyə səbəb olmuşdur. Məhkəmə qətnaməsində yuxarıda qeyd edildiyi kimi, müvafiq təsdiqedici sənədlərlə göstərilən ölçülər daxilində torpaq sahəsinin hansı qaydada “istifadədə saxlanması” (“istifadəyə verilməsi”) ilə əlaqədar nəticə əks etdirilə bilərdi.

101. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarının tələblərini p ozmuş, eləcə də sübutlara lazımi şəkildə hüquqi qiymət verməməklə məhkəmə qətnaməsinin ləğvinə səbəb olan prosessual hüquq normalarının pozuntusuna yol vermişdir.

102. Göstərilənlərə əsasən Cavabdeh kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 dekabr 2022-ci il tarixli 2(103)7346/2022 nömrəli qətnaməsi tamamilə ləğv edilməli,iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır.

103. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yenidən işə baxılarkən nöqsanalar aradan qaldırılmaqla, sübutlara Azərbaycan Respublikasının MPM-in 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilməli, maddi və prosessual hüquq normalarının tələblərinə cavab verən yekun məhkəmə aktı qəbul edilməlidir.

104. Göstərilənlərə əsasən və Azərbaycan Res publikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 dekabr 2022-ci il tarixli 2(103)-7346/2022 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar