Məhkəmə qərarları › İş №2(102)-1996/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1996/2025

03.07.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1996/2025 03.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və “Azəriqaz” İstehsalat Birliyinə qarşı “bağ evinin qonşu sərhədində inşa edilən köməkçi tikilinin və iri ölçüdə elektrik qutusunun sökülməsi, pəncərələrin bağlanması, qonşu sərhədindən keçən elektrik kabelinin və qaz boru xəttinin yığışdırılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətin müdafiəsi, qonşuluq hüququ, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məru zəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 aprel 2025-ci il tarixli, 2(103)366/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 268 nömrəli bağ evi İddiaçı mülkiyyətindədir.

2. Qonşuluqda yerləşən, Bilgəh qəsəbəsi, 220 nömrəli (yeni qaydalarla: Az1094, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Rauf Kazımovski küçəsi giriş 127) bağ evi Cavabdeh mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəs i ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizələrlə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan və Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, dalan 12-də yerləşən 268 nömrəli bağ evinin qonşu sərhədində cavabdeh tərəfindən inşa edilən 4,30 metr hündürlüyündə köməkçi tikilinin və cavabdeh tərəfindən öz divarına yerləşdirilmiş iri ölçüdə elektrik qutusunun öz hesabına sökülərək əvvəlki vəziyyətə gətirilməsi, iddiaçının həyətinə baxan pəncərələrin bağlanması, qonşu sərhədindən keçən elektrik kabelinin və qaz boru xəttinin yığışdırılaraq cavabdehin giriş qapısının (darvazasının) yaxın ara məsafəsindən öz həyətinə daxil olması, qonşu divarının (hasarın) tikinti qaydalarına uyğun olaraq yenidən inşa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, mübahisəli tikiliyə dair cavabdehin adına xx.xx.2024-cü il tarixdə verilmiş Texniki pasportun və xx.xx.2024-cü il tarixdə Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş “Çıxarışın” etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı, iddia ərizəsində qeyd edilən ünvanda yerləşən 268 nömrəli bağ sahəsinin mülkiyyətçisidir və həmin bağı 2023-cü ilin aprel ayında almışdır. Qonşusu olan cavabdeh ona aid olan hasarı 2023-cü ilin iyul-avqust ayında sökmüşdür. Hasar bir neçə ay sökülü qaldıqdan sonra 2023-cü ilin oktyabr-dekabr aylarında cavabdeh əvvəlki hasardan 57 sm aralıda öz tərəfində bina inşa etməyə başlamışdır. Tikilən bina torpaq sahəsi ilə düzgün ara məsafəsi buraxılmadan 5-6 metr hündürlükdə inşa edilmişdir. Həmin tiki lini qazanxana kimi istifadə etmək üçün ana qaz kəmərindən yeni yüksək təzyiqli xüsusi qaz xətti çəkdirmişdir. Binada həmçinin elektrik generatorunun yerləşdirilməsi nəzərdə tutulur. Cavabdeh tikinti işləri aparmaqla onun mülkiyyət hüquqlarını pozmuşdur.

5. Cavabdehin nümayəndəsi, Vəkil2 iddiaya etiraz edərək bildirmişdir ki, daşınmaz əmlak dövlət reyestrində qeydiyyata alınmazdan əvvəl müayinə edilir, normalara uyğun tikildikdə çıxarış verilir. Cavabdehin bağ evinin çıxarışı mövcuddur, bu da evin bütün tələblərə riayət etməklə inşa edildiyini göstərir. Bundan başqa, elektrik şitindən, həm iddiaçının, həm də digər qonşuların evlərinə elektrik enerjisi gedir, ümumiyyətlə, elektrik şitini "xxxx" ASC yerləşdirir. Cavabdeh həmin şitin yerləşdirilməsinə çəkilən xərci ödəsə də, şitin yerini "xxx x" ASC müəyyən edir. İddiaçı evi ilə hasar arasında olan məsafənin olmamasını qeyd etmişdir, lakin həmin müəyyən edilmiş məsafələr evlə hasar arasında deyil, iki tikili arasında olmalıdır. İddiaçı və cavabdehə məxsus bağ evləri arasında həmin ara məsafəsi saxlanılmışdır.

6. İddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunmuş "xxxx" MMCnin 20 iyun 2024-cü il tarixli rəyinə əsasən **********97-11301 reyestr nömrəli xx.xx.2023cü il tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0,21 ha torpaq sahəsinin naturada yeri müəyyən edilərək ortofoto görüntüsündə qeyd olunur. **********17-11302 reyestr nömrəli xx.xx.2024-cü il tarixli çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan 0,24 ha torpaq sahəsinin naturada yeri müəyyən edilərək ortofoto görüntüsündə qeyd olunur. Bilgəh bağ mass ivinin bağ sahələrinin bölgü sxeminə əsasən İddiaçı və Cavabdeh mülkiyyətlərində olan torpaq sahələri arasında yol var, Cavabdeh tərəfindən inşa edilmiş köməkçi tikili həmin yolun üzərində inşa edilmişdir. Cavabdeh tərəfindən inşa edilmiş yardımçı tikili Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin və Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli 72 saylı qərarı ilə təsdiq olunmuş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydaları”nın tələblərinə uyğun inşa edilməmişdir. Cavabdeh tərəfindən inşa edilmiş köməkçi tikili, tikilidə qazanxana və ya elektrik generatoru quraşdırılacağı təqdirdə həmin tikilinin girişləri olan tərəfinə və pəncərə boşluqları olan divarlarına bilavasitə bitişik qazanxanaların layihələndirilməsinə, qazanxananın xarici divarından yaşayış ota ğının ən yaxın pəncərəsinə qədər üfüqi məsafə 4 m-dən, qazanxananın dam örtüyündən yaşayış otağının ən yaxın pəncərəsinə qədər şaquli məsafə isə 8 m-dən az olduqda yol verilmir.

7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, e-2(008)3185/2024 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı iddia ərizəsinin “xx.xx.2024-cü ildə mübahisəli tikiliyə verilmiş texniki pasportun və xx.xx.2024-cü ildə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən cavabdehin adına verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair hissədə iş üzrə icraata xitam verilmişdir.

8. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, e-2(008)3185/2024 nömrəli qətnaməsi ilə (hakim V.Qasımov) iddia rədd edilmişdir.

9. Birinci instansiya məhkəməsi müəyy ən etmişdir ki, iddiaçının yenidən inşa olunmasını tələb etdiyi qonşu divarı (hasar) cavabdeh tərəfindən artıq tam bərpa olunmuşdur.

10. Cavabdeh adına xx.xx.2024-cü ildə verilmiş Texniki pasportdan görünür ki, iddiada bəhs olunan köməkçi tikiliyə cavabdehin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sökülməsi tələb edilən elektrik qutusu və pəncərələr də məhz həmin tikilinin divarlarına quraşdırılmışdır. Cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasının və texniki pasportun verilməsinin hazırkı iddianın qaldırılmasından sonrakı müddətə təsadüf etdiyini nəzərə alınsa, qeydiyyat orqanı tərəfindən keçirilən daşınmaz əmlakın texniki inventarlaşdırılması zamanı həm pəncərələrin, həm də elektrik qutusunun nəzərə alındığı məlum olur. Ona görə də, məhkəmə bu qənaətə gəlmişdir ki, cavabdehin adına qeydiyyatın aparıldığı daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilmədiyi halda, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir, bu səbəbdən köməkçi tikilinin, həmin tikiliyə quraşdırılmış pəncərələrin və elektrik qutusunun sökülməsi barədə iddiaçının tələbi təmin oluna bilməz. İddiaçı sadalanan əmlakların sökülməsinə nail olmaq üçün ilk növbədə reyestrin məzmununun qeyri-dəqiqliyini sübuta yetirməli, bunun üçün isə reyestrəki qeydiyyatın ləğvini tələb etməlidir.

11. Elektrik kabelinin və qaz boru xəttinin yığışdırılaraq cavabdehin giriş qapısının (darvazasının) yaxın ara məsafəsindən öz həyətinə daxil olması barədə iddia tələbi ilə bağlı isə məhkəmə qeyd etmişdir ki, yerində mü ayinə keçirilən zaman iddiaçının bildirdiyinə görə, həmin xəttlər iddiaçının torpaq sahəsi ilə deyil, küçədə yerin altı ilə aparılmışdır. İddiaçı həmin xəttlərin onun hansı hüquqlarını pozmasını izah edə bilməmişdir. Eyni zamanda, iddiaçı həmin xəttlərin məhz cavabdeh tərəfindən çəkildiyini də sübuta yetirə bilməmişdir.

12. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-ci, Mülki Prosessual Məcəllənin 77.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya icraatı zamanı Azərbaycan Respublikası Ədliyyə Nazir liyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 21 fevral 2025-ci il tarixli rəyindən görünür ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X1 1 saylı Bakı Ərazi İdarəsinin 31 yanvar 2025-ci il tarixli mütəxəssis rəyinə əsasən, cavabdehin Bilgəh qəsəbəsi, 220 saylı bağ evinin yerləşdiyi torpaq sahəsinin şərq hissəsində Bilgəh qəsəbəsi, 268 ünvanı arasında olan keçidi (82,0 kv.m) tutaraq tikinti işləri aparması müəyyən edilmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən, qeyd olunan keçid yolu kimi nəzərdə tutulmuş torpaq sahəsinin (82,0 kv.m) hər hansı bir şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı müəyyən olunmuşdur. İddia olunan tikilinin planlı yerləşmə yerinin cavabdehin adına tərtib olunmuş **********17-11302 reyestr nömrəli, xx.xx.20 24-cü il tarixli “Texniki pasportda” qeyd olunan “İ” literli köməkçi tikilinin yerləşdiyi yerə uyğun olduğu müəyyən edilmişdir. Lakin “Texniki pasportda” qeyd olunan torpaq sahəsinin koordinatları ilə sözügedən tikilinin yerləşdiyi yerin koordinatlarını müqayisə etdikdə həmin tikilinin yerləşdiyi torpaq sahəsinin 69 kv.m hissəsinin cavabdehin adına tərtib olunmuş “Texniki pasportun” hüdudlarından kənarda yerləşdiyi müəyyən olunmuşdur. Sərhəd hasarı ilə ara məsafəsi “Qazanxana qurğuları. Layihələndirmə normaları” ilə tənzimlənmir. Sərhəd hasarı ilə ara məsafəsi “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar” və Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsi ilə tənzimlənir. “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydaların” 2-ci bəndinə əsasən, ara məsafəsi yaşayış məntəqələrinin baş və müfəssəl pla nlarının layihələrinin hazırlanması, həm yeni, həm də tikilib abadlaşdırılmış və bərpa olunan ərazilərdə tikintiyə icazə verilməsi zamanı binalar arasında, binalarla tikinti ərazisinin sərhədləri arasında saxlanılmalı olan məsafələri nəzərdə tutur. Mübahisəli tikilinin bir hissəsinin cavabdehə ayrılmış torpaq sahəsinin sərhədlərində, bir hissəsinin isə torpaq sahəsinin sərhədlərindən kənarda inşa edildiyinə, həmçinin Şəhərsalma və Tikinti Məcəlləsinin 69.1-ci maddəsində göstərildiyi kimi, mübahisəli tikilinin torpaq sahəsinin sərhədində tikilməsinin müfəssəl planda nəzərdə tutulub-tutulmamasına dair iş materiallarında məlumatlar olmadığına görə, qərardadın üçüncü və dördüncü sualları üzrə tədqiqat aparılması mümkün olmadı.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 aprel 202 5-ci il tarixli, 2(103)-366/2025 nömrəli qətnaməsi ilə (hakim M.Məmmədovun sədrliyi və məruzəsi ilə, hakimlər F.Talışinski və A.İmanov) iddaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, rayon məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, cavabdehin adına qeydiyyatın aparıldığı daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilmədiyi halda, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir, bu səbəbdən köməkçi tikilinin, həmin tikiliyə quraşdırılmış pəncərələrin və elektrik qutusunun sökülməsi barədə iddiaçının tələbi təmin oluna bilməz. İddiaçı sadalanan əmlakların sökülməsinə nail olmaq üçün ilk növbədə reyestrin məzmun unun qeyri-dəqiqliyini sübuta yetirməli, bunun üçün isə reyestrdəki qeydiyyatın ləğvini tələb etməlidir.

17. Elektrik kabelinin və qaz boru xəttinin yığışdırılaraq cavabdehin giriş qapısının (darvazasının) yaxın ara məsafəsindən öz həyətinə daxil olması barədə iddia tələbi ilə bağlı isə rayon məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, məhkəmə tərəfindən yerində müayinə keçirilən zaman iddiaçının bildirdiyinə görə, həmin xətlər iddiaçının torpaq sahəsi ilə deyil, küçədə yerin altı ilə aparılmışdır. İddiaçı həmin xətlərin onun hansı hüquqlarını pozmasını izah edə bilməmişdir. Eyni zamanda, iddiaçı həmin xətlərin məhz cavabdeh tərəfindən çəkildiyini də sübuta yetirə bilməmişdir.

18. Mübahisədə iddianın dəlillərini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu tələbinin əsasl ı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

19. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Şəhərsalma və Tikinti Məcəlləsinin 18, 69-cu, Mülki Məcəllənin 152-ci, Mülki Prosessual Məcəllənin 9, 88, 103.2, 220-ci maddələrinin tələblərini pozmuşdur.

21. Belə ki, məhkəmə qətnamədə ara məsafəsi ilə bağlı müddəaları tətbiq edilməmişdir. Halbuki, maddi hüquq pozuntusu kimi iddiaçının əsas arqumentlərindən biri cavabdehin mübahisəli tikililərinin qanunvericilikdə nəzərdə tutulan ara məsafəsinə dair tələblərini pozmaqla tikilməsidir. Tikinti Məcəlləsinin 69.5.1-ci maddəsindən irəli gələrək cavabdehin mübahisəli tikilisinin onun hasarından məsafəsi ən azından 2,4 metr olmalı idi. Eyni qayda Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli və 72 saylı Qərarı ilə təsdiq edilən “Ara məsafisə ilə bağlı müfəssəl Qaydalardan” da irəli gəlir. Qanunvericilikdə ara məsafəsinin saxlanılması tələbi o cümlədən qonşuların hüquqları qorumaq məqsədini də daşıyır. Cavabdehin ümumi istifadə üçün nəzərdə tutulan 82 kv.m və ya 69 kv.m ərazini tutması, orada tikinti işlərinin aparması iddiaçının həmin ərazidən istifadə etmək hüququnu kobud şəkildə pozur. Apellyasiya instansiyası məhkəməsi sübutlara qiymət verməmiş və qətnaməsini tələb olunan qaydada əsaslandırmamışdır.

22. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

23. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

24. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin f aktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

25. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, kassasiya baxışının predmetini qətnamənin qanuniliyinin kassasiya şikayətinin dəlillərinə uyğun olaraq tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hö rmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. 171.2-ci maddəsinə əsasən təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əs asən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edil ən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Belə ki, apellyas iya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, işdə olan sübutlara və müəyyən olunmuş hallara hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir. Apellyasiya məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normalarının pozulması müəyyən olunmur.

30. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının araşdırılmaması, sübutlara düzgün qiymət verilməməsinə dair kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə isə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenum unun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

31. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və pro sessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 aprel 2025-ci il tarixli, 2(103)-366/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar