Məhkəmə qərarları › İş №2(102)-1997/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1997/2024

11.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1997/2024 11.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: etibarsız əqdlərin mübahisələndirilməsi müddətləri, sübutetmə vəzifəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab olunması tələbinə dair mülki iş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(108)-27/2024 nömrəli, 8 fevral 2024-cü il tarixli qətnaməsindən iddia çı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış və Cavabdeh2ndə təsdiqlənmiş 23 aprel 2021-ci il tarixli, AN-İ ******* nömrəli alğı-satqı müqaviləsinə əsasən, Hacıyev X5 şəhəri, H.Aslanov küçəsi, döngə 4, ev 20 ünvanında yerləşən, ümumi sahəsi 307.14 kv.m, yaşayış sahəsi 109.17 kv.m, yardımçı sahəsi 197.97 kv.m olan 5 otaqlı fərdi yaşayış evini Cavabdeh1 57000 manata satmışdır.

2. Həmin evin və torpaq sahəsinin üzərində Cavabdeh1 mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

3. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 2-1(122)-207/2022 nömrəli, 5 oktyabr 2022-ci il tarixli qərar ına əsasən, İddiaçı, Nümayəndə1, X6, X2, X9 və X3 Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanının pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.

4. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-679/2023 nömrəli, 3 iyul 2023-cü il tarixli qətnaməsinə əsasən, iddiaçı Cavabdeh1 mülkiyyətində olan Naxçıvan şəhəri, H.Aslanov küçəsi, döngə 4, ev 20 ünvanında yerləşən fərdi yaşayış evindən cavabdeh İddiaçı məcburi qaydada çıxarılması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair bağlanmış, Cavabdeh2ndə 23 ap rel 2021-ci il tarixdə təsdiq olunmuş və 4Ə-223 nömrəli reyestrlə qeydə alınmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, fərdi yaşayış evini 23 aprel 2021-ci il tarixdə Cavabdeh1 məcburiyyət qarşısında qalaraq satmışdır. Məcburiyyətinin oğlu Nümayəndə1 cavabdehə faizlə borclanması olduğunu, mənzilin dəyərindən ikiqat aşağı qiymətə satıldığını, həmin dövrdə borc müqaviləsi notarial qaydada sənədləşdirilmədiyi üçün aralarındakı razılığa əsasən mənzili oğlunun borcunu Cavabdeh1 qaytaranadək alğı-satqı yolu ilə sənədləşdirdiklərini, oğlu Nümayəndə1 cavabdehə olan borcunu tamamilə qaytardığını, Xəyal borcu ödədiyi üçün alğı-satqı müqavil əsinin etibarsız hesab edilməsini istədiyini, həmin dövrdə evinə 110000-120000 manat qiymət qoyulduğunu, hazırda evin pulunu artıqlaması ilə qaytardığını, ayda 3000 manat sələmə pul ödəməklə evin pulunu ödədiyini, 57000 manatdan başqa pul görmədiyini, Xəyalın ona evi girov qoyub pul götürmək istəyini bildirdikdə razı olduğunu, Xəyalın hər şeyi sənədləşmələri etdiyini, özünün notariusa gedib imza etdiyini, oğlunun sexi olduğunu, mal almaq üçün pul lazım olduğunu, Bakı şəhərindən aparat gətirməli olduğunu, bu səbəbdən evi qoyub pul götürmək lazım olduğunu ona bildirdiyini, Xəyalın Əmrahla danışdığını, onun Əmrahla danışmadığını, onlara 60000 manat pul lazım olduğunu, bu səbəbdən alğı-satqıda məbləğin 57000 manat yazıldığını, bu gün evin dəyərinin 150000 manat olduğunu, evin dəyərinin 60000 m anatdan baha olduğunu, həmin evi heç kimin o qiymətə satmayacağını, Əmrahın sexə gəlib hərdən Xəyaldan 3000 manat, 5000 manat, 8000 manat sələm pulu aldığını, pulun ödənilib bitmə tarixini bilmədiyini, Xəyalın bildiyini, Əmraha ümumilikdə 150000 manat pul ödədiklərini, Əmrahın olanları dandığından məhkəməyə səs yazısının təqdim olunduğunu, qanuna uyğun qiymət verilməsini, uzun müddət sürücü işlədiyini, bir evinin olduğunu, 7 nəfər ailə üzvünün olduğunu, evi oğlunun iş qurması üçün verdiyini, evi şərtlə verdiklərini, lakin cavabdehin dandığını, evin pulunu ödədiklərini, başqa evlərinin olmadığını göstərmişdir.

7. Birinci instansiya məhkəməsində Cavabdeh1 iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermiş, iddianı qəbul etmədiyini, iddiaçını və oğlunu evi alana kimin tanımadığını, notari at orqanında görüb tanıdığını, evi 57000 manata deyil 80000 manata aldığını, 57000 manatı notariusda banka köçürmə yolu ilə 23000 manatı isə əldən aldıqlarını, həmin vaxtı evin dəyərinin 80000 manat olduğunu, Xəyalın heç vaxt ona pul vermədiyini, 5-6 ay evdə qaldıqlarına görə, 5 ayda obyektə görə kirayə verdiklərini, obyekti İqtisadiyyat Nazirliyində özəlləşdirib aldığını, hələ də onun obyektindən və evindən çıxmadıqlarını, 2022-ci ilin dekabr ayından ödəmə etmədiklərini, ondan şikayət olmadığını, Xəyalın İqtisadiyyat Nazirliyindən İcra Hakimiyyətinə şikayət etdiyini, şikayətin Daxili İşlər Nazirliyinə göndərildiyini, Xəyalın orada hansı izahatı verdiyini bilmədiyini, ondan sonra şikayətdə adı olmadığı halda onu çağırıb izahat alıb araşdırdıqlarını, baxış keçirib şəkilləri çəkib ondan sonr a sərbəst olduğunu bildirdiklərini, cinayət işi olsa idi araşdırma getməli olduğunu, şahidlərə qaldıqda isə Xəyalın işçiləri olduğunu, onların adına bankdan kredit götürdüyünü, ondan əvvəl olduğunu, həmin adamlara Xəyalın Əmrahdan pul alıb sizin borclarınızı ödəyəcəm dediyini, şahidlərin birinin dostu, birinin şəriki olduğunu, səs yazısını qəbul etmədiyini, montaj ola biləcəyini, Xəyaldan obyektə və evə görə kirayə aldığını, iddiaçının evin pulunu qaytardığını dediyini, lakin bununla bağlı sübut təqdim etmədiyini, harada necə qaytardığını, alqı-satqı olduğundan notariusa getdiklərini, sələm olsa idi notariusa getməyəcəklərini, iddiaçının sələm vasitəsi ilə ona pulu qaytarırdısa sənəd almalı olduğunu, evi alandan sonra Xəyalın yanında işləyən işçiləri tanıdığını, bu səbəbdən danışıqlarının əsasının olmadığını, təqdim olunmuş səs yazısının onun məlumatı olmadan düşünülmüş şəkildə gizlin yazıldığını, kürəkənlərini gizlin səs yazması üçün göndərildiyini, Rəfailin gəlib çayxanasında onunla söhbət etdiyini, lakin səsini yazmasını bilmədiyini, Rəfailin Xəyala faiz verməsini dediyini, elə bir halın olmadığını dediyini, bu əsasla səs yazısının dinlənilməsini və sübut olaraq qəbul olunmasını istəmədiyini, evi halal qazancı ilə uşağına aldığını, 3 ildir ki, ev aldığını lakin evə girə bilmədiyini, Xəyala verdiyi 80000 manat puldan ona xərcləmədiyini, aparıb borclarına verdiyini, buna görə onun günahının olmadığını, əlavə olaraq Xəyala 100000 manat verdiyini, həmin pulu hara xərclədiyini demədiyini, kaşki, bu halın olmamasını, lakin Xəyalın 300000 manata yaxın borcunun olduğunu, banklar dan pul götürdüyünü, aparıb borclarını bağladığında onun günahının olmadığını, Xəyala həmişə yaxşılıq etdiyini, istəyirsə 100000 manat ona 5000 manatda rüsum olaraq ödədiyi halda evini qaytaracağını, iddiaçı tərəfin evin pulu olaraq ona ödəmə etmədiyini, evi satdıqlarından onunda aldığını, evindən çıxmalarını istədiyini bildirmişdir.

8. Birinci instansiya məhkəməsində məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi X7 iddianı qəbul etməyərək, notariat əməliyyatının qanuna uyğun aparıldığını, tərəflərin alqı-satqı müqaviləsi bağladıqlarını, notariat əməliyyatında 57000 manat ödənildiyindən bankın da həmin pulu ödədiyini, bankın pul saxlamadığını, 60000 manat ödənib 57000 manat verilməsinin mümkün olmadığını, tərəflərin notariusdan kənar mənzilin qiymətini neçəyə danışmasını bilmədiklərini, müqaviləni necə bağlayırlarsa ona uyğun sənədləşdirdiklərini, tarixi xatırlamadığı vaxtda Xəyalın həqiqətən gəlib evi qaytarmaqla bağlı müraciət etdiyini, ona belə halda 5000 manat da rüsum ödəyəcəyini izah etdiyini, müqavilənin qanuna uyğun bağlandığını bildirmişdir.

9. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X16 tərəfləri tanıdığını, Xəyalla bir məktəbdə oxuduğunu, sonradan Xəyalın Naxçıvana gəlib sex açdığını, ona maddi sıxıntılarının olduğunu dediyini, Xəyalın sələm borcu olduğunu verə bilmədiyini dediyini, bankdan pul götürüb Xəyala verdiyini, Xəyalla birlikdə Əmrahın çayxanasına getdiklərini, Xəyalın Əmraha 8000 manat verdiyini, əlavə 3500 manat bir nəfərdən, 3500 manat bir nəfərdən götürüb Xəyala verdiyini, hazırda özünün borcu qaytara bilmədiyini, ailəsinin yanın da başı aşağı olduğunu, Xəyalın Əmraha pul verməsində yanında olmadığını, bu halın iki il olar ki, olduğunu, Xəyalın obyektlə əlaqədar borca düşdüyünü bildirdiyini, Xəyalın öz evində kirayə qaldığını dediyini, kirənı verməsi üçün 2200 manat bir nəfərdən götürüb Xəyala verdiyini, İddiaçı evini satmasını eşitmədiyini, Xəyalın sələm qarşılığında evi verməsini ona dediyini, evin kimin mülkiyyətində olmasını bilmədiyini, Xəyalın ona borclu olduğu adamın onu narahat etdiyini, gəlib onu ailəsinin yanında narahat edə bilər dediyini bildirmişdir.

10. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X10 tərəfləri tanıdığını, Xəyalın yanında bir neçə il işlədiyini, əvvəllər yaxşı əmək haqqı aldıqlarını, sonradan Xəyalın əmək haqlarını verə bilmədiyini, yemək bişirdiyindən orada olanları g ördüyünü, Qorxmaz adlı şəxsin Əmrahla Xəyalı tanış etdiyini, gördükləri və eşitdiklərinə görə Xəyalın Əmraha sələm borcu olduğunu, hazırda 3516 manat Xəyalda alacağının olduğunu, Əmrahın Qorxmazın və bir nəfər sürücünün müəssisənin mətbəxində oturub evə dair plan cızdıqlarını, gedib Xəyala evin əldən gedir dediyini, Xəyalın da xala bir şey olmaz dediyini, Coşquna da Xəyala evinin əldən getməsini deməsini bildirdiyini, sonradan Xəyalın evi vermək məcburiyyətində qaldığını bildiyini, Qorxmazın əvvəl Xəyalla birlikdə Bakıya mal göndərdiyini, sonradan Əmrahla yaxın olduğunu gördüyünü, həmin müəssisəni Əmrahın alacağını, Qorxmazında işlədəcəyini planlaşdırdıqlarını eşitdiyini, Xəyalın Əmraha faiz ödədiyini, Xəyalın özünün ödədiyini, Coşqunun aparıb verdiyini, Əmrahın gəlib aldığını, bu halların orada işlədiyi dövürdə olduğunu, tarixi xatırlamadığını, Xəyalın yanında işə başladığı tarixi xatırlamadığını, 1 il 6 ay olar ki, işdən çıxdığını, həmin müəssisədə yemək bişirməklə həmdə aparatlarda işlədiyini, Xəyalın atasının mətbəxdə danışıqlarından evlərini satmaq istədiklərini eşitdiyini, eşitdiklərinə görə malların və işçilərin pulunu ödəyə bilmədiklərindən sələm götürmək fikirlərinin olduğunu, evi hansı qiymətə satdıqlarını bilmədiyini, Əmraha satdıqlarını bildiyini, evi zorakılıqla satmaqlarını eşitmədiyini bildirdi. Məhkəmə baxışı iclasında şahid qismində dindirilərək ifadəsi alınmış X4, tərəfləri tanıdığını, onlarla qohumluğunun və ədavətinin olmadığını, Qorxmazın vasitəsi ilə Xəyalı tanıdığını, Xəyalın ona iş təklif etdiyini, mal almaq üçün Hyundai markalı avtomobilini satdığın ı, puldan 8500 manatı Xəyalın Əmraha verdiyini, Xəyaldan maşını satmağın puluna iş görmək olduğunu dedikdə Əmraha sələm borcunun olduğunu bildirdiyini, sonra malları Bakıya göndərdiklərini malın pullarının ortada olmadığını görüb soruşduqda Xəyalın Əmraha borcu olduğundan verdiyini bildirdiyini, Xəyaldan eşitdiyinə görə evi girov qoyduğunu, Xəyalın evinin olduğunu bildiyini, Xəyalın atasının Əmraha ev satmasını bilmədiyini, Xəyalın Əmraha 8500 manat pulu verməsini görmədiyini bildirmişdir.

11. Birinci instansiya məhkəməsində məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X8 tərəfləri tanıdığını, onlarla qohumluğunun və ədavətinin olmadığını, Nümayəndə1 Əmrahdan sələmə pul götürməsini bildirdiyini, vəziyyətinin yaxşı olmadığını onlara dediyini, Əmrahın 2-3 dəfə gəlib-getməsini gördüyün ü, təxminən 2022-ci ilin əvvəllərində Xəyalın verdiyi 2000, 3000 və 1500 manatı müxtəlif vaxtlarda aparıb Əmraha verdiyini, Xəyalın ona həmin pulların faiz olaraq verməsini deməsə də söz-söhbətdən aparıb verdiyi pulların faiz olduğunu özünün anladığını, işlədiklərinə görə əmək haqqı almaq vaxtı çatanda pulun olmadığını, Əmraha verildiyinin bildirildiyini, evin satılmasını yox, faizə görə Əmraha verilməsini eşitdiyini, Xəyalın həmin obyektdə təmir işləri apardığını, Xəyalın borcuna görə özünün də banka 20000 manat borcu olduğunu bildirmişdir.

12. Naxçıvan Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 21 noyabr 2023-cü il tarixli 2(078)-1065/2023 nömrəli qətnaməsi ilə (hakim Q.N.Məmmədov) iddia rədd edilmişdir.

13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı idd ia tələbində müqavilənin etibarsızlığına dair gətirdiyi əqdi şərtlə bağladıqlarını, faizə pul götürdüklərini, pulu ödədikdən sonra mənzilin qaytarılacağını, pulu qaytardıqlarından əqdi mübahisələndiriməsini ona hüquq verdiyini bildirmişdir. Lakin iddiaçı tərəf müqavilənin etibarsızlığının əsası kimi bildirdiyi və istinad etdiyi halların şərtlə müqavilənin bağlanmasının, faizə pul götürməsinin, pulu qaytarmasını bildirilən halların doğruluğunu təsdiq edən sübutları təqdim edə bilməmiş və işdə onları təsdiq edən digər sübutlar olmamışdır.

14. İş üzrə tərəflərin izahatından görünür ki, iddiaçı tərəf mal və dəzgah almaq üçün pul lazım olduğundan evi satışa çıxarmış və “makler” vasitəsi ilə cavabdeh alıcı olmuş, qanuni şəkildə notariat orqanında alğı-satqı müqaviləsi bağlanmış və iddiaçı cava bdeh tərəfindən ödənilən pulu bank vasitəsi ilə almışdır.

15. Cavabdehin iddiaçının iradə ifadəsi olmadan zorla evi mülkiyyətinə keçirməsinə dair Cavabdeh2ndə alğı-satqı müqaviləsi imzalatdığını sübut edəcək faktlar aşkar edilməmişdir.

16. Belə ki, Cavabdeh2 notariusu izahatında iddiaçı ilə cavabdehin arasında daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanan zaman qanuna uyğun olmamasını bildirmişdir.

17. İddiaçı tərəf cavabdehdən aldıqları pulu qaytardıqlarını bildirsələr də bunu təsdiq edən heç bir sübutu təqdim edə bilməmişlər.

18. İddiaçı tərəfindən evin şərtlə satılmasını bildirməsi halı ilə bağlı hər hansı mötəbər sübut təqdim edilməmişdir, iş materiallarında olan müqavilədə bu halı təsdiq edən hal tapılmamışdır.

19. Birinci instansiya məhkəməsi cavabdehin istinad etdiyi maraqlı şəxsi n əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilməsi, lakin bunu etməməsi, iddiaçı tərəfindən bu müddətə əməl olunmaması, bir il ərzində əqdi mübahisələndirməməsi səbəbindən hüququ itirməsi ilə bağlı dəlillərə münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354, 354.2-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzi ndə əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli qərarında da göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddət iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

21. İddiaçı alğı-satqı müqaviləsinin bağlandığı 23 aprel 2021-ci il tarixdən etibarən həmin müqavilənin etibarsız sayılmasına əsas verən halları bildiyi halda bu halı mübahisələndirməmiş və qanunvericiliklə müəyyən edilmiş müddəti buraxmışdır.

22. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 324.1, 327, 337.1, 339.4 354, 354.2-ci, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respubli kası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarlarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 2.1, 14.2, 77.1, 80, 88, 89, 106.1, 119.1,217.2, 217.3, 217.4 və 218-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

23. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

24. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, məhkəmə işin obyekti v hallarını nəzərə almadan əsassız iddianın rədd edilməsi barədə qətnamə qəbul etmişdir. Məhkəmə işin hallarını (sübutları) tam, hərtərəfli araşdırmadan bu nəticəyə gəlmişdir.

25. Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(108)-27/2024 nömrəli, 8 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər V.G.Kuimova (sədrlik edən və məruzəçi), V.K.Quliyev və S.M.Qarayev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

26. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının apellyasiya şikayətində “mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 307.14 kv.m və 109.17 kv.m yardımçı sahəli, 5 otaqlı fərdi yaşayış mənzilini daşınmaz əmlakın alqısatqı müqav iləsi əsasında 23 aprel 2021-ci il tarixdə Cavabdeh1 məcburiyyət qarşısında qalaraq satdığını, məcburiyyətin oğlu Nümayəndə1 cavabdehdən faizlə borclanmasının olduğunu, mənzili dəyərindən ikiqat aşağı qiymətə satdığını, həmin dövrdə borc müqaviləsi notarial qaydada sənədləşdirilmədiyi üçün aralarında razılığa əsasən onun mənzili oğlunun borcunu Cavabdeh1 qaytaranadək alqı-satqı yolu ilə sənədləşdirdikləri” barədə dəlilləri iş materialları və istər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya şikayətinin baxılması zamanı dindirilmiş Cavabdeh2 nümayəndəsi X1, Cavabdeh1 verdikləri izahatları ilə təkzib olunmuşdur.

27. Belə ki, Cavabdeh2 nümayəndəsi X7 izahatında əvvəlcə notariat kontoruna “makler”in, iddiaçının nümayəndəsinin və cavabdehin gəldiklərini, evin alqı-satqı müqaviləsini bağlamaq istədiklərini, ev iddiaçının adına olduğundan iddiaçının həyat yoldaşı ilə gələrək müqaviləyə imza etdiyini, iddiaçının imza edərkən evi nə səbəbə satdığı barədə heç nə demədiyini, cavabdehin pul iddiaçının isə evi verdiyini, alqı-satqı müqaviləsi bağladıqlarını, onun deyilən məsələlərdən xəbərinin olmadığını göstərmişdir.

28. Cavabdeh1 məhkəmə baxışı iclasında verdiyi izahatında uşağına ev almaq istədiyini, evi faktiki olaraq 80 000 manata aldığını, 23 000 manatı pul təcili lazım olduğu üçün əldən verdiyini, notariusa gedərək evin alqı-satqı müqaviləsi bağladıqlarını, müqavilədə evin qiymətinin 57 000 manat qeyd olunduğunu, müqaviləyə iddiaçının imza etdiyini, Xəyal ilə özünün evin alqı-satqı müqaviləsinin borca əsasən bağlanması barədə söhbətlərin olmadığını, iddiaçı ilə aralar ında mənzili oğlunun borcunu ona qaytaranadək alqı-satqı yolu ilə sənədləşdirdikləri barədə aralarında heç bir razılaşmanın olmadığını göstərmişdir.

29. İddiaçı tərəf müqavilənin etibarsızlığının əsası kimi apellyasiya şikayətində bildirdiyi şərtlə müqavilənin bağlanması, faizə pul götürməsi, pulu qaytarması hallarının doğruluğunu təsdiq edən sübutları kollegiyaya təqdim edə bilməmişdir.

30. İddiaçı apellyasiya şikayətində “Cavabdeh1 evi məcburiyyət qarşısında qalaraq satdığı, məcburiyyətin oğlu Nümayəndə1 cavabdehdən faizlə borclanmasının olduğu, ayda 3000 manat sələmə pul ödəməklə evin pulunu ödədikləri, Əmrahın sexə gəlib hərdən Xəyaldan 3000 manat, 5000 manat, 8000 manat sələmə pulu aldığı, Əmraha ümumilikdə 150 000 manat pul ödədikləri” halları təsdiq edəcək sübutları təqdim edə bilmə mişdir.

31. Belə ki, iddiaçı və onun nümayəndəsi istər birinci instansiya məhkəməsində, istərsə də kollegiyada verdikləri izahatlarda cavabdehdən borc alındığını, borcu sənədləşdirmək məqsədi ilə evin alqı-satqı müqaviləsini rəsmiləşdirildiyini, ayda 3000 manat sələmə pul ödəməklə evin pulunu ödədiklərini, Əmrahın sexə gəlib hərdən Xəyaldan 3000 manat, 5000 manat, 8000 manat sələmə pulu aldığını, borcla bağlı cavabdehlə aralarında bağlanmış müqavilənin olmadığını, pulu ödəyərkən cavabdehdən yazılı qəbz almadıqlarını, bu səbəbdən də bu halları təsdiq edən sübutları təqdim edə bilmədiklərini göstərmişlər.

32. Kollegiya qeyd etmişdir ki, işin araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı Xəyala mal və dəzgah almaq üçün pul lazım olduğundan evi satışa çıxarmış, qanuni şəkildə notariat orqanında alqı-satqı müqaviləsi bağlanmış və iddiaçı Cavabdeh1 tərəfindən ödənilən pulu bank vasitəsi ilə almışdır. Bu hallar cavabdehlərin izahatları ilə təsdiq olunur.

33. İddiaçı Cavabdeh1 evi məcburiyyət qarşısında qalaraq satdığına, məcburiyyətin oğlu Nümayəndə1 cavabdehdən faizlə borclanmasının olduğuna dair sübutlar təqdim edə bilməmiş, cavabdehin iddiaçının iradə ifadəsi olmadan zorla evi mülkiyyətinə keçirməsinə dair Cavabdeh2ndə alqı-satqı müqaviləsi imzalatdığını sübut edəcək faktlar işə baxılarkən aşkar edilməmişdir. Kollegiya hesab edir ki, İddiaçı Cavabdeh1 evi məcburiyyət qarşısında qalaraq satması, məcburiyyətin oğlu Nümayəndə1 cavabdehdən faizlə borclanmasının olması Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 339.4-cü maddəsində göstərilən məcburetmə (zorakılıq və ya hə dələmə) anlayışı ilə eynilik təşkil etmir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

34. İddiaçı (vəkili Nümayəndə2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

35. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi hüquq normalarının tam olaraq düzgün tətbiq edilməməsi ilə qəbul edilmiş və nəticədə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar tam aydınlaşdırılmamış və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına tam uyğun gəlməmişdir. Məhkəmə prosesdə əlavə şahidlərin dindirilməsi və təqd im olunmuş sübutların tədqiqini həyata keçirməmiş, cavabdehin səs yazısı qeyd olunmuş sübutu dinləməyərək həqiqətin müəyyən edilməsinə çalışmayaraq borc münasibətlərini pərdələməklə tərtib edilən əmlakın özgəninkiləşdirilməsi müqaviləsi nəticəsində bir ailənin evsiz qalmasına şərait yaradan müstəvi formalaşdırılmasına səbəb olan qərar qəbul etmişdir.

36. İddiaçının vəkili həmşinin məhkəmə kollegiyasına vəsatətlə müraciət edərək, işə şifahi icraat qaydasında baxılmasını xahiş etmişdir. Vəsatət belə əsaslandırılılb ki, aşağı instansiya məhkəmələri işin ziddiyyətli hallarına lazımi qiymət vermədiyindfən işin hallarının obyektiv araşdırılması üçün işə şifahi icraat qaydasında baxılması zəruridir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

37. Kassasiya şikayətinə qarşı etiraz daxil olmam ışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

38. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

39. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

40. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

41. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

42. Madd ə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

43. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

44. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

45. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, ha belə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.

46. Maddə 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır.

47. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

50. Maddə

88. Məhkəmə sübu tlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

51. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

52. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

53. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

54. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol veril mir.

55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

56. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

57. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş material larında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

58. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ape llyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

60. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

61. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddianın müqavilənin etibarsız sayılması tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

62. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

63. Göründüyü kimi iddiaçı mülkiyyətində olan fərdi yaşayış evini 23 aprel 2021-ci il tarixdə notariat qaydada təsdiqlənmiş alğı-satqı müqaviləsi əsasında 57000 manata Cavabdeh1 satmışdır.

64. Alğı-satqı müqaviləsinin hüquqi mahiyyəti, satıcının əşyanı alıcının mülkiyyətinə vermək, alıcının isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəmək barədə öhdəlikdən ib arətdir (Mülki Məcəllənin 567-ci maddəsi).

65. İddiaçı isə cavabdehlə bağlanan müqavilənin alğı-satqı niyyəti ilə deyil, oğlunun cavabdehə olan borc öhdəliyi ilə bağlı olduğunu bildirir.

66. Qeyd olunmalıdır ki, əqdin qurucu əsası iradə ifadəsidir və yalnız şəxsin müəyyən bir hüquqi nəticəni, yəni mülki hüquq və öhdəlikləri yaratmaq üçün etmiş olduğu iradə ifadəsinin nəticəsində əmələ gəlir. Buna görə də əqdin etibarlı olması üçün hər şeydən əvvəl əqdi əmələ gətirən iradə mövcud olmalıdır.

67. Bu baxımdan iddiaçının cavabdehlə razılaşmaya gəlmək barədə iradənin olması şübhə doğurmur. Lakin iddiaçı bu razılaşmanın əsasında dayanan niyyətin alğı-satqıya uyğun deyil, başqa məzmunda olduğunu iddia edir.

68. Yazılı və notariat qaydada bağlanmış əqdlərə münasibətdə prezumpsiya ondan ibarətdir ki, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi məhz əqdin özündə yazılı formada göstərilən qaydada olmuşdur. Belə ki, tərəflər yazılı müqaviləni imzalamaqla orada göstərilən şərtlərin özlərinin iradə ifadələrini əks etdirdiyini qəbul edirlər, eləcə də, əgər müqavilə notariat orqanında bağlanmışdırsa, notarius müqaviləni təsdiq etmədən əvvəl onun məzmununu tərəflərə izah edir. Odur ki, notariat qaydasında bağlanılmış əqdin orada göstərilən məqsədlə bağlanmadığı barədə nəticəyə gələ bilmək üçün, iş üzrə həmin halları təsdiq edən çox ciddi və təkzibolunmaz mötəbər sübutlar mövcud olmalıdır.

69. Nəzərə alınmalıdır ki, əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Başqa sözlə, görünüşdə arzu edilən hüquqi nəticəni əmələ gətirən iradə ifadəsi əqd sayılır. Əqdin təməlini şəxsin nail olmaq istədiyi məqsədə yönələn iradə ifadəsi təşkil edir. İradə ifadəsinin qarşılıqlı şəkildə mövcudluğunu tələb edən konstruksiya müqavilə adlanır. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (Mülki Məcəllənin 389.1-ci maddəsi). Yəni müqavilə, təkcə iradə ifadəsinin mövcudluğunda deyil, həm də qarşılıqlı bəyan edilən iradənin əks tərəflə razılaşdırılması halında yaranır. Müqavilə, tərəflərin hüquq və vəzifələr müəyyən etmək, dəyişmək və ya xitam vermək barədə tərəflərin qarşılıqlı olaraq razılığa gəldikləri şərtlərin toplusudur. Yazılı müqavilə isə, həmin şərtlərin (tərəflərin arzu etdikləri nəticəyə yönəlik iradə ifadəsini əks etdirən) kağız daşıyıcısıdır. Bu baxımdan, tərəflər arasında münasibətlərin tənzimlənməsində yazılı müqavilədə əksini tapmış şərtlərə etimad prinsipi gözlənilir. Etimad prinsipi birbaşa hüquqi müəyyənlik və son nəticədə ədalətlilik prinsipindən irəli gələn hüquqi zərurətdən yaranmışdır. Hazırki işdə iddiaçı yazılı müqavilənin şərtlərinə etimadı şübhə altına almağa imkan verən əsaslı sübut təqdim etməmişdir. Nə qədər ki, tərəflərin arasında bağlanmış müqavilədə borc öhdəliyi ilə bağlı şərt və ya müddəa əksini tapmamışdır, bu halda iddiaçının həmin müqaviləni borca görə bağladığı barədə dəlili qəbul olunan deyildir.

70. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmas ından və məhkəməyə bildirilən faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddianın qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia təmin edilir uzlaşmırsa (yaxud cavabdehin etiraz və müdafiə vasitələrinə təmin olunmalı deyilsə) rədd edilir.

71. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir.

72. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

73. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzr ə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

74. Kassatorun işə şifahi icraat qaydasında baxılması barədə vəsatəti təmin olunmamışdır. Çünki işə şifahi icraat qaydasında baxılması üçün MPM-nin 414.1-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur.

75. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(108)-27/2024 nömrəli, 8 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar