Məhkəmə qərarları › İş №2(102)-2006/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2006/2022

05.05.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2006/2022 05.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası İddiaçı "xxxx" Acıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Gündüz oğluna, Cavabdeh3 Mənzil Tikinti Kooperativinə, Cavabdeh4 qarşı iş üzrə QƏRAR (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, cavabdehlərin mənzilə istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılmaları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim hakimlər Əliyev Ələsgər Əliabas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Gündüz oğluna, Ca vabdeh3 MTK-ya, Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, cavabdehlərin mənzilə istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılmalar tələbinə dair mülki iş üzrə iddiaçı "xxxx" ASC və Cavabdeh1 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 sentyabr 2021-ci il tarixli, 2(103)-7449/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətlərinə 05 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərar qəbul etdi. İşin halları

1. İddiaçı "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Abşeron filialı ilə cavabdeh X1 arasında bağlanmış 60-05-10-2017-MEFE nömrəli 05.10.2017-ci il tarixli kredit müqaviləsinə əsasən illik 10 faiz olmaqla, 67 ay müddətinə 98000 manat məbləğində kredit verilmişdir.

2. Kredit müqaviləsinin təminatı kimi bankla Cavabdeh2 və Cavabdeh3 MTK arasında 05.10.2017-ci il tarixli, 60-05-10-2017-ME- FE saylı zaminlik müqaviləsi bağlanmışdır.

3. Həmçinin kredit müqaviləsinin təminatı kimi bankla X1 arasında Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 194, M 14. m3 ünvanında yerləşən ümumi sahəsi 92.4 kv/m olan mənzil (Seriya RX, № 1310118, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: 11.06.2018) ipotekaya qoyulması barədə 02.05.2018-ci il tarixli ipoteka müqaviləsi bağlanılmış və müvafiq mənzil "Azərbaycan Beynəlxalq Bank” ASC-nin Abşeron filialının xeyrinə yüklü edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 Gündüz oğlu, Cavabdeh3 MTK və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, cavabdehlərin mənzilə istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılmaları tələbinə dair iddia ərizəsi və sonradan isə iddia ərizəsinə dəqiqləşmə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Gündüz oğlundan və Cavabdeh3 MTK-dan iddiaçı "xxxx" ASC-nin xeyrinə müştərək qaydada 88925.66 manat əsas, 22729.33 manat faiz, 106908.93 manat cərimə borcu olmaqla cəmi 218563.92 manat borcun tutulması; ipotekaya qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişin DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində qeydiyyata alınmasına dair 20.71 manat dövlət rüsumu və 10.65 manat xidmət haqqının cavabdehlərdən tutulması; cavabdehlər Cavabdeh1 və Cavabdeh4 ipotekaya qoyulmuş Bakı ş əhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 194, M 14, m3 ünvanında yerləşən ümumi sahəsi 92.4 kv/m olan mənzildən istifadə hüquqlarına xitam verilməklə çıxarılması; “Azərbaycan Beynəlxalq Bankı" ASC-yə ipotekaya qoyulmuş Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 194, M 14, m3 ünvanında yerləşən ümumi sahəsi 92.4 kv/m olan mənzil ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması və əldə olunmuş vəsaitin Cavabdeh1 Banka olan kredit borcunun ödənilməsinə yönəldilməsi; satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi; ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilm əsini xahiş etmişlər.

5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, əsas kredit müqaviləsinə əlavə və dəyişiklərin edilməsi haqqında 13.02.2018-ci il tarixli Əlavə imzalanmışdır. Zaminlik müqaviləsinin 2.2-ci maddəsinə əsasən borclu qeyd olunan kredit müqaviləsi üzrə öhdəliyi tamamilə və ya hissə-hissə icra etmədikdə zamin kreditor qarşısında kredit məbləğinin, hesablanacaq faizlərin, dəbbə pulunun, icranın gecikdirilməsi və vurulmuş zərərin ödənilməsi üçün məsuliyyət daşıyır.

6. Cavabdeh1 kredit vəsaitindən istifadə etmiş, müqavilənin şərtlərini pozmuş, kredit üzrə əsas borcu və faizləri vaxtında və lazımi qaydada ödəməmişdir. Borc 08.08.2019-cu il tarixinədək hesablanmışdır.

7. İddiaçı tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 317.1, 319.1, 385.1, 448.1, 471.1, 472.2-ci maddələrinə i stinad etmişdir.

8. Cavabdeh4 birinci instansiya məhkəmə iclasında iddia tələbini qismən qəbul etdiyini bildirmişdir.

9. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4018/2019 nömrəli, 25 sentyabr 2019-cu tarixli qərardadı ilə qiymətləndirmə ekspertizası təyin edilmişdir. 10. “X4” MMC-nin 05.06.2020-ci il tarixli, 019/LBC saylı rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 194, M14, m.3-in bazar dəyəri 196800 manat, likvid dəyəri 182000 manat müəyyən edilmişdir.

11. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-190/2020 nömrəli, 5 oktyabr 2020-ci tarixli qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir.

12. Məhkəmə Ekspertizası Mərkəzinin 22.12.2020-ci il tarixli, 9/4291 nömrəli rəyinə əsasən Cavabdeh1 iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə m aliyyə arayışında borcun hesablandığı tarixə, yəni 05 oktyabr 2020-ci il tarixə olan əsas borcu 88925,64 manat, faiz borcu 19246,41 manat ümumilikdə 181,72,05 manat müəyyən edilmişdir.

13. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-60/2021 nömrəli, 30 aprel 2021-ci tarixli qətnaməsi ilə (hakim Kəmalə Əmirxanova) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Gündüz oğlundan və Cavabdeh3 MTK-dan iddiaçı "xxxx" ASC-nin xeyrinə müştərək qaydada 88925,64 manat əsas, 19246,41 manat faiz, 400 manat cərimə, cəmi 108572,05 (yüz səkkiz min beş yüz yetmiş iki manat, 05 qəpik) manat, habelə ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişin DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində qeydiyyata alınmasına dair 20.71 manat dövlət rüsumu və 10.65 manat xidmət haqqının, ödənilm iş 30 manat dövlət rüsumun və 0.40 manat xidmət haqqının "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 194, M 14, m3 ünvanında yerləşən ümumi sahəsi 92.4 kv/m olan mənzilə yönəldilməsi, əmlakın ilkin satış qiymətinin 182000 manat müəyyən edilməklə açıq hərracdan satılması və əldə olunan vəsait hesabına borcun "xxxx" ASC-nə ödənilməsi, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 194, M 14, m3 ünvanında yerləşən ümumi sahəsi 92.4 kv/m olan mənzilin satıldıqdan bir ay sonra boşaldılması qət edilmişdir. İddia tələbi qalan hissədə təmin edilməmişdir..

14. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlib ki, iddia tələbi 14.07.2 016-cı il tarixli, 2300-14-07-2016-TF-BZ nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş qalan əsas və faiz borcu hissəsində əsaslı olduğundan təmin edilməlidir.

15. Birinci instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, cavabdehlərdən iddiaçının xeyrinə dəbbə puluna görə 400 manat məbləğində pul vəsaiti tutulmalı, dəbbə pulu tələbinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir.

16. Məhkəmə eyni zamanda iddianın tələbinin ipoteka predmeti olan əmlaka yönəldilməsinə dair hissəsini də hesab etmişdir ki, təmin edilməməlidir.

17. Birinci instansiya məhkəməsi iddia ərizəsinin ipoteka ilə yüklü edilmiş əmlakın satışından eldə edilmiş məbləğ borc məbləğinin yönəldilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsi ümumi qaydada icra edilməsi hissəsində məhkəmə qeyri-müəyyən hesab edir və bu s əbəbdən onun rədd edilməsi qənaətinə gəlir.

18. Gəldiyi nəticəni məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 279, 385.1, 386.1, 442, 445.2.1, 472.1, 739.1, “İpoteka haqqında” Qanunun 59.3, 59.3.1, 59.3.2, 59.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. Həmin qətnamədən iddiaçı "xxxx" ASC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın tam təmin edilməsi və mənzilin ilkin satış qiymətinin müvafiq bazar qiymətinə uyğun qoyulmasına barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

20. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmə ilk növbədə bankın iddia tələbinin həcminin artırılması dair 01.03.2021-ci il tarixli 22-2613/2021 saylı ərizəsini nəzərə almamışdır. Belə ki, 05.10.2020-ci il tarixl i bank tərəfindən verilən maliyyə arayışına əsasən məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 22.10.2020-ci il tarixli, 9/4291 ekspert rəyi ilə maliyyə arayışında qeyd olunan 88925.66 manat əsas-88925.64 kimi, 19246.41 manat faiz borcu isə 19246.41 kimi müəyyən olunmuşdur. 01.03.2021-ci il tarixinə təyin olunmuş məhkəmə prosesi zamanı bank tərəfindən MPM-in 53-cü maddəsinin tələblərinə əsasən iddia tələbinin həcmi artırılmasına dair ərizə verilməsinə baxmayaraq məhkəmə ərizəni yalnız dəbbə pulunun tutulması hissəsində nəzərə almış və dəbbə pulunu da mütənasib olmayan miqdarda azaltmışdır. Bu isə iddiaçı olaraq hüquqlarımızın pozulması ilə nəticələnən hüquqi əsassız qərar qəbul edilməsi ilə nəticələnmişdir. Halbuki, oktyab r ayında təqdim edilmiş maliyyə arayışı ilə mart ayında təqdim edilmiş maliyyə arayışlarındakı faiz məbləğləri arasında ümumi fərq 3482.92 AZN təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları nəzərə alınmamışdır, maddi hüquq normalarının tələbələri pozulmuşdur, sübutlar bir tərəfli qiymətləndirilmişdir.

21. Cavabdeh1 da apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.

22. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməmiş, maddi və prosessual hüquq normalarını düzgün əsaslandırılmamış, işə birtərəfli baxmaqla yanaşı, məhkəmə tərəfindən mötəbər hallara qiymət verilməmişdir. məhkəmə hazırki işə baxarkən iş üçün əhəmiyyətli olan sübutları tam araşdırm ayaraq qətnamə qəbul etmişdir.

23. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 sentyabr 2021-ci il tarixli, 2(103)-7449/2021 nömrəli qətnaməsi ilə (sədrlik edən –- T.Səmədov, hakimlər İ.Şirinov və A.Tanrıverdiyev) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30.04.202l-ci il tarixli qətnaməsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 Gündüz oğlundan və Cavabdeh3 MTK-dan iddiaçı "xxxx" ASC-nin xeyrinə müştərək qaydada 400 manat cərimə pulun iddiaçı “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin xeyrinə tutulması hissəsində dəyişdirilmiş, cərimə məbləği 3000 manat müəyyən edilməklə, (88925,64 manat əsas+19246,41 manat faiz+3000 manat cərimə), cəmi müqavilə üzrə borc 111172,05 manat məbləğində pul cavabdehlərdən tutularaq "xxxx" ASC-nə ödənilməsi, qət namənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmiş, Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmişdir.

24. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi ilə razılaşaraq qeyd etmişdir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır.

25. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə “X4” MMC-nin 06.2020-ci il tarixli, 019/LBC saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 194, M14, m.3-ün ilkin satış qiyməti əmlakın likvid dəyəri əsas götürülməklə 182000 manat müəyyən edilmişdir.

26. Apellyasiya məhkəməsi hesab etmişdir ki, yuxarıda adı çəkilən müqavilə üzrə hesablanmış 106908.93 mana t dəbbə pulunu birinci instansiya məhkəməsi əsas borca mütənasib saymayaraq, həmin məbləğin azaldılaraq 400 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq saymışdır.

27. Apellyasiya instansiya məhkəməsinin qənaətinə görə apellyasiya şikayəti qismən təmin edilməklə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli qətnaməsi, cərimə pulunun tutulmasına dair hissəsində tənasübsüz sürətdə aşağı olduğundan dəyişdirilərək, 3000 manat müəyyən edilməlidir.

28. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 445.1, 449.1, 449.2, 462.1, 472.1 maddələrinə instinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri.

29. Apellyasiya məhkəməsinin qətnaməsindən C avabdeh1 kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin yenidən araşdırılması üçün apellyasiya instansiyasına göndərilməsini xahiş etmişdir.

30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin bütün hallarını o cümlədən, kredit üzrə borcun hesablanması qaydasını düzgün hesablanmayaraq yanlış qətnamə qəbul etmiş, kiçik və orta kreditlər üzrə faiz və borcun hesablanması annutitet qaydasında hesablanır. Kiçik və orta kreditlər üzrə faktiki faiz dərəcəsini nəzərə alar həmin məbləğin annutitet qaydasında düzgün hesablanmamışdir.

31. Eyni zamanda iddiaçı da kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən araşdırılması üçün apellyasiya məhkəməsinə göndərilməsni xahiş etmişdir.

32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi tə rəfindən işin faktiki halları nəzərə alınmamış, maddi hüquq normalarının tələbələri pozulmuş, sübutlar bir tərəfli qiymətləndirilmiş. Məhkəmə, əsaslılığına görə ekspertin rəyi ilə razılaşmadıqda habelə bir neçə ekspertin rəyləri arasında ziddiyətlər olduqda, ekspertiza aparılımasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Məhkəmə bankın tələbi və özünün düzgün qiymətləndirməsi nəticəsində təkrar ekspertiza təyin edə biləcəyi halda, bu məsələni diqqətdən kənarda saxlamışdır. Belə ki, “X4” MMC-nin 04.06.2020-ci il tarixli Qiymətləndirmə hesabatından göründüyü kimi qiymətləndirici X2 tərəfindən 130.000-140.000 manat dəyərində olan əmlak 196.800 manat qiymət müəyyən etmişdir. Bank “X4” MMC-nin 04.06.2020-ci il tarixli Qiymətləndirmə hesabatında qeyd olu nan əmlaka dair qiymətlə razılaşmamış və məhkəmə tərəfindən təkrar qiymətləndirmə və ekspertizanın keçirilməsi üçün 05.10.2020-ci il tarixli təkrar ekspertizanın keçirilməsinə dair vəsatət verilmişdir, lakin vəsatət məhkəmə tərəfindən təmin edilməmiş qətnamədə isə bu hissəyə münasibət bildirilməişdir, halbu ki hüququ nöqteyi nəzərdən məhkəmə vəsatəti nə uçun təmin etmədiyini mütləq şəkildə öz qərarında detalları ilə birgə əsaslandırmalı idi. Eyni zamanda mülki işə əlavə edilmiş ipoteka müqaviləsindən göründüyü kimi, bank tərəfindən verilmiş kreditin təminatı kimi ipotekaya götürülmüş sözügedən əmlak 2018-ci ildə bank tərəfindən 158.000 manat dəyərləndirilmişdir. Əmlakın qiymətləndirilməsindən 2 il sonra “X4” MMC tərəfindən əmlakın bazar dəyərinin 196.800 manat qiymətləndirilməsi özü-özlüyü ndə qiymətləndirməni formal keçirildiyini, müəyyən edilmiş dəyərin həqiqətə uyğun olmadığını və reallığın əsk etdirmədiyi açıq-aşkar görünür. Bundan başqa, hesabatdan göründüyü kimi, 92.4kv.m mənzilin 196.800 manat qiymətləndirilməsi o deməkdir ki, mənzilin 1 kv.m 2129.8 manat müəyyən edilmişdir. Halbuki, bu günki gündə həmin ərazidə qeyd olunan qiymətə həmin göstəriciləri (təmir və kv.m) olan mənzilin dəyəri dəyəri ucuzdur. Həmin ərazidə qiymətləndirilmiş mənzilə bənzər mənzillərin 1 kv.m-1250-1550 manat civarındadır Bütün bunların apellyasiya şikayətndə qeyd olunmasına baxmayaraq şikayətin bu hissəsinə toxunulmamış və münasibət bildirilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Kassasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdı. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

34. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

35. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

36. Maddə

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublik asının Mülki Prosessual Məcəlləsi 37.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 38.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 39.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. 40.Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Kassasiya baxışının hədləri

41. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən iddiaçı və cavabdeh tərəfindən apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

48. Baxılan iş üzrə apellasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni nəticəyə gəlmişdir.

49. İşdən görünür ki, Cavabdeh1 "xxxx" ASC ilə bağladığı kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan v axtda və qaydada ödəməmişdir. Eyni zamanda həmin kredit müqaviləsi üzrə öhdəliyin icra edilməsinin təminatı olaraq zamin Cavabdeh2 borclu öhdəliyi lazımınca icra etmədiyi halda kredit borcu ödəmək öhdəliyini öz üzərinə götürmüşdür.

50. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə “X4” MMC-nin 06.2020-ci il tarixli, 019/LBC saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 194, M14, m.3-ün ilkin satış qiyməti əmlakın likvid dəyəri əsas götürülməklə 182000 manat müəyyən edilmişdir.

51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası haqlı olaraq Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli qətnaməsini (400 manat), cərimə pulunun tutulmasına dair hissəs ində tənasübsüz sürətdə aşağı olduğundan dəyişdirilərək, 3000 manat müəyyən etmişdir.

52. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

53. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı "xxxx" ASC-nin və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7449/2021 nömrəli iş üzrə 23 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar