Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2008/2020 23.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Xəlilov İsmayıl Kamil oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və X2 ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə baxaraq M ü ə y y ə n e t d i: İddiaçı 31 saylı Bakı şəhəri Notariat Kontoru iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Cahid oğlunun adına verilmiş xx.xx.2019-cu il tarixdə, 2V-29 reyestr nömrəsi ilə təsdiq olunmuş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Cahid oğlu tərəfindən məhkəməyə daxil olan ərizədə o, işin aidiyyəti üzrə İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir Abşeron Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(012)-2996/2019 nömrəli qərardadı ilə (sədrlik edən hakim E.Məmmədov) Cavabdeh Cahid oğlunun qeyd edilən mülki işin İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi barədə vəsatəti təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə (sədrlik edən hakimlər E.Rəhimov, G.Tağızadə və T.Quliyev, iş No2(105)-3532/19 saylı mülki iş) Abşeron rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Mübahisə mülki işin məhkəmə aidiyyəti ilə bağl ıdır. İş üzrə Cavabdeh Cahid oğlu hesab edir ki, həmin işə İnzibati-İqtisadi Məhkəməsində baxılmalıdır. Vəsatət onunla əsaslandırılmışdır ki, sözügedən mülki iş üzrə aidiyyət qaydaları pozulduğuna görə işə Abşeron rayon məhkəməsində baxıla bilməz. Belə ki, iddiaçı 31 saylı Bakı şəhəri Notariat Kontoru Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin tabeliyindədir və Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi inzibati orqandır. Bunlara əsasən o, ərizənin təmin olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Şikayət birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Hüquqi məsələlər: Azərbaycan Respub likası MPM-nin 403-1.6-cı maddəsinin tələbinə müvafiq olaraq şikayətə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Mübahisə ilə bağlı məhkəmənin mövqeyi: Məhkəmə aidiyyəti müəyyənləşdirilərkən mübahisənin subyekt tərkibi və iddia predmetinin xarakteri nəzərə alınmalıdır. İnzibati hüquq münasibətləri (idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri), dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yaranır və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanların vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır. Göründüyü kimi, belə hüquq münasibətlərində tə rəflərdən biri kimi mütləq qaydada inzibati orqan çıxış edir. İnzibati hüquq münasibətlərini digər hüquq münasibətlərindən fərqləndirən xüsusiyyətlərdən biri də həmin münasibətlərin hakimiyyət-tabeçilik prinsipi əsasında qurulmasıdır. Vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi tələbi publik hüquq sahəsinə deyil, xüsusi (mülki) hüquq sahəsinə aiddir. Başqa sözlə, həmin şəhadətnamə mülki hüquq sahəsində bərabər subyektlər arasında yaranan münasibətlər olduğundan xarakterinə görə mülki tələbdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Ona görə məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və prosessual hüquq norma larının düzgün tətbiq olunmaması barədəki şikayətin dəlillərini qəbul etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 403-1-ci maddəsini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Cavabdeh Cahid oğlunun şikayəti təmin edilməsin. Həmin iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2008/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2008/2020
23.06.2020 · Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver