Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2009/2025 07.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin etibarsız sayılmasının hüquqi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh (maraqlı şəxs qismində Xəzər rayon Buzovna Bələdiyyəsi cəlb edilməklə) qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1758/2025 nömrəli iş üzrə 11 mart 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiy a şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Əzizbəyov rayon Buzovna Bələdiyyəsi sədrinin xx.xx.2005-ci il tarixli 187 saylı sərəncamına əsasən, Buzovna qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikilməsi üçün 600 kv.m torpaq sahəsi Torpaq Məcəlləsinin 59-cu maddəsinin 1-ci bəndinə uyğun olaraq bazar qiyməti ilə İddiaçı satılmışdır.
2. Buzovna Bələdiyyəsinin 02/84 saylı, xx.xx.2020-ci il tarixli məktubunda qeyd edilir ki, İddiaçı xx.xx.2005-ci il tarixli 187 saylı Buzovna Bələdiyyəsi sədrinin sərəncamına əsasən alğı-satqı yolu ilə 600 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi bələdiyyə hüdudları daxilində yerləşir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cava bdeh qarşı (üçüncü şəxs qismində Xəzər rayon Buzovna bələdiyyəsi cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Buzovna Bələdiyyəsi sədrinin xx.xx.2005-ci tarixli, 187 saylı sərəncamına əsasən alğı-satqı yolu ilə ona ayrılan 600 kv.m torpaq sahəsindən Cavabdeh çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçının nümayəndəsi - vəkili xx.xx.2024-cü il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək: - Buzovna bələdiyyəsinin 187 saylı sərəncamına əsasən alğı-satqı yolu ilə İddiaçı satılmış 600 kv.m torpaq sahəsinin onun tərəfindən etibarnamə ilə satılmış 0,02 ha hissəsindən (2 sotundan) və həmin torpaq sahəsində tikilmiş qanunsuz tikilidən Cavabdeh çıxarılması; - Həmin torpaq sahəsi və onun üzərində tikilmiş qanunsuz tikiliyə iddiaçının hüquqlarının bərpa edilməsi və tanınması; - İddiaçı tərəfindən həmin 2 sot torpaq sahəsinə görə cavabdehdən alınmış 10.000 manat və cavabdehin qanunsuz tikiliyə görə çəkdiyi 10.600 manat pulun cavabdehə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Buzovna Bələdiyyəsi sədrinin xx.xx.2005-ci il tarixli, 187 saylı sərəncamına əsasən alğı-satqı yolu ilə 600 kv.m torpaq sahəsi iddiaçıya ayrılmış, torpaq sahəsi üçün ödəniş edilmişdir. Həmin torpaq sahəsi bələdiyyənin hüdudları daxilində yerləşir. Cavabdeh ona məxsus olan torpaq sahəsində qanunsuz olaraq tikinti işləri görür. Belə ki, cavabdeh əvvəl torpaq sahəsini iddiaçıdan alğı-satqı yolu ilə almaq niyyətində olmuş, bununla əlaqədar bir neçə dəfə görüşüb danışmış, torpaq sahəsinə ba xış keçirmişlər. Lakin daha sonradan ona məlum olmuşdur ki, Cavabdeh qanunsuz formada torpaq sahəsinə girərək tikinti-quraşdırma işlərinə başlamışdır. İddiaçı 2020-ci ildən bəri cəzaçəkmə müəssisəsindədir. Zaminə 2 sot torpaq 11.000 manata satılıb, 10.000 manat hissəsi iddiaçıya, 1.000 manatı maklerə verilmişdir. Bundan sonra cavabdeh iddiaçıya məxsus qonşuluqdakı evi təmir etməlidir, lakin etməyib. Cavabdeh həmin torpaqda tikili tikir. İddiaçı həmin evi sona çatdırıb, 40.000 manat vəsait xərcləyib və ailəsi ilə birlikdə həmin evdə yaşayır. Cavabdeh onları narahat edir. Evlə bağlı hər hansı sənəd yoxdur. İddiaçı cavabdehə torpaq üçün aldığı 11.000 manat məbləği və evə xərclədiyi vəsaiti qaytarmağa hazırdır.
6. Cavabdeh iddia tələbinin qəbul etməyərək bildirib ki, iddianı qəbul etmir. İddia çı ilə razılaşaraq 11.000 manat məbləğə həmin torpağı almış və ev tikmişdir. Etibarnaməni Rəşid 2020-ci ildə vermişdir.Lakin iddiaçı 25 aydır ki həmin evdə yaşayır.İddianın rədd olunmasını xahiş etdi.
7. Cavabdehin vəsatəti əsasında məhkəmə iclasında dindirilən şahid X1 göstərmişdir ki, cavabdeh 2 sot torpaq sahəsini Rəşiddən 11.000 manata almış və notariusda qonşusu kimi özü də iştirak etmişdir. Evi Zamin tikib, lakin hal-hazırda evdə heç kim yaşamır.
8. Məhkəmə iclasında cavabdehin vəsatəti əsasında dindirilmiş şahid X2 göstərmişdir ki, Zamin onun həmyerlisi və qonşusudur. Özü evin dam örtüyü ilə məşğul olub, bu işi 2023-cü ilin aprel ayında 1500 manat pul qarşılığında görüb. Həmin evin dam örtüyünü vurduğu vaxt ev natamam vəziyyətdə olub, qapı-pəncərəsi vurulmamışdı.
9. İddiaçının vəs atəti əsasında dindirilmiş şahid X4 ifadəsində bildirib ki, Rəşidin evində usta işləyib, beton, suvaq və qapı işləri görüb, təxminən 10.000 manat dəyərində iş görüb.
10. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3274/2024 nömrəli 6 dekabr 2024-cü il qətnaməsi ilə (hakim Əkrəm Qəhrəmanov) iddia təmin edilməmişdir.
11. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, məhkəmədə müəyyən olunduğu kimi İddiaçı xx.xx.2005-ci il tarixli ərizəsi əsasında Buzovna qəsəbəsində 600 m2 torpaq sahəsi verilmişdir, həmin torpaqlar bələdiyyə hüdudları daxilində yerləşir, belə olan halda isə iddiaçının həmin torpaqla bağlı Cavabdeh qarşı iddia vermək üçün subyektiv hüququ yoxdur. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia əsassızdır və rədd edilməlidir.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Kon stitusiya Məhkəməsinin 30 iyul 2008-ci il tarixli qərarına, Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360cı maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
13. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 2020-ci ildən bəri cəzaçəkmə müəssisəsindədir. Cavabdehə 2 sot torpaq sahəsini 11.000 manata və qonşuluqda olan evi təmir etmək şərti ilə satılması barədə razılığa gəlsələr də, Zamin pulun 10.000 manatını iddiaçıya, 1.000 manatı isə maklerə vermişdir. Zamin qəzadan əvvəl də iddiaçıya 14000 manat borclu olduğu üçün evi tam təmir etməli idi. Bundan əlavə, cavabdeh iddiaçıya məxsus qon şuluqdakı evi təmir etməli olduğu halda etməmişdir. İddiaçı həmin evi sona çatdırıb, 40.000 manat vəsait xərcləyib və ailəsi ilə birlikdə həmin evdə yaşayır. Cavabdeh onları narahat edir. Evlə bağlı cavabdehin əlində hər hansı bir sənəd yoxdur. İddiaçı cavabdehə torpaq üçün aldığı 11.000 manat məbləği və evə xərclədiyi vəsaiti qaytarmağa hazırdır, Cavabdeh bildirmişdir ki, “evi tikim, sizin o biri evinizi təmir edəcəm, 14.000 manat borcunuzu verəcəm”. Zamin başqa evi niyə təmir etməli idi? Ona görə ki, 14.000 manat borcu var idi. İddiaçının həbsə düşməsindən cavabdeh sui-istifadə edib onları aldadaraq evi tikib üstünü örtmüş, ortadan yoxa çıxmışdır. Buna görə də həmin evə qazı, işığı, suyu iddiaçı tərəf çəkib və evin daxilini tam təmir etmişlər, hazırda orada yaşayırlar. Hazırda evin kommu nal xərcləri iddiaçının həyat yoldaşı Nümayəndə adınadır və onun tərəfindən ödənilir (qəbz apellyasiya şikayətinə əlavə ediləcəkdir). İddiaçı məhkəməyə müraciət edərək, evə giriş-çıxışa həbs qoydurmuş, etibarnaməni ləğv etmiş və Zaminə qarşı iddia qaldıraraq xərclədiyi pul vəsaitini ödəyib onları narahat etməməsini xahiş etmişdir. İddiaçı evi götürəndə sadəcə kubik ilə şifer işi görülmüşdü. Qapı, darvaza, pəncərə, reşotkalar, suvaq, isti pol və digər təmir işləri iddiaçı tərəfindən görülmüşdür. X6 isə bütün təmir işlərini davam etdirmişdir. Hal-hazırda isə evdə iddiaçının ailə üzvləri yaşayır. Cavabdehə verilmiş etibarnamə ləğv olunub.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1758/2025 nömrəli iş üzrə 11 mart 2025-ci il tarixli qətnaməsi ilə (V.Sadıqov (sədrliyi və mər uzəsi ilə), hakimlər S.Bəhrəmzadə və X.Mərdanova) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3274/2024 nömrəli 06 dekabr 2024-cü il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi qismən təmin edilərək, Cavabdeh 10000 manat pul tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd etmişdir:
17. Torpağın mülkiyyətçisi olan Maraqlı şəxs tərəfindən İddiaçı torpaq sahəsinin ayrılıb satılması hazırda mübahisələndirilmir.
18. Həmin torpaq sahəsi üzərində iddiaçının sahiblik və istifadə hüququ olsa da, hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, sərancam hüququnu əldə etməmişdir.
19. Bu səbəbdən kollegiya hesab edib k i, torpaq sahəsinə dair iddiaçının subyektiv hüququnun olmaması barədə birinci instansiya məhkəməsinin qənaəti yanlışdır.
20. İşin müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında 0,02 ha torpaq sahəsinə dair alğı-satqı müqaviləsi bağlanmışdır, lakin buna dair hər hansı etibarlı əqd mövcud deyil.
21. İddiaçının, istifadəsində olan torpaq sahəsinin 0,02 ha hissəsini cavabdehə 10000 manata və əlavə olaraq ona məxsus evin cavabdeh tərəfindən təmir edilməsi qarşılığında satılması barədə tərəflərin razılığa gəlməsi və cavabdehə etibarnamə verilməsi alğı-satqı hesab edilə bilməz.
22. Bir tərəfdən iddiaçı həmin torpaq sahəsi barəsində sərancam vermək səlahiyyətinə malik olmamış, digər tərəfdən əqdin forma tələbinə dair şərtinə əməl olunmamışdır.
23. Belə ki, iddiaçı tərəfindən cavabdehə yalnız etibarnamə verilmişdir. Etibarnamə isə heç bir halda alğı-satqı kimi qəbul edilə bilməz. Etibarnamə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalətdir. Hazırkı halda isə cavabdehin iddiaçını hər hansı formada təmsil etməsi müəyyən olunmur.
24. Beləliklə, 0,02 ha torpaq sahəsinin alğı-satqısına dair əqd etibarsızdır (əhəmiyyətsizdir).
25. Belə olduqda isə torpaq sahəsinin satılmasına görə iddiaçı aldığı 10000 manat pulu restitusiya qaydasında cavabdehə qaytarmalıdır (MM-nin 337.5-ci m).
26. Hazırki halda iddiaçı özü də torpaq sahəsinin alğı-satqısına görə 10000 manat pul aldığını qeyd edir və bu məbləğ cavabdeh tərəfindən də mübahisələndirilmir.
27. İddianın digər hissələrinə münasibətdə kollegiya qeyd edir ki, onlar əsassız olduğundan rədd edilməlid ir.
28. İşin halları və tərəflərin izahatları ilə müəyyən olunur ki, satılmış torpaq sahəsində cavabdeh tərəfindən fərdi yaşayış evi inşa edilmişdir, onun tamamlama işləri iddiaçının nümayəndəsi tərəfindən başa çatdırılmışdır.
29. Cavabdeh öz izahatında ölkə xaricinə işləməyə getdiyini, bir müddət ölkədə olmadığını, ölkəyə qayıtdıqda isə evin iddiaçının ailə üzvləri tərəfindən ələ keçirilməsini aşkar etdiyini göstərmişdir.
30. İddiaçının nümayəndəsi - arvadı da öz izahatında evin onun sahibliyi və istifadəsində olduğunu bildirmişdir.
31. Belə olduqda isə cavabdehin mübahisəli torpaq sahəsindən çıxarılmasına zərurət qalmır və həmin tələb təmin oluna bilməz.
32. İddianın “Torpaq sahəsinə və onun üzərində inşa edilmiş qanunsuz tikiliyə iddiaçının hüquqlarının bərpa edilməsi və tanınması” hiss əsinə münasibətdə kollegiya qeyd edib ki, iddiaçının bu tələbi 0,02 ha torpaq sahəsinə və onun üzərində inşa edilmiş tikiliyə (evə) fiziki cəhətdən hüquqlarının bərqərar olmasına yönəlib ki, iddiaçı da artıq həmin hüquqlarını özü bərpa edib. Odur ki, həmin tələbin təmin olunmasına da zərurət qalmamışdır.
33. Cavabdeh tərəfindən maklerə ödənilən 1000 manatın və evin inşası üçün sərf olunmuş 10600 manatın ona qaytarılmasına münasibətdə Kollegiya hesab edir ki, bu hissədə də iddia təmin edilə bilməz, belə ki, müvafiq iddia tələbi ilə Cavabdeh məhkəməyə müraciət etməmişdir. Məhkəmə yalnız iddiaçının tələblərinə baxır və ona qiymət verir.
34. Odur ki, həmin vəsaitlərin qaytarılması ilə bağlı cavabdeh əsassız varlanma əsasları ilə məhkəmədə müvafiq iddia qaldıra bilər.
35. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.1, 146.1, 146.2, 146.3, 157.8, 329.1, 337.5, 362.1, 567-ci maddələrinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 5.1, 6.2-ci, "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 1, 15-ci, Torpaq Məcəlləsinin 84.1, 111, MPM-nin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
36. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddianın tam rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
37. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, sözügedən qətnamədə qeyd olunur ki, torpaq sahəsinin satılmasına görə iddiaçı aldığı 10000 manat pulu restitusiya qaydasında cavabdehə qaytarmalıdır. Cavabdeh tərəfindən maklerə ödənilən 1000 manatın və evin inşası üçün sərf olunmuş 10600 manatın ona qaytarılmasına münasibətdə kollegiya hesab edib ki, bu hissədə də iddia təmin edilə bilməz, belə ki, müvafiq iddia tələbi ilə Cavabdeh məhkəməyə müraciət etməmişdir. Məhkəmə yalnız iddiaçının tələblərinə baxıb və ona qiymət verib. Məhkəmənin bu mövqeyi Mülki Məcəllənin 337.5-ci maddəsinin tələbi ilə ziddiyət təşkil edir. Belə ki, adıkeçən maddəyə əsasən tərəflər arasında bağlanmış əqd etibarsız (əhəmiyyətsiz) hesab olunduğundan onun restitusiyası da tam qaydada həyata keçirilməli idi. Restitusiya qaydasına əsasən bu zaman, cavabdeh tərəfindən iddiaçıya ödənilmiş pul vəsaitinin qaytarılmasından ə lavə torpaq sahəsində tikilmiş və naturada mövcud olan tikinti üçün çəkilmiş xərclərin də əvəzinin cavabdehə qaytarılması qət edilməli idi. Belə olan halda məhkəmə iddia tələbindən kənara çıxmadan, sadəcə olaraq müqavilənin etibarsızlığından irəli gələn restitusiyanın həyata keçirilməsini təmin edərək, mübahisənin ədalətli surətdə həllinə nail olardı. Odur ki, yuxarıda qeyd olunanlara əsasən məhkəmə tərəfindən Mülki Məcəllənin 337.5-ci maddəsinin tələbi kobud surətdə pozulmuşdur.
38. Apellyasiya instansiya məhkəməsi Buzovna Bələdiyyəsi tərəfindən iddiaçıya torpaq sahəsinin ayırılmasını əsas gətirərək sonuncunun torpaq üzərində hüquqlarının dövlət qeydiyyatına alınmadığına görə sərəncam hüququnun mövcud olmadığını, buna baxmayaraq Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən sahiblik və istif adə hüquqlarına malik olduğunu qeyd etmişdir. Bu zaman məhkəmə, həqiqətən də, bələdiyyə tərəfindən iddiaçıya həmin torpaq sahəsinin ayırılıb-ayırılmaması istiqamətində hərtərəfli araşdırma aparmamışdır. Belə ki, iddiaçı tərəfindən torpaq sahəsinin bələdiyyə hüdudları daxilində yerləşməsi və iddiaçıya ayırılması barədə verilmiş arayışın tarixi qeyd olunan hissəsinə nəzər saldıqda, tarixin dəyişdirildiyi aydın olur ki, bu da ümumiyyətlə təqdim olunmuş sənədlərin mötəbərliyi barədə şübhələr doğurur. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsini rəhbər tutmalı, zəruri sorğular göndərməklə işin hallarını dəqiq müəyyən etməli idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
39. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Cavabdeh kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırkı kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
42. Maddə 139-1.1.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır.
43. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).
44. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əməl ə gəlir.
45. Maddə 146.3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır.
46. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
47. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.
48. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni i lə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
49. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.
50. Maddə
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun
51. Maddə 5.1. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçi rmək bələdiyyələrin müstəsna hüququdur.
52. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Azərbaycan Respublikası Torpaq Məcəlləsi
53. Maddə 84.1 Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
54. Maddə
111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanuns uz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
55. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
56. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
57. Maddə 76.2 Bu məlumatlar yaz ılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
58. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
59. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
60. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
61. Maddə 4 16.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
62. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
63. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquq i məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
64. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası mə hkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
65. Bununla yanaşı məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir.
66. Kassatorun əsas dəlilləri, torpaq sahəsinin satılması ilə əlaqədar cavabdeh tərəfindən maklerə ödənilən 1000 manatın və evin inşası üçün sərf olunmuş 10600 manatın restitusiya qaydasında iddiaçıdan alınıb iddiaçıya verilməsi barədə qətnamədə göstəriş verilməməsinin qanunsuz olmasından ibarətdir. Kassator apelyasiya məhkəməsi tərəfindən iddiaçı ilə aralarında olan alğı-satqı barədə razılaşmanın etibarsız (əhəmiyyətsiz) hesab edilməsini mübahisələndimir.
67. Qeyd olunmalıdır ki, Mülki Məcəllənin 337.5-ci maddəsində əqdin etibarsız sayılmasının hüquqi nəticələrindən biri kimi müəyyən olunur ki, ə gər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
68. Bu normanın dispozisiya şərtləri, cavabdeh tərəfindən mübabisəli torpaq sahəsində inşa edilmiş tikilinin dəyərinin və vasitəçiyə ödənilən məbləğin qaytarılmasını əhatə etmir. Restitusiya müqavilə üzrə alınab verilənləri nəzərdə tutur. Buna görə də apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, müvafiq iddia tələbi ilə Cavabdeh məhkəməyə müraciət etməmişdir.
69. Hazırda baxılan iş üzrə evin inşası ilə bağlı çəkilən xərclərin tutulması ba rədə göstərişin olmaması, cavabdehin bu tələblə məhkəməyə müraciət etməsinin qarşısını almır.
70. Kassasiya şikayətinin digər dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mü lki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
71. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
72. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hü quq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
73. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1758/2025 nömrəli iş üzrə 11 mart 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.