Məhkəmə qərarları › İş №2(102)-2012/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2012/2020

30.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2012/2020 30.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə açıq məhkəmə iclasında, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(105)-171/2019 saylı qətnaməsindən Cavabdeh2 xxx qızının kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli, 2(012)-4956/2017 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Ş.H.Nəcəfova) İddiaçı ASC-nin Cavabdeh1 Gülbaba oğluna və digər lərinə qarşı “kredit müqaviləsinin ləğv edilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, satışdan əldə edilmiş vəsait hesabına kredit müqaviləsi üzrə öhdəliklərin icrası və vurulmuş ziyanın ödənilməsi” barədə iddiası qismən təmin edilərək, iddiaçı təşkilatla Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsi üzrə Cavabdeh1 ödəniş günü milli manata məzənnədə əsas borca görə 27.890,85 ABŞ dolları, hesablanmış faizə görə 2.124,16 ABŞ dolları, cəriməyə görə 1,96 ABŞ dolları, cəmi 30.016,97 ABŞ dollarının tutulub iddiaçı təşkilata ödənilməsi, tutmanın Cavabdeh1 məxsus olan Abşeron rayonu, Saray qəsəbəsi, Qaçaq Nəbi küçəsində yerləşən 0,10 ha torpaq sahəsinə və onun üzərində yerləş ən 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 82,80 kv.metr olan 30 saylı fərdi yaşayış evinə yönəldilməsi, ilkin satış qiyməti 69.000 manat müəyyən edilməklə ipoteka predmetinin açıq hərracdan satılması, satışdan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi, satışdan artıq qalan vəsaitin borclu Cavabdeh1 verilməsi, satışdan əldə edilən pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə qalan borcun borclu Cavabdeh1 tutulub iddiaçı təşkilata ödənilməsi, qalan hissədə iddianın rədd olunması qət edilib. Cavabdeh2 qətnamədən apelyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(105)-171/2019 saylı qətnaməsi ilə (hakimlər S.A.Qafari sədrlik edən, məruzəçi, L.M.Məmmədova və F.Ə.Məmmədov) apelyasiya şikayəti qismən təmin edilərək, iş ü zrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli qətnaməsi qismən ləğv edilib, iş üzrə yeni qətnamə qəbul edilməklə, Cavabdeh1 ödəniş günü milli manata məzənnədə xx xxxxxx 2016-cı il tarixli kredit müqaviləsi üzrə əsas borca hesablanmış 2.917,68 ABŞ dollarının tutulub iddiaçı təşkilatı ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 85.000 manat müəyyən edilməsi, eləcə də iddia tələbinin ipoteka predmetinin satışından əldə edilən vəsait qətnamənin icrası üçün yetərli olmadığı halda qətnamənin qalan hissədə Cavabdeh1 ümumi qaydada tutulması hissəsində rədd edilməsi və qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilib. Cavabdeh2 qətnamədən kasasiya şikayəti verib. İŞİN HALLARİ: İşdən görünür ki, iddiaçı təşkilat məhkəmədə cavabdehlərə qarşı iddia qaldıra raq, iddiaçı təşkilatla Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsi üzrə Cavabdeh1 ödəniş günü milli manata məzənnədə əsas borca görə 26.490,85 ABŞ dolları, hesablanmış faizə görə 2.949,1 ABŞ dolları, cəriməyə görə 3.019,6 ABŞ dolları, cəmi 29.734,72 ABŞ dollarının tutulub iddiaçı təşkilata ödənilməsi, tutmanın Cavabdeh1 məxsus olan Abşeron rayonu, Saray qəsəbəsi, Qaçaq Nəbi küçəsində yerləşən 0,10 ha torpaq sahəsinə və onun üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 82,80 kv.metr olan 30 saylı fərdi yaşayış evinə yönəldilməsi, satışdan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi, fərdi yaşayış evinə tutma yönəldikdən və o, satıldıqdan sonra ən geci bir ay ərzində həmin evin boşaldılması, satışd an əldə edilən pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə qalan borcun borclu Cavabdeh1 tutulub iddiaçı təşkilata ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhvə nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞD Ə İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ İddiaçı ASC, Cavabdeh2, vəkili xxx digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb, hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilm ədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qismən ləğv edib, iddianı ipoteka predmetinin satışından əldə edilən vəsait qətnamənin icrası üçün yetərli olmadığı halda qətnamənin qalan hissədə Cavabdeh1 ümumi qaydada tutulması hissəsində rədd edib, qalan hissədə qətnaməni dəyişdirilmədən saxlayarkən faiz borcunun düzgün hesablanmamasına, ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən edilməməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 425.1, 445.1, 448.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İşdən görünür ki, işə baxan məhkəmələr tərəfindən iddia tələbləri qismən təmin edilməsinə baxmayaraq iddiaçı təşkilat, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qətnamə ilə razılaşaraq ondan kasasiya şikayəti verməyiblər, Cavabdeh2 isə kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsini iddia tələblərinin təmin edilməsi hissəsində mübahisələndirib. Ona görə də kasasiya instansiyası məhkəməsi hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə Cavabdeh2 kasasiya şikayətinin dəlilləri hüdudlarında yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəmə si işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 22 faiz ödənilməsi şərti ilə 38.245 ABŞ dolları kredit verilib. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi xx xxxxxx 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus olan Abşeron rayonu, Saray qəsəbəsi, Qaçaq Nə bi küçəsində yerləşən 0,10 ha torpaq sahəsi və onun üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 82,80 kv.metr olan 30 saylı fərdi yaşayış evi iddiaçı təşkilatın xeyrinə ipoteka qoyulub. İddiaçı təşkilat tərəfindən verilmiş xx xxxxx 2017-ci il tarixli maliyyə arayışına əsasən, borclu Cavabdeh1 xx xxxxx 2017-ci il tarixə iddiaçı təşkilata olan əsas kredit borcu 27.890,85 ABŞ dolları, hesablanmış faiz borcu 2.124,16 ABŞ dolları, cərimə isə 3.019,6 ABŞ dolları olmaqla, cəmi 30.316,97 ABŞ dolları təşkil edir. Eləcə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2019-cu il tarixli ekspert rəyinə görə, xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinin, həmin müqavilənin restrukturizasiyasına dair xx xxx 2015-ci il tarixli razılaşmanın, həmçinin xx xx xxxx 2016-cı il tarixli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh1 xx xxxxxxxx 2017-ci il tarixə iddiaçı təşkilata olan əsas borcu 26.490,85 ABŞ dolları, faiz borcu 2.917,68 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1.maddəsinə əsasən isə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1. maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibs ə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449-cu maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Kasasiya instansiyası məhkəməsi kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarını nəzərə alıb hesab edir ki, tərəflər arasında kredit müqaviləsindən i rəli gələn öhdəlik hüquq münasibətlərinin yaranması, borclu Cavabdeh1 həmin kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi və sonunucunun iddiaçı təşkilata yuxarıda göstərilən məbləğdə ödənilməmiş əsas və faiz borcunun olması, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi halları, işə əlavə edilmiş sübutlarla, o cümlədən ekspert rəyi ilə tam təsdiq edildiyindən, apelyasiya instansiyası məhkəməsi tərəfindən haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilib, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılıb və sadalanan maddi hüquq normalarının tələbləri hazırkı mülki mübahisəyə düzgün tətbiq edilib. Cavabdeh2 kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini p ozmasını, kredit borcunun düzgün hesablanmamasını, ipoteka predmetinin ilikn satış qiymətinin düzgün müəyyən edilməməsini və sair göstərsə də, etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Kasasiya instansiyası məhkəməsi kasasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtə rəfli və obyektiv araşdırıb. Ona görə də kasasiya instansiyası məhkəməsi kasatorun kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apelyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-ci maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh2 xxx qızının kasasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(105)-171/2019 saylı qətnaməsi mübahisələndirilən hissədə kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar