Məhkəmə qərarları › İş №2(102)-2016/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2016/2024

11.06.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2016/2024 11.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar X2, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 Müseyib qızı, İddiaçı7, X4, İddiaçı11, İddiaçı9 və İddiaçı10 cavabdeh Qobustan Rayon X5 hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək haqqı və yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilmənin bütün dövrü üçün əmək haqlarına müddətli əlavələrin hesablanıb ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçılar X2, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 Müseyib qızı, İddiaçı7, X4, İddiaçı11, İddiaçı9 və İddiaçı10 cavabdeh Qobustan rayon mərkəzi xəstəxanası” X16ə qarşı əmək haqlarına müddətli əlavələrin ödənilməsi, Covid-19 pandemiyası ilə mübarizəyə cəlb edildikləri müddətdə Qobustan RMX PHŞ tərəfindən hər ay üçün təsdiq edilmiş iş vaxtının uçotu tabelinə və növbətçilik cədvəlinə əsasən işlədikləri saata uyğun aylıq əmək haqqının tam ödənilməsi və məhkəmə xərclərinin əvəzinin tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-175/2024 nömrəli, 12 fevral 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 11 iyun 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Qobustan Ra yon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 3(026)-409/2022 saylı qərarı ilə, Qobustan rayon X5 Hüquqi Şəxsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 2000 manat cərimə edilmişdir.

2. X7 Xidmətinin Dağlıq Şirvan regional ərazi şöbəsi tərəfindən 19 avqust 2022-ci il tarixdə “Qobustan rayon mərkəzi xəstəxanası” publik hüququ şəxsin direktoru X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1 maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş, 26 avqust 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla 1000 manat cərimə tənbeh növü tətbiq edilmişdir. 3. “Koronavirus” (COVİD-19) pandemiyasına qarşı həyata keçirilən tə dbirlərə tibb işçilərinin cəlb edilməsi haqqında” əmrlərə əsasən, iddiaçılar X2, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 Müseyib qızı, İddiaçı7, X4, İddiaçı11, İddiaçı9 və İddiaçı10 yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak etmişlər.

4. İddiaçılarla bağlanmış əmək müqavilələrinə olan xx.xx.2020-ci il tarixli əlavələrin 1-ci bəndi ilə, işçilərlə bağlanmış əmək müqaviləsinin 4.1-ci bəndinə edilmiş dəyişikliyə əsasən işçilərin taarif maaşı müəyyən edilmiş və əmək haqqına əlavənin isə İcbari Tibbi Sığorta üzrə X6 heyətinin xx.xx.2020-ci il tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmiş «Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi» X15 tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na müvafiq olaraq ödənilməsi qərara alınmışdır.

5. Qobustan rayon X5 hüquqi şəxsin “Koronovirus” pandemiyasına qarşı həyata keçirilən tədbirlərə tibb işçilərinin cəlb edilməsi haqqında xx.xx.2020-ci il tarixli 341.1 saylı əmri ilə, əmrə əlavə edilən siyahıda göstərilən tibb işçiləri Koronavirus (COVİD-19) pandemiyasına qarşı həyata keçirilən tədbirlərə cəlb edilmiş, TTTYS-in gündəlik işə cəlb olunmuş briqadalarından yalnız biri (1 nəfər həkim, 1 nəfər tibb bacısı və sürücü) Koronavirus (COVİD-19) pandemiyasına qarşı həyata keçirilən tədbirlərdə iştirak etmələri əmr edilmişdir.

6. Qobustan rayon X5 hüquqi şəxsin koronavirus pandemiyasına qarşı həyata keçirilən tədbirlərə tibb işçilərinin cəlb edilməsi haqqında xx.xx.2020-ci il tarixli 341.2 saylı əmri ilə, koronovirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədi ilə yoluxma sayının artımını nəzərə alıb əlavə briqadalara ehtiyac olduğu təqdirdə əlavə briqadaların yaradılmasının təmin edilməsi əmr edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçılar X2, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 Müseyib qızı, İddiaçı7, X4, İddiaçı11, İddiaçı9 və İddiaçı10 cavabdeh Qobustan rayon mərkəzi xəstəxanası” X16 tərəfindən onlara 2020-ci ilin mart ayından başlayaraq yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilmənin bütün dövrü (2020-ci ilin mart ayından 2022-ci ilin fevral ayınadək) üçün aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarda hər birinə 35.000 (ot uz beş min) manat əmək haqlarına müddətli əlavələrin ödənilməsi, COVİD-19 pandemiyası ilə mübarizəyə cəlb edildiyi müddətdə Qobustan RMX PHŞ tərəfindən hər ay üçün təsdiq edilmiş “iş vaxtının uçotu tabeli”nə və “növbətçilik cədvəli”nə əsasən işlədiyi 12 saat əvəzinə 6 saata görə əmək haqqının hesablanması nəticəsində az hesablanmış 6.000 (altı min) manat aylıq əmək haqqının tam ödənilməsi, eləcə də ödənilmiş 50 manat mediasiya xərcinin, 200 manat hüquqi yardım almaq üçün vəkilə ödənilmiş xərcin, 100 manat məbləğində digər xərclərin (Bakı və İsmayıllı şəhərlərinə yol xərci, vaxt itkisi, poçt, dəftərxana xərci və s.) ödənilməsi tələbinə dair ayrı-ayrılıqda məhkəməyə iddia ərizəsi vermişlər.

8. İddiaçıların vəkili və nümayəndəsi Vəkil1 vəsatəti əsasında adları yuxarıda göstərilən iddiaçıların iddiaları üzrə olan mülki işlər məhkəmənin 23 may 2023-cü il tarixli qərardadı ilə bir icraatda birləşdirilmişdir.

9. İddia tələbi onunla əsaslandırlmışdır ki, iddiaçılar Qobustan rayon X5 hüquqi şəxsdə feldşer, böyük tibb bacısı, kiçik tibb bacısı (xadimə) vəzifəsində işləmişlər. Yeni növ koronavirus (COVİD-19) infeksiyası Azərbaycan Respublikasında yayıldığı ilk günlərdən Qobustan rayon Mərkəzi Xəstəxanasında pandemiya ilə mübarizə tədbirlərinə cəlb olunmuşlar və 2020-ci ilin iyul ayının 29-da ölkə başçısının iştirakı ilə Qobustan rayonunda COVİD-19 ilə bağlı modul tipli xəstəxana istifadəyə verildikdən sonra fəaliyyətlərini həmin müəsissədə müxtəlif vəzifələrdə davam etdirmişlər. Azərbaycan Respublikası Prezidentinin 18 mart 2020-ci il tarixli, 1947 nömrəli Sərəncamına və Azərbaycan Re spublikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 nömrəli qərarına uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə xx.xx.2020-ci ildən cəlbetmənin bütün dövrü üçün əmək haqlarına aylıq vəzifə (tarif) maaşının 5 mislinədək miqdarda müddətli əlavələrin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin iddiaçılar koronavirus infeksiyası ilə mübarizə tədbirlərində yaxından iştirak etmələrinə və bu virusa yoluxmuş xəstələrlə təmasda olmaqlarına baxmayaraq, əmək haqqına edilməli əlavələri ala bilməmişlər. Halbuki, TƏBİBin əlaqədar qurumlarında, eləcə də ətraf rayonlarda bu sahədə çalışan tibb və qeyri-tibb işçilərinin hamısı, həmçinin qonşu rayonlardan Qobustan rayon xəstəxanasına ezam ol unmuş tibb personalı (həkim, tibb bacıları, tibb qardaşları, texniki işçilər də daxil olmaqla) əmək haqlarına müddətli əlavəni almışlar. İddiaçılar gündəlik koronavirus xəstələri və onların ailə üzvləri ilə təmasda olub, xəstələrin hərarətlərinin ölçülməsi, yaxmaların götürülməsi, yoluxmuş xəstələrin təxliyə edilməsi, xəstələrin yatdığı palataların təmizlənməsi, palataların sanitar qovşağının təmizlənməsi işlərini həyata keçirmiş, real olaraq koronavirus təhlükəsi ilə üzləşmişlər. İddiaçılar koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak etdikləri üçün 01 mart 2020-ci il tarixdən cəlbetmənin bütün dövrü üçün onların əmək haqlarına ayliq vəzifə (tarif) maaşının 5 misli miqdarda müddətli əlavələr ödənilməlidir. Belə ki, “Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tə dbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 mart 2020-ci il tarixli sərəncamında və “Yeni növ koronavirus (COVİD19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli Qərarında nəzərdə tutulan əlavələr iddiaçılara şamil edilir. İddiaçılar birlikdə və ayrı-ayrılıqda X15 rəhbərliyinə müraciət edərək onlara verilməli olan əlavələrin ödənilməsini xahiş etmişlər. Rəhbərlik şifahi və rəsmi olaraq xəstəxananın hesabına tibbi icbari sığorta tərəfindən vəsait köçürülən kimi onların əlavələrinin hesablanıb ödəyəcəklərini bildirsələr də, hal-hazıra kimi həmin əlavələr ödənilməmişdir. Qobustan rayon X5 hüququ şəxsi 03 mart 2023- cü il tarixli PHŞ6-53/2-v2-21-174/2023 saylı məktubla TƏBİB-ə müraciət edildiyini bildirmiş, vəsait alındıqdan sonra əlavələrin onlara ödəniləcəyi bildirilmişdir. Qobustan rayon X5 hüququ şəxsin direktoru tərəfindən koronavirusun davam etdiyi müddətdə iddiaçıların hər ayın əvvəlində koronavirusla mübarizə tədbirlərinə cəlb edilmələri barədə müvafiq əmrlər vermişdir. Bundan başqa, “Qobustan rayon Mərkəzi Xəstəxanası” X15 təqdim etdiyi xəstəxananın böyük tibb bacısının və İnsan Resursları şöbəsinin müdirinin imzası ilə və Qobustan RMX PHŞ təsdiq etdiyi “İş vaxtının uçotu tabeli” ndə və “Növbətçilik cədvəli” ndə təsdiq edilən aylar ərzində iddiaçılara hər iş günü növbə ərzində 12 saat işləməklərinə baxmayaraq 6 saat iş vaxtına gör ə ödəniş hesablanıb ödənilmişdir. Qeyd edilən halla bağlı iddiaçılar X7 Xidmətinin Dağlıq Şirvan Regional İdarəsinin İsmayıllı Regional Ərazi İdarəsinə kollektiv şikayətlərinin araşdırılması və müvafiq tədbirlər görülməsi üçün 06 iyun 2022-ci il tarixdə KOL **********6 saylı məktubla müraciət etmişlər. X7 Xidmətinin Dağlıq Şirvan Regional İdarəsinin İsmayıllı Regional Ərazi İdarəsi tərəfindən müvafiq araşdırma aparılmış və araşdırma nəticəsində iddiaçılara 2020-ci ilin mart ayından 01 yanvar 2022-ci il tarixədək olan dövr ərzində pandemiya ilə əlaqədar əmək haqlarına əlavələrin 5 mislindən az hesablanması, eləcə də hər iş günü növbə ərzində 12 saat işləməklərinə baxmayaraq onlara 6 saat iş vaxtına görə ödəniş hesablanıb ödənilməsi müəyyən edilmiş və sonuncu tərəfindən “Qobustan rayon Mərkə zi Xəstəxanası” X15ə 15 iyul 2022-ci il tarixli **********4 saylı göstəriş məktubu göndərərək onun və digər işçilərin əmək haqqına müddətli əlavələrin və az hesablanmış əmək haqqının 30 gün ərzində yenidən hesablanaraq ödənilməsinin təmin edilməsi və nəticəsi barədə X7 Xidmətinin Dağlıq Şirvan Regional İdarəsinin İsmayıllı Regional Ərazi İdarəsinə məlumat verilməsi tapşırılmış, əks halda“Qobustan rayon Mərkəzi Xəstəxanası” X15 barələrində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1 maddəsinə əsasən barəsində müvafiq qaydada inzibati məsuliyyət tədbirlərinin görüləcəyi qeyd edilmişdir. Lakin “Qobustan rayon Mərkəzi Xəstəxanası” X16i göstərişi icra etməmişdir. Bu səbəbdən həm xəstəxana, həm də onun direktoru barəsində inzibati qaydada müvafiq qərarlar qəbul edilmişdir. Q eyd edilən əmək mübahisəsinin məhkəməyə qədər həll edilməsinin alternativ yolu kimi iddiaçılar Mediasiya Şurasının Bakı 12 saylı Mediasiya Təşkilatına müraciət etmişlər. Lakin “Qobustan rayon Mərkəzi Xəstəxanası” X15 direktoru və ya onun nümayəndəsi ilkin mediasiya sesiyasında iştirak etmədiyindən işin həlli mümkün olmamışdır. İddiaçıların şəxsən cəlb etdikləri auditormühasibin iştirakı ilə iddiaçılara verilməli olan, lakin ödənilməyən vəsaitin miqdarı iddia ərizəsində göstərilən məbləğdədir.

10. Cavabdeh Qobustan rayon X5 Hüquqi Şəxsin nümayəndəsi Nümayəndə1 məhkəmə iclası zamanı təmsil etdiyi hüquqi şəxsə qarşı irəli sürülmüş iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, qeyd edilənlərlə yanaşı, iddiaçılar iddia müddətini ötürməklə iddianı qaldırmışdır. Onlar iddia tələbində 2020-c i ilin mart ayından ödənişləri tələb etmişdirlər. İddia müddətini ötürmüşlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296cı maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququn pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Onlar TƏBİB-ə müraciət etmişlər, TƏBİB isə əlavələrin veriləcəyini bildirmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmədən iddianın rədd ol unması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Qobustan Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 16 avqust 2023-cü il tarixli, 2(026)-242/2023 nömrəli qətnaməsi ilə (hakim Mirələm Quliyev) iddia qismən təmin edilərək, iddiaçılar X2, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 Müseyib qızı, İddiaçı7, X4, İddiaçı11, İddiaçı9 və İddiaçı10 əmək haqlarına əlavələr və əmək haqlarının yenidən hesablanması və hesablanmış əmək haqqı məbləği ilə faktiki ödənilmiş əmək haqqı arasında yaranmış müsbət fərqin iddiaçıların hər birinə münasibətdə ayrılıqda ödənilməsi və iddiaçıların hər birinə mediasiya xidmətinə görə 50 manat və hüquqi yardım almaq üçün vəkilə ödənilmiş 200 manatın cavabdeh “Qobustan rayon Mərkəzi Xəstəxanası” X16dən tutularaq onlara ödənilməsi, iddian ın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

12. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfin iddia tələbinin, mart 2020-ci il tarixdən başlayaraq, İcbari Tibbi Sığorta üzrə X13 heyətinin 2 nömrəli qərarı ilə təsdiq edilmiş “«Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi» X15 tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na uyğun olaraq əmək haqqının yenidən hesablanıb ödənilməsi hissəsinə münasibətdə iddia müddətinin tətbiq ediməsinə dair mövqeyi əsassızdır. Çünki bu hissədə iddia müddətinin tətbiq edilməsi üçün əsaslar yoxdur. Belə ki, “Qobustan rayon Mərkəzi Xəstəxanası” X15 iddiaçılara yazdığı rəsmi cavablarda onlara olan borcu etiraf etmiş, vəsait ayrılandan sonra ödəyəcəyini bildirmişdir. Eləcə də iddiaçılar mü vafiq orqana şikayət etdikdən sonra onların hazırkı tələblərinin haqlı olduğuna əmin olmuş və borcun ödənəciyini gözləmişlər. Belə olan halda iddia müddətinin ötürülməsindən söhbət gedə bilməz. Məhkəmə iş materiallarında olan sənədlərə istinad edərək qeyd etmişdir ki, hazırkı mübahisə üzrə iddia tələbinin iddiaçıların əmək haqlarına əlavədən yenidən hesablanıb ödənilməsi hissəsində əsaslıdır, habelə bu hissədə iddia müddəti iddiaçılar tərəfindən ötürülmədiyinə görə iddia tələbinə iddia müddəti tətbiq edilməməlidir. Məhkəmə iddia tələbinin əmək haqqının 2020-ci ilin mart ayından 2022-ci ilin fevral ayınadək İcbari Tibbi Sığorta üzrə X6 heyətinin xx.xx.2020- ci il tarixli, 2 nömrəli qərarı ilə təsdiq edilmiş «Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi» X15 tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydaları” ilə müəyyən edilmiş qaydada hesablanaraq iddiaçılara ödənilməsinin cavabdehə həvalə edilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır. Belə ki, iddiaçılarla əmək haqları faktiki işlədikləri iş saatlarına uyğun olaraq yenidən hesablanmalıdır. Belə ki, iddiaçılar işəgötürənin müvafiq əmrləri ilə koronavirusla mübarizəyə cəlb edilmiş və iş vaxtının “uçotu tabeli və növbətçilik cədvəlləri” ilə təsdiq edildiyi kimi növbədə 12 saat işləmişlər. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab etmişdir ki, iddiaçıların əmək haqlarına əlavələrin və əmək haqlarının yenidən hesablanması iddiaçıların xeyrinə müsbət fərqin yaranması ilə nəticələnir. Bu da işçilərin pozulmuş əmək hüquqlarının bərpa edilməsin i ehtiva edir. Ona görə də işəgötürən tərəfindən yol verilmiş qanun pozuntusu aradan qaldırılmalıdır. İddiaçıların hər biri mediasiya xidmətinə görə 50 manat, hüquqi yardım almaq üçün vəkilə 200 manat ödəmişlər ki, bu halların təsdiq edən sənədlər işdə mövcuddur. Ona görə də məhkəmə hesab edib ki, iddiaçıların hər birinin mediasiya xidmətinə görə ödədiyi 50 manat, hüquqi yardım almaq üçün vəkilə ödənilmiş 200 manat cavabdehdən alınıb onlara verilməli, 100 manat digər xərclər hissəsində isə sübut olmadığından iddia bu hissədə təmin edilməməlidir.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəllənin 147.1, 147.4, 288 və 296, İcbari Tibbi Sığorta üzrə X6 heyətinin xx.xx.2020-ci il tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmiş «Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi» X15 tabel iyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”nın müvafiq bəndlərinə, Azərbaycan Respublikası Prezidentinin 18 mart 2020-ci il tarixli “Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Sərəncamına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, “Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Cavabdeh apellyasiya şikayəti verərək birinci i nstansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilən hissədə ləğv ediləməsini və iddianın tamamilə rədd edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbinin qismən təmin edilməsi barədə məhkəmənin mövqeyi əsassız və qanunsuzdur. İddiaçılar iddia tələbində 2020-ci ilin mart ayından etibarən ödənişləri tələb edirlər. Lakin onlar bu tələb üçün iddia müddətini ötürmüşlər. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququn pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin idd iası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi ya bilməli olduğu gündən başlanır. İddiaçılar hazırkı iddia tələbində qeyd edilən dəlillərlə bağlı TƏBİB-ə müraciət etmişlər, TƏBİB isə əlavələrin veriləcəyini bildirmişdir. İddia tələbi üzrə cavabdeh Qobustan Rayon X5 hüquqi şəxsi iddiaya cavab verməli şəxs deyildir. Bundan başqa iddia müddətinin tətbiqi barədə ərizəyə məhkəmə düzgün qiymət verməmişdir. Məhkəmənin qəbul etdiyi qərar qanunsuz və əsassızdır. Məhkəmə işə tətbiq edilməli maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Cavabdeh işçilərinin əmək haqqı ödənişlərinin icrasından heç bir zaman yayınmamışdır. Habelə bu hal öz təsdiqini tapmamışdır. Müəssisə rəhbərinin əmrinə uyğun olaraq həmin işçilərə ödəni şlərin edilməsi rəsmiləşdirilmiş, böyük tibb bacısının və insan resursları müdirinin imzası ilə tabelə əsasən hesablanaraq əmək haqqı icra edilmişdir. 2020-2021-ci il üçün əlavə vəsait ayrılmadığı üçün əlavə ödənişlər tamamlanmamışdır. Qobustan RMX, dövlət adından yaradılan X14b, dövlət sifarişi ilə dövlət büdcəsi hesabına təyinatlı tədbirlərin həyata keçirilməsi üçün məqsədli vəsaitlə dövlət büdcəsindən ödənilir. X16lərə dövlət büdcəsi hesabına ayrılan məqsədli vəsaitlərin yuxarı həddi “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq proqnozlaşdırılır və hər ilin dövlət büdcəsində nəzərdə tutulur. Yəni hazırkı məhkəmə qərarında nəzərdə tutulmuş pul vəsaitinin iddiaçıllara ödənilməsi üçün sözügedən vəsaitin büdcədən ayırmalarda nəzərdə tutulması mütləqdir. Həmin pul m əbləği isə ancaq növbəti ilin büdcədən pul vəsaitinin ayrılması zamanı X15 dövlət sifarişi ilə nəzərdə tutula bilər. Bu hal Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli fərmanı ilə təsdiq edilmiş “Dövlət adından yaradılan X16lərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi” qaydası ilə müəyyən edilir. Qaydaya əsasən vəsaitlərin ödənilməsi müvafiq büdcə ilini-yanvarın 1-dən dekabrın 31-dək olan müddəti əhatə edir. Ödənilmiş vəsaitlər X16lər tərəfindən təyinatı üzrə istifadə olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Yeni növ koronavirus (COVİD- 19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” 25 mart 2020-ci il tarixli, 112 saylı qərarı ilə müəyyən edilmiş əlavə lərin ödənilməsinin öncədən sifariş verilməsi mümkün deyildir. Bu problem Qobustan RMX tərəfindən deyil, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən həll edilməli olduğundan problemin həlli üçün Birliyə müraciət edilmişdir. Yəni hazırkı iddiaya cavab verməli şəxs Qobustan Rayon Mərkəzi Xəstəxanası deyildir. Beləliklə işə baxan məhkəmə həm iddiaçıların iddia müddətini ötürmələrini nəzərə almamış, həm də cavabdeh tərəfin sübut kimi təqdim etdiyi sənədləri göz ardı etmiş, üçüncü şəxsin işlə bağlı mövqe bildirilən sənədlərini nəzərə almamışdır. Yəni hazırkı halda iddiaçıların tələb etdiyi ödənişlər müvafiq olaraq ayrılmalıdır ki, xəstəxana tərəfindən ödənişlərin icrası həyata keçirilsin. Buna dair əsaslı sübutar məhkəmə tərəfindən tədqiq edilməmişdir.

16. Azərbaycan Respublikası Ədliy yə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22 dekabr 2023-cü il tarixli, 9/9034 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, iş materiallarında olan cədvəl məlumatlarına əsasən iddiaçılar X2, İddiaçı2, İddiaçı3 qızı, İddiaçı4, İddiaçı5, İddiaçı6 Müseyib qızı, İddiaçı7, İddiaçı8 Nurəddin qızı, İddiaçı11, İddiaçı9 və İddiaçı10 yeni növ koronavirus (COVİD 19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilmənin bütün dövrü (2020-ci ilin mart ayından 2022-ci ilin fevral ayınadək) işlədikləri aylar üçün aylıq vəzifə (tarif) maaşının 5 misli miqdarında hesablanmaqla qalıq ödəmələr aşağıdakı şəkildədir. X2- 11.518,67 manat, İddiaçı219.379,25 manat, İddiaçı3 qızı -18.619,23 manat, İddiaçı4- 13.183,78 manat, İddiaçı5 -16.324,91 manat, İddiaçı6 Müseyib qızı -8.948.35 manat, İddiaçı7 12.317,55 manat, İddiaçı8 Nurəddin qızı -3.521,71 manat, İddiaçı11- 17.230,59 manat, İddiaçı9 -18.708,01 manat, İddiaçı10- 14.450,53 manat. İddiaçılar hazırkı iddia tələbində qeyd edilən dəlillərlə bağlı TƏBİB-ə müraciət etmişlər, TƏBİB isə əlavələrin veriləcəyini bildirmişdir. İddia tələbi üzrə cavabdeh Qobustan Rayon X5 hüquqi şəxsi iddiaya cavab verməli şəxs deyildir. Bundan başqa iddia müddətinin tətbiqi barədə ərizəyə məhkəmə düzgün qiymət verməmişdir. Məhkəmənin qəbul etdiyi qərar qanunsuz və əsassızdır. Məhkəmə işə tətbiq edilməli maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Cavabdeh işçilərinin əmək haqqı ödənişlərinin icrasından heç bir zaman yayınmamışdır. Habelə bu hal öz təsdiqini tapmamışdır. Müəssisə rəhbərinin əmrinə uyğun olaraq həmin işçilərə ödənişlərin edilməsi rəsmiləşdirilmiş, b öyük tibb bacısının və insan resursları müdirinin imzası ilə tabelə əsasən hesablanaraq əmək haqqı icra edilmişdir.

17. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(105)-175/2024 nömrəli iş üzrə 12 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Ayaz Mahmudov (sədrlik edən və məruzəçi), Səyyad Qafari və Lalə Rəhimli) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə, yəni “X2, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 Müseyib qızı, İddiaçı7, X4, İddiaçı11, İddiaçı9 və İddiaçı10 “əmək haqlarına əlavələr və əmək haqlarının yenidən hesablanması və hesablanmış əmək haqqı məbləği ilə faktiki ödənilmiş əmək haqqı arasında yaranmış müsbət fərqin iddiaçıların hər biri nə münasibətdə ayrılıqda ödənilməsi” hissəsində tam ləğv edilmiş, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia bu hissədə qismən təmin edilmiş, “Qobustan rayon mərkəzi xəstəxanası” X16 tərəfindən yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilmənin bütün (2020-ci ilin mart ayından 2022-ci ilin fevral ayınadək) dövrü üçün- X1- 11518.67 manat, İddiaçı2 Babaqədir qızına – 19379.25 manat, İddiaçı3 -18619.23 manat, İddiaçı4-13183.78 manat, İddiaçı5-16324.91 manat, İddiaçı6 Müseyib qızına- 8948.35 manat, İddiaçı7- 12317.55 manat, İddiaçı8 Nürəddin qızına3521.71 manat, İddiaçı11 Əlibaba qızına -17230.59 manat, İddiaçı9- 18708.01 manat, İddiaçı10 -14450.53 manat ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 50 manat cavabdeh “Qobustan rayon Mərkəzi Xə stəxanası” X11 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, qətnamənin mübahisələndirilən qalan hissələrdə yəni, iddiaçıların hər birinə mediasiya xidmətinə görə 50 manat və hüquqi yardım almaq üçün vəkilə ödənilmiş 200 manatın cavabdeh “Qobustan rayon Mərkəzi Xəstəxanası” X16dən tutularaq onlara ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işə baxmış birinci instansiya məhkəməsi iddia tələbinin mahiyyətinə xüsusi əhəmiyyət verməmiş və qeyri-dəqiq nəticə ilə qətnamə qəbul etmişdir. Məhkəmə tərkibi nəzərə almışdır ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək qətnamənin nəticə hissəsində cavabdehdən tutulmalı olan ziyanın məbləğini göstərməm işdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi həmin qətnamənin (iddianın və ya onun hər hansı hissəsinin təmin olunmasının mümkünlüyü halında) icrası zamanı tərəflər arasında gələcəkdə əmələ gələ bilən mübahisəyə zəmin yaratmışdır. Qeyd olunanlar sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsinə,qətnamənin iş üzrə müəyyən edilmiş hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarına əməl olunmadığına dəlalət edir.

19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçıların 2020-ci ilin mart ayından 2022-ci ilin fevral ayınadək İcbari Tibbi Sığorta üzrə X6 heyətinin xx.xx.2020-ci il tarixli, 2 nömrəli qərarı ilə təsdiq edilmiş «Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi» X15 tabeliyindəki tibb m üəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydaları” ilə müəyyən edilmiş qaydada yenidən hesablanaraq ödənilməsi zəruridir. Yəni iddiaçılara əmək haqlarına əlavə faktiki işlədikləri iş saatlarına və müvafiq Sərəncamın və NK Qərarına uyğun olaraq yenidən hesablanmalıdır.

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirərək iddia müddətinin ötməsi barədə dəlili də qəbul etməmişdir. Belə ki, araşdırılan işin faktiki hallarından müəyyən olunduğu kimi iddiaçılar hazırkı mübahisə ilə əlaqədar əvvəlcə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə müraciət etmişlər və həmin Xidmətin Dağlıq Şirvan regional ərazi şöbəsin araşdırmasından sonra onlar əmək haqlarına əlavənin verilməməsini habelə sonu ncunun göstərişi əsasında əldə edəcəklərini güman etmişlər. Həmçinin “Qobustan rayon Mərkəzi Xəstəxanası” X15 iddiaçılara yazdığı rəsmi cavablarda onlara olan borc etiraf edilmiş, vəsait ayrılandan sonra ödənəcəyi bildirilmişdir. Lakin sonda qarşı tərəf ödənişləri həyata keçirməkdən yayındığından iddiaçılar aidiyyəti üzrə Əmək Müfəttişliyinə müraciət etmiş və həmin qurumun yoxlamasından sonra pozuntular aşkar edilərək Mərkəzi xəstəxananın direktoru 19 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Dağlıq Şirvan regional ərazi şöbəsi tərəfindən 1000 manat, “Qobustan rayon mərkəzi xəstəxanası” publik hüququ şəxs Qobustan rayon məhkəməsi tərəfindən 2000 manat inzibati qaydada cərimə edilmişdir Belə olan halda hazırkı iddia t ələbinə iddia müddətinin tətbiq edilməsi əsaslı hesab edilə bilməz. Nəzərə alınmalıdır ki, iddiaçılara ödənilməli olan əlavələr onların xeyrinə müsbət fərqin yaranması ilə nəticələnir. Bu da işçilərin pozulmuş əmək hüquqlarının bərpa edilməsini ehtiva edir. Ona görə də işəgötürən tərəfindən yol verilmiş pozuntu aradan qaldırılmalı və iddiaçılara müəyyən edilmiş məbləğdə əmək haqqına əlavələr hesablanmalıdır.

21. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 2.3, 9, 12, 154.1, 156.1, 157, 172, 173cü maddələrinə, “Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 mart 2020-ci il tarixli, 1947 №-li Sərəncamına, “Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə müba rizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 №-li Qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. Cavabdeh (Vəkil3) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

23. Kassasiya şikayətini apellyasiya şikayəti ilə eynilik təşkil etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

25. Maddə 2.3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin ed ilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.

26. Maddə 154.1. Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

27. Maddə 156.1. Əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir.

28. Maddə 172.1. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. “Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 mart 2020-ci il tarixli, 1947 №-li Sərəncamı

29. Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaq əli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 3–5 mislinədək miqdarda müddətli əlavə müəyyən edilsin. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 1.1.bu Sərəncamın 1-ci hissəsi ilə müəyyən edilən müddətli əlavənin şamil olunacağı tibb işçilərinin əhatə dairəsini, əlavənin ödənilmə müddətini və işin xüsusiyyətindən asılı olaraq miqdarını müəyyən etsin; 1.2. yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinin və könüllülərin əməyinin ödənilməsi şərtlərini müəyyən etsin. “Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respu blikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 №-li Qərarı

30. Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavənin məbləği aşağıdakı kimi müəyyən edilsin. 1.1. tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə - aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində; 1.2. təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və X1 və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə - aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində; 1.3. pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə - aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində.

31. Azərbaycan Resp ublikasının Səhiyyə Nazirliyinə və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə tapşırılsın ki, yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələri işçilərinin və könüllülərin əməyinin ödənilməsi şərtlərinə, habelə tibbi profilaktik tədbirləri həyata keçirən işçilərin əhatə dairəsinin müəyyən edilməsinə dair təkliflərini 5 (beş) gün müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

32. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə bu Qərardan irəli gələn digər məsələləri həll etsinlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nət icələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır

41. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və y a nəticələnə bilsin. Kassasiya baxışının hədləri

42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə ko llegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə cavabdehin kassasiya şikayətində göstərdiyi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yoxlanılan hissədə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nətic ə əsaslandırılmışdır.

46. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilmiş hissəsi üzrə gəldiyi nəticəni əsaslandırarkən qeyd etmişdir ki, iddiaçıların 2020-ci ilin mart ayından 2022-ci ilin fevral ayınadək İcbari Tibbi Sığorta üzrə X6 heyətinin xx.xx.2020-ci il tarixli, 2 nömrəli qərarı ilə təsdiq edilmiş «Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi» X15 tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydaları” ilə müəyyən edilmiş qaydada yenidən hesablanaraq ödənilməsi zəruridir. Yəni iddiaçılara əmək haqlarına əlavə faktiki işlədikləri iş saatlarına və müvafiq Sərəncamın və NK Qərarına uyğun olaraq yenidən hesablanmalıdır. Araşdırılan işin faktiki hallarından müəyyən olunduğu kimi iddiaçılar hazırkı mübahisə ilə əlaqədar əvvəlcə Azərb aycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə müraciət etmişlər və həmin Xidmətin Dağlıq Şirvan regional ərazi şöbəsinin araşdırmasından sonra onlar əmək haqlarına əlavənin verilməməsini habelə sonuncunun göstərişi əsasında əldə edəcəklərini güman etmişlər. Həmçinin “Qobustan rayon Mərkəzi Xəstəxanası” X15 iddiaçılara yazdığı rəsmi cavablarda onlara olan borc etiraf edilmiş, vəsait ayrılandan sonra ödənəcəyi bildirilmişdir. Lakin sonda qarşı tərəf ödənişləri həyata keçirməkdən yayındığından iddiaçılar aidiyyəti üzrə Əmək Müfəttişliyinə müraciət etmiş və həmin qurumun yoxlamasından sonra pozuntular aşkar edilərək Mərkəzi xəstəxananın direktoru 19 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 X idmətinin Dağlıq Şirvan regional ərazi şöbəsi tərəfindən 1.000 manat, “Qobustan rayon mərkəzi xəstəxanası” publik hüququ şəxs Qobustan Rayon Məhkəməsi tərəfindən 2.000 manat inzibati qaydada cərimə edilmişdir Belə olan halda hazırkı iddia tələbinə iddia müddətinin tətbiq edilməsi əsaslı hesab edilə bilməz.

47. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

48. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası yeni sübut qəbul etmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı).

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən i şin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə eləcə də kassasiya şikayətində göstərilən hallara hüquqi qiymət verildiyindən mübahisələndirilən hissədə iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

50. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 fevral 2024-cü il tarixli, 2(105 )-175/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar