Məhkəmə qərarları › İş №2(102)-2017/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2017/2023

16.05.2023 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2017/2023 16.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 x, X3, X8 "xxxx" ASC (əvvəlki adı "xxxx" ASC)-ə «Kamilla MMC»-ə, X6, Cavabdeh4, X2rşı iş üzrə QƏRARİ İş № 2(102)-2017/2023 Açar sözlər: forma və məzmun tələblərinə cavab verməyən apellyasiya şikayətinin mümkünlüyünün həlli zamanı prosessual hüquq normalarının ciddi tətbiq edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 x, X3, X8, "xxxx" ASC-ə (əvvəlki adı "xxxx" ASC), «Kami lla MMC»-ə, X6, Cavabdeh4, X2rşı «kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2304/2023 nömrəli, 01 mart 2023-cü il tarixli qərardadından cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 xtərəfindən verilmiş kassasiya şikayətlərinə 16 may 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 xndan, X1, X7, "xxxx" ASC-dən, “Kamilla MMC”-dən və X4 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 09R000005432 saylı kredit razılaşması üzrə 478.156 ABŞ dolları məbləğində kredit borcunun, 54.943 ABŞ dolları məbləğində faiz borcunun və 122.411,5 ABŞ dolları məbləğində cərimə daxil olmaqla ümumilikdə 655.510,53 ABŞ dolları məbləğində borcun, 009K**********04 saylı kredit razılaşması üzrə 30.000 ABŞ dolları məbləğində kredit borcunun, 3212,5 ABŞ dolları məbləğində faiz borcunun və 31.800 ABŞ dolları məbləğində cərimə daxil olmaqla, ümumilikdə 65.012,50 ABŞ dolları məbəğində borcun; 009KK**********01 saylı kredit razılaşması üzrə 9999,87 ABŞ dolları məbləğində kredit borcunun, 1901,9 ABŞ dolları məbləğində faiz borcunun və 250 ABŞ dolları məbləğində cərimə daxil olmaqla, ümumilikdə 12.151,81 ABŞ dolları məbləğində borcun, ümumilikdə hər üç kredit razılaşması üzrə cəmi 732.674 (yeddi yüz otuz iki min altı yüz yetmiş dörd) ABŞ dolları 84 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh1 x məxsus ünvannə; ünvannə; ünvanevinə; ünvan, mənzil 9-a yönəldilməklə açıq hərracdan satılması, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borcun Cavabdeh1 xndan, X1, X7, "xxxx" ASC-dən “Kamilla MMC”-dən və X4 ümumi qaydada tutulması, Cavabdeh1 x məxsus ünvan, mənzil 9-a tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 xnın həmin əmlakdan çıxarılması, mənzilin boşaldılması və İddiaçı QSC-nə təhvil verilməsi; Cavabdeh1 x məxsus ünvannə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra evin boşaldılması və İddiaçı QSC-nə təhvil verilməsi, Cavabdeh1 x məxsus ünvannə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra evin boşaldılması və İddiaçı QSC-nə təhvil verilməsi, Cavabdeh1 x məxsus ünvanevinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra evin boşaldılması və İddiaçı QSC-nə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim A.N.Novruzova) 03 noyabr 2022ci il tarixli, 2(005)-8/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

3. Cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 xBakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2(005)-8/2022 saylı qətnaməsindən apellyasiya şikayətləri vermişlər.

4. Bakı Apellyas iya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2304/2023 nömrəli, 01 mart 2023-cü il tarixli qərardadı ilə (hakimlər X.Ə.Sarıyev (sədrlik edən və məruzəçi), F.V.Abdıyev və F.H.Qasımov) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2(005)8/2022 saylı qətnaməsindən cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 xtərəfindən verilmiş apellyasiya şikayətləri üzrə apellyasiya qeyri-mümkün hesab edilərək, mülki işin apellyasiya şikayətlərinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır.

5. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə cavabdehlər apellyasiya şikayətini qanunla müəyyən edilmiş formaya (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublıkasının 09 iyul 2021-ci il tarixli Qanununa edilmiş “Apellyasiya şikayətinin forması” başlıqlı Əlavə 2-də müəyyən edilmiş) əməl etmədən vermişlər.

6. Məhkəmə kollegiyası gəldiyi nəticəni belə əsaslandırmışdır ki, cavabdehlərin hər biri Əlavə 2-də nəzərdə tutulmuş maddi norma ilə bağlı qrafaya istinad etsələr də, əsaslandırmamışlar. Formanın 6-cı bəndində maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində qeyd olunmuşdur ki, bu hissədə şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah ve rilməlidir. Cavabdehlər bu hissədə düzgün tətbiq edilmədiyini iddia etdiyi hər bir maddi hüquq normasının sıralanmaqla göstərilməsi və hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verməmişdir

7. Apellyasiya instansiya məhkəməsi qərardad çıxararkən Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə və (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublıkasının 09 iyul 2021-ci il tarixli Qanununa edilmiş “Apellyasiya şikayətinin forması” başlıqlı Əlavə 2-yə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

8. Cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 x(Vəkil) kassasi ya şikayətləri verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və şikayətin mümkünlük məsələsinin həll edilməklə məhkəmə baxışına verilməsinin təmin edilməsi üçün apellyasiya instansiyasına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

9. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, şikayət kifayət qədər əsaslandırılmışdır. Cavabdeh tərəf olaraq apellyasiya şikayətinin giriş hissəsində bütün məzmunla mövqelərini əks etdirən əsasları qeyd etmişlər. Şikayətin məzmunu ilə mübahisələndirilən qətnamənin prosessual və maddi pozuntuları əhatəli olaraq göstərilmiş və ətraflı fikir bildirilmişdir. Qətnamənin əsaslandırıcı hissəsi ilə nəticə hissəsində uyğunsuzluq vardır, məhkəmə id dia tələbi üzrə həcmdən kənara çıxaraq qərar qəbul etmiş, yanlış hesablamalar aparmışdır. Azərbaycan Respublikası MPM-nın 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Hazırkı işdə isə heç bir müstəsna hal olmamış, riyazi hesablama üzrə səhvliyə yol verilmişdir. Hətta iddiaçının özü də, bu barədə məhkəməyə müraciət edərək yalnışlıqların aradan qaldırılmasını xahiş edərək qərardad qəbul edilməsini xahiş etsə də, məhkəmə yenə də özünün qərardadı ilə bu qüsuru müəyyən edərək aradan qaldırmamışdır. Hazırkı işdə isə məhkəmə lazımı halları araşdırmaqdan yayınmışdır. Məhkəmə diqqət etməmişdir ki, tərəflər arasında olan öhdəlik münasibətləri üzrə pul vəsaiti ödənilmiş və iddiaçı əlavə cərimə faizi almaq məqsədilə tələb irəli sürmüşdür. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

11. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.

12. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.

13. Maddə 366.3. Apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır.

14. Maddə 366.4. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər.

15. Madd ə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

16. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

17. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

18. Kassasiya instansiyası məhkəməsi işin faktiki halları nı araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

19. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı qismən ləğv edilməli və sonrakı prosessual hərəkətlərin edilməsi üçün iş materialları həmin məhkəməyə göndərilməlidir.

21. Məhkəmə kollegiyası baxılan şikayətlə bağlı hüquqi məsələlərə giriş olaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instan siyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apelyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir.

22. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və qanunla müəyyən olunmuş prosessual şərtlər mövcud olduqda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri MPM-nin 361-ci maddəsində apelyasiya şikayətinin forma və məzmununa dair tələblərdir. Həmin normada apelyasiya şikayətində şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud pro sessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olmasının əsaslandırılması tələb olunur.

23. Eyni zamanda “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VİQD nömrəli Qanunu ilə Mülki Prosessual Məcəllənin 361.1-ci maddəsində “Apelyasiya” sözü “Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apelyasiya” sözləri ilə əvəz edilmişdir. Həmin normanın yeni redaksiyası, bundan sonra verilən apelyasiya şikayətlərinin MPM-də müəyyən edilmiş formada tərtib olunmasını tələb edir. Apellyasiya şikayətinin forması, MPM-nə Əlavə 2-də müəyyən edilmişdir.

24. Baxılan işdə apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehlər apellyasiya şikayətini MPM-nə Əlavə 2-yə uyğun tərtib et məmişdir və gəldiyi nəticəni, bu qərarın 6-cı paraqrafında qeyd olunduğu kimi əsaslandırmışdır.

25. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən prosessual normalar ciddi tətbiq olunmuşdur. Belə ki, apelyasiya şikayətlərinin bəsit məzmuna malik olması, forma tələblərinə tam cavab verməməsi, hüquqi baxımdan mükəmməl tərtib olunmaması şübhəsizdir. Lakin apelyasiya şikayətlərində cavabdehlərin maddi və prosessual hüquq normalarının pozulmasının nədən ibarət olması barədə dəlilləri açıq-aşkar əsaslandırılmamış deyildir. Cavabdehlər maddi və prosessual hüquq normalarının pozuntusunu müvafiq cədvəl şəklində olan hissədə hər bir hüquq normasının qarşısında göstərməsə də, şikayətlərdə qətnamənin əsassız və qanunsuz olması barədə bəzi izahlı dəlillər əksini tapmış dır.

26. Məhkəmə kollegiyası xatırladır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında məhkəmə əlçatanlığı prinsipi ilə bağlı mövqeyini bildirmişdir. Avropa Məhkəməsi qeyd etmişdir ki, prosessual normaların tətbiqi zamanı məhkəmələr tərəfindən icraatın ədalətliliyinə mənfi təsir edə biləcək ifrat formallıqdan qaçılmalıdır. Prosessual normaların ciddi tətbiqi bəzən məhkəməyə əlçatanlıq hüququnun əsl mahiyyətinə xələl gətirə bilər (Valçli Fransaya qarşı iş üzrə 2007-ci il 26 iyul və Laberger Fransaya qarşı iş üzrə 2006-cı il 26 sentyabr tarixli Qərarlar).

27. Avropa Məhkəməsi Puaro Fransaya qarşı iş üzrə 2011-ci il 15 dekabr tarixli Qərarında isə məhkəmələr tərəfindən müvafiq prosessual normaların həddən artıq formal tətbiqi ilə ərizəçinin məhkəməyə müraciət etmək hüququna qeyri-mütənasib yanaşıldığını göstərmiş, bununla da Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir

28. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2304/2023 nömrəli, 01 mart 2023-cü il tarixli qərardadı ləğv edilsin və iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar