Məhkəmə qərarları › İş №2(102)-2019/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2019/2023

16.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2019/2023 16.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X3 və Cavabdeh2 qarşı ilkin iddiası, Cavabdeh2 İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ ( Açar sözlər: forma və məzmun tələblərinə cavab verməməsi əsası ilə kassasiya şikayətinin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər X3 və Cavabdeh2 qarşı “qeyri-yaşayış sahəsinin geri qaytarılaraq arakəsmə divarın bərpa olunması, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair ilkin iddiası və Cavabd eh2 İddiaçı qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma” tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 mart 2023-cü il tarixli, 2(103)-7420/2022 saylı qərardadından Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə 16 may 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı X3 və Cavabdeh2 qarşı (Maraqlı şəxs1 Mənzil-Tikinti Kooperativinin üçüncü şəxs qismində göstərildiyi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus 41,0 kv.m qeyri-yaşayış sahəsinin Cavabdeh2 və Mahmud İsgəndərov dan alınıb ona qaytarılması, qeyri-yaşayış sahəsinin arakəsmə divarının cavabdehlərin maddi vəsaiti hesabına s ökülməmişdən əvvəlki vəziyyətində və yerində tikilib bərpa olunması, ilkin təmir üçün xərclədiyi 5000 manatın, eləcə də 5000 manat mənəvi zərərin əvəzinin, həmçinin dövlət rüsumu kimi ödədiyi 130 manatın cavabdehlərdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Cavabdeh2 isə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi təqdim edərək, Maraqlı şəxs1 MMC ilə bağladığı xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən ona məxsus 80 kv.metr qeyri-yaşayış sahəsinin İddiaçı alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, 2(006)2946/2022 saylı qətnaməsi ilə ilkin iddia tələbinin qismən təmin olunaraq İddiaçı məxsus olan qeyri-yaşayış sahəsinin 41 kv.m hissəsinin X1 və Cavabdeh2 alınıb İddiaçı qayt arılması, qeyri-yaşayış sahəsinin arakəsmə divarının X2 və Cavabdeh2 maddi vəsaiti hesabına sökülməmişdən əvvəlki vəziyyətində və yerində tikilib bərpa olunması, İddiaçı ilkin təmir üçün xərclədiyi 5000 (beş min) manat məbləğində maddi ziyanın əvəzinin, həmçinin dövlət rüsumu kimi ödənilmiş 130 manatın X1 və Cavabdeh2 tutulub ona ödənilməsi, ilkin iddia tələbinin qalan hissədə, həmçinin qarşılıqlı iddia tələbinin təmin olunmaması qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

4. Cavabdeh2 apellyasiya şikayəti verərək, Nəsimi Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını, həmçinin İddiaçı apellyasiya şikayəti verərək iddia tələbinin təm in olunmaması ilə bağlı hissədə qətnamənin ləğv edilməsini və iddia tələblərinin tam təmin olunmasını xahiş etmişlər.

5. Bakı Apellyasiya Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, 2(103)-7420 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh2 apellyasiya şikayətinin qismən təmin olunması, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli qətnaməsinin “İddiaçı ilkin təmir üçün xərclədiyi 5000 (beş min) manat məbləğində maddi ziyanın əvəzinin X1 və Cavabdeh2 tutulub ona ödənilməsi” hissəsində ləğv edilməsi, İddiaçı iddia tələbinin həmin hissədə təmin olunmaması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. 6. 15 fevral 2023-cü il tarixdə Cavabdeh2 nümayəndəsinin (vəkilinin) qətnamədən verdiyi kassasiya şikayəti elektron sist emə yüklənmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə həmin kassasiya şikayəti, müddət ötürülməklə verildiyi əsas göstərilməklə geri qaytarılmışdır. 7. 28 fevral 2023-cü il tarixdə Cavabdeh2 həmin qərardaddan verdiyi kassasiya şikayəti elektron sistemə yerləşdirilmişdir.

8. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 1 mart 2023-cü il tarixli, 2(103)-7420/2022 nömrəli qərardadı ilə (hakimlər E.M.Həsənov (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və S.X.Bəhrəmzadə) Bakı Apellyasiya Məhkəməsinin 2(103)7420/2022 saylı, 17 fevral 2023-cü il tarixli qərardadından Cavabdeh2 verdiyi kassasiya şikayəti geri qaytarılmışdır.

9. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, Cavabdeh2 qərardaddan verdiyi kassasiya şikayəti MPM-nin normalarının tələblərinə cavab verm ir. Belə ki, MPMnin 407.1-ci maddəsinə əsasən, kassasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 3 saylı Əlavədə müəyyən olunmuşdur).

10. Apellyasiya instansiyası məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402, 407.1 və 408.1.1-ci maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

11. Cavabdeh2 (Vəkil3) kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi, kassasiya şikayətinin icraata götürülməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, şikayət qanunvericiliyin tələblərinə əsasən hazırlanmışdır. xx.xx.2023-cü il tarixdə qanunvericiliyə uyğun olaraq kassasiya şikayətini tərtib edib yenidə n elektron sistemə yükləyiblər. Lakin xx.xx.2023-cü il tarixli qərardadla, xx.xx.2023-cü il tarixdə göndərilən şikayət geri qaytarılmışdır. Bu qərardadda xx.xx.2023-cü il tarixdə elektron sistemə yüklənən kassasiya şikayətinə hüquqi mövqe bildirilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

14. Maddə 1.1. Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azə rbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir.

15. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

16. Maddə 407.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində aşağıdakılar göstərilməlidir:...

17. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olma yan şəxs tərəfindən verilmişdirsə;...

18. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

19. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

20. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

21. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

22. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

23. Hazırkı iş üzrə apellyasiya insta nsiyası məhkəməsinin qərardadı Cavabdeh2 tərəfindən bütövlükdə mübahisələndirildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır.

25. Məhkəmə kollegiyası baxılan şikayətlə bağlı hüquqi məsələlərə giriş olaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının t əminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir.

26. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmədə işin başlanması üçün müraciətin təqdim edilmə üsulu və müraciətin forma və məzmunu müəyyən edilib ki, qanunla müəyyən edilmiş bu şərtlərə əməl olunmam ası, müraciət üzrə icraatın başlanmasından imtina edilməsi kimi hüquqi nəticəyə səbəb olur.

27. Bu növ məhdudiyyətlərdən biri MPM-nin 407.1-ci maddəsində kassasiya şikayətinin forma və məzmunu üçün nəzərdə tutulmuş tələblərə əməl olunmamasıdır. Belə ki, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VİQD nömrəli Qanunu ilə Mülki Prosessual Məcəllənin 407.1-ci maddəsində “Kassasiya” sözü “Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya” sözləri ilə əvəz edilmişdir. Həmin normanın yeni redaksiyası, bundan sonra verilən kassasiya şikayətlərinin MPM-də müəyyən edilmiş formada tərtib olunmasını tələb edir. Kassasiya şikayətinin forması, MPM-nə Əlavə 2-də müəyyən edilmişdir. Baxılan işdə Ca vabdeh2 kassasiya şikayətini MPM-nə Əlavə 2-yə uyğun tərtib etməmişdir.

28. İşin bu prosessual vəziyyəti MPM-nin 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur.

29. Cavabdeh A.Usgəndərov tərəfindən bu şərtə əməl olunmadığı aşıq-aşkardır və apelyasiya instansiyası məhkəməsinin MPM-nin 407.1 və 408.1.1-ci maddələrinə istinad edilən əsaslandırması və gəldiyi nəticə qanunidir.

30. Kassatorun «xx.xx.2023-cü il tarixdə qanunvericiliyə uyğun olaraq kassasiya şikayətini tərtib edib yenidən elektron sistemə yükləyiblər, lakin xx.xx.2023-cü il tarixli qərardadla, xx.xx.2023-cü il tarixdə göndərilən şikayət geri qaytarılmış, həmin kassasiya şikayətinə hüquqi mövqe bildirilməmişdir» dəlili qərardadın ləğvinə əsas vermir.

31. Çünki iş materialların dan görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixli qərardaddan verilmiş şikayətin geri qaytarılması məsələsinə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2023-cü il tarixdə saat 15:40-dək keçirilmiş iclasda baxılmış və kassasiya şikayətinin geri qaytarılması barədə qərardad çıxarılmışdır.

32. Lakin Cavabdeh2 Əlavə-2-yə uyğunlaşdırlmış kassasiya şikayəti elektron kabinetə həmin iclasdan sonra, - xx.xx.2023-cü ildə, saat 16:25-də imzalanmaqla elektron sistemdə yerləşdirilmişdir. Yəni apelyasiya instansiyası məhkəməsi hazırda mübahisələndirilən xx.xx.2023-cü il tarixli qərardadı çıxaranda, cavabdehin ikinci kassasiya şikayəti verilməmişdi və həmin şikayətə münasibət bildirməsi mümkün deyildi.

33. Lakin nəzərə alınmalıdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən MPM-nin 409 və 408-ci m addələrinə əsasən Cavabdeh2 xx.xx.2023-cü ildə, saat 16:25-də elektron sistemdə yerləşdirilmiş kassasiya şikayəti bundan sonra ayrılıqda yoxlanmalı və nəticəsindən asılı olaraq sonrakı prosessual hərəkətlər edilməlidir.

34. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlardan çıxış etməklə hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

35. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 mart 2023-cü il tarixli, 2(103)-7420/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar