Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2021/2024 26.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüquqlarının məhdudlaşdırılması ilə bağlı tələblər, qonşuluq hüququ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pəncərələrin bağlanması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-260/2024 nömrəli, 15 yanvar 2024-cü il tarixli qətnaməsindən Cavabdeh (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 26 iy ul 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Azərbaycan Respublikası Gəncə Dövlət Tikinti və Arxitektura Komitəsi Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqların Qeydiyyat İdarəsi tərəfindən verilmiş 16 dekabr 2002-ci il tarixli, 680 nömrəli qeydiyyat vəsiqəsinə əsasən, Gəncə şəhəri, Əli Nəzmi küçəsində yerləşən ümumi sahəsi 146 kv.m olan 6 yaşayış otağından ibarət 45 nömrəli fərdi yaşayış evi İddiaçı məxsusdur.
2. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-28/2018 nömrəli, 03 aprel 2018-ci il tarixli qətnaməsi ilə X1 Gəncə şəhəri H.Araslı küçəsi ev 7 ünvanında yerləşən fərdi yaşayış evinin arxa hissəsində İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahə sinə 4 ədəd pəncərənin üst hissəsində 60 sm saxlanılmaqla hörülüb bağlanması qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icra olunmuşdur.
3. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 15 oktyabr 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Gəncə şəhəri, Nizami rayonu X2 küçəsi, ev 7 ünvanında yerləşən ümumi sahəsi 0,044 ha olan torpaq sahəsi və ümumi sahəsi 116,3 kv.m olan fərdi yaşayış evi Cavabdeh xüsusi mülkiyyətindədir.
4. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin İddiaçı ünvanladığı 18 fevral 2022-ci il tarixli, 2(044)-28/2018 nömrəli məktubuna əsasən, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-28/2018 nömrəli, 03 aprel 2018-ci il tarixli icra sənədi icra edildiyindən 03 may 2019-cu ildə icra sənədi üzrə icraata xitam verilmişd ir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə ünvan 4 ünvanında yerləşən evin ona məxsus Gəncə şəhəri Əli Nəzmi küçəsində yerləşən 45 nömrəli evin həyətyanı sahəsinə baxan 4 ədəd pəncərənin hörülüb bağlanması və cavabdehdən ödənilmiş 100 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, Gəncə şəhəri, Əli Nəzmi küçəsində yerləşən 45 nömrəli evin həyətyanı sahəsinə baxan 4 ədəd pəncərənin üst hissəsində 60 sm saxlanılmaqla hörülüb bağlanması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. İddia işin yuxarıda qeyd edilən faktiki hallarına i stinad edilməklə onunla əsaslandırılmışdır ki, Timur Abasov mülkiyyətində olan evi hazırkı iş üzrə cavabdeh olan arvadı Cavabdeh bağışlamışdır. Əmlakın mülkiyyətçisi dəyişən kimi, bağlanmış pəncərələr sökülmüşdür. Bununla bağlı həm icra məmuruna, həm də məhkəməyə ərizə ilə müraciət etmişdir. Lakin icra məmuru və məhkəmə tərəfindən ona yazılı məlumat verilmişdir ki, həmin iş artıq icra edilmiş və iş üzrə icraata xitam verilmişdir.
8. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) Vəkil iddianı qəbul etməyərək, bildirmişdir ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi cavabdehin xüsusi mülkiyyətindədir. Buna görə də, cavabdehin öz mülkiyyətində olan əmlakdan istədiyi qaydada istifadə etmək hüququ vardır. Digər tərəfdən iddianın təmin olunması mənzilin havalanmasına mənfi təsir göstərə və nəticədə mənzildə yaşayan şəxslərin səhhətinin pisləşməsinə səbəb ola bilər. Buna görə də, iddianın təmin olunması qanuna və məqsədə müvafiq deyildir.
9. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizaları təyin edilərək müvafiq rəylər alınmışdır.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 noyabr 2022-ci il tarixli 10/5517 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, İddiaçı tərəfindən bağlanması tələb edilən pəncərələr Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasportda öz təsdiqini tapdığından, o cümlədən pəncərələrin bağlanması Tikinti Norma və Qaydalarının 2.08.01.89-un 1.3-cü bəndinin tələ blərinə zidd olduğundan texniki pasportda göstərilən 4 və 5 saylı yaşayış otaqlarının pəncərələrinin bağlanması həmin yaşayış otaqlarının havalanmasına və işıqlanmasına mənfi təsir göstərə bilər.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 iyul 2023-cü il tarixli 10/1933 nömrəli ekspert rəyində isə qeyd olunmuşdur ki, Cavabdeh məxsus ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin arxa hissəsində İddiaçı məxsus Gəncə şəhəri. Əli Nəzmi küçəsi, 45 saylı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinə baxan 4 ədəd pəncərənin bağlandığı təqdirdə yaşayış evinin havalanmasına və işıqlanmasına mənfi təsir göstərə bildiyi müəyyən olunmuşdur. ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evinin Cavabdeh həyətyanı torpaq sahəsinə tərəf baxan pəncərələrin üst hissəsində 50-60 sm hissəsi saxlanılmaqla və açılıb-bağlanan çərçivə quraşdırılmaqla pəncərələrin hörülməsi texniki cəhətdən mümkündür. Lakin həmin evin pəncərələrinin üst hissəsində 50-60 sm hissəsi saxlanılmaqla və açılıb-bağlanan çərçivə quraşdırılmaqla pəncərələrin hörülməsinin yaşayış evinin havalanmasına və işıqlanmasına hansı dərəcədə mənfi təsir göstərməsi aidiyyatı qurumlar (Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri) tərəfindən araşdırıldıqdan sonra müəyyən oluna bilər. ünvan 9 ünvanında yerləşən yaşayış evinin Cavabdeh həyətyanı torpaq sahəsinə tərəf baxan pəncərələrin üst hissəsində 50-60 sm hissəsi saxlanılmaqla və açılıb-bağlanan çərçivə quraşdırılmaqla pəncərələrin hörülməsinin tikinti-texniki normalara uyğun olub-olmaması məsələsi həmin otaqların havalanmasına və işıqlanmas ına hansı dərəcədə mənfi göstərməsi aidiyyatı qurumlar tərəfindən araşdırıldıqdan sonra müəyyən oluna bilər.
12. Gəncə Şəhər Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(125)-140/2023 nömrəli, 13 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Camal Quliyev) iddianın təmin edilməsi, cavabdehə məxsus olan Gəncə şəhəri, Həmid Araslı küçəsində yerləşən 7 nömrəli fərdi yaşayış evinin arxa hissəsində iddiaçıya məxsus Gəncə şəhəri, Əli Nəzmi küçəsində yerləşən 45 nömrəli fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinə baxan 4 ədəd pəncərənin üst hissələrində 60 sm saxlanılmaqla hörülüb bağlanması qət edilmişdir.
13. Birinci instansiya məhkəməsi iş üzrə təqdim olunan sübutları, eləcə də tikintitexniki obyektlərinin tədqiqi ekspertizasının 22 noyabr 2022-ci il tarixli 10/5517 nömrəli və 21 iyul 2023-cü il tarixli 10/1933 nömrəli, habelə Gəncə Apellyasiya Məhkəməsinin 2(104)2622/2018 nömrəli, 05 iyul 2018-ci il tarixli qətnaməsində qeyd olunan 16 fevral 2018-ci il tarixli, 25790 nömrəli rəylərini müqayisəli tədqiq edərək hesab etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 noyabr 2022-ci il tarixli 10/5517 nömrəli və 21 iyul 2023-cü il tarixli 10/1933 nömrəli ekspert rəyləri sübutlar sıyahısından çıxarılmalı və yekun məhkəmə qərarının qəbulu zamanı nəzərə alınmamalıdır.
14. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, tikinti-texniki obyektlərinin tədqiqi ekspertizasının 22 noyabr 2022-ci il tarixli 10/5517 nömrəli rəyində otaqlarının pəncərələrinin bağlanmasının həmin yaşayış otaqlarının havalanmasına və işıqlanmasına mənfi təsir göstərə bildiyi qeyd olunsa da, 21 iyul 2023-cü il tarixli 10/1933 nömrəli ekspert rəyində pəncərələrin üst hissəsində 50-60 sm hissəsi saxlanılmaqla və açılıb-bağlanan çərçivə quraşdırılmaqla pəncərələrin hörülməsinin tikinti-texniki normalara uyğun olub-olmaması məsələsinin həmin otaqların havalanmasına və işıqlanmasına hansı dərəcədə mənfi göstərməsi aidiyyatı qurumlar tərəfindən araşdırıldıqdan sonra müəyyən oluna bildiyi qeyd olunmuşdur. Göründüyü kimi 22 noyabr 2022-ci il tarixli 10/5517 nömrəli rəyində otağın havalanmasına və işıqlanmasına dair sual cavablandırılsa da, 21 iyul 2023- cü il tarixli 10/1933 nömrəli rəydə eyni suala cavab verilməsi digər qurumla əlaqələndirilmişdir. Qeyd olunan xüsusat isə həmin rəylərin əsaslı olmamasına dəlalət edir.
15. Bi rinci instansiya məhkəməsi bildirmişdir ki, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evi həmin evin arxa hissəsində İddiaçı məxsus Gəncə şəhəri, Əli Nəzmi küçəsində yerləşən 45 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinə baxan 4 ədəd pəncərənin üst hissəsində 60 sm saxlanılmaqla hörülüb bağlanmış vəziyyətdə Cavabdeh mülkiyyətinə keçmişdir. Lakin Cavabdeh ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin arxa hissəsində İddiaçı məxsus Gəncə şəhəri, Əli Nəzmi küçəsində yerləşən 45 ünvanında fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinə baxan 4 ədəd pəncərəni bərpa etmişdir. Bu isə iddiaçının öz mülkiyyət hüquqlarını sərbəst həyata keçirməsinə mane olur.
16. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5, 152.6, 170.2- ci və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 115.0.1, 119, 217.4, 216-220, 227, 360-cı maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
17. Qətnamədən cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan qətnamə çıxarmışdır. İddiaçı tələbində cavabdehə məxsus evin pəncərələrinin onun sahəsinə baxdığından mülkiyyətindən tam olaraq maneəsiz istifadə edə b ilmədiyini iddia etmiş, lakin məhkəmədə qeyd olunan hallar müəyyən olunmamışdır. Halbuki, sözügedən pəncərələr onun xüsusi mülkiyyətindəndədir və xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmçinin, pəncərələrdən iddiaçının sahəsinə hər hansı işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə onun tərəfindən heç bir qanunsuz təsirlər edilməmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 noyabr 2022-ci il tarixli 10/5517 nömrəli və 21 iyul 2023-cü il tarixli 10/1933 nömrəli ekspert rəyləri sübut kimi qəbul etməmişdir.
19. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(104)-260/20 24 nömrəli, 15 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Rəhman Muradov (sədrlik edən və məruzəçi), Ədil Məmmədov və Fikrət Mehtiyev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
20. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsində icraat zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən 22 noyabr 2022-ci il tarixli 10/5517 nömrəli, eləcə də 21 iyul 2023-cü il tarixli 10/1933 nömrəli ekspert rəyləri alınmışdır. Birinci instansiya məhkəməsi də alınmış rəylərini işin digər faktiki halları ilə əlaqəli şəkildə araşdıraraq iddianı təmin etmişdir. Cavabdeh tərəf apellyasiya şikayətində eksp ert rəylərinin, eləcədə cavabdehə məxsus evin pəncərələrinin onun sahəsinə baxdığından mülkiyyətindən tam olaraq maneəsiz istifadə edə bilməməsini iddia etsə də, məhkəmədə qeyd olunan halların müəyyən olunmaması, pəncərələrin onun xüsusi mülkiyyətində olması, pəncərələrdən iddiaçının sahəsinə hər hansı işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə onun tərəfindən heç bir qanunsuz təsirlər edilməməsini qeyd etsə də, kollegiya şikayətin dəlillərini əsaslı saymamış və hesab etmişdir ki, həmin dəlillər qətnamənin ləğvi üçün əsas deyil.
21. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 02(044)-28/2018 nömrəli, 03 aprel 2018-ci il tarixli qətnaməsi ilə Gəncə şəhəri H.Araslı küçəsi ev 7 ünvanında yerləşən fərdi yaşayış evinin arxa hissəsində İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinə baxan 4 ədəd pəncərənin üst hissədən 60 sm saxlanılmaqla hörülüb bağlanması qət olunmuş, qətnamə qanuni qüvvəsini aldığından icraya yönəlmiş və icra olunaraq iş üzrə icraata xitam verilmişdir. Belə olan təqdirdə kollegiya hesab etmişdir ki, Gəncə şəhəri H.Araslı küçəsi 7 nömrəli fərdi yaşayış evinin mülkiyyətçisinin dəyişməsi, yeni mülkiyyətçiyə məhkəmə qətnaməsi əsasında bağlanmış pəncərələrin (üst hissədən 60 sm saxlanılmaqla 4 ədəd pəncərənin hörülüb bağlanması) əvvəlki vəziyyətə qaytarılmasına əsas vermir. Məhkəmə kollegiyası hesab etmişdir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur.
22. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 139.1, 152.1, 152.5, 157.4, 170.1, 170.2-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: Kassasiya şikayətinin dəlilləri.
23. Qətnamədən cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
24. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılaraq qeyd olunmuşdur ki, apellyasiya instansiya məhkəməsi tərəfindən tətbiq edilən maddi hüquq normaları mübahisə ilə bağlı nə üçün tətbiq edildiyi qətnamədə öz əsasını tapmamışdır. Məhkəmə tərəfindən tətbiq olunan maddi hüquq normaları mübahisəni tənzimləyən maddi hüquq normaları deyildir. Belə ki, iddiaçı iddia tələbində cavabdehə məxsus evin pəncərlərinin onun sahəsinə baxdığından mülkiyyətindən tam olaraq maneəsiz istifadə edə bilmədiyini iddia etmişdir. Lakin məhkəmədə cavabdehin pəncərələrinin iddiaçının sahəsinə baxdığından onun mülkiyyətindən tam olaraq maneəsiz istifadə edə bilməməyi halları müəyyən olunmamışdır. Məhkəmənin sadaladığı normalarda mülkiyyətə qəsd və ya başqa maneələrdən bəhs edilir. Hazırki mübahisə isə pəncərələrin bağlanmasından ibarətdir. Məhkəmə nəzərə almamışdır ki, sözü gedən pəncərələr cavabdehin xüsusi mülkiyyətindədir və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmçinin, sözügedən pəncərələr iddiaçının mülkiyyətə hər hansı qəsd və ya başqa maneələr törətmir. İddiaçı tələbində cavabdehə məxsus evin pəncərələrinin onun sahəsinə baxdığından mülkiyyətindən tam olaraq maneəsiz istifadə edə bilmədiyini iddia etmiş, lakin məhkəmədə qeyd olunan hallar müəyyən olunmamışdır. Halbuki, sözügedən pəncərələr onun xüsusi mülkiyyətindəndədir və xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmçinin, pəncərələrdən iddiaçının sahəsinə hər hansı işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə onun tərəfindən heç bir qanunsuz təsirlər edilməmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 noyabr 2022-ci il tarixli 10/5517 nömrəli və 21 iyul 2023-cü il tarixli 10/1933 nömrəli ekspert rəyləri sübut kimi qəbul etməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
25. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
26. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
27. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.
28. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Azərbaycan Respublikasının Mü lki Prosessual Məcəlləsi.
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
31. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
34. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
39. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
40. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv ed ilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
41. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
42. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
44. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kol legiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
45. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şik ayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
46. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə. İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. 47. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci b əndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
48. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
49. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
50. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-260/2024 nömrəli, 15 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.