Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2022/2024 31.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı X1 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (X2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): buraxılmış prosessual müddətin bərpası Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı X1 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (X2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı son haqq hesabın, son haqqhesabın gecikdirilməsinə görə faizin və mənə vi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1093/2023 nömrəli, 21 fevral 2024-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən son haqq-hesab 10056 manat, 345 gün son haqq-hesabın gecikdirilməsinə görə hər gün 1 faiz olmaqla 36225 manat pulun və 500 manat mənəvi zərərin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Abşeron Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 19 aprel 2021-ci il tarixl i, 2(012)-360/2021 saylı qətnaməsi ilə (hakim Elman Məmmədov) iddia qismən təmin edilmiş, İddiaçı işdən azad olunarkən son haqq-hesab olan ümumilikdə 10056 manat pulun cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia tələbi 345 gün son haqq-hesabın gecikdirilməsinə görə hər gün 1 faiz olmaqla 36225 manat pulun və 500 manat mənəvi zərərin cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməsi hissəsində rədd edilmişdir
3. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra-apellyasiya instansiya məhkəməsi) 2(105)-2292/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakimlər- Şəmsəddin Abasov (sədrlik edən və məruzəçi) Səyyad Qafari və Telman Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
5. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
6. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra-Ali Məhkəmə) 2(102)-1348/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarı ilə (hakimlər Ələsgər Əliyev (məruzəçi), Mehparə Əhmədova və İlqar Xəlilov) iddiaçının kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi iddianın rədd edilməsi hissələrində ləğv edilmiş, işin həmin hissələrdə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi qərara alınmışdır.
7. Apellyasiya instansiya məhkəməsinin 2(105)-1419/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Gülnarə Tağızadə (məruzəçi), Telman Quliyev və Lətifə Məmmədova) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi son haqq-hesabın gecikdirilməsinə görə faizin və mənəvi zərərin ödənilməsi tələbinə dair hissədə dəyişdirilmədən saxlanılmışdır.
8. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
9. Ali Məhkəmənin 2(102)-1005/2023 nömrəli, xx.xx.2023-cü il tarixli saylı qərarı ilə (hakimlər - Vüqar Həsənov (mə ruzəçi), Əhməd Əhmədov və İspəndiyar Şəfiyev) iddiaçının kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır.
10. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(105)-1093/2023 nömrəli qətnaməsi ilə (hakimlər- Lalə Rəhimli (sədrlik edən və məruzəçi), İlqar Dəmirov və Fuad Məmmədov) apellyasiya şikayətinin qismən təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli e-2(012)-360/2021 nömrəli qətnaməsinin qismən – “son haqq-hesabın gecikdirilməsinə görə hər gün 1 faiz olmaqla 36225 manat pulun və 500 manat mənəvi zərərin cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməsi” hissəsində ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılaraq, iddianın həmin hissədə qismən təmin edilməsi, "xxxx" MMC-dən son haqq-hesabın gecikdirilməsinə görə 34186,31 manat və mənəvi zərərə görə 500 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 200 manat pulun cavabdeh "xxxx" MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.
11. Cavabdeh "xxxx" MMC apellyasiya instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir.
12. Ali Məhkəmənin xx.xx.2024cü il tarixli 2(102)-787/2024 qərardadı ilə (hakimlər Abiddin Hüseynov (məruzəçi), Əhməd Nurməmmədov və Zəki Babayev) kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi və geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya məhkəməsinə göndərilməsi qərara alınmışdır.
13. Apellyasiya instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(105)-1093/2023 nömrəli qərardadı ilə xx.xx.2023cü il tarixli qətnamədən cavabdeh "xxxx" tərəfindən verilmiş kassasiya şikayəti və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır.
14. Apellyasiya instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən kassasiya şikayəti verilməsi üçün müddətin bərpası barədə ərizə verilmişdir.
15. Ərizə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdeh "xxxx" tərəfindən verilmiş kassasiya şikayəti və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır. Məhkəmələr tərəfindən göstərilən nöqsanlar aradan qaldırıldığına görə cavabdeh tərəfindən kassasiya ş ikayəti ilə yenidən müraciət edilə bilər. Lakin elə olan halda kassasiya şikayətinin verilməsi üçün qanunvericilikdə müəyyən edilmiş müddət yuxarıda qeyd edilən səbəblərdən üzrlü olaraq buraxılmışdır. Buna görə də kassasiya şikayətinin verilməsi üçün müddətin bərpa edilməsi zərurəti yaranmışdır. Bu səbəbdən də qətnamədən apellyasiya şikayəti vermə müddətinin buraxılmasının üzrlü hesab edilməsini xahiş etmişdir.
16. Apellyasiya instansiya məhkəməsinin 21 fevral 2024-cü il tarixli, 2(105)1093/2023 nömrəli qərardadı ilə kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barədə ərizə təmin edilməmişdir.
17. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, ərizə təmin edilməməlidir. Mülki qanunvericiliyin birbaşa tələbləri qanunla müəyyən edilmiş müddə tin buraxılmasının səbəbinin üzürlü olmasına istiqamətlənmişdir. Başqa sözlə, əgər müddət tərəfin iradəsindən asılı olmayan səbəblərdən və ya iradəsindən asılı olan, lakin üzürlü hesab edilə bilinəcək səbəblərdən buraxılıbsa, məhkəmə tərəfindən bərpa edilə bilər. İş materiallarının 34 və 35-ci səhifələrində olan Məhkəmə sənədlərinin proses iştirakçılarının Elektron kabinetə yerləşdirilməsinə dair “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışlardan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(105)-1093/2023 nömrəli qətnaməsi cavabdeh "xxxx" MMC-yə, eləcə də cavadehin nümayəndəsi və vəkili Vəkil3 məxsus kabinetə yerləşdirilmişdir. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024 -cü il tarixli 2(102)-787/2024 qərardadından, o cümlədən Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(105)1093/2023 nömrəli qərardadından görünür ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində hüquq norması kimi yalnız MPM-in 88-ci maddəsinin mətninə formal istinad etmişdir. Halbuki kassasiya instansiyası məhkəməsində iki dəfə, apellyasiya instansiyası məhkəməsində isə üç dəfə mahiyyəti üzrə baxılmış hazırkı iş üzrə cavabdehin verdiyi kassasiya şikayətinin yeganə dəlili ondan ibarətdir ki, işə baxılarkən məhkəmədən onlara sorğu daxil olmamışdır, mübahisəli dövrdə bank hesabları boş olduğundan iddiaçının əmək haqqının vaxtında verilməsini icra edə bilməyiblər, iş yenidən apellyasiya baxışına göndərilərsə, mütləq surətdə həmin sübutlar məhkəməyə təqdim olunacaqdır. Belə olan halda məhkəmə kollegiyası, kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin bərpa edilməsi barədə cavabdeh tərəfindən verilmiş ərizədə qeyd edilən halı, yəni qanunvericiliklə nəzərdə tutulmuş 2 (iki) aylıq müddəti ötürməsi ilə bağlı dəlilini əsaslı hesab etmir.
18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 129.1, 130.1, 133.2-ci maddələrinə, Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh (Vəkil3) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadın ın ləğv edilməsini müddətin bərpasına dair ərizənin bərpa edilməsini və işin mahiyyəti üzrə baxılması üçün icraata götürülməsini xahiş etmişdir.
20. Kassasiya şikayəti onunla əsaslandırarkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.5-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 fevral 2024-cü il tarixli Qərarına istionad edərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.5-ci maddəsində şikayət verən şəxsin kassasiya şikayətinin qaytarılmasına səbəb olan nöqsanları aradan qaldıraraq yenidən müraciət edə bilməsi üçün müvafiq müddətin müəyyən olunmaması Azərbaycan Respublikası Konstitusiyasının 60- cımaddəsinin İ hissəsinin tələblərinə cavab verməyən, şəxslərin hüquq və azadlıqlarını və məhkəm ə əlçatanlığınıməhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla, şəxsin kassasiya şikayətinin qaytarılması barədə qərardadda göstərilən nöqsanları aradan qaldırdıqdan sonra yenidən kassasiya şikayəti ilə müraciət edə biləcəyi müddətin müəyyən edilməsinə dair Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə müvafiq dəyişikliklərin həyata keçirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunsun. Azərbaycan Respublikası Konstitusiyasinın 60-cı maddəsinin İ hissəsinə və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelərə əsasən, məsələ qanunvericilik qaydasında həll edilənədək şəxsin kassasiya şikayətinin qaytarılmasına səbəb olan nöqsanları aradan qaldıraraq yenidən mə hkəməyə müraciət edə biləcəyi ağlabatan müddət hakim tərəfindən müəyyən edilməlidir.
21. Mübahisələndirilən qərardadın əsaslandırıcı hissəsinə diqqət yetirsək görərik ki, məhkəmə müddətin bərpası ilə bağlı tərəflərindən dəlil kimi irəli sürdükləri hallara qiymət verməmişdir. Məhkəmə əsaslandırıcı hissədə kassasiya şikayətinin forma və məzmuna uyğun olmaması halını vurğulayıb, halbuki ərizələri hazırda müddətin bərpasına dair ərizədir. Ərizədə qeyd etdikləri kimi, vaxtında kassasiya şikayətini göndərmişdilər, lakin Ali Məhkəmə hesab etmişdir ki, forma və məzmuna riayət edilmədiyindən kassasiya şikayəti geri qaytarılmalıdır. Bundan sonra geri qaytarma ilə bağlı Sumqayıt Apellyasiya Məhkəməsinin qərardadı onlara rəsmi qaydada verildiyi gün dərhal yenidən kassasiya şikayətini və müddətin bərpa sı barədə ərizəni məhkəməyə təqdim etmişdilər. Hesab edir ki, onlardan asılı olmayan səbəblərdən müddətin keçməsi üzürlü hal sayılmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
23. Maddə 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır.
24. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
25. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş mü ddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
26. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarı
27. Atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini təzimləyən qaydalar ədalət mühakiməsinin lazımı qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Həm daxili, həm də beynəlxalq qanunvericilik “şikayətin verilmə müddəti” anlayışına həssas yanaşaraq hüquq münasibətləri iştirakçılarını intizamlandırdığından, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etdiyindən, eləcə də hüquq intizamının nizamlanmasına kömək etdiyindən hüquq münasibətləri iştirakçılarından atılmalı olan formal addımları və verilməli olan şikayətləri onların verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətləri çərçivəsində edilməsini tələb edir. Kassasiya baxışının hədləri
28. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı i nstansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
29. Apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəımə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarının tətbiqində səhvə yol verib, bu isə düzgün olmayan qərardadın qəbul edilməsi ilə nəticələnib.
31. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş müddətdə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin Mülki kollegiyası tərəfindən qe yri-mümkün hesab edilib geri qaytarılması üçün apellyasiya məhkəməsinə göndərildikdən sonra apellyasiya instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(105)-1093/2023 nömrəli qərardadı ilə xx.xx.2023cü il tarixli qətnamədən cavabdeh "xxxx" tərəfindən verilmiş kassasiya şikayəti və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır. İş materialları və “Elektron məhkəmə” informasiya sisteminin məlumatları ilə təsdiq edilir ki, həmin qərardad 07 fevral 2024-cü il tarixində elektron imza ilə imzalanmaqla cavabdehin və onun vəkili və nümayəndəsinin elektron kabinetinə yerləşdirilmiş, 08 fevral 2024-cü il tarixdə isə cavabdeh buraxılmış prosessual müddətin bərpası barədə ərizə və kassasiya şikayətini təqdim etmişdir.Buraxılmış müddətin bərpası haqqında ərizə onunla əsaslandırıl mışdır ki, apellyasiya instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdeh "xxxx" tərəfindən verilmiş kassasiya şikayəti və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır. Məhkəmələr tərəfindən göstərilən nöqsanlar aradan qaldırıldığına görə cavabdeh tərəfindən kassasiya şikayəti ilə yenidən müraciət edilə bilər. Lakin elə olan halda kassasiya şikayətinin verilməsi üçün qanunvericilikdə müəyyən edilmiş müddət yuxarıda qeyd edilən səbəblərdən üzrlü olaraq buraxılmışdır. Buna görə də kassasiya şikayətinin verilməsi üçün müddətin bərpa edilməsi zərurəti yaranmışdır. Bu səbəbdən də qətnamədən apellyasiya şikayəti vermə müddətinin buraxılmasının üzrlü hesab edilməsini xahiş etmişdir.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbayca n Respublikası Mülki Prosessual Məcəlləsinin 408.5-ci maddəsinin şərh edilməsinə dair” 27 fevral 2024-cü il tarixli qərarı ilə aşağıdakılar qərara alınmışdır: “1.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.5-ci maddəsində şikayət verən şəxsin kassasiya şikayətinin qaytarılmasına səbəb olan nöqsanları aradan qaldıraraq yenidən müraciət edə bilməsi üçün müvafiq müddətin müəyyən olunmaması Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinin tələblərinə cavab verməyən, şəxslərin hüquq və azadlıqlarını və məhkəmə əlçatanlığını məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla, şəxsin kassasiya şikayətinin qaytarılması barədə qərardadda göstərilən nöqsanları aradan qaldırdıqdan sonra yenidən kassasiya şikayəti ilə müraciət edə biləcəyi müddətin müəyyən edilməsinə dair Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə müvafiq dəyişikliklərin həyata keçirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunsun.
2. Azərbaycan Respublikası Konstitusiyasinın 60-cı maddəsinin İ hissəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelərə əsasən, məsələ qanunvericilik qaydasında həll edilənədək şəxsin kassasiya şikayətinin qaytarılmasına səbəb olan nöqsanları aradan qaldıraraq yenidən məhkəməyə müraciət edə biləcəyi ağlabatan müddət hakim tərəfindən müəyyən edilməlidir.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 22 noyabr 2022-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiyasına və ya qanun larına uyğun olmayan normativ hüquqi akta əsaslanma halı aşkar olunmadığına görə həmin qərar Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğun hesab edilsin. Ərizəçi "xxxx" Şirkətinə izah edilsin ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 3 oktyabr 2022-ci il tarixli qərardadında göstərilmiş nöqsanları aradan qaldırmaqla, habelə kassasiya şikayətinin verilmə müddətinin ötürülməsi halında bu müddətin bərpası barədə müvafiq ərizə əlavə olunmaqla yenidən kassasiya şikayəti ilə məhkəməyə müraciət etməkdə haqlıdır.”
33. Məhkəmə kollegiyası şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən Qərarındakı mövqeyi də nəzərə alaraq belə qənaətə gəlir ki, cavabdeh tərəfindən əvvəlcə qanunla müəyyən edilmiş müddətd ə verilmiş kassasiya şikayətinin qaytarılması haqqında qərardad 07 fevral 2024-cü il tarixində cavabdehin və onun vəkili və nümayəndəsinin elektron kabinetinə yerləşdirildikdən sonra cavabdeh 08 fevral 2024-cü il tarixində buraxılmış prosessual müddətin bərpası barədə ərizəni və kassasiya şikayətini elektron kabinet vasitəsilə təqdim etdiyinə görə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" tərəfindən kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddət üzrlü səbəbdən buraxılmışdır. Lakin apellyasiya instansiyası məhkəməsi həmin hala prosessual hüquq normasını səhv tətbiq edərək prosessual müddətin bərpası barədə ərizənin təmin edilməməsi barədə qərardad qəbul etmişdir.
34. Ona görə də cavabdeh "xxxx" MMC-nin kassasiya şikayəti təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 fevral 2024-cü il tarixli 2(105)1093/2023 nömrəli qərardadı ləğv edilməli, "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil3 tərəfindən verilmiş kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barədə ərizə təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(105)- 1093/2023 nömrəli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət cavabdeh "xxxx" MMC-yə münasibətdə bərpa edilməli, mübahisəyə mahiyyəti üzrə baxılması üçün sonrakı prosessual hərəkətlər yerinə yetirilməlidir.
35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh "xxxx" MMC-nin kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 fevral 2024-cü il tarixli 2(105)-1093/2023 nömrəli qərardadı ləğv edilsin. "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil3 tərəfindən verilmiş kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barədə ərizə təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(105)- 1093/2023 nömrəli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət cavabdeh "xxxx" MMC-yə münasibətdə bərpa edilsin. Mübahisəyə mahiyyəti üzrə baxılması üçün sonrakı prosessual hərəkətlər yerinə yetirilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.