Məhkəmə qərarları › İş №2(102)-203/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-203/2025

11.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-203/2025 11.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, X6 Bankı və X5 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı ilkin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh İddiaçı qarşı qarşılıqlı tələbinə iş üzrə QƏRARİ (Açar sözlər: öhdəliyin icra edilməsi və daşınmaz əmlakın təhvil verilməsi, əqdin və onmun nəticələrinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Abbasov Aqil Əz izağa oğlundan ibarət tərkibdə, İddiaçı ("xxxx" MMC, X6 Bankı və X5 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh "xxxx" MMC-yə qarşı “öhdəliyin tam icra edilməsi və daşınmaz əmlakın təhvil verilməsi” barədə ilkin, "xxxx" MMC-nin cavabdeh İddiaçı qarşı “müqavilənin və arayışın etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4201/2024 nömrəli, 9 sentyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 11 fevral 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 23 nö mrəli müqaviləyə əsasən "xxxx" MMC ünvan 1 ünvanında tikilməkdə olan, "xxxx" MMC-yə məxsus 24 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində 1650 kv metr qeyri-yaşayış sahəsini İddiaçı tam ödəmiş olduğu halda ******* manat əvəzinə xx.xx.2016-cı il tarixinə qədər alıcıya verməyi öz öhdəsinə götürmüşdür. 2. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli maliyyə arayışına əsasən İddiaçı tərəfindən qeyd olunan qeyri-yaşayış sahəsinin dəyəri tam ödənilmişdir.

3. Eyni əmlakla bağlı "xxxx" MMC ilə X5 arasında da xx.xx.2010-cu il tarixli, 23 nömrəli müqavilə bağlanmışdır.

4. Daşınmaz əmlakın Dövlət reyestrindən verilən RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 22, 22A, çoxmərtəbəli yaşayış binası və 0,4358 ha torpaq sahəsi xx.xx.2025-ci il tarixə qədər “X6 Bankı”nın xeyrinə yüklü edilmişdir.

5. İran İslam Respublikasının Ədliyyə Nazirliyi Azərbaycan Respublikasının Ali Məhkəməsinə İran İslam Respublikasının Tehran şəhəri Şəhid Sədr adına Məhkəmələr Kompleksinin 37 saylı Ümumi Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarının Azərbaycan Respublikasında tanınması və məcburi icrası barədə ərizə ilə müraciət etmişdir.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx.xx.2013-cü il tarixli qərardadı ilə (sədrlik edən A.Hüseynov, hakimlər N.Rəsulbəyova və İ.Dadaşov, iş № 10-1(102)-1/13) İran İslam Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş ərizənin təmin edilməsi, İran İslam Respublikasının Tehran şəhəri Şəhid Sədr adına Məhkəmələr Kompleksinin 37 saylı Ümumi Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarının Azərbaycan Respublikası ərazisində tanınması və icra edilməsi, Hakimlər Heyətinin xx.xx.2012 və xx.xx.2012-ci il tarixli qərarlarının iddiaçı İran İslam Respublikasının 115 saylı X16 İnşası Şirkəti ilə cavabdeh Azərbaycan Respublikasının "xxxx" MMC arasında imzalanmış “Nəsimi” ticarət yaşayış və ofislər üçün nəzərdə tutulmuş 25 mərtəbəli binanın inşası - haqqında” 105-B-2008 saylı xx.xx.2008-ci il tarixli podrat müqaviləsinin tərkib hissəsi olan X13 48-ci maddəsinə uyğun olaraq həyata keçirilməsi qərara alınmışdır.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(006)-1587/2014 nömrəli qətnaməsi ilə iddiaçı X3 cavabdeh "xxxx" MMC-yə qarşı ünvan 2 ünvanda inşa edilən 24 mərtəbəli yaşayış binasından ümumi sahəsi 1650 kv metr olan 1-ci mərtəbəsindəki qey ri-yaşayış sahəsinə istifadə və sahiblik hüququnun tanınması və həmin qeyri-yaşayış sahəsinin istifadə və sahibliyinə verilməsi barədə iddia tələbləri rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 fevral 2015-ci il tarixli, 2(103)1611/2015 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 8(005)590/2014 nömrəli qərardadı ilə tələbin əmlaka yönəldilməsi barədə Nərimanov rayon icra şöbəsinin icra məmuru Müşfiq Əlirzayevin təqdimatı təmin edilmiş, Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən verilmiş 10-1(102)-01/2013 saylı, xx.xx.2013-cü il tarixli icra vərəqəsinin icras ının təmin edilməsi məqsədi ilə 14402997,52 avro məbləğində pul tələbi "xxxx" MMC-yə məxsus tikinti materialları, ö cümlədən quraşdırılmış metal konstruksiya və tikintisi yarımçıq qalan 2 bloklu binaya yönəldilmişdir.

9. X6 Bankı Azərbaycan Respublikası Ali Məhkəməsinə İran İslam Respublikasının Tehran şəhəri Şəhid Sədr adına Məhkəmələr Kompleksinin 37 saylı Ümumi Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarının Azərbaycan Respublikasında tanınması və məcburi icrası barədə ərizə ilə müraciət etmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- iqtisadi kollegiyasının 10-1(102)-01/13 nömrəli, xx.xx.2014-cü il tarixli qərarı ilə ərizə təmin edilməmişdir.

10. Məhkəmə belə qənaətə gəlmişdir ki, ərizəçi X6 Bankı cavabdehlər İran İslam Respublikasının "xxxx" QSC-yə və Azərbaycan Respublika sının "xxxx" MMC-yə qarşı müvafiq iddia qaldırmış, həmin iddia üzrə İran İslam Respublikasının Tehran şəhəri Şəhid Sədr adına Məhkəmələr Kompleksinin 37 saylı Ümumi Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsində tanınan qərarın və müvafiq icra sənədinin icrasının qəbul edildikləri vaxtdan 1 il müddətinə təxirə salınması qərara alınmışdır ki, həmin yeni qərar Azərbaycan Respublikası ərazisində tanınmalı və icra edilməlidir. Qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərardadı ilə İran İslam Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş ərizə təmin edilmiş, İran İslam Respublikasının Tehran şəhəri Şəhid Sədr adına Məhkəmələr Kompleksinin 37 saylı Ümumi Məhkəməsinin xx.xx.2012-ci il tarixli qəra rı Azərbaycan Respublikası ərazisində tanınmış və artıq icra edilmiş, icra olunmuş qərarın təxirə salınması isə mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Azərbaycan Respublikası Ali Məhkəməsinə ünvanladığı xx.xx.2014-cü il tarixli məktubuna əsasən, həmin məktuba əlavə olunmuş Yasamal rayon İcra Şöbəsinin arayışında bildirilir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərardadı üzrə verilmiş İcra sənədinə uyğun görülmüş icra tədbirləri nəticəsində tələb borcluya məxsus, üzərinə həbs qoyulmuş əmlaklar hesabına təmin edilmişdir.

11. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanan xx.xx.2020-ci il tarixli məktubd a qeyd olunmuşdur ki, əvvəlki ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi-4 olan çoxmərtəbəlı yaşayış binasına Azərbaycan Respublikası Prezidentinin 2008-ci ıl 27 noyabr tarixli, 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinı ünvan verilməsi Qaydalarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 10 fevral tarixli, 590 nömrəli Fərmanına uyğun olaraq ünvan 5 ünvan nömrəsi təyin edilmişdir.

12. Yasamal rayon icra şöbəsinin icra məmuru İlyas Cəfərovun “Üzərinə həbs qoyulmuş əmlakın tələbkara verilməsi haqqında” xx.xx.2017-ci il tarixli qərarı ilə "xxxx" MMC-yə qarşı ünvan 7 ünvanında yerləşən quraşdırılmış metal konstruksiya və tikintisi yarımçıq qalan 2 bloklu bina (1-ci bloku 25-ci mərtəbəsinə, 2-ci bloku 4-cü mərtəbəsinə qədər tikilmiş), habelə tikinti materialları icra sənədi üzrə tələbkar İran İslam Respublikasının 115 saylı X16 İnşası Şirkətinə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında "xxxx" MMC tərəfindən tikilib mərtəbəliliyi tamamlanan 24 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində, ümumi sahəsi 1650 kv metr olan qeyri-yaşayış sahəsinin ona təhvil verilməklə sahiblik və istifadəsinə verilməsinə dair qətnamə qəbul edilməsi xahiş etmişdir.

14. İddiaçı iddia tələbini işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən onunla əsaslandırmışdır ki, onunla cavabdeh "x xxx" MMC ilə arasında imzalanan xx.xx.2010-cu il tarixli müqavilənin şərtinə əsasən iddiaçı üzərinə götürdüyü öhdəliyi tam icra etmişdir. Müqavilə üzrə ******* manat cavabdehə ödənilmişdir və ona borc olmaması haqqında maliyyə arayışı verilmişdir. Müqavilənin 1.1-ci bəndinə əsasən, həmin qeyriyaşayış sahəsi xx.xx.2016-cı il tarixə kimi ona təhvil verilməli idi. Lakin bugünə kimi cavabdeh öhdəliyi icra etməmişdir. Hazırda həmin ərazidə 1 ədəd 24 mərtəbəli yaşayış binasının tikintisi–metal konstruksiya ilə mərtəbələrin inşası tamamlanmış, ikinci binanın tikintisi isə yarıda dayandırılmışdır. Cavabdeh hüquqi şəxsin rəhbəri olan X8 tərəfindən müraciətlər edilsə də, məsələ bugünə kimi öz həllini tapmamışdır. Həmçinin, son zamanlar cavabdeh hüquqi şəxsin səlahiyyətli şəxslərini tapmaq qeyri-mümk ün olmuşdur. Tikinti obyektinin qarşısına vurulan məlumat lövhəsindən görünür ki, sifarişçi və podratçı "xxxx" MMC-dir. Həmçinin tikintinin başlama vaxtı xx.xx.2017, qurtarma vaxtı isə xx.xx.2020-cü il göstərilmişdir. Məlumat lövhəsindən görünür ki, layihəçi "xxxx" MTK-dır. Dövlət Ekspertiza mərkəzi tərəfindən tikintiyə xx.xx.2009-cu il tarixli, 10916/10402/9970 saylı rəy verilmişdir. Tikinti obyektinə baş çəkdikdə ordan bildirilir ki, cavabdeh "xxxx" MMC-nin hazırda bu obyektə heç bir aidiyyatı yoxdur. Həmin şirkətin problemləri var və iş məhkəmədədir. 15. "xxxx" MMC cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, İddiaçı ilə iddiaçı "xxxx" MMC arasında qeyri-yaşayış sahəsinin alğı-satqısına dair tərtib edilmiş xx.xx.2010-cu il tarixli müqavilənin və həmin müqavilə üzrə tərtib edilmiş 1 ədəd arayışın etibarsız hesab edilməsi barədə, habelə ilkin iddia üzrə iddiaçı cavabdeh İddiaçı iddiası əsassız olduğundan təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış müqavilədən görünür ki, MMC özünə məxsus inşa edilən hündürmərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 1650 kv metr olan qeyri-yaşayış sahəsi cavabdeh İddiaçı verir, sonuncu isə bunun müqabilində müvafiq məbləğdə pul vəsaiti ödəyir. Lakin, "xxxx" MMC üçün inşa edilən bina hal-hazırda təhvil verilmədiyi üçün həmin binanın tərkib hissəsi olan mənzillər, habelə qeyri-yaşayış sahələri hüquqi qeydiyyatdan keçməmiş və onlara dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən müvafiq çıxarışlar veri lməmişdir. Odur ki, həmin mənzillər mülki dövriyyənin adi baxımından alğısatqı predmeti ola bilməz, bu səbəbdən həmin mənzillərin alğı-satqısına dair Azərbaycan Respublikası MM-nin 29-cu fəslinin 5-ci paraqrafı tətbiq edilə bilməz. Qeyd edilən bina və onun tərkib hissəsi olan mənzillər kooperativ üzvləri üçün inşa edildiyindən və kooperativin əmlakı olduğundan həmin mənzillərin ayrılması Azərbaycan Respublikası MM-nin 109112-ci maddələrinin tələbləri qaydasında həll edilir. "xxxx" MMC müvafiq qaydada təsdiq olunmuş Nizamnaməsi ilə də eyni qaydalar nəzərdə tutulmuşdur. Göründüyü kimi, cavabdeh İddiaçı üzv olmaq istəyi barədə “EL.SƏ.Nİ." MMC-yə belə bir müraciət etməmiş və o, qanunvericilik və nizamnamə ilə müəyyən edilmiş qaydada kooperativin üzvlüyünə qəbul olunmamış, habelə kooperativin ü zvü olan digər şəxsdən pay haqqı müəyyən edilmiş qaydada ona keçməmişdir. Belə olan halda cavabdeh İddiaçı "xxxx" MMC-dən hər hansı bir əmlak payına və ya belə bir əmlaka istifadə hüququ əldə etməmiş, onların arasında qeyri-yaşayış sahəsinə dair müqavilə bağlansa da, həmin müqavilə üzrə cavabdeh İddiaçı qeyri-yaşayış sahəsinə görə heç bir məbləğdə vəsait ödəməmiş, odur ki, həmin müqavilə etibarlı sayıla bilməz. Belə ki, cavabdeh İddiaçı borcu olmaması barədə arayış verilsə də, tərəfindən ******* manat pulun MMC-yə ödənilməsi barədə heç bir sənəd (mədaxil qəbzi) yoxdur. Həmin pulun MMC-nin kassasına mədaxil edilməsi, mühasibatlıq üzrə müxabirləşmənin aparılması və sair sənədləşmə aparılmamışdır. MMC üzrə aparılmış audit rəyi də bu xüsusatı təsdiq edir.

17. Sonradan cavabdeh "xxxx" MMC iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, hazırkı mülki iş üzrə İddiaçı hazırkı iddia tələbinə iddia müddəti tətbiq edilərək iddia tələbinin bütövlükdə rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh "El.Sə.Ni.” MMC-yə qarşı məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı tərəfindən qarşılıqlı iddia tələbi üzrə əsaslandığı məhkəməyə təqdim edilmiş müqavilədən görünür ki, həmin müqavilə xx.xx.2010-cu il tarixdə bağlanmış, müqavilənin 1.1.-ci bəndindən isə görünür ki, həmin qeyri-yaşayış sahəsi xx.xx.2016-cı il tarixə kimi qəbul edilir. İddia ərizəsi isə məhkəməyə xx.xx.2022-ci il tarixdə, yəni 6 il 4 ay müddət keçdikdən sonra daxil olmuşdur. İddia müddətinin axımının kəsilməsi barədə isə heç bir məlumat yoxdur. Azərbaycan Respublikası MM-nin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

19. İddiaçı cavabdeh "xxxx" MMC-nin qarşılıqlı iddia ərizəsinə və iddia müddətinin tətbiq edilməsinə dair ərizəsinə etiraz təqdim edərək, qarşılıqlı iddia ərizəsinin icraata götürülməsindən imtina edilməsi və iddia müddətinin tətbiq edilməsinə dair ərizəsinin rədd edilərək, ilkin iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir.

20. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC xx.xx.2010-cu il tarixli müqavilə ilə üzərinə götürdüy ü öhdəlikləri tam icra etməmişdir. Belə olan halda onun iddia müddətinin tətbiqinə dair ərizəsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır. Belə ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi tam icra edib başa çatdırmamışdır və həmin qeyri-yaşayış sahəsi iddiaçıya təhvil verilməmişdir. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş materiallarından görünür ki, hazırda cavabdehin qanuni təmsilçisi X9r. Həmin şəxs müqaviləni imza edərkən də, cavabdehin rəhbəri olmuşdur. Deməli, etibarsızlığını hazırda tələb etdiyi xx.xx.2010-cu il tarixli müqavilədən xəbərdar idi. Üstündən 12 il keçd ikdən sonra müqavilənin etibarsızlığının cavabdeh tərəfindən tələb edilməsi absurddur və qanuni izahı belə yoxdur. Cavabdehin qarşılıqlı iddiasından görünür ki, ilkin iddia onun tərəfindən qismən qəbul edilir və qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmiş kimi nəzərdə tutulur. Baxmayaraq ki, qarşılıqlı iddia Mülki Prosessual Məcəllənin tələblərin uyğun şəkildə təqdim edilməmişdir. İlkin iddia xx.xx.2022-ci ildə mümkün hesab edilib. Lakin, qarşılıqlı iddia xx.xx.2022-ci ildə elektron məhkəmə portalına yüklənib. Bu isə qanunvericilikdə nəzərdə tutulan 20 günlük müddətin ötürülməsi deməkdir. Halbuki, cavabdeh xx.xx.2022-ci ildə elektron məhkəmə portalına digər sənədlər əlavə etmişdir və ilkin iddiadan xəbərdar idi.

21. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il t arixli, 2(006)4473/2022 nömrəli qərardadı ilə "xxxx" MMC, “X6 Bankı” və X5 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

22. Üçüncü şəxs “X6 Bankı”nın nümayəndəsi və vəkili etiraz ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə cavabdeh “EL.SƏ.Nİ" MMC arasında qeyri-yaşayış sahəsinin alğı-satqısına dair tərtib edilmiş xx.xx.2010-cu il tarixli, 23 saylı müqavilə və həmin müqavilə üzrə tərtib edilmiş maliyyə arayışının etibarsız edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

23. Etiraz onunla əsaslandırılmışdır ki, Bankın hazırkı iş üzrə cavabdeh "xxxx" MMC ilə arasında xx.xx.2009-cu il tarixdə 880/M/AZE/l 1 nömrəli Kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 2-ci maddəsinə əsasən, Bank tərəfindən cavabdehə 37000000 avro məbləği ndə kredit ayrılmışdır. Kredit müqaviləsi üzrə cavabdehin öhdəliklərinin təminatı üçün xx.xx.2010-cu il tarixdə tərəflər arasında İpoteka müqaviləsi Bakı şəhəri 14 saylı notariat kontorunda 3M-65 reyestr nömrəsi ilə təsdiqlənmişdir. İpoteka müqaviləsinə əsasən təminatlı öhdəliklərin yerinə yetirilməsini təmin etmək üçün birinci cavabdeh öz xüsusi mülkiyyətində olan ünvan 8 ünvanında yerləşən 0,07752 ha torpaq sahəsini (ƏMDK-nin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2009-cu il tarixdə MH seriyalı *** **** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir), həmin ünvanda yerləşən ümumi sahəsi 266,3 kv metr olan 1 mərtəbəli qeyri-yaşayış binasını və onun altındakı 0,144 ha torpaq sahəsini və ünvan 9 ünvanında yer ləşən ümumi sahəsi 264,8 kv metr olan 1 mərtəbəli qeyri-yaşayış binasını və onun altındakı 0,2143 ha torpaq sahəsini Bankın ipotekasına qoymuşdur. İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında xx.xx.2010-cu il tarixli, 23 saylı qeyri-yaşayış sahəsinin alğı-satqısına dair müqavilə bağlanan zaman ünvan 1 ünvanında tikilməkdə olan "xxxx" MMC-yə məxsus olan 24 mərtəbəli yaşayış binası “X14 Bankı”nın xeyrinə ipotekaya qoyulmuşdur. Belə olan halda, cavabdeh "xxxx" MMC tərəfindən ünvan 1 ünvanında tikilməkdə olan 24 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 1650 kv metr olan qeyri-yaşayış sahəsi iddiaçıya satıla bilməzdi. Bu səbəbdən İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında qeyri-yaşayış sahəsinin alğı-satqısına dair tərtib edilmiş 03 avqust 2010-cu il tarixli müqavilə və həmin müqavilə üzrə tərtib edilmiş maliyyə arayışı etibarsız hesab edilməlidir.

24. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)263/2023 nömrəli qərardadı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətində 2007-2010-cu illər ərzində hər hansı əmanətlərinin (xüsusilə bank hesabından pulun çıxarılması barədə) olub-olmaması barədə məlumat verilməsi, əgər varsa buna dair sənədlərin (müqavilə, çıxarış və ya digər sənədlər) təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim olunması "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tələb edilmişdir.

25. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi və vəkili Vəkil1 ilkin iddia tələbini iddianı müdafiə edərək onun təmin edilməsini, qarşılıqlı iddia tələbini qəbul etməyərək onun rədd olunmasını məhkəm ədən xahiş etmiş, həmçinin izahatında göstərmişdir ki, tərəflərindən kifayət qədər izahat verilmişdir və zəruri bütün sübutlar təqdim edilmişdir. Bütün bunlar kifayətdir ki, onları iddiası təmin edilsin. Qarşı tərəfin iddia müddətinin tətbiqi barədə ərizəsi ilə bağlı bildirmişdir ki, tərəflər arasında öhdəlik hüquq münasibəti olmuş və öhdəlik hüquq münasibətinin xarakteri isə ondan ibarətdir ki, tərəflər üzərlərinə düşən öhdəlikləri tam və vaxtında yerinə yetirməlidir. Tərəflərindən üzərlərinə düşən öhdəlik tam şəkildə icra olunmuş, yəni pul tam həcmdə ödənilmiş və bununla bağlı maliyyə arayışı hüquqlarını müdafiə etdiyi şəxsə verilmişdir. Qarşı tərəf isə indiyədək üzərinə düşən öhdəliyi icra etməmişdir. Ona görə də nə qədər ki, qarşı tərəf öhdəliyini icra etmədiyindən iddia müddətinin keç məsinə istinad edə bilməz. Bununla bağlı Konstitusiya Məhkəməsinin və Ali Məhhkəmənin qərarları mövcuddur. Qarşılıqlı iddia tələbi ilə bağlı isə bildirir ki, qarşılıqlı iddia üzrə iddiaçı aralarında bağlanmış müqavilənin etibarsız hesab edilməsinə istinad edir, lakin bununla bağlı heç bir sübut təqdim edə bilməmişdir. Həmçinin Mülki Məcəllədə etibarsızlığın əsasları göstərilmişdir ki, həmin halların heç biri mövcud deyildir. Bundan başqa həmin hallardan hər hansı biri mövcud olsaydı belə, etibarsızlıqla bağlı iddiaların verilməsi üçün 1 illik müddət tətbiq edilir ki, qarşı tərəfin həmin iddianı verməsi üçün müqavilə imzalanan vaxtdan etibarən bir ili var idi. Lakin o buna da riayət etməmiş, yəni iddia müddətini ötürmüşdür. İlkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nüma yəndəsi həmçinin göstərmişdir ki, mübahisəli ərazi X1 ərazi ilə eyni deyildir.

26. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMCnin nümayəndəsi (qanuni təmsilçisi) X10 izahatında göstərmişdir ki, əvvəlki məhkəmə iclaslarında qeyd etdiyi xüsusatları və tərəfindən verilmiş sübutları nəzərə alaraq ilkin iddia tələbinin rədd edilməsini xahiş edir. 3-cü şəxs X5 ilə İddiaçı arasında qohumluq münasibəti olmuşdur. Onlara satıldığı iddia edilən sahələr də tam eynilik təşkil edir. Belə ki, mübahisəli sahənin yerləşdiyi binada ümumilikdə 1650 kv metr qeyri-yaşayış sahəsi vardır. Bu texniki sənədlərlə sübut olunur. Zaur Tarverdiyev və İddiaçı "xxxx" MMC arasında bağlanmış müqavilələr də eyni məzmunludur, sahələr eynidir, müqavilənin nömrələri eynidir, sadəcə tarix fərqi vardır. Ola bilməzdi ki, qohum olan şəxslərin digərinin artıq həmin sahəni almadığından xəbəri olmasın. Bundan başqa əvvəlki məhkəmə iclaslarında da qeyd etdiyi kimi həmin alğı-satqı müqavilələri üzrə "xxxx" MMC-yə pul mədaxil olmamışdır. Bunu da təsdiq edən kifayət qədər sübutlar var. Əvvəlki məhkəmə iclaslarının birində ilkin iddia üzrə iddiaçı bildirmişdir ki, əmlakını satılıb, bankdan köçürmə yolu ilə pulu "xxxx" MMC-yə vermişdir. Lakin "xxxx" ASC-yə qərardadla müraciət olunmuş, verilən cavabda bu fakt öz təsdiqini tapmamışdır. Həmçinin İddiaçı satdığını iddia etdiyi əmlaklarla bağlı da sübut təqdim edəcəyini bildirsə də, həmin sübutları təqdim etməmişdir. Məhkəmə tərəfindən mübahisə ilə bağlı ekspertiza təyin edilmiş, lakin icrasız geri qaytarılmışdır. Bütün bu faktlar deməyə əsas verir ki, "xxxx" MMC-yə pul mədaxil olmamışdır. X3 iddia tələbi ilə bağlı mülki işə baxılmış və iddia tələbi rədd edilmişdir. Onun iddia tələbinin rədd olunmasının əsası kimi əmlakın hazır olmamasının göstərilməsi hazırkı iş üzrə əsas verir ki, mübahisəli əmlakın X4 məxsus olması müəyyən edilmişdir. Belə olan halda eyni əmlakın İddiaçı məxsus olması ilə bağlı iddianın təmin edilməsi iki bir-birinə zidd qətnamə çıxarılması demək olardı.

27. Əvvəlki məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 Bankının nümayəndəsi və vəkili Vəkil3 izahatında göstərmişdir ki, hazırkı mülki işə baxılarkən qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmiş hallar da nəzərə alınmalıdır. Belə ki, Zaur Tarverdiyev "xxxx" MMC-yə qarşı olan mübahisəsində müəyyən edilmişdir ki, Zaur Tarverdiyev h əqiqətən mübahisəli əmlakı almış və ödəniş edilmişdir. Bununla bağlı onlar arasında razılaşma bağlanılmışdır. İddianın təmin edilməməsinə yeganə səbəb isə o, olmuşdur ki, iddiaçı həmin binanın ona təhvil verilməsini tələb etmişdir. Həmin bina isə hazır olmadığından məhkəmə faktiki olaraq binanın ona təhvil verilməsinin mümkün olmadığını bildirmişdir. Ancaq faktiki olaraq bina hazır olduqdan sonra binanın Zaur Tarverdiyevin həmin bina üzərində hüquqları olduğu müəyyən edilmişdir. İddiaçı ən azından hazırkı məhkəmə prosesində həmin qətnamənin mövcudluğundan xəbərdar olmuş və o, həmin qətnaməni mübahisələndirməli idi. Lakin bunu etməmişdir. Bu da o, deməkdir ki, o, həmin qətnamə ilə razılaşmışdır. Ona görə də həmin qətnamə ilə bağlı gələcəkdə onun ziyanına həyata keçirilə biləcək hərəkətlərin riskini daşıyır. Onun hazırkı iddia tələbi isə əsassızdır. Bundan başqa, İddiaçılə "xxxx" MMC arasında bağlanmış müqaviləyə əsasən mübahisəli bina 2016-cı ildə İddiaçı təhvil verməli idi. Lakin bu icra edilməmişdir. Həmin müddətdən də iddia müddətinin axımı başlamışdır. İddiaçı həmin vaxtdan sonra "xxxx" MMC-yə pretenziya verməli və bu kimi hüquqi prosedurlara başlamalı idi. Hazırkı mübahisənin kökündə müqavilə münasibətləri dayandığından və müqavilədən irəli gələn mübahisələr üzrə iddiaçı müddəti 3 il təşkil etdiyindən 2019-cu ildə artıq iddia müddəti bitmişdir. Bu daşınmaz əmlakın alğı-satqısı müqaviləsi olmadığından, mahiyyətçə podrat müqaviləsi olduğundan burada 6 illik iddia müddətindən söhbət gedə bilməz. Hesab edir ki, bu əsasla iddia tələbi rədd edilməlidir. Bundan başqa, həmin əm lak xx.xx.2010-cu il tarixdə ipotekaya qoyulmuşdur. Həmin müqavilədə qeyd edilmişdir ki, torpaq sahəsinin üzərində tikiləcək əmlak da ipoteka ilə yüklü hesab edilir. Adıçəkilən müqavilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Ona görə də V.İsayevin onların razılıqları olmadan və onlara məlumat verilmədən həmin əmlakla bağlı müqavilələr bağlamaq hüququ yox idi. "xxxx" MMC ipoteka saxlayan qarşısında götürmüş olduğu öhdəliklərə zidd olaraq müqavilələr bağlamışdır. Hazırkı mülki iş üzrə İddiaçı mübahisəli əmlakla bağlı hüququ olmuş olsa belə, o bununla bağlı iddianı "xxxx" MMC-yə qarşı yox, bilavasitə V.İsayevə qarşı qaldırmalıdır. İddiaçı əmlakla bağlı müqavilə bağlayarkən həmin əmlakın yüklülüyünün olub-olmamasını araşdırmalı idi.

28. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsini n 09 aprel 2024-cü il tarixli, e-2(006)39/2024 nömrəli qətnaməsi ilə (hakim Ramin Xəlilov) ilkin və qarşılıqlı iddialar rədd edilmişdir.

29. Məhkəmə müəyyən etmişdir ki, X5 "xxxx" MMC-yə qarşı qeyri-yaşayış sahəsinə istifadə və sahiblik hüququnun tanınması və qeyri-yaşayış sahəsinin istifadəyə və sahibliyə verilməsi tələbi barədə iddia qaldırmış, qanuni qüvvəyə minmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1587/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən iddiaçı X3 cavabdeh "xxxx" MMC-yə qarşı ünvan 2 ünvanda inşa edilən 24 mərtəbəli yaşayış binasından ümumi sahəsi 1650 kv metr olan 1-ci mərtəbəsindəki qeyriyaşayış sahəsinə istifadə və sahiblik hüququnun tanınması və həmin qeyri-yaşayış sahəsinin istifadə və sahibliyinə verilməsi barədə iddia tələbləri əsassız olduğu üçün rədd edilmişdir.

30. Həmin qətnamənin əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, iddiaçı X5 tərəfindən mübahisəli qeyri-yaşayış sahəsi üzrə pay haqqı tam ödənildikdən sonra, o, həmin qeyri-yaşayış sahəsi üzərində sahiblik və istifadə hüquqları əldə etmişdir. Z.Tarverdiyevin mübahisəli qeyri-yaşayış sahəsi üzərində tanınmasını tələb etdiyi hüquqlar – sahiblik və istifadə hüququ qanunla müəyyən edilən hüquqlardır və həmin hüquqların hansı andan əmələ gəlməsi də qanunla müəyyən edilir. Qanunla müəyyən edilmiş hüququn təkrar məhkəmə qətnaməsi ilə müəyyən edilməsi barədə tələbi məhkəmə əsaslı hesab etmir, buna zərurət yoxdur və bu səbəbdən məhkəmə həmin hissədə qaldırılan tələb əsassız hesab etmişdir. İddia tələbinin mübahisəli qeyri-yaşayış sahəsinin iddiaçının istifadə və sahibliyinə ver ilməsi hissəsi üzrə məhkəmə qeyd etmişdir ki, həmin hissədə də tələb təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edlmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi bina yarımçıq tikili olmaqla tam inşa edilməmişdir, həmçinin həmin qeyri-yaşayış sahəsinin iddiaçının istifadə və sahibliyinə verilməsi ilə bağlı hər hansı maneənin olmasına dair sübutlar da məhkəməyə təqdim edilməmişdir. Həmçinin həmin qətnamə ilə tərəflər arasında mübahisəli əmlakın Z.Tarverdiyevə məxsus olması müəyyən edilmiş, bununla bağlı mübahisə edilməmişdir. Bu hal isə onu deməyə əsas verir ki, iddiaçının iddia etdiyi qeyri yaşayış sahəsi sözügedən məhkəmə qətnaməsi ilə Z.Tarverdiyevə məxsus olmuşdur.

31. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab etmişdir ki, qanuni qüvvəsini almış Bakı şəhəri Nəsi mi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(006)-1587/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş faktın yenidən sübut edilməsi yolverilməzdir və bu hal hazırkı mülki iş üzrə sübut növü kimi qəbul edilməlidir.

32. Bundan əlavə, məhkəmə "xxxx" MMC-tərəfindən məhkəməyə təqdim edilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə münasibətdə qeyd etmişdir ki, iddiçının iddiası əsassız hesab edilmiş və bu səbəbdən iddia müddətinin tətbiqinə də zərurət qalmamışdır. Lakin iddia əsaslı olsaydı belə, bu halda məhkəmə podrat münasibətlərindən irəli gələn beş illik iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd olunmasını nəticəsinə gələrdi. Həmçinin iddia müddətinin axımının bu halda başlanılması iddiaçının müqavilədə nəzərdə tutulmuş xx.xx.2016-cı il tarixdən (qeyri-yaşayış sahəsinin təh vil verilə bilməməsi səbəbindən) götürmüş olardı (həmçinin iddiaçı 2010-cu il tarixdən 2022-ci il tarixədək hansı ağlabatanlıq göstərərək gözləməsi də məntiqli olmamış və bu halda hüququnun pozulduğunu bilməli idi).

33. Məhkəmə qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə X5 tərəfindən mübahisəli qeyri-yaşayış sahəsi üzrə pay haqqı tam ödənilməklə həmin əmlak üzərində sahiblik və istifadə hüquqlarının əldə edilməsi müəyyən edildiyindən, məhkəmə hesab edir ki, ilkin iddia üzrə İddiaçı ünvan 1 ünvanında "xxxx" MMC tərəfindən tikilib mərtəbəliliyi tamamlanan 24 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində, ümumi sahəsi 1650 kv metr olan qeyri-yaşayış sahəsinin ona təhvil verilməklə sahiblik və istifadəsinə verilməsi barədə iddiası əsassız hesab edilməli və təmin edilməməlidi r.

34. Məhkəmə göstərmişdir ki, ilkin iddia tələbi üzrə məhkəmənin sadalanan hüquqi mövqeyinə əsasən mübahisəli qeyri-yaşayış sahəsi məhkəmə aktlarına əsasən Zaur Tarverdiyevə məxsus olduğundan, həmçinin ilkin iddia üzrə İddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə xx.xx.2010-cu ilə (Zaur Tarverdiyevdən əvvələ-xx.xx.2010) təsadüf etdiyindən, etibarsız hesab edilməsi ilə bağlı sübutlar mövcud olmadığndan onunla bağlanmış müqavilə və maliyyə arayışı etibarsız hesab edilə bilməz. Bu halda yalnız ilkin iddia üzrə iddiaçının deliktlə (vurulmuş ziyanla) bağlı məhkəməyə müraciət etməsi istisna edilməməlidir.

35. Məhkəmə həmçinin qeyd etmişdir ki, “CAMİ “ MMC-nin nümayəndəsi tərəfindən bildirilən hal kimi, həqiqətən "xxxx" MMC-yə xx.xx.2010-cu il tarixli müqavilə üzrə heç bir vəsaitin daxil ol maması vurğulansa da, bu halın ilkin iddia üzrə iddiaçı tərəfindən pulun ümumiyyətlə ödəməməsi anlamına gəlməməlidir (maliyyə arayışı mövcud olduğundan). Bu halda mübahisənin subyektiv cavabdehliyini tapmaq artıq iddiaçıya məxsus bir hüquqdur.

36. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən irəli sürülmüş tələblərin əsaslı olması müəyyən olunmadığından, həmin tələblər əsassız hesab olunmalı və rədd edilməlidir.

37. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə, Mülki Məcəlləsinin 5.3, 6, 6.2, 14.1, 14.2.1, 178.8, 324.1, 324.4, 337, 389.1, 390.1, 405.1, 417.1, 425.1, 752.1, 762.1 və 776.1-ci maddələrinə, Mənzil Məcəlləsinin 110.4, 110.5, 112.1, 113.1, 113.2 və 113.3-cü maddələrinə, Azərbaycan Respublikası K onstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2010-cu il tarixli Qərarına, Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarına, «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2006-cı il tarixli qərarına, Avropa Məhkəməsinin Kuznetsov və digərlərinin işi üzrə 21 yanvar 2007-ci il tarixli, Hiro Bilaninin işi üzrə 09 dekabr 1994-cü il tarixli, Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli, Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli qərarlarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 119.1, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

38. İlkin iddia üzrə İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və ilkin iddianın təmin olunması barədə yeni çıxarılmasını xahiş etmişdir.

39. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh üzərinə düşən öhdəliyi icra etməmiş, tikintisini həyata keçirdiyi binanı müqavilədə göstərilən müddətdə tamamlayıb, iddiaçıya təhvil verə bilməmişdir. Binanın tikintisi hazırda yarımçıq vəziyyətdədir. İddiaçı isə vicdanlı tərəf kimi qarşı tərəfin öz öhdəliklərini icra etməsini gözləmişdir. Sonradan müəyyən olunmuşdur ki, cavabdehin ümumiyyətlə bu layihə üzrə çoxsaylı problemləri var və layihə ni tamamlamaq istəmir. Daha doğrusu, cavabdehin çoxsaylı öhdəliklərinə və borclarına görə təsisçisi dəyişmiş, yeni təsisçilər isə cavabdehin ilkin öhdəliklərinin icrasından yayınmaq yolu tutmuşdur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin inşa etdiyi 24 mərtəbəli binada təkcə bir mərtəbədə 1650 kv metr olan qeyri-yaşayış sahəsinin olması inandırıcı deyil. Hətta bu mülahizə həqiqəti əks etdirmiş olsa belə, yenə də ilkin iddianın rədd edilməsi barədə əsas yaranmır. Belə ki, İddiaçı xx.xx.2010-cu ildə müqavilə bağlamaqla, digər alıcı X2 daha öncə fərdi müəyyən əşyaya hüquq əldə etmişdir. Bundan əlavə, X5 ilə digər müqavilənin xx.xx.2010-cu il tarixdə imzalanması onu subut edir ki, cavabdeh iki eyni parametrli sahələri (fərdi müəyyən əşyaları) iki fərqli şəxsə satmışdır. Belə ki, layihə üzrə ər azidə iki 24-mərtəbəli bina tikilməkdədir. Biri tam inşa edilib, digəri yarımçıq qalıb. Göstərilənlərə əsasən bir fərdi müəyyən əşyanın bir binada, digər fərdi-müəyyən əşyanın digər binada olması mümkündür. Və ya əgər həmin layihədə, daha dorğusu iki 24 mərtəbəli binada təkcə bir ədəd fərdi müəyyən əşya, yəni ümumi sahəsi 1650 kv metr olan qeyri-yaşış sahəsi müvcuddursa, onda belə nəticə hasil olur ki, cavabdeh – Satıcı bir əşyanı iki şəxsə satmışdır. İlkin olaraq xx.xx.2010-cu iltarixdə İddiaçı, daha sonra xx.xx.2010-cu ildə X4. Mübahisələndirilən öhdəlik İddiaçı xeyrinə daha əvvəl yaranmışdır. Belə ki, onunla bağlanan müqavilənin tarixi daha əvvəlki zamanı etiva edir. Belə olan halda ilkin iddia üzrə mübahisələndirilən öhdəlik əsassız hesab edilə bilməz, çünki tərəf öz öhdəliyini icra et diyini təsdiq edən sənəd təqdim etmişdir, qarşı tərəf isə əksini sübut edə bilməmişdir. X4 gəldikdə isə bildirilməlidir ki, onun verdiyi iddianı məhkəmə o səbəbdən təmin edə bilməmişdir ki, əmlakın tikintisi başa çatmamışdır. Bu günə real vəziyyət ondan ibarətdir ki, iki 24 mərtəbəli - çoxfunksiyalı binalardan ibarət kompleksin bir binasının tikintisi – metal konstruksiyalarınin tikintisi tamamlanmış, ikinci binanın işləri isə yarımçıq qalmışdır. Belə olan halda birinci instansiya məhkəməsinin qətnaməsindən o hasil olur ki, İddiaçı öhdəlik üzrə icrasının qarşılığında, cavabdeh "xxxx" MMC heç bir icra təqdim etməməlidir. Hesab edir ki, bu xüsusiyyətinə görə qətnamə əsassız və qununsuzdur. Birinci instansiya məhkəməsi iş üzrə müəyyən etdiyi hallara uyğun gəlməyən nəticəyə gələrək, qətnamə qə bul etmişdir. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Nəzərə alınmalıdır ki, yenidən sübut tələb etməyən hal həmin işdə iştirak edən şəxslərin iştirakı ilə digər mülki işdə müəyyən edilməlidir. Belə olduğu halda yenidən sübüt edilə bilməz. Hazırkı işdə isə hakim preyudisiya qaydasında müəyyən edilmiş hesab etdiyi fakt (Qətnamənin 68-ci abzası) ilkin iddia üzrə cavabdeh "xxxx" MMC və Zaur Tarverdiyev adlı şəxsin iştirakı ilə baxılmış mülki iş üzrə müəyyən edilmişdir. Həmin işdə ilkin iddia üzrə İddiaçı iştirak etməmişdir. Məhkəmə tərəflərin qarşılıqlı əlaqəsini hərtərəfli, tam və obyektiv araşdırmamışdır. Belə ki, ilkin iddia tələb ini əsassız hesab edərkən, gəldiyi nəticəni səhvən Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(006)-1587/2014 nömrəli qətnaməsi ilə müəyyən edilmiş halın preyudisiya qaydasında qəbul etməsi ilə əsaslandırmışıdır. Lakin bu əsaslandırma tamamilə düzgün deyil. Məhkəmə ilkin iddiaya baxarkən, müqavilənin predmeti olan fərdimüəyyən əşyanın bir nəfərdən çox şəxsə satılması halını araşdıraraq, Mülki Məcəllənin 452-ci maddəsini və digər normaları tətbiq edərək düzgün qərara qəbul etməli idi.

40. Apellyasiya araşdırması zamanı sorğu edilərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olmuş iddiaçı X3 cavabdeh "xxxx" MMC-yə qarşı “qeyri-yaşayış sahəsinə istifadə və sahiblik hüququnun tanınması və həmin qeyri-yaşayış sahəsinin istifadə və sahibliyinə verilməsi” tələbinə dair 2(006)-15 87/2014 nömrəli mülki iş əldə edilmiş və həmin mülki işdə olan sənədlərlə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx.xx.2013-cü il tarixli qərardadı ilə İran İslam Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş ərizə təmin edilmiş, İran İslam Respublikasının Tehran şəhəri Şəhid Sədr adına Məhkəmələr Kompleksinin 37 saylı Ümumi Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarının Azərbaycan Respublikası ərazisində tanınması və icra edilməsi, Hakimlər Heyətinin xx.xx.2012 və xx.xx.2012-ci il tarixli qərarlarının iddiaçı İran İslam Respublikasının 115 saylı X16 İnşası Şirkəti ilə cavabdeh Azərbaycan Respublikasının "xxxx" MMC arasında imzalanmış “’Nəsimi” ticarət yaşayış və ofislər üçün nəzərdə tutulmuş 25 mərtəbəli binanın inşası haq qında” 105-B-2008 saylı xx.xx.2008-ci il tarixli podrat müqaviləsinin tərkib hissəsi olan X12 48-ci maddəsinə uyğun olaraq həyata keçirilməsi qərara alınmışdır.

41. Bundan sonra Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 8(005)-590/2014 nömrəli qərardadı ilə tələbin əmlaka yönəldilməsi barədə Nərimanov rayon icra şöbəsinin təqdimatı təmin edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən verilmiş 10-1(102)-01/2013 saylı, xx.xx.2013-cü il tarixli icra vərəqəsinin icrasının təmin edilməsi məqsədi ilə 14.402.997,52 Avro məbləğində pul tələbi "xxxx" MMC-yə məxsus tikinti materialları, ö cümlədən quraşdırılmış metal konstruksiya və tikintisi yarımçıq qalan 2 bloklu binaya yönəldilmiş, Yasamal rayon icra şöbəsinin icra məmuru İlyas Cəfərovun “Üzərinə həbs qoyulmuş əmlakın tələbkara verilməsi haqqında” xx.xx.2017-cü il tarixli qərarı ilə "xxxx" MMC-yə qarşı ünvan 7 ünvanında yerləşən quraşdırılmış metal konstruksiya və tikintisi yarımçıq qalan 2 bloklu bina (1-ci bloku 25-ci mərtəbəsinə, 2-ci bloku 4-cü mərtəbəsinə qədər tikilmiş), habelə tikinti materialları icra sənədi üzrə tələbkar İran İslam Respublikasının 115 saylı X16 İnşası Şirkətinə verilmişdir.

42. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 9 sentyabr 2024-cü il tarixli, 2(103)-4201/2024 saylı qətnaməsi ilə (hakimlər M.Ə.Rüstəmli (sədrlik edən və məruzəçi), V.N.Sadıqov və A.Ə.İsgəndərov) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddianın təmin edilməyən hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək, ilkin i ddia rədd edilmişdir.

43. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ilkin iddia tələbi üzrə iddiaçı tərəfindən tələb edilən qeyri-yaşayış sahəsi artıq MMC-yə məxsus deyil, həmin sahənin yerləşdiyi bina icra sənədi üzrə tələbkar İran İslam Respublikasının 115 saylı X16 İnşası Şirkətinə verilmişdir. Belə olan halda, artıq cavabdehə məxsus olmayan binada yerləşən qeyri-yaşayış sahəsinin iddiaçıya verilməsi barədə iddiası təmin edilə bilməz.

44. Bununla yanaşı o da qeyd edilməlidir ki, ilkin iddia üzrə iddia ərizəsinin və apellyasiya şikayətinin məzmunlarından, habelə iş materiallarına əlavə edilmiş fotoşəkillərlə təsdiq olunmuşdur ki, sözügedən ünvanda inşa edilməkdə olan yaşayış binasında tikinti işləri başa çatmamışdır. Belə olan halda ilkin iddia üzrə tələb edilən qeyriyaşayış s ahəsinin praktiki olaraq iddiaçıya təhvil verilməsi də qeyri-mümkündür.

45. Məhkəmə kollegiyası ilkin iddia üzrə cavabdeh tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı tədqim edilmiş ərizəyə münasibətdə qeyd etmişdir ki, ilkin iddia tələbi təmin edilmədiyindən iddia müddətinin tətbiqinə münasibət bildirməyə zərurət yoxdur.

46. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 452.1, 452.2, 752.1, 752.2 və 762.1-ci maddələrinə və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı istinadən əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

47. İlkin iddia üzrə İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ilkin iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

48. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərini uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı və xeyrinə qətnamə icra olunmuş cavabdehin digər kreditoru (yəni İran İslam Respublikasının 115 saylı X16 İnşası Şirkəti) onunla eyni hüququ statusa malik şəxsdir. Beləki, hər ikisi cavabdehlə imzalanmış podrat müqaviləsi üzrə tərəf qismində çıxış edir, hər ikisi ona çatacaq icranı tələb etmək hüququna malikdir. Ona görə də daha əvvəl icra edilmiş qərarı əsas tutaraq bizim iddia tələbimiz rədd edilə bilməz. Xarici dövlətin məhkəmə qətnaməsinin icrası nəti cəsində cavabdeh "xxxx" MMC-nin həmin bina üzrə bütün yerli kredotorlarının (söhbət inşa edilən binada aparılan satış üzrə tələbkarlardan gedir) tələblərinin icrası qeyri-mümkün olmuş və bu səbəbdən rədd edilməlidir. Bu isə qanuni vəəsaslı hesab edilə bilməz.

49. Eyni zamanda məhkəmə qətnaməsində preyudisiya qaydasında istinad etdiyi qərarın çıxarılmasına iş üzrə iddiçı İddiaçı cəlb edilməmiş və iştirak etməmişdir. Cavabdeh bir əmlaka görə bir neçə şəxslə müqavilə bağlamışdır. Kreditorlardan “Yol İnşası Şirkəti”nin tələbi tam əmlakla təmin edilmişdir. Digər şəxslərin tələbləri isə rədd olunur. Əslində isə apellyasiya məhkəməsi İddiaçı tələbini "xxxx" MMC tərəfindən “Yol İnşası Şirkəti”-nə təhvil verilmiş əmlaka (əmlak kompleksinə) yönəltməlidir. Belə ki, təhvil verilmiş yarımçıq tikili əml ak kompleksi olduğundan, həmin kompleksə həm mövcud dəmir-beton konstruksiya, həm də üçüncü şəxslərin ona yönəlmiş hüquqları daxil olmalıdır. Əmlak kompleksi icra zamanı qiymətləndirilərkən mütləq qaydada üçüncü şəxslərin (binanın hissələrinin sahiblərinin) tələbləri nəzərə alınmalı idi, çünki həmin kompleksdə sahələrin müəyyən hissəsi artıq satılmışdır. Predyudisiyallığı apellayasiya məhkəməsi tərəfindən qəbul edilməyən (mübahisələrdirilən qətnamənin 52-ci bəndi) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olmuş iddiaçı X3 cavabdeh "xxxx" MMC-yə qarşı “qeyri-yaşayış sahəsinə istifadə və sahiblik hüququnun tanınması və həmin qeyri-yaşayış sahəsinin istifadə və sahibliyinə verilməsi” tələbinə dair 2(006)-1587/2014 nömrəli mülki işdən əldə edilmiş məlumata görə əmlak kompleksi “Yol İnşa sı Şirkəti”nə verilmişdir. Həmin işdə olan "xxxx" MMC-nin qiymətləndirmə hesabatları (biri əmlak kompleksini 42 milyon (texniki səhv olaraq) avro, digəri isə təxminən 16 milyon avro məbləğdə dəyərləndirir) məhkəmə tərəfindən araşdırılmalıdır. Yarımçıq tikilinin (əmlak kompleksinin) qiymətləndirilməsi zamanı binaların tərkib hissələrini əldə edənlərinin tələb hüququ mütləq şəkildə nəzərə alınmalıdır. İşin obyektiv, tam və hərtərəfli araşdırılması aparılarsa, binanın həmin vaxtkı bazar dəyərinə uyğun yenidən qiymətləndirilməsi mümkündür. Yarımçıq tikili qanunvericiliyə görə yalnız əmlak kompleksi kimi verilə bilər. Əmlak kompleksinin tərkibinə isə eyni zamanda öhdəliklər və tələb hüquqları daxildir. Bu səbəbdən qanuni və əsaslı qərar qəbul etmək üçün təhvil verilmiş əmlakı qəbul etmiş şəxs ə n azından iş üzrə üçüncü şəxs qismində cəlb edilməli idi. Belə ki, İddiaçı çatacaq (məxsus) tikintisi yarımçıq qalmış əmlak ona təhvil verilmiş əmlak kompleksinə daxildir. İddiaçının tələbi həmin əmlak kompleksi hesabına icra edilməlidir.

50. Qüvvədə olan qanunvericilikdə yarımçıq tikilinin verilməsi ilə bağlı bəzi qaydalar müəyyən edilmişdir ki, yalnız onlara riayət edildikdə yarımçıq tikili (tikinti materialları, dəmir-beton konstruksiyalar, torpaq üzərində hüquqlar və s. daxil olmaqla əmlak kompleksi) kiməsə verilə bilər. İran İslam Respublikasının“ 115 saylı X16 İnşası Şirkəti” məhkəmə qərarı ilə cavabdehin inşa etdiyi yarımçıq tikilini öz mülkiyyətinə qəbul etmişdir. Lakin həmin yarımçıq tikili üzərində "xxxx" MMC-nin sifarişçilərinin (kreditorlarının) hüquqları mövcud olub. Sözügedən münasibətlərdə (sifarişçilər) kreditorlar cavabdeh-podratçı ilə müqavilə bağlayıb, ödəniş edib, yaşayış və qeyri-yaşayış sahəsi sifariş ediblər, onların da tələbləri həmin yarımçıq tikili vasitəsi ilə təmin edilir. Belə olan halda "xxxx" MMC-nin inşa etdiyi bina üzrə sifarişçilərin tələbləri “Yol İnşası Şirkəti”-nə qarşı irəli sürülməsi məntiqə uyğun hesab edilməlidir. Ancaq belə olan halda tikinti sahəsində mülki dövriyyənin sabitliyi təmin edilə bilər. Əks təqdirdə tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə edən şəxslər Podratçının subpodratçılar qarşısında olan öhdədiklərinə görə əldə etdikləri əmlaklarından məhrum ola bilirlər və məhkəmə qaydasında həmin (əksər hallarda artıq ödəmə qabiliyyəti olmayan) Podratçıdan zərərin əvəzini tələb etməli olurlar. Bu iddialar təmin ol duqda belə, qəbul edilmiş qərarların icrası mümkünsüz olur.

51. Məlumat üçün bildirilmişdir ki, İran İslam Respublikasının “115 saylı X16 İnşası Şirkəti” cavabdeh "xxxx" MMC-nin 14402997,52 avro məbləğində borcunun müqabilində qəbul etdiyi yarımçıq tikilidə inşaat işləri davam etdirilib və hazırda ilkin vəziyyətdən daha çox fərq edən haldadır. Belə ki, bir blokun 24 mərtəbəsinin tikintisi tam yekunlaşıb, ikinci blokun yarıdan çox hissəsi tikillib. İddiaçı tərəfindən əldə edilmiş yarımçıq tikili (24 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində 1650 kv metrqeyriyaşayış sahəsini) sözügedən şirkətə verilən əmlak kompleksinə daxildir.

52. İlkin iddia üzrə tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinin predmetini fərdi müəyyən əşyanı vermək öhdəliyi təşkil edir. Fərdi müəyyən əşya burada A.Məhərrəmov küçəsi, 4 saylı ünvanda inşa edilən 24 mərtəbəli yaşayış binasında yerləşən ümumi sahəsi 1650 kv metr olan 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsi hesab olunur. İşin materiallarından müəyyən edilmişdir ki, həmin əşya başqa müqavilə üzrə də satılmışdır. Lakin İddiaçı ilə bağlanmış alğı-satqı müqaviləsi Z.Tarverdiyev ilə bağlanmış müqavilədən əvvəlimzalandığından, sözügedən icra öhdəliyi daha əvvəl yaranmış kreditora - İddiaçı verilməlidir. Belə olan halda ilkin iddia üzrə mübahisələndirilən öhdəlik əsassız hesab edilə bilməz. Çünki ilkin iddiaçı tərəf öz öhdəliyini icra etdiyini təsdiq edən sənəd təqdim etmişdir, lakin qarşı cavabdeh tərəf isə əksini sübut edə bilməmişdir.

53. Bundan əlavə, apellyasiya məhkəməsi qətnaməsində preyudisiya qaydasında istinad etdiyi qərarın çıxarı lmasına iş üzrə iddiçı İddiaçı cəlb edilməmiş və iştirak etməmişdir. Cavabdeh bir əmlaka görə bir neçə şəxslə müqavilə bağlamışdır. Kreditorlardan “Yol İnşası Şirkəti”-nin tələbi tam əmlakla təmin edilmişdir. Digər şəxslərin tələbləri isə rədd olunur. Əslində isə apellyasiya məhkəməsi İddiaçı tələbini"xxxx" MMC tərəfindən “Yol İnşası Şirkəti”-nə təhvil verilmiş əmlaka (əmlak kompleksinə) yönəltməlidir. Belə ki, təhvil verilmiş yarımçıq tikili əmlak kompleksi olduğundan, həmin kompleksə həm mövcud dəmir-beton kostruksiya, həm də üçüncü şəxslərin ona yönəlmiş hüquqları daxil olmalıdır. Əmlak kompleksi icra zamanı qiymətləndirilərkən mütləq qaydada üçüncü şəxslərin (binanın hissələrinin sahiblərinin) tələbləri nəzərə alınmalı idi, çünki həmin kompleksdə sahələrin müəyyən hissəsi artıq satılmı şdır. Predyudisiyallığı apellayasiya məhkəməsi tərəfindən qəbul edilməyən (mübahisələrdirilən qətnamənin 52-ci bəndi) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olmuş iddiaçı X3 cavabdeh "xxxx" MMC-yə qarşı “qeyri-yaşayış sahəsinə istifadə və sahiblik hüququnun tanınması və həmin qeyriyaşayış sahəsinin istifadə və sahibliyinə verilməsi” tələbinə dair 2(006)-1587/2014 nömrəli mülki işdən əldə edilmiş məlumata görə əmlak kompleksi “Yol İnşası Şirkəti”nə verilmişdir. Həmin işdə olan "xxxx" MMC-nin qiymətləndirmə hesabatları (biri əmlak kompleksini 42 milyon (texniki səhv olaraq) avro, digəri isə təxminən 16 milyon avro məbləğdə dəyərləndirir) məhkəmə tərəfindən araşdırılmalıdır. Yarımçıq tikilinin (əmlak kompleksinin) qiymətləndirilməsi zamanı binaların tərkib hissələrini əldə edənlərin in tələb hüququ mütləq şəkildə nəzərə alınmalıdır. İşin obyektiv, tam və hərtərəfli araşdırılması aparılarsa, binanın həmin vaxtkı bazar dəyərinə uyğun yenidən qiymətləndirilməsi mümkündür. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

54. Məhkəməyə kassasiya şikayətinə qarşı etiraz ərizəsi daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

55. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

56. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsi ndə əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

57. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.

58. Maddə 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

59. Maddə 752.1. P odrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

60. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.

61. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

62. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

63. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

64. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

65. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

66. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının dü zgün tətbiq edilməsini yoxlayır.

67. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

68. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halla rı araşdırması kimi qiymətləndirilməməlidir.

69. İddiaçının kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

70. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

71. İddi açı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı kassasiya şikayətinin dəlilləri işə aşağı instansiya məhkəmələri tərəfindən işə baxılan zaman, həm də apellyasiya şikayətində irəli sürülmüşdür, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

72. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

73. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4201 /2024 nömrəli iş üzrə 9 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar