Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2031/2020 16.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi x1 vəkili x4, Cavabdeh1 iştirakları ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 firmasına qarşı kredit müqaviləsi üzrə borcun tutulması və borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedici si x1 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi x3 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 firmasına qarşı kredit müqaviləsi üzrə borcun tutulması və borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai rayon məhkəməsi 11 iyun 2019-cu il tarixli qətnaməsi ilə (hakim F.Yaqu bov, iş № 2(011)-360/2019) iddianın qismən təmin edilməsini, 04.10.2013-cü il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcun ödənilməsi məqsədi ilə 31.798,26 manat, kreditdən istifadəyə görə hesablanmış faiz borcun ödənilməsi məqsədi ilə 864,45 manat, müqavilə müddətinin bitdiyi tarixdən sonrakı dövr üçün hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 5.692,77 manat, ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 150 manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20,5 manat məbləğində pulun hər iki cavabdehdən tutularaq Banka ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının xərclərini təşkil edən 450 manatın 307 manat hissəsinin cavabdehlərə, 143 manat hissəsinin isə Banka aid edilməsi ni qət etmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər M.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Məhərrəmova və E.Şamayev, iş № 2(103)12300/2019) Cavabdeh1 apelyasiya şikayəti təmin edilməmiş, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisinin – x2 apelyasiya şikayəti qismən təmin edilmiş, hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 iyun 2019-cu il tarixli qətnamə apelyasiya baxışını təşkil edən hissədə qismən, yəni tutulmalı olan dəbbə pulunun məbləğinin müəyyən edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə tələbin qismən təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilərək, 04.10.2013-cü il tarixli 144 №-li “Kredit müqaviləsi” üzrə ödənişin gecikdirilməsinə görə tətbiq edil miş cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalı olan cərimənin (dəbbənin) məbləğinin 3.180 (üç min yüz səksən) manat məbləğində müəyyən edilməsi qət edilmiş, qətnamə apelyasiya baxışının predmeti olan qalan hissədə, yəni “tutmanın ipoteka predmeti olan ticarət obyektinə yönəldilməsi barədə tələbin rədd edilməsi hissəsində” dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətlərinin dəlilləri: Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi x3 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin ta m təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətlərinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi x1 vəkili x5 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsini xahiş edir. Məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq Cavabdeh1 iza hatı dinlənilməmişdir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, 04.10.2013-cü il tarixli 144 №-li “Kredit müqaviləsinə” əsasən Bank tərəfindən Cavabdeh1 kreditdən istifadəyə görə illik 26 faiz dərəcəsi ilə 24 ay müddətinə, 50. 000 manat məbləğində kredit vermişdir. Cavabdeh1, Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasını təmin etmək məqsədi ilə mülkiyyətində olan obyekti Bankın xeyrinə ipoteka ilə yüklü etmiş və bu barədə onunla Bank arasında 04.10.2013-cü il tarixdə 144/1 №-li “İpoteka müqaviləsi” bağlanmışdır. Bankın hesablamalarına görə, 03.05.2019-cu il tarixə cavabdeh tərəfin Banka olan əsas borcu 31.798,26 manat, müqavilə müddətinə hesablanmış faiz borcu 864,45 manat, müqavilə müddətinin bitdiyi gündən sonrakı vaxta hesablanmış faiz borcu isə 5.692,77 manat məbləğindədir. Rayon Məhkəməsi tərəfindən təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş ekspertiza tədqiqatın nəticəsi ilə verilmiş 15.03.3019-cu il tarixli 31371 nömrəli ekspert rə yinə görə, Cavabdeh1 iddiaçı Banka 14.05.2018ci il tarixə olan əsas borcu 133.872,49 manat, faiz borcu 10.882,14 manat məbləğindədir. İddiaçın kassasiya şikayətində göstərmişdir ki, birinci instansiya məhkəməsi əsassız olaraq cərimə məbləğini 19166,06 manatdan 150 manata endirmiş və girov predmetinə tutmanın yönəldilməsini təmin etməmişdir. Apelyasiya məhkəməsi isə cərimənin məbləğini tam təmin etməli olduğu və tələbin girov predmetinə yönəldilməli olduğu halda bunları etməmiş və maddi hüquq normalarının tələbini pozmuşdur. Apelyasiya məhkəməsi cərimənin məbləğinə münasibətdə qeyd etmişdir ki, iddiaçı bank tərəf arasında bağlanmış kredit müqaviləsinin şərtlərini nəzərə alaraq Cavabdeh1 19.166.06 manat məbləğində cərimə borcu tətbiq etmiş, işə baxmış birinci instansiya məhkəməsi isə cərimən in məbləğini azaldaraq cəriməni 150 manat məbləğində müəyyən etmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinin tələblərini rəhbər tutan məhkəmə cərimə borcunun məbləğini azaltmaqda haqlı olmuşdur, lakin tutulmasını qət etdiyi cərimə borcunun məbləği yalnız bir tərəfin mənafeyinə uyğun olmaqla ədalətlilik prinsipi pozulur. Bu mövqeyini davam etdirən məhkəmə haqlı olaraq cərimənin məbləğini əsas borca mütənasibliyini təmin etmək məqsədi ilə 3180 manat məbləğində müəyyən etmişdir. İpoteka predmetinə tələbin yönəldilməsindən imtina olunmasına dair iddia tələbinə münasibətdə apelyasiya məhkəməsi qeyd etmişdir ki, yalnız mülkiyyətdə olan daşınmaz əmlak və ya rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyalar ipoteka predmeti ola bilərlər. L akin iddiaçı ilə cavabdeh arasında bağlanmış 04.10.2013-cü il tarixli ipoteka müqaviləsinin predmeti olan ticarət obyektinin cavabdehin mülkiyyətində olması iş materialları ilə təsdiq edilmir və bu halda həmin obyektin ipotekasının yolverilməz olması və tələbin həmin əmlaka yönəldilməsinin mümkünsüz olması nəticəsinə gəlmişdir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 442, 445.1, 445.2.1, 445.7, 448, 467-ci maddələrini tətbiq etmişdir. Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi x3 tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, apelyasiya instansiyası məhkəməsi qətnaməsində qeyd olunanlara hüquqi qiymət vermiş v ə aşağıdakıları göstərmişdir: ““İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə görə, ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. Həmin Qanunun 6-cı maddəsinə əsasən ipoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alman daşınar əşya ola bilər (maddə 6.1). Mülki dövriyyədən çıxarılmış, habelə qanuna görə üzərinə tələb yönəldilə və özgəninkiləşdirilə bilməyən əşyanın ipotekasına yol verilmir (maddə 6.2). Mülki Məcəllənin 271.1-ci maddəsinə görə əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiy yətçisi ola bilər.” Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rə hbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi x1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qətnaməsi iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi x1 kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2031/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2031/2020
16.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver