Məhkəmə qərarları › İş №2(102)-2032/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2032/2023

20.06.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2032/2023 20.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh2 X və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: hüquqdan su-istifadənin yolverilməzliyi, çıxarışın alınmasına yaradılan maneələrin aradan qaldırılması Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 31 yanvar 2023-cü il tarixli, 2(105)-313/2023 saylı qətnaməsindən Cavabdeh2 Hacıverdi qızının verdiyi kassasiya şikayəti üzrə işə 20 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat q aydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları JN 0583 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən Xaçmaz rayonu, Qusarçay kəndində yerləşən 0,06 ha pay torpaq sahəsi X2 mülkiyyətinə verilmişdir. 1988-ci il tarixdə tərtib edilmiş “Texniki Pasporta” əsasən, Xaçmaz rayonu, Qusarçay kəndində yerləşən ümumi sahəsi 87 kv.metr olan, 4 otaqlı, iki mərtəbəli fərdi yaşayış evi X3 məxsusdur, evin yerləşdiyi torpaq sahəsinin həcmi sənəd üzrə və faktiki olaraq 0,15 hektardır. 07 dekabr 2015-ci il tarixdə X4 ölüb və İddiaçı onun qızıdır. Xaçmaz rayonu, Qusarçay Bələdiyyəsinin 18 aprel 2022-ci il tarixli arayışa əsasən, X2 mülkiyyətində olan Xaçmaz rayonu, Qusarçay kəndində yerləşən 2 mərtəbəli evin 0,16 ha həyətyanı torpaq sahəsinin əmlak və torpaq vergisi Qurbanova Rəmal əTədbilşah qızı tərəfindən ödənilir. Xaçmaz rayon Dövlət Arxivinin 24 avqust 2021-ci il tarixli, 861 saylı və Xaçmaz rayon İHB-nın Qusarçay İnzibati Ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 27 avqust 2021-ci il tarixli, 680 saylı arayışlarına əsasən, Xaçmaz rayon Dövlət Arxivində saxlanılan Qusarçay kənd İƏV nümayəndəliyinin 1996-2000-ci illərə aid Qusarçay kəndi üzrə 07 saylı təsərrüfat başına aid kitabında mərhum X4 təsərrüfat başçısı olub və təsərrüfatın şəxsi mülkiyyətində 1978-ci il inşa edilmiş yaşayış evi, şəxsi istifadəsində isə 0,15 ha torpaq sahəsi, o cümlədən 0,01 ha torpaq sahəsi olmuşdur. ünvan 1 ünvanlanmış 08 sentyabr 2021-ci il tarixli, 641 saylı məktubunda göstərilir ki, İddiaçı atası X1 miras qalmış torpaq sahəsi və fərdi yaşayış evinə dair mirasın qəbulu və vər əsəlik şəhadətnaməsinin verilməsi üçün notariusa müraciət etmişdir, lakin qeyd olunan əmlaklara dair hüquqmüəyyənedici sənədlər olmadığından notariat işinin aparılması mümkün olmamışdır. Ona görə də həmin sənədlərin notariat ofisinə təqdim edilməsi xahiş olunmuşdur. DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 30 sentyabr 2021-ci il tarixli məktubunda göstərilir ki, Xaçmaz rayonu, Qusarçay kəndində yerləşən 1.500 kv metr torpaq sahəsi və onun üzərində yerləşən 4 otaqlı, ümumi sahəsi 87 kv.metr olan fərdi yaşayış evi üzərində mübahisə olduğundan, daşınmaz əmlakda müayinə işlərinin aparılması mümkün olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 x və Cava bdeh2 Hacıverdi qızının (bundan sonra cavabdehlər) hüquqa zidd hərəkətlərinə son qoyulması və cavabdehlərin üzərinə çıxarışın verilməsi ilə əlaqədar ölçmə işlərinin aparılmasına yaradılmış maneələrin aradan qaldırılması vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonu, Qusarçay kəndində yerləşən 1.500 kv metr torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 87 kv. m olan 4 otaqlı, iki mərtəbəli yaşayış evi və JN-583 kodlu, 30213018 nömrəli torpağın mülkiyyət hüququna dair Dövlət aktında göstərilmiş torpaq sahəsi iddiaçının mərhum atası X3 məxsus olmuşdur. Həmin fərdi yaşayış evinə dair Xaçmaz rayon Tİ və MHQ idarəsi tərəfindən texniki pasport işlənmiş, lakin qeydiyyat vəsiqəsi verilməmişdir. O, mərhum atasının tək vərəsə sidir. O, atasının vəfatından sonra miras qalmış Xaçmaz rayonu, Qusarçay kəndində yerləşən torpaq sahəsi və evə dair vərəsəliyin qəbulu və vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Xaçmaz rayon 1 saylı Notariat ofisinə ərizə ilə müraciət etdikdə notariat hərəkətlərinin aparılmasının mümkün olmadığı ona bildirilmişdir. Vərəsəlik işinin həlli ilə əlaqədar Çıxarış təqdim edilməlidir. Ona görə də, mərhum atasına məxsus fərdi yaşayış evinin üzərində mülkiyyət hüququnun Dövlət qeydiyyatına alınması üçün DƏDRX-nin 5 saylı ərazi idarəsinə müraciət etmişdir. Lakin DƏDRX-nin əməkdaşları əmlakların dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlərin görülməsi üçün əmlakların olduğu yerdə olarkən, cavabdehlər buna imkan verməmişlər və onlara mane olaraq geri qaytarmışlar. Sonradan DƏDRX-i tərə findən ona verilən arayışda qeyd olunmuşdur ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət etdiyi fərdi yaşayış evi üzərində mübahisə olduğundan müayinə işlərinin aparılması mümkün olmamışdır. Yuxarıda qeyd olunanlara əsasən ərizənin icrasından imtina olunmuşdur. Cavabdehlər qanuna zidd hərəkətləri ilə çıxarışın alınmasına mane olurlar. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Xaçmaz Rayon Məhkəməsinin 31 avqust 2018-ci il tarixli, 2(067)-1379/2022 saylı qətnaməsi ilə (hakim S.Səmədzadə) iddia təmin edilməmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdehlərin üzərinə çıxarışın verilməsi ilə əlaqədar konkret olaraq hansı daşınmaz əmlakın üzərində ölçmə işləri n aparılmasını dəqiq göstərmədiyindən və məhkəmə iclasları zamanı tələbini dəqiqləşdirmədiyindən iddia tələbi qeyri-müəyyən qalmışdır. Məhkəmə isə mülki işə iddia tələbin həddində baxmalı və tələbdən kənara çıxmamalı olduğundan iddia rədd edilməlidir. Məhkəmə həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hazırkı iş üzrə iddia tələbindən kənara çıxmaq üçün hər hansı bir müstəsna hal olmamışdır. Məhkəmə gəldiyi nəticəni MPM-in 88, 217.4, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsi ilə analoji məzmun daşıyan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə işin faktiki hallarını tam araşdırmamış, mübahisəyə tətbiq edilməli maddi hüquq normalarını tətbiq etməmişdir. Mübahisə ondan ibarətdir ki, atasından miras qalmış Xaçmaz rayonu, Qusarçay kəndində yerləşən 1500 kv.metr torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 87 kv.metr olan 4 otaqlı, 2 mərtəbəli yaşayış evinə vərəsəlik şəhadətnaməsi almaq üçün DƏDRX-nın 5 saylı Ərazi İdarəsinə müraciət etmiş, ərazidə ölçmə işlərinin aparılması üçün İdarədən gəlmiş əməkdaşlara cavabdehlər maneçilik törətmişlər. Hazırki iddianın predmetini də qeyd olunan daşınmaz əmlakların yerində müayinə edilməsinə cavabdehlər tərəfindən törədilən maneələrin qaldırılması barədədir. Məhkəmə isə qətnamədə göstərir ki, konkret olaraq hansı daşınmaz əmlak üzərində ölçmə işlərinin aparılması dəqiq göstərilməmişdir. Halbuki, mülki iş materiallarına əlavə edilmiş Xaçmaz rayon Dövlət Arxivinin 24 avqust 2021-ci il tarixli, 861 saylı arayışında göstərilir ki, Xaçmaz rayon Dövlət Arxivində saxlanılan Qusarçay kənd İƏV Nümayəndəsinin 1996-2000-ci illərə aid Qusarçay kəndi üzrə 07 saylı təsərrüfat başına kitabda mərhum X4 təsərrüfat başçısı olub, təsərrüfatın şəxsi mülkiyyətində 1978-ci ildə inşa edilmiş yaşayış evi, şəxsi istifadəsində 0,15 ha torpaq sahəsi, o cümlədən tikililərin altında 0,01 ha torpaq sahəsi qeyd olunmuşdur. Cavabdehlər elə həmin əmlakın müayinəsinə imkan verməmiş, məqsədləri də iddiaçının atasından miras qalmış əmlakı ələ keçirməkdir. Məhkəmə isə mübahisənin əsl mahiyyətini aşkar edə bilməmiş, əsaslı və qanuni iddianı rədd etmişdir. Sadalanan hallara məhkəmə tərəfindən düzgün qiymət verilmədiyindən, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iddia təmin olunmalıdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 31 yanvar 2023-cü il tarixli, 2(105)-313/2023 saylı qətnaməsi ilə (hakimlər Ş.Abasov sədrlik edən, məruzəçi, Z.Məmmədov və İ.Dəmirov) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 31 avqust 2018-ci il tarixli, 2(067)-1379/2022 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, iddia təmin edilmiş, cavabdehlərin hüquqa zidd hərəkətlərinə son qoyulması, onların üzərinə çıxarışın verilməsi ilə əlaqədar ölçmə işlərinin aparılmasına yaradılmış maneə lərin aradan qaldırlması (Xaçmaz rayonu, Qusarçay kəndində yerləşən 1500 kv metr torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 87 kv.metr olan 4 otaqlı, 2 mərtəbəli yaşayış evinə dair hüquqların dövlət qeydiyyatına alınması üçün qeydiyyat orqanının mütəxəssisləri tərəfindən aparılan zəruri hərəkətlərə mane olmamaq) vəzifəsi qoyulması qət edilmişdir. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, iddiaçının mərhum atası X1 Xaçmaz rayonu, Qusarçay kəndində yerləşən 0,06 ha pay torpaq sahəsi və Xaçmaz rayonu, Qusarçay kəndində yerləşən 1500 kv metr torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 87 kv.metr olan 4 otaqlı, 2 mərtəbəli yaşayış evi miras qalmışdır. 07 dekabr 2015-ci il tarixdə Qasım Qurbanov ölmüşdür. Mübahisə predmetini təşkil edən fərdi yaşayış evində heç kəs yaşamır. Cavabdehlərin özlərinə məxsus yaşayış evləri vardır. İddia edilir ki, evə faktiki nəzarət Cavabdeh2 tərəfindən həyata keçirilir. İddiaçı atasından miras qalmış qeyd olunan torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə dair mirasın qəbulu və vərəsəlik şəhadətnaməsinin verilməsi üçün notariusa müraciət etmiş, lakin hüquqmüəyyənedici sənədlər olmadığı üçün notariat işinin aparılması mümkün olmamışdır. Bundan sonra iddiaçı, o cümlədən notarius hüquqların dövlət qeydiyyatına alınmasına dair çıxarışın əldə edilməsi üçün 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdehlər İdarənin əməkdaşlarına müvafiq ölçmə işlərinin aparılmasına icazə verməmişlər. Məhkəmə kollegiyası mövqeyini onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum atası X1 Xaçmaz rayonu, Qusarçay kəndində yerləşən 0,06 ha pay torpaq sahəsi, 1500 kv metr torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 87 kv.metr olan 4 otaqlı, 2 mərtəbəli yaşayış evi miras qalmışdır. 07 dekabr 2015-ci il tarixdə X ölmüşdür. Lakin o, qeyd olunan fərdi yaşayış evi və altında yerləşən torpaq sahəsinə dair hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırana qədər ölmüşdür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 saylı Fərmanının 2.3-cü bəndinə əsasən kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habe lə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış, 2.4-cü bəndinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport daşınmaz əmlak üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd olmaqla onların qeydiyyatı üçün əsas hesab olunur. Qeyd edildiyi kimi Xaçmaz rayon Dövlət Arxivinin 24 avqust 2021-ci il tarixli, 861 nömrəli və Xaçmaz RİH Başçısının Qusarçay İnzibati Ərazi dairəsi üzrə nümayəndəsi t ərəfindən verilmiş 27 avqust 2021-ci il tarixli, 680 nömrəli arayışları ilə müəyyən edilir ki, Xaçmaz rayon Dövlət Arxivində saxlanılan Qusarçay kənd İƏV nümayəndəliyinin 1996- 2000-ci illərə aid Qusarçay kəndi üzrə 07 saylı təsərrüfat başına aid kitabında mərhum X4 təsərrüfat başçısı olub təsərrüfatın şəxsi mülkiyyətində 1978-ci ildə yaşayış evi, şəxsi istifadəsində torpağın cəmi (hektarın yüzdə birilə) 0,15 ha, o cümlədən tikililərin altında 0,01 ha torpaq sahəsi olmuşdur. Həmin sənədlər isə istinad olunan Prezident fərmanına əsasən hüquqların qeydiyyatı üçün əsas hesab olunur. İşin tədqiq olunan faktiki hallarından göründüyü kimi iddiaçı daha öncə sadalanan maddi hüquq normalarına uyğun olaraq ölmüş şəxsin birinci növbədə vərəsəsi kimi atasından miras qalmış əmlakın qəbulu ilə bağlı not ariusa və qeydiyyat orqanına müraciət etmiş, sadalanan səbəblərdən, yəni cavabdehlər mane olduğuna görə o, bu hüququnu gerçəkləşdirə bilməmişdir. İşdən göründüyü kimi cavabdehlər mirasqoyanla yaxın qohumluq müsibətlərindən (mirasqoyan onların qardaşıdır) sui-istifadə edərək miras əmlaka dair hüquqların qeydiyyatı üçün qeydiyyat orqanı tərəfindən zəruri olan hərəkətlərin həyata keçirməsinə süni maneələr yaratmaqda iddiaçının vərəsəlik hüququnun həyata keçirilməsinə açıq maneçilik törədirlər. Sadalananların yekunu kimi Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı iddia tələbi əsaslı və qanuni olmaqla, iddiaçı cavabdehlərə qarşı mübahisəli daşınmaz əmlaklara dair hüquqların qeydə alınması üçün zəruri hərəkətlərin həyata keçirilməsinə cavabdehlər tərəfindən yaradılan hər cür maneələrin onlara qadağan edilməsi tələbində haqlıdır və məhkəmənin bu cür iddianın rədd edilməsi barədə mövqeyi işin faktiki hallarına uyğun olmamaqla yanaşı, eyni zamanda iddiaçının məhkəmə müdafiəsi hüququnun pozulması kimi qiymətləndirilməlidir. İşə baxan birinci instansiya məhkəməsi iddianı rədd edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tələb konkret deyildir, hansı daşınmaz əmlakla bağlı ölçmə işlərinin aparılmasına maneçilik törədilməsinin cavabdehlərə qadağan edilməsi dəqiq göstərilməmişdir. Məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmayan Məhkəmə kollegiyası qeyd etmişdir ki, istər iddia ərizəsində, istərsə də tərəflərin izahatlarında mübahisənin məhz Xaçmaz rayonu, Qusarçay kəndində yerləşən 1500 kv metr torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 87 kv.metr olan 4 otaqlı, 2 mərtəbəli yaşayış evinə dair hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı olduğu aşkar şəkildə bildirilir. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddia ərizəsində iddiaçı atasından miras qalmış 0,06 ha pay torpaq sahəsini qeyd etsə də, lakin həmin torpaq sahəsi ilə bağlı tələb yoxdur. İşdə olan dövlət aktından göründüyü kimi həmin torpaq sahəsinə dair hüquqlar dövlət qeydiyyatına alınmışdır. Belə olan halda, işin faktiki hallarına qiymət vermədən, yalnız qeyd olunan əsasla iddianın rədd edilməsi əsaslı sayıla bilməz və məhkəmənin gəldiyi nəticə anlaşılan deyil. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29cu maddəsinə, Mülki Məcəllənin 5.3, 16.1, 560.1, 560.3, 1133, 1145, 1159.1, 1243-cü maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərba ycan Respublikası Qanununun 22.2-ci maddəsinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 saylı Fərmanının 2.3-cü bəndinə istinad edərək əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona qarşı etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh2 Hacıverdi qızı kassasiya şikayəti verərək (vəki Nümayəndə2), iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəm əsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 1243-cü maddəsinin tələbləri pozulmuşdur. Belə ki, Cavabdeh2 Hacıverdi qızı artıq uzun illərdir ki, faktiki olaraq əmlaka sahiblik etməyə və onu idarə etməyə başlamış, bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi qeyd olunan maddəni səhv təfsir etmiş, bununla da hüququn tətbiqində səhvə yol vermişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin tədqiq olunan faktiki hallarından göründüyü kimi, iddiaçı daha öncə sadalanan maddi hüquq normalarına uyğun olaraq ölmüş şəxsin birinci növbədə vərəsəsi kimi atasından miras qalmış əmlakın qəbulu ilə bağlı notariusa və qeydiyyat orqanına müraciət etmiş, sadalanan səbəblərdən, yəni cavabdehlər mane olduğuna görə o, bu hüququnu gerçəkləşdirə bilməmişdir. Apellyasiya instansiyası məhkəməsi bu nəticəyə gəlməklə çox böyük yanlışlığa yol vermişdir. Belə ki, iddiaçı mirasın qəbulu müddətini ötürmüş, ötürülən müddətdə isə artıq cavabdeh əmlakı idarə etməyə faktiki şəkildə başlamış və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Apellyasiya instansiyası məhkəməsi MPM-in 14.2, 77.1, 217.4-cü maddələrinin tələblərini pozmuşdur. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlmiş, qanuni və əsaslı qətnamə qəbul etmişdir. Qanunvericiliyin tələbləri baxımından, o cümlədən işin faktiki hallarına əsasən iddiaçı mirası qəbul etməmiş və mirası qəbul etmək üçün müddəti ötürmüşdür. Həmin müddət ərzində mirası taktiki olaraq Cavabdeh2 qəbul etmiş, əmlaka sahiblik etmiş, sərəncam vermiş, kommunal xidmətlərini ödəmiş, qardaşına baxmış və onun dəfn xərclərini ödəmişdir. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 152.1-ci maddəsinin tələblərini, habelə Cavabdeh2 mübahisəli əmlaklara münasibətdə mülkiyyət hüquqlarını pozmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 29, Vİİ hissə. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır; Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqq ında” Azərbaycan Respublikası Qanunu Maddə 22.2. müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 saylı Fərmanı Bənd 2.3. Kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; Bənd 2.4. Üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport daşınmaz əmlak üzərində hüquqların əldə edilməsinitəstiq edən sənəd olmaqla onların qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəm ə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlımünasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olu nan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdeh2 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanıldı. Kassasiya instansiyası məhk əməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh2 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Apellyasiya instansiyas ı məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb qeyd etmişdir ki, iddiaçının mərhum atası X1 Xaçmaz rayonu, Qusarçay kəndində yerləşən 0,06 ha pay torpaq sahəsi, Xaçmaz rayonu, Qusarçay kəndində yerləşən 1500 kv metr torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 87 kv.metr olan 4 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evi miras qalmışdır. 07 dekabr 2015-ci il tarixdə Qasım Qurbanov ölməsi ilə mirasa vərəsəlik açılmışdır. Apellyasiya instansiyası məhkəməsi, işə əlavə edilmiş sübutları, habelə Cavabdeh2 kassasiya şikayəti ilə eyni məzmunlu olan etirazının dəlilləri ilə razılaşmayıb qeyd etmişdir ki, mübahisə predmetini təşkil edən fərdi yaşayış evində heç kəs yaşamır. Cavabdehlərin özlərinə məxsus fərdi yaşayış evləri vardır və mübahisəli evə faktiki olaraq Cavabdeh2 nəzarət edir. İddiaçı atasından miras qalmış qeyd olunan torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə dair mirasın qəbulu və vərəsəlik şəhadətnaməsinin verilməsi üçün notariusa müraciət etmiş, lakin hüquqmüəyyənedici sənədlər olmadığı üçün notariat işinin aparılması mümkün olmamışdır. Bundan sonra iddiaçı, o cümlədən notarius hüquqların dövlət qeydiyyatına alınmasına dair çıxarışın əldə edilməsi üçün 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdehlər İdarənin əməkdaşlarına müvafiq ölçmə işlərinin aparılmasına icazə verməmişlər. Apellyasiya instansiyası məhkəməsi, cavabdehlərin arqumentləri ilə razılaşmayıb qeyd etmişdir ki, iddiaçının mərhum atası X1 Xaçmaz rayonu, Qusarçay kəndində yerləşən 0,06 ha pay torpaq sahəsi, 1500 kv.metr torpaq sah əsi və üzərində yerləşən ümumi sahəsi 87 kv.metr olan 4 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evi miras qalmışdır. 07 dekabr 2015-ci il tarixdə Qasım Qurbanov ölmüşdür. Lakin o, qeyd olunan fərdi yaşayış evi və altında yerləşən torpaq sahəsinə dair hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırana qədər ölmüşdür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 saylı Fərmanının 2.3-cü bəndinə əsasən kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ə razisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 01 yanvar 2001-ci il tarixədək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; habelə 2.4-cü bəndinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 01 yanvar 2001-ci il tarixədək tərtib edilmiş Texniki Pasport daşınmaz əmlak üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd olmaqla onların qeydiyyatı üçün əsas hesab olunur. Həmçinin, Xaçmaz rayon Dövlət Arxivinin 24 avqust 2021-ci il tarixli, 861 saylı və Xaçmaz rayon İHB-nın Qusarçay İnzibati Ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən veril miş 27 avqust 2021-ci il tarixli, 680 saylı arayışları ilə müəyyən edilir ki, Xaçmaz rayon Dövlət Arxivində saxlanılan Qusarçay kənd İƏV nümayəndəliyinin 1996-2000-ci illərə aid Qusarçay kəndi üzrə 07 saylı təsərrüfat başına kitabda mərhum X4 təsərrüfat başçısı olub və təsərrüfatın şəxsi mülkiyyətində 1978-ci ildə fərdi yaşayış evi, şəxsi istifadəsində 0,15 ha, o cümlədən tikililərin altında 0,01 ha torpaq sahəsi olmuşdur. Apellyasiya instansiyası məhkəməsi, işin hallarını nəzərə alaraq qeyd etmişdir ki, sözügedən sənədlər qeyd olunan normativ hüquqi aktlara əsasən hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur. İşin tədqiq olunan faktiki hallarından göründüyü kimi iddiaçı daha öncə sadalanan maddi hüquq normalarına uyğun olaraq ölmüş atası Qasım Qurbanovun birinci növbəli vərəsəsi ki mi ondan miras qalmış əmlakın qəbulu ilə bağlı notariusa və qeydiyyat orqanına müraciət etmiş, sadalanan səbəblərdən, yəni cavabdehlər mane olduğuna görə o, bu hüququnu gerçəkləşdirə bilməmişdir. Göründüyü kimi, cavabdehlər mirasqoyanla yaxın qohumluq müsibətlərindən (mirasqoyan onların qardaşıdır) sui-istifadə edərək miras əmlaka dair hüquqların qeydiyyatı üçün qeydiyyat orqanı tərəfindən zəruri olan hərəkətlərin həyata keçirməsinə süni maneələr yaratmaqda iddiaçının vərəsəlik hüququnun həyata keçirilməsinə açıq maneçilik törətmişlər. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, hazırkı iddia tələbi qanuni və əsaslı olmaqla, iddiaçı cavabdehlərə qarşı mübahisəli daşınmaz əmlaklara dair hüquqların qeydə alınması üçün zəruri hərəkətlərin həyata keçirməsinə onlar tərəfindən yaradılan hər cür maneələrin onlara qadağan edilməsini tələb etməkdə haqlı olmuşdur. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, Cavabdeh2 kassasiya şikayəti ilə eyni məzmunlu olan etiraz ərizəsində göstərdiyi dəlillərə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh2 X kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 31 yanvar 2023-cü il tarixli, 2(105)-313/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar