Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2034/2025 10.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “evə köçürmə” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsinə istifadə hüququ, yaşayış sahəsinə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 mart 2025-ci il tarixli, 2(107)69/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. İddiaçı1 və İddiaçı2 06 fevral 2013-cü ildə nikaha daxil olmuş, birgə nikahlarından 28 noyabr 2013-cü il tarixdə X9, 09 iyul 2016-cı il tarixdə X10, 02 fevral 2022-ci il tarixdə X11 adlı uşaqları doğulmuşlar.
2. Göyçay rayon Qarabaqqal Bələdiyyəsinin 16 yanvar 2024-cü il tarixli arayışına əsasən Göyçay rayonu Qarabaqqal kənd sakini 1981-ci il təvəllüdlü İddiaçı1 və onun ailə üzvlərinin zəbt edilmiş 1,5 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsi Qarabaqqal Bələdiyyəsinin kəndin perspektiv inkişaf torpağıdır. 2015-ci il tarixdən İddiaçı1 kənd təsərrüfatı məqsədi ilə həmin torpaq sahəsindən əkinçilik və bağçılıq kimi istifadə etmişdir.
3. Göyçay rayon A qrar İslahat Komissiyasının 1998-ci il 17 sentyabr tarixli 42 nömrəli qərarı ilə Cavabdeh1 İsrafil qızına, X7, İddiaçı1 və X2 Göyçay rayonu Qarabaqqal kəndində 0,28 ha həyətyanı torpaq sahəsi mülkiyyətə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıların azyaşlı övladları X9, X10 və X11 ilə birlikdə Göyçay RİHB-nın Qarabaqqal İƏD üzrə nümayəndəliyinin 08 nömrəli təsərrüfat başına qeydiyyat kitabının 87-ci səhifəsində 722 nömrə ilə qeydiyyata alınmış qeydiyyatda olduqları fərdi yaşayış evinə köçürülmələrinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər.
5. İddia onunla əsaslandırılmışdı r ki, Göyçay rayonu Qarabaqqal kəndi ərazisində yerləşən, uzun müddət istifadə etdikləri bələdiyyə mülkiyyətinə məxsus 1,5 ha torpaq sahəsi üzərində 2009-cu ildə fərdi yaşayış evi inşa etdirmişlər. Həmin tarixdən 2023-cü ilin noyabr ayına kimi sözügedən fərdi yaşayış evində ailə olaraq, birgə yaşamışlar. İddiaçı1 İddiaçı2 ilə 2013-cü ildə rəsmi nikaha girərək, ailə həyatı qurduqdan sonra sonuncu da həmin evə köçüb, yaşamağa başlamışdır. Həmin evdə yaşadıqları müddətdə birgə nikahlarından X9, X10 və X11 adlı 3 övladları dünyaya gələrək, onlar ilə birlikdə həmin evdə yaşamışlar. Həmin fərdi yaşayış evinə verilmiş telefon nömrəsi bu günədək iddiaçının adınadır və xidmət haqqını o ödəyir. 2022-ci ilin iyun ayında cavabdehlərlə aralarında münaqişə yarandığı üçün Polis tərəfindən saxlanılaraq, G öyçay rayon Polis Şöbəsinə gətirilmişdir. Polis şöbəsindən çıxıb evə qayıtdıqda, arvadı İddiaçı2 və 3 azyaşlı övladının evdən qovulduğunu görmüşdür. Onları evə qaytarmaq istədikdə, cavabdehlər yenidən münaqişə yaratdıqları üçün bir müddət gözləmək qərarına gəliblər. Arvadı İddiaçı2 və 3 azyaşlı övladı qayınatasının evində yaşadığı halda, iddiaçı onlardan ayrı mübahisəli evdə qalmaq məcburiyyətində qalmışdır. Çünki, başqa yaşayış yeri olmamaqla yanaşı, qayınatasının da evində onların ailə kimi birgə yaşamaqlarına şərait yoxdur. 2023cü ilin sonlarına yaxın ailəsini geri qaytarmaq istədikdə, yenidən cavabdehlər tərəfindən münaqişə yaradıldı və bu dəfə onu da evdən qovublar. Bütün əşyaları hazırda köçmək istədikləri fərdi yaşayış evindədir və cavabdehlər qanunsuz və əsassız olaraq onları yaşam aq üçün tək yaşayış yerləri olan evə buraxmırlar. Anası Cavabdeh1 isə onların evə köçəcəyi halda özünü yandırmaqla hədələyir.
6. Birinci instansiya məhkəməsində Cavabdeh1 iddiaya etiraz edərək bildirmişdir ki, onun 3 övladı var. İddiaçı1 əvvəllər pis vərdişlərə, içkiyə meylli olub. Evə hər gün gələndə spirtli içki içib gəlirdi. Evin bütün ehtiyaclarını o ödəmişdir. Həmin evi vəfat edən oğlu Ülvi tikmişdir. Elvinin həmin evin tikilməsindən xəbəri belə olmayıb. Onun həmin evdə heç bir payı yoxdur. Elvinin pis vərdişlərinə görə onu evdən çıxartmışdır. 2016-cı ildən 2022-ci ilə qədər Elvin orada yaşayıb, onu ancaq söyüb təhqir edib. 2022-ci ilin iyun ayında Elvin evə sərxoş vəziyyətdə gəlmiş, evdə ucadan səs küy salaraq onu təhqir etmişdir. Elvinin elə vəziyyətdə olduğuna görə o kənddə utand ığına görə çölə çıxa bilmirdi. Elvinin ona etdiklərinə görə xəstəlik tapmışdır. Göyçay rayonu Qarabaqqal kəndində 0,28 ha torpaq sahəsi onlara verilmişdir. Mübahisəli evin 2/3 hissəsi həmin torpaq sahəsi üzərində, qalan 1/3 hissəsi isə Qarabaqqal Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsi üzərində tikilmiş, demək olar ki, evin bir otağı Bələdiyyə torpağı üzərinə düşür.
7. Birinci instansiya məhkəməsində Cavabdeh4 iddiaya etiraz edərək bildirmişdir ki, İddiaçı1 qardaşı Ülvi 2016-cı ildə vəfat etmişdir. Elvin 2013-cü ildə ailə qurmuş, 2015-ci ilədək ona məxsus Xırdalan şəhərində yerləşən evində ailəsi ilə birlikdə yaşamışdır. 2016cı ildən Elvin işi ilə əlaqədar olaraq Göyçay rayonuna gələrək Qarabaqqal kəndində yerləşən evdə yaşamışdır. Torpaq sahəsi Cavabdeh1dır. Həmin torpaqda yerləşə n evi isə Cavabdeh3 ilə əri Ülvi birlikdə tikmişlər. Həyətdə olan mal qara Ülvidən qalmışdır. Anası onunla yaşadığı üçün şəhərdə yerləşən evi Elvinə, kənddə yerləşən evi isə ona verməli idi.
8. Cavabdeh5 iddiaya etiraz edərək göstərmişdir ki, İddiaçı1 2007-ci ildən 2016-cı ilə kimi ona məxsus olan Xırdalan şəhərində yerləşən evində yaşayıb. Sonradan Elvin işi ilə əlaqədar olaraq Göyçay rayonuna gəlmişdir. Ülvi vəfat edəndən sonra Elvin həmin həyətdə olan mal qaraya və təsərrüfata sahiblik etmək istədi. Elvin həmin evə ailəsi ilə birlikdə gələndə onlar özləri ilə heç nə gətirməmişlər. Qarabaqqal kəndində yerləşən evi 2006-cı ildə Ülvi tikmişdir. Elvinin həmin evin tikilməsində heç bir əziyyəti olmamışdır.
9. Cavabdeh3 nümayəndəsi, Vəkil2 iddiaya etiraz edərək bildirmişdir ki, İddiaçı2 qarda şı X13 bələdiyyəsinin sədridir. Bütün bu işlərin başında o durur. Belə ki, məhkəməyə təqdim edilmiş sənədlər saxtalaşdırılmış və iddiaçıların mənafeyinə uyğun olaraq verilmişdir. İddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Göyçay Rayon Məhkəməsinin 05 iyun 2024-cü il tarixli, 2(046)-744/2024 nömrəli qətnaməsi ilə (hakim E.Qurbanov) iddianın təmin edilməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 övladları ilə birlikdə Göyçay RİHB-nın Qarabaqqal İƏD üzrə nümayəndəliyinin 08 nömrəli təsərrüfat başına qeydiyyat kitabının 87-ci səhifəsində 722 nömrə ilə qeydiyyata alınmış fərdi yaşayış evinə köçürülmələri, məhkəmə xərclərinin cavabdehlərə aid edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 dövlət rüsumu üçün ödənilmiş 100 manat məbləğində pulun alınaraq İddiaçı1 verilməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı1 torpaq sahəsi üzərində olan mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına haqq qazandıran qanuni əsaslar olmadığından, pozulmuş hüquqları bərpa edilməli, onun mübahisəli evə köçürülməsi tələbi təmin edilməlidir. Çünki, mübahisəli torpaq sahəsinə dair torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnamə 06 iyul 2006-cı ilədək (06 iyun 2004-cü ildə) verilmiş, İddiaçı1 həmin torpağın həm mülkiyyətçisidir, həmin torpaq sahəsinin üstündə olan hər şeydən, həmçinin inşa edilmiş evdən istifadə edə bilər (Mülki Məcəllənin 238.3-cü maddəsi), həmin ev barəsində onun mülkiyyət hüquqlarının real gözləntisi vardır.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitu siyasının 43-cü, Mülki Məcəllənin 11.1, 27.2, 27.2, 27.3, 152.2, 157.8, 158.1, 158.2, 158.4, 159, 180.1, 180.2, 213.1, 213.2, 213.4, 228.5, 238.3-cü, Mənzil Məcəlləsinin 1.1, 12.1, 12.2, 30.1, 30.2-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 80, 81, 217-ci maddələrinə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarına istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
13. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Göyçay rayonu Aqrar İslahatı Komissiyasının 17 sentyabr 1998-ci il tarixli 42 saylı qərarı ilə Cavabdeh1 torpaq sahəsi ayrılmışdır. Cavabdeh1 özündən əlavə ailə üzvləri ilə birlikdə (həyat yoldaşı və üç övladı) həmin torpaq sahəsində mövcud olan bir otaqlı evdə uzun müddət yaşamışdır. Həmin ailə üzvlərindən biri, yəni Cavabdeh1 oğlu Ülvi Kərimov 2005-ci ildə digər cavabdeh Qədirli X3 ilə evlənmişdir. Daha sonra Ülvi Kərimov həyat yoldaşı, diş həkimi kimi çalışan Cavabdeh3 ilə birlikdə həmin torpaq sahəsinin bir hissəsində 2006-2010-cu illərdə özlərinə ev tikmişlə r. İddiaçı1 2013-cü ildə evlənmiş və ailəsi ilə birlikdə Göyçay şəhərinin mərkəzində yerləşən, iddiaçının atasına məxsus mənzildə yaşamağa başlamışdır. Daha sonra isə iddiaçılar Xırdalana köçərək orada yaşamışlar. 2016-cı ildə Ülvi Kərimov gözlənilmədən vəfat etmişdir. İddiaçının spirtli içki aludəçiliyi şiddətlənmiş, həm anasına, həm qaldığı evə ciddi zərərlər vurmağa başlamışdır. Dəfələrlə müalicə olunmağına baxmayaraq 20162021-ci illərdə ailədə ağır münaqişələr baş vermişdir. 2021-ci ilin yay aylarında iddiaçı öz anasını, yaşadığı torpağın faktiki sahibini evdən qovmağa çalışmışdır. Dəfələrlə məsələyə polis müdaxilə olmuşdur. Daha sonra 2022-ci ilin iyununda iddiaçı yenidən ağır sərxoşluq vəziyyətində evə gələrək şiddətli münaqişə törətmişdir. Hamını təhqir etmiş, evin içində zorakılıq hərəkətləri edərək ailəyə maddi və mənəvi zərər vurmuşdur. Cavabdehlərdən əl çəkməsi üçün iddiaçıya dəfələrlə müxtəlif formalarda maddi yardım təklif olunsa da, razılaşmamış və öz anası, bacısı, qardaşının ailəsi ilə düşmənçilik aparmışdır. Daha sonra iddiaçı məhkəməyə müraciət edərək özünə məxsus olmayan, tikintisində maddi və fiziki olaraq qətiyyən iştirak etmədiyi bir mənzilə köçürülməsini tələb etmişdir. Göyçay Rayon Məhkəməsi təəssüf ki, işin hallarını hərtərəfli araşdırmadan yanlış qənaətə gəlmiş, qanunsuz və əsaslandırılmamış qətnamə qəbul edərək iddianı təmin etmişdir. İddiaçının söylədiyi digər yalanın əksinə, o, həmin yaşayış evində yalnız 2016-2022-ci illərdə qardaşının, qardaşı arvadının və anasının dəvəti ilə yaşamışdır. Sərxoş halda mütəmadi yaratdığı münaqişələrdən birində 2 022-ci ilin yayında isə polis tərəfindən uzaqlaşdırılmış, ondan sonra spirtli içki aludəçiliyinə davam edərək geri dönməmiş, yalnız təhqir və təhdidlər üçün anasını axtarmışdır. Onu dəfələrlə ölümlə hədələmişdir. Bununla bağlı çoxsaylı səs yazıları və şahid ifadələri vardır. Təəssüf ki, məhkəmə bu halları ətraflı araşdırmamışdır. İddiaçı sanki ona məxsus olan evdən qovulduğunu iddia edir. Halbuki, ona heç bir hüquqla məxsus olmasa da, müvəqqəti yaşamış olduğu evdən yenə də zorakılıqla qovulmamışdır. 2022-ci ilin yayında növbəti münaqişələrdən birində polis müdaxiləsindən sonra özü çıxıb getmişdir.
15. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 fevral 2024-cü il tarixli, 2(105)-230/2024 nömrəli qətnaməsi ilə (hakim E.Mehdiyevin sədrliyi və məruzəsi ilə, hakimlər Ə.Məcidov və E.İs ayev) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Göyçay Rayon Məhkəməsinin 05 iyun 2024-cü il tarixli 2(046)-744/2024 nömrəli qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
16. Birinci instansiya məhkəməsinin hüquqi əsaslandırması və gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə mübahisəyə düzgün hüquqi qiymət vermiş, gəldiyi nəticəni müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmış, sübutları sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymətləndirmişdir.
17. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin iddia edilən evin yerləşdiyi 0,28 ha torpaq sahəsinin Cavabdeh1 məxsus olması, iddiaçıların o evdə yaşayış binasından istifadə hüququnun daş ınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması, məhkəmənin yanlış nəticəyə gələrək, iddiaçının Cavabdeh1 məxsus torpaq sahəsinə həm mülkiyyətçi olduğunu və iddiaçının sözügedən evə köçürülməsini qət etməsinə dair dəlillərinə münasibətdə qeyd etmişdir ki, işdə olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən göründüyü kimi, Göyçay rayonu Qarabaqqal kəndində yerləşən 0,28 ha torpaq sahəsi yalnız Cavabdeh1 İsrafil qızının deyil, Cavabdeh1 İsrafil qızının, X5, İddiaçı1 və X1 ümumi birgə mülkiyyətlərindədir.
18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mübahisə predmetinə çevrilmək istəyən evin yalnız Kərimov Ülvi və arvadı Cavabdeh3 tərəfindən tikilməsi, Ülvi Kərimov və həyat yoldaşı Cavabdeh3 tərəfindən tikilən fərdi yaşayış evində iddiaçıların heç bir istifadə hüququnun olmamas ı, İddiaçı1 2013-cü ildən ailəsi ilə birlikdə Göyçay şəhərinin mərkəzində yerləşən, iddiaçının atasına məxsus mənzildə yaşamağa başlaması, iddiaçının onun həmin yaşayış evində yalnız 2016-2022-ci illərdə qardaşının, qardaşı arvadının və anasının dəvəti ilə yaşamasına dair dəlillərini əsaslı hesab etməyərək qeyd etmişdir ki, işdə olan Göyçay rayon İHB-nın Qarabaqqal kənd inzibati ərazi nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, 1981-ci il təvəllüdlü İddiaçı1, nümayəndəliyin Qarabaqqal kəndi ərazisində yerləşən onun və ailə üzvlərinin yaşadığı 2009-cu ildə inşa olunmuş 2 mərtəbəli, 6 otaqdan ibarət fərdi yaşayış evində Göyçay RİHB-nın Qarabaqqal İƏD-si üzrə nümayəndəliyin 8 nömrəli təsərrüfat başına qeydiyyat kitabının 87 səhifəsində 722 nömrəli təsərrüfat üzrə Cavabde h1 (qeyd olunan ünvanda), İddiaçı1 (qeyd olunan ünvanda), Cavabdeh2 (digər ünvanda), X14 (digər ünvanda), Cavabdeh3 (digər ünvanda), Cavabdeh4 (digər ünvanda), X8 (digər ünvanda), İddiaçı2 (qeyd olunan ünvanda), X9 (qeyd olunan ünvanda), Cavabdeh5 (digər ünvanda), X10 (qeyd olunan ünvanda) və X4 (qeyd olunan ünvanda) qeydiyyatları var. İddiaçı1 2023cü ilin noyabr ayınadək həmin təsərrüfatda yaşamış və həmin təsərrüfatın istifadəsində olan təqribi 1,5 ha torpaq sahəsindən istifadə edərək kənd təsərrüfatı ilə məşğul olmuşdur. 2015-ci il tarixindən 2021-ci il tarixinədək İddiaçı1 həmin təsərrüfatda iri buynuzlu malqarada saxlamışdır.
19. Göyçay rayon İHB-nın Qarabaqqal kənd inzibati ərazi nümayəndəliyinin 16 yanvar 2024-cü il tarixli arayışından göründüyü kimi, mübahisəli evin kim tərəfindən inşa edilməsi məsələsinə aydınlıq gətirilməmiş, cavabdeh tərəfindən bununla bağlı əlavə sübutlar təqdim edilməmişdir. Həmçinin evin digər bir şəxs tərəfindən inşa edilməsi evin yerləşdiyi torpaq sahəsi üzərində birgə mülkiyyət hüququ olan şəxsin ev üzərində mülkiyyətə gözləntisini istisna etmir.
20. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 11.1, 27.2, 146.2, 152.1, 213.1, 213.2, 228.5, 238.3, 240.2-ci, Mənzil Məcəlləsinin 30.1, 30.2-ci, Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 77.1, 88, 217.1, 217.2, 217.3, 217.4, 218.1, 372.1, 372.6, 372.7, 384.0.1, 385.2, 402.1-ci, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 8-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
21. Cavabdeh1 kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 mart 2025-ci il tarixli, 2(107)-69/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsinin qətnaməsi Mənzil Məcəlləsinin 30.1-ci Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 372.7ci maddələrinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 21 may 2008-ci il tarixli qərarının pozulması ilə qəbul edilmişdir.
23. Belə ki, mübahisəli yaşayış evini Cavabdeh3 və mərhum X12 tikdirmişlər. Yaşayış evi dövlət reyestrində qeydiyyata alınmamışdır. Ülvi Kərimov vəfat edəndən sonra iddiaçılar həmin evə gələrək cavabdehlərlə birlikdə ya şamaq istədiklərini bildirmişlər. Onlar evə zorla köçəndən sonra orada yaşayan cavabdehlərə qarşı amansız rəftar etmiş, ailədə mütəmadi olaraq münaqişə yaratmışlar. Mübahisə predmeti olan fərdi yaşayış evi əvvəllər mövcud olmamış, sonradan Cavabdeh3 və mərhum əri tərəfindən tikilmiş, iddiaçılar 2013cü ildə evləndikdən sonra İddiaçı2 həmin evə gəlin köçməmiş, onlar hər ikisi evləndikdən uzun müddət sonra həmin evə evin sahibi və istifadəçisinin razılığı olmadan özbaşına köçərək cavabdehlərlə birgə yaşamış, ailədə daim mübahisə və münaqişə yaratmışlar. İddiaçılar həmin evdən istifadə hüququ əldə etməmişlər. İddiaçı1 mübahisəli evi tikən Cavabdeh3 qayını, digər İddiaçı2 isə İddiaçı1 arvadı olduğuna görə, iddiaçılar və onların uşaqları ev sahibinin və istifadəçinin ailə üzvü hesab edilə bilm əz. Cavabdehlər tərəfindən sübutlar məhkəməyə təqdim olunsa da, apellyasiya kollegiyası təqdim edilmiş həmin sübutları əlaqəli şəkildə şərh etməmiş və təqdim edilən sübutların bəzilərinin qəbul edilməməsinin səbəblərini qətnaməsində aydın şəkildə izah etməmişdir.
24. Kassasiya şikayətlərinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
25. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
26. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
27. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin kassasiya şikayətinin dəlillərinə uyğun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
28. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərki b hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. 238.3-cü maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzə rdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir. 240.2-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir.
30. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-cü maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzv ləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəmə sinin mövqeyi:
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Belə ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını və işdə olan sübutları səlahiyyətləri çərçivəsində qiymətləndirərək və maddi hüquq normalarını düzgün tətbiq edərək, iddiaçıların mübahisəli yaşayış sahəsinə istifadə hüquqlarının mövcudluğunu müəyyən etmişdir. (bax bənd 16-20)
34. Kassasiya məhkəməsi gəlinən nəticə ilə tam razılaşır.
35. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası bir daha qeyd edir ki, mübahisəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasa da, onun yerləşdiyi torpaq sahəsi tərəflərin, o cümlədən İddiaçı1 paylı mülkiyyətindədir. Belə olan halda, Mülki Məcəllənin 240.2-ci maddəsinin mənasına görə, evin kim tərəfindən inşa olunmasından asılı olmadan, həmin iddiaçının bu evə gözlənti mülkiyyət hüququ vardır. Onun evdə yaşamaq hüququ isə torpağa və evə olan bu hüquqlardan irəli gəlir.
36. Digər İddiaçı2 və iddiaçıların yetkinlik yaşına çatmayan uşaqları İddiaçı1 ailə üzvləri olduqlarından, onların da Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə uyğun olaraq evə köçmək hüquqları təmin olunmalıdır.
37. Kassasiya şikayətinin digər dəlilləri sübutların düzgün qiymətləndirilməməsi və işin faktiki hallarının aydınlaşdırılmaması ilə əsaslandırılmışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qəra rdadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
38. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəmə sinin Mülki kollegiyasının 11 mart 2025-ci il tarixli, 2(107)-69/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.