Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2035/2022 05.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Əliməmməd oğlunun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş ərizəsi üzrə QƏRARİ Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisə, işə bərpa, ştatların ixtisarı, ədalətli araşdırma hüququ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (sədrlik edən və məruzəçi), Xəlilov İsmayıl Kamil oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 oktyabr 2021-ci il tarixli, 2(103)-2035/2021 nömrəli qətnaməsindən İddiaçı (bundan sonra – iddia çı) və vəkili Vəkil1 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraatda baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. İşəgötürən "xxxx" ASC-nin "xxxx" MMC (bundan sonra-cavabdeh) ilə iddiaçı arasında bağlanmış 01.10.2018-ci il tarixli əmək müqaviləsinə əsasən Vəliyev X1 şöbəsinin 9-cu dərəcəli “əşya-geyim mütəxəssisi” vəzifəsinə işə qəbul olunmuş, əmək müqaviləsi müddətli olmaqla 01.10.2018-ci il tarixədək bağlanmışdır.
2. İddiaçı 01.10.2018-ci il tarixdə "xxxx" ASC-nin "xxxx" MMC-də İnzibati Təsərrüfat şöbəsinin 9-cu dərəcəli “əşya-geyim mütəxəssisi” vəzifəsinə işə qəbul edilmişdir və 28.04.2020-ci il tarixdə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatın ixtisarı) onun əmək müqaviləsinə xitam veri lmişdir.
3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan 19 mart 2020-ci il tarixli bildiriş-təklifin surətindən görünür ki, Təsərrüfat şöbəsinin 9-cu dərəcəli “əşya-geyim mütəxəssisi” vəzifəsində çalışan İddiaçı onun vəzifəsinin ləğv olunduğu bildirilmiş və ona "xxxx" MMC-nin Abşeron regionu üzrə mühafizə xidmətində böyük atıcı vəzifəsi təklif olunmuşdur. İddiaçı bu vəzifəyə keçməkdən imtina etmişdir. 4. 19 mart 2020-ci il tarixli aktın surətindən görünür ki, "xxxx" MMC-də struktur dəyişikliyi barədə 16/k saylı 02.03.2020-ci il tarixli əmrin icrası ilə əlaqədar İddiaçı "xxxx" MMC-nin Bakı şəhərində yerləşən inzibati binasında keçirilən komissiyanın iclasına dəvət olunmuş və ona böyük atıcı vəzifəsi təklif olunmuşdur.
5. Cavabdeh tərəfindən işçi İddiaçı ünvanlanan 19 mart 2020-ci il tarixli xə bərdarlığın surətindən görünür ki, İddiaçı ona yeni iş barədə təklifini qəbul etmədiyinə görə, AR Əmək Məcəlləsinin 77-ci maddəsinin tələbinə əsasən, müəssisədəki əmək stajı 5 ilədək olduğu üçün ona 4 həftə xəbərdarlıq müddəti verilmişdir, həmin müddət ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla bir iş günü əmək funksiyasının icrasından azad olunması və verilmiş müddət bitdikdən sonra ona aylıq əmək haqqının 1,4 misli məbləğində müavinətin ödənilməsi barədə xəbərdar edilmişdir. 6. "xxxx" ASC-nin "xxxx" MMC-də struktur dəyişikliyi barədə 16/k saylı 02.03.2020-ci il tarixli əmrin surətindən görünür ki, Əşya-geyim üzrə mütəxəsis – 1 nəfər ştat vahidi ləğv olunmuşdur. Həmin əmrin 4-cü bəndinə əsasən, ləğv olunmuş qrup, bölmə və hissələrin rəisi əvəzinə müvafiq region üzrə böyük atıcı şt atı yaradılmışdır.
7. İddiaçı ikinci qrup əlildir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, onunla 01 oktyabr 2018-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 28 aprel 2020-ci il tarixdə 29/k nömrəli əmrin ləğv olunması və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, “əşya geyim üzrə mütəxəssis” vəzifəsində 2 il qüsursuz xidmət etmiş, işinə məsuliyyətlə yanaşmış və heç zaman qanunsuz hərəkətlərə yol verməmişdir. 28 aprel 2020-ci il tarixdə cavabdehin direktoru qanunsuz olaraq 9-cu dərəcəli “əşya geyim üzrə mütəxəssis” vəzifəsinin ixtisar olunması adı altında onu işdən kənarlaşdır mışdır. Halbuki, cavabdehin fəaliyyətinin yenidən təşkil olunması haqqında 28 fevral 2020-ci il tarixli 40/kş nömrəli əmrlə MMC-nin təsdiq olunmuş yeni idarəetmə strukturuna uyğun olaraq, ümumi ştat sayı saxlanılmaqla bəzi sahələrlə yanaşı, “təsərrüfat sahəsi” xidmətinin də yaradılması qeyd olunmuşdur.
10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2(011)-3291/2020 saylı qətnaməsi ilə (hakim Ş.İ.Əliyev) iddia tələbi təmin edilməmişdir
11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının izahatına görə işəgötürən ona qarşı qərəzli olmaqla onu işdən azad etmişdir. Lakin iddiaçı qeyd olunanlar arasında səbəbli əlaqənin olması ilə əlaqədar məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Digər tərəfdən məhkəmə, iddiaçının yalnız təsərrüfat sahəsində yeni iş verildiyi təqdirdə işləməsi barədə dəlili ilə bağlı qeyd etmişdir ki, işəgötürən işçini işdən azad edərkən yalnız yeni açılmış ştat vahidlərindən birini təklif etməkdə haqlı olmuşdur.
12. Məhkəmə hesab etmişdir ki, işəgötürən tərəfindən iddiaçıya yeni iş yeri təklif olunduğundan və iddiaçı yeni iş təklifi ilə razı olmadığından, onun müharibə veteranı olması iddianın təmin edilməsi üçün əsas kimi qəbul edilə bilməz
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45, 68, 70, 71,77, 80, 79-cu maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində birinci icraat
14. İddiaçı həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
15. Bakı Apellyasiya Məhk əməsi Mülki Kollegiyasının 2(103)-7063/2020 saylı, 30 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Həsənov (sədrlik edən və məruzəçi), M.Məmmədov və Ş.Məhərrəmova) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2(011)-3291/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşan məhkəmə kollegiyası bildirir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən cavabdeh tərəfindən əmək qanunvericiliyinin pozulmasına yol verilməmişdir
17. Apellyasiya instansiyası qeyd olunanlarla bağlı göstərmişdir ki, iddiaçı işəgötürənin ona başqa iş təklif etməsini, lakin bunu 19 mart 2020-ci il tarixdə deyil, daha sonrakı tarixdə etməsini bildirsə də, iş materiallarında olan bildirişin alınmasından imtina edilməsinə dair tərtib edilmiş aktla bu təkzib edilir. Bundan başqa, eyni tarixdə ona vəzifəsinin ixtisar edilməsi barədə və onunla bağlanmış əmək müqaviləsinə xitam veriləcəyi barədə yazılı xəbərdarlıq da edilmişdir Kassasiya instansiyası məhkəməsində birinci icraat: Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin 28.02.2020-ci il tarixli, 40/kş saylı əmri ilə MMC-nin təsdiq olunmuş yeni idarəetmə strukturuna uyğun olaraq ümumi ştat saylı saxlanılmaqla “Heyətlə işin təşkili” şöbəsi, “Xidmətin təşkili” şöbəsi, “Mühasibatlı q” şöbəsi, Təsərrüfat sahəsi, Mərkəzi-Aran, Şimal, Qərb, Bakı, Abşeron, Aran, Cənub, Şimal-Qərb və Şirvan regionları üzrə mühafizə xidmətləri yaradılmışdır. Həmin əmrlə cəmiyyətdə heç bir ixtisar aparılmadığı, ümumi ştat sayı saxlanıldığı və İddiaçı işlədiyi “əşya geyim üzrə mütəxəssis” vəzifəsinə uyğun iş “Təsərrüfat sahəsi”nin tərkibində yaradıldığı halda, iddiaçıya həmin vəzifələrdən birini deyil, 4-cü dərəcəli növbəli iş rejimində “atıcı” vəzifəsi təklif edilmişdir. Lakin bu təklif ona 28.04.2020-ci il tarixdə edildiyi halda, iş materiallarına əlavə edilmiş 19 mart 2020-ci il tarixli aktda qeyd edilmişdir ki, guya o, "xxxx" MMC-nin inzibati binasında komissiyanın iclasına dəvət edilmiş və ona təklif edilmiş böyük atıcı vəzifəsindən imtina etmişdir və imtina barədə hər hansı bir sənədin imzalamayacağını bildirməklə, iş təklifi haqqında bildirişi imza etməmişdir. İddiaçı heç bir komissiyanın iclasına dəvət edilməmiş, ona atıcı vəzifəsi 28 aprel 2020-ci il tarixdə direktor tərəfindən təklif edilmiş və həmin gündə də işdən çıxmaq əmri verilmişdir. Həmin sənəd sonradan tərtib edilib, məhkəməyə təqdim edilmişdir. "xxxx" MMC-nin nizamnaməsi ilə cəmiyyətin strukturu və işçilərin normativ sayının təsdiq edilməsi cəmiyyətin təsisçisi olan “AzərenerjiASC-nin müstəsna səlahiyyətinə aid olduğu halda bu barədə verilmiş "xxxx" MMC-nin 28.02.2020-ci il tarixli, 40/kş saylı və 02.03.2020-ci il tarixli, 16/k saylı əmrləri və bunun əsasında ştatların ixtisar edilməsi barədə verilmiş əmrlər də qanunsuz olmuşdur. Cavabdeh tərəfindən iddiaçının tutduğu ştat ixtisar edilərkən və işdən azad ed ilərkən Əmək Məcəlləsinin tələbləri pozulmuş, İddiaçı "xxxx" MMC-nin direktoru V.İskəndərov tərəfindən 02.03.2020-ci il tarixli, 16/k saylı əmrə istinad edilməklə onun vəzifəsinin ixtisar olunması və ona 4 həftə xəbərdarlıq müddətinin verilməsi barədə 19 mart 2020-ci il tarixli “xəbərdarlıq” göndərildiyi halda, "xxxx" MMC-nin Həmkarlar ittifaqı komitəsinə onun işdən azad edilməsinə razılıq verilməsi barədə məktubu 20 aprel 2020-ci il tarixdə göndərilmiş, HİK-nin 23.04.2020-ci il tarixli, 15 nömrəli protokolundan göründüyü kimi heç bir araşdırma aparmadan və əsaslandırılmadan artıq ştat ixtisar edilmiş və haqqında qərar qəbul edilmiş şəxsin işdən azad edilməsinə razılıq verilmişdir. Cavabdeh iddiaçının tutduğu ştatı ixtisar edərkən və onu işdən azad edərkən HİK-nin qabaqcadan razılığını alm amaqla, Əmək Məcəlləsinin 70-ci maddəsinin tələblərini pozmuşdur. Apellyasiya instansiyası məhkəməsi həmin hüquq normasını səhv təfsir etmişdir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının işlədiyi 2 il ərzində qüsursuz xidmət etməsini, işinə məsuliyyətlə yanaşmasını, heç zaman qanunsuz hərəkətlərə yol verməməsini, xüsusən Əfqanıstan və Qarabağ müharibələrində iştirak etməsini, müharibə veteranı olmasını və göstərilən əsaslara görə işdə saxlanılmağına üstünlüyünün olmasını nəzərə almamış, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(102)2991/2021 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 noyabr 2020-ci il tarixli, 2(103)- 7063/2020 saylı qətnaməsi ləğv edilərək və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
21. Bakı Apellyasiya Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 2(103)-10055/2021 nömrəli qətnaməsi ilə (hakimlər N.Ş.Cəfərov (sədrlik edən və məruzəçi) E.Ə.Mehdiyev,X.Ə.Sarıyevdən ibarət tərkibdə) Xətai Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2(011)-3291/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
22. Məhkəmə kollegiyası işin həlli ilə bağlı qeyd edir ki, “işç ilərin sayının ixtisarı” və “işçilərin ştatlarının ixtisarı” bir-birindən fərqləndirilməlidir. Sayın ixtisarı – bu, müəyyən vəzifə üzrə ştat vahidlərinin sayının azaldılmasıdır. Məsələn, müəssisədə 2 mühasib ştatı mövcuddursa, 1 mühasib ştatı ştat cədvəlindən xaric olunursa, bu, işçilərinin sayının azaldılmasıdır. Ştat ixtisarı – bu, ştat cədvəlindən müəyyən vəzifələrin tamamilə çıxarılmasıdır. Məsələn, müəssisədə yalnız 1 mühasib və 1 mühafizəçi ştatı mövcuddursa, onların hər ikisi ştat cədvəlindən xaric olunursa, bu, işçilərin ştatlarının ixtisarıdır. Cavabdeh təşkilatda cəmi 1 əşya-geyim üzrə mütəxəssis ştatı olub, həmin ştat vahidi ştat cədvəlindən xaric olunub. Ona görə də işdə saxlanmağa üstünlüyü olan şəxsləri müəyyənləşdirən normanın - Əmək Məcəlləsinin 78-ci maddəsindəki normanın hazırkı mübahisədə tətbiqi mümkün deyil.
23. Məhkəmə kollegiyası gəldiyi nəticəni əsaslandırarkən göstərir ki, Əmək müqaviləsinin ləğvi barədə əmrin məzmununda onun verilməsinə əsas olan rəsmi sənəd kimi 02.03.2020-ci il tarixli, 16/k nömrəli əmrə istinad olunub. Bu əmrdən görünür ki, cavabdeh təşkilatda 11 ştat vahidi ləğv olunub, 13 yeni ştat vahidi yaradılıb. Yeni yaradılan ştat vahidlərindən biri “ƏM və TT üzrə aparıcı mütəxəssis” ştatıdır. İddiaçıya aid olan, ləğv edilmiş ştatın əmək funksiyasını həmin mütəxəssis yerinə yetirməlidir. Lakin ləğv edilmiş 11 ştat vahidinin sırasında “ƏM və TT üzrə aparıcı mühəndis” ştatı olduğuna görə yeni yaradılmış “ƏM və TT üzrə aparıcı mütəxəssis” ştatı əvvəl “ƏM və TT üzrə aparıcı mühəndis” ştatını tutmuş şəxsə həvalə edilib. İddiaçıya Abşeron regio nu üzrə böyük atıcı ştatı təklif olunub, lakin o, imtina edib. Beləliklə, əmək müqaviləsinin ləğv edilməsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə uyğun olub, əmək qanunvericiliyinin tələbi pozulmayıb. Ona görə də birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Kassasiya instansiyası məhkəməsində ikinci icraat: Kassasiya şikayətinin dəlilləri
24. İddiaçı və vəkili Vəkil1 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 oktyabr 2021-ci il tarixli, 2(103)-10055/2021 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
25. Kassasiya şikayətində qeyd olunur ki, apellyasiya məhkəməsi işin faktiki hallarını tam araşdırmamış, qeyd o lunan nöqsanları aradan qaldırmamış, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 1-ci bəndi və 78-ci maddələri üzrə qanunvericiliyin tələbin pozmuşdur. Belə ki, "xxxx" MMC-nin 28.02.2020-ci il tarixli, 40/kş saylı əmri ilə MMC-nin təsdiq olunmuş yeni idarəetmə strukturuna uyğun olaraq ümumi ştat sayı saxlanılmaqla Heyətlə işin təşkili şöbəsi, Xidmətin təşkili şöbəsi, Muhasibatlıq şöbəsi, Təsərrüfat sahəsi, Mərkəzi-Aran, Şimal, Qərb, Bakı, Abşeron, Aran, Cənub, Şimal-Qərb və Şirvan regionları üzrə mühafizə xidmətləri yaradılmışdır. Göründüyü kimi həmin əmrlə Cəmiyyətdə heç bir ixtisar aparılmadığı və ümumi şta t sayı saxlanıldığı və İddiaçı işlədiyi “əşya geyim üzrə mütəxəssis” vəzifəsinə uyğun iş “Təsərrüfat sahəsi”nin tərkibində yaradıldığı halda iddiaçıya həmin vəzifələrdən birini deyil, 4- cü dərəcəli növbəli iş rejimində “Atıcı” vəzifəsi təklif edilmişdir. Lakin cavabdeh təsərrüfat sahəsi üzrə mütəxəssis ştatını boş saxlamış və həmin ştat üzrə əmək funksiyasının icrasını 28 aprel 2020-ci il tarixdə müvəqqəti əmrlə ƏM və TT üzrə aparıcı mütəxəssis Baləhməd Poladova həvalə etmişdir. Eyni zamanda iddiaçının işlədiyi 2 il ərzində qüsursuz xidmət etməsi, işinə məsuliyyətlə yanaşması, heç zaman qanunsuz hərəkətlərə yol verməməsi, xüsusən Əfqanıstan və Qarabağ müharibələrində iştirak etməsi, müharibə veteranı olması və göstəriləni əsaslara görə işdə saxlanmağına üstünlüyü olduğu nəzərə alınmamış, yeni yaradılmış strukturda“Təsərrüfat sahəsi”ndə “əşya geyim üzrə mütəxəssis” vəzifəsinə uyğun vəzifə olduğu halda ona 28.04.2020-ci ildə uyğun olmayan iş təklif edilmişdir ki, T. Vəliyev həmin vəzifədən məcburən imtina etmişdir. Bu isə işəgötürənin Əmək qanunvericiliyinə uyğun olaraq müvafiq tədbir görmədiyinə və T. Vəliyevlə əmək müqaviləsini qərəzli olaraq ləğv edilməsinə dəlalət edir. Kassasiya baxışının hədləri
27. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olun mamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
28. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kassasiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi:
29. Maddə 45....Əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə dav am edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.
30. Maddə 68 Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir.
31. Maddə 70, “b” bəndi. Əsasən işəgötürən tərəfindən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsini ləğv edilə bilər.
32. Maddə 71 İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.
33. Maddə
77. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcə llənin 70ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.
34. Maddə 78 Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilə r işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
35. Maddə 14.2 onlardan istifadə etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və
36. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
37. Maddə 76.2 Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
38. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin v ə etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
41. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
42. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hes ab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
43. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
44. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
45. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
46. Maddə 76.2 Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
47. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
48. Maddə 88. məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
49. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
50. Maddə 416.1 kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli s ürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
51. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
52. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
53. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün q ətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
54. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
56. Yuxarıda göstərilənlərə ə sasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 2(103)-10055/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.