Məhkəmə qərarları › İş №2(102)-2037/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2037/2025

02.07.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahis
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2037/2025 02.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı (Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) ilk iddiası, Cavabdeh Mənzil Tikinti Kooperativinin cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: söküntü ilə bağlı kompensasiyanın ödənilməsi, qəzalı əmlakın sökülməsi və kompensasiya verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X2 ibarət tərkibdə, İ ddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı (Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “söküntü ilə bağlı kompensasiya ödənilməsi” tələbinə dair ilk iddiası, Cavabdeh Mənzil Tikinti Kooperativinin cavabdeh İddiaçı qarşı “qəzalı əmlakın sökülməsi və kompensasiya verilməsi” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)154/2025 nömrəli, 10 mart 2025-ci il tarixli qətnaməsindən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə 2 iyul 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Bakı şəhər İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2003-cü ildə verilmiş ÖM seriyalı, 147706 saylı qeydiyyat vəsiqəsinə əsasən, Bakı şəhəri Nərimanov rayonu, Mayakovski küçəsi 7 saylı evin 12 kv.m. yaşayış sahəsindən ibarət 1 otaqlı 4 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına 30/5776 nömrə ilə qeydiyyatdan keçirilmişdir.

2. Bakı şəhəri Nərimanov Rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli sərəncamı ilə vətəndaş İddiaçı özünə məxsus Mayakovski küçəsi 7/4 saylı evini söküb, Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış eskiz layihəsinə uyğun yenidən tikilməsinə icazə verilməsi, tikinti işlərinə evin yerləşdiyi torpaq sahəsi Nərimanov Bələdiyyəsində sənədləşdirildi kdən, Bakı şəhər Torpaq Şöbəsindən torpaq sahəsi üzərində istifadə hüququnu təsdiq edən şəhadətnamə alındıqdan və onun kserosurəti Rayon İcra Hakimiyyətinə təqdim edildikdən sonra başlanılması, tikinti işləri aparılan sahənin ətrafını inşaat tullantılarından və nəqliyyat vasitələrindən tökülən qruntlardan təmizlənməsi məqsədi ilə Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi ilə müqavilə bağlanmasının vətəndaş İddiaçı həvalə edilməsi, tikinti işlərinin razılaşdırılmış sənədlərə əsasən aparılmasına nəzarət edilməsinin Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə və 18 saylı Polis Bölməsinə tapşırılması qərara alınmış, tikinti işləri başa çatdıqdan sonra evə yeni qeydiyyat vəsiqəsinin verilməsi və texniki pasportun tərtib olunması məqsədi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət edilməsi vətəndaş İddiaçı tövsiyə olunmuşdur.

3. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 505 nömrəli, xx.xx.2014-cü il tarixli sərəncamı ilə "xxxx" ASC-nin xx.xx.2014-cü il tarixli, PHS-1897 saylı razılıq məktubunu, Cavabdeh MTK-nın xx.xx.2014-cü il tarixli, ******* saylı çıxarışını nəzərə alaraq, ünvan 1 ünvanda mülkiyyətində olan 0,14 ha və ona bitişik torpaq sahəsində (icarə əsasında) yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün həmin Kooperativə icazə verilmişdir. Sərəncamın 1.1-ci bəndinə əsasən ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi qanunvericiliyə əsasən Cavabdeh MTK-ya tapşırılmışdır. Sərəncamın 2.1-ci bəndinə əsasən ərazinin və obyektin şəhərsalma əsaslandırılması sənədlə rinin hazırlanmasını təmin etmək və həmin sənədlərin Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsində razılaşdırılması üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim etmək MTK-ya tapşırılmışdır.

4. Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 505 saylı sərəncamı ilə Cavabdeh MTK-ya yaşayış binalarının tikintisi üçün torpaq sahəsinin ayrılmasına dair 14/288 nömrəli, 2014-cü il tarixli ayrıc aktı verilmişdir.

5. Torpaq sahəsinin icarəyə verilməsi haqqında 1037 nömrəli, xx.xx.2015-ci il tarixli müqavilənin Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, ev 9-da yerləşən Cavabdeh MTKya Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 505 saylı, xx.xx.2014-cü il tarixli sərəncamı, xx.xx.2014-cü il tari xli, 13016 saylı inşaat pasportu əsasında ünvan 2 ünvanda ayrılmış 13.120 kv.m. torpaq sahəsi 49 il müddətinə icarəyə verilmişdir.

6. Bakı şəhər İcra Hakimiyyəti başçısının 550 nömrəli, xx.xx.2015-ci il tarixli “Bakı şəhər İcra Hakimiyyətinin layihələnləndirmə ilə əlaqədar sərəncamı nəzərə alınaraq Cavabdeh MTK-ya tikintiyə icazə verilməsi haqqında sərəncamına əsasən, MTK-nın xx.xx.2015-ci il tarixli, 60 saylı müraciətini, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1, 75.1 və 75.6-cı maddələrini və Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli, 505 saylı sərəncamı nəzərə alınaraq, ünvan 3 ünvanda 18 mərtəbəli, 1 bloklu yaşayış binasının tikintisi üçün Cavabdeh MTK-ya icazə verilmişdir.

7. Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, 130 saylı s ahənin bir hissəsi- 0,14 ha torpaq sahəsi Cavabdeh MTK-nın xüsusi mülkiyyəti olaraq xx.xx.2018-ci il tarixində ********** nömrə ilə qeydə alınmışdır.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2180/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçı X4 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı sərəncamların ləğv edilməsi tələbi barədə iddiası təmin edilməmişdir.

9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-293/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh MTK-nın iddiası təmin edilmiş, cavabdeh İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən əvəzi MTK tərəfindən bazar qiymətinə uyğun 265.000 manat ödənilməsi şərti ilə köçürülməsi, cavabdeh İddiaçı MTK-nın apardığı tikintiyə törətdiyi maneələrin qadağan edilməsi, İddiaçı cavabdeh MTKnə qarşı tikint inin sökülməsi, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir.

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-398/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh MTK-nın iddiadan imtinası qəbul edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-293/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilk iddianın təmin olunması hissəsində ləğv edilərək həmin hissədə mülki işin icraatına xitam verilmişdir.

11. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)319/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-398/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh İddiaçı verdiyi kassasiya şikayəti təmin edilməm işdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

12. İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, ona və ailə üzvlərinə məxsus olan ünvan 5 ünvanda yerləşən 3 mərtəbəli, mansardlı, ümumi sahəsi 502 kv.m. olan, fərdi yaşayış evinə görə cavabdeh MTK tərəfindən tikilmiş hazır binadan 20-30 faiz əlavəsi ilə birlikdə yaşayış sahəsi ilə təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

13. İddia tələbi işin hallarına uyğun olaraq onunla əsaslandırılmışdır ki, hələ MTK-ya 2014-cü ildə torpaq sahəsi ayrılmamışdan xeyli müddət əvvəl o evini tam tikib başa çatdırmış və ailə üzvləriylə köçüb yaşamağa başlamışdır. Qeyd olunan ərazidə onun və onun kimi yaşayan qonşuların m ülkiyyətində fərdi yaşayış evləri mövcud olmasına baxmayaraq, yaşayış və qeyri-yaşayış mülkiyyətçilərinin əvvəlcədən razılığı olmadan, Bakı şəhər İcra Hakimiyyəti başçısının 24 oktyabr 2014-cü il tarixli sərəncamı ilə İ.Hidayətzadə küçəsi 130 saylı ünvanda 0,14 ha və ona bitişik torpaq sahəsində yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün həmin Kooperativə icazə verilmiş, sərəncamın 1.1-ci bəndinə əsasən ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsinin MTK tərəfindən həll edilməsi qərara alınmışdır. Hazırda MTK İddiaçı mənzilinin olduğu ərazidən kənardakı, yəni tikintisi başa çatmış və sakinlərlə məskunlaşmış binanın ətraf ərazilərinin abadlaşdırılması üçün hazırlıq işləri aparır. Buna görə də ona məxsus mənzil barəsində MTK ilə bağlı hər hansı mübahisə qalmamışdır. MTK dövlət qurumlarının etibarından sui-istifadə edərək, əvvəlcə ona torpaq sahəsi ayrılması barədə Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmiş, o, ailə üzvləri ilə birlikdə tikinti ərazisinə düşən ərazidə yerləşən fərdi yaşayış evində yaşaya-yaşaya səlahiyyətli dövlət qurumlarının vəzifəli şəxslərinin gözü qarşısında, onların xeyir-duasını alıb tikinti işlərini davam etdirmişdir. Tikinti işlərini bitirdikdən və həmin binada yaşayış və qeyri-yaşayış sahələrini satdıqdan sonra isə özü işini bitmiş hesab edərək, məhkəmə baxışında iddiadan imtina etmişdir. Halbuki dövlət qurumları və MTK-nın nümayəndələrinin iştirakı ilə dəfələrlə mülkiyyətində olan 3 mərtəbəli mansardlı evinə baxış keçirilmiş, sonuncu dəfə 26 noyabr 2022-ci ildə Nər imanov rayon İcra Hakimiyyətinin Natiq adlı əməkdaşı yaşayış evinin ümumi sahəsinin 502 kv.m. olması barədə ölçmə işləri aparmışdır. Sonuncu dəfə Nərimanov rayon İcra Hakimiyyətində olarkən cəmi 270 kv.m. sahəsi olan 1 mənzilin verilməsini təklf etmişdir. Halbuki qüvvədə olan qanunlara əsasən yaşayışın söküntüsünün əvəzində hər kv.m-nin əvəzinə azı 20-30 % əlavə edilməklə kv mlik yaşayış sahəsi ilə təmin olunmalıdır. İddiaçının mülkiyyətində olan fərdi yaşayış evi səlahiyyətli dövlət orqanı olan Nərimanov rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli sərəncamı və Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma baş idarəsi tərəfindən razılaşdırılmış eskiz layihəsi əsasında 2013-cü ilədək olan müddətdə yenidən tikilmiş, hazırda da o və ailə üzvləri tərəfindən təyinatı üzrə istifadə olunur. Qeyd olunanlara, habelə torpaq sahəsinin alınması barədə AR Nazirlər Kabineti tərəfindən hər hansı formada qərar qəbul edilmədən, Bakı şəhər İcra Hakimiyyətinin mülkiyyətində olan fərdi yaşayış evi ilə bağlı qərar qəbul etməsi qanunsuz və əsassız olmuşdur. Əgər həqiqətən də, ərazidə vətəndaşlara məxsus fərdi yaşayış evləri qəzalı vəziyyətdə idisə, bununla bağlı sərəncam qəbul edilməmişdən əvvəl aidiyyəti üzrə AR Fövqəladə Hallar Nazirliyi və digər dövlət orqanlarının müvafiq əsaslandırılmış rəyləri alınmalı idi. X5 Nazirliyinin və Bakı şəhər İcra hakimiyyətinin qəzalı vəziyyətdə bağlı hər hansı sənədi mövcud olmamışdır. Hazırda da MTK onun mülkiyyətində olan 3 mərtəbəli mansardlı yaşayış evinin təxminən 1,5-2 metrliyində azı 8 metr hündürlüyündə katlavan qazmış, evinin 4 tərəfini hasara almaqla onları mühasirədə saxlamış, evdə 4 nəfərdən ibarət ailə üzvləri yaşaya-yaşaya tikinti işlərini aparmaqda davam edir. Halbuki MTK-ya verilən sərəncamda konkret qeyd olunmuşdur ki, MTK bütün yaşayış və qeyri-yaşayış sahələrini tam köçürəndən sonra tikinti işlərinə başlaya bilər. Cavabdeh MTK isə artıq 2 ədəd hündürmərtəbəli çoxmənzilli yaşayış binasını tikib satandan sonra orada əlavə yeni binaların tikintisinə də başlamışdır.

14. Daha sonra Cavabdeh MTK (bundan sonra cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı), yaxud MTK) İddiaçı (bundan sonra iddiaçı (qarşılıqlı iddia üzrə iddiaçı)) qarşı qarşılıqlı iddia ərizəsi, eləcə də qarşılıqlı iddia ərizəsinin həcminin artırılması barədə ərizələrlə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdehə təqdim etdikləri mənzillərin təmi rini öz üzərinə götürməklə yaxud hər iki mənzilin hər kv.m sahəsinin təmiri üçün cavabdehə 150 manat ödəməyi təklif etməklə qəzalı vəziyyətdə olan və ətrafdakılar üçün ağır nəticələrə səbəb ola bilən və təhlükə mənbəyi olan İddiaçı məxsus 12 kv.m sahəsi olan, ünvan 6 ünvandakı mənzilin sökülməsi və əvəzində MTK tərəfindən istismara verilmiş və məskunlaşmış, çıxarışlarla təmin edilmiş, A blokunda 4-cü mərtəbədə yerləşən 1 ədəd 3 otaqlı ümumi sahəsi 137.8 kv.m, A blokun 4-cü mərtəbəsində 1 ədəd 2 otaqlı ümumi sahəsi 93.5 kv.m mənzil və B blokunda 1 ədəd 1 otaqlı sahəsi 59,9 kv.m. sahəsi olan mənzillərin iddiaçıya verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

15. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin razılıq məktubu əsasında, Bakı şəhər İcra Hakimi yyəti Başçısının xx.xx.2014-cü il tarixli, 505 saylı sərəncamı ilə MTK-ya ünvan 7 ünvanda olan torpaq sahəsində çoxmərtəbəli yaşayış binalarının tikintisinə icazə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 2014-cü il tarixli 14/288 saylı "xxxx" ilə MTK-ya 1.4520 hektar torpaq sahəsində çoxmərtəbəli binaların tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Qeyd edilən torpaq sahəsinə MTK ilə Bakı şəhəri İcra hakimiyyəti arasında icarə müqaviləsi bağlanmışdır və icarə haqqı MTK tərəfindən ödənilir. MTK qeyd edilən torpaq sahəsində çoxmərtəbəli binalar tikmişdir və mənzillər sahiblərinə təhvil verilmişdir. Qeyd edilən ərazidə, yəni MTK-ya ayrılmış torpaq sahəsində, ünvan 8 ünvanındakı mənzilin sahibi İddiaçı ona məxsus 12 kv.m. sahəsi olan və 1923-cü ildə tikilmi ş və istismar müddəti başa çatmış qəzalı vəziyyətdə olan mənzili qəzalı olduğuna görə ətrafdakıların həyat və sağlamlığı üçün ciddi təhlükə yaradır. Belə ki, İddiaçı 12 kv.m. sahəsi olan və 1923-cü ildə tikilmiş, istismar müddəti başa çatmış, qəzalı vəziyyətdə olan mənzilin üzərində tikinti texniki normalarını kobud surətdə pozaraq əlavə 2 mərtəbə və mansard tikməklə mənzili qəzalı vəziyyətə salmışdır. Qeyd edilən mənzilin qəzalı vəziyyətə olub-olmaması və ətrafdakılar üçün real təhlükə yaradacağını nəzərə alınaraq, “MTK tərəfindən həmin mənzilə baxış keçirilməsi üçün FHN-nin Tikintidə X3 Agentliyinə müraciət edilmişdir. FHNnin Tikintidə X3 Agentliyi tərəfindən ünvan 9 ünvanda qeyd edilən mənzilə baxış keçirilmiş və bununla bağlı xx.xx.2022-ci il tarixdə müvafiq “Rəy” verilmişdir. Həmin “Rəy”də göstərilir ki, 3 mərtəbə və dam-mansardadan ibarət həmin mənzil layihəyə uyğun olmadan və tikinti normalarının kobud pozulması ilə qəzalı tikildiyinə görə mənzil qəzalı vəziyyətdədir və istismar üçün təhlükəlidir. Qeyd edilən mənzilin “Qəzalı” olması barəsindəki “Rəy”də müvafiq icra hakimiyyətinin məlumatlandırılması, sakinlərin köçürülməsi, evə daxil olan kommunikasiya xətlərinin (işıq, su, və qaz) kəsilməsi, ərazinin çəpərlənməsi və digər təxirəsalınmaz tədbirlərin görülməsi tələb edilir. İddiaçı məxsus, Bakı şəhəri, Mayakovski küçəsi, 7/3 və 7/4 saylı mənzillərin Memarlıq və şəhərsalma Baş idarəsi tərəfindən təsdiq edilmiş eskiz layihə əsasında yenidən tikilməsinə icazə verilməsi barəsində Bakı şəhəri, Nərimanov rayonu İcra hakimiyyəti tərəfindən xx.xx.2006-cı il tarixində 418 s aylı Sərəncam verilmişdir. Eyni zamanda sərəncamda göstərilib ki, mənzilin yerləşdiyi torpaq sahəsi Nərimanov Bələdiyyəsində sənədləşdirildikdən sonra tikintiyə başlansın. Sərəncamla müəyyən edilmiş eskiz layihəsində iki mənzilin tikintisinin ümumi sahəsi 277 kv.m. müəyyən edilmişdir. Sonradan həmin mənzillərdən Mayakovski küçəsi 7/3 ünvanda olan mənzil başqa şəxsin mülkiyyətinə keçmiş, daha sonra isə razılaşma yolu ilə MTK tərəfindən həmin mənzil alğı-satqı yolu ilə notarial qaydada alınmış və həmin mənzildə yaşayan sakinlərin ərazidən köçürülməsi təmin edilmişdir. Cavabdeh İddiaçı mülkiyyətində yalnız sahəsi 12 kv.m. olan Mayakovski küçəsi 7/4 saylı mənzil qalmışdır. İddiaçı sərəncamın tələbini pozaraq, yalnız özünə məxsus 12 kv.m. sahənin üzərində qeyd edilən qanunsuz və qəzalı tikililə ri aparmışdır. FHN-nin Tikintidə X3 Agentliyinin verdiyi “Rəy”də göstərilən qəzalı evdə təxirəsalınmaz tədbirlərin görülməsi üçün FHN tərəfindən xx.xx.2022-ci il tarixdə Nərimanov rayon İcra Hakimiyyətinə, "xxxx" QSC və "xxxx" ASC-yə rəsmi məktubla müraciət edilmişdir.

16. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirmişdir ki, 2014-cü il sərəncamı ilə cavabdehə tikintiyə icazə verilmişdir. Yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsi qarşılıqlı razılıq əsasında MTK-ya həvalə edilmişdir. İddiaçının yaşayış sahəsi də həmin əraziyə düşmüşdür. Daha sonra Nərimanov Rayon Məhkəməsində iddia qaldırılıb, Bakı Apellyasiya Məhkəməsində iddia tələbindən imtina edilmiş, onların maddi zərərlə bağlı tələbi isə təmin edilməmişdir. Evin sahəsi çöldən-çölə 502 kv. m. olmuşdur. Digər mülkiyyətçilərdə əvəz olaraq mənzil sahəsi ilə təmin edilmə zamanı sahə çöldən-çölə hesablanmışdır. Bu ədalətli bölüşdürmə nəzərə alınarsa, onlarda da çöldən-çölə hesablanmalıdır. Mənzil özbaşına tikili deyildir, iddiaçının mülkiyyət hüququ tanınmalıdır. Qarşılıqlı iddianın isə hüquqi əsası yoxdur, həmçinin qarşılıqlı iddia üzrə tələb artıq məhkəmə mübahisəsi olduğundan və cavabdeh iddiasından imtina etdiyindən qarşılıqlı iddia üzrə icraata xitam verilməlidir.

17. Məhkəmə tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/2424 saylı ekspert rəyi ilə, Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi tər əfindən verilmiş 16 fevral 2022-ci il tarixli mütəxəssis rəyinə əsasən, ünvan 5 ünvanında yerləşən 3 mərtəbəli fərdi yaşayış evi qəzalı vəziyyətdədir və istismar üçün təhlükəlidir. Eyni zamanda həmin evin qəzalı vəziyyətə düşməsi yaşayış evinin 2006-cı ildə təsdiq edilmiş layihəyə uyğun olmadan və tikinti norma qaydaları kobud şəkildə pozulmaqla inşa olunması nəticəsində yaranmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi tərəfindən 16 fevral 2022-ci il tarixli mütəxəssis rəyinə əsasən, ünvan 5 ünvanında yerləşən 3 mərtəbəli, fərdi yaşayış evi qəzalı vəziyyətdə və istismar üçün təhlükəli olduğunu nəzərə alaraq, həmin evin əvvəlki vəziyyətinə gətirilməsi üçün nə qədər vəsait tələb olunmasını müəyyən etmək mümkün deyildir. ünvan 5 ünvanında yerləşən 3 mər təbəli fərdi yaşayış evi Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli 418 saylı sərəncama və xx.xx.2006-cı il tarixdə təsdiq edilmiş eskiz layihəsinin məlumatları ilə, tədqiq olunan evin faktiki vəziyyəti, ölçüləri, sahələri və digər texniki parametrləri üzləşdirilərkən, həmin evin göstəriciləri və mərtəbəliliyi 2006-cı il tarixli eskiz layihəyə uyğun deyildir, eləcə də zirzəmi həmin layihədə nəzərdə tutulmamışdır.

18. Eyni zamanda mütəxəssis rəyinə əsasən fərdi yaşayış evi 2006-cı ildə təsdiq edilmiş layihəyə uyğun olmadan və tikinti norma qaydaları kobud şəkildə pozulmaqla inşa olunmuşdur. ünvan 5 ünvanında yerləşən 3 mərtəbəli fərdi yaşayış evinin ümumi sahəsinin 289,4 kv.metr təşkil etdiyi müəyyən edilmişdir (sahələr ayrı-ayılıqda və xarici ölçüləri təd qiqat hissəsində ətraflı göstərilmişdir). Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi tərəfindən verilmiş 16 fevral 2022-ci il tarixli mütəxəssis rəyinə əsasən, ünvan 5 ünvanında yerləşən 3 mərtəbəli fərdi yaşayış evinin qəzalı vəziyyətdə və istismar üçün təhlükəli olduğunu nəzərə alaraq, həmin evin mövcud bazar dəyərinin nə qədər təşkil etməsinə dair tədqiqat aparılmadı. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin mütəxəssisi tərəfindən tərtib olunmuş 25 dekabr 2020-ci il tarixli mütəxəssis rəyinə əsasən, MTK tərəfindən inşa olunması nəzərdə tutulan hündürmərtəbəli yaşayış binası ilə Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi, 7 saylı evin 4 nömrəli fərdi yaşayış evi arasındakı məsafənin Şəhərsalma və Tikinti Məcəlləs inin 69-cu maddəsinin tələblərinə uyğun olduğu müəyyən edilmişdir. Qeyd edilən məsafənin Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin tələblərinə uyğun olduğunu nəzərə alaraq qərardadın bu sualının ikinci hissəsi üzrə tədqiqat aparılmadı.

19. Məhkəmə tərəfindən təyin edilmiş "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, ünvan 11 ünvanında yerləşən mənzil və üzərindəki tikilinin ümumi sahəsi 289,5 kv.m. və üzərindəki tikilinin yerləşdiyi ərazidə analoji mənzillərin 1 kv.m-nin dəyəri xx.xx.2023-cü il tarixinə 830 manat təşkil edir.

20. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(005)-807/2023 nömrəli, 24 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Nərgiz Tağıyeva) ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddian ın isə təmin edilərək cavabdeh İddiaçı məxsus ünvan 6 ünvanda yerləşən mənzilin sökülməsi üçün MTK-ya təhvil verilməsi; ünvan 6 ünvanda yerləşən mənzilin əvəzinə İddiaçı həmin ərazidə MTK tərəfindən inşa edilmiş, istismara verilmiş, məskunlaşmış, çıxarışlarla təmin edilmiş binanın A blokunda 4-cü mərtəbədə yerləşən 1 ədəd 3 otaqlı, ümumi sahəsi 137,8 kv.m., A blokun 4-cü mərtəbəsində 1 ədəd 2 otaqlı, ümumi sahəsi 93,5 kv.m. və B blokunda 1 ədəd 1 otaqlı, ümumi sahəsi 59,9 kv.m olan mənzillərin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı təhvil verilməsi, təhvil veriləcək mənzillərin hər kv.m-nin təmiri üçün 150 manat məbləğində pulun qarşılıqlı iddia üzrə iddiaçı MTK tərəfindən qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ödənilməsi qət edilmişdir.

21. Birinci instansiya məhkəməsi qənaətində qeyd etm işdir ki, torpaq sahəsinin mülkiyyətçisinin xx.xx.2014-cü il tarixli razılıq məktubu, MTK-nın xx.xx.2014-cü il tarixli müraciəti və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2014-cü il tarixli çıxarışı nəzərə alınaraq, ünvan 2 ünvanda mülkiyyətdə olan 0,14 ha və ona bitişik torpaq sahəsində (icarə əsasında) yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün həmin Kooperativə icazə verilmişdir. Həmin sərəncam Nərimanov rayonunun ərazisində abadlıqquruculuq işlərinin davam etdirilməsi, yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, binaların sökülərək yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və həmin mənzillərdə yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Həmin sərəncam mənzillərin mülkiyyətçidən alınması deyil, məh z, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz, müasir standartlara cavab verən yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı və müasir tələblərə uyğun vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşımışdır.

22. İş üzrə Bakı şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamı insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və əlverişli yaşayış mühitinin təmin edilməsi məqsədini daşıyır. Bu istiqamətdə hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi müvafiq tikinti şirkətinin üzərinə bir vəzifə kimi qoyulmuşdur. Həmin sərəncam Mənzil Məcəl ləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi nöqteyi nəzərindən də icra olunmalıdır.

23. Mübahisələndirilən mənzilin qəzalı vəziyyətdə olması ekspert rəyləri ilə təsdiq olunmuşdur. Belə ki, iddiaçının qəzalı vəziyyətdə olan, tikinti standartlarına uyğun olmayan və tikinti norma qaydalarını ciddi surətdə pozulmaqla inşa etdiyi mənzildən çıxarılmaması həmçinin mənzil münasibətləri sahəsində dövlətin vəzifələrinin yerinə yetirilməsinə, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin reallaşdırılması və qəzalı mənzil fondunun yenidən qurulması prosesinin həyata keçirilməsinə maneəçilik törədir. Qəzalı evin mülkiyyətçisinin qeyd edilən hərəkətləri məhz hüquqdan sui-istifadədir, iddiaçı qanunla tanınan və qorunan mülkiyyət hüququndan cəmiyyətə ziyan vura n şəkildə suiistifadə edir ki, onun bu hüquqdan sui-istifadəsinə yol verilməməlidir. Bu sui-istifadə isə mülkiyyətçinin MTK-dan əsassız olaraq real olmayan qiymət və ya böyük ölçülü mənzillər tələb etməsində, yaşayış üçün tam yararsız və qəzalı olan mənzildə israrla yaşamağa davam etməsində ifadə olunur.

24. Məhkəmə hesab etmişdir ki, iddiaçı yaşayış evinin 502 kv.m. olduğunu bildirsə də, bu halı təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə ekspert rəyləri ilə yaşayış evinin sahəsinin 289,5 kv.m. olduğu müəyyən edilmişdir. Həmçinin iddiaçı yaşayış evinin sahəsinə 20-30 faiz əlavə edilməli olduğunu bildirsə də, bunun hər hansı bir qanuni əsası müəyyən edilməmişdir. Eləcə də iddiaçı cavabdeh tərəfindən bina inşa edilərkən ara məsafəsinin gözlənilmədiyinə, bununla da h əmin mənzildə yaşamaq hüququnun pozulduğuna istinad edərək mənzilinin əvəzinə cavabdeh tərəfindən yeni mənzilin verilməli olduğuna istinad etsə də ekspert rəyləri ilə MTK tərəfindən inşa olunmuş yaşayış binası ilə Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi, 7 saylı evin 4 nömrəli fərdi yaşayış evi arasındakı məsafənin Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin tələblərinə uyğun olduğu müəyyən edilmişdir. Eyni zamanda iddiaçı qeyd edilən mənzilin istismara təhlükəli vəziyyətə düşməsində cavabdehin təqsiri olduğunu bildirsə də, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə MTK-nın iddiaçının mənzilinə hər hansı bir zərər vurmadığı müəyyən edilmişdir. İddiaçı yaşayış evinin qəzalı olmasına, tikinti normalarının əhəmiyyətli dərəcədə pozulması ilə inşa edilməsinə baxmayaraq, hər ha nsı bir sübut təqdim etmədən mübahisələndirilən mənzil üçün kifayət qədər yüksək əvəz tələb etmişdir.

25. Məhkəmə qarşılıqlı iddia ilə bağlı qeyd etmişdir ki, hazırkı qarşılıqlı iddia tələbinin hüquqi əsası kimi mənzilin qəzalı vəziyyətdə olduğunu müəyyən edən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin 16 fevral 2022-ci il tarixli rəyi çıxış edir. Belə ki, mülkiyyətçiyə MTK tərəfindən istismara verilmiş, məskunlaşmış, çıxarışlarla təmin edilmiş, həmin ərazidə inşa edilmiş binanın A blokunda 4-cü mərtəbəsində yerləşən 1 ədəd 3 otaqlı ümumi sahəsi 137,8 kv.m, A blokun 4-cü mərtəbəsində 1 ədəd 2 otaqlı ümumi sahəsi 93,5 kv.m mənzil və B blokunda 1 ədəd 1 otaqlı, ümumi sahəsi 59,9 kv.m. olan mənzillər təklif etmişdir.

26. Məhkəmə ekspert rəyinə işin digər araş dırılmış halları və sübutları ilə qiymət verərək qeyd etmişdir ki, hazırkı işin halları baxımından qarşılıqlı iddia üzrə iddiaçının təklifi ağlabatan olmaqla ədalətli olmuşdur. Belə ki, əmlakın sökülməsi müqabilində təqdim edilən əvəz mülkiyyətçini əvvəlki vəziyyəti ilə müqayisədə əliverişsiz vəziyyətə salmamaqla, mülkiyyət hüquqlarının təmin edilməsinə mane olmur. Bu zaman həmçinin nəzərə alınmalıdır ki, insanların həyat və sağlamlığı üçün təhlükə kəsb edən mübahisəli mənzilin sökülməsində ictimai marağın olması da işin mübahisəsiz halıdır.

27. Məhkəmə qeyd olunanlara əsasən hesab etmişdir ki, qarşılıqlı iddia üzrə cavabdehin qəzalı mənzildə yaşaması qanunvericiliyin tələblərinə zidd olmaqla bərabər, ətrafdakılar üçün təhlükə yaratmaqla ictimai marağı da zədələyindən sökülməlidir. Eyni zamanda, qarşılıqlı iddia üzrə iddiaçının təklif etdiyi əvəz kifayət qədər ədalətli və mütənasib olmuşdur.

28. Həmçinin məhkəmə qeyd etmişddir ki, MTK təhvil veriləcək mənzillərin təmir edilməsini də təklif etsə də, İddiaçı həmin təklifi qəbul etməmiş, onların təmirinin keyfiyyətsiz olduğunu bildirmişdir. Bu səbəbdən məhkəmə mənzillərin təmiri üçün hər kv.m.-ə görə 150 manat məbləğində pulun verilməsini ağlabatan və məqsədəuyğun hesab etmişdir. Belə ki, mövcud vəziyyətdə qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə yaşayış sahələrinin yenidən qurulmasına dair tədbirlərin həyata keçirilməsinə maneəçilik törədilməsi, mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə et məsinə yol açır. Hazırkı mübahisə nəinki mübahisələndirilən mənzilin mülkiyyətçisi üçün, eyni zamanda ətraf ərazidə yaşayanlar üçün təhlükə törətməklə ictimai ədalət prinsipinin pozulmasına səbəb olmuşdur.

29. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı Azərbaycan Respublikası Konstitusiyanın 13, 29-cu maddələrinə, 43-cü maddəsinin İİ hissəsinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 1075.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1, 5 və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarına, Azərbaycan Respublikası Şəhərsalma və Tiki nti Məcəlləsinin 4.1, 4.2, 17-ci maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10, 15, 28.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.2, 216-220, 233-cü maddələrinə istinad edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

30. Qətnamədən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını və ya qarşılıqlı iddia üzrə icraata xitam verilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir.

31. Apellyasiya şikayəti iddia ərizəsinə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, göstərilən ərazidə İddiaçı və qonşuların mülk iyyətində fərdi yaşayış evləri mövcud olmasına baxmayaraq, yaşayış və qeyri-yaşayış mülkiyyətçilərinin əvvəlcədən razılığı olmadan Bakı şəhər İcra Hakimiyyəti başçısının 24 oktyabr 2014-cü il tarixli 505 saylı sərəncamı ilə ünvan 12 ünvanda 0,14 ha və ona bitişik torpaq sahəsində (icarə əsasında) yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün həmin Kooperativə icazə verilmiş, sərəncamın 1.1.-ci bəndinə əsasən ərazidə yerləşən yaşayış və qeyriyaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsinin MTK tərəfindən həll edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi qeyd olunan qanunvericiliyin normalarını nəzərə almamışdır. Ən azından, qüvvədə olan sərəncamda qeyd edilib ki, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinl ərin əvvəlcədən köçürülməsi və vəsaitin ödənilməsi MTK tərəfindən həll edilməlidir. MTK isə ərazidə hündürmərtəbəli yaşayış evi tikdikdən sonra həmin ərazidə ona məxsus yaşayış evini əvvəlcə 265.000 manat, sonra isə dəyərindən 2 dəfə az yaşayış sahəsi verməklə əlindən almaq istəyir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli olduğu halda, yalnız qarşılıqlı iddia üzrə iddiaçının mövqeyini nəzərə almaqla qətnamə qəbul etmişdir. Belə ki, ilk iddia üzrə cavabdeh məhkəmə araşdırmasında iddia tələbində istinad etdiyi - MTK tərəfindən istismara verilmiş və məskunlaşmış, çıxarışlarla təmin edilmiş, A blokunda 4-cü mərtəbədə yerləşən 1 ədəd 3 otaqlı ümumi sahəsi 137,8 kv.m, A blokun 4-cü mərtəbəsində 1 ədəd 2 otaqlı ümumi sahəsi 93,5 kv.m. mənzil və B blokunda 1 ədəd 1 otaqlı sahəsi 59,9 kv.m. sahəsi olan mənzillərlə bağlı hər hansı hüquqmüəyyənedici sənəd (order, müqavilə, çıxarış) təqdim etməmiş, yalnız hansısa mənzilə aid təsdiq olunmamış layihədən çıxarışı təqdim etməklə kifayətlənmişdir. Bu barədə tərəfindən dəfələrlə vəsatət verilsə də, məhkəmə əsassız olaraq vəsatəti təmin etməmiş və mənzillərlə bağlı sənəd təqdim etməsini qarşı tərəfdən tələb etməmişdir.

32. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı tələblərinin əsası kimi istinad etdikləri halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, cavabdeh tərəfdən məhz onun dediklərinin etiraf etməli olmasını bildirmişdir. Ən azından iddia tələbində istinad edilən mənzillərin mövcudluğu bar ədə hər hansı sübut yoxdur. Eləcə də, tərəfindən əvvəlki məhkəmə çəkişməsi üzrə əldə olunmuş sübutlar məhkəməyə təqdim edilsə də, məhkəmə həmin sübutlara hüquqi qiymət verməmişdir. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə, məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməli olduğu halda, birinci instansiya məhkəməsi işin hallarını düzgün araşdırmamışdır. Məhkəmə yalnız qarşı tərəfin şifahi formada istinad etdiyi dəlillərə əsaslanmış, əvvəllər eyni mübahisə predmeti üzrə qarşı tərəfin iddiadan imtina etməsinə əhəmiyyət verməmiş, eləcə də mübahisəni düzgün araşdırmamışdır. Hazırkı iş üzrə bir-birinə zidd ekspert rəyləri mövcuddur. Məhz mübahisəli yaşayış evinin daxili ölçülərinin 380 kv.m. və dəyərinin 700.000 manat olması barədə Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/5565 saylı ekspert rəyi, yaşayış evinin yararlı vəziyyətdə olması barədə X1 xx.xx.2021ci il tarixli 139 saylı ekspert rəyi və yaşayış evinin ümumi sahəsinin 380 kv.m. və dəyərinin 850.000 manat olması barədə "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli 1 saylı ekspert rəyləri mövcud olduğu halda, məhkəmə birtərəfli qaydada yalnız Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyinə və "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli rəyinə istinad edərək əsassız qətnamə qəbul etmişdir. Bu barədə tərəfind ən təkrar ekspertiza təyin edilməsi barədə vəsatəti isə təmin edilməmiş, hətta mübahisəyə obyektiv baxılmasını təmin edilməsi məqsədilə yerində baxış keçirilməsi barədə vəsatət verilsə də, bu barədə vəsatəti də rədd edilmişdir. Hətta sonuncu dəfə "xxxx" MMC-nin mütəxəssis C.Ə.Məmmədkərimov xx.xx.2023-cü ildə yaşayış evinə baxış keçirərkən, yaşayış evinin uznluğunun 17 metr, eninin isə 7,45 metr olmaqla, 1 mərtəbənin 126,65 metr, cəmi isə 506,6 kv.m. olması barədə yazılı və imzalı formada qəbz vermişdir (surəti məhkəməyə təqdim edilib). Lakin ekspert rəyini tanımadığı və evə baxış keçirməyən Abdul Nuriyev adlı şəxs imzalayıb.

33. Apellyasiya baxışı zamanı İddiaçı yazılı ərizə ilə məhkəməyə müraciət mülki iş üzrə tərəflər arasında sonuncu barışıq olaraq 650.000 manat kompensasiya ödəniləcəyi təqdirdə iddianın bu formada təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Həmin vaxt MTK bu məbləğlə razılaşmasa da 2024-cü ilin sentyabr ayında, yəni mülki iş ekspertiza təyin olunması ilə əlaqədar Məhkəmə Ekspertiza Mərkəzində olarkən MTK tərəfindən məhkəməyə müraciət edilərək iddiaçının iddiası üzrə mənzilin dəyəri kimi qiymətləndirdiyi 650.000 manatı qəbul etdiyini və ondan alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını bildirmişdir. Ekspertiza rəyi məhkəməyə daxil olduqdan sonra iddiaçı bu dəfə daha artıq məbləğdə kompensasiya istədiyini bildirmişdir. Sonuncu məhkəmə iclasında isə MTK-nın nümayəndələri mübahisənin birdəfəlik yekunlaşması məqsədi ilə tələb edilən 650.000 manat kompensasiyanın artıraraq 660.000 manat olmasını təklif edərək ödəməyə hazır olduğunu bildirmi şdilər.

34. Mülki iş apellyasiya icraatında olarkən həqiqətin müəyyən edilməsi məqsədi ilə mülki iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və alınmış ekspertizanın 10 yanvar 2025-ci il tarixli rəyinə əsasən, İddiaçı İslam oğlunun Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi, 7 saylı evin 4 saylı mənzilinin yerləşdiyi hissədə inşa edilmiş tikilinin (fərdi yaşayış evinin) çöldən-çölə hesablandıqda ümümi sahəsi 345,1 kv. metr (birinci mərtəbənin uzunluğunun 16,65 metr, eninin 7,0 metr, ikinci mərtəbənin uzunluğunun 16,65 metr, eninin 6,55 metr, üçüncü mərtəbənin uzunluğunun 16,65 metr, eninin 6.55 metr, zirzəminin eni 2,80 metr, uzunluğu 3,80 metr, olduğu müəyyən edilmişdir. İddiaçı İslam oğlunun Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi, 7 saylı evin 4 say lı mənzilinin yerləşdiyi hissədə inşa edilmiş tikilinin (fərdi yaşayış evinin) ümümi sahəsinin işdə olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/5565 saylı ekspert rəyində göstərilən 380 kv.metr sahə mülki iş materiallarına əlavə olunmuş İddiaçı İslam oğlunun Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi, 7 saylı evin 4 saylı mənzilə dair tərtib olunmuş layihədə (müvafiq qurumlarla razılaşdırmamış layihədə göstərilən sahələr əsasında) göstərilən sahələr nəzərə alınmaqla rəy tərtib edilmişdir. Lakin xx.xx.2023-cü il tarixli 10/2424 saylı rəydə göstərilən sahələr mənzildə yerləşən tikililərin faktiki sahələri əsasında tərtib olunmuş, lakin mənzilin zirzəmi mərtəbəsində yerləşən 10,6 kv. metr sahə göstərilməmişdir. İddiaçı İslam oğlunun Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi, 7 saylı evin 4 saylı (mənzil) fərdi yaşayış evinə və həmin ərazidə yerləşən analoji fərdi yaşayış evinə uyğun analoji məlumatlar, yəni satışına və qiymətinə dair qiymətlər olmadığından həmin daşınmaz əmlakların bazar dəyərini müəyyən etmək mümkün olmamışdır. MTK-nın təklif etdiyi mənzillərin qapıları bağlı olduğundan, yəni tədqiqat obyekti təqdim edilmədiyindən, mənzillərə dair uyğun analoji məlumatlar, yəni satışına və qiymətinə dair qiymətlər olmadığından qərardadın bu sualı üzrə tədqiqat aparılmamışdır.

35. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-154/2025 nömrəli, 10 mart 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Elşən Kazımov (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və İkram Şirinov ) apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, İddiaçı cavabdeh MTK-ya qarşı söküntü ilə bağlı kompensasiya ödənilməsi barədə iddiası qismən təmin edilmiş, İddiaçı tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsindəki 7 saylı evin 4 saylı mənzilinin yerləşdiyi hissədə inşa etdiyi tikili (fərdi yaşayış evi) sökülməsi üçün MTK-ya təhvil verilsin və əvəzində 660.000 manatın tutularaq ona ödənilməsi, tikilinin (fərdi yaşayış evinin) təhvil verilməsi ilə pulun tutulmasının eyni vaxtda icra olunması, ilk iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı MTK-nın cavabdeh İddiaçı qarşı qəzalı mənzil barədə qarşılıqlı iddiasının isə təmin edilməməsi qət olunmuşdur.

36. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsindəki 7 saylı evin 4 saylı mənzilinin yerləşdiyi hissədə inşa etdiyi tikilinin (fərdi yaşayış evinin) çöldən-çölə hesablandıqda ümumi sahəsinin, yəni eni və uzunluğu göstərilməklə nə qədər təşkil etməsinə, eləcə də ümumi sahəsinin işdə olan xx.xx.2022-ci il tarixli ekspert rəyində 380 kv.metr, xx.xx.2023-cü il tarixli rəyində isə 289,4 kv.metr müəyyən edilməsinin səbəblərinin, yəni ölçülərin fərqli olmasının hansı hissələrlə bağlı olduğuna sonuncu ekspert rəyində aydınlıq gətirilmişdir. Buna baxmayaraq, tikilinin hazırkı bazar dəyəri, eləcə də MTK-nın təklif etdiyi mənzillərin təmirsiz və təmirli vəziyyətdə real bazar dəyərinin isə (1 kv. metrinin dəyəri də göstərilməklə) müəyyən edilməsi mümkün olmamışdır. Ancaq mübahisə predmeti olan tikili ilə bağlı həm əvvəlki iş, həm də hazırkı iş üzrə alınmış çoxsaylı qiymətləndirmə və ekspert rəyləri əsasında iş üzrə yekun nəticəyə gəlinməsi mümkün hesab edilir. Çünki tərəflər arasında mübahisə predmeti olan fərdi yaşayış evi ilə bağlı uzun illərdir ki, məhkəmə mübahisələri davam edir. Bundan əvvəlki mübahisənin hansı nəticə ilə yekunlaşdığı işdə olan məhkəmə aktları, o cümlədən iş materiallarından açıq-aydın bəlli olur. Buna baxmayaraq, tərəflər bir-birinə qarşı yenidən hazırkı iş üzrə ilkin və qarşılıqlı iddialarla məhkəməyə müraciət ediblər. Belə ki, iddiaçı evinin ümumi sahəsinin 502 kv.m. olduğuna və həmin evin yaxınlığında cavabdeh tərəfindən tikinti işlərinin aparıldığına, evin yerləşdiyi torpaq sahəsinin cavabdehin istifadəsinə verildiyinə istinad edərək yaşayış evinin əvəzində MTK tərəfindən inşa edilmiş binada 20-30 faiz əlavəsi ilə birlikdə yaşayış sahəsi ilə təmin olunmasını, MTK isə qarşılıqlı iddia ilə İddiaçı məxsus evin yerləşdiyi torpaq sahəsinin MTK-nın icarəsinə verildiyinə, torpaq vergisinin onun tərəfindən ödənildiyinə, evin qəzalı vəziyyətdə olduğuna və binanın sakinləri üçün təhlükə daşıdığına və sair hallara istinad edərək evin sökülməsi müqabilində 3 təmirli (və ya təmir xərci ilə birlikdə) mənzilin verilməsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Göründüyü kimi, tərəflərin bir-birinə qarşı hazırkı iddiaları əvvəlkindən fərqlənsə də, nəticə etibarı ilə hər iki tərəfin yenə də nail olmaq istədikləri məqsəd oxşar hesab edilir. Bu hallar bir daha ona dəlalət edir ki, iddiaçı qəzalı vəziyyətdə və yaşayış üçün yararsız vəziyyətlə olan evini sökü lməsi və əvəzində mənzil və ya bazar dəyərini almaq məqsədi ilə MTK-ya vermək mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur.

37. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, məhkəmə tərkibinin israrlı təşəbbüsünə baxmayaraq tərəflər əvvəlcə bir-birinin təklifini qəbul etməmişlər. Ancaq mübahisə də həll edilməmiş kimi qalmamalıdır. Çünki tərəflərin bu vəziyyətdə qalması hər iki tərəfin mənafeyinə uyğun olmamaqla yanaşı, çoxsaylı bina sakinlərinin maraqlarını pozur, üstəlik mübahisə predmeti olan tikilinin qəzalı vəziyyətdə və yaşayış üçün təhlükəli olması həm bina sakinlərinin və digər şəxslərin, o cümlədən iddiaçının və ailə ü zvlərinin həyat və sağlamlığı üçün real təhlükə yaradır. Ona görə də mübahisənin birdəfəlik həlli baxımından hər iki tərəfin mənafeyi nəzərə alınmaqla ədalətli nəticəyə gəlinməlidir. MTKnın mövqeyi də iddiaçının mülkiyyət hüququnu bu və ya digər formada pozmur və onu bundan məhrum etmir. Əksinə, onun mülkiyyətinin ədalətli qaydada, mütənasib olaraq mənzilinin qanuni sahəsindən dəfələrlə, eləcə də faktiki sahəsindən artıq olmaqla əvəzinə müasir tələblərə cavab verən eyni ünvanda, yeni inşa olunmuş binada təmirli yaxud təmir xərci ödənilməklə təmirsiz 3 mənzili onun mülkiyyətinə verməyi təklif edir. MTK-nın şəhərin müasir tələbinə cavab verməyən iddiaçıya məxsus tikilinin sökülərək yerində abadlaşdırma və yaşıllaşdırma işləri aparması və artıq sahəyə malik mənzil verməsi söküləcək tikiliyə g örə ədalətli və mütənasib təklifdir. Lakin iddiaçı ilə belə razılıq əldə etmək mümkün olmadığından ərazidə standartlara uyğun, yeni yaşayış massivinin salınmasının icrasına maneçilik yaradır. İddiaçı yeni mənzillərin dəyərinin söküləcək tikilinin dəyərindən az olmasını xüsusi olaraq bəyan etmir, əksinə söküləcək qəzalı və yaşayış üçün təhlükəli olan tikilinin real bazar dəyərinin yeni təmirli mənzillərin dəyərindən aşağı olduğu açıq-aşkar görünür. Eyni zamanda yeni mənzillər köhnə mənzilin yanında, yəni eyni ərazidəki binadan verilməsi təklif olunur. Bu cür vəziyyətdə, həm dəyəri, həm digər şəraiti və halları baxımından söküləcək qəzalı və təhlükəli tikilidən fərqlənən yeni mənzil, əksinə İddiaçı istəyinə və maraqlarına uyğundur. Lakin İddiaçı daha artıq sayda və ölçüdə mənzillər yaxud sök üləcək tikilinin real bazar dəyərinə adekvat olmayan kompensasiya əldə etməyə nail olmaq istəyi və arzusu anlaşılan olsa da bu hal digər tərəfin də hüquqlarını pozmamalı və mənafeyinə zidd olmamalıdır.

38. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 152.5, 152.6, 180.1, 180.2, 180.4, 560.1, 560.2-ci, Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1, 4.2, 4.2.1, 4.2.2, 7.0, 7.0.1, 7.0.2, Mənzil Məcəlləsinin 3.1, 15, 28.1, 28.3, 28.4-cü və Mülki Prosessual Məcəllənin 14, 77.1, 82.3 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

39. Qətnamədən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilm əsini, ilk iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

40. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğu halda, cavabdeh MTK öz tələbini əsası kimi istinad etdiyi heç bir halı sübut edə bilməmişdir. Məhkəmə heyəti tərəfindən də mübahisəli ünvana baxış keçirilmiş, İddiaçı məxsus fərdi yaşayış evinin 3 mərtəbəli və mansardlı olması müəyyən edilmişdir. Buna baxmayaraq, iddiaçıya məxsus evin mansardının hündürlüyünün 155 sm olması əsası ilə həmin sahəni tikinti sahəsinə aid etməmişdir.

41. Məhkəmə kollegiyası iddia tələblərindən kənara çıxaraq, kompensasiya olaraq mülkiyyətçi İddiaçı yaşayış sahələri vermək əvəzinə, yaşayış sahəsinin dəyərindən aşağı məbl əğdə pul vəsaiti verməklə kifayətlənmişdir. Hər hansı məbləğ ilə tərəflər arasında razılaşma olduğu təqdirdə, bu hal barışıq sazişi ilə həll oluna bilərdi ki, yekun razılaşma mövcud deyildir.

42. Həmçinin, iş üzrə bir-birinə zidd ekspert rəyləri mövcuddur. Məhz mübahisəli yaşayış evinin daxili ölçülərinin 380 kv.m. olması barədə xx.xx.2022-ci il tarixli ekspert rəyi, yaşayış evinin yararlı vəziyyətdə olması barədə xx.xx.2021-ci il tarixli ekseprt rəyi və yaşayış evinin ümumi sahəsinin 380 kv.m. olması barədə "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli ekspert rəyləri mövcud olduğu halda, məhkəmələr birtərəfli qaydada yalnız xx.xx.2023-cü il tarixli rəyinə və "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli rəyinə istinad etmişlər. Məhkəmə araşdırması müddətində, ölçmə işlərini həyata keçirən mütəxəsi sslər öz əlyazma və imzaları ilə yaşayış evinin ölçülərinin çöldən-çölə 506,6 kv.m. olması barədə arayış vermişlər. Yəni, məhkəmənin təşəbbüsü əsasında ölçmə işləri aparan "xxxx" MMC-nin mütəxəssisi xx.xx.2023-cü ildə yaşayış evinə baxış keçirərkən, yaşayış evinin uzunluğunun 17 metr, eninin isə 7,45 metr olmaqla, 1 mərtəbənin 126,65 metr, cəmi isə 506,6 kv.m. olması barədə yazılı və imzalı formada qəbz vermişdir (surəti məhkəməyə təqdim edilib). Lakin ekspert rəyini evə baxış keçirilməsində iştirak etməyən Abdul Nuriyev adlı şəxs imzalamışdır. Ölçmə işlərində uyğunsuzluq olmasının əsas səbəbi, iddiaçının mülkiyyətində olan evin mansard hissəsinin ekspertlər tərəfindən nəzərə alınmaması olmuşdur. Halbuki, iddiaçının mansard sahəsinin mövcudluğu bürtün ekspert və mütəxəssis rəyləri ilə təsd iqq edilmiş, lakin mansard sahəsinin hündürlüyünün cəmi 5-10 sm aşağı olması əsası ilə, ölçüləri nəzərə alınmamışdır.

43. İddiaçı tərəfindən qarşılqlı iddia üzrə icraata xitam verilməsi barədə yazılı və şifahi vəsatətlər verilsə də, həmin vəsatətlər birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən təmin edilməmişdir. Məhkəmə kollegiyası yalnız qarşı tərəfin şifahi formada istinad etdiyi dəlillərə əsaslanmış, əvvəllər eyni mübahisə predmeti üzrə qarşı tərəfin iddiadan imtina etməsinə əhəmiyyət verməmiş, eləcə də mübahisəni düzgün araşdırmamışdır.. Kassasiya şikayətinə qarşı verilmiş etirazın dəlilləri:

44. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) MTK iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə qarşı yazılı etiraz vermiş, etirazında kassa siya şikayətinin dəlillərinin əsassız olduğunu qeyd edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası.

45. Maddə 13-İ hissəsi Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

46. Maddə 29. mülkiyyətçinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolu.

47. Maddə

1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

48. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

49. Maddə 6.3. Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər.

50. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.

51. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.

52. Maddə 152.1. Mülk iyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

53. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

54. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsa lma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

55. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

56. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

57. Maddə 425.1 və 425.2. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər bi ri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

58. Maddə 459.1. Zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir.

59. Maddə 459.5. Əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər.

60. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

61. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi.

62. Maddə 4.1. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ə razilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin qorunmasından ibarətdir.

63. Maddə 4.2. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri aşağıdakılardır: 4.2.1. Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi; 4.2.2. Azərbaycan Respublikası ərazisində insan üçün əlverişli və sağlam yaşayış, iş və istirahət mühitinin yaradılması baxımından fərqlə rin azaldılması və tədricən aradan qaldırılması.

64. Maddə 7.0. Azərbaycan Respublikasında şəhərsalma və tikinti fəaliyyəti aşağıdakı prinsiplər əsasında həyata keçirilir: 7.0.1. sağlam və təhlükəsiz yaşayış, iş və istirahət şəraiti ilə bağlı sosial minimumların təmin edilməsi; 7.0.2. təhlükəsizliyin təmin edilməsi. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi.

65. Maddə 3.1. Mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər.

66. Maddə

15. Yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiy ena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir.

67. Maddə 28.1. Mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır.

68. Maddə 28.3. Mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə t ərəfindən qərar qəbul edilə bilər. Həmin qərarda qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) təmiri üçün ağlabatan müddət müəyyən olunmalıdır. Bu təmir qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən və onun hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

69. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

70. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

71. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertləri n rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

72. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

73. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

74. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

75. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə o lunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

76. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

77. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

78. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadınıqismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya inst ansiyası məhkəməsinə göndərə bilər.

79. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri:

80. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsi nin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

81. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) tərəfindən ilk iddianın təmin edilməyən hissəsində qismən mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı qeyd olunan hissədə qismən yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

82. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə apellyasiya instansiya məhkəməsinin mübahisə ilə bağlı gəldiyi nəticə ilə qismən razılaşmır.

83. Belə ki, kassasiya instansiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsini kassasiya qaydasında yoxlayarkən, “İddiaçı tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsindəki 7 saylı evin 4 saylı mənzilinin yerləş diyi hissədə inşa etdiyi tikilinin (fərdi yaşayış evi) sökülməsi üçün MTK-ya təhvil verilməsinə görə ona ödənilməli kompensasiyanin 660.000 (altı yüz altmış min) manat məbləğində müəyyən edilməsi” hissəsində ilk iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, məhkəmə tərəfindən işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsini müəyyən etmişdir.

84. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə, qeyd olunan hissə istisna olmaqla, digər hissələrdə işin həqiqi hallarına uyğun olmaqla, iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlinmişdir.

85. İşin məhkəmələr tərəfin dən müəyyən edilmiş hallarından görünür ki, Nərimanov rayonu, Mayakovski küçəsi 7 saylı evin 1 otaqlı, 4 saylı fərdi yaşayış evi xx.xx.2003-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən İddiaçı mülkiyyətindədir. xx.xx.2003-cü il tarixli qeydiyyat vəsiqəsində evin yaşayış sahəsi 12 kv.m. göstərilmişdir. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 11 sentyabr 2006-cı il tarixli sərəncamı ilə İddiaçı ona məxsus evin yerləşdiyi torpaq sahəsi Nərimanov Bələdiyyəsində sənədləşdirildikdən sonra həmin evi söküb, Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış eskiz layihəyə uyğun yenidən tikilməsinə icazə verilmişdir. İddiaçı həmin yaşayış sahəsi üzərində tikinti işləri aparmış, üç mərtəbəli ev inşa etdirmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 24 oktyabr 2014-cü il tar ixi 505 saylı sərəncamı ilə ünvan 13 ünvanda 0.14 ha və ona bitişik torpaq sahəsində (icarə əsasında) yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün MTK-ya müvafiq icazə verilmiş, həmin ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi MTK-ya tapşırılmışdır.

86. Hazırda iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ona məxsus ümumi sahəsi 502 kv.m. olan evin üzərində mülkiyyət və sahiblik hüququnun və torpaq sahəsi üzərində istifadə hüququnun mövcudluğuna, həmçinin həmin evin yaxınlığında cavabdeh MTK tərəfindən tikinti işlərinin aparıldığına, ona məxsus evin yerləşdiyi torpaq sahəsinin cavabdeh MTK-nın istifadəsinə verildiyinə istinad edərək, əsas tələb olaraq ona və ailə üzvlərinə məxsus olan ümumi sahəsi 502 k v.m. olan, fərdi yaşayış evinə görə cavabdeh MTK tərəfindən tikilmiş hazır binadan 20-30 faiz əlavəsi ilə birlikdə yaşayış sahəsi ilə təmin edilməsini tələb edir.

87. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) MTK isə İddiaçı məxsus evin yerləşdiyi torpaq sahəsinin MTK-nın icarəsinə verildiyinə, torpaq vergisinin onun tərəfindən ödənildiyinə, evin qəzalı vəziyyətdə olduğuna və binanın sakinləri üçün təhlükə daşıdığına istinad edərək, qarşılıqlı iddia üzrə cavabdehə məxsus evin sökülməsi müqabilində 3 təmirli (və ya təmir xərci ilə birlikdə) mənzilin verilməsini məhkəmədən xahiş etmişdir.

88. Apellyasiya instansiyası məhkəməsi ilk iddianı rədd edərək, qarşılıqlı iddianı təmin etmiş birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq, qətnaməni ləğv edib, qarşılıqlı iddianı rədd edərək ilk iddianı qismən təmin edərkən qeyd etmişdir ki, İddiaçı mübahisəli evin yerləşdiyi hissədə inşa etdiyi tikilinin (fərdi yaşayış evinin) çöldənçölə hesablandıqda ümumi sahəsinin, yəni eni və uzunluğu göstərilməklə nə qədər təşkil etməsinə, eləcə də ümumi sahəsinin işdə olan xx.xx.2022-ci il tarixli ekspert rəyində 380 kv.metr, xx.xx.2023-cü il tarixli rəyində isə 289,4 kv.metr müəyyən edilməsinin səbəblərinin, yəni ölçülərin fərqli olmasının hansı hissələrlə bağlı olduğuna sonuncu ekspert rəyində aydınlıq gətirilmişdir. Buna baxmayaraq, tikilinin hazırkı bazar dəyəri, eləcə də MTK-nın təklif etdiyi mənzillərin təmirsiz və təmirli vəziyyətdə real bazar dəyərinin isə (1 kv. metrinin dəyəri də göstərilməklə) müəyyən edilməsi mümkün olmamışdır. Ancaq mübahisə predmeti olan tikili ilə bağlı h əm əvvəlki iş, həm də hazırkı iş üzrə alınmış çoxsaylı qiymətləndirmə və ekspert rəyləri əsasında iş üzrə yekun nəticəyə gəlinməsi mümkün hesab edilir. Çünki tərəflər arasında mübahisə predmeti olan fərdi yaşayış evi ilə bağlı uzun illərdir ki, məhkəmə mübahisələri davam edir. Bundan əvvəlki mübahisənin hansı nəticə ilə yekunlaşdığı işdə olan məhkəmə aktları, o cümlədən iş materiallarından açıq-aydın bəlli olur. Göründüyü kimi, tərəflərin bir-birinə qarşı hazırkı iddiaları əvvəlkindən fərqlənsə də, nəticə etibarı ilə hər iki tərəfin yenə də nail olmaq istədikləri məqsəd oxşar hesab edilir. Bu hallar bir daha ona dəlalət edir ki, iddiaçı qəzalı vəziyyətdə və yaşayış üçün yararsız vəziyyətlə olan evini sökülməsi və əvəzində mənzil və ya bazar dəyərini almaq məqsədi ilə MTK-ya vermək mümkünlü yü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. MTK-nın mövqeyi də iddiaçının mülkiyyət hüququnu bu və ya digər formada pozmur və onu bundan məhrum etmir. Əksinə, onun mülkiyyətinin ədalətli qaydada, mütənasib olaraq mənzilinin qanuni sahəsindən dəfələrlə, eləcə də faktiki sahəsindən artıq olmaqla əvəzinə müasir tələblərə cavab verən eyni ünvanda, yeni inşa olunmuş binada təmirli yaxud təmir xərci ödənilməklə təmirsiz 3 mənzili onun mülkiyyətinə verməyi təklif edir. MTK-nın şəhərin müasir tələbinə cavab verməyən iddiaçıya məxsus tikilinin sökülərək yerində abadlaşdırma və yaşıllaşdırma işləri aparması və artıq sahəyə malik mənzil verməsi söküləcək tikiliyə görə ədalətli və mütənasib təklifdir. Lakin iddiaçı ilə belə razılıq əldə etmək mümkün olmadığından ərazidə standartlara uyğun, yeni yaşayış massivinin salınmasının icrasına maneçilik yaradır. İddiaçı yeni mənzillərin dəyərinin söküləcək tikilinin dəyərindən az olmasını xüsusi olaraq bəyan etmir, əksinə söküləcək qəzalı və yaşayış üçün təhlükəli olan tikilinin real bazar dəyərinin yeni təmirli mənzillərin dəyərindən aşağı olduğu açıq-aşkar görünür. Eyni zamanda yeni mənzillər köhnə mənzilin yanında, yəni eyni ərazidəki binadan verilməsi təklif olunur. Bu cür vəziyyətdə, həm dəyəri, həm digər şəraiti və halları baxımından söküləcək qəzalı və təhlükəli tikilidən fərqlənən yeni mənzil, əksinə İddiaçı istəyinə və maraqlarına uyğundur. Lakin İddiaçı daha artıq sayda və ölçüd ə mənzillər yaxud söküləcək tikilinin real bazar dəyərinə adekvat olmayan kompensasiya əldə etməyə nail olmaq istəyi və arzusu anlaşılan olsa da bu hal digər tərəfin də hüquqlarını pozmamalı və mənafeyinə zidd olmamalıdır.

89. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) tələbi məhz Mülki Məcəllənin 152 və 157.2-ci maddəsinin təsiri altına düşür. Çünki hazırkı halda iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) tələbi onun mülkiyyət hüququnun müdafiəsinə yönəlmişdir.

90. İşin faktiki hallarından görünür ki, iddiaçıya (qarşılıqlı iddia üzrə cavabdeh) məxsus yaşayış evinin yerləşdiyi torpaq sahəsi cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) MTK-nın istifadəsinə verildiyindən tikinti işlərinin aparılması zamanı iddiaçının (qarşılıqlı iddia üzrə cavab deh) mülkiyyət hüququna qanunsuz müdaxilənin baş verməsi, onun müllkiyyətindən məhrum ola bilməsi ehtimalı mövcuddur.

91. Mülki qanunvericilikdə zərərin əvəzinin ödənilməsinin müxtəlif üsulları nəzərdə tutulmuşdur: naturada bərpa (zədələnmiş və ya məhv edilmiş əmlakın bərpası, eyni növlü və eyni keyfiyyətli digər əmlak verilməsi), pul kompensasiyası və s. Bu baxımdan məhkəmə kollegiyası iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) cavabdeh MTK-ya qarşı söküntü ilə bağlı mənzil kimi kompensasiya ödənilməsi barədə tələbini pul kompensasiyası şəklində təmin edilməsi barədə apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

92. Bununla belə qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi İddiaçı tərəfindən mübahisəli tikilinin (fərdi yaşayış evi) sökülməsi üçün MTK-ya təhvil verilmə sinə görə ona ödənilməli kompensasiyanin məbləğini 660.000 manat müəyyən edərkən işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmamışdır.

93. Belə ki, tərəflər arasında əvvəllər mövcud olmuş mülki iş üzrə və hazırkı iş üzrə alınmış ekspert rəylərində yaşayış evinin ölçüləri və bazar qiyməti ilə bağlı fərqli mövqelər olsa da, apellyasiya instansiyası məhkəməsi həmin ziddiyyətləri araşdıraraq aradan qaldırmaq, xüsusilə evin bazar qiyməti ilə bağlı halları araşdırmaq istiqamətində zəruri addımlar atmamışdır.

94. Hazırkı iş üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/2424 saylı ekspert rəyində mübahisəli evin layihəyə uyğun inşa edilməməsi, istismar üçün təhlükəli olması, ümumi sahəsinin 289,4 kv.metr təşkil etdiyi, həm in evin əvvəlki vəziyyətinə gətirilməsi üçün nə qədər vəsait tələb olunmasını müəyyən etmək mümkün olmadığı, evinin qəzalı vəziyyətdə və istismar üçün təhlükəli olduğunu nəzərə alaraq, həmin evin mövcud bazar dəyərinin nə qədər təşkil etməsinə dair tədqiqat aparılmadığı; həmçinin "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli rəyinə əsasən tikilinin ümumi sahəsinin 289,5 kv.m. tikilinin yerləşdiyi ərazidə analoji mənzillərin 1 kv.m-nin dəyərinin xx.xx.2023-cü il tarixinə 830 manat təşkil etməsi qeyd olunsa da, - tərəflər arasında olmuş əvvəlki məhkəmə mübahisəsi zamanı alınmış X1 xx.xx.2021-ci il tarixli 139 saylı ekspert rəyində yaşayış evinin eskiz layihəsinə uyğun inşa edilməsi, yaşayış üçün yararlı vəziyyətdə olması, MTK tərəfindən hündürmərtəbəli çoxmənzilli yaşayış binasının inşası zamanı İ ddiaçı fərdi yaşayış evinə ziyan vurulması faktının müəyyən edilməsi; Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/5565 saylı ekspert rəyində isə mübahisəli yaşayış evinin daxili ölçülərinin 380 kv.m., likvid dəyərinin 700.000 manat, bazar dəyərinin isə 765.000 manat olması qeyd olunsa da, apellyasiya instansiya məhkəməsi həmin ziddiyyətlərin aradan qaldırılması üçün təkrar məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizası təyin edərək bununla bağlı ekspert qarşısında müvafiq suallar qoymamışdır.

95. Göstərilənlərlə bağlı məhkəmə kollegiyası hesab edir ki, apellyasiya icraatı zamanı İddiaçı 650.000 manat kompensasiya ödənilməsini qəbul etdiyini, ekspertiza rəyi məhkəməyə daxil olduqdan sonra daha artıq məbləğdə kompensasiya istədiyini bildirdiyi halda apellyasiya instans iya məhkəməsi təkrar məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizasının keçirilməsi barədə İddiaçı vəsatətini nəzərə almayaraq, ümumilikdə evin xx.xx.2022-ci ildə müəyyən edilmiş qiymətindən xeyli aşağı məbləğı müəyyən edərkən özünün qərardadı ilə təyin edilmiş evin bazar qiyməti ilə bağlı sualı cavablandıra bilməyən məhkəmə tikinti-texniki ekspertizasının rəyinə işin digər sübutları ilə yanaşı düzgün hüquqi qiymət verməmişdir. Halbuki əmlak bazarında qiymətlərin aşağı düşməsi deyil, ilbəil qalxması tendensiyası müşahidə olunmaqdadır. Apellyasiya instansiyası məhkəməsi isə iş üzrə yuxarıda qeyd olunan nəticəyə gələrkən göstərilən halları da nəzərdən qaçırmış, həmin hallara düzgün hüquqi qiymət verməmişdir.

96. Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur.

97. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barabər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır.

98. Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

99. Qeyd olunan Məc əllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

100. Məhkəmə kollegiyası göstərilənlərlə bağlı kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, ekspert (qiymətləndirici) rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olmuş olsa da, bu hal həmin rəyin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. Ekspert (qiymətləndirici) rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yo xlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. 101. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən ekspert tədqiqatı müvafiq ixtisas hüdudlarında, elmin və təcrübi əsaslar üzərində obyektiv, hərtərəfli və tam həcmdə aparmalıdır. Ekspertin rəyi elmin inkişafın müasir tələblərinə uyğun olan və hamı tərəfindən qəbul edilmiş elmi dəlillər əsasında yoxlanılmasına imkan verən müddəalara əsaslanmalıdır.

102. Həmin Qanunun “Ekspertin vəzifələri” adlanan 13-cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifəsidir.

103. Həmin Qanunun 26-cı m addəsinə əsasən məhkəmə ekspertinin rəyində tədqiqatın nəticələrinin qiymətləndirilməsi, qoyulmuş suallar üzrə yekun nəticələrin əsaslandırılması və dürüst ifadə olunması göstərilməlidir.

104. Məhkəmə kollegiyasının qənaətinə görə ekspert (qiymətləndirici) rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert (qiymətləndirici) rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat, araşdırma zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyi halda kifayət qədər yüksək ola bilər. Yalnız ekspert (qiymətləndirici) rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olduğundan, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbu l edilə və qiymətləndirilə bilər.

105. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiya məhkəməsi işin hallarını İddiaçı məxsus evə görə kompensasiyanin 660.000 manat məbləğini hazırkı kassasiya şikayətində mübahisələndililən hissədə qismən ziddiyyətli olaraq müəyyən etmiş, nəticədə mübahisə yuxarıda qeyd olunan hissədə düzgün həllini tapmamışdır.

106. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apelyasiya məhkəməsinin qətnaməsi “İddiaçı tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsindəki 7 saylı evin 4 saylı mənzilinin yerləşdiyi hissədə inşa etdiyi tikilinin (fərdi yaşayış evi) sökülməsi üçün MTK-ya təhvil verilməsinə görə ona ödənilməli kompensasiyanin 660.000 manat məbləğində müəyyən edilməsi” hissəsində ləğv edilsin və iş həmin hissələrdə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

107. İşə yenidən baxılarkən məhkəmə kollegiyası yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, işin müəyyən edilmiş hallarına uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq və iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılması üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı məxsus evin faktiki ölçüləri və bazar dəyərinin müəyyən edilməsi məqsədi ilə təkrar məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizası təyin edərək, ekspert qarşısında həmin halların müəyyən edilməsi ilə bağlı suallar, həmçinin evə hər hansı ziyanın dəyi bdəyməməsi və ziyanın məbləği ilə bağlı suallar qoymalı, həmin suallar cavablandırılmaqla alınmış, obyektivliyi şübhə doğurmayan ekspert rəyini nəzərə almalı, habelə mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 106.1, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, qanuni və əsaslı yekun məhkəmə aktı qəbul etməlidir.

108. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2 (103)-154/2025 nömrəli iş üzrə, 10 mart 2025-ci il tarixli qətnaməsi “İddiaçı tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsindəki 7 saylı evin 4 saylı mənzilinin yerləşdiyi hissədə inşa etdiyi tikilinin (fərdi yaşayış evi) sökülməsi üçün Cavabdeh Mənzil Tikinti Kooperativinə təhvil verilməsinə görə ona ödənilməli kompensasiyanin 660.000 (altı yüz altmış min) manat məbləğində müəyyən edilməsi” hissəsində ləğv edilsin və iş həmin hissələrdə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar