Məhkəmə qərarları › İş №2(102)-2043/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2043/2023

22.05.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2043/2023 22.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğvi, işə bərpa, iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı əmrin ləğvi, işə bərpa və məcburi buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-751/2023 nömrəli, 23 yanvar 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən veril miş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra - iddiaçı) xx.xx.2012-ci il tarixindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – cavabdeh və ya ASC) Yevlax Rayon filialının müdiri vəzifəsində işləmiş, xx.xx.2015-ci il tarixindən ASC-nin Yevlax Regional nümayəndəliyinin (bundan sonra – nümayəndəlik) direktoru vəzifəsinə təyin olunmuşdur.

2. ASC-nin xx.xx.2021-ci il tarixli, 175/k nömrəli əmrinə əsasən iddiaçı həmin tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 70-ci maddəsinin "ç" bəndinə əsasən tutduğu vəzifədən azad edilərək onunla bağlanmış əmək müqaviləsi ləğv olunmuşdur.

3. Cinayət təqibinə xitam verilməsi haqqında 07 aprel 2022-ci il tarixli qərara əsasən, iddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 179.3.2-ci maddəsi ilə cinayət təqibinə CM-in 73-1.3-cü və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 40.2-ci maddəsinə əsasən xitam verilmişdir. Həmin qərara əsasən, nümayəndəliyin balansındakı texnikaların icarəyə verilməsi prosesində iddiaçı tərəfindən yol verilmiş nöqsanlar özündə cinayət əməlinin tərkib əlamətlərini ehtiva etmədiyindən, həmin epizodlar üzrə cinayət təqibinə CPM-in 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir.

4. Araşdırma zamanı müəyyən edilmişdir ki, nümayəndəlikdə aparılmış yoxlama zamanı çatışmadığı aşkar edilmiş gübrə və pestisidlərin hər hansı sənədləşmə aparılmadan iddiaçı tərəfindən özünə məxsus təsərrüfat sahələrində istifadə edilməklə öz şəxsi ehtiyaclarına sərf edilərək külli miqdarda ziyan vurulmaqla mənimsəmə yolu ilə talanmışdır. Belə ki, iddiaçı ilə ASC arasında bağlanmış tam maddi məsuliyyət haqqında fərdi müqaviləyə əsasən ASC tərəfindən satış üçün xx.xx.2018-ci il tarixindən xx.xx.2019cu il tarixinədək olan müddət ərzində vəzifəli şəxs kimi iddiaçıya ayrılmış 163.286,08 manat dəyərində gübrə və pestisidlər sonuncu tərəfindən talanmışdır. İstintaqın gedişində iddiaçı tərəfindən 163.286,08 manat məbləğində ziyan ASC-nin bank hesabına ödənilmiş, vurulmuş ziyan tam aradan qaldırılmışdır.

5. ASC-nin İdarə heyətinin sədri E.Rəhmanov tərəfindən Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ünvanlanmış 08 iyul 2021-ci il tarixli, 23/ 2-1344 nömrəli məktubda iddiaçı tərəfindən ASC-yə vurulmuş ziyanın tam aradan qaldırıldığı, iddiaçıdan hər hansı şikayət və tələblərinin olmadığı göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixli, 175k nömrəli əmrin ləğv edilməsi, işdən çıxarıldığı boşdayanma günlərinin əvəzi ödənilməklə, əvvəlki vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Yeni Azərbaycan Partiyasının Yevlax şəhər İdarə Heyətinin üzvüdür, deputatlığa namizəd olmuşdur, çoxsaylı dövlət təltifləri vardır. Əmri iki həftə öncə almış, dərhal Mediasiya Şurasına müraciət etmiş, bir ay keçmədən hazırki iddianı qaldırmı şdır. Bu günə kimi əmək kitabçasını almadığından, əmək kitabçası olmadan hazırkı iddianı məhkəməyə təqdim etmişdir. Cavabdehin xx.xx.2020-ci il tarixli, 161/ü saylı əmrinə əsasən 25-28 dekabr 2020-ci il tarixlərində nümayəndəlik invertarlaşdırma işləri aparmışdır. Həmin vaxt nümayəndəliyin direktoru vəzifəsində işləmişdir. İdarədə aparılan araşdırma zamanı bir sıra əşyaların, kimyəvi vasitələrin çatışmadığı müəyyən olunmuşdur. Gübrə çatışmazlığı və artıqlığının yaranması onunla bağlı olmuşdur ki, nümayəndəliyin yaxınlığında hazırda adını xatırlamadığı gübrə satışı ilə məşğul olan Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən cavabdehə kükürdlü gübrə həmin MMC tərəfindən verilmişdir. MMCyə məxsus olan kükürdlü gübrə razılıq ilə nümayəndəliyin həyətin ə yığılmışdır. Heydər adlı fəhlə bilmədən MMC-yə məxsus olan kükürdlü gübrə əvəzinə cavabdeh tərəfindən nümayəndəliyə təhvil verilmiş gübrəni fasilələrlə satmışdır. Bundan xəbər tutduqda səhvən satılmış gübrə onun tərəfindən eyni tərkibli kükürdlü gübrə ilə əvəz edilmiş, lakin yoxlama zamanı həmin gübrənin köhnə olduğu bildirilmiş və cavabdeh tərəfindən verilmiş gübrədən ayrılmış, artıq aşkar edilmiş gübrə kimi sənədləşdirilmiş, ondan gübrənin bərpa edilməsi tələb edilmiş, razılığa əsasən köhnə gübrə yenisi ilə əvəz edildikdən sonra ASC-nin sədr müavinləri onunla yenidən əlaqə saxlayaraq, köhnə gübrənin yenisi ilə əvəz edilməsinə rəhbərliyin razılıq vermədiyini, yeni alınmış gübrənin satılaraq həmin məbləğin, yəni 163.286.08 manat pulun ASC-nin bank hesabına köçürülməsi, ondan özünün alıb yerinə qoyduğu gübrənin anbardan çıxarılması tələb edilmiş, o da bundan imtina etmişdir. Bundan sonra dəyişdirilmiş gübrənin pulunu, 2021-ci ilin mart ayı ərzində, xx.xx.2021-ci tarixdə 93.333 manat, xx.xx.2021-ci il tarixdə 37.332 manat, xx.xx.2021-ci il tarixdə 32.619 manat 3 dəfəyə, cəmi 163.284 manat pulu ASC-nin bank hesabına ödəmişdir. Onunla bağlı aparılan cinayət təqibi tamamlanmadan tutduğu vəzifədən azad edilmişdir. Əmrdə qeyd edilənlər obyektiv deyildir. Hesab edir ki, əmr qanunsuzdur.

8. Cavabdehin nümayəndəsi etiraz və iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı Əmək Məcəlləsində fərdi əmək mübahisələrinin həlli üçün nəzərdə tutulmuş iddia müddətini ötürməklə iddia qaldırmışdır. İddiaçıya ASC-nin 27 may 2021-ci il tarixli, 175/k nömrəli əmri də əlavə olunmaqla əmək kitabçasının götürülməsi barədə müraciət ünvanlanmış və iddiaçı tərəfindən 11 iyun 2021ci il tarixdə şəxsən imzalanaraq qəbul edilmişdir. Beləliklə, iddiaçıya işdən azad olunması 11 iyun 2021-cı il tarixində məlum olmuş və Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci və 3-cü hissələrinə uyğun olaraq o, həmin gündən etibarən 1 ay ərzində məhkəmədə iddia qaldırmaq hüququndan istifadə etməmişdir. İddiaçı əmək qanunvericiliyində fərdi əmək mübahisələrinin həlli üçün nəzərdə tutulmuş iddia müddətini ötürməklə iddia qaldırdığı üçün iddia təmin edilməməlidir. Bundan başqa, iddiaçı müqavilə öhdəliklərini pozduğuna, mineral gübrələrin satışında nöqsanlara yol verdiyinə görə ona ASC-nin 30 sentyabr 2013cü il tarixli, 1586/ü nömrəli əmri ilə sonuncu xəbərdarlıqla şid dətli töhmət verilmiş, nümayəndəliyin direktoru vəzifəsində işləyərkən lizinqə verilmiş kənd təsərrüfatı texnikalarından istifadəyə görə müqavilə öhdəliklərinin, mineral gübrələrin satışında, satışın və daxil olmanın uçotunun aparılmasında, habelə taxılyığan kombaynlardan istifadə sahəsində ciddi nöqsanlara yol verdiyinə görə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 06 iyun 2016-cı il tarixli, 54 nömrəli əmri ilə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Nümayəndəliyin direktoru vəzifəsində işləyərkən isə məlumat formasında torpaq sahəsi düzgün göstərilmədiyinə görə ASC-nin 25 yanvar 2019-cu il tarixli, 41/k nömrəli əmri ilə xəbərdarlıq elan edilmişdir. Nümayəndəliyin direktoru vəzifəsində işləyərkən istifadəsində olan texnikaların vəziyyətində, əsas vəsaitlərdə və eh tiyat hissələrində bir sıra çatışmazlıqlar, nöqsanlar və neqativ hallar aşkar edildiyinə görə ASC-nin 20 may 2019-cu il tarixli, 213/k nömrəli əmri ilə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Göründüyü kimi, iddiaçı işlədiyi müddət ərzində cavabdehin rəhbərliyi tərəfindən dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə, barəsində intizam tənbehi tədbirləri tətbiq edilməsinə baxmayaraq, törətdiyi əməllərdən heç bir nəticə çıxarmamış, maddi məsul şəxs kimi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir.

9. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(008)-7130/2022 nömrəli iş üzrə 25 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim N.Cəfərli) iddia tələbi rədd edilmişdir.

10. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçın ın iddia ərizəsində qeyd etdiyi hallar iş materialları ilə öz təsdiqini tapmadığından və iddiaçı tərəfindən sübuta yetirilmədiyindən, cavabdeh tərəfindən əmək qanunvericiliyinin pozulması halları müəyyən edilmədiyindən, iddia tələbi əsassız hesab edilməklə rədd olunmalıdır.

11. İddiaçının əmək müqaviləsinə xitam verildiyini bildiyi tarixdən 1 ay müddətinə məhkəməyə müraciət etmək hüququ olmuş, lakin o, xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etmiş, cavabdeh isə iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə ərizə təqdim etmişdir.

12. Belə ki, iddiaçı xx.xx.2021-ci il tarixli, 175 K nömrəli əmrdən məlumatlı olmuş, bununla bağlı bildirişi xx.xx.2021-ci il tarixdə qəbul etmişdir. İddiaçı əmri məhkəməyə müraciət etməmişdən 2 həftə əvvəl aldığını bildirsə də bu halı sübut edə bilməmişd ir. Beləliklə, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür.

13. Məhkəmə iddia tələbinin işə bərpa və məcburi iş buraxma günlərinə görə əmək haqqının ödənilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia tələbinin birinci hissəsi təmin edilmədiyindən, iddia bu hissələrdə də təmin oluna bilməz.

14. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəlləsinin 2.1, 68, 70, 71, 72, 76, 80, 296-ci Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 372.1, 375.1, 375.2, 377.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 82.4, 217.4, 218.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. İddiaçı ape llyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, iddiaçı iddia müddətini ötürməmişdir.

17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-751/2023 nömrəli iş üzrə 23 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər F.Talışinski (sədrlik edən və məruzəçi), A.İmanov və Q.Əsgərov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Məhkəmə qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri Əmək Məcəlləsinin tələbləri baxımından əsassızdır və təmin edilə bilməz. Birinci instansi ya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

20. Kassasiya şikayəti iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, MPM-in 14.1, 77.1, 88.1-ci maddələrinin tələblərini pozmuşdur. Məhkəmə iddiaçının qaldırdığı məsələlərə ədalətli yanaşmamış, onun dəlillərinə qiymət verməmiş, cavabdehin gətirdiyi dəlillərlə qarşılıqlı qaydada araşdırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəli lləri

21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmuşdur.

22. Etirazda kassasiya şikayətinin əsassız olduğu qeyd olunaraq, apellyasiya instansiyası məhkəməsi qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Etirazda qeyd olunmuşdur ki, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür və məhkəmələr haqlı olaraq bu əsasla iddianı rədd etmişlər. Bundan başqa, iddiaçıya dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, o, bundan nəticə çıxarmamış, öz öhdəliklərini yerinə yetirməmişdir. Tətbiq edilən hüquq Əmək Məcəlləsi

23. Maddə 2, 1-ci hissə. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münas ibətlərini tənzim edir.

24. Maddə 62, 4-cü hissə. İşdən kənar edilmiş işçiyə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilib-edilməməsindən asılı olmayaraq işəgötürən bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən birini tətbiq edə bilər.

25. Maddə

68. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.

26. M addə 70, "ç” bəndi. Əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

27. Maddə 71, 2-ci hissə. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra inti zamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

28. Maddə

72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir:a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi;b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərə kətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması;d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi;e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi;ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi

29. Maddə 76, 1-ci hissə. İşəgötürən tər əfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.

30. Maddə 80. 1-ci hissə. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

29. Maddə 296. 2-ci hissə. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Mülki Məcəllə

31. Maddə 372.1. Bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

32. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

33. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Mülki Prosessual Məcəllə

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlil lər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

41. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

42. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən mad di və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

44. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməmə si ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

46. Kassasiya şikayətinin dəlillərinə münasibətdə ilk növbədə nəzərə alınmalıdır ki, məhkəmələr tərəfindən iddiaçının Əmək Məcəlləsinin 296-cı maddəsində müəyyən edilmiş 1 aylıq iddia müddətini ötürdüyü müəyyən edilmiş və iddia tələbi, həmçinin bu əsasla rədd edilmişdir.

47. Bununla yanaşı, əmək qanunvericiliyinə əsasən işçi iş vaxtı ərzində inzibati xəta və ya cinayət tərkibli əməl törətdikdə onun işdən kənarlaşdırılması barədə qərar vermək, yaxud barəsində intizam tənbehi tədbiri tətbiq etmək (o cümlədən əmək müqaviləsinə 70ci maddənin “ç” bəndi ilə xitam vermə k) işəgötürənin səlahiyyətindədir və belə tədbir işçinin inzibati və ya cinayət məsuliyyətinə cəlb edilib-edilməməsindən asılı olmayaraq tətbiq edilə bilər. Belə ki, Əmək Məcəlləsinin 62-ci maddəsinin 4-cü bəndinə əsasən işdən kənar edilmiş işçiyə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilib-edilməməsindən asılı olmayaraq işəgötürən bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən birini tətbiq edə bilər.

48. Məhkəmə kollegiyası nəzərə alır ki, işin mübahisəsiz qaydada müəyyən edilmiş hallarına görə ibtidai araşdırma orqanının qərarı ilə baxılan iş üzrə iddiaçının işdən azad edilməsi üçün əsas olmuş fakt üzrə başlanmış cinayət işinə bəraətverici əsaslar olmadan (iddiaçı tərəfindən zərər ödənildiyi üçün) xitam verilmiş, iddiaçı bu qərardan şikayət verməmişdir.

49. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

50. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

51. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-751/2023 nömrəli iş üzrə 23 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüv

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar