Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2044/2023 31.05.2023 ALİ MƏHKƏMƏ Aərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehn qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əsas və faiz borcunun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X1 ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcnunun tutulması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1185/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 31 may 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. 21 yanvar 2020-ci il tarixli ******* nömrəli fiziki şəxslərə kreditin (kredit xəttinin) verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi müqaviləsi ilə Cavabdeh ilə İddiaçı ASC arasında borcluya 36 ay müddətinə, illik 21 faiz olmaqla şəxsi məqsədlər üçün 14000 manat məbləğində istehlak kredit verilməsi haqqında müqavilə bağlanmışdır. 2. 21 yanvar 2020-ci il tarixli kassa məxaric orderinə əsasən Cavabdeh komissiyon xərclər çıxıldıqdan sonra bankdan 13860 manat kredit məbləğini almışdır.
3. Kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəli adlandırılan və kredit müqaviləsinin əlavəsi olan sənədə əsasən Cavabdeh tərəfindən götürülmüş kreditin aylıq ödənişləri 527,45 manat olmaqla xx.xx.2023-ci il tarixə qədər geri qaytarılması ra zılaşdırılmışdır.
4. Maliyyə arayışına görə Cavabdeh İddiaçı ASC-yə 21 yanvar 2020-ci il tarixli ******* nömrəli kredit müqaviləsi üzrə xx.xx.2022 ci il tarixinə 7304,10 manat məbləğində əsas borc və 552,45 manat faiz borcu olmaqla, cəmi 7856,55 manat məbləğində borcu vardır.
5. İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış 28 iyul 2022-ci il tarixli pretenziya məktubunda göstərilir ki, cavabdehə 21 yanvar 2020-ci il tarixli ******* saylı kredit müqaviləsinə əsasən götürülmüş öhdəliklərin icra edilməməsi barədə xəbərdarlıq edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı ASC Cavabdeh qarşı “əsas və faiz borcunun” tutulamsı tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli ******* saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, Cavabdeh 7304,10 manat əsas borc və 552,45 manat faiz borcu olmaqla, cəmi 7856,55 manat borcun, həmçinin ərizəyə görə ödənilmiş 98,97 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli ******* nömrəli kredit müqaviləsinə əsasən cavabdehə şəxsi (istehlak) məqsədləri üçün 36 ay müddətinə 14000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh 30 avqust 2022-ci il tarixə 7304,10 manat əsas, 552,45 manat faiz borcu vardır. Bоrcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət оlunmasına, tərəflərindən məsələnin məhk əmədən kənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, cavabdeh götürdüyü bоrcun qaytarılması üçün hеç bir təşəbbüs göstərməmişdir. Cavabdehə göndərilmiş pretenziya (хəbərdarlıq) məktubları da cavabsız qalmışdır. Eyni zamanda xx.xx.2020-ci il tarixli ******* saylı kredit müqaviləsi üzrə borcalan pul məbləğinin ödənilməsini gecikdirmiş və gecikdirmə nəticəsində banka zərər vurmuşdur. Bununlа dа cavabdehin, krеdit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada yеrinə yеtirmədiyindən krеdit müqaviləsi üzrə yаrаnmış bоrcun tələb еdilməsi zərurəti yаrаnmışdır. Hаl-hаzırdа cavabdehin “Аzər-Türk Bаnk” Аçıq Səhmdаr Cəmiyyətinə оlаn əsаs və оnа hеsаblаnmış fаiz bоrcu 7856.55 ( yeddi min səkkiz yüz əlli altı manat əlli beş qəpik) manat təşkil еdir ki, bu bоrcun dа cavabdeh tərəfindən ödənilməsi təmin еdilməlidir.
8. Cavabdeh 17 oktyabr 2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini qəbul etdiyini, banka qeyd olunan məbləğdə borcunun olduğunu və maddi çətinliklərlə əlaqədar borcunu vaxtında ödəyə bilmədiyini göstərmişdir.
9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-5946/2022 saylı 16 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Fərid Hətəmzadə) iddianın təmin edilməsi, Cavabdeh 7304,10 (yeddi min üç yüz dörd manat 10 qəpik) manat məbləğində əsas borc, 552,45 (beş yüz əlli iki manat 45 qəpik) manat məbləğində faiz borcu olmaqla, 98,57 (doxsan səkkiz manat 57 qəpik) manat məbləğində dövlət rüsumu və 0,40 (40 qəpik) manat məbləğində bank xidmət haqqı olmaqla, cəmi 7955,52 (yeddi min doqquz yüz əlli be ş manat 52 qəpik) manat məbləğində borcun alınıb İddiaçı ASC-yə ödənilməsi, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 21 yanvar 2020-ci il tarixli ******* nömrəli kredit müqaviləsi ləğv edilməsi qət edilmişdir.
10. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir.
11. Kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün Cavabdeh İddiaçı ASC-nin xeyrinə 7304,10 manat əsas borc və 552,45 manat faiz borcu olmaqla, cəmi 7856,55 manat məbləğində borc tutulmalı, həmçinin Cavabdeh ilə İddiaçı ASC aras ında bağlanmış 21 yanvar 2020-ci il tarixli ******* nömrəli kredit müqaviləsi ləğv edilməlidır.
12. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 98,57 (doxsan səkkiz manat 57 qəpik) manat məbləğində dövlət rüsumu və həmin dövlət rüsumunun ödənilməsi ilə əlaqədar ödənilmiş 40 qəpik məbləğində bank xidmət haqqı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 421.2, 424.5, 442, 445, 739.1 və 739.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və ona münasibətdə iddia tələbinin rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiy a şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin xx.xx.2022-ci il tarixli qətnaməsi əsassızdır. Belə ki, borc məbləğinin düzgün hesablanması məhkəmə tərəfindən yoxlanılmadan iş üzrə qətnamə qəbul edilmişdir. İddia ərizəsində qeyd olunan həm əsas həm də faiz borcu real borcdan çox şişirdilmişdir. Aylıq ödənişlərin kredit tarixçəsində öz əksini tapmamışdır. Bütün bu hallar məhkəmə-mühasibatlıq ekspertizası ilə yoxlanılmalı olduğu halda məhkəmə tərəfindən ekspertiza keçirilməmişdir. Mülki iş üzrə qətnamə qəbul edilən zaman, yalnız bankın verdiyi borc barədə maliyyə sənədinə istinad olunmuşdur. Borcun bank tərəfindən düzgün hesablanmaması görünsə də, yəni faiz borcunun şişirdilməsi, ödənilən pulların əsas məbləğdən çıxılmaması məhkəmə mühasibatlıq ekspertizası təyin olunmayaraq yoxlanılmamı şdır. Belə ki, qeyd olunan məsələnin yoxlanılması xüsusi bilik tələb edən ekspert tərəfindən yoxlanıla bilərdi.
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1185/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi), Fuad Talışınski və Qürbət Əsgərov) apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya məhkəməsi hesab etmişdir ki, əsas və faiz borcunun düzgün hesablanmadığı barədə cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, iş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə 21 yanvar 2020-ci il tarixli ******* nömrəli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə 7304,10 manat məbləğində əsas borc v ə 552,45 manat faiz borcu olmaqla, cəmi 7856,55 manat məbləğində borcu vardır. Cavabdeh 17 oktyabr 2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini qəbul etdiyini, banka qeyd olunan məbləğdə borcunun olduğunu və maddi çətinliklərlə əlaqədar borcunu vaxtında ödəyə bilmədiyini bildirmişdir.
18. Cavabdeh apellyasiya şikayətində borcun düzgün olmadığını qeyd etsə də, birinci instansiya məhkəməsinə 17 oktyabr 2022-ci il tarixli ərizə ilə müraciət edərək həmin borc məbləğinin mövcudluğunu özü də etiraf etmişdir. Bu halda isə hazırki mülki iş üzrə ekspertizanın keçirilməsinə lüzum qalmamışdır.
19. Cavabdeh 7304,10 (yeddi min üç yüz dörd manat 10 qəpik) manat məbləğində əsas borc, 552,45 (beş yüz əlli iki manat 45 qəpik) manat məbləğində faiz borcu olmaqla, 98,57 (doxsan səkk iz manat 57 qəpik) manat məbləğində dövlət rüsumu və 0,40 (40 qəpik) manat məbləğində bank xidmət haqqı olmaqla, cəmi 7955,52 (yeddi min doqquz yüz əlli beş manat 52 qəpik) manat məbləğində borc alınıb İddiaçı ASC-yə ödənioməsi barədə birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.
20. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385, 421.2, 424.5, 442, 445, 739.1 və 739.2-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88 və 372.6-cı maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh kassasiya şikayəti verərək (Vəkil) qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, bank heç bir hüquqi əsasa söykənməyən borcun hesablanmasını təqdim etməklə, əsassız varlanmaq niyyətində olmuşdur. Birinci instansiya və apellyasiya instansiyası məhkəməsi isə bu xüsusata diqqət yetirməmişdir. Borcun hesablanması üçün xüsusi bilik tələb olunduğu halda məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməmişdir. İddiaçı mötəbər olmayan, yalnız öz xeyrini ehtiva edən və özü tərəfindən hesablanmış sənədlər təqdim etmişdir. Lakin, birinci instansiya məhkəməsi yalnız tərəfin mötəbər olmayan sənədləri əsasında qətnamə qəbul etmiş, Bakı Apellyasiya Məhkəməsi isə həmin qətnaməni qüvvədə saxlamışdır. Qanunverici aydın şəkildə şəxsin qanuni mənafeyinə zidd olduğu tə qdirdə, iddianın etirafını qəbuledilməz sayır və işə mahiyyəti üzrə baxmağı davam etdirir. Hesab edilir ki, artıq vəsaitin hesablanması qanuna-ziddir və cavabdehin qanuni mənafeyinə xələl gətirir. Borc məbləğinin düzgün hesablanması məhkəmə tərəfindən yoxlanılmadan iş üzrə qətnamə qəbul edilmişdir. İddia ərizəsində qeyd olunan həm əsas həm də faiz borcu real borcdan çox şişirdilmişdir. Aylıq ödənişlərim kredit tarixçəsində öz əksini tapmamışdır. Bütün bu hallar məhkəmə-mühasibatlıq ekspertizası ilə yoxlanılmalı olduğu halda məhkəmə tərəfindən ekspertiza keçirilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
24. Maddə 385. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəx sin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
25. Maddə 421.2. tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
26. Maddə 424.5. əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdi rsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
27. Maddə 442. öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
28. Maddə 445. icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır.
29. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
30. Maddə 739.2. borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Prosessual Məcəllə
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edil məli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessua l hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
39. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yox lamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosess ual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun huquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razıdaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
44. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, cavabdehin kassasiya şikayəti təmin olu nmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1185/2023 nömrəli mülki iş üzrə 25 yanvar 2023-cü i il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.