Məhkəmə qərarları › İş №2(102)-2046/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2046/2022

11.05.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2046/2022 11.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi X1rşı iş üzrə QƏRARİ İş № 2(102)-2046/2022 Açar sözlər: hərracın etibarsız sayılması, müqavilənin ləğv edilməsi Bakı şəhəri, 11 may 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Xələfov İlqar Rəhim oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna (bundan sonra-cavabdeh) qarşı (Yasamal rayon İcra və Probasiya şöbəsi (bundan sonra-icra şöbəsi) və «X4» MMC (yeni a dı ilə "xxxx" MMC, bundan sonra – hərrac təşkilatı) mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi, alğı-satqı müqaviləsinin ləğv olunması, pul vəsaitlərinin tutulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 sentyabr 2021-ci il tarixli, 2(103)-7652/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24.08.2018-ci il tarixli qərardadı ilə Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmurunun təqdimatı təmin edilərək, borclu X3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 20 saylı mənzilin (bundan sonra - mübahisəli mənzil) üzərinə həbs qoyulmuşdur. 2. "xxxx" MMC tərəfindən mənzilin bazar dəyəri 40000 manat müəyyən edilmiş və mənzillə bağlı hərracın keçirilməsi hərrac təşkilatına həvalə olunmuşdur.

3. Hərrac təşkilatı tərəfindən tərtib edilmiş 11.01.2019-cu il tarixli, 013 nömrəli hərracın yekunları haqqında protokola (bundan sonra – protokol) əsasən, mənzil 40000 manata iddiaçıya satılmış və həmin tarixdə onunla hərracın yekunları barədə əmlakın alqısatqısı barədə müqavilə bağlanmışdır.

4. Hərrac təşkilatı tərəfindən tərtib edilmiş protokola əsasən, mübahisəli mənzil 40000 manata iddiaçıya satılmış və həmin tarixdə onunla hərracın yekunları barədə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır.

5. Mübahisəli mənzil "xxxx" ASC-nin və Azərbaycan Respublikası Mərkəzi Bankının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı «hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi, alğı-satqı müqaviləsinin ləğv olunması, pul vəsaitlərinin tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi, onun əsasında bağlanmış alğı-satqı müqaviləsinin ləğv edilməsi, 40000 manat əsas borcun, 13333 manat əldən çıxmış faydanın, 3333 manat faizlərin, 210 manat vəkil xərcinin və 30 manat dövlət rüsumunun sonuncudan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul eilməsini xahiş etmişdir.

7. Sonradan, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair əri zə ilə məhkəməyə müraciət edərək, hərrac təşkilatını mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi mülki işə cəlb etməklə, sonuncu tərəfindən tərtib edilmiş protokolun etibarsız hesab edilməsi, 40000 manat əsas borc, 13333 manat əldən çıxmış fayda, 3333 manat faiz, vəkilə ödədiyi 210 manat və razılaşmaya əsasən yekunda ödəyəcəyi 1000 manat, eləcə də 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı yenidən iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim etmiş, hərrac təşkilatı tərəfindən tərtib edilmiş protokolun etibarsız hesab edilməsi onun əsasında bağlanmış alğı-satqı müqaviləsinin ləğv edilməsi, 40000 manat əsas borc, 13333 manat əldən çıxmış fayda, 3333 faiz, vəkilə ödədiyi 2 10 manat və razılaşmaya əsasən yekunda ödəyəcəyi 1000 manat, eləcə də 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o hərrac təşkilatı tərəfindən keçirilən hərracda iştirak edərək, 40.000 manata mübahisəli mənzili almışdır. Hərracın tələbi üzrə həmin vəsaiti icra şöbəsinin depozit hesabına ödəmişdir. Hərrac təşkilatı protokol tərtib edərək,onunla 11.01.2019-cu il tarixdə «Hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə» müqavilə bağlamış, protokol hərrac təşkilatı ilə yanaşı eyni zamanda icra şöbəsi tərəfindən də imzalanaraq möhürlə təsdiq edilmiş, sonuncu qeyd olunan vəsaiti bankın hesabına ödəmişdir. İddiaçı cavabdehdən əmlakın yüklülüyünün götürülməsi barədə Dövlət Re yestr Xidmətinə məktub göndərilməsini tələb etdikdə ona bildirmişlər ki, qeyd olunan əmlak ləğv prosesində olan başqa bir bankda - "xxxx" ASC-də yüklü olduğundan bu mümkün deyil. Əmanətlərin Sığortalanması Fonduna bildirəndə ki, hər iki bankın ləğvedicisi Fonddur, onun üçün fərqi yoxdur, vəsait hansı banka ödənilir-ödənsin, sərəncam verən Fond olduğundan bu məsələni də tənzimləyə bilər. Lakin bir faydası olmamışdır. O, ödədiyi vəsaitin geri qaytarılmasını cavabdeh və icra şöbəsindən xahiş etsə də, vəsaitin qaytarılmasına nail ola bilməmişdir. İcra şöbəsi də banka müraciət etmiş, lakin vəsait geri qaytarılmamışdır. Yuxarıda sadalananlara istinad edən iddiaçı cavabdehin hüquqa zidd davranışları ilə ona külli miqdarda zərər vurulduğunu bildirmişdir.

10. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 0 7 aprel 2021-ci il tarixli, 2(006)977/2021 protokoluna əsasən hərrac təşkilatı üçüncü şəxs qismində işə cəlb edilmişdir.

11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim C.Ə.Tağıyev) 19 aprel 2021-ci il tarixli, 2(006)-977/2021 nömrəli qətnaməsi ilə hərrac təşkilatı tərəfindən tərtib edilmiş protokolun etibarsız hesab edilməsi, protokol əsasında bağlanmış hərracın yekunlarına dair 11 yanvar 2019-cu il tarixli alğı-satqı müqaviləsinin ləğv edilməsi, 40000 manat pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, hərrac təşkilatçıları yüklü olan mənzili iddiaçıya satmaqda haqlı olmamışlar. Belə ki, qanunvericili klə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayılmalı, eləcə də, hərracın nəticələrinə dair tərtib edilmiş protokol etibarsız olduğundan, protokola əsasən bağlanmış alğı-satqı müqaviləsi ləğv edilməlidir.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra - MM) 416.1, 416.2-ci «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun(bundan sonra –ipoteka haqqında qanun) 44-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat

14. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiya sının (hakimlər – R.Ə.Eyvazov (sədrlik edən və məruzəçi), Ş.A.Məmmədova və F.Ş.Talışınski) 2(103)-7652/2021 saylı, 07 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni hərrac təşkilatı tərəfindən tərtib edilmiş protokolun etibarsız hesab edilməsi” hissəsində ləğv edilərək, iddia həmin hissədə təmin edilməmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.

17. Belə ki, iddia ərizəsinin məzmunundan və işin faktiki hallarından açıq şəkildə görünür ki, iddiaçı hərracın keçirilmə qaydalarını mübahisələndirmədən, yalnız mübahisə predmeti olan mənzilin ipoteka i lə yüklü edilməsindən xəbərdar olmaması əsası ilə hərracın yekunları barədə protokolun etibarsızlığını tələb edir.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) “Hərrac keçirilməsi qaydalarının pozulması nəticələri” başlığını daşıyan 416-cı maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.

19. Göründüyü kimi, hərrac, yalnızca onun təşkili və keçirilməsı ilə bağlı MM-də müəyyənləşdirilmiş qaydalar pozulmaqla keçirildikdə etibarsız hesab edilə bilər. Hərracın təşkili və keçirilməsı ilə bağlı qaydalar isə bu Məcəllənin 415-ci maddəsində dəqiq şəkildə müəyyən edilmiş, l akin əmlakın üçünücü şəxslərin hüquqları ilə yüklü edildiyi halda onun hərraca çıxarılması və hərracdan satılmasının qanunla qadağan edilməsi ilə bağlı hər hansı qayda nəzərdə tutulmamışdır.

20. Belə olan halda, birinci instansiya məhkəməsinin qətnaməsi “hərracın yekunları barədə protokolun etibarsız hesab olunması” hissəsində ləğv olunmalı, iddia bu hissədə rədd olunmalıdır. Bununla belə, Kollegiya hesab edir ki, iddiaçının mənzilin ipoteka ilə yüklü olmasından xəbərdar olmaması hərracın etibarsızlığına səbəb olmasa da, bu hal daşınmaz əmlakın alqı-satqısına dair müqavilədən imtinaya əsas verir.

21. Belə ki, MM-in 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti ) ödəməyi öhdəsinə götürür.

22. MM-nin 568-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur.

23. MM-in yüklü əşyanın alqı-satqısı ilə bağlı münasibətləri tənzimləyən 572.1-ci və 572.2-ci maddələrinə əsasən isə, alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanı n qiymətinin azaldılmasını və ya alqı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin. Bu Məcəllənin 572.1-ci maddəsində nəzərdə tutulan qaydalar əşyanın verildiyi məqamda üçüncü şəxslərin əşyaya iddialarının olduğu və satıcının bu iddiaları bildiyi halda da, əgər sonralar həmin iddialar müəyyənləşdirilmiş qaydada hüquqa uyğun sayılmışsa, müvafiq surətdə tətbiq edilir.

24. Göründüyü kimi, qanunverici, üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşya satıldıqda, satıcının alıcını bu barədə xəbərdar etmədiyi hallarda alıcının əşyanın qiymətinin azaldılmasını tələb etmək və ya müqavilədən imtina etmək hüququnu, alıcının bu barədə xəbərdar olub, yüklü əşyanı qəbul etdiyi halda isə, yüklülüyə dözmək vəzifəsini müəyyən etmişdir.

25. Eyni zamanda, qeyd olunmalıdır ki, bu maddədə üçüncü şəxslərin hüquqlarından azad əşya vermək öhdəliyinin pozulmasına görə alıcının müqaviləni ləğv etmək hüququ nəzərdə tutulsa da, burada faktiki olaraq verilənlərin geri qaytarılması xüsusu olduğuna görə müqavilədən imtina halı vardır.

26. Ona görə də, normanın dipozisiya şərtləri ödəndiyi halda, mübahisəyə qanunvericilikdə müqavilənin ləğvi ilə bağlı nəzərədə tutulmuş nəticələr (MM, maddə 424.4) deyil, müqavilədən imtinanın nəticələri tətbiq edilməlidir.

27. Nəzərə alınmalıdır ki, müqavilədən imtina institutu kreditorun müqaviləyə geri şamil olunan şəkildə, yəni müqaviləyə bağlandığı andan etibarən xitam verilməsi hallarını bildirir. Başqa sözlə, müqavilədən imtina halında artıq müqavilə üzrə öhdəl iklər başdan, yəni müqavilənin bağlandığı andan etibarən aradan qalxmış olur. Buna görə də, imtina olunan müqavilə üzrə öhdəliklər birtərəfli qaydada tam və ya qismən icra olunmuşsa, ya da hər iki tərəfdən qismən icra olunmuşsa, onda icra edilən öhdəliklərin geri qaytarılması lazım gəlir.

28. Baxılan işdən görünür ki, iddiaçı alqı-satqı zamanı mübahisə predmeti olan mənzilin başqa bir bankın xeyrinə ipoteka ilə yüklü olması barədə məlumatlı olmamış (əksini təsdiq edən sübutlar iş materiallarına əlavə edilməmişdir), dolayısı ilə də satıcı ona qarşı üçüncü şəxslərin hüquqlarından azad əşya vermək öhdəliyini pozmuşdur.

29. Bu hal isə, ona dəlalət edir ki, iddiaçı hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 11.01.2019-cu il tarixli müqavilədən imtina edərək, icra edilmiş öhdəliyin (m ənzilin dəyəri kimi 40.000 manatın) geri qaytarılmasını tələb etməkdə haqlı olmuşdur.

30. Məhkəmə kollegiyası vurğulamışdır ki, imtina olunmuş müqavilə hərrac təşkilatı ilə iddiaçı arasında bağlansa da, alqı-satqının predmeti olan mənzilin dəyəri Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02.11.2017-ci il tarixli, 2(004)-7886/2017 saylı icra sənədinə əsasən ləğv prosesində olan Cavabdeh1 ASC-nin hesabına köçürülmüşdür.

31. Buna görə də, iddiaçının imtina etdiyi müqavilə üzrə ödədiyi 40000 manatı əsassız varlanma qaydaları çərçivəsində bankın ləğvedicisindən tələb etməsi qanuni və əsaslıdır, ləğvedicinin bu tələbi icra etməkdən imtinasının isə heç bir faktiki və hüquqi əsası yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayət inin dəlilləri

32. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 sentyabr 2021-ci il tarixli, 2(103)-7652 nömrəli qətnaməsinin tamamilə ləğv edilib və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

33. Cavabdeh kassasiya şikayətini əsaslandırarkən, onun tərəfindən iddiaçının hüquqlarının pozulmasına yönəlik hər hansı hərəkət və hərəkətsizlik edilmədiyini bildirmiş, eyni zamanda məhkəmənin formal mülahizələrə əsasən qanuni və ədalətli olmayan qətnamə qəbul etdiyini qeyd etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

35. Maddə 416.1. Bu Məcəllədə müəyyən ləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

36. Maddə 416.2 ərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.

37. Maddə 567 Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

38. Maddə 568.1 Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

39. Maddə 568.2 Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, isti smar təlimatını və i.a.) verməyə borcludur.

40. Maddə 572.1 Alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alğı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin.

41. Maddə 572.2 Bu Məcəllənin 572.1-ci maddəsində nəzərdə tutulan qaydalar əşyanın verildiyi məqamda üçüncü şəxslərin əşyaya iddialarının olduğu və satıcının bu iddiaları bildiyi halda da, əgər sonralar həmin iddialar müəyyənləşdirilmiş qaydada hüquqa uyğun sayılmışsa, müvafiq surətdə tətbiq edilir.

42. Maddə 1 091.1 Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

43. Maddə 1091.2 Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsi:

44. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hə min sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

48. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunu b-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

49. İddia tələbi bölünməz olduğundan və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

50. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissədə apellyasiya instansiyas ı məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

51. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

52. Kassasiya məhkəməsi apellyasiya məhkəməsinin gəldiyi qənaət və əsaslandırma ilə razılaşı r və hesab edir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur.

54. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

55. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7652/2021 saylı, 07 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Hakimlər: Zaur Əliyev İlqar Xələfov Abiddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar