Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2049/2024 02.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi maraqlı şəxs Göygöl rayon İcra Hakimiyyəti başçısının Aparatı yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasına (maraqlarına toxunulan şəxs Maraqlı şəxs2) qarşı iş üzrə QƏRARİ Kateqoriya: şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Ərizəçi (maraqlı şəxs Göygöl Rayon İcra Hakimiyyəti Başçısının Aparatı yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyası) “şəxsin fəaliyyət q abiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2424/2023 nömrəli, 21 noyabr 2023-cü il tarixli qətnaməsindən maraqlarına toxunulan şəxs Maraqlı şəxs2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 şəxsin Göygöl rayon filialı tərəfindən verilmiş 14 sentyabr 2020-ci il tarixli, **********5 nömrəli arayışa əsasən, X1 rayon filialından İİİ qrup əlil kimi ömürlük 233.20 manat pensiya alır.
2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Psixonevroloji Dispanseri tərəfindən verilmiş 10 iyul 2020-ci il tarixli, 19 4 saylı arayışa əsasən, X4 “orta dərəcədə ifadə olunmuş oliqofreniya” diaqnozu ilə qeydiyyatda durur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, övladı - 23 fevral 1984-cü il tarixdə anadan olmuş oğlu X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə maraqlı şəxs Göygöl rayon İcra Hakimiyyəti başçısının Aparatı yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyası göstərilmişdir.
4. Ərizəçi tələbini belə əsaslandırmışdır ki, oğlu Səbuhinin anadan gəlmə ağıl zəifliyi (kəmağıllılıq) olub və hazırda psixi xəstə olmaqla özünü idarə edə bilmir. Səbuhi məktəb oxumamışdır və uşaqlıqdan psixi xəstəliyi ilə bağlı əlilliyə görə pensiya almışdır. Bundan başqa, 27 fevral 2001-ci il tarixdən Gəncə Ruhi-Əsəb Dispanserində “debillik dərəcəsində ağıl zəifliyi, psixotabənzər davranış” diaqnozu ilə qeydiyyatda olmuşdur. Səbuhinin hazırda 36 yaşı var və özünü idarə edə bilmədiyi üçün hüquqlarını həyata keçirə bilmir. Ona görə də onun fəaliyyət qabiliyyətinin olmaması məhkəmə qətnaməsi ilə təsdiq olunmalıdır.
5. Maraqlı şəxsin nümayəndəsi X8 məhkəmə iclasında verdiyi izahatında X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilərək üzərində qəyyum təyin edilməsinin məqsədəuyğun olduğunu, ərizənin təmin olunmasına etiraz etmədiyini bildirmişdir.
6. Məhkəmənin qərardadı əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserinin verdiyi 2 fevral 2021-ci il tarixli, 57 nömrəli rəyində g östərilmişdir ki, 23 fevral 1984-cü il təvəllüdlü X4 “şəxsiyyətin primitiv inkişafı, ümumi nitq inkişafının ləngiməsi, davranış pozuntuları” ilə xəstəliyi keçirməsinə baxmayaraq, həmin xəstəlik əlamətləri az ifadəli olduğundan o, öz hərəkətlərinin mənasını anlamaq və hərəkətlərini idarə etmək iqtidarında olduğu üçün fəaliyyət qabiliyyəti olan şəxs hesab oluna bilər.
7. Məhkəmə tərəfindən ərizəçinin vəsatəti əsasında təkrar məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi tərəfindən verilmiş 7 iyun 2021-ci il tarixli 1217 nömrəli təkrar ambulator məhkəmə psixiatrik ekspertizası rəyində göstərilmişdir ki, X3 “kəskin debillik dərəcəsində oliqofreniya (yüngül kəmağıllıq)” müəyyən edilir. X4 o nda müəyyən edilmiş “kəskin debillik dərəcəsində oliqofreniya (yüngül kəmağıllıq)” diaqnozlu əqli geriliklə əlaqədar psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarına malik deyil. Buna görə də X2 fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməsi üçün əsaslar vardır.
8. Göygöl Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(066)-115/2021 nömrəli, 5 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim Zaur Hünmətov) ərizə təmin edilərək, 23 fevral 1984-cü il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, ərizəçinin və maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsinin izahatı, təqdim olunmuş sənədlər lə, o cümlədən Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 7 iyun 2021-ci il tarixli rəyinə əsasən təsdiq olunur ki, onda müəyyən edilmiş kəskin debillik dərəcəsində oliqofreniya (yüngül kəmağıllılıq) diaqnozu əqli geriliklə əlaqədar X4 psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarında deyildir.
10. Məhkəmə öz mövqeyini MPM-nin 317.2, 318.2, 319-cu maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Qətnamədən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquqlarına toxunan şəxs Maraqlı şəxs2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etmişdir.
12. Maraqlı şəxs2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış, iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. O, 2009-cu ildə X4 ilə ailə qurmuş, 2010-cu ildə isə nikahları rəsmiləşdirilmişdir. Birgə nikahlarından 24 dekabr 2012-ci il təvəllüdlü Əli və 6 dekabr 2013-cü il təvəllüdlü Hüseyn adlı uşaqları anadan olmuşdur. 2019-cu ildən faktiki olaraq X4 ilə ailə münasibətləri pozulmuş və sonuncu 2020-ci ildə ona qarşı nikahın pozulması tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Göygöl Rayon Məhkəməsi 22 iyun 2020-ci il tarixdə işə baxıb barışmaq üçün onlara üç ay vaxt vermiş, eyni zamanda, işə mahiyyəti üzrə baxılıb yekun məhkəmə aktı qəbul edilənədək hər ay uşağa görə sabit pul məb ləğində 125 manat aliment müəyyən etmişdir. Həmin qərardadın alimentlə bağlı hissəsindən X5 apellyasiya şikayəti versə də, apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra, birinci instansiya məhkəməsi tərəfindən X6 ilə aralarındakı nikahın pozulması və birgə nikahlarından anadan olmuş uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 125 manat məbləğində aliment tutulması barədə qətnamə qəbul olunmuşdur. Həmin işə baxılarkən Səbuhi Mərəndski, anası Şəkər Mərəndski və Səbuhinin vəkil işləyən əmisi oğlu ona demişlər ki, bu aliment bir il altı aydan sonra verilməyəcək. Bundan başqa, Səbuhi Mərəndski üçüncü qrup əlildir və hər ay dövlətdən 233,20 manat məbləğində əlilliyə görə pensiya alır. Həm də Səbuhi Göygö l rayon Mənzil Kommunal təsərrüfatı birliyində fəhlə işləyirdi. Səbuhi 27 fevral 2001-ci il tarixdən Gəncə Ruhi-Əsəb Dispanserində “debillik dərəcəsində ağıl zəifliyi psixozabənzər davranış” diaqnozu ilə qeydiyyatdadır. Səbuhinin dispanserdə hansı diaqnozla qeydiyyatda olmasına diqqət yetirilməlidir. Məhkəmə tərəfindən uşaqlara təyin olunmuş alimenti verməmək üçün Səbuhi, anası Şəkər və vəkil işləyən əmisi oğlu saxta yola əl atıb ikinci dəfə təyin olunmuş məhkəmə psixiatrik ekspertiza mərkəzindən saxta rəy almaqla qeyri-obyektiv qətnamə çıxarılmasına nail olmuşlar. 2021-ci ilin əvvəlində alimenti verməkdən boyun qaçırmaq məqsədilə Səbuhinin anası hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. İşə baxan birinci instansiya məhkəməsi ikinci ekspertizanın təyin olunmasını heç bir faktla əsasla ndırmamışdır. Məhkəmə qətnamə çıxaran zaman məhkəmə psixiatrik ekspertizasının iki rəyinin arasında olan ziddiyyəti hansı əsaslarla aradan qaldırmasını qətnamədə əsaslandırmamışdır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi əsasında Səbuhi Mərəndskinin uşaqlarına verdiyi aliment kəsilmişdir.
13. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-2424/2023 nömrəli, 21 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər İslam Həsənov (sədrlik edən və məruzəçi), Loğman Süleymanov və Afiq Hüseynzadə) maraqlarına toxunulan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
14. Apellyasiya instansiya məhkəməsinin möv qeyi ondan ibarət olmuşdur ki, ərizəçinin tələbinin hüquqi əsasını təşkil edən norma Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsidir. Həmin normaya görə, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər.
15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq, birinci instansiya məhkəməsi tərəfindən Səbuhi Mərəndskinin öz hərəkətlərinin mənasın ı başa düşməsi və ya öz hərəkətlərinə rəhbərlik edə bilməsinin müəyyən olunması üçün ekspertiza təyin olunmuş və yuxarıda göstərilən məhkəmə psixiatrik rəyi ilə Səbuhi Mərəndskinin öz hərəkətlərinin mənasını anlayıb hərəkətlərini idarə etmək qabiliyyətində olmaması aydın və qəti şəkildə müəyyən olunmuşdur.
16. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi tərəfindən verilmiş 07 iyun 2021-ci il tarixli 1217 nömrəli təkrar ambulator məhkəmə psixiatrik ekspertizası rəyini sübut kimi qəbul etmiş və hesab etmişdir ki, Səbuhi Mərəndskinin fəaliyyət qabiliyyəti olmayan hesab olunması üçün qanuni əsaslar vardır.
17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, bu qətnamənin əsaslandırma hissəsindəki mövqeyə əsasən şikayətdə göstərilən dəlillər əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir.
18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcələsinin 28.8-ci maddəsinə, MPM-in 76.2, 88, 101.3, 217.4, 218.1, 305.1.3, 317.2, 317.3, 319, 372.1, 372.6, 372.7, 384.0.1, 385.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. Maraqlı şəxs (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
20. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsasland ırılmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halları dəqiqləşdirməmiş, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq düzgün qiymət verməmişdir.
21. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə, MPM-in 14.1, 14.2, 88-ci maddələrinə istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
23. Maddə 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iq tisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
27. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
29. Maddə 305.1.3 məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyətiolmayan hesab edilməsi haqqında işlərə baxır.
30. Maddə 317.2. Məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır.
31. Maddə 321.2 şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.
32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində ir əli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instan siyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhk əmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
38. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından ərizəçinin tələbi, habelə apelyasiya şikayətinin dəlilləri ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
39. Bununla yanaşı, məhkəmə kollegiyası əl avə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
40. Göründüyü kimi ərizəçi oğlu - 23 fevral 1984-cü il təvəllüdlü Səbuhi Mərəndskinin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmasını xahiş etmişdir.
41. Həmin tələbin maddi hüquqi əsasını təşkil edən Mülki Məcəllənin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər.
42. Bu şərtin mövcudluğunun müəyyən olunması xüsusi bilik tələb etdiyinə görə ekspertiza yolu ilə müəyyən oluna bilər. Baxlılan işdə də məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi tərəfindən verilmiş 07 iyun 2021-ci il tarixli ambulat or məhkəmə psixiatrik ekspertizası rəyinə əsasən müəyyən etmişdir ki, X4 əqli geriliklə əlaqədar psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarında deyil.
43. Kassatorun sabiq ərinin sağlamlıq problemləri olsa da, tam fəaliyyət qabiliyyətli olması barədə dəlili ekspert rəyinin şübhə altına alınmasına əsas vermir. Məhkəmə kollegiyası hesab edir ki, S.Mərəndskinin fəaliyyət qabiliyyətli olmamasının məhkəmə qətnaməsinin icrasına maneçilik yaratması barədə dəlil apellayasiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
44. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hans ının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.
45. PM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
46. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaə tə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
48. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2424/2023 nömrəli, 21 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.