Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3524/2022 14.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi vəzifələrinə toxunan şəxs maraqlarına toxuna şəxsna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Ərizəçi maraqlarına toxunan şəxs maraqlarına toxuna şəxsnun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 aprel 2022-ci il tarixli, 2(103)-3481/2022 nömrəli qərardadından maraqlarına toxunan şəxs maraqlarına toxuna şəxs tərəfindən verilmiş kassasiya şikayətinə 14 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Ş.Əliyev) 4 oktyabr 2021-ci il tarixli, 2(011)-6348/2021 nömrəli qətnaməsi (bundan sonra - birinci instansiya məhkəməsi) ilə ərizə təmin edilərək, 1 iyun 1951-ci il tarixində ünvan 1 ünvanında qeydiyyat olan maraqlarına toxuna şəxsnun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi, fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş maraqlarına toxuna şəxsnun (bundan sonramaraqlarına toxunan şəxs) üzərində qəyyum təyin edilməsinin Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasına həvalə edilməsi qət edilmişdir.
2. Həmin qə tnamədən hüquq və vəzifələrinə toxunan şəxsin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti vermişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər F.Ş.Talışinski (sədrlik edən və məruzəçi), A.N.İmanov və Q.A.Əsgərov) 11 aprel 2022-ci il tarixli, 2(103)3481/2022 nömrəli qərardadı ilə hüquq və vəzifələrinə toxunan şəxsin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməsi və mülki işin birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır.
4. Qərardad onunla əsaslandırılmışdır ki, şikayətin MPM-də nəzərdə tutulan Formasına riayət edilməmiş, mümkünlük məsələsinə baxanda vəkilin adına verilmiş etibarnamə ləğv edilmişdi, qətnamədən apelyasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpası məsələsinə baxılmamışdır. K assasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
5. Hüquq və vəzifələrinə toxunan şəxs maraqlarına toxuna şəxs və vəkili Vəkil4 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 aprel 2022-ci il tarixli, 2(103)-3481/2022 nömrəli qərardadının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
6. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları pozulmuşdur. Belə ki, maraqlarına toxunan şəxsin qətnaməni almasını təsdiq edən qəbz işin materiallarında mövcud deyildir. Maraqlarına toxunan şəxs məhkəməyə müraciət etmiş, rəsmi qaydada sənədləri əldə etmiş və bundan sonra prosessua l müddət çərçivəsində apellyasiya şikayətini göndərmişdir. Birinci instansiya məhkəməsi də buna nəzərən apellyasiya şikayətini baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Eyni zamanda, fəalliyyət qabiliyyətsiz olması ilə bağlı qətnamə faktiki olaraq mübahisələndirilir, yəni hazırki tarixdə hesab olunur ki, prosessual müddət çərçivəsində də şikayət təqdim edilmişdir. Bu isə onu deməyə əsas verir ki, qətnamə qanuni qüvvəsin almamış, maraqlı şəxs kimi maralarına toxunan şəxs tərəfindən şikayət verilmiş və bu şikayətdə apellyasiya məhkəməsinə göndərilmişdir. Etibarnamənin ləğv edilməsi isə qətnamənin qanuni qüvvəsini almasından sonra mümkün idi ki, faktiki olaraq şikayət verildiyindən qətnamə qanuni qüvvəsini almamış hesab edilməli və etibarnamənində ləğv edilməsi əsassız hesab e dilməlidir.
7. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
8. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
9. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər.
10. Maddə
360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
11. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və k assasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
12. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya baxışının hədləri
13. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmu ş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad dilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
14. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsaslı hesab olunaraq Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 aprel 2022-ci il tarixli, 2(103)-3481/2022 nömrəli qərardadı ləğv edilməlidir.
16. Belə ki, Apellyasiya Məhkəməsi qərardadını şikayətin MPM-də nəzərdə tutulan formaya riayət edilməməsi, mümkünlük məsələsinə baxanda vəkilin adına verilmiş etibarnamənin ləğv edilməsi, qətnamədən apelyasiya şikayəti vermək üçün bur axılmış müddətin bərpası məsələsinə baxılmaması ilə əlaqələndirilmişdir.
17. Məhkəmənin istinad etdiyi bütün əsaslar iş materialları ilə təkzib olunur.
18. Əvvəla, qətnamədən şikayət verilərkən müddətin ötürülməsi məsələsinə qiymət verilməməsi ilə bağlı qeyd edilir ki, işdə maraqlarına toxunan şəxsə qətnamənin rəsmi olaraq verilməsini təsdiq edən heç bir sənəd yoxdur. Hansıki, qətnamənin tərəfə çatması məhkəmə sənədləri ilə təsdiq olunmalıdır. Bunu nəzərə alan 1-ci instansiya məhkəməsi 9 mart 2022-ci il tarixli qərardadı ilə (mülki iş səhifə70-71) qətnamədən verilmiş şikayəti baxılması üçün Apellyasia Məhkəməsinə göndərmişdir. Ona görə hazırkı halda qətnamədən apelyasiya şikayəti vermə müddətinin bərpası məsələsi ilə bağlı qərar qəbul edilməsinə zərurət yox idi.
19. Nəzərə almaq lazımdır k i, müddətin bərpası o halda tətbiq olunur ki, məhkəmə sənədinin alınması təsdiq olunur, lakin müəyyən üzrlü səbəbdən qanunla müəyyən edilən müddət ərzində prosessual hərəkətlər yerinə yetirilməmiş qalır və ötürülmüş müddətin üzrlü olub-olmaması mübahisə doğurur.
20. Məhkəmə qərardadında istinad olunan digər əsas, şikayətin MPM-in müəyyən etdiyi formada tərtib olunmaması ilə bağıdır.
21. Kollegiya qeyd edir ki, şikayətin forması dedikdə MPM-ə əlavə edilmiş şablon forma başa düşülməməlidir. Şikayət tərtib olunarkən orada qeyd olunan qarfiklərə riayət olunmaması şikayətin geri qaytarılması üçün əsas ola bilməz. Qanunvericinin nəzərdə tutduğu forma, şikayət tərtib olunarkən MPM-nin 361-ci maddəsində nəhzərdə tutulan məlumatların əks olunmasını nəzərdə tutur. Hansıki, hazırkı işdə olan apelya siya şikayəti həmin normanın tələblərinə cavab verir.
22. Apellyasiya şikayətini vermiş nümayəndənin şikayətin mümkünlüyü məsələsinə baxılanda etibarnaməsinin ləğv edilməsi dəlili də keçərli deyil. Çünki apelyasiya şikayəti verilərkən nümayəndə səlahiyyətli olmuşdur. Nümayəndənin səlahiyyətlərinə etibarnamə ləğv edildikdən sonra xitam verilir. Buna qədər edilmiş hərəkətlər təmsil olunan üçün hüquq və vəzifələr yaradır. Şikayət verən şəxsin şikayət verdikdən sonra başqa nümayəndə ilə təmsil olunmaq səlahiyyətlərini özündə saxlayır. Əvvəlki nümayəndənin səlahiyyətlərinə xitam verilməsi şikayətə xitam verilmə kimi qiymətləndirilməməlidir.
23. MPM-in 363.1.1. maddəsinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəf indən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə şikayət geri qaytarılır. Hazırkı işdə qeyd olunan normada sadalanan hallar mövcud deyil.
24. Qanuni əsaslarla imzalanmış apellyasiya şikayəti MPM-in 369-cu maddəsinə riayət edilməklə geri götürülə bilər. Həmin normaya görə işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir.
25. Şikayətin elektron məhkəmə sistemi vasitəsilə verilməsi iş materiları ilə təsdiq olunduğundan həmin məsələ ilə bağlı ətraflı dəyərləndirmə aparılmasına zərurət yoxdur.
26. Yuxarıda qeyd olunanları rəhbər tutaraq kollegiya belə qənaətə gəlir ki, Apelyasiya məhkəməsi maraqlı şəxsin apelyasiya şikayətinin mümkünlüyü məsələsinə baxarkən prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki. buda qərardadın ləğv edilməsi üçün əsasdır.
27. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Maraqlarına toxunan şəxs maraqlarına toxuna şəxsnun kassasiya şikayəti təmin edilsin. Həmin iş üzrə Bakı Apelly asiya Məhkəməsinin Mülki kollegiyasının 11 aprel 2022ci il tarixli, 2(103)-3481/2022 nömrəli qərardadı ləğv edilsin. Mülki iş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.