Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3906/2023 18.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizəsi üzrə QƏRARDADİ iş № 2(102)-3906/2023 Açar sözlər: vəkil tərəfindən elektron qaydada imzalanmaması əsası ilə kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi Bakı şəhəri, 18 sentyabr 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7607/2022 nömrəli iş üzrə 09 avqust 2023-cü il tarixli qərardadından Ərizəçi kassasiyasının mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərardadı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ
1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək (maraqlı şəxs Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası), 07 fevral 1993- cü il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-186/2021 nömrəli iş üzrə 17 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim G.Abassova) iddia rədd edilmişdir.
3. Qətnamədən ərizəçi apellyasiya şikayəti vermişdir.
4. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7607/2022 nömrəli iş üzrə 07 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Sarıyev (sədrlik edən və məruzəçi), E.Mehdiyev və N.Cəfərov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
5. Qətnamədən ərizəçi 30 mart 2023-cü il tarixdə kassasiya şikayəti vermişdir.
6. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7607/2022 nömrəli iş üzrə 12 aprel 2023-cü il tarixli qərardadı ilə kassasiya şikayəti qaytarılmışdır.
7. Ərizəçi 12 aprel 2023-cü il tarixli qərardaddan kassasiya şikayəti vermişdir.
8. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7607/2022 nömrəli iş üzrə 12 may 2023-cü il tarixli qərardadı ilə kassasiya şikayəti müddət ötürüldüyü üçün qaytarılmışdır.
9. Daha sonra ərizəçi Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 dekabr 2022-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi müddətinin bərpası barədə ərizə ilə çıxış etmişd ir.
10. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7607/2022 nömrəli iş üzrə 09 avqust 2023-cü il tarixli qərardadı ilə (hakimlər X.Sarıyev (sədrlir edən və məruzəçi), F.Qasımov və F.Abdıyev) ərizə təmin edilməmiş, kassasiya şikayəti qaytarılmışdır.
11. Həmin qərardaddan ərizəçi kassasiya şikayəti vermişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəs ilə həyata keçirilir; Maddə 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir; Maddə 67.1. Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər; Maddə 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasl arın olması daxildir; Maddə 404-1.2. işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir; Maddə 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir; Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şə xs tərəfindən verilmişdirsə; Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır; Maddə 408.5. Bu Məcəllənin 408.1.1-408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
13. Məhkəmə kollegiyası kassasiya şikayətini iş materialları ilə birlikdə nəzərdən keçirərək, aşağıdakıları qeyd edir.
14. Kassasiya şikayəti xx.xx.2023-cü il tarixdə elektron qaydada iddiaçı tərəfindən imzalansa da, şikayət vəkil tərəfindən elektron qaydada imzalanmamış, bununla da iddiaçı tərəfindən MPM-in 10-1.3, 10-1.7, 67.1 və 407.3-cü maddələrinin tələbləri pozulmuşdur.
15. Apellyasiya instansiyası məhkəməsi də qanunun imperativ göstəri şlərini nəzərə almayaraq, vəkil tərəfindən elektron qaydada imzalanmayan kassasiya şikayətini qaytarmalı olduğu halda, baxılması üçün kassasiya instansiyası məhkəməsinə göndərmişdir.
16. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün sayılmalı və şikayət onu verən tərəfə qaytarılması üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
17. Göstərilənlərə əsasən və MPM-in 10-1, 67, 407 və 408-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7607/2022 nömrəli iş üzrə 09 avqust 2023-cü il tarixli qərardadından Ərizəçi kassasiya şikayəti qeyri-mümkün hesab edilsin, şikayət ərizəçiyə qaytarılması üçün mülki iş həmin məhkəməyə göndəri