Məhkəmə qərarları › İş №2(102)-3905/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3905/2022

25.07.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3905/2022 25.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi maraqlı şəxs BAkı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi faktının müəyyən edilməsinə dair iş üzrə QƏRARİ iş № 2(102)-3905/2022 Açar sözlər: şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi faktının müəyyən edilməsi Bakı şəhəri 25 iyul 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Ərizəçi Nəsimi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komis siyasını maraqlı şəxs qismində cəlb etdiyi «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)2799/2022 nömrəli, 06 aprel 2022-ci il tarixli qətnaməsindən ərizəçi tərəfindən verilmiş kassasiya şikayətinə 25 iyul 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Ərizəçi (bundan sonra-ərizəçi) xx xxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuşdur, X3 birinci nikahdan olan oğludur.

2. X8 ilə X2 xx.xx.2011-ci il tarixində Nəsimi rayon qeydiyyat şöbəsində nikaha daxil olmuşdur.

3. Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 24 dekabr 2011-ci il tarixli AZ-İİ № 793974 seriya nömrəli doğum haqqında şəhadətnaməyə əsasən X9 11 fevral 2011-ci il tarixində Bakı şəhərində anadan olmuş, atası X8, anası X1r. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. Ərizəçi Nəsimi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasını (bundan sonra-maraqlı şəxs) maraqlı şəxs qismində cəlb etdiyi ərizə ilə məhkəməyə müraciət edərək, ərizəçinin 26 fevral 1948-ci il təvəllüdlü atası, X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Ərizə onunla əsaslandırılmışdır ki, atası X8 xx.xx.1948-ci il tarixində Gürcüstan Respublikasının Marneuli rayonunda anadan olmuşdur. Atası əvvəllər sağlam biri olmuş, uzun müddət X7 xidmət etmişdir. Lakin son 10 il ərzində onun səhhətində problemlər yaranmışdır və yaddaş pozğunluğundan əziyyət çəkir. Hə tta bəzən onu, yaxın qohumlarını belə tanımır, etdiyi hərəkətlərin, danışdığı sözlərin mahiyyətini anlamır. O, atası üzərinə qəyyum təyin ediləcəyi təqdirdə onun mütəmadi olaraq ixtisaslı həkimlər tərəfindən müalicə olunmasına, etdiyi hərəkətlərin mahiyyətinin ona anladılmasına çalışacağdır. Məhkəməyə ərizə ilə müraciət etməyinin səbəbi ondan ibarətdir ki, atası öz hərəkətlərini idarə edə bilmədiyindən özü üçün hansı hüquqi nəticə yarada biləcəyindən asılı olmayaraq gələcəkdə istənilən formalı şifahi əqd bağlaya bilər və bu onlar üçün arzuolunmaz nəticələrə səbəb ola bilər.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)5954/2021 nömrəli qərardadı ilə məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir.

7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 2675 nömrəli rəyindən görünür ki, X8 hər hansı bir xroniki psixi xəstəlik, kəmağıllıq və sair psixi xəstəlikdən əziyyət çəkmir. Onda yüngül ifadəli koqnitiv pozuntu müəyyən edilir. Hazırda aparılan psixiatrik müayinə zamanı X4 aşkar edilən koqnitiv pozuntu ifadə dərəcəsinə görə yüngüldür. Yəni yoxlanılan şəxsdə sosial dezadaptasiyaya səbəb ola bilən ağıl zəifliyinə gətirib çıxaran ağır dərəcədə ifadə olunmuş koqnitiv pozuntu əlamətləri müəyyən edilmir. Buna görə də o, öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarındadır.

8. Məhkəmə iclasında fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi tələb edilən şəxs X8 izahat verərək bildirmişdir ki, oğlunun ərizəsi əsassızdır. O, öz hərəkətlərinin mənasını başa düşür və öz hərəkətlərinə rəhbərlik edə bilir. Ərizənin təmin olunmaması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

9. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim R.A.Xəlilov) 2(006)153/2021 nömrəli, 06 yanvar 2022-ci il tarixli qətnaməsi ilə Ərizəçi Nəsimi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etdiyi “şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi” tələbinə dair ərizəsi təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi xahiş olunan şəxsin ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və ya öz hərəkətlərinə rəhbərlik edə bilməməsi iş materialları ilə sübut olunmur, həmçinin fəaliyyət qabiliyyətli olmayan hesab edil məsi tələb edilən şəxs X3 məhkəmə zalında dindirilməsi zamanı verdiyi ifadələrdən və məhkəmə psixiatrik ekspertizasının rəyindən müəyyən olunmuşdur ki, X8 öz hərəkətlərinin mənasını dərk etmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarına malikdir. Həmçinin iş materiallarına əsasən də müəyyən edilmişdir ki, Budaqov Məmməd öz hüquqlarının həyata keçirilməsi üçün vəkilə etibarnamə vermiş, verilən etibarnamə isə müvafiq notarius tərəfindən fəaliyyət qabiliyyəti yoxlanılmaqla təsdiq edilmişdir. Buna görə də, X8 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas yoxdur.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8, 305.1.2, 317.2, 318.2, 319-cu maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Ərizəşi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və ərizəsinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2799/2022 nömrəli, 06 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), M.Məmmədov və R. Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, işin faktiki halları ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi xahiş olunan şəxsin ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və ya öz hərəkətlərinə rəhbərlik edə bilməməsi sübut olunmur, Bu daqov Məmməd öz hüquqlarının həyata keçirilməsi üçün vəkilə etibarnamə vermiş, verilən etibarnamə isə müvafiq notarius tərəfindən fəaliyyət qabiliyyəti yoxlanılmaqla təsdiq edilmiş və məhkəmə psixiatrik ekspertizasının rəyindən X3 öz hərəkətlərinin mənasını dərk etmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarına malik olması müəyyən olunur, həmçinin ərizəçinin təqdim etdiyi tibbi sənədlərlə iş üzrə təkrar komisyon qaydada psixiatrik qaydada ekspertiza keçirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

15. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 28.8, 305.1.3, 317.2, 318.2, 319-cü maddələrinə və MPM-nin 14.2, 77.1, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

16. Ərizəçi (Vəkil Barış oğlu) ka ssasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

17. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətində göstərilən hallara düzgün qiymət verməmiş, ekspertizanın keçirilməsi ilə bağlı vəsatəti əsassız olaraq rədd etmiş, bu pozuntular qanuni və əsaslı olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Məhkəmə psixiatrik ekspertizasının xx.xx.2021-ci il tarixli 2675 saylı rəyində isə kifayət qədər boşluqlar olduğu, X5 Xarkov şəhərində baş nahiyyəsindəki ağrılarla bağlı qardaşı İlkin Budaqov tərəfindən həkim-narkoloqa yoxlatdrılması və müayinə nəticəsində ona “Toksik polinevropatiya, Lakunar amneziya, koqnitiv funksiyanın zəifləməsi, Demensiya” diaqnozunun qoyulması və atası Məmməd Budaqovun məhz psixiatrın və nevropatoloqun müşahidəsi altında olmasının məsləhət bilinməsi, bundan əlavə, ekspertizaya təqdim edilmiş atasına barəsində DİN-nin poliklinikasından əldə edilmiş ambulator xəstənin tibbi kartasmda olan qeydlərin əksəriyyəti ekspert rəyində göstərilməmiş, atası X3 1980-ci ildə keçirdiyi ağır avtoqəza nəticəsində onurğa sütunun 2-ci bel fəqərəsinin L2 səviyyəsində kompression sımğı və qasıq sümüklərinin birləşməsinin aralanması (Simfiz nahiyyəsinin aralanması) kimi ağır bədən xəsarətləri aldığı üçün 2 ildən artıq müddətdə fasilələrlə DİN-nin hospitalında stasionar müalicə alması, daha sonra mütəmadi olaraq baş ağrılarından, baş gicəllənməsindən, arterial təzyi qdən, yuxusuzluqdan, şəkərli diabet xəstəliyindən əziyyət çəkməsi, başında olan ağrılarla bağlı və beynin funksiyasında olan pozuntularla bağlı 2018-ci ildə başın tomoqrafıyasınm aparılması ekspertiza rəyində əks olunmamış, bu cür vacib nüanslara fikir verilmədən səthi şəlkildə tərtib edilmiş ekspertiza rəyi məhkəmə tərəfindən nəyəsə görə “mötəbər sübut” kimi qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı X3 nümayəndəsi Nümayəndə tərəfindən etiraz daxil olmuşdur. Etirazda kassasiya şikayətinin təmin edilməməsi xahiş olunur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

19. Maddə 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxsl ər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

20. Maddə 305.1.3. Məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır.

21. Maddə 317.2. Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş üzrə ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların, (valideynlərin, uşaqların, qardaş-bacıların) müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır.

22. Maddə 318.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hə rəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir.

23. Maddə

319. Hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər.

24. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olm amasına istinad etməyə yol verilmir.

25. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

26. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

27. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələ ri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

28. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsini n qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi tələb edilən şəxs X3 məhkəmə iclaslarında dindirilməsi zamanı verdiyi ifadələrdən və məhkəmə psixiatrik ekspertizasının rəyindən müəyyən olunmuşdur ki, öz hərəkətlərinin mənasını dərk etmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarına malikdir.

31. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.

32. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və apellyasiya şikayətinin dəlillərinə qiymət verilmişdir.

33. Buna görə də, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Ərizəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2799/2022 nömrəli iş üzrə 06 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar