Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-993/2024 21.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi (maraqlı şəxs X2 və Xətai Rayon İcra Hakimiyyəti) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayəti icraata qəbul edildikdən sonra digər şəxsin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edildiyinə görə, icraata qəbul qərardadının ləğv edilərək işin kassasiya baxışından çıxarılmaqla apellyasiya instansiyası məhkəməsinə qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 noyabr 2023-cü il tarixli 2(103)-328/2023 saylı qətnaməsindən Ərizəçi və maraqlı şəxs X2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə, mülki işin geri qaytarılması barədə Bakı Apelyasiya Məhkəməsinin müraciətinə baxaraq müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2(011)6348/2021 saylı qətnaməsi ilə Ərizəçi ərizəsi təmin edilərək, X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş və üzərində qəyyum təyin edilməsi Xətai rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasına həvalə edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 noyabr 2023-cü il tarixli qətnaməsi ilə X1 nümayəndəsi tərəfindən verilmiş apelyasiya şikayəti qismən t əmin edilmiş, Xətai Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2(011)-6348/2021 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, ərizə qismən təmin edilmiş, X2 məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, ərizə qalan hissədə təmin edilməmişdir. 29 yanvar 2024-cü il tarixdə ərizəçi və maraqlı şəxs X2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri mülki işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki Kollegiyasının 08 fevral 2024-cü il tarixli mülki işin icraata qəbul edilməsi barədə qərardadı ilə kasasiya şikayətləri yazılı icraat qaydasında baxılması üçün icraata qəbul edilmişdir. Sonradan Bakı Apelyasiya Məhkəməsi xx.xx.2024-cü il tarixli məktubla Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək, iş üzrə maraqlı şəxs X1 nümayəndəsi və vəkili qətnamədən elektron məhkəmə informasiya sistemi ilə kassasiya şikayəti verdiyindən, kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması üçün mülki işin Bakı Apelyasiya Məhkəməsinə geri qaytarılmasını xahiş edib. Kasasiya instansiyası məhkəməsi mülki iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıdakılara görə mülki işin icraata qəbul edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin 08 fevral 2024-cü il tarixli qərardadı ləğv edilməli və mülki iş baxışdan çıxarılaraq sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı Apelyasiya Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 406-cı maddəsinə görə kassasiya şikayəti yazılı formada apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verili r. Əgər kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinə bilavasitə verilərsə, onda bu məhkəmə tərəfindən həmin şikayət bu Məcəllənin 407-409-cu maddələri ilə nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsi üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərilir. MPM-nin 408-ci maddəsində kassasiya şikayətinin geri qaytarılması üçün nəzərdə tutulmuş əsaslar müəyyən edildikdə apelyasiya instansiyası məhkəməsinin kassasiya şikayətini geri qaytarması tələb olunur. Həmin Məcəllənin 409-cu maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 407-ci maddəsinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müdd əti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Azərbaycan Respublikası MPM-nin 417.1.7-ci maddəsində göstərilir ki, kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. İşin hazırki prosessual vəziyyəti – maraqlı şəxsin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi – MPM-nin 417.1.7-ci maddəsində nəzərdə tutulmuş dispozisiya şərtlərinə uyğundur və icraata qəbul qərardadı ləğv edilərək iş kassasiya baxışından çıxarılmaqla apellyasiya instansiyası mə hkəməsinə qaytarılmalıdır. Apellyasiya instansiyası məhkəməsi maraqlı şəxsin kassasiya şikayətinin MPM-nin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamalı, habelə kassasiya şikayətinin geri qaytarılması üçün əsasların olub-olmamasını araşdırıb müvafiq qərar qəbul etməli, qanunun tələblərinə cavab verdiyi halda maraqlı şəxsin kassasiya şikayətini də baxılması üçün göndərməli, əks halda ərizəçi və maraqlı şəxsin kassasiya şikayətinə baxılması üçün iş materiallarını Ali Məhkəməyə göndərməlidir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 407, 408, 409 və 417.1.7-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 noyabr 2023-cü il tarixli qətnaməsindən ərizəçi və maraqlı şəxs tərəfindən verilmiş kasasiya şikayətlərinin icraata qəbul edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin 08 fevral 2024-cü il tarixli qərardadı ləğv edilsin. Mülki iş kasasiya baxışından çıxarılsın və maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayəti üzrə Azərbaycan Respublikası MPM-nin 407-409-cu maddələri ilə nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-993/2024
Ali Məhkəmə Qərardad — İş №2(102)-993/2024
21.02.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver