Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4641/2022 06.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4641/2022 Açar sözlər: şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi, ekspert rəyi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Ərizəçi (maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti cəlb olunmaqla) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2 (103)-550/2022 nömrəli, 12 aprel 2022-ci il tarixli qətnaməsindən ərizəçi tərəfindən verilmiş kassasiya şikayətinə 6 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Ərizəçi (bundan sonra - ərizəçi) oğlu Taleh Qafarov xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, ruhi əsəb xəstəliyindən əziyyət çəkir.
2. Ərizəçi eyni məzmunlu ərizə ilə Suraxanı Rayon Məhkəməsinə 2019-cu ildə də müraciət etmiş, həmin iş üzrə ambulator məhkəmə psixiatrik ekspertizasnın 18 oktyabr 2019-cu il tarixli rəyinə görə ərizəçinin oğlu Taleh Qafarov fəaliyyət qabiliyyətli hesab edilib. Həmin iş baxılmamış saxlanılıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. Ərizəçi (maraqlı şəxs Bakı şəhəri Su raxanı rayon İcra Hakimiyyəti cəlb olunmaqla) ərizə ilə məhkəməyə müraciət edərək, oğlu - xx.xx.1989-cu il tarixdə Bakı şəhərində doğulmuş X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir
4. Ərizəçi tələbini onunla əsaslandırılmışdır ki, oğlu Taleh ruhi-əsəb xəstəliyindən əziyyət çəkir, anadan olandan bu günə qədər X5 Disponserində qeydiyyatda olmaqla mütəmadi müalicə alır. Belə ki, o müstəqil olaraq özünü idarə edə bilmir, bu səbəbdən oğlunun daimi köməyə ehtiyacı vardır. X4 psixi qüsuru səbəbindən öz hərəkətlərinin mənasını anlaya bilmir və öz hərəkətlərini idarə edə bilməməsi nəticəsində bir sıra hüquqlarından məhrum olmuşdur. Taleh öz həyatını normal səviyyədə yaşamalı olmasını belə dərk etmir. Bu səbəbdən də, o, X2 bir sıra şəxsi işlərin i görməyə məcbur olur. X2 öz hərəkətlərini dərk etməməsinə baxmayaraq, fəaliyyət qabiliyyətli olması oğlunun bəzi hüquqlarını həyata keçirilməsində ona maneçilik törədir. X2 üç övladı vardır və həyat yoldaşı oğlunu atıb gedib. Ona görə də, o, oğlu X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur.
5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(010)-1689/2020 nömrəli, 12 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakim Leyla Talıbova) ərizə təmin edilməmişdir.
6. Birinci instansiya məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, X4 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X1 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2019-cu il tarixli rəyi ilə fəaliyyət qabilliyyətli hesab edil mişdir. Beləliklə, X3 aşkar olunmuş mülayim dərəcədə ifadə olunmuş nevrasteniya onun fəaliyyət qabiliyyətli olmayan şəxs hesab olunmasına əsas vermədiyindən ərizə təmin oluna bilməz.
7. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 88, 89.1, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
8. Ərizəçi apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1697/2021 nömrəli, 4 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Tofiq Səmədov (sədrlik edən və məru zəçi), İkram Şirinov və Anar Tanrıverdiyev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq,ərizənin təmin olunması üçün əsaslar olmadığından sonuncunun düzgün nəticəyə gəldiyini qeyd etmişdir. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat
11. Ərizəçi kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
12. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 sentyabr 2021-ci il tarixli, 2(102)-4032/2021 nömrəli qərarı ilə (hakimlər Aqil Abbas ov (sədrlik edən və məruzəçi), Elşanə Vəliyeva, Elşad Şamayev) apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır.
13. Məhkəmə kollegiyası mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə müvafiq ekspertiza təyin etmədən, eyni məzmunlu ərizə əsasında əvvəlki iş üzrə keçirilmiş ekspert rəyinə əsasən ərizəni təmin etməmişdir. Ərizəçi apellyasiya şikayətində övladının psixi durumunun pisləşməsinə baxmayaraq ekspertiza təyin edilməməsini dəlil kimi irəli sürsə də, apellyasiya məhkəməsi bu dəlilə, ümumiyyətlə, qiymət verməmişdir.
14. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, analoji işlərdə ərizə üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün yeganə sübut vasitəsi ekspert rəyi hesab edilir. Məhkəmələr ərizəni rədd edərkən əvvəlki ekspert rəyinə istinad etdiklərini qeyd etsələr də, həmin rəyin verilməsindən sonra ərizəçinin övladının psixi durumu ilə bağlı təqdim edilən tibbi sənədlərə, ümumiyyətlə əhəmiyyət verməmiş, həmin sənədlərdə qeyd olunan diaqnozun şəxsin fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsinə əsas verib verməməsini müəyyən etməmişlər.
15. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandıarkən, Mülki Prosessual Məcəllənin 81, 319, 392.1.5-ci maddələrinə istinad etmişdir. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
16. Bakı Apellyasiya Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli, 2(103)-10140/ 2021 nömrəli qərardadı ilə məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir.
17. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 Ambulato r məhkəmə psixiatrik ekspertizasının 18 yanvar 2022-ci il tarixli 117 saylı rəyindən görünür ki, X3 emosional davamsız şəxsiyyət pozuntusu (sərhədi tip) aşkar olunur. X3 qeyd olunan “emosional davamsız şəxsiyyət pozuntusu (sərhədi tip)” onu öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarından məhrum etmir. T.Ərizəçi hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malikdir. X4 hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olduğundan fəaliyyət qabiliyyətli hesab edilməlidir.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 aprel 2022-ci il tarixli, 2(103)-550/2022 nömrəli qətnaməsi ilə (hakimlər Emin Mehdiyev (sədrlik edən və məruzəçi), Namiq Cəfərov, Xəyal Sarıyev) birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Məhkəmə kollegiyası mövqeyini əsaslandırarkən ekspert rəyinə istinad edərək qeyd etmişdir ki, X4 hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olduğundan fəaliyyət qabiliyyətli hesab edilir və bu səbəbdən ərizənin təmin edilməsi qeyri-mümkündür.
20. Məhkəmə kollegiyası mövqeyini Mülki Məcəllənin 28.8-ci, Mülki Prosessual Məcəllənin 305.1.3, 317.2-ci və Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair» 18 mart 2019-cu il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətini n və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri
21. İddiaçı (Vəkil2 Məhəməd oğlu) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassator şikayətini əsaslandırarkən bildirmişdir ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını obyektiv araşdırmadan, hərtərəfli və tam məhkəmə araşdırması keçirmədən, yarımçıq və ziddiyətli ekspert rəyini əsas götürərək qətnamə qəbul etmişdir.
23. Kassator şikayətində qeyd etmişdir ki, şəxsin fəaliyyət qabiliyyəli olubolmamasının araşdırılması tək mütəxəssisin qərarı ilə aparıla bilməz, bu halda ekspertlər komissiyası tərəfindən ekspertiza aparıl malı, komisyon məhkəmə-psixiatrik ekspertizası təyin edilməli idi.
24. Kassator şikayətini Mülki Prosessual Məcəllənin 102.1-ci maddələsinə istinad edərək əsaslandırmışdır. b)
25. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
29. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 32. 305.1.3. Məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır.
33. Maddə 317.2. Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilmə si haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır.
34. Maddə
319. Hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəməpsixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər.
35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiy i nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfin dən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Hazırkı kassasiya şikayətində qətnamə ərizəçi tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün qərar qəbul etmişdir.
40. İddiaçı oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab olunmasının tələb edir. Şəxsin öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olub-olmamasını bu sahədə xüsusi biliyə malik olan ekspertlər müəyyən e dilə bilər.
41. Ona görə işə 2-ci dəfə baxan apelyasiya məhkəməsi bu barədə kassasiya instansiyası məhkəməsinin göstərişlərini yerinə yetirərək iş üzrə məhkəmə psixiatrik ekspertizasının keçirilməsini qərara almışdır.
42. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 Ambulator məhkəmə psixiatrik ekspertizasının 18 yanvar 2022-ci il tarixli 117 saylı rəyindən görünür ki, X3 emosional davamsız şəxsiyyət pozuntusu (sərhədi tip) aşkar olunur. X3 qeyd olunan “emosional davamsız şəxsiyyət pozuntusu (sərhədi tip)” onu öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarından məhrum etmir. T.Ərizəçi hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malikdir. X4 hal-hazırda öz hərəkətlərinin mənası nı dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olduğundan fəaliyyət qabiliyyətli hesab edilməlidir.
43. Ərizəçi kassasiya şikayətində həmin rəylə razılaşmadığını və ona görə təkrar ekspertizanın keçirilməsinə zərurət olduğunu qeyd edir.
44. İş üzrə təkrar ekspertizanın keçirilməməsi ilə bağlı dəlillər ilə əlaqədar olaraq qeyd olunur ki, qanunverici belə ekspertizaların keçirilməsi əsaslarını dəqiq müəyyən etmişdir. Beləki, MPM-nin 102.2. maddəsinə əsasən məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.
45. Qeyd olunan ekspertiza rəyini şübhə altına alan, həmin rəyin əsassız olmasına dair hər-hans ı hal ortaya çıxmadığı üçün təkrar ekspertizanın keçirilməsinə zərurət olmamışdır.
46. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 418, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qə r a r a a l d ı: Ərizəçi kassasiya şikayəti təmin edilməsin. Həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-550/2022 nömrəli, 12 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qətidir, qəbul edildiyi andan qanuni qüvvəsini alır.