Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2052/2024 25.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı X1 Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi, işə bərpa tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1134/2024 nömrəli, 20 fevral 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxa n məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər: 2. 24 noyabr 2022-ci il tarixli 04/22 nömrəli əmrə əsasən Cavabdehndə (bundan sonra cavabdeh və ya MMC) direktor vəzifəsində işləyən İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) ilə 1 iyul 2018-ci il tarixində bağlanmış xxxxxxx000300 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra Əmək Məcəlləsi) 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə tərəflərdən birinin təşəbbüsünə əsasən 24 noyabr 2022-ci il tarixində xitam verilmişdir;
3. Cavabdehə ünvanlanmış 28 fevral 2023-cü il tarixli ərizəyə əsasən, iddiaçı cavabdeh MMC-yə müraciət edərək, sənədlərin ona təqdim edilməsini xahiş etmişdir;
4. X7 Xidmətinin Bakı Şəhər İdarəsinə ünvanlanmış 2 mart 2023-cü il tarixli məktuba əsasən, iddiaçı X7 Xidmətinin Bakı Şəhər İdarəsinə şikayət ərizəsi ilə müraciət edərək, cavabdeh MMC ilə arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair əmrin surətinin, eləcə də əmək kitabçasının əslinin təqdim edilməsində ona köməklik göstərilməsini, həmçinin cavabdeh MMC-nin vəzifəli şəxsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə inzibati xəta üzrə məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülməsini xahiş etmişdir; 5. “X3 iştirak edilməməsi barədə arayışa əsasən, cavabdeh MMC 5 may 2023-cü il tarixdə keçirilmiş mediasiya sessiyasında iştirak etməmişdir; 6. 3 iyun 2023-cü il ittiham aktına əsasən, iddiaçı 2022-ci ilin oktyabr ayında direktor vəzifəsində işlədiyi MMC-nin təsisçisi X4 ilə aralarında yaranmış narazılıqlarla əlaqədar N.Məmmədovun onu vəzifədən azad edəcəyi barədə xəbərdarlıq edib şirkətə məxsus möhürü aldıqdan sonra şirkət üzərində haqları olduğunu iddia edib özünün təsisçi olduğu dövrdə alınan etibarnamə əsasında arvadı X6 tərəfindən idarə olunan, lakin faktiki olaraq həmin MMC-yə məxsus "xxxx" markalı **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobili MMCyə təhvil verməyərək 2022-ci ilin noyabr ayında Azərbaycan Respublikası DİN-in Bakı şəhər Baş Polis İdarəsinə MMC-nin möhürünün itirilməsi barədə ərizə ilə müraciət edib həmin idarədən möhürün tapılması barədə məlumat daxil olmaması haqqında təqdim edilmiş məktub əsasında Bakı şəhərində fəaliyyət göstərən fiziki şəxs X2 vasitəsilə MMCyə məxsus möhür hazırlatdırıb, 24 noyabr 2022-ci il tarixdə əmək münasibətlərinə xitam verilərək həmin şirkətin adından təmsilçilik hüququ olmadığı halda 8 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinin Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən İmtahan İdarəsinə MMC-yə məxsus “Lexus RX300” markalı **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilin guya 51.000 manat müqabilində satılması barədə şirkətin təmsilçisi qismində müraciət edib həmin sənədi və bunun əsasında Qeydiyyat İmtahan İdarəsində tərtib olunmuş alğı-satqı müqaviləsini həmin möhürlə və imzası ilə təsdiq edib rəsmi saxtalaşdıraraq və saxta sənədlərdən istifadə edərək özünün təsisçi olduğu «Enerji MMC-nin mülkiyyətinə keçirməklə qanunla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi vətəndaş və ya təşkilat tərəfindən təkzib edilən hərəkət edib zərər çəkmiş şəxs MMC-yə 82000 manat mühüm ziyan v uraraq özbaşınalıq etmişdir;
7. Qaradağ Rayon Məhkəməsinin 1(002)-240/2023 nömrəli, 26 dekabr 2023-cü il tarixli hökmünə əsasən, İddiaçı verilmiş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi xaric edilmiş, sonuncu Azərbaycan Respublikası CM-nin 320.1 və 322.1 maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 320.1 maddəsi ilə 3500 manat məbləğində cərimə cəzasına, CM-nin 322.1-ci maddəsi ilə 1200 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, CM-nin 66.2-ci maddəsinə əsasən, təyin edilmiş cəzalar qismən toplanılmaqla İddiaçı 4200 manat məbləğində cərimə cəzası təyin edilməsi, İddiaçı şübhəli şəxs kimi tutulduğu bir gün müddət CM-in 69.4-cü maddəsinə əsasən, nəzərə alınmaqla ona qəti olaraq 4000 manat məbləğində cərimə cəz ası təyin edilməsi, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəzanın icrasının Bakı şəhər Probasiya idarəsinə tapşırılması, iş üzrə 50 manat ekpertiza xərcinin təqsirləndirilən şəxs İddiaçı tutularaq dövlət nəfinə ödənilməsi qərara alınmışdır. Həmin hökmdən İddiaçı müdafəçisi Vəkil2 apellyasiya şikayəti vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdeh MMC-yə qarşı işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh MMC-də direktor vəzifəsinə bərpa olunmasını və məcburi iş buraxma müddəti üçün əmək haqqının cavabdehdən tutularaq ödənilməsini xahiş etmi şdir.
9. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə MMC arasında 1 iyul 2018-ci il tarixli əmək müqaviləsi bağlanmışdır. Sözügedən müqaviləyə əsasən o “direktor” vəzifəsinə qəbul edilmişdir. İşlədiyi müddətdə əmək müqaviləsi üzrə üzərinə düşən vəzifələrinin icrasını təmin etmiş, əmək funksiyalarının pozulması hallarına yol verməmişdir. Bakı şəhəri Qaradağ Rayon Polis idarəsinə Cavabdeh MMC tərəfindən verilən şikayətlə əlaqədar sözügedən Polis idarəsində 21 fevral 2023-cü il tarixində dindirilərkən ona məlum olmuşdur ki, onun xəbəri və razılığı, o cümlədən heç bir ərizəsi olmadan onunla bağlanmış əmək müqaviləsinə 24 noyabr 2022-ci il tarixində xitam verilmişdir. Məhkəmədən əmək müqaviəsinə xitam verilməsinə əsas olan əmrin ləğv edilməsini, cavabdeh MMC-də direktor vəzifəsinə b ərpa olunmasını və məcburi iş buraxma müddəti üçün əmək haqqının cavabdehdən tutularaq ödənilməsini xahiş etmişdir.
10. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək bildirmişdir ki, iddiaçı tərəfindən bir aylıq iddia müddətinin ötürüldüyünü, əmr 24 noyabr 2022-ci il tarixdə olsa da, tərəf bununla əlaqədar mediasiyaya 6 mart 2023cü il tarixdə və müvafiq olaraq da məhkəməyə yalnız üç aydan çox müddət keçdikdən sonra müraciət etmişdir. Eyni zamanda Qaradağ Rayon Məhkəməsində araşdırması aparılan cinayət işi üzrə 6 yanvar 2023-cü il və 9 yanvar 2023-cü il tarixli iddiaçının vermiş olduğu izahatlarından da göründüyü kimi o, həmin vaxtı işdən çıxarıldığını bilmişdir. Buna baxmayaraq, istər mediasiya təklifində, istərsə də iddia ərizəsində işdən çıxa rıldığının, yəni hüququnun pozulduğu anı bildiyini 21 fevral 2023-cü il kimi qeyd etmişdir. Buna görə də, qaldırılmış iddia ilə bağlı iddia müddəti tətbiq edilməklə tələbin rədd olunmasını xahiş etmişdir.
11. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-2279/2023 nömrəli iş üzrə 4 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Mehriban Əfəndizadə) iddianın təmin edilməsi, cavabdeh MMC ilə iddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 24 noyabr 2022-ci il tarixli 04/22 nömrəli əmrin ləğv edilməsi, iddiaçının MMC-də direktor vəzifəsinə bərpa edilməsi və ona 24 noyabr 2022-ci il tarixindən hesablanmaqla məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, mülki iş üzrə 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət olunmuşdur.
12. Birinci instansiya məhkəməsi ilk növbədə onu qeyd etmişdir ki, mübahisələndirilən 24 noyabr 2022-ci il tarixli, 04/22 nömrəli əmrdə əmək müqaviləsinə 68-ci maddəsini 2-ci hissəsinin a bəndinə əsasən xitam verilməsi göstərilsə də, əmək müqaviləsinə işçinin, yoxsa işəgötürənin təşəbbüsü əsasında xitam verilməsi konkretləşdirilməmişdir. Halbuki Əmək Məcəlləsində hər iki halı tənzimləyən normalar, Məcəllənin müvafiq olaraq 69 və 70ci maddələri ilə nəzərdə tutulmuşdur. İddiaçı cavabdeh MMC-yə işdən çıxma barədə hər hansı müraciət etmədiyini bildirmişdir. Cavabdehin nümayəndəsi də, məhkəmə hazırlıq iclasında belə bir ərizənin mövcud olmadığını qeyd etmişdir. Digər tərəfdən, məhkəmə tərəfindən cavabdehə dəfələ rlə əmək münasibətləri ilə bağlı sənədlərin (əmək müqaviləsi, əmək kitabçası, son haqq-hesabın ödənilməsini təsdiq edən sənədlər və s.) təqdim edilməsi təklif olunsa da, sənədlər təqdim edilməmişdir.
13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, əmək müqaviləsinə işəgötürənin təşəbbüsü ilə xitam verilməsi üçün konkret əsaslar yenə də Əmək Məcəlləsində göstərilmişdir. Həmin əsasların mövcudluğu barədə də cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Belə olan təqdirdə məhkəmə hesab etmişdir ki, cavabdeh əmək müqaviləsinə xitam verməyə haqlı olmamış, əmr əmək qanunvericiliyinə uyğun şəkildə tərtib edilməmişdir.
14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyini sübut etməyə borcludur. Nəzərə alınmalıdı r ki, sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir.
15. Cavabdeh iddia tələbinə etirazının yeganə əsası kimi iddia müddətinin iddiaçı tərəfindən ötürüldüyünü bildirmişdir. Cavabdeh qeyd etmişdir ki, iddiaçı 6 yanvar 2023-cü il və 9 yanvar 2023-cü il tarixlərdə Qaradağ Rayon Polis İdarəsinə izahat verən zaman polis əməkdaşları ona əmək müqaviləsinə xitam verilməsini bildirmiş, lakin iddiaçı hüquqlarının pozulduğu ancaq 21 fevral tarixdə ona məlum olduğunu bildirmişdir. Məhkəmə cavabdehin bu dəlilini də əsassız hesab etmişdir, çünki məhkəmə prosesləri zamanı cavabdeh tərəfindən hər hansı sənəd təqdim edilməmişdir: əmək müqaviləsi, əmək müqaviləsinə xitam verilməsi barədə əmr və s. Ancaq baxış iclasında iddiaçının nümayəndəsi və vəkili əmək müqaviləsinə xitam verilməsi barədə əmri təqdim etmişdir. Belə olan təqdirdə iddiaçının hüquqlarının pozulduğunu bilmə anının ona polis idarəsinin baş təhqiqatçısının bu barədə məlumat verdiyi anın götürülməsi ağlabatan deyildir. Əmək Məcəllənin 296-cı maddəsinin 3-cü hissəsinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilm ədən bilə-bilə qəsdən pozulduğu gündür. Belə olan təqdirdə məhkəmə hesab etmişdir ki, iddia müddətinin tətbiqi barədə ərizənin təmin edilməsi iddiaçının hüquqlarının əsassız pozulmasına gətirib çıxarmaqla, ədalət meyarının pozulması ilə nəticələnəcəyindən başqa, həm də qanunvericiliyin tələblərinə də uyğun deyil.
16. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, əmək qanunvericiliyinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq e dilməsi barədə qərardad çıxarır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddiaçıya məcburi iş buraxma müddəti üçün əmək haqqı da ödənilməlidir.
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinə, 69-cu maddəsinin 1-ci hissəsinə, 69-cu maddəsinin 2-ci hissəsinə, 70, 73, 74, 75, 76, 79cu maddələrinə, 83-cü maddəsinin 2-ci hissəsinə, 87-ci maddəsinin 5-ci hissəsinə, 296-cı maddəsinin 2-ci hissəsinə, 300-cü maddəsinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayət inin dəlilləri ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsində maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla qətnamə qəbul edilmişdir. Qeyd edilmişdir ki, iddiaçının əmək müaviləsinə 24 noyabr 2022-ci il tarixdə xitam verilməsindən onun polisə verdiyi izahatdan göründüyü kimi, artıq 2023-cü ilin yanvar ayında məlumatlı olmuşdur. Hesab edilmişdir ki, həmin izahat iddia müddətinin ötürülməsini göstərən sübutlardan biridir. Lakin məhkəmə bunu nəzərə almamışdır.
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1134/2024 nömrəli mülki iş üzrə 20 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər İkram Şirinov (sədrlik edən və məruzəçi), Kamran Əkbərov və Elşən Kazımov) cavabdeh tərəfindən verilmiş apellyas iya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
21. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh apellyasiya şikayətinin əsas dəlili kimi iddiaçının məhkəməyə müraciət etmək üçün bir aylıq iddia müddətinin ötürülməsini göstərmişdir. Cavabdeh həmin dəlilini onunla izah etmişdir ki, iddiaçı əmək müqaviləsinə 24 noyabr 2022-ci il tarixdə xitam verilməsindən, onun polisə verdiyi izahatdan göründüyü kimi, artıq 2023-cü ilin yanvar ayında məlumatlı olmuşdur. Kollegiya bununla bağlı bildirmişdir ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 3cü hissəsinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (ki tabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Cavabdeh isə iddiaçıya, yəni işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verilməsi ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Cavabdehin apellyasiya şikayətinin iddiaçının məhkəməyə müraciət etmək üçün bir aylıq iddia müddətinin ötürülməsi ilə bağlı dəlili əsassızdır.
22. Mübahisələndirilən 24 noyabr 2022-ci il tarixli, 04/22 nömrəli əmrə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilməsi gös tərilmişdir. Əmək Məcəlləsinin 68.1-ci maddəsində qeyd edilmişdir ki, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsində əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri kimi, tərəflərin təşəbbüsü göstərilir. Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndində müqaviləyə xitam əsaslarından biri kimi “tərəflərin təşəbbüsü” (yəni işçi və ya işəgötürən) qeyd edilmişdir. Nəzərə almaq lazımdır bu norma ümumi xarakterlidir və əmək müqaviləsinə xitamın ümumi əsaslarını müəyyən etmişdir. Həmin normaya əsasən əmək müqaviləsinə xitam verilməsinin konkret əsasları isə, yəni işçi tərəfindən ləğv edilməsi qaydası Əmək Məcəlləsinin 69-cu maddəsində, işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları isə Əmək Məcəlləsinin 70-ci maddəsində qeyd edilmişdir. Demək ki, Əmək Məcəlləsinin yalnız 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi yolverilməzdir.
23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisələndirilən əmrin əsli, yaxud onun qeydiyyatının aparıldığı kitab cavabdeh tərəfindən nə birinci instansiya, nə də ki, apellyasiya instansiyasına təqdim edilməmişdir. Həmin əmrin mülki işin materiallarına əlavə edilmiş kserosurəti isə iddiaçının vəkili tərəfindən cinayət işi materiallarından olan əmrin surətindən çıxarılmaqla rayon məhkəməsinə təqdim edilmişdir. Həmin əmrin nə əsli, nədə ki, onun qeydə alınması barədə cavabdeh tərəf məhkəmələrə hər hansı sübut verə bilməmişdir. Bu baxımdan belə təəssürat yaranmışdır ki, həmin əmr, ümumiyyətlə mövcud olmamışdır. 24 noyabr 2022-ci il tarixli, 04/22 nömrəli əmr Əmək Məcəlləsinin 84-cü maddəsinin tələbləri pozulmaqla qəbul edilmişdir. Belə ki, həmin əmrdə əmək müqaviləsinin ləğv edilməsi əsası kimi, əmək müqaviləsinə 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə istinad edilməsinin Əmək Məcəlləsinin tələblərinə uyğun olmaması ilə yanaşı (çünki maddə 68.2-nin “a” bəndi ümumi xarakterlidir-qətnamənin 42 və 43-cü bəndi), həmçinin əmrdə əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər də qeyd edilməmişdir. Bir halda ki, əmək müqaviləsinə tərəflərin təşəbbüsü ilə xitam verilir, həmin təşəbbüs üçün əsas, məsələn, işçinin ərizəsi göstərilməlidir. Hazırkı əmrdə isə, onun əsası kimi heç bir rəsmi sənəd göstərilməmişdir. Əmək Məcəlləsinin 84.2-ci maddəsinə görə də, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.
24. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Qaradağ Rayon Məhkəməsinin hökmündən hazırda şikayət verildiyini, odur ki, hazırkı iş üzrə icraatın dayandırılmalı olduğunu bildirmişdir. Kollegiya bununla bağlı qeyd etmişdir ki, mülki iş materiallarından məlum olmuşdur ki, hazırkı işə birinci instansiya məhkəməsində baxılarkən Nərimanov Rayon Məhkəməsinin 20 iyul 2023-cü il tarixli qərardadı ilə işin icraatının, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında olan 1(002)-240/2023 saylı cinayət işi üzrə yekun məhkəmə hökmünün qanuni qüvvəsini alanadək dayandırılması qərara alınmışdır. Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6000/2023 nömrəli, 26 sentyabr 2023-cü il tarixli qərardadı ilə təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2279/2023 saylı iş üzrə 20 iyul 2023-cü il tarixli qərardadı ləğv olunmuş və mülki işin icraatı təzələnərək işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Apellyasiya instansiya məhkəməsi həmin qərardadında qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işin icraatını dayandırdığı zaman, işlərin arasındakı bağlılığın mahiyyətinə düzgün hüquqi qiymət verməmişdir.
25. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı işdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndi nə (tərəflərdən birinin təşəbbüsü) istinadən 24 noyabr 2022-ci il tarixdə xitam verilmiş, ittiham aktına görə, onun ittiham olunduğu əməl isə 8 dekabr 2022-ci il tarixdə törədilmişdir. Beləliklə, hazırkı iddia tələbinin cinayət işi üzrə icraatdan asılı edilə bilməməsinə və cinayət işi ilə əlaqədar dayandırılmalı olmamasına apellyasiya instaniyası məhkəməsi tərəfindən artıq qiymət verildiyindən, cavabdeh tərəfin buna dair vəsatəti də əsassızdır.
26. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 63, 70, 72, 84, 85-ci maddəsinin 1-ci hissəsinə, 87-ci maddəsinin 5-ci hissəsinə, 296-cı maddəsinin 2ci və 3-cü hissələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. Cavabdeh (Vəkil1) kassasiya şikayə ti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
28. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir.
29. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415-ci maddəsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.3,14.2, 15.2, 76.1, 76.2, 77.1-ci maddələrinə istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. İddiaçı kassasiya şikayətinə qarşı etiraz edərək, şikayətin dəlillərinin formal mülahizələrə əsaslandığını, iş üzrə sübutlarla öz təsdiqini tapmadığını bildirməklə, apellyasiya instansiyası məhkə məsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
31. Maddə 68 (hissə 2, bənd “a”). Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: tərəflərdən birinin təşəbbüsü
32. Maddə 83 (hissə1). Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
33. Maddə 84 ( hissə 1). Əmək Məcəlləsinin tələblərinə görə, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı;işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.
34. Maddə 84 (hissə 2). Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan h ər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.
35. Maddə 85 (hissə 1). İşəgötürən bağlanmış əmək müqavilələrini, onlara edilən dəyişiklikləri, bu müqavilələrlə əlaqədar verilmiş əmrləri (sərəncamları, qərarları), habelə digər əmrləri (sərəncamları, qərarları) xüsusi kitab (jurnal) və ya kompüter vasitəsi ilə xüsusi proqramla uçotunun qeydiyyatını aparmalıdır. Uçot kompüter vasitəsi ilə aparılmırsa, qeydiyyat kitabı səhifələnməli, qaytanlanmalı və kitabın son səhifəsindəki qaytanın düyünü üzərinə müəssisənin möhürü vurulmalıdır.
36. Maddə 296 ( hissə 2). Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğu nu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
37. Maddə 296 (hissə 3). Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
38. Maddə 300 (hissə 1). Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və ta m baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları d üzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə istinad olunan əmr əmək qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Bundan əlavə, həmin əmr işçiyə qanunla müəyyən edilmiş və rəsmi qaydada verilmədiyi üçün hazırkı tələb üzrə iddia müddəti ötürülməmişdir.
48. Belə ki, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məh kəməyə müraciət edə bilər. İşçinin hüququnun pozulmasının aşkar edildiyi gün, ona müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi gündür (§ 36-37).
49. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
50. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
52. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
53. Göstərilənlərə əsasən və MPM -in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1134/2024 nömrəli, 20 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.