Məhkəmə qərarları › İş №2(102)-2056/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2056/2022

10.05.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2056/2022 10.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdehnə (MMC-yə) (hazırda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə (MMC-yə) (mübahisə predmeti barəsində cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilən Bakı şəhəri Nəsimi Rayon İcra şöbəsi) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərracın keçirilməsinin qanunsuz hesab edilməsi və hərrac protokolunun etibarsız hesab edilməsi) Hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Xəlilov İsmayıl Kamil oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdehnə (bundan sonra MMC-yə) (hazırda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə (MMC-yə) (mübahisə predmeti ba rəsində cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nəsimi Rayon İcra şöbəsi cəlb edilməklə) qarşı “hərracın keçirilməsinin qanunsuz hesab edilməsi və hərrac protokolunun etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13.10.2021-ci il tarixli 2(103)-7834/2021 saylı qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 10 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh MMC tərəfindən 25 yanvar 2019-cu il tarixli 03/16 nömrəli açıq hərracın keçirilməsinə dair bildiriş İddiaçı göndərilmiş, qeyd edilən əmlakla bağlı 148000 manat məbləğində açıq auksion formasında hərracın keçirilməsi 15 fevr al 2019-cu il tarixə saat 11:00-a təyin edilmişdir. Bununla bağlı müvafiq elan “Kaspi” qəzetinin 25 yanvar 2019-cu il tarixli 016 nömrəli buraxılışında elan dərc edilmişdir. Qeyd edilən bildiriş 7 dekabr 2020ci il tarixdə Məmmədov soyadlı şəxs tərəfindən qəbul edilmişdir. 2.Cavabdeh MMC 21 fevral 2019-cu il tarixli 03/16-1 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişlə hərracın keçirilməsinin 5 mart 2019-cu il tarixə saat 11:00-a təyin edilməsi barədə İddiaçı bildiriş ünvanlamışdır. 3.İddiaçı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verməsi ilə əlaqədar olaraq hərracın dayandırılması barədə hərrac şirkətinə ərizə ilə müraciət etmişdir. 4.Cavab deh MMC-nin 2 aprel 2019-cu il tarixli protokoluna və hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsinə əsasən iddiaçının xüsusi mülkiyyətində olan mənzili "xxxx" ASC 94350 manat dəyərində almışdır. 5.Cavabdeh MMC-nin 8 avqust 2019-cu il tarixli protokoluna və hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsinə əsasən iddiaçının xüsusi mülkiyyətində olan mənzili "xxxx" ASC 94350 manat dəyərində almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəmələrində icraat 6.İddiaçı Cavabdeh MMC-nə (hazırda "xxxx" MMC), mübahisə predmeti barəsində cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nəsimi Rayon İcra şöbəsinə qarşı “hərracın keçirilməsinin qanunsuz hesab edilməsi və hərrac protokolunun etibarsız hesab edilməsi” tələbinə dair iddi a ərizəsi ilə 19 iyul 2021-ci il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, “X2" MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 1 D saylı evin 40-cı mənzilinin satılması ilə bağlı 02 aprel 2019-cu il tarixli, 37 saylı hərracın keçirilməsinin qanunsuz və həmin hərrac protokolunun etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 7.Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(006)-137/2021 saylı qərardadı ilə İddiaçı Nəsimi rayon İcra və probasiya şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh MMC-yə (yeni adı ilə "xxxx" MMC) qarşı “hərracın keçirilməsinin qanunsuz hesab olunması, hərracla bağlı protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilmişdir. 8.İddiaçı 21 may 2021-ci il tarixdə iddia ərizəsinə əlavə təqdim edərək “X2" MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsindəki, 1 D saylı evin 40-cı mənzilinin satılması ilə bağlı hərracın yekunları barədə 02 aprel 2019-cu il tarixli, 37 saylı və 08 avqust 2019-cu il tarixli protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilələrin, o cümlədən onların nəticələrinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 9.İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-131/2018 saylı iş üzrə 09 mart 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə İddiaçı v ə X1 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan məhkəmə qətnaməsindən onun məlumatı olmamış, mənzilin hərraca çıxıldığı bildirildikən sonra Bakı Apellyasiya Məhkəməsinin 17 yanvar 2019-cu il tarixdə qətnaməsindən Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermişdir. O cümlədən Nəsimi rayon İcra Şöbəsinə ərizə ilə müraciət edərək Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 09 mart 2018-ci il tarixli 2(006)131/2018 saylı qətnaməsi üzrə verilmiş icra vərəqəsinin icrası üzrə icra hərəkətlərinin dayandırılmasını xahiş etmişdir. Eyni məzmunlu ərizə ilə də ’”Hidayətoğlu Şirkətlər" Qrupu MMC-ə müraciət edərək icra vərəqəsinin icrası üzrə icra hərəkətlərinin dayandırılması xahiş olunmuşdur. “X2" MMC qeyd olunan müraciətləri nəzərə alıb hərracların dayandırılacağını bildirmiş, o cümlədən hərracın dayandırılmasına dair ünvan 1 ünvanlanmışdır. Qeyd olunanlar nəzərə alınmamış onun iştirakı və məlumatı olmadan hərrac keçirilmiş, hərracın nəticələrinə dair ona məlumat verilməmişdir.

10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim G.A.Əsədova) 24.may 2021-ci il 2(005)-2377/2021 nömrəli qətnaməsi ilə iddia ərizəsi təmin edilib, Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi 1 D saylı evin 40 saylı mənzilinə dair Cavabdeh MMC-nin hərracın yekunları barədə 02 aprel 2019-cu il tarixli, 37 saylı və 08 avqust 2019cu il tarixli protokolları və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilələrinin nəticələri etibarsız hesab edilməsi qət edilmişdir. 11.Məhkəmə iddianı təmin edərkən mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi 1 saylı evin 40 saylı mənzilə dair Cavabdeh MMC tərəfindən tərtib edilmiş bir-birinə zidd olan 02 aprel 2019-cu il tarixli və 08 avqust 2019-cu il tarixli protokollar və hərracın yekunlarına dair alqı-satqı müqavilələr mövcuddur. Belə ki, iş materiallarından göründüyü kimi Cavabdeh MMC 21 fevral 2019-cu il tarixli 03/16-1 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişlə hərracın keçirilməsinin 05 mart 2019-cu il tarixə saat 11:00-a təyin edilməsi barədə İddiaçı məlumat verilmişdir. Daha sonra İddiaçı Nəsimi rayon Məhkəməsinin 2(006)-131/2018 saylı 09.03.2018 tarixli qətnaməsindən kassasiya şikayəti verməsi ilə əlaqədar olaraq hərracın dayandırılması barədə hərrac şirkətinə ərizə ilə müraciət etmişdir. Qeyd edilən ərizə əsa sında hərrac dayandırılmış və bu barədə 18 mart 2019-cu il tarixli məktubla Nəsimi Rayon İcra şöbəsinə məlumat verilmişdir. Lakin 05 mart 2019-cu il tarixli ərizə əsasında hərrac dayandırılmış olsa da, 02 aprel 2019-cu il tarixdə daha sonra isə 08 avqust 2019-cu il tarixdə hərracın keçirilməsinə dair ona məlumat verilmədən hərrac keçirilmiş və alqı-satqı müqavilələri bağlanmışdır. Məhkəmə hesab edib ki, 05 mart 2019-cu il tarixə təyin edilmiş hərracın həmin tarixdə dayandırılması hərracın baş tutmaması kimi qəbul edilir. Bu səbəbdən növbəti hərracın tərəflərə məlumat verilmədən keçirilməsi məhkəmə tərəfindən qanunvericiliyin tələblərinin pozulması kimi qiymətləndirilmişdir.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci 139.3, 140, 152.1, 337.1, 337.2, 337.4, 337.5, 339.1, 339.2, 415.1, 415.2, 416.1 və 416.2ci maddələrinə, “İpoteka haqqında qanunun” 41.2, 41.3,41.5-ci və 42.1-ci maddələrinə, Poçt haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.10-cu maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

13. İş üzrə cavabdeh "xxxx" MMC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər İ.S.Şirinov (sədrlik edən və məruzəçi) T.S.Səmədov, A.V.Tanrıverdiyev), 13.10.2021-ci il tarixli, 2(103)-7834/2021 nömrəli qətnaməsi ilə, Cavabdeh MMC (hazırda "xxxx" MMC) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2377/2021 saylı, 24 may 2021ci il t arixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, İddiaçı mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi 1 saylı evin 40 saylı mənzilə dair Cavabdeh MMC tərəfindən tərtib edilmiş bir-birinə zidd olan 02 aprel 2019-cu il tarixli və 08 avqust 2019-cu il tarixli protokollar və hərracın yekunlarına dair alqı-satqı müqavilələr mövcuddur.

16. Belə ki, iş materiallarından göründüyü kimi Cavabdeh MMC 21 fevral 2019-cu il tarixli 03/16-1 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişlə hərracın keçirilməsinin 05 mart 2019-cu il tarixə saat 11:00-a təyin edilməsi barədə İddiaçı məlumat verilmişdir. Da ha sonra İddiaçı Nəsimi rayon Məhkəməsinin 2(006)-131/2018 saylı 09.03.2018 tarixli qətnaməsindən kassasiya şikayəti verməsi ilə əlaqədar olaraq hərracın dayandırılması barədə hərrac şirkətinə ərizə ilə müraciət etmişdir. Qeyd edilən ərizə əsasında hərrac dayandırılmış və bu barədə 18 mart 2019-cu il tarixli məktubla Nəsimi Rayon İcra şöbəsinə məlumat verilmişdir. Lakin 05 mart 2019-cu il tarixli ərizə əsasında hərrac dayandırılmış olsa da, 02 aprel 2019-cu il tarixdə daha sonra isə 08 avqust 2019-cu il tarixdə hərracın keçirilməsinə dair tərəflərə rəsmi formada məlumat verilmədən hərrac keçirilmiş və alqı-satqı müqavilələri bağlanmışdır 17. "xxxx" Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 okt yabr 2014-cü il tarixli qərarında göstərilir ki, "xxxx" Qanunun 43-cü maddəsinin mənasından belə nəticəyə gəlmək olar ki, bu Qanunun 42-ci maddəsində göstərilmiş qaydada cəmi iki dəfə (hərrac və təkrar hərrac) hərracın keçirilməsi nəzərdə tutulmuşdur. Belə ki, birinci hərracın həmin Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə, yəni hərracın iştirakçısının olmamasına görə baş tutmaması nəticəsində təkrar keçirilən hərracda ipoteka predmetinin ilkin satış qiymətinin əvvəlki hərracdakı qiymətindən 15 faiz aşağı qiymətlə satılması nəzərdə tutulmuşdur. Bundan fərqli olaraq, həmin Qanunun 43.1.1, 43.1.3 və 43.1.4-cü maddələrində nəzərdə tutulmuş digər səbəblərə görə (yəni hərraca iki nəfərdən az alıcı gəldikdə, hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqda n imtina etdikdə, hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə) hərrac baş tutmamış elan edildikdə, ilkin satış qiyməti dəyişməmiş saxlanılır. Birinci hərracdan fərqli olaraq, təkrar hərrac zamanı "xxxx" Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal, yəni hərraca iki nəfərdən az alıcının gəlməsi hərracın baş tutmaması halı kimi nəzərdə tutulmamışdır. Belə ki, Qanunun 43.6-cı maddəsinə əsasən təkrar hərracda bir iştirakçı olduğu halda da hərrac baş tutmuş hesab olunur və həmin şəxs hərracın qalibi olur. "xxxx" Qanunun 43.1.2, 43.1.3 və 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallara görə hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayana ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə almaq imkanı verilir. ("xxxx" Qanunun 43.7 və 43.8-ci maddələri). Qeyd edilən qərarda həm də qeyd edilmişdir ki, bəzən hərrac təşkilatçısı ipoteka saxlayanın təklifini də hərracın keçirilməsi kimi qiymətləndirərək üçüncü hərracı keçirir. Bundan başqa, müəyyən müddət keçdikdən sonra da icra məmurunun və ya tələbkarın müraciəti əsasında hərracların keçirilməsinə təcrübədə təsadüf edilir. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, təkrar hərrac adı ilə üç və daha çox hərracın keçirilməsi "xxxx" Qanunun tələblərindən irəli gəlmir və ipoteka qoyanın hüquqlarının pozulmasına səbəb olur. Belə ki, təkrar hərracın baş tutmaması ipoteka qoyan üçün ipotekaya xitam verilməsindən ibarət "xxxx" Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş müəyyən hüquqi imkanl arın yaranması ilə nəticələnir. Qeyd olunduğu kimi, "xxxx" Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuşdur ki, təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan tərəfindən ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitam verilməsi ilə nəticələnir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, "xxxx" Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi qanuna zidd hesab edilməlidir. Eyni zamanda, "xxxx" Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddətin keçməsindən sonra da ipoteka saxlayanın ipoteka predmetini əldə etmək imkanının olub-olmamasına dair məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, "xxxx" Qanunda ipoteka saxlay ana təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 gün müddətində ipoteka predmetini ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə almaq imkanı yalnız bir dəfə verilmişdir. Həmin qərarda göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, "xxxx" Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. "xxxx" Qanunun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan m ülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər.

18. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini, "xxxx" Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci, "xxxx" Qanunun 43.7-43.9-cu maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 oktyabr 2014-cü il tarixli qərarına, Avropa Məhkəməsinin bir sıra qərarlarına “Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarına, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarına və Kassasiya şikayətlərinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətlərinin dəlilləri

19. Cavabdeh "xxxx" MMC (vəkili Vəkil2) kassasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7834/202 1 saylı, 13.10.2021-ci il tarixli qətnaməsini ləğv edərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassator şikayəti onunla əsaslandırmışdır ki, Nəsimi Rayon Məhkəməsinin Mülki Kolegiyasının 09.03.2018-ci il tarixli icra vərəqəsinə əsasən, Bakı Şəhəri Nəsimi rayon İcra və Probasiya Şöbəsi 16.01.2019-cu il tarixli sifariş məktubu göndərmiş, və həmin sifariş məktubuna əsasən hərracın keçirilməsi nəzərdə tutulmuşdur Hərracın keçirilməsinə dair elanın verilməsi "xxxx" Qanunun 42.1-ci maddəsinə əsasən hərrac təşkilatçsı olan MMC hərracın keçirilməsinə qanunla nəzərdə tutulmuş müddətdə “Kaspi” qəzetində müvafiq elan dərc edilmişdir. İddiaçı bütün bildirişləri almış və hətda hərrac təşkilatında olmuşlar və bu fakt məhkəmə prossesindədə öz təsdiqini tapmışdı r. Lakin birinci instansiya məhkəməsinin qətnaməsində “hərrac dayandırılmış olsa da, 02 aprel və 08 avqust 2019-cu il tarixlərində tərəflərə rəsmi formada məlumat verilmədən hərrac keçirildiyi və müqavilələr bağlandığı qeyd edilmişdir. Bununla yanaşı “İpoteka haqqında Azərbaycan Respublikası Qanununda” nə də hərracın təşkili ilə bağlı digər normativ hüquqi aktlarda hərracın yekunları barədə borcluya hər hansı bir məlumatın verilməsi və protokolun və müqavilənin borcluya (borclulara) verilməsi nəzərdə tutulmamışdır. "xxxx" qanunda göstərilmiş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ə n azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.

21. İddiaçı qeyd edir ki, hərrac prosesləri dayandırılmadan öncə 15 fevral 2019-cu il tarixində ilkin hərrac və 05 mart 2019-cu il tarixində isə təkrar hərrac keçirilmiş, lakin baş tutmamışdır. "xxxx" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq İpoteka saxlayana 25% az olmayan qiymətə ipoteka predmetini almaq təklif edilmişdir. Eyni zamanda iddiaçının nümayəndəsi 05 mart 2019-cu il tarixli məktub ilə Hərrac təşkilatına müraciət edilərək icra edilməkdə olan icra vərəqəsinə əsas olan qətnamədən kassasiya şikayəti verildiyini əsas göstərərək hərracın dayandırılmasını xahiş etmişdir. MMC təqdim edilmiş sənədlərə əsasən sifarişçi İcra qurumu ilə müvafiq qaydada əlaqə saxlayaraq məsələnin araşdırılmış və kassasiya şikayətinin verilməsi öz təsdiqini tapdığından və icra qurumu hərracın dayandırılmasına razılıq verdiyindən 18 mart 2019cu il tarixdə hərracın dayandırılması barədə icra qurumuna məlumat vermişdir. Yəni üçüncü mərhələ (2-ci hərrac keçirildiyindən sonrakı mərhələ) tələbkarın əmlakı almaq hüququ olan mərhələdə hərrac prosesi dayandırılmışdır. Və 11 mart 2019-cu il tarixdə bankın əldə etmək barədə məktubuna əsasən hazırlanmış protokol icra qurumuna təqdim edilmədi. Tərəfin kassasiya şikayəti Ali Məhkəmə tərəfindən təmin edilmədiyindən icra qurumu hərracın davam etdirilməsini tələb etdiyindən yəni hərrac prosesinin dayandırılması üçün əsaslar aradan qalxdıqdan sonra isə qanun vericiliyin tələblərinə uyğun olaraq ipoteka saxlayan ilə 08 avqust 2019-cu il tarixində Hərrac yekunları barədə protokol və müqavilə imzalanmışdır. Göründüyü kimi hərrac təşkilatı tərəfindən hər hansı qanunsuz üçüncü hərrac prosesi təşkil edilməmişdir. İddiaçının qeyd etdiyi 02 aprel 2019cu il tarixli protokol və müqavilə isə hazırlanmış olsa da, dayanma səbəbi ilə heç bir rəsmi qurumlara təqdim edilməmişdir

22. Kassator kassasiya şikayyətinin dəlillərini, “İpoteka haqqında" Qanunun 43.1.1, "xxxx" Qanunun 42.1-ci və 43.1.1-ci maddəsinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır.

23. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Tətbiq edilən hüquq. "xxxx" Azərbaycan Respublikası Qanununu

24. Maddə 42- Hərracın keçirilmə qaydaları; Maddə 42.1-Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu b arədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidi r.

25. Maddə 43- Hərracın baş tutmamış elan edilməsi;

26. Maddə 43.1.1- hərraca iki nəfərdən az alıcı gəldikdə;

27. Maddə 43.1.2- hərracın iştirakçısı olmadıqda;

28. Maddə 43 1.3- hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə;

29. Maddə 43.1.4- hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın.

30. Maddə 43.6- Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur.

31. Maddə 43.7- Bu Qanunun 43.1.1-ci maddəsində (§ 24) nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun

32. Maddə 43.8- İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.

33. İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 oktyabr 2014-cü il tarixli qərarı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

34. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya baxışının həd ləri 38.Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (§). 39.Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (§). 40.Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır (§26). Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələ rək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. İş üzrə cavabdeh "xxxx" MMC (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirsə də, qətnamənin onun hüquqlarına toxunan hissəsi yalnız onun yalnız mənzildən çıxarılması tələbinin təmin edilməsi hissəsi olduğundan qətnamə həmin hissədə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

44. Bununla yanaşı məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilmədən və qətnamənin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edərkən həmçinin onu da nəzərə alır ki, 5 mart 2019-cu il tarixə təyin edilmiş hərrac barədə İddiaçı ümumiyyətlə məlumatlandırılmamış, ona həmin hərrac barəsində bildiriş təqdim edilməmişdir.

45. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7834/2021 nömrəli iş üzrə 13 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar