Məhkəmə qərarları › İş №2(102)-2065/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2065/2023

23.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2065/2023 23.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsızlığı, çıxarışın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), X12 və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-885/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaç ı kassasiya şikayətinə 23 may 2023- cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1ində 0,5 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 363,5 kv.m. olan əmlak kompleksi xx.xx.2019-cu il tarixli Çıxarışa əsasən İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə ********** nömrə ilə qeydiyyat aparılmışdır.

2. İddiaçı xx.xx.2021-ci il tarixli, ƏN-İ seriyalı 864308 nömrəli etibarnaməyə əsasən mülkiyyətində olan 0,5 ha torpaq sahəsi və üzərindəki 363,5 kv.m. əmlak kompleksi kimi müəssisəni idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, bu əqdlər üzrə haqq-hesab aparmağı, adından hər növ əqdlərə imza atmağı, Asan Xidmət mərkəzlərində, DƏDRX-nin Ərazi İdarələrində, notariat ofisində istənilən növ, o cümlədən qeydiyyat işlərinin aparmağı, bağlanmış alqı-satqı müqavilənin ləğv etdirməyi, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi Cavabdeh2 etibar etmişdir. Etibarnamənin müddəti xx.xx.2022-ci il tarixədək müəyyən edilmişdir.

3. Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş və İddiaçı (etibarnamə əsasında İddiaçı əvəzinə Cavabdeh2 imza etmişdir) ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən satıcı İddiaçı mülkiyyətində olan ünvan 1i ünvanında yerləşə n ümumi sahəsi 363,5 kv.m. olan əmlak kompleksi kimi müəssisəni, ünvan 1i ünvanınla yerləşən ümumi sahəsi 0,5 ha olan torpaq sahəsini alıcı Cavabdeh1 160000 manata satmışdır. 4. “Elektron notariat” X1 Çıxarışa əsasən Gəncə şəhəri 5 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli ərizəyə əsasən X8 birgə nikah dövründə əldə edilmiş əri İddiaçı məxsus olan (**********61-12301 reyestr nömrəli, ********** dövlət nömrəli, xx.xx.2019-cu il tarixli) ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,5 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 363,5 kv.m. olan əmlak kompleksi kimi müəssisənin satılmasına etiraz etmir. Eyni zamanda bəyan edir ki, aralarında satılan əmlakın hüquqi rejimini müəyyən edən nikah müqaviləsi bağlanmamışdır. 5. ünvan 2 ünvanlanmış x x.xx.2021-ci il tarixli məktubuna əsasən Cavabdeh1 notariat qaydasında təsdiq olunacaq alqı-satqı müqaviləsi üzrə ödənilməli olan 160.000 manat məbləğində pulu müvafiq müqavilə təsdiq edildikdən sonra əmlaka görə yaranmış 4090 manat və torpaq sahəsinə görə yaranmış 1375 manat vergi öhdəliklərini (borcu) əmlakın satış dəyərindən çıxılaraq AZ74MUGA**********00001AZM38 hesab vasitəsilə dövlət xəzinədarlığına ödənilməsi, qalan 154.535 manatını Cavabdeh2 verilməsi üçün bankda olan **********00001AZM38 №-li depozit hesabına qəbul olunmasını xahiş etmişdir. 6. "xxxx" ASC-nin 5 saylı şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ödəniş tapşırıqlarının surətlərinə əsasən xx.xx.2021-ci il tarixli, 4Ə-546 nömrəli alqı-satqı müqaviləsinə əsasən 4090 (dörd min doxsan) manat və 1375 (bir min üç yü z yetmiş beş) manat məbləğində pul vəsaiti köçürülmüşdür. 7. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli xəzinə mədaxil orderinə əsasən Cavabdeh1 notarius Elmar Əliyevin depozit hesabına 160000 manat məbləğində pul vəsaiti köçürmüşdür.

8. Qeyd edilən əmlak 29 aprel 2021-ci il tarixdə Cavabdeh1 adına rəsmi reyestrədə qeydə alınmışdır.

9. Nəsimi RPİ-nin istintaq şöbəsinin müstəntiqi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən İddiaçı müraciəti əsasında toplanmış materialda etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi, yəni qüvvədə olan Azərbaycan Respublikası CM-nin 178-ci maddəsində nəzərdə tutulan dələduzluq cinayətinin tərkib əlamə tlərinin olmaması müəyyən edilməməklə tərəflər arasında yaranmış mübahisə mülki xarakterlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı 18 mart 2022-ci il tarixdə iddia ərizəsi ilə Yasamal rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 69 nömrəli vərəqində qeydə alınmış ünvan 1ində 0,5 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 363,5 kv.m. olan “əmlak kompleksi”nə dair xx.xx.2021-ci il tarixli, 4Ə-546 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və bu alqı-satqı müqaviləsi əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş xx.xx.2021-ci il tarixli ******** ** qeydiyyat nömrəli, **********61-12-301 reyestr nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş edilmişdir.

11. X3, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi, Bakı şəhəri 14 saylı notariat ofisi iddia ərizəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində qeyd ediliblər.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının xüsusi mülkiyyətində olan və xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 69 nömrəli vərəqində qeydə alınmış, ünvan 1ində, 0,5 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 363,5 kv.m. olan “əmlak kompleksi” qanunsuz yolla özgəninkiləşdirilərək Cavabdeh1 adına özgəninkiləşdirilmiş və sonuncuya xx.xx.2021-ci il tarixli, ********** qeydiy yat nömrəli **********61-12-301 reyestr nömrəli çıxarış verilmişdir.

13. İddiaçı bu hadisədən cari ilin yanvar aynda xəbərdar olmuş və faktiki olaraq aldadıldığını müəyyən etmişdir. Belə ki, 2021-ci ilin əvvəlində iddiaçıya təcili pul lazım olduğundan, həmin əmlakı ucuz qiymətə olsa belə, 2 milyon 500 min manata satmaq qərarına gəlmişdir. İddiaçının qardaşının yaxın dostu olan Cavabdeh3 bu əmlaka satıcı tapacağına söz vermiş və bir müddət keçdikdən sonra iddiaçıya bildirmişdir ki, yaxın dostu maklerdir, o, həmin obyekti tez bir zamanda satacaqdır. Lakin həmin maklerin şərtlərinə görə maklerin adına etibarnamə verilməli, o, öz əmlakı kimi həmin obyekti istədiyi qiymətə satıb, alqı-satqı günü iddiaçıya çatası 2 milyon 500 min manatı ödəməklə, artıq qalan məbləği də özünə götürəcəkdir. İddiaç ı buna etiraz etməmiş və Cavabdeh3 iddiaçıya təqdim etdiyi şəxsiyyət vəsiqəsi əsasında Rəşad adlı şəxsin adına etibarnamə vermişdir. Eyni zamanda iddiaçı bir müddət keçdikdən sonra həyat yoldaşının adından obyekin satışına etiraz etməməsi barədə notariusdan arayış da təqdim etmişdir. Həyat yoldaşının adından arayışı təqdim etdikdən bir gün sonra da alqı-satqının həyata keçirilməsi razılaşdırılsa da, Qədimdən səs çıxmamışdır. İddiaçı bir neçə gündən sonra Qədimlə əlaqə saxladıqda isə, Qədim bildirmişdir ki, alıcı ilə tam razılaşma əldə olunmadığından razılaşdırılmış gün gələ bilməmişlər, bir neçə günə, mütləq, razılıq əldə olunacaqdır. Beləliklə, bir neçə gündən sonra da, Qədimdən xəbər olmadıqda, iddiaçı onunla əlaqə yaradılmasına nail olmuş və tələb etmişdir ki, tərəfindən ona təqdim edil miş bütün sənədləri iddiaçıya qaytarsın. Lakin həmin gündən Qədim faktiki olaraq yoxa çıxmış və onu tapmaq mümkün olmamışdır. Bir müddət keçdikdən sonra isə qeyri-rəsmi də olsa, iddiaçıya məlumat çatdırılmışdır ki, Qədimin iddiaçıya təqdim etdiyi şəxsiyyət vəsiqəsi əsasında Rəşad adlı şəxsə verdiyi etibarnamə ilə, iddiaçıya məxsus obyekt başqa şəxsin adına özgəninkiləşdirilmişdir.

14. Bununla əlaqədar olaraq Qədimin axtarışlarına çıxmış və iddiaçıya məlum olmuşdur ki, Qədim Rusiya Federasiyasındadır. Onunla əlaqə yaratmış, əmlakın başqa şəxsin adına necə özgəninkiləşdirildiyini soruşmuş və bildirmişdir ki, iddiaçının inamından sui-istifadə etməklə iddiaçıya məxsus əmlakın bu cür mənimsənilməsini həyata keçirdiyinə görə hüquq mühafizə orqanlarına müraciət etmiş, Qədimin məsuliyyətə cəlb edi lməsinə nəyin bahasına olursa olsun mütləq nail olacaq. Qədim isə iddiaçıya bildirmişdir ki, bundan onun xəbəri yoxdur, əmlakının başqa şəxsin adına keçirilməsi qanunsuz edilmiş, o, bunu sübut edəcəkdir və Respublikada olmadığından onun yaxın tanışı olan vəkilin adına etibarnamə verməsini iddiaçıdan xahiş etmişdir. İlk halda olduğu kimi, Qədimn yaxın tanışı olan vəkilin şəxsiyyət vəsiqəsinin məlumatlarını iddiaçıya göndərmiş və iddiaçı tərəfindən həmin vəkilə etibarnamə verilmişdir.

15. Öz növbəsində, iddiaçı da Gəncə şəhəri 1 saylı vəkil bürosu vasitəsilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət edərək, özünə məxsus əmlak barədə arayışın təqdim edilməsini xahiş etmişdir. Həmin idarədən alınan xx.xx.2022-ci il tarixli cavab məktubundan məlum olmu şdur ki, Bakı şəhəri 14 saylı notariat ofisinin xx.xx.2021-ci il tarixli 4Ə-546 saylı alqı-satqı müqaviləsinə əsasən bu əmlak bütövlükdə İddiaçı tərəfindən Cavabdeh1 satılmışdır. Alıcıya xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********61-12301 reyestr nömrəli çıxarış verilmişdir. Eyni zamanda, həmin cavab məktubundan o da müəyyən olunmuşdur ki, Samux rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(058)-226/2022 saylı qərardadına əsasən mülkün üzərinə qadağa qoyulmuşdur.

16. İddiaçı bu məsələlərlə bağlı Qədimlə əlaqə saxlamamış, qardaşının dostu olduğuna görə ona tapşırmışdır ki, onunla əlaqə saxlasın və məsələnin nə ilə əlaqədar olduğuna aydınlıq gətirsin. Məhz bundan sonra onlara məlum olmuşdur ki, Qədim iddiaçının adından etibarnamə verilmiş Rəşad adlı şəxsdən faizlə 130.000 manat məbləğində borc pul götürmüş, həmin borcun müqabilində də 3 milyon manatdan artıq dəyəri olan əmlakla bağlı sənədlərin iddiaçıdan alınıb ona təqdim edilməsinə nail olmuşdur. Rəşad adlı şəxs isə Qədimə verdiyi 130000 manat borcu 160.000 manat məbləğində dəyərləndirmiş, yəni verilən 130000 manatın üzərinə faiz də əlavə etməklə onu 160000 manat məbləğində dəyərləndirilmiş və Qədimin aldığı borcun zamanəti kimi də bu əmlakı Elşən adlı yaxın qohumunun adına özgəninkiləşdirmiş, bununla da iddiaçının xüsusilə külli miqdarında dəyəri olan əmlakının mənimsənilməsi həyata keçirilmişdir.

17. Beləliklə, iddiaçının adından etibarnamə ilə çıxış edən Rəşad Əfəndiyav ilə qohumu Cavabdeh1 arasında bağlanmış müqavilə uydurma və yalan əqd olmuş, alqısatqı adı altında bağlanmış müqavilə faktiki ola raq tamamailə başqa – faizlə verilən borcun qaytarılmasının zəmanəti kimi “razılşamanı” pərdələmək niyyəti ilə həyata keçirilmiş, alıcı qismində çıxış edən Cavabdeh1 “aldığı” əmlakı, ümumiyyətlə, görməmiş və həmin ərazidə olmamışdır. Ərazi bu günədək də iddiaçının istifadə və sahibliyindədir. Cavabdeh1 əmlakın ona təhvil verilməsi barədə bir dəfə də olsun həmin əraziyə gəlməyib, bu barədə iddiaçıya müraciət etməyib, ümumiyyətlə, 160 min manata aldığı əmlakın faktiki dəyərinin 20 dəfədən çox olmasından xəbərsiz olmuşdur.

18. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 337.1, 337.2, 340.1 və 340.2-ci maddələrinə istinad etmişdir.

19. Cavabdeh3 vəkili Vəkil1 iddiaya qarşı yazılı etiraz vermişdir. Etirtazın dəlilləri: - təmsil etdiyi şəxs X21 iddiaya cavab verməli olmayan şəxsdir. İdd ia tələbindən və iş materiallarından da görünür ki, mübahisəli əmlakın mülkiyyətçisi İddiaçı olmuş, mübahisəli əmlakın alqı-salqısı isə cavabdəhlər Cavabdeh1 ilə X13 arasında baş vermişdir. Hazırda da əmlakın mülkiyyətçisi Cavabdeh1dur. İddiaçı iddia tələbində ona məxsus əmlak kompleksini pul lazım olduğu üçün satmaq istədiyini və bunun üçün Cavabdeh3 tanışı Rəşad adlı şəxsə etibarnamə verdiyini göstərmişdir. Lakin xx.xx.2021-ci il tarixli etibarnamə ilə mübahisəli əmlak üzərində sərəncam verilməsi hüququ barədə X6 etibarnamə ilə verilmişdir; - bundan başqa, iddiaçı ona məxsus əmlakın onun xəbəri olmadan başqa şəxsin adına özgəninkiləşdirildiyini cari ilin yanvar ayında məlumatı olduğunu bildirir. Lakin həmin əmlakın digər şəxsə satılması xəbərini 2021-ci ilin iyul ayında Cavabdeh3 iddiaçı ya məlumat vermişdir. Bundan sonra Cavabdeh3 köməkliyi ilə hüququ yardım göstərilməsi üçün vəkil Rəşid Məhərrəmli ilə müqavilə bağlanmış və vəkilə xx.xx.2021-ci il tarixli etibarnamə verilmişdir. Bu halı iddiaçı özü də iddia tələbində etiraf etmişdir; - iddiaçı iddia tələbində həmin vaxt Cavabdeh3 Rusiya Federasiyasında olduğunu və onunla əlaqə yaratdığını bildirmişdir. Əmlakın satılmasını iddiaçıya Cavabdeh3 xəbər vermiş və xx.xx.2021-ci il tarixdə vəkilə etibarnamə verərkən də İddiaçı Cavabdeh3la birlikdə Bakı şəhərində vəkillə görüşmüşdür. Cavabdeh3 xx.xx.2021-ci il tarixdə Azərbaycandan Rusiya Federasiyasına getmişdir; - iddiaçı daha sonra iddia tələbində guya Cavabdeh3 Rəşada 130000 manat borcu olduğunu və həmin borcun qarşılığında ona məxsus əmlakın sənədlərini ondan alıb Rəşada ve rdiyini göstərmişdir. Cavabdeh3 Rəşada 130000 manat borcu yoxdur və bunu təsdiq edən hər hansı bir mötəbər subut yoxdur. Bunlar hamısı fərziyədır və yalandır. İddiaçıya məxsus əmlakın Cavabdeh1 satılmasından Cavabdeh3 xəbəri olmamış, əmlakın satılmasında iştirak etməmiş və pulu əldə etməmişdir; - iddia tələbindən də göründüyü kimi, Cavabdeh3 iddia tələbinə cavab verməli olmayan şəxsdir. Həmçinin Cavabdeh3 məsələ ilə dərindən heç bir əlaqəsi olmayıb, heç bir gəlir götürməyib. Bu hazırki məsələ ilə bağlı olaraq keçirilmiş ibtidai istintaq mərhələsində də sübuta yetirilmişdir. Odur ki, iddia tələbi Qədim Əbilova aid hissədə rədd olunmalıdır.

20. Birinci instansiya məhkəməsi mübahisədə adı keçən əmlakın hazırki bazar dəyərini müəyyən edilməsi məqsədilə 15 aprel 2022-ci il tarixli qərardadla ek spertiza təyin etmiş, ekspertizanı "xxxx" MMC-yə həvalə etmişdir.

21. Əmlak kompleksinin (beton zavod, ofis binası, mühasibatlıq binası, emalatxana, laboratoriya binası, yeməkxana binasının və s.) qiymətləndirilməsi barədə "xxxx" MMCnin xx.xx.2022-ci il tarixli hesabatına əsasən ünvan 1ində 0,5 ha torpaq sahəsində yerləşən, ümumi 363,5 kv.m. olan əmlak kompleksinin hazırki bazar qiyməti 2.550.000 (iki milyon beş yüz əlli min) manatdır.

22. Cavabdeh1 nümayəndəsi və vəkili iddiaya qarşı etiraz vermişdir. Etirazın dəlilləri: - iddia ərizəsində yazılanlar həqiqətə uyğun deyildir, heç bir sübuta soykənmir. İddiaçının iddia ərizəsində qaldırdığı dəlillər tam əsassızdır. Belə ki, cavabdeh artıq həmin əmlak kompleksinin xüsusi mülkiyyətçisidir, onun mülkiyyət huquqları qorunmalıdır. Notariat ofisi ndə alqı-satqı müqaviləsi tam qanuni şəkildə həyata keçirilmişdir, alqı-satqı aparılarkən heç bir qanun pozunlusuna yol verilməmişdir. Belə olan halda alqı-satqı müqaviləsi etibarsız hesab edilə bilməz; - Cavabdeh1 vicdanlı alıcıdır, qanuni şəkildə əmlak almışdır, o, mübahisə predmeti olan əmlakı tam qanuni yolla əldə etmiş və dəyərini tam ödəmişdir. Vicdanlı alıcı olaraq hərəkət etmişdir.

23. Cavabdeh1 da birinci instansiya məhkəməsində iddiya etiraz olaraq göstərib ki, əmlakı Rəşaddan alıb və notariusda 170000 manata yaxın pul verib. Əmlaka 1 dəfə maklerlə olmaqla 2 dəfə baxış keçirib. Orada özünə iş qurmağı planlaşdırıb. Sonradan əmlakın üzərinə həbs qoyulduğunu öyrənib. Onun bu proseslərdən xəbəri olmayıb.

24. Cavabdehlər vəsatət verərək, əmlakın təkrar qiymətləndirməsini xahiş etmişlə r.

25. Cavabdeh1 vəkilinin sifarişi əsasında "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli əmlakın qiymətləndirilməsi ilə bağlı hesabatında əmlak kompleksinin xx.xx.2022-ci il tarixinə olan bazar qiymətinin 270.000 (iki yüz yetmiş min) manat, likvid dəyərinin 216.000 (iki yüz on altı min) manat təşkil etməsi göstərilmiuşdir.

26. Birinci instansiya məhkəməsində şahid X9 göstərmişdir ki, iddiaçının qardaşıdır. Qədim onun tanışı, yaxın dostu olmuşdur. 7 ildən çoxdur ki, münasibətləri vardır. Qədim ilə ortaq dostlar da olmuşdur. Heç vaxt ondan yana şübhəsi olmamışdır. Qədimi qardaşı Musaməddinə o, məsləhət görmüşdür ki, ona güvənə bilər. Bütün bu hadisələrdən sonra Qədimlə əlaqədə saxlamış və baş verənlərlə bağlı soruşmuşdur. Sonuncu ona narahat olmamasını və özünün hər şeyi yoluna qoyacağını bildir mişdir. Bundan bir neçə ay sonra isə Qədimlə əlaqə saxlamaq mümküq olmamışdır. Artıq 7 aydan çoxdur ki, əlaqəsi yoxdur. Rəşadı tanımamışdır. İlk dəfə Əliabbas, dostları Sərvan və Rəşad Koroğlu heykəlinin yanında danışıb məsələni yoluna qoymaq ilə bağlı görüşmüşlər və o zaman görmüşdür.

27. Birinci instansiya məhkəməsində şahid X5 göstərmişdir ki, o, Nəsirullanın dostudur. İddiaçını şifahi tanıyır. O, alqı-satqı olduqdan sonra Əliabbas, Nəsirulla və o, Rəşadla görüşməyə getmişlər. Rəşadla ilk görüşündə o, onlara bildirmişdir ki, Qədimə 160.000 manat ödəniş etmişdir. İkinci görüşündə isə 165.000 ABŞ dolları ödədiyini və bunu ona qaytarmalı olduqlarını bildirmişdir.

28. Birinci instansiya məhkəməsində şahid X4 göstərmişdir ki, o, mübahisə predmeti olan obyektdə 2016-cı ildən icraçı direktor olaraq çalışmışdır. Əvvəllər obyektdə dövriyyə yaxşı olsa da, 2017-ci ildən sonra tələbat azaldığından və pandemiya zamanı dövriyyə aşağı düşmüşdür. Buna görə də Musaməddin müəllim obyekti satmaq qərarına gəlmişdir. Həmin obyektdə 4 istehsalat sahəsi: beton istehsalı, tamet, qum-çınqıl istehsalı və asfalt istehsalı sahələri mövcud olmuşdur. Obyekt onun ərazisinə, istehsal gücünə, orada olan avadanlıqlara görə yüksək dəyərə malik olmuşdur. Obyektindən satılmasındam xəbəri olmamışdır. Obyektdə olduğu müddətdə alıcılar obyektə baxmağa gəlməmişdilər.

29. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2245/2022 saylı 13 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuş, ünvan 1i, ümumi sahəsi 363,5 kv.m. olan əmlak kompleksinə dair (torpaq sahəsi ilə birlikdə) Cavabdeh2 (İddiaçı əvə zinə) ilə Cavabdeh1 arasında bağlanmış 19 aprel 2021-ci il tarixli 4Ə-546 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş 29 aprel 2021-ci il tarixli,********** qeydiyyat nömrəli, **********61-12-301 reyestr nömrəli çıxarışın ləğv edilməsi, İddiaçı ünvan 1i, ümumi sahəsi 363,5 kv.m. olan əmlak kompleksinə (torpaq sahəsi ilə birlikdə) münasibətdə əvvəlki hüquqi vəziyyətinin bərpa edilməsi, alqı-satqı müqaviləsi üzrə ödənilmiş 160000 (bir yüz altmış min) manat pulun Cavabdeh2 tutularaq Cavabdeh1 xeyrinə ödənilməsi, "xxxx" MMC tərəfindən aparılmış qiymətləndirmə hesabatının haqqı olan 500 (beş yüz) manat məbləğin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştər ək qaydada tutularaq "xxxx" MMC-nin hesabına köçürülməsi, bu qətnamənin ünvan 1i, ümumi sahəsi 363,5 kv.m.olan əmlak kompleksinə dair (torpaq sahəsi ilə birlikdə) İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatın aparılması üçün əsas olması qət edilmişdir. (hakim Ramin Xəlilov)

30. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ünvan 1ində, 0,5 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 363,5 kv.m. olan əmlak kompleksi kimi müəssisə iddiaçının mülkiyyətində olmuşdur. İddiaçı həmin əmlakı satmaq qərarına gəlmiş və xx.xx.2021-ci il tarixli etibarnaməyə əsasən iddiaçı mübahisəli əmlaka dair sərəncam vermək səlahiyyətini Cavabdeh2 etibar etmişdir. Bakı şəhəri 14 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İ ddiaçı (etibarnamə əsasında İddiaçı əvəzinə Cavabdeh2 imza etmişdir) mülkiyyətində olan ünvan 1ində, 0,5 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 363,5 kv.m. olan əmlak kompleksi Cavabdeh1 160.000 manata satmışdır. "xxxx" MMC tərəfindən tərtib edilmiş əmlakın qiymətləndirilməsi barədə hesabata əsasən ünvan 1ində 0,5 ha torpaq sahəsində yerləşən, ümumi 363,5 kv.m. olan əmlak kompleksinin bazar qiyməti 2.550.000 manatdır.

31. Birinci instansiya məhkəməsi qeyd edib ki, hər hansı əqdin, o cümlədən alğısatqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər.

32. Birinci instansiya məhkəməsi Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli və “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstit usiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli qərarlarını əsas tutaraq belə nəticəyə gəlib ki, hazırki mübahisə üzrə tərəflər arasında alğı-satqı müqaviləsinin bağlanması ilə bağlı formal tələblərə əməl olunsa da, iddiaçının əmlak kompleksinin alqı-satqısı ilə bağlı iradə ifadəsi zədələnmişdir. Belə ki, məhkəmə iclasında izahatlarla və şahid ifadəsi ilə müəyyən edilmişdir ki, qeyd olunan əmlak sahəsinin tərkibində dörd növ istehsalat sahələri mövcuddur, əvvəlki dövrlərdə kifayət qədər maliyyə dövriyyəsi etmiş və iddiaçının ilkin niyyəti əmlakı 2,5 milyon manata satmağa razılıq vermişdir. Həmçinin cavabdeh tərəfinin təqdim etmiş olduğu mütəxəssis rəyləri ilə də müəyyən edilir ki, əmlak dəyərindən aşağı qiymətə satılmışdır.

33. Birinci instansiya məhkəmə si həmçinin müəyyən edib ki, Cavabdeh2 və Cavabdeh3 qeyd olunan alğı-satqı müqaviləsi rəsmiləşdirildikdən sonra ölkə xaricinə getmiş və hazıradək qayıtmamışlar və satşışdan əldə olunmuş 160.000 manat məbləğindəki pulun da iddiaçıya verilməsini sübuta yetirə bilməmişlər. (iddiaçı məhkəmə iclası zamanı puldan heç bir məbləğin ona verilməməsini bildirmişdir)

34. Birinci instansiya məhkəməsinin mövqeyinə görə Cavabdeh2 tərəfindən vəd edilmiş pul məbləğinin verilməməsi iddiaçının aldatma nəticəsində həqiqi iradəsinə zidd əqd bağlaması ilə nəticələnmişdir. Mülki Məcəllənin 339.2-ci maddəsinə normasına uyğun olaraq, aldatma bilərəkdən öz hərəkətləri ilə başqa şəxslərdə səhv fikir formalaşdırmaq və ya onların səhv fikirlərinin davam etməsinə səbəb olmaqla onların bu fikrə görə iradə ifadə etməyə s övq edilməsi və bunun nəticəsində əqdin bağlanılması hallarını ifadə edir. Aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: aldadan tərəf müqavilənin bağlanılması və xüsusi ilə də müqavilənin bağlanılmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni, müəyyən bir müqavilənin bağlanılmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formlaşdırılmış olmalı dır; müqavilə məhz aldadılma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanılmış olmalıdır. Belə ki, aldadılma olmasaydı, mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı.

35. Birinci instansiya məhkəməsi hesab edib ki, tərəflər arasında bağlanmış alqısatqı müqaviləsi üzrə Cavabdeh2 aldatma ilə hərəkət etdiyi üçün və bu hallar iddiaçıya alqı-satqı müqaviləsi bağlanıldıqdan sonra məlum olduğu üçün, irəli sürülmüş iddia tələbi əsaslı hesab edilməli və tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir.

36. İddia tələbinin çıxarışın ləğv edilməsi hissəsi ilə bağlı birinci instansiya məhkəməsi göstərib ki, iddia tələbi alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində təmin edildiyində n, iddia tələbi bu hissədə əlavə araşdırılma aparılmağa zərurət qalmadan təmin edilməlidir. Həmçinin tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edildiyi üçün, onun hüquqi nəticələri də ləğv edilməli və ünvan 1i, ümumi sahəsi 363,5 kv.m. olan əmlak kompleksi (torpaq sahəsi ilə birlikdə) üzərində iddiaçının hüquqları bərpa edilməlidir. Alqı-satqı müqaviləsi üzrə ödənilmiş 160000 (bir yüz altmış min) manat pul isə Cavabdeh2 (iddiaçıya pul ödənilmədiyindən, etibarnamə üzrə rəsmi tərəf Cavabdeh2 olduğundan) tutularaq Cavabdeh1 xeyrinə ödənilməlidir.

37. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 337, 339.2-ci, Mülki Prosessual Məcllənin 14.2, 77.1-ci maddələri, Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339. 6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli, “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli qərarları ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

38. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ayrı-ayrılıqda apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

39. Cavabdeh2 apellyasiya şikayətinin dəlilləri: - iddiaçı tərəfindən Cavabdeh2 verilmiş 09 aprel 2021-ci ildə Gəncə şəhərində notarial qaydada təsdiq olunmuş 864308 № li etibarnamə əsasında bağlanmı ş olan xx.xx.2021-ci il tarixli, 4Ə-546 saylı alqı-satqı müqaviləsi MM-in tələblərinə uyğun olaraq bağlanmışdır. Belə ki, MM-in əqdin etibarlılığı ilə bağlı birinci tələbi hər iki tərəfin iradə ifadəsinin olmasıdır ki, həmin tələb MM-in 324.4-cü maddəsində normativləşmişdir. İddiaçının iddia ərizəsindən də göründüyü kimi, verilmiş olan etibarnamə əsasında “əmlak kompleksi” adı ilə dövlət qeydiyyatına alınmış, Samux rayonunun Tatlı kəndində 0,5 ha torpaq sahəsində yerləşən 363,5 kv.m ümumi sahədən ibarət xüsusi mülkiyyətdə olan əmlakın bu və ya digər şəxsə satmaq niyyəti olmuşdur və müqavilə bağlanarkən iradə ifadəsini göstərmişdir. Oxşar müddəa Konstitusiya Məhkəməsi Plenumunun “T.Qasımovanın şikayəti üzrə” 2020-ci il 1 dekabr tarixli Qərarında da göstərilmişdir. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir; - bundan başqa, iddiaçı məhkəmə prosesi zamanı həqiqətə uyğun olmayan ifadə verərək özünün yalanlarını digər yalanlarla pərdələməyə də çalışmışdır. Belə ki, iddiaçı adıçəkilən “əmlak kompleksi”nin satışından cari ilin yanvar ayında xəbəradar olduğuna dair ifadə vermişdir. Lakin bu, tamamilə yalan olmaqla, “əmlak kompleksi”nin satışından peşiman olması ilə bağlı məhkəməni aldatmaq məqsədilə söylənmişdir. İddiaçı “əmlak kompleksi”nin özgəninkiləşdirilməsindən, Cavabdeh1 sərəncamına verilməsindən 2021-ci il iyul ayında artıq xəbərdar idi və “əmlak kompleksi”nin Cavabdeh1 160.000 manat məbləğində pula satılmasına hər hansı bir etiraz da bildirməmişdir. Narazılıq bildirməməsinə səbəb isə həmin dövrdə iddiaçının özünün də bildirdiyi kimi pula ehtiyacı olması və iddiaçının, ümumiyyətlə, pandemiya dövründə daşınmaz əmlakın dəyərinin aşağı olmasını, adı çəkilən əmlakın isə yararsız və faəliyyətsiz olmasını, bu səbəblərdən də “əmlak kompleksi”nin dəyərinin daha yüksək olmayacağını özü də bilməsi olmuşdur; - iddiaçı 160 min manat məbləğində pulun ona verilmədiyini bildirmişdir. Əvvəla, 160.000 manat pulun verilmədiyinə əsaslanan iddia “əqdin etibarsızlığı” iddiası ilə əhatə oluna bilməz. Bundan başqa, 160.000 manat məbləğində pulun özünə verilmədiyini izahatında bildirən yeganə şəxs iddiaçıdır. Cavab deh1, Cavabdeh2 və Cavabdeh3 bu faktı qətiyyətlə təkzib ediblər. Bu baxımdan, 160.000 manat məbləğində pulun özünə verilmədiyinin sübutetmə yükü məhz iddiaçının üzərinə düşməlidir. Lakin iddiaçı tərəfindən verdiyi ifadəni təsdiq edən hər hansı dəlil irəli sürülməmişdir; - bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Şikayətə əlavə edilən notariat orqanından alınan çıxarışdan da göründüyü kimi, iddiaçı tərəfindən X7 heç bir əmlak etibar edilməmişdir. Belə ki, 9 aprel 2021-ci ildə Gəncə şəhərində notarial qaydada təsdiq olunmuş 864308 № li etibarnamədə etibar edilmiş şəxs qismində Cavabdeh2 göstərilmişdir. İddiaçı ünvan 1ində, 0,5 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 363,5 kv.m. olan “əmlak kompleksi” kimi müəssisəni idarə etməyi və onun üzərində sərəncam verməyi buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq,bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, bu əqdlər üzrə haqq-hesab aparmağı, adından hər növ ərizələrə imza atmağı Asan Xidmət mərkəzlərində, DƏDRX-nin Ərazi İdarələrində, notariat ofisində istənilən növ ərizə yazmağı və imzalamağı, o cümlədən qeydiyyat işləri aparmağı, bağlanmış alqı-satqımüqaviləsini ləğv etdirməyi, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi 09 aprel 2021-ci ildə Gəncə şəhərində notarial qaydada təsdiq olunmuş 864308 № li etibar namə ilə Cavabdeh2 etibar etmişdir. Daşınmaz əmlakın alqı-satqısını həyata keçirilən zamanı isə 09 aprel 2021-ci ildə Gəncə şəhərində notarial qaydada təsdiq olunmuş 864308 № li etibarnamə qüvvədə olmuşdur. Tamamilə mülki qanunvericiliyin tələblərinə uyğun olaraq, “Əmlak kompeksi”nin alqı-satqısı həyata keçirilmişdir. 09 aprel 2021-ci ildə Gəncə şəhərində notarial qaydada təsdiq olunmuş 864308 № li etibarnamə mülki qanunvericiyin tələblərinə uyğun olaraq verilmiş və təsdiq olunmuşdur, hər hansı qanun pozuntusuna yol verilməmişdir. Onun da əsasında daşınmaz əmlakın alqı-satqısı həyata keçirilmişdir. Ali Məhkəmənin də göstərdiyi mövqeyə əsasən, məhkəmələr tərəfindən etibarnamə ilə satılmış daşınmaz əmlakın alqısatqı müqaviləsinin etibarsız hesab edilə bilməsi üçün ilk növbədə, həmin alqı-sat qı müqaviləsinin bağlanmasının əsası kimi çıxış edən etibarnamənin özünün etibarsız olması müəyyən olunmalı idi. Birinci instansiya məhkəməsi tərəfindən isə etibarnamənin verilməsi proseduru ilə bağlı hər hansı araşdırma aparılmadan, yalnız iddiaçının verdiyi yalan izahata əsasən, qətnamə qəbul edilmiş və əsassız iddia təmin edilmişdir. Qanuni etibarnamə əsasında rəsmiləşdirilmiş olan daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qanunvericiliyin tələblərin ciddi şəkildə pozuntusudur; - Azərbaycan Respublikası Ali Məhkəməsinin 2 (102)-4380/2021 saylı xx.xx.2021-ci il tarixli, 2(102)-4184/2021 saylı xx.xx.2021-ci il tarixli, 2 (102)-4170/2021 saylı xx.xx.2021ci il tarixli, 2 (102)-541/2021 saylı xx.xx.2021-ci il tarixli, 2 (102)-505/2021 saylı xx.xx.2021ci il tarixli Qə rarlarlarında Ali Məhkəmənin mövqeyinə əsasən, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və ya ləğv edilməsi üçün məhkəmə tərəfindən ilkin araşdırılmalı lazım olan məsələ verilmiş etibarnamənin etibarsız olub-olmamasıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2 (102)-541/2021 saylı xx.xx.2021-ci il tarixli Qərarına əsasən, etibarnamə əsasında bağlanmış müqavilələrin etibarsız hesab edilməsi tələbi ilkin olaraq etibarnamənin etibarsızlığından doğur; - məhkəməyə təqdim edilən sənədlərdən göründüyü kimi Bakı şəhəri, 14 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq olunmuş 19 aprel 2021-ci il daşınmaz əmlakın alqı-satqı müqaviləsi tamamilə iddiaçının əmlak barəsində sərəncam vermək, Cavabdeh1 münasibətdə isə əmlakın əldə edilməsinə əsaslanır. Hər hansı yalan və ya uydur ma əqd bağlamaq niyyəti olmamışdır. Cavabdeh2 münasibətdə isə niyyət yalnız təmsilçilik fəaliyyətinin həyata keçirilməsi olmuşdur; - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Ə.İbrahimovun şikayəti üzrə” 2004-cü il 12 aprel tarixli Qərarınım mövqeyindən də göründüyü kimi etibarnamə əsasında səlahiyyət verilmiş şəxs tərəfindən bağlanmış əqd də etibarlıdır və həmçinin notarial təsdiqli alqı-satqı müqaviləsi olduğundan uydurma əqd hesab oluna bilməz. Əvvəlcə niyyəti əmlakını satmaq olan iddiaçının Cavabdeh2 verdiyi etibarnamə əsasında əmlakının bağlanmış alqı-satqı müqaviləsinin hüquqi nəticəsinə görə Cavabdeh1 mülkiyyətinə verilməsindən peşman olması heç bir əsas olmadan bağlanan müqavilənin uydurma əqd olmasının iddia edilməsi tamamilə əsassız və hüquqları ciddi şəkildə pozulması i lə yanaşı, Cavabdeh1 da öz əmlakına münasibətdə hüquqlarını həyata keçirməsinə mane olur. Həmçinin faktlardan da göründüyü kimi, müqavilənin notarial qaydada bağlanması əqdin uydurma əqd olmadığını isbat edir. Əqdin uydurma əqd olmasının iddia edilməsi isə bu halı təsdiq edən sübutların təqdim olunması zərurətini ortaya çıxarır; - Cavabdeh1 alqı-satqı müqaviləsinin bağlanmasına münasibətdə Cavabdeh2 isə təmsilçiliyin həyata keçirilməsinə münasibətdə vicdanlılıq nümayiş etdirmişdir. Cavabdeh1 vicdanlı sahib hesab olunur və qanunun tələblərinə müvafiq əmlak onun mülkiyyətininə verilmişdir. Bu baxımdan, bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi vicdanlı sahib olan Cavabdeh1 da hüquqlarını ciddi şəkildə pozulmasına səbəb olacaqdır; - ifadələr arasında ciddi ziddiyətlər olsa d a, birinci instansiya məhkəməsi yalnız iddiaçının izahatına əsasən qətnamə qəbul etmiş, sübutları hərtərəfli qiymətləndirilməmişdir. İddiaçı izahatında bildirmişdir ki, Cavabdeh3 Cavabdeh2 130.000 manat borcu olduğundan “Əmlak kompleksi”ni dəyərindən aşağı olan məbləğə satdığı, özünə verilməli olan məbləğin isə ona verilmədiyini söyləmişdir. Lakin həm Cavabdeh3, həm də Cavabdeh2 məhkəmə prosesi zamanı verdikləri ifadələrində bu faktı təkzib edərək, Cavabdeh3 Cavabdeh2 heç bir borcunun olmadığını, Cavabdeh2 isə Cavabdeh3 ona heç bir borcu olmadığını qətiyyətlə söyləmişdilər. Göründüyü kimi, Cavabdeh2 və Cavabdeh3 izahatları arasında uyğunluq özünü göstərsə də, iddiaçının izahatı digər prosesdə bu və ya digər formada iştirak edən şəxslərin ifadələri ilə uyğun gəlmir; - iddiaçı “əmlak kompl eksi”ni geri almaq məqsədilə yalan ifadə vermiş, bir neçə üst qurumlara şikayətlər verərək məhkəməyə təzyiq göstərməyə çalışmışdır. Bu kimi hallar birinci instansiya məhkəməsinin obyektiv araşdırma aparmasına və ədalətli qərar qəbul etməsinə əsaslı şübhələr yaratmışdır; - birinci instansiya məhkəməsi 15 aprel 2022-ci il tarixli qərardad qəbul edilərək, ekspertiza təyin etmişdir. "xxxx" MMC-nin eksperti tərəfindən verilən ekspert rəyinə əsasən, “əmlak kompleksi”nin dəyəri şişirdilərək 2.550.000 manat dəyərində müəyyən olunmuşdur. Ekspert rəyi ilə bağlı əsaslı şübhələr yaranmasına səbəb əlavə olaraq məhkəməyə təqdim olunmuş olan ekspert rəylərində müəyyən olunmuş məbləğlərin birbirinə yaxın və mövcud bazar qiymətlərinə daha uyğun olmasıdır. xx.xx.2022-ci il tarixində hər iki cavabdehin vəkil i tərəfindən ekspert rəyinə qarşı əsaslandırılmış etirazı məhkəməyə təqdim etmələrinə baxmayaraq, məhkəmə tərəfindən təkrar ekspertiza keçirilməsinə dair qərardad qəbul edilməmişdir. Hazırda da ekspert rəyi ilə razılaşmasa da, məhkəmə tərəfindən qətnamə məhz həmin ekspert rəyi ilə əsaslandırılmışdır; - “əmlak kompleksi” pandemiya dövründə satılmışdır. Həmin dövrdə Samux rayonunda əmlakın dəyəririnin "xxxx" MMC-nin eksperti tərəfindən təqdim olunmuş ekpert rəyində göstərilən məbləğ qədər olması ağlabatan deyildir və onlarda əsaslı şübhələr doğurur; - həmçinin iddiaçı adıçəkilən əmlakı pula ehtiyacı olduğundan tez bir zamanda satmağa tələsmiş, obyektin satış qiymətini də özü müəyyən etmişdir. Obyekt hal-hazırda da daşınmaz əmlakın alqı-satqısı həyata keçirilən dövrdə olduğu kimi yararsız vəz iyyətdədir və fəaliyyətsiz haldadır; - birinci instansiya məhkəməsinin mülki iş üzrə tərəflərin etirazına və əsaslı şübhələrinə səbəb olan eskpert rəyini sübut kimi qiymətləndirməsi və qətnamənin əsaslandırılması kimi yalnız həmin ekspert rəyinə istinad etməsi tamamilə qanunsuzdur. Obyektivliyin təmin olunması məqsədilə “əmlak kompleksi” nin dəyərinin müəyyən edilməsi məqsədilə təkrar ekspertizanın keçirilməsini zəruri hesab edir. Belə ki, həmin əmlakın qiymətləndirilməsi üçün "xxxx" MMC-yə müraciətləri əsasında mütəxəssilər tərəfindən əmlakın bazar dəyəri 270.000 manat, likvid dəyəri isə 216.000 manat müəyyənləşdirilmişdir. "xxxx" MMC-nin mütəxəssisləri tərəfindən müəyyən olunmuş dəyər daşınmaz əmlakın mövcud bazar qiymətlərinə daha uyğun olmaqla yanaşı, reallığı və həqiqəti də özündə əks etdirir. Ekspert rəyləri arasında əsaslı ziddiyyətlərin olmasına baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən əsassız iddianın təmin edilməsi cavabdehin hüquqlarını pozmaqla yanaşı, qanunvericiliyin tələblərini də ciddi şəkildə pozur. "xxxx" MMC-nin ekspertləri tərəfindən aparlmış qiymətləndirməyə əsasən isə adıçəkilən obyektin bazar dəyəri 250.000 manat, likvid dəyəri isə 199.000 manat müəyyən olunmuşdur. Göründüyü kimi, hər iki təşkilat tərəfindən aparılan qiymətləndirmə bir-biri ilə uyğunluq təşkil edir və daşınmaz əmlakın mövcud bazar qiymətlərinə mütənasib xarakter daşıyır. Bu isə məhkəmənin öz təşəbbüsü ilə "xxxx" MMC-nin ekspertləri tərəfindən həyata keçirilən qiymətləndirməyə əsasən müəyyən olunmuş əmlak dəyərinin bazar qiymətlərinin qat-qat üstündə olmasına, o cümlədən eks pert rəyinin qeyri-obyektiv şəraitdə verilməsinə əsaslı şübhələrin yaranmasına səbəb olmuşdur. Bu baxımdan, məhkəməsi tərəfindən yol verilmiş qanunsuzluğu aradan qaldırmaq məqsədilə təkrar ekspertizanın keçirilməsi zəruridir; - əqd təmsilçi vasitəsilə də bağlana bilər. Etibarnamə əsasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsızlığı tələbini irəli sürmək tələbi öz-özlüyündə yanlışdır. Tələb məhkəmə tərəfindən qəbul edilən hesab olunubsa da, birinci instansiya məhkəməsi tərəfindən 09 aprel 2021-ci ildə Gəncə şəhərində notarial qaydada təsdiq olunmuş 864308 № li etibarnamənin etibarsız olub-olmaması faktı müəyyən olunmalı idi. Etibarnamə etibarsız deyildirsə, qanunvericiliyin tələblərinə əsasən verilmiş və təsdiq olunmuşdursa, bu halda iddia məhkəmə tərəfindən rədd olunmalı idi.

40. Ca vabdeh1 apellyasiya şikayətini dəlilləri: - birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə istər maddi hüquq normalarının tətbiqi baxımından, istərsə prosessual hüquq normalarına riayət edilməsi səbəbindən qanunsuz və əsassızdır, buna görə apellyasiya qaydasında ləğv edilərək, iddia tələbi rədd olunmalıdır. Məhkəmə qətnaməsinin təhlili göstərir ki, işə baxmış məhkəmə işin həqiqi hallarını deyil, iddiaçının heç bir mötəbər sübuta söykənməyən, iş üzrə toplanmış dəlillərlə öz təsdiqini tapmayan, nağıla bənzəyən iddia ərizəsinə və məhkəmə iclasında verdikləri izahatları əsasında məhkəmə aktı qəbul etmişdir. Belə ki, mülki işin müəyyən edilmiş mübahisəsiz halı ondan ibarətdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reye strindən xx.xx.2019-cu il tarixli Çıxarışa əsasən ünvan 1ində 0,5 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 363,5 kv.m. olan əmlak kompleksi iddiaçının adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə ********** nömrə ilə qeydiyyat aparılmışdır. Həmin notariat işində olan Gəncə şəhəri 5 saylı notariat ofisində təsdiq edilmiş 7E-8591 reyestr nömrəsi ilə qeydə alınmış xx.xx.2021-ci il tarixli, ƏN-İ seriyalı 864308 nömrəli etibarnaməyə əsasən iddiaçı tərəfindən Cavabdeh2 əmlak kompleksi kimi müəssisəni idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, bu əqdlər üzrə haqq-hesab aparmağı, adından hər növ əqdlərə imza atmağı, Asan Xidmət mərkəzlərində, DƏDRX-nin Ərazi İdarələrində, notariat ofisində istənilən növ, o cümlədən qeydiyyat işlərinin aparmağı, bağlanmış alqı-satqı müqavilənin ləğv etdirməyi, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri ilə bağlı etibarnamə verilmişdir. Etibarnamənin müddəti xx.xx.2022-ci il tarixədək müəyyən edilmişdir. Beləliklə müəyyən olunur ki, Cavabdeh2 qanunvericiliklə müəyyən olunmuş qaydada əmlakın mülkiyyətçisi olan iddiaçının adından mübahisəsi gedən əmlakı satmaq üçün bütün hüquqlara (o cümlədən öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etmək) malik olmuşdur. Notariat icraatında olan Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş və İddiaçı (etibarnamə əsasında İddiaçı ə vəzinə Cavabdeh2 imza etmişdir) ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 363,5 kv.m. olan əmlak kompleksi kimi müəssisəni, ünvan 1i ünvanınla yerləşən ümumi sahəsi 0,5 ha olan torpaq sahəsini alıcı Cavabdeh1 160.000 manata satmışdır. Göründüyü kimi, mübahisəsi gedən əmlakla bağlı Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən olunmuş qaydalara uyğun olaraq əqd bağlanmış və bu zaman hər hansı qanun pozuntusuna yol verilməmişdir. Əks halda, əqdin notarial qaydasında təsdiq olunmasından imtina olunardı; - notariat icraatında olan «Elektron notariat» X1 Çıxarışa əsasən X8 notarial qaydada verdiyi xx.xx.2021-ci il tarixl i ərizə ilə birgə nikah dövründə əldə edilmiş, əri İddiaçı məxsus olan (**********61-12301 reyestr nömrəli, ********** dövlət nömrəli, xx.xx.2019-cu il tarixli) ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,5 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 363,5 kv.m olan əmlak kompleksi kimi müəssisənin satılmasına etiraz etmir. - notariat işində olan sənədlərə əsasən alqı-satqı üzrə bütün pul vəsaitləri ödənilmişdir. Göründüyü kimi, Cavabdeh1 qeyd olunan əmlakı vicdanlı olaraq əldə etmiş və aldığı əmlakla bağlı alqı-satqı əməliyyatını da tam qanuni olaraq həyata keçirmişdir. İş materialları ilə müəyyən olunduğu kimi, alqı-satqı müqaviləsi notarius tərəfindən təsdiq edilmiş, mülki qanunvericiliyin tələblərinə uyğun tərtib olunmaqla bağlanmış, müqavilə təsdiq olunarkən sat ıcının əmlak üzərinə sərəncam vermək hüququ, etibarnamə üzrə nümayəndənin səlahiyyətlərinin olub-olmaması, əmlakın yüklü olub-olmaması, əmlakın satılmasına razılıqlarının olması yoxlandıqdan sonra əmlaka dair alqı-satqı müqaviləsi təsdiq edilmişdir. Belə olan halda, işin mübahisəsiz müəyyən olunmuş həqiqi halları olaola işə baxmış birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsi kobud maddi və prosessual hüquq pozuntusudur və qəbul edilmiş məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır; - məhkəmə qətnaməsinin təhlili həmçinin onu göstərir ki, məhkəmə öz qənaətini yalnız iddiaçının təqdim etdiyi, mötəbərliyi cavabdehlər tərəfindən mübahisələndirilmiş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli əmlak kompleksinin qiymətləndirilməsi barədə hesabatına əsasən for malaşdırmışdır. Qətnamənin əsaslandırıcı hissəsini konkret mübahisəyə aidiyyatı olmayan hüquq normaları, Konstitusiya Məhkəməsinin qərarları və hüquq ədəbiyyatından çıxarışlar təşkil edir. Belə ki, iddianı təmin etmiş birinci instansiya məhkəməsi öz qətnaməsində göstərir ki, hazırki mübahisə üzrə tərəflər arasında alğı-satqı müqaviləsinin bağlanması ilə bağlı formal tələblərə əməl olunsa da, iddiaçının əmlak kompleksinin alqı-satqısı ilə bağlı iradə ifadəsi zədələnmişdir. Belə ki, məhkəmə iclasında izahatlarla və şahid ifadəsi ilə müəyyən edilmişdir ki, qeyd olunan əmlak sahəsinin tərkibində dörd növ istehsalat sahələri mövcuddur, əvvəlki dövrlərdə kifayət qədər maliyyə dövriyyəsi etmiş və iddiaçının ilkin niyyəti əmlakı 2,5 milyon manata satmağa razılıq vermişdir. Həmçinin cavabdeh tərəfi nin təqdim etmiş olduğu mütəxəssis rəylər ilə də müəyyən edilir ki, əmlak dəyərindən aşağı qiymətə satılmışdır. Belə olan halda, sual ortaya çıxır işə baxmış məhkəmə “iddiaçının ilkin niyyəti əmlakı 2,5 milyon manata satmağa razılıq vermişdir” deyərkən hansı mötəbər sübuta əsaslanmışdır. İzahat və ərizələrə əsasən məhkəmə aktı qəbul edilirsə, niyə görə cavabdehlərin etiraz ərizələri və izahatları qəbul olunmur?! Məgər bu işə birtərəfli yanaşma deyilmi?! Əgər iddianın təmin olunması haqda məhkəmə aktı iddiaçının təqdim etdiyi mötəbərliyi cavabdehlər tərəfindən mübahisələndirilmiş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli əmlak kompleksinin qiymətləndirilməsi barədə hesabatına əsasən qəbul edilirsə, niyə görə cavabdeh tərəfin "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli əmlakın qiymətləndirilməsi i lə bağlı hesabatı qəbul edilmir?! Məgər bu hal hakimin sübutlara qərəzli yanaşmasından xəbər vermirmi?! Belə olan halda, mülki mühakimə icraatının təməl prinsipləri (çəkişmə, bərabərlik, qanunçuluq və s.) pozulmurmu?!; - bundan başqa, məhkəmə iddianı təmin edərkən qətnamədə göstərir ki, Cavabdeh2 və Cavabdeh3 qeyd olunan alğı-satqı müqaviləsi rəsmiləşdirildikdən sonra ölkə xaricinə getmiş və hazıradək qayıtmamışlar və satşışdan əldə olunmuş 160.000 manat məbləğindəki pulun da iddiaçıya verilməsini sübuta yetirə bilməmişlər. Bu nə deməkdir, bunun tərəflər (İddiaçı ilə Cavabdeh1) arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinin etibarlığına nə aidiyyatı var?! Əmlakı alan şəxs qanunvericiliklə müəyyən olunmuş qaydada bank va sitəsilə əmlakın dəyərini ödəmişdirsə, kimin kimə pul verib-verməməsinin mübahisəyə nə aidiyyatı var, getsinlər öz aralarında pul mübahisəsini həll etsinlər. Ən maraqlısı isə məhkəmə aktının 33-cü bəndində əks olunmuşdur. Belə ki, həmin bənddə məhkəmə göstərir ki, “Cavabdeh2 tərəfindən vəd edilmiş pul məbləğinin verilməməsi iddiaçının aldatma nəticəsində həqiqi iradəsinə zidd əqd bağlaması ilə nəticələnmişdir”. Yəni məhkəmənin qənaətinə görə alqı-satqı müqaviləsinin ən son hərəkəti (pul məbləğinin verilməsi) əqdin ilk addımını (satmaq niyyətini, əmlakı satmaq iradəsini) formalaşdırır. Təbii ki, bu, absurddur; - eyni zamanda iddianı təmin edən məhkəmə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə Cavabdeh2 aldatma ilə hərəkət etdiyini qeyd etsə də, bunu da yalnız iddiaçı tərəfin ər izə və izahatları əsasında qurmuşdur. Halbuki, işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçının dələduzluq, yəni aldatma nəticəsində əmlakından məhrum olması faktı ilə bağlı ərizələri hüquq-mühafizə orqanları tərəfindən rədd edilmiş və ya cinayət tərkibi olmadığından xitam olunmuşdur. Bütün bunlara baxmayaraq, işə baxmış birinci instansiya məhkəməsi əsassız və qanunsuz olaraq öz qətnaməsində aldatma, yalan əsasında əqdin bağlanmasını qeyd edir. İşə birinci instansiya məhkəməsində qeyriobyektiv və qərəzli baxılmasını həmçinin o hal təsdiq edir ki, baxmayaraq cavabdeh tərəflər iş üzrə qiymətləndirmə keçirilməsi haqda haqlı vəsatət verilmişdir, heç bir əsas olmadan təmin olunmamışdır. Halbuki, iddiaçı və cavabdeh tərəfindən mübahisəli əmlakla bağlı fərqli, bir-birinə zidd qiymətləndi rmə hesabatları təqdim olunmuşdur. Hakim isə işin obyektiv tədqiqi üçün ekspertiza təyin edib bu halı müəyyən etmək əvəzinə birtərəfli yanaşma nümayiş etdirərək, iddiaçının təqdim etdiyi hesabatı qəbul etmişdir. İşə baxmış hakimin ümumiyyətlə Cavabdeh1 qərəzli münasibəti həmçinin məhkəmə aktının nəticə hissəsinin “"xxxx" MMC tərəfindən aparılmış qiymətləndirmə hesabatının haqqı olan 500 (beş yüz) manat məbləğində cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına köçürülməsi” hissəsi ilə də müəyyən olunur. Belə ki, əqdin aldatma nəticəsində bağlanması halı qəbul edilsə belə, əgər Cavabdeh1 bu aldatmanın tərəfi olmayıbsa, əksinə, bundan zərər çəkmişdirsə, niyə görə qiymətləndirmə hesabatının dəyəri ondan tutulmalıdır?! Təbii ki, cavabdeh olaraq hər hansı a ldatma, yalan nəticəsində əqd bağlandığını qəbul etmir, hesab edir ki, bağlanmış əqd qanunvericiliyin bütün tələblərinə riayət olunmaqla bağlanmışdır, lakin kiçik bu hal belə göstərir ki, işə baxılarkən mübahisəyə qeyri-obyektiv, birtərəfli və qərəzli yanaşılmışdır.

41. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-885/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2245/2022 saylı 13 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməklə iddianın təmin edilməməsi qət edilmişdir. (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi), Qürbət Əsgərov, Fuad Talışinski)

42. Apellyasiya instansiyası məhkəməsi birinci insansiya məhkəməsinin gəldiyi nəticə ilə razıla şmayaraq göstərib ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərəkən iş üzrə lazımi araşdırma aparmamış Cavabdeh2 (İddiaçı əvəzinə) ilə Cavabdeh1 arasında bağlanmış 19 aprel 2021-ci il tarixli 4Ə-546 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh1 adına verilmiş 29 aprel 2021-ci il tarixli,********** qeydiyyat nömrəli, **********61-12-301 reyestr nömrəli çıxarışın ləğv edilməsi nəticəsinə gəlmiş olsa da, mübahisə predmeti olan olan daşınmaz əmlakı əldə etmiş Cavabdeh1 vicdanlı olub-olmamasına, ümumiyyətlə, münasibət bildirməmiş, alqı-satqı müqaviləsinin qanuni olub-olmamasını araşdırmamışdır.

43. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, işin mübahisə olunmayan hallarına görə, xx.xx.2019-cu il tarixli Çıxarışa əsasən ünvan 1ində 0,5 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 363,5 kv.m. olan əmlak kompleksi iddiaçının mülkiyyətində olub. xx.xx.2021-ci il tarixli, ƏN-İ seriyalı 864308 nömrəli etibarnaməyə əsasən iddiaçı tərəfindən Cavabdeh2 həmin müəssisəni idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, bu əqdlər üzrə haqq-hesab aparmağı, adından hər növ əqdlərə imza atmağı, Asan Xidmət mərkəzlərində, DƏDRX-nin Ərazi İdarələrində, notariat ofisində istənilən növ, o cümlədən qeydiyyat işlərinin aparmağı, bağlanmış alqı-satqı müqavilənin ləğv etdirməyi, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri ilə bağlı etibarnamə verilmişdir. Etibarnamənin müddəti xx.xx.2022-ci il tarixədək müəyyən edilmişdir. Həmçinin iddiaçının arvadı X8 xx.xx.2021-ci il tarixdə notarial qaydada ərizə verməklə birgə nikah dövründə əldə edilmiş əri İddiaçı məxsus olan əmlak kompleksi kimi müəssisənin satılmasına etiraz etməmiş, eyni zamanda bəyan etmişdir ki, aralarında satılan əmlakın hüquqi rejimi müəyyən edən nikah müqaviləsi bağlanmamışdır. xx.xx.2021-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 İddiaçı əvəzinə digər Cavabdeh1 ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 363,5 kv.m. olan əmlak kompleksi kimi müəssisəni 160.000 manata satmışdır. Cavabdeh1 adına 29 aprel 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********61-12-301 reyestr nömrəli çıx arış verilmişdir. Hazırda iddiaçı əmlak kompleksini 2 milyon 500 min manata satmaq niyyətində olduğunu, bunun üçün müxtəlif şəxslərə və maklerlərə müraciət etdiyini, əmlak kompleksini satmaq üçün Cavabdeh2 etibarnamə verdiyini, sonuncunun əmlak kompleksini dəyərindən dəfələrlə aşağı qiymətlə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 satıldığını, həmin müqavilənin formal, aldatma təsiri altında bağlandığını, alqı-satqı müqaviləsi üzrə ona pul verilmədiyini göstərib, əmlak kompleksinə dair alqı-satqı müqavilələrinin etibarsız hesab edilərək Çıxarışın ləğv edilməsini iddia edir. Cavabdehlər isə əmlak kompleksinə dair alqı-satqı müqavilələrinin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmamaqla bağlandığını, həmin müqavilələrin etibarsızlığı üçün əsasların olmadığını, dövlət reyestrinin m əzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası baxımından Cavabdeh1 əmlakı vicdanlı əldə edən olduğunu göstərib, iddiaya etiraz edirlər.

44. Apellyasiya məhkəməsi ilkin olaraq qeyd edib ki, sözügedən əmlaka dair iddiaçının təmsilçisi Cavabdeh2 ilə Cavabdeh1 arasında alqı-satqı müqaviləsi bağlanarkən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlərin pozulması halı mülki iş materialları ilə təsdiq edilmir. Əksinə, həmin alqı-satqı müqaviləsinə əsasən əmlak kompleksi Cavabdeh1 mülkiyyətinə keçib. Nəzərə alınmalıdır ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılm ış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması zəruridir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr baş verir. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə isə, tərəflərin əqd bağladıql arı zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda, əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Etibarsız əqdlər hüquqa zidd, qeyri-hüquqi hərəkətdir. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətdir ki, bu hərəkət əqdin etibarlı olması şərtlərindən, heç olmazsa birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticə baş vermir. Bu cür əqdlər mülki hüquq və v əzifələrin əmələ gəlməsinə, dəyişməsinə və ya xitamına səbəb olmur.

45. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə birinci instansiya məhkəməsi sözügedən alqı-satqı müqaviləsinin şərtlərini təfsir edərkən, iddiaçının iradə ifadəsinin həqiqi mənasını, yəni onun mənzili satmaq niyyətində, arzusunda olmasını, məhz bu məqsədlə Cavabdeh2 xx.xx.2022-ci il tarixədək qüvvədə olmaqla etibarnamə verməsini, sonuncunun həmin etibarnamə üzrə ona verilmiş səlahiyyətlər çərçivəsində hərəkət edərək əmlakı Cavabdeh1 satmasını, başqa sözlə alqı-satqı müqaviləsinin etibarlılığı şərtlərinə tam əməl olunmasını və bütövlükdə alqı-satqı müqaviləsinin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə almamışdır. Digər tərəfdən, Mülki Məcəllənin 337-354-cü maddələrində əqdlərin etibar sızlığının anlayışı, onların nəticələri, mübahisə edilən və əhəmiyyətsiz əqdlərin dairəsi dəqiq müəyyən edilib göstərilib və həmin normalarda əmlakın öz dəyərindən aşağı qiymətə satılması, təmsilçinin təmsil edilənin adından əmlakı başqa şəxsə satması, həmçinin təmsilçinin əmlakın dəyərini təmsil edilənə ödəməməsi halları, əqdin etibarsızlığının əsası kimi nəzərdə tutulmayıb.

46. Apellyasiya instansiyası məhkəməsi qeyd edilənlərə əsasən hesab edib ki, iş materiallarında olan qiymətləndirmə rəyi ilə əmlakın qiymətinin satış qiymətindən daha yuxarı olması qəbul olunsa belə, hazırkı işin halları baxımında əqdin məhz etibarsızlığına dəlalət etmir. Hazırki halda iddiaçının əvvəldən sözügedən əmlakı satmaq niyyətində, arzusunda olması işin mübahisə olunmayan halıdır və iddiaçı özü də iddia ərizə sində bu faktı inkar etməmişdir. Tərəflər arasındakı hazırki mübahisə əslində iddiaçının əmlakı 2 milyon 500 min manata satmaq niyyətində olması, təmsilçi Cavabdeh2 isə əmlak kompleksini dəyərindən ucuz qiymətə, yəni 160.000 manata satması, habelə mənzilin dəyərini iddiaçıya ödəməməsinə görə yaranıb.

47. İddiaçı iddia ərizəsində alqı-satqı müqaviləsi bağlanmasından xəbərsiz olmasını ifadə etsə də, işin mübahisəsiz halıdır ki, əqdın bağlandığı gün iddiaçının arvadı etibar edilən şəxslə birlikdə əmlakın satılmasına razılıq verilməsi məqsədi ilə notariat orqanında iştirak etmişlər və sonuncu tərəfindən razılıq ərizəsi verilmişdir. Belə olan halda iddiaçının əqdin bağlanmasından xəbərsiz olması barədə dəlili inandırıcı deyil və iş materialları ilə təkzib olunur.

48. Apellyasiya instansiyası məhkəməsi onu da göstərib ki, iddiaçı iddia tələbində müstəqli tələb irəli sürməyən üçüncü şəxs kimi X2 qeyd etsə də, sonuncunun hazırkı işə bağlığının nədən ibarət olması ümumiyyətlə əsaslandırmamışdır. Məhkəmə kollegiyasının iclasında da, bu halın müəyyənləşdirilməsi məqsədi ilə sual verilsə də, X3 onun hazırkı işə bağlılığının nədən ibarət olmasını göstərə bilməmişdir. Bu isə özlüyündə bir daha iddiaçının iddia tələbinin ehtimallara əsaslandığının göstəricisidir.

49. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd edib ki, iddiaçının sözügedən alqı-satqı müqaviləsi bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olması, yəni onun iddia etdiyi kimi dəyəri 2 milyon 500 min manat olan əmlakın 160.000 manata satılması, habelə təmsilçi Cavabdeh2 tərəfindən həmin pulun ona öd ənilməməsi halları, əqdin etibarsızlığı üçün deyil, ləğvi üçün əsas ola bilər. Buna görə də İddiaçı təmsilçi Cavabdeh2 qarşı iddia qaldırmaqla əmlakın dəyərini və yaxud düşdüyü zərərin əvəzinin ödənilməsini tələb edə bilərdi.

50. Apellyasiya instansiyası məhkəməsi onu da vurğulayıb ki, təmsilçi Cavabdeh2 təmsil edilən İddiaçının adından əmlakı öz borcu əvəzində Cavabdeh1 satmaqla şəxsən özü barəsində əqd bağlamasına dair iddiaçının dəlilləri işin halları və iş materiallarında olan hər hansı sübutla təsdiq olumur.

51. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə birinci instansiya məhkəməsi iddiaçının əqd bağlanması məqsədilə təmsilçisi Cavabdeh2 tərəfindən aldadıldığı qənaətinə gəlsə də, əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu halların nədən ibarət olduğunu araşdı rmayıb və gəldiyi nəticəni Mülki Məcəllənin 339.2-ci maddəsinin tələbləri baxımından kifayət qədər əsaslandırmayıb. Belə ki, məhkəmə cavabdehlərin hansı əsl həqiqəti iddiaçıdan gizlətmələrini, onların iddiaçını həqiqətdən uzaq hansı hərəkətə təhrik etmələrini, alqı-satqı müqaviləsinin bağlanması məqsədilə iddiaçının cavabdehlər tərəfindən aldadılmasının nədə ifadə olunmasını aydınlaşdırmadan, yalnız ehtimallara əsaslanaraq iddianı təmin etmişdir. Hansı ki, ilk gündən iddiaçının niyyəti, arzusu əmlak kompleksini satmaq olub və məhz bunun üçün Cavabdeh2 adına etibarnamə verib. Buna görə də Cavabdeh2 mənzili iddiaçının iddia etdiyi kimi 2 milyon 500 min manata deyil, 160.000 manata Cavabdeh1 satması və satış pulunu iddiaçıya verməməsi, sonuncunun əqd bağlanması məqsədilə aldadılması kimi qiym ətləndirilə bilməz.

52. Tərəflər arasındakı müqaviləni Mülki Məcəllənin 404-cü maddəsinin tələbi baxımından təfsir etdikdə görünür ki, alqı-satqı müqaviləsinin uydurma əqd olması barədə birinci instansiya məhkəməsinin “niyyət”lə bağlı mövqeyi əsaslı deyil. Belə ki, birinci instansiya məhkəməsi müqavilə üzrə satıcı iddiaçının əmlakı satmaq, yəni başqasının mülkiyyətinə vermək niyyətində (ümumi niyyət) olmasının mübahisə doğurmamasını qeyd edib, lakin satıcının müqaviləni şəxsən deyil, nümayəndə vasitəsilə bağlaması halını əsas götürüb müqavilədəki niyyətin, yəni nümayəndənin niyyətinin əmlak kompleksini daha yuxarı qiymətə satmaq olmamasına istinad edərək belə nəticəyə gəlib ki, tərəflərin müqavilədəki niyyəti satıcıya əvəz ödənmədən əmlak kompleksini onun mülkiyyətindən çıxarmaq olub. Belə olan təqdirdə, bir halda ki, mülkiyyətçi olaraq iddiaçı əmlakını satmaq, yəni başqasının mülkiyyətinə vermək niyyətində (ümumi niyyət) olması mübahisə doğurmur, o zaman tərəflərin məqsədinin həmin əmlak kompleksinin iddiaçının mülkiyyətindən çıxarması barədə gəlinən nəticə ziddiyyətlidir. Çünki bütün hallarda mülkiyyətçi öz əmlakını satırsa, əmlak onun mülkiyyətindən çıxır. Alqı-satqı müqaviləsinin mahiyyəti də məhz bundadır. Mülki Məcəllənin 646.1-ci maddəsinə görə daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.

53. Apellyasiya instansiyası məhkəməsinə görə müqavilə təmsilçi Cavabdeh2 tərəfindən imzalansa da, müqavilənin tərəfləri satıcı İddiaçı və alıcı C avabdeh1dur. Mülki Məcəllənin 340.1-ci maddəsi tətbiq edilirsə, məhz həmin müqavilənin alıcı və satıcıya münasibətdə uydurma əqd olmasına qiymət verilməli idi. Cavabdeh2 satıcıya əvəz ödəməməsinə gəldikdə, yuxarıda qeyd edildiyi kimi bu hal zərərin tələb edilməsi üçün əsas ola bilər, müqavilənin etibarsızlığı üçün isə əsas deyil.

54. Apellyasiya instansiyası məhkəməsi etibarnamə ilə bağlı da birinci instansiya məhkəməsinin dəlillərini qəbul etməyib və göstərib ki, təmsil edilən İddiaçı və nümayəndə Cavabdeh2 etibarnamə verilənə qədər bir-birini tanımayıblar, bunu hər iki tərəf təsdiq edir. Ağlabatan mühakiməyə görə mülkiyyətçi öz əmlakını satmağı və ona çatmalı olan pulu almağı tanımadığı şəxsə etibar etməz. Təmsil edilən İddiaçı əks tərəflə qardaşının yaxın dostu Cavabdeh3 əlaqələndirib, iddiaçı sonuncunu dələduzluqda ittiham etsə də, iş materiallarında olan Binəqədi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarın surətindən görünür ki, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə Cavabdeh3 əməlində dələduzluq cinayətinin tərkibi əlamətləri mövcud olmadığından onun barəsində olan cinayət işinin icraatına xitam verilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsinin etibarnamənin iddiaçı tərəfindən könüllü, hər hansı təzyiq olmadan verilməsinə, ümumiyyətlə, onun özünün də tanımadığı adama etibarnamə verməsinin riskini daşımasına əhəmiyyət verməmiş, bütün bu halları yalnız cavabdehlərin ziyanına şərh etmişdir.

55. Apellyasiya i nstansiyası məhkəməsi onu da göstərib ki, Cavabdeh1 izahatında, apellyasiya şikayətində əmlak kompleksini əvəzli şəkildə, yəni alqı-satqı müqaviləsində şərtləndirilmiş 160.000 manat pulu notariusun depozit hesabına köçürməklə İddiaçı əvəzinə digər cavabdehdən satın aldığını və əmlak kompleksini vicdanlı əldə etdiyini göstərib iddiaya etiraz etsə də, birinci instansiya məhkəməsi onun bu dəlili üzrə ümumiyyətlə heç bir araşdırma aparmayıb, Mülki Məcəllənin 140-ci maddəsinə diqqət yetirməyib. İşin mübahisəsiz halıdır ki, sözügedən alqı-satqı müqaviləsi bağlanarkən notariusun Bankda olan depozit hesabına Cavabdeh1 tərəfindən 160.000 manat pul köçürülməsi iş materialları ilə təsdiq olunur. Hazırki halda iş üzrə daşınmaz əmlakı əldə edən Cavabdeh1 vicdanlı əldə edəndir. Bu halda da iddianın təmi n olunmasını mümkünsüzdür. Belə ki, daşınmaz əmlakı vicdanlı əldə edən şəxslərin hüquqlarını qoruyan əsas norma kimi Mülki Məcəllənin 140-cı maddəsi çıxış edir. Həmin normaya müvafiq olaraq isə daşınmaz əmlakı əldə edən şəxs o zaman vicdanlı sayıla bilər ki, həmin əmlak onu özgəninkiləşdirən şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış olsun, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməsin və bu qeydə dair etiraz reyestrə daxil edilməsin və ya əldə edən şəxs qeydin qeyri-dəqiq olduğunu bilməsin.

56. Mülki Məcəllənin 140-cı maddəsi, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmı şdır. Belə ki, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 57. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Be lə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 18 iyul tarixli Qərarı).

58. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, Mülki Məcəllənin 140-cı maddəsində də əqdin həqiqi sayılması üçün əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bilməməsi əsas şərtdir. Başqa sözlə, əqd o vaxt həqiqi sayılmır ki, bu qeydə dair etiraz reyestrə daxil edilmiş olsun və ya əldə edən şəxs qeydin qeyri-dəqiq olmasını bilmiş olsun. Hazırkı iş üzrə isə mübahisəli daşınmaz əmlak xx.xx.2019-cu il tarixli Çıxarışa əsasən İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə ********** nömrə ilə qeydiyyat aparılmışdır. xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlanarkən İddiaçı adına olan qeydə dair etiraz reyestrə daxil edilməmiş və əldə edən şəxs (Cavabdeh1) qeydin qeyri-dəqiq olmasını bilməmişdir. Bu halda həmin əmlakı (ona dair hüquqları) əldə etmiş üçüncü şəxs vicdanlı əldə edəndir.

59. Eyni zamanda məhkəmə iclasında əmlakın Cavabdeh1 satılması zamanı müvafiq dövlət orqanları tərəfindən hər hansı bir qanun pozuntusuna yol verilməsi müəyyən olunmamış və onun vicdanlılığını istisna edən hər hansı mötəbər sübut mövcud deyildir. Azərbaycan Respublikası K onstitusiya Məhkəməsinin ayrı-ayrı işlər üzrə müxtəlif vaxtlarda qəbul etdiyi qərarlarda vicdanlı əldə edənin hüquqlarının qorunması, mülkiyyətçiyə nisbətdə onun daha üstün hüquqi mövqeyə çıxması və əqdin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildiyi halda iddianın təmin olunmasından imtina edilməsi qeyd edilmişdir.

60. Apellyasiya instansiyası məhkəməsi qeyd olunanlara əsasən belə nəticəyə gəlib ki, ünvan 1i, ümumi sahəsi 363,5 kv.m. olan əmlak kompleksinə dair (torpaq sahəsi ilə birlikdə) Cavabdeh2 (İddiaçı əvəzinə) ilə Cavabdeh1 arasında bağlanmış 19 aprel 2021-ci il tarixli 4Ə-546 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş 29 aprel 2021-ci il tarixli,********** qeydiyyat nömrəli, **********61-12-301 reyestr nömrəli çıxarışın ləğv edilməsinə hər hansı əsas yoxdur.

61. Apellyasiya instansiyası məhkəməsi gədiyi nəticəni Mülki Məcəllənin 140, 337.1, 337.2,340.1, 340.2, 359.1, 359.3, 362.1, 364.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

62. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyasının qətnaməsinin ləğv edilməsini, birinci və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul olunmasını xahiş etmişdir.

63. İddiaçı kassasiya şikayətini belə əs aslandırıb: - mübahsə üzrə tərəflər arasında alqı-satqı müqavilləsinin bağlanması ilə bağlı formal tələblərə əməl olunsa da, iddiaçının əmlak kompleksinin alqı-satqlısı ilə bağlı iradə ifadəsi zədələnmişdir və bu, məhkəməyə təqdim edilmiş sübutlarla tam təsdiqini də tapmışdır. Belə ki, iddiaçının adından, etibarnamə ilə çıxış edən Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən alıcı tərəfindən satıcıya 160 min manat məbləğində pulun ödənilməsini, alıcı, bir vəzifə kimi öz üzərinə götürmüş, satıcı da öz növbəsində əmlak kompleksini xx.xx.2019-cu il tarixdən gec olmayaraq, yəni bir gün sonra akt tərtib etməklə, alıcıya təhvil verilməsini bir vəzifə kimi öz üzərinə götürmüşdür. Hərçənd ki, alqı-satqı müqaviləsinin mübahisələndirilməsinin məh z başlanğıcından da birmənalı şəkildə qeyd edilmişdir ki, İddiaçı Cavabdeh1 adında şəxsi görməyib və tanımır. Onunla ilk görüşləri məhkəmə prosesində olmuşdur. Əmlak kompleksi, bu gün də, iddiaçının sahibliyində və istifadəsindədir. Bu necə alıcı olmuşdur ki, əmlak kompleksini almamışdan əvvəl, nəyi aldığı ilə də, ümumiyyətlə maraqlanmamışdır; - Cavabdeh3 isə iddiaya “etiraz”ında isə, heç bir alqı-satqıda iştirak etmədiyini və alqı-satqı nəticəsində də, iddiaçıya çatdırılması məqsədi ilə, ona, bir manat da olsun, pul ödənilmədiyini rəsmən bildirmişdir; - məhkəməyə təqdim edilmiş Əmlak Kompleksinin Texniki pasportundan və Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli arayışına əsasən həmin obyektdə 4 istehsalat sahəsi: beton istehsalı, tamet, qum-çınq ıl istehsalı və asfalt istehsalı sahələri mövcuddur və fəaliyyət dövrü üzrə: 2006-cı il mənfəət bəyannaməsinə əsasən ümumi gəlir 1.251.976, 51manat; 2007-ci il üzrə-1.709.431,51 manat; 2008-ci il üzrə-1702.320,36 manat, 2009-cu il üzrə-974.171,52 manat və s. təşkil etmişdir. Məhz, birinci instansiyası məhkəməsinin öz təşəbbüsü ilə də təyin etdiyi ekspertizanın nəticəsinə görə də, əmlak kompleksinin dəyəri 2 milyon 500 min manat məbləğində qiymətləndirilmiş, tək 4 istehsal sahəsinin avadanlıqlarının dəyəri, 2 milyon manata yaxın olmuşdur. Belə olan halda da, necə ola blərdi ki, həmin əmlak kompleksi 160 min manata satılsın?; - qətnamənin 3-cü səhifəsindəki 4-cü və 5-8-ci bəndlərdəki qeydlərdən də açıq şəkildə müəyyən edilir ki, iddiaçının həyat yoldaşının razılıq ərizəsi xx.xx.2021-ci il ta rixdə, Gəncə şəhər 5 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş, alqı-satqı müqaviləsi isə, həmin gün, Bakı şəhərindəki 14 saylı notariat ofisi tərəfindən təsdiq edlmişdir, yəni, iddiaçının həyat yoldaşı, etibar edilən Cavabdeh2 ilə və ya alıcı, Cavabdeh1 ilə birlikdə, alqı-satqı müqaviləsinin bağlanmasında iştirak edə bilməzdi də. Bu məsələ ilə əlaqədar, həm iddia ərizəsində, həmçinin iddiaçının məhkəməyə verdiyi izahatında qeyd edilmişdir ki, hər iki halda, həm etibarnamənin, həm də razılıq ərizəsinin verilməsi zamanı, həmin etibarnamələr, Cavabdeh3 tapşırıqları ilə, taksi vasitəsi ilə, Gəncə şəhərindən Bakı şəhərinə göndərilmişdir... - işdə olan sənədlərdən tam şəkildə təsdiq olunmuşdur ki, cavabdehlər tərəfindən iddiaçıya bir manat da olsun pul ödənilməməklə yanaşı, Cavabdeh1 tərəf indən də, “aldığı” əmlak Kompleksinin ona təhvil verilməsi ilə bağlı, bu günədək hər hansı bir cəhd belə edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

64. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etiba rsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsind ə susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. [322] Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Maddə 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə ver diyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Maddə 364.1. Etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər. Maddə 364.2. Səlahiyyətləri başqa şəxsə verən bunu etibarnaməni verənə bildirməli və səlahiyyətləri verdiyi şəxs barəsində ona lazımi məlumat verməlidir. Bu vəzifənin icra edilməməsi səlahiyyəti verənin üzərinə səlahiyyətləri verdiyi şəxsin hərəkətləri üçün öz hərəkətləri üçün olduğu kimi məsuliyyət qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.

2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Mad di və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

65. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

66. Kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirib. Bu baxımdan, kollegiya qətnaməni tam yoxlayır.

67. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

68. Məhkəmə kollegiyası apellyaisya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.

69. Belə ki, iddiaçı tələbini onunla əsaslandırıb ki, özünə məxsus əmlakı 2.500.000 manata satmaq niyyəti olub, bu məqsədlə onun adından təmsilçi kimi çıxış edən Cavabdeh2 əqd bağlanmasında onu təmsil etmək üçün etibarnamə verib, bununla belə Cavabdeh2 şəxsən tanımayıb. İddiaçı Cavabdeh2 adına etibarnaməni digər Cavabdeh3 xahiş ilə vermişdir.

70. İşin müəyyən edilən hallarına görə Cavabdeh2 etibarnamə əsasında iddiaçının adından çıxış edərək, iddiaçıya məxsus olan ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 363,5 kv.m. olan əmlak kompleksi kimi müəssisəni, ünvan 1i ünvanınla yerləşən ümumi sahəsi 0,5 ha olan torpaq sahəsini xx.xx.2021-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 160000 manata satmışdır.

71. İddiaçı ona məxsus əmlakın əslində niyyətində tutduğu qiymətdən dəfələrlə aşağı qiymətə satılmasına, bununla da aldadılmasına istinad etmişdir.

72. İddianı rədd edən apelyasiya instansiyası məhkəməsinin mövqeyinə görə iddiaçının əvvəldən sözügedən əmlakı satmaq niyyətində, arzusunda olması işin mübahisə olunmayan halıdır və iddiaçı özü də iddia ərizəsində bu faktı inkar etməmişdir. Tərəflər arasındakı hazırki mübahisə əslində iddiaçının əmlakı 2 milyon 500 min manata satmaq niyyətində olması, təmsilçi Cavabdeh2 isə əmlak kompleksini dəyərindən ucuz qiymətə, yəni 160.000 manata satması, habelə əmlakın dəyərini iddiaçıya ödəməməsinə görə yaranıb. İş materiallarında olan qiymətləndirmə rəyi ilə əmlakın qiymətinin satış qiymətindən daha yuxarı olması qəbul olunsa belə, hazırkı işin halları baxımında əqdin məhz etibarsızlığına dəlalət etmir.

73. Məhkəmə kollegiyası apellyasiya instansiyasının bu mövqeyi ni işin müəyyən edilmiş halları baxımından əsaslı hesab etmir.

74. Belə ki, apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi işin halına görə təmsil edilən İddiaçı və nümayəndə Cavabdeh2 etibarnamə verilənə qədər bir-birini tanımayıblar.

75. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 646.1 və 646.2-ci maddələrinə görə daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.

76. Əmlakın, xüsusilə də daşınmaz əmlakın qiyməti satıcı və alıcı üçün mühüm əhəmiyyət daşıyır. Alq ı-satqı predmeti olmuş əmlakın 0,50 ha torpaq sahəsi və üzərindəki istehsalat müəssisəsi olması işin mübahisə olunmayan halı kimi müəyyən edilib. Apellyasiya instansiyası məhkəməsi mülkiyyətçinin (iddiaçının) öz əmlakını satmağı və ona çatmalı olan pulu almağı ağlabatan mühakiməyə görə tanımadığı şəxsə etibar etməməli olmamasına istinad etsə də, nə iddiaçının, nə də təmsil edən Cavabdeh2 birbirini tanımamasına və bundan çıxış edərək əmlakın alqı-satqısı ilə bağlı şərtlərin, o cümlədən əmlakın satış dəyərinin onların özləri tərəfindən qarşılıqlı razılıq əsasında müəyyən edilməməsinə qiymət verməmişdir. Əmlakın satılması barədə yalnız iradə ifadəsinin olması analoji mübahisələrdə yeganə şərt deyil, bu qəbil işlərdə həm də əmlakın qiyməti ilə bağlı şərt də iradə ifadəsi ilə əhatə olunur.

77. İşdə birinci instansiya məhkəməsi tərəfindən əldə edilmiş qiymətləndirmə rəyinə uyğun olaraq əmlakın rəyin verildiyi tarixə bazar dəyəri 2.550.000 manat, Cavabdeh1 vəkilinin sifarişi ilə təqdim edilən qiymətləndirmə rəyinə əsasən bazar dəyəri, 270000 manat, likvid dəyəri 216000 manatdır. Lakin bir neçə istehsal sahəsindən ibarət olan həmin əmlak alqı-satqı müqaviləsinə əsasən 160000 manata satılıb.

78. Məhkəmə kollegiyası əqdin təmsilçi vasitəsi ilə bağlanmasının mümkünlüyünü qəbul edir. Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər.

79. Məhkəmə kollegiyası müqavilə azadlığı prinsipinə görə əmlakın qiymətinin müəyyən edilməsində də tərəflərin iradə sərbəstliyini nəzərə alır.

79. Bununla belə, məhkəmə kollegiyası qeyd edir ki, təmsil edən də ona verilən tapşırığı təmsil edilənin iradəsi çərçivəsində yerinə yetirməlidir. Mülki Məcəllənin 778.1-ci maddəsinə görə də vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir.

80. Apellyasiya instansiyası məhkəməsi yalnız iddiaçının əmlakı satmaq niyyəti olmasına və təmsilçi R.Əfənidyevin də bu niyyətdən çıxış edərək əmlakı satmasına istinad etsə də, iddiaçının satmaq istədiyi əmlakı hansı qiymətə satmasına yönələn iradə ifadəsinə əhəmiyyət verməmişdir. İşin müəyyən edilmiş hallarından təmsilçi olan Cavabdeh2 iddiaçının (təmsil edilənin) adından satdığı əmlaka baxş keçirməsi, həmin əmlakın nədən ibarət olması, onun həqiqi dəyəri barədə məlumatlı olması da görünmür. Belə olan halda, Cavabdeh2 görmədiyi əmlakın dəyərini iddiaçı ilə razılaşdırıbraz ılaşdırmamasına, əmlaka hansı meyarlar əsasında, kimin göstərişi ilə qiymət qoymasına aydınlıq gətirilmədən yalnız iddiaçının əmlakı satmaq niyyəti olmasına və təmsilçi R.Əfənidyevin də bu niyyətdən çıxış edərək əmlakı satmasına istinad edilməsi işə formal yanaşmanı göstərir.

81. Mülki Məcəllənin 339.1-ci maddəsinə görə hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.

82. Görünüyü kimi, qanunvercilik əqdin mü bahisələndirilməsinin bir əsası kimi də bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsini nəzərdə tutub.

83. İşin qeyd edilən halları göstərir ki, iddiaçının onu təmsil edən Cavabdeh2 əmlakı onun dəyərindən xeyli aşağı qiymətə satması barədə dəlillərinə Mülki Məcəllənin 339.1-ci maddəsinin tələbləri baxımından qiymət verməmişdir.

84. Nəzərə alınsa ki, iddiaçının verdiyi etibarnamə əsasında Cavabdeh2 iddiaçıya məxsus əmlakı sonuncunun dediyinə görə xeyli aşağı qiymətə digər Cavabdeh1 satıb, belə olan halda, etibarnamə verən iddiaçının etibarnamə verərkən həmin əmlakın qiyməti ilə bağlı həqiqi iradə ifadəsinin nəyə yönəlməsinin müəyyən edilməsi mübahisənin obyektiv həlli baxımından mühüm əhəmiyyət kəsb etmişdir. 85. “M.Şahverdiyevanın şikayəti üzrə Azərbaycan Respublik ası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 iyul 2013-cü il tarixli qərarında da belə bir hüquqi mövqe əks olunub ki, ilk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdlərin bağlamasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir.

86. Apellyasiya instansiyası məhkəməsi isə iddiaçının qeyd edilən etibarnamə ilə Cavabdeh2 hansı şərtlərlə əqdi bağlamaq barədə iradə ifadəsinin olmasını müəyyən etmədən iddianı rədd etmişdir. Bununla bağlı birinci instansiya məhkəməsində iddiaçılar tərəfdən şahidlər dindirilsə də, apellyasiya instansiya məhkəməsi həmin şahidlərin ifadələrinə qiymət verməmiş, şahid ifadələrini nəyə görə qəbul etməməsini də əsaslandırmamışdır. Halbuki qanunvericiliyin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir.

87. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinə görə isə qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir.

88. Göründüyü kimi, hazırki iddia üzrə işin halları Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 iyul 2013-cü il tarixli qərarında əks olunan hüquqi mövqe baxımından qiymətləndirilməyib.

89. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 vicdanlı alıcı olaraq, ona münasibtədə Mülki Məcəllənin 140-cı madddəsinə uyğun olaraq reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasının qüvvədə olmasını qeyd etmişdir.

90. Məhkəmə kollegiyası qeyd edir ki, əmlak birbaşa mülkiyyətçisinin adından satıl dığı üçün reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasının, başqa sözlə vicdanlı əldə edilənlik halının hazırki işə tətbiqi istisna edilir. Qeyd edilməlidir ki, reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası əldə edən üçüncü şəxslərin hüquq və mənafelərinin müdafiəsinə yönələn institutdir.

91. Həmçinin qeyd edilməlidir ki, işin müəyyən edilmiş hallarına görə Cavabdeh1 da aldığı əmlaka baxış keçirməsi, onun hansı əmlakı almaq istəməsi barədə məlumatlı olması, aldıqdan sonra da əmlaka yiyələnməsi görünmür. Qeyd edilən hallar baxımından Cavabdeh1 təmsilçi vasitəsilə əldə etdiyi əmlakla bağlı lazımi ehtiyatlılıq nümayiş etdiribetdirməməsinə də qiymət verilməyib.

92. Buna görə də əqdin Cavabdeh1 münasibətdə də bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılı ğa gəlməsi məsələsi açıq qalmışdır.

93. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, iddiaçının etibarnamə verərkən əmlakla bağlı onun həqiqi iradə ifadəsinin nəyə yönəlməsini işdəki sübutların prosessual qanunvericiliyə uyğun qiymətləndirilməsi yolu ilə müəyyən etməli, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.

94. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-885/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar