Məhkəmə qərarları › İş №2(102)-2067/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2067/2023

12.05.2023 · Müqavilələrin ləğv edilməsi - İpoteka müqaviləsi üzrə mübahi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2067/2023 12.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər ləğv prosesində olan QSC “N” Kommersiya Bankına və Əmanətlərin Sığortalanması Fonduna qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər: Bakı şəhəri Nərimanov rayon icra şöbəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi) iş üzrə QƏRARİ iş № 2(102)-2067/2023 (Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü, kassasiya şikayəti verilə bilən qərardadlar) Bakı şəhəri, 12 may 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsini n Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər ləğv prosesində olan QSC “N” Kommersiya Bankına və Əmanətlərin Sığortalanması Fonduna qarşı ipoteka müqaviləsinə xitam verilməsi, əmlakın ipotekadan azad edilməsi tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1530/2023 nömrəli, 17 mart 2023-cü il tarixli qərardadından cavabdeh ləğv prosesində olan QSC “Bank Sandart” Kommersiya Bankı tərəfindən verilmiş kassasiya şikayətinə 12 may 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022- ci il tarixli, 2(006)208/2022 saylı qətnaməsi ilə İddiaçı iddia tələbi təmin edilmiş, ipoteka predmeti olan Abşeron rayonu, Xırdalan qəsəbəsi, Quşçuluq yaşayış massivi, Rəşid Behbudov küçəsi, döngə 1/5 ünvanında yerləşən ümumi sahəsi 1.0 ha olan torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 1034.83 kv.m olan əmlak kompleksi kimi müəssisəsinə dair X3, "xxxx" MMC və X2 ilə “Standard Bank” KB arasında bağlanmış ipoteka müqaviləsinə xitam verilmiş, ipoteka predmeti ipotekadan azad edilmiş və dövlət reyestrində qeydə alınmış yüklülüyü ləğv edilmiş və əmlakın üzərindəki məhdudiyyət götürülmüşdür.

2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-208/2022 nömrəli, 28 noyabr 2022-ci il tarixli qərardadı ilə həmin iş üzrə Məhkəmənin 31 yanvar 2022- ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə cavabdeh ləğv prosesində olan QSC “Bank Sandart” Kommersiya Bankı (bundan sonra – cavabdeh) tərəfindən verilmiş ərizə təmin edilməmiş, apellyasiya şikayəti geri qaytarılmışdır.

3. Cavabdehin həmin qərardaddan verdiyi şikayət Məhkəmənin 23 dekabr 2022-ci il tarixli qərardadı ilə təmin edilməmiş, baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

4. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1530/20223 nömrəli, 01 fevral 2023-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, birinci instansiya məhkəməsinin 28 noyabr 2022-ci il tarixli qərar dadı dəyişdirilmədən saxlanılmışdır.

5. Cavabdehin həmin qərardaddan verdiyi kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsinin 17 mart 2023-cü il tarixli qərardadı ilə geri qaytarılmışdır.

6. Qərardad belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 402-ci maddəsinə əsasən, qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasından imtina edilməsi və apellyasiya şikayətinin geri qaytarılması barədə qərardaddan verilən şikayət üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti nəzərdə tutulmamışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

7. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 17 mart 2023-c i il tarixli qərardadının ləğv edilməsini, kassasiya şikayətinin icraata qəbul edilməsini xahiş etmişdir.

8. Şikayət belə əsaslandırılmışdır ki, apellyasiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadının qəbul olunması ilə birinci instansiya məhkəməsinin qətnaməsindən tərəfimizdən apellyasiya şikayəti verilməsi hüququ məhdudlaşdırılmış, nəticə etibarilə qətnamədən iddiaçı tərəfindən verilən apellyasiya qeyri-mümkün hesab edilmişdir. Qanunvericiliyin tələbindən də aydın görmək olur ki, apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında qərardadlardan kassasiya şikayəti veilməsi mümkündür. Buna görə də apellyasiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından verilmiş kassasiya şikayəti icraata qəbul edilməli və şikayətə mahiyyəti üzrə baxılmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

9. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, apellyasiya instansiya məhkəməsinin qərardadının prosessual normaların tələblərinə uyğun olduğunu, kassasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

10. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) ha qqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.

11. Maddə 408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ o lmayan şəxs tərəfindən verilmişdirsə, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

12. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

13. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

14. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri 1

5. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

16. Apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

18. Nəzərə alınmalıdır ki, kassasiya şikayətlərinin qaytarılması barədə qərardadla şəxsin onun işinə kassasiya instansiyası məhkəməsində baxılması məsələsi həll edildiyindən, qanunverici bu hüququn əhəmiyyətini nəzərə alaraq belə qərardadlardan şikayət verilməsi qaydasını müəyyən etmişdir. Qanunun məqsədi kassasiya şikayəti verilməsi mümkün olan məhkəmə aktlarına kassasiya qaydasında baxılması imkanını səmərəli təmin etməkdən ibarətdir.

19. Hazırda cavabdeh apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından imtina edilməsi və apellyasiya şikayətinin geri qaytarılması barədə qərardaddan verilmiş şikayətin təmin olunmaması barədə apellyasiya instansiya məhkəməsinin qərardadından kassasiya şikayəti vermiş, lakin həmin qərardaddan kassasiya şikayəti vermək hüququ nəzərdə tutulmamışdır.

20. Belə ki, mülki prosessual qanunvericilikdə kassasiya şikayətinin verilməsi nəzərdə tutulmuş məhkəmə qərardadları konkret göstərilmişdir (§ 9), cavabdehin hazırda kassasiya şikayəti verdiyi məzmunda qərardadlar bu siyahıda göstərilməmişdir.

21. Ona görə də, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

22. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh ləğv prosesində olan QSC “Bank Sandart” Kommersiya Bankı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi M ülki kollegiyasının 2(103)-1530/2023 nömrəli, 17 mart 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar