Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-868/2023 21.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsinin ləğvi, borcun tutulması, tutmanın ipotekaya yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu, Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “müqavilənin ləğv edilməsi, kredit borcunun ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 sentyabr 20 22-ci il tarixli, 2(103)- 374/2022 nömrəli qətnaməsindən iddiaçı və Cavabdeh2 tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətlərinə 21 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 040HOME411370 saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən Cavabdeh1 84 ay müddətinə, illik 9% olmaqla, 106783 ABŞ dolları məbləğində kredit verilmişdir.
2. İddiaçı ASC ilə Cavabdeh1 və X3 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 016HOME411370/ASİ saylı alğı-satqı və ipoteka müqaviləsinə əsasən, X1 rayonu, Masazır kəndi ünvanında yerləşən 0,0275 ha torpaq sahəsini Cavabdeh1 satmış, əmlakın satış qiyməti 10500 m anat tam olaraq İddiaçı ASC tərəfindən xx.xx.2003-cü il tarixli 040HOME411370 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 verilən kredit vəsaiti hesabına ödənilmiş, Cavabdeh1 satılan torpaq sahəsini bu müqavilə üzrə yaranmış hüquqa əsasən, onunla İddiaçı ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 040HOME411370 saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi banka ipotekaya vermişdir. Müqavilənin 1.5-ci bəndində əksini tapmış şərtə görə tərəflər razılaşıblar ki, «İpoteka haqqında» qanunun 51-52-ci maddələrinin tələlərinə əsasən ipoteka hüququ Cavabdeh1 həmin sahədə tikilən və gələcəkdə tikiləcək binalarına, tikililərinə və qurğularına şamil edilir.
3. İddiaçı ASC ilə zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 411398/Z saylı zaminlik müqaviləsinə əsasən z amin Cavabdeh2, borclu Cavabdeh1 bank qarşısında xx.xx.2013-cü il tarixli, 040HOME411370 saylı kredit müqaviləsi üzrə öz öhdəliyini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə üzərinə öhdəlik götürmüşdür. 4. ünvan 1ində yerləşən 0,0275 ha torpaq sahəsi üzərində Cavabdeh1 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü ildə qeydiyyata alınaraq RX seriyalı, ******* saylı çıxarışla rəsmiləşdirilmişdir.
5. Həmçinin Cavabdeh1 mülkiyyətində olan ünvan 1ində yerləşən 0,0275 ha torpaq sahəsinin İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü ildə qeydiyyata alınaraq, RX seriyalı, ******* saylı çıxarışla rəsmiləşdirilmişdir.
6. Kreditorla borcalan arasında bağlan mış xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən, xx.xx.2013-cü il tarixli müqavilə üzrə qalan əsas borc qalığı konvertasiya olunmaqla 96.740,47 manat müəyyən edilmiş, kredit müqaviləsinin digər şərtləri dəyişdirilmədən saxlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı ASC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 040HOME411370 saylı, xx.xx.2013-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 73.410,55 manat əsas kredit borcunun, 18.967,09 manat faiz borcunun, 2582,72 manat cərimənin, iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipotekaya tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün dövlət rüsumu kimi ödənilmiş 10 manat, xidmət haqqı kimi ödənilmiş 20 manat olmaqla, cəmi 95020,36 manat pulun tutulması, tutmanın ipoteka predmeti olan Abşeron rayonunun Masazır kəndində 0,0275 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, torpaq sahəsinin və fərdi yaşayış evinin açıq hərracda satılması və satışdan əldə olunan pul hesabına 95020,36 manat pulun iddiaçıya ödənilməsi, ipoteka predmeti olan torpaq sahəsinə və fərdi yaşayış evinə tutma yönəldildikdə və o satıldıqdan sonra ən geci 1 ay müddətində onun boşaldılması, ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul borcun ödənilməsi üçün kifayət etmədikdə borcun qalıq məbləğinin cavabdehlərdən ümumi qaydada tutulması barədə qətnamə qə bul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının əri Cavabdeh2 yuxarıda qeyd edilən əmlakın ipoteka qoyulmasına notariat qaydada təsdiq edilmiş razılıq vermişdir. Borcalanın ərizəsinə əsasən onunla bank qarşısında bağlanmış kredit müqaviləsinin restrukturizasiyasına dair xx.xx.2015-ci il tarixli razılaşmaya əsasən əsas borc, faiz və cərimə cəmləşdirilib kreditin məbləği 91675,58 ABŞ dolları, kreditin son qaytarılma tarixi xx.xx.2024-cü il müəyyən edilmişdir. xx.xx.2015-ci ildə Abşeron rayon 1 saylı notariat kontorunda alğı-satqı və ipoteka müqaviləsinə müvafiq dəyişiklik olunmuşdur. Cavabdeh2 banka ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2015-ci il tarixli dəyişikliklərlə razıdır, dəyişikliklərlə tanışdır, öhdəlik icra edilmədikdə zaminlik mü qaviləsi üzrə məsuliyyət daşıyır. Borcalanın ərizəsinə əsasən onunla bank arasında bağlanmış kredit müqaviləsinin restrukturizasiyasına dair xx.xx.2015-ci il tarixli razılaşmaya əsasən borcalanın bu tarixə olan 91697,12 ABŞ dolları məbləğində borc qalığı həmin günə olan valyuta kursuna (1 ABŞ dolları = 1,0517 manat) uyğun olaraq manata konvertasiya edilərək borc qalığı 96.740,47 manat müəyyən edilmişdir. xx.xx.2015-ci ildə Abşeron rayon 1 saylı notariat kontorunda alğı-satqı və ipoteka müqaviləsinə müvafiq dəyişikliklər olunmuşdur. xx.xx.2015-ci il tarixdə Cavabdeh2 banka ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2015-ci il tarixli dəyişikliklərlə razıdır, dəyişikliklərlə tanışdır, öhdəlik icra edilməkdə zaminlik müqaviləsi üzrə məsuliyyət daşıyır. Kredit müqaviləsinin şərtlərinə gö rə, borcalan hər təqvim ayının müvafiq günündə kredit və kreditdən istifadəyə görə faiz məbləğini hissə-hissə banka ödəməlidir. Dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, borcalan kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə ödənilməsi gecikdirilən borcun məbləği əsas borc üzrə 73.410,55 manat, faizlər üzrə 18967,09 manat, cərimə üzrə 2582,72 manat təşkil edir.
9. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli, 2(006)3876/2020 nömrəli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyi ilə müəyyən olunmuşdur ki, ünvan 1ində 0,0275 ha torpaq sahəsi və o nun üzərində yerləşən fərdi yaşayış evinin hazırki bazar qiyməti 83000 manat, ilkin satış - likvid qiyməti 72.000 manat təşkil edir.
10. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli, 2(006)3876/2020 nömrəli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/4853 saylı, 24 dekabr 2020-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənlər, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2013-cü il tarixli 040HOME411370 saylı əsas kredit müqaviləsinin, eləcə də həmin müqavilənin tərkib hissəsi olan xx.xx.2015-ci il tarixli, xx.xx.2015-ci il tarixli razılaşmaların qeyd olunan şərtləri nəzərə alınmaqla, Cavabdeh1 İddiaçı ASC-nə sualda soruşulan tarixlərə olan borcu: iddia ərizəsinin verildiyi xx.xx.2020-ci il tarixə olan əsas borc üzrə - 73506,11 manat, faiz borcu üzrə - 16860,55 manat; rəyin tərtib edildiyi xx.xx.2020-ci il tarixə olan əsas borc üzrə - 73506,11 manat, faiz borcu üzrə - 20039,69 manat müəyyən edilmişdir. Ekspert qarşısında qoyulmuş «borc alan Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış kredit müqaviləsi üzrə ayrı-ayrılıqda borc alan kredit müddətinin bitdiyi günə İddiaçı ASC-yə hansı məbləğdə borcu qalmışdır» sualı ilə bağlı ekspert bildirmişdir ki, kredit müqaviləsinin müddəti bitmədiyi (xx.xx.2024-cü il tarixədək uzadılmasını) nəzərə alınaraq həmin tarixə borc hesablanmamışdır. Hazırki ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış kredit müqaviləsi üzrə cərimə bəndi nəzərdə tutulsa da, bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat (cərimə hesabı üzrə çıxarış) olmadığı üçün sualda soruşulan tarixlərə Cavabdeh1 cərimə borcu hesablanmamışdır.
11. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil birinci instansiya məhkəməsində iddia tələbi ilə razı olmadığını bildirərək, iddianın rədd olunmasını xahiş etmişdir.
12. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(006)-458/2021 nömrəli, 18 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim R.Xəlilov) iddia tələbi qismən təmin edilmiş, tərəflər arasında bağlanmış 040HOME411370 saylı, 03 dekabr 2013-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 73.410,55 manat kredit borcu, 16.860,55 manat faiz borcu, 300 manat cərimə, həmçinin 30 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 90.601,10 manat məbləğində pulun tutulması, tutmanın Cavabdeh1 mülkiyyətində olan, ilkin satış qiyməti 80.000 manat məbləğində müəyyən edilməklə ünvan 1ində 0,0275 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsi və fərdi yaşayış evinin açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən cəmi 90.601,10 manat məbləğində pulun iddiaçının xeyrinə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması, ünvan 1ində 0,0275 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra boşaldılması, iddianın qalan his sədə təmin olunmaması qət edilmişdir.
13. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehlər kredit müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyindən, iddiaçı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur.
14. Həmçinin birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş üzrə təyin edilmiş ekspertiza rəyi ilə cavabdehin kredit müqaviləsi üzrə əsas borcu irəli sürülmüş tələbdən artıq olsa da, həmin hal iddia tələbindən kənara çıxmağa əsas ola bilməz. Bu səbəbdən, iddia tələbi 73,410,55 manat əsas borcun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir.
15. Məhkəmə bildirmişdir ki, iş üzrə təyin edilmiş ekspertiza rəyi ilə cavabdehin kredit müqaviləsi üzrə faiz borcunun 16,850,55 manat olması müəyyən edildiyindən ekspert rəyi sübut növü kimi qəbul edilməlidir. Həmçinin araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir.
16. Məhkəmə hesab etmişdir ki, iddia cərimə borcu hissəsində qismən təmin edilərək, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə cərimə borcu 300 manat məbləğində müəyyən edilməlidir. Bu zaman dünyada baş vermiş iqtisadi böhran, həmçinin cavabdehlərin maliyyə vəziyyəti nəzərə alınmışdır.
17. Məhkəmə bildirmişdir ki, tələbin ödənilməsi üçün tutmanın Cavabdeh1 ilə iddiaçı arasında bağlanmış ipoteka müqaviləsi ilə iddiaçının adına ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi barədə iddiaçının iddia tələbi cavabdehin müqavilə üzrə götürdüyü öhdəliklə ri icra etmədiyinə və ya lazımınca icra etmədiyinə görə əsaslı olduğundan təmin edilməlidir.
18. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırki işdə ipoteka müqaviləsi 2013-cü ildə bağlanılmışdır və ötən müddət ərzində daşınmaz əmlak bazarında qiymətlərin kəskin olaraq dəyişməsi mübahisəsiz faktdır. Odur ki, ipoteka müqaviləsində göstərilən qiymət razılaşdırılmış ilkin satış qiyməti hesab edilə bilməz. Bu səbəbdən, ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilərkən ipoteka müqaviləsində göstərilən qiymət əsas kimi götürülə bilməz. İpoteka predmetinin ilkin satış qiymətinin ekspertiza vasitəsilə müəyyən edilmiş likvid qiymətinə və bazar qiymətinə tənasüb surətdə nəzərə alınmaqla 80.000 manat müəyyən edilməsi ədalətlidir.
19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərb aycan Respublikası Mülki Məcəlləsinin 295, 317.1, 319.1, 319.6, 385.1, 442, 443.1, 448.1, 449.1, 467, 470.1, 472.1, 739-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 101.3, 103.1, 119.1, 217.3, 217.4, 218.3-cü, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3, 59.3, 59.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
20. Cavabdehlər apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılıb ki, torpaq sahəsinin üzərində yerləşən yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, ipoteka predmeti kimi yalnız torpaq sahəsi qeydə alınmışdır. Buna görə də, həmin yaşayış evinə tutma yönəldilə bilməzdi. Bundan əlavə, ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilərkən fərdi yaşayış evinin qiyməti nəzərə alınmamışdır.
22. Cavabdehlərin apellyasiya şikayətinə əlavə etdikləri "xxxx" MMC-nin rəyinə əsasən, Abşeron rayonu Masazır kəndində 0,0275 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin bazar dəyəri 281000 manat, likvid dəyəri isə 267000 manat müəyyən edilmişdir.
23. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7907/2021 nömrəli, 12 oktyabr 2021-ci il tarixli qərardadı ilə ünvan 1ində 0,0275 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin ayrı-ayrılıqda və birlikdə likvid dəyərinin müəyyənləşdirilməsi qərara alınmışdır. “X4 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilmiş 03 dekabr 2021-ci il tarixli rəyi ilə, Abşeron rayonu Masazır k əndində 0,0275 ha torpaq sahəsinin likvid dəyəri 33000 manat, həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin likvid dəyəri 245000 manat və 0,0275 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin birlikdə likvid dəyəri 278000 manat müəyyən edilmişdir.
24. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7907/2021 nömrəli, 07 dekabr 2021-ci il tarixli qərardadı ilə iş üzrə təkrar qiymətləndirmə keçirilməsi qərara alınmış, “MBA konsaltinq və qiymətləndirmə” şirkəti tərəfindən verilmiş 24 yanvar 2022-ci il tarixli rəyi ilə, Abşeron rayonu Masazır kəndində 0,0275 ha torpaq sahəsinin likvid dəyəri 33590 manat, həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin likvid dəyəri 211120 manat və 0,0275 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin birlikd ə likvid dəyəri 244700 manat müəyyən edilmişdir.
25. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-374/2022 nömrəli, 15 fevral 2022-ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş tikinti-texniki ekspertizasının 10 iyun 2022-ci il tarixli 10/2047-9/2272 saylı rəyinə əsasən, Abşeron rayonu Masazır kəndində yerləşən 0,0275 ha torpaq sahəsinin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 13800 manat məbləğində, 5% azalma əmsalı tətbiq edilməklə həmin torpaq sahəsinin likvid dəyəri təqribən 13110 manat və onun üzərində yerləşən fərdi yaşayış evinin orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 266705 manat məbləğində, 5% azalma əmsalı tətbiq e dilməklə həmin mənzilin likvid dəyəri təqribən 253370 manat, birlikdə isə 266480 manat (13110+253370) likvid dəyəri və hazırkı orta bazar dəyəri 280505 manat (266705+13800) təşkil etdiyi müəyyən edilmişdir.
26. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 20 sentyabr 2022-ci il tarixli, 2(103)-374/2022 nömrəli qətnaməsi ilə (hakimlər İ.Kərimli (sədrlik edən və məruzəçi), A.İsgəndərov və E.Kazımov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilməsi, ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan ünvan 1ində 0,0275 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin 266480 manat müəyyən edilməsi, qə tnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. O cümlədən məhkəmə düzgün olaraq ipoteka predmeti olan torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsini qət etmişdir. Lakin ipoteka predmetinin ilkin satış qiyməti düzgün müəyyən edilməmişdir. Buna görə də qətnamə həmin hissədə dəyişdirilməlidir.
28. Həmçinin, məhkəmə kollegiyası qeyd etmiş dir ki, birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini qətnamədə göstərərkən torpaq sahəsinin üzərində olan, bankın ipoteka hüququnun şamil olunduğu fərdi yaşayış evini nəzərə almamaqla düzgün nəticəyə gəlməmişdir. Belə ki, tikinti-texniki ekspertizasının 10 iyun 2022-ci il tarixli 10/2047-9/2272 saylı rəyində göstərilən torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi ilə birlikdə likvid dəyərinin 266480 manat olması ədalətli, ağlabatan və iş materiallarına uyğun olduğundan, ipoteka predmetinin ilkin satış qiyməti 266480 manat müəyyən edilməlidir.
29. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən rəy verilərkən əmlakın qiymətləndirilməsi zamanı hüquqi sənədlərə istinad edildiyindən, alğı-satqı sahəsind ə fəaliyyət göstərən internet resurslarından və digər etimad doğuran açıq mənbələrdən alınan məlumatlardan istifadə edildiyindən, həmin rəy daha dolğun və əsaslandırılmış rəydir.
30. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1, 319.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 384.0.3-cü, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.9, 39.3.3, 51.1, 51.2, 51.3, 52-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
31. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ipoteka predmetinin ilkin satış qiyməti hissəsində ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiyası mə hkəməsinə göndərilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsində qeyd olunanlara rəğmən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası tərəfindən verilmiş rəydə hər hansı hüquqi sənədə dair istinad yoxdur. Bundan əlavə, qətnamədə həmin rəydə hansı etimad doğuran açıq mənbələrdən alınan məlumatlardan istifadə edildiyi göstərilmir. Həmçinin, qeyd olunan rəydə alğı-satqı sahəsində fəaliyyət göstərən internet resurslarından alınan məlumatlar da çox mübahisəlidir. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən iddiaçının təqdim etdiyi sübutları, yəni hüquqi sənəd hesab edilən məhkəmə qətnamələrini, alğı-satqı müqavilələrini, qiymətləndirilmə rəylərini və alğı -satqı sahəsində fəaliyyət göstərən internet resurslarından və digər etimad doğuran açıq mənbələrdən alınan məlumatları nəzərə almamış, qətnamədə bunlara istinad etməmişdir. Bundan başqa, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş tikinti-texniki ekspertizasının 10 iyun 2022-ci il tarixli, 10/2047-9/2272 saylı rəyi müqayisəli yanaşma metodu yanlış tətbiq edilməklə, heç bir hüquqi sənədə əsaslanmayan, alğı-satqı sahəsində fəaliyyət göstərən internet resurslardakı məlumatlardan düzgün istifadə ediməməklə hazırlanmışdır.
33. İddiaçı kassasiya şikayətini “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.9-cu, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
34. Cavabdeh2 kassasiya şikayəti verər ək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tutmanın ünvan 1ində 0,0275 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi hissəsində ləğv edilərək işin araşdırılması üçün yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
35. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ipoteka predmetinə tutumanın yönəldilməsi barədə bildiriş yalnız ünvan 1ində yerləşən 0,0275 ha torpaq sahəsinə aiddir. Yəni, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş ünvan 1ində yerləşən 0,0275 ha torpaq sahəsi üzərində olan fərdi yaşayış evi barəsində deyildir. Belə olan halda apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyinə münasibət bildirməmiş və həmin hissədə heç bir araşdırma aparmamışdır. ünvan 1in də 0,0275 ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi dövlət qeydiyyatına alınmadığından həmin yaşayış sahəsinə tutmanın yönəldilməsi və onun açıq hərracda satılması barədə qərarın çıxarılması əsassızdır. Bundan başqa, apellyasiya icraatı dövründə məhkəmədən sonuncu məhkəmə iclasının təxirə salınması barədə iddiaçı və cavabdeh tərəfin ərizəsi göndərilsə də məhkəmə iclası təxirə salınmamışdır. Belə ki, məhkəmə icraatı dövründə təqdim edilən xüsusatlar araşdırılmalı və tərəflərin iştirakı təmin edilməli idi. Lakin məhkəmə iclasının təxirə salınması təmin edilməmişdir.
36. Cavabdeh2 kassasiya şikayətini Azərbaycan Respublikasının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 11.6, 58.2-ci, “Daşınmaz əmlakın dövlət reyesteri haqqında” Azərbaycan Respublikası Qanunun 17.1, 17.4 -cü, Mülki Prosessual Məcəlləsinin 77.1, 88, 106.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b)Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
37. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
38. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
39. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınma z əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.
40. Maddə 319.4. Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir.
41. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
42. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıd ır.
43. Maddə 389.1 mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
44. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
45. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
46. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.
47. Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
48. Maddə 443.5. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
49. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. “İpoteka haqqı nda” Azərbaycan Respublikası Qanunun
50. Maddə 1.0.9. İlkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.
51. Maddə 33 Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.
52. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
53. Maddə 51.1. İpoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, torpaq sahəsinin ipotekası zamanı ipoteka hüququ ipoteka qoyanın həmin sahədə yerləşən və ya tikilən binalarına, tikililərinə və qurğularına şamil edilmir.
54. Maddə 51.2. Torpaq sahəsində yerləşən və ya tikilən binanın, tikilinin, qurğunun eyni ipoteka saxlayana ipoteka qoyulmasını nəzərdə tutan şərt müqavilədə öz əksini tapmadıqda torpaq sahəsinə tutma yönəldildiyi halda ipoteka qoyan həmin bina, tikili və ya qurğuya öz hüququnu saxlayır və təyinatına uyğun olaraq onlardan istifadə edilməsi üçün zəruri olan sahənin bir hissəsindən məhdud istifadə hüququ (servitut) əldə edir. Sahənin həmin hissəsindən istifadə şərtləri ipoteka qoyanla ipoteka saxlayanın sazişinə əsasən müəyyən edilir, mübahisələr isə məhkəmə qaydasında hə ll olunur.
55. Maddə 51.3. İpoteka qoyanın ipoteka qoyulan torpaq sahəsində yerləşən və ya tikilən binası, tikilisi və ya qurğusu eyni ipoteka saxlayana ipoteka qoyulursa, həmin bina, tikili və ya qurğu barədə ipoteka qoyanın hüquqları, onların başqa şəxslərə keçməsinin şərtləri və nəticələri bu Qanunla müəyyən edilir.
56. Maddə
52. İpoteka qoyan ipoteka müqaviləsi üzrə girov qoyulmuş üzərində tikinti olmayan torpaq sahəsində ipoteka saxlayanın razılığı olmadan qanunvericiliklə müəyyən edilmiş qaydada bina, tikili və ya qurğuları tikdirmək hüququna malikdir. Bu halda ipoteka hüququ həmin bina, tikili və qurğulara şamil edilir və ipoteka qoyan ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, onlar barəsində ipoteka saxlayanın razılığı olmadan sərəncam vermək hüququna malik deyildir. A zərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
57. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
58. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
59. Maddə 76.2 Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
60. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
61. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
62. Maddə 101.3 Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
63. Maddə 103.1 Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
64. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
65. Maddə 218.3 Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
66. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətl i olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
67. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
68. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
69. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
70. Kassasiya şikayətlərində qətnamə tam mübahisələndirilib, bu baxımdan kollegiya qətnaməni tam yoxlayır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
71. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halla rı müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
72. Məhkəmə kollegiyası iddiaçının ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən edilməməsi barədə dəlilləri ilə bağlı qeyd edir ki, bu dəlillər əsassızdır. Çünki “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı mübahisə olduqda müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilməsi nəzərdə tutulmuşdir.
73. İş materiallarından göründüyü kimi, ipoteka predmeti olan əmlakın qiyməti ilə bağlı tərəflər arasında mübahisə olduğuna görə birinci instansiya məhkəməsi ipotekanın qiymətini müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən etmişdir. Həmin məbləğ cavabdeh tərəfindən müb ahisələndirildiyinə görə apelyasiya instansiyası məhkəməsi ipoteka predmeti olan əmlakın qiymətini “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinin tələbinə uyğun olaraq, qiymətləndiricinin rəyi əsasında müəyyən etmişdir. Məhkəmə tərəflərin qiymətlə bağlı dəlillərini və vəsatətlərini ətraflı araşdırmış, əlavə və təkrar ekspertizalar təyin etmiş, iş üzrə verilən rəyləri tədqiq etmiş, müqayisəli təhlil etməklə ipotekanın qiymətini müəyyən etmiş, bununla bağlı gəldiyi nəticəni əsaslandırmışdır.
74. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası tərəfindən verilmiş rəydə hər hansı hüquqi sənədə dair istinadın olmaması barədə dəlili əsassızdır. Çünki rəyə ipoteka predmetinin olduğu ərazidə oxşar evlərin satılması ilə bağlı internet saytlarının məlumatları əlavə edilmişdir və rə y verilərkən həmin məlumatlardan müqayisə materialı kimi istifadə olunmuşdur.
75. İddiaçının “alğı-satqı sahəsində fəaliyyət göstərən internet resurslarından alınan məlumatların mübahisəli olması”, “apellyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən iddiaçının təqdim etdiyi sübutları, yəni hüquqi sənəd hesab edilən məhkəmə qətnamələrini, alğı-satqı müqavilələrini, qiymətləndirilmə rəylərini və alğı-satqı sahəsində fəaliyyət göstərən internet resurslarından və digər etimad doğuran açıq mənbələrdən alınan məlumatları nəzərə almaması” barədə dəlilləri işin faktik hallarının araşdırılması ilə bağlı olduğuna görə qətnamənin ləğvinə əsas ola bilməz.
76. Cavabdehlərin kassasiya şikayətində irəli sürdüyü dəlillər də qətnamənin ləğvinə əsas vermir. Çünki iş materiallarından göründüyü kimi Cavab deh1 mülkiyyətində olan ünvan 1ində yerləşən 0,0275 ha torpaq sahəsi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Yaşayış evi həmin torpaq sahəsində inşa edilmişdir. Buna görə də tutmanın torpaq sahəsinə və evə yönəldilməsi üçün, tutmanın ipotekaya yönəldilməsi barədə bildirişdə ünvan 1ində yerləşən 0,0275 ha torpaq sahəsinin göstərilməsi, tutma prosedurana başlaması üçün kifayət etmişdir. Çünki “İpoteka haqqında” Qanunun 51.1-ci maddəsinə əsasən ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, torpaq sahəsinin ipotekası zamanı ipoteka hüququ ipoteka qoyanın həmin sahədə yerləşən və ya tikilən binalarına, tikililərinə və qurğularına şamil edilmir.
77. Tərəflərin arasında bağlanmış ipoteka müqaviləsində isə tərəflər razılaşıblar ki, «İpoteka haqqında» qanunun 51-52-ci maddələ rinin tələlərinə əsasən ipoteka hüququ Cavabdeh1 həmin sahədə tikilən və gələcəkdə tikiləcək binalarına, tikililərinə və qurğularına da şamil edilir.
78. Cavabdehin “apellyasiya icraatı dövründə məhkəmədən sonuncu məhkəmə iclasının təxirə salınması barədə ərizə göndərilsə də məhkəmə iclasının təxirə salınmamasının qanun pozuntusu olması” barədə dəlili də əsassızdır. Çünki iş materiallarından cavabdeh tərəfindən bu cür ərizə verilməsi müəyyən edilmir, Cavabdeh2 xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmişdir.
79. Cavabdehin Ali Məhkəmənin Mülki Kollegiyasının 17.05.202-ci il tarixli, 2(102)2063/2021 saylı qərarına istinadla, apelyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə təcrübəsinin vahidliyinin pozulması barədə irəli sürdüyü dəlil də əsassızdır. Çünki MPM-nin 418.6-cı maddəsinə görə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, qətnamə və ya qərardad Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun maddi və ya prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına, habelə bu Məcəllənin 418-1.3-cü maddəsində nəzərdə tutulan Ali Məhkəmənin mülki və kommersiya kollegiyalarının mübahisəli hüquqi məsələyə dair hüquqi mövqeyinə zidd olsun və həmin izahlarda təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqi zərurəti kifayət qədər əsaslandırılmasın.
80. Cavabdehin istinad etdiyi Ali Məhkəmənin Mülki Kollegiyasının 17.05.202-ci il tarixli, 2(102)-2063/2021 saylı qərarı isə MPM-nin 418.6-cı maddəsində əksini ta pmış qərarlara aid deyildir.
81. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
82. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 sentyabr 2022-ci il tarixli, 2(103)- 374/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.